AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARLARI
QƏBUL EDİLDİYİ TARİX
31.05.1999
QEYDİYYAT NÖMRƏSİ
87
ADI
Qaz paylayıcıları tərəfindən qaz təchizatının ümumi şərtlərini təyin edən Qaydaların təsdiq edilməsi haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31-05-1999, Nəşr nömrəsi: 05, Maddə nömrəsi: 336)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
170.000.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
01.07.2011
Qaz paylayıcıları tərəfindən qaz təchizatının ümumi şərtlərini təyin edən Qaydaların təsdiq edilməsi haqqında

Qaz paylayıcıları tərəfindən qaz təchizatının ümumi şərtlərini təyin edən Qaydaların təsdiq edilməsi haqqında

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

"Qaz təchizatı haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 28 sentyabr tarixli 773 nömrəli Fərmanının 2-ci bəndinin 2-ci abzasının icrası ilə əlaqədar olaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. "Qaz paylayıcıları tərəfindən qaz təchizatının ümumi şərtlərini təyin edən Qaydalar" təsdiq edilsin (əlavə olunur).

2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

 

 Azərbaycan Respublikasının Baş naziri A. RASİZADƏ

 

Bakı şəhəri, 31 may 1999-cu il

№ 87

 


 

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

1999-cu il 31 may tarixli 87 nömrəli qərarı ilə

TƏSDİQ EDİLMİŞDİR

 

Qaz paylayıcıları tərəfindən qaz təchizatının ümumi şərtlərini təyin edən

 

Qaydalar

 

1. Ümumİ müddəalar

 

1.1. Bu Qaydalar "Qaz təchizatı haqqında" Azərbaycan Respublikası Qanununa, «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 28 sentyabr tarixli 773 nömrəli Fərmanına əsasən hazırlanmışdır və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Azəriqaz İstehsalat Birliyi və Naxçıvan Muxtar Respublikasının ərazisində Naxçıvan Muxtar Respublikasının Qaz İstismar Xidməti (bundan sonra qaz paylayıcısı) tərəfindən qaz təchizatının ümumi şərtlərini təyin edir. [1]

1.2. Qaz paylayıcısı tərəfindən qazla təchizat Azərbaycan Respublikasının «Qaz təchizatı haqqında» Qanununa, bu Qaydalara, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin normativ sənədlərinə, habelə Fövqəladə Hallar Nazirliyi tərəfindən təsdiq olunmuş «Qaz təsərrüfatında təhlükəsizlik qaydaları»na uyğun yerinə yetirilməlidir. [2]

2. Qaz İstehlakçılarının təsnİfatı

Təbii fəlakətlər, qəza və s. nəticəsində qaz çatışmazlığı yaranarsa, qaz təchizatı növbəsinə görə istehlakçılar iki qrupa bölünürlər:

1-ci qrup – birinci növbədə təchiz olunanlar. Bu qrupa aiddir:

a) əhali;

 

b) ictimai iaşə, məişət xidməti, təhsil, sanitar-gigiyena, sağlamlıq, tamaşa və ticarət müəssisələri, hamamlar, camaşırxanalar, mehmanxanalar, uşaq bağçaları və körpələr evləri, sanatoriyalar, istirahət və qocalar evləri, digər kommunal və mədəni-məişət təyinatlı müəssisələr, habelə avadanlıqları digər yanacaq növlərinə uyğunlaşdırılmayan qazanxanalar;

 

c) qazın təzyiqinin aşağı salınması və ya kəsilməsi nəticəsində texnoloji prosesləri pozulan, avadanlıqlarının işi dayandırılan, məhsulunun buraxılmaması və zay olması nəticəsində maddi zərər çəkə bilən istehlakçılar.

2-ci qrupa qismən və ya bütövlükdə digər ehtiyat yanacaq növlərinə keçməklə fəaliyyət göstərən müəssisələr aiddir.

3. Qaz İstehlakçılarının vəzİfələrİ

3.1. Qaz paylayıcısından alınan texniki şərtlərə əsasən qaz təchizatının layihə sənədlərini tərtib etməli və layihəyə uyğun tikinti işlərini yerinə yetirməlidirlər.

3.2. Qaz istehlakçıları dövlət standartlarına uyğun qaz qurğularından istifadə etməli, qaz qurğularının istismarını, qaz sərfinə nəzarəti və onun qeydiyyatını sahə təlimatlarına əsasən aparmalıdırlar. [3]

3.3. Nəzarət orqanlarının qaz qurğularına baxışına və əlaqədar təşkilatlar tərəfindən yoxlanmasına imkan yaratmalı, nəzarət orqanları və əlaqədar təşkilatların tələblərini yerinə yetirməlidirlər. [4]

3.3-1. İstehlakçılar qaz paylayıcısı tərəfindən Qaz təchizatı haqqında Azərbaycan Respublikası Qanununun 6-2-ci maddəsinə uyğun olaraq, ildə bir dəfə (hər il noyabrın 1-dək) istehlakçının qaz qurğularının və qaz xətlərinin, tüstü bacalarının, habelə havalandırma və havadəyişmə xətlərinin işçi vəziyyətdə olmasının və texniki təhlükəsizlik tələblərinə riayət olunması vəziyyətinin müəyyən edilməsi, o cümlədən nöqsan və (və ya) pozuntuların aşkar edilməsi məqsədilə müayinə (bundan sonra müayinə) keçirilməsinə imkan yaratmalıdırlar. [5]

3.3-2. Sahibkarlıq subyektlərinin qaz qurğularının müayinəsi və onlara nəzarət “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hallarda və qaydada həyata keçirilir. [6]

3.4. Sənaye qaz qurğularından etibarlı və səmərəli istifadə edilməsi üçün istehlakçılar aşağıdakı əlavə tədbirləri görməlidirlər: * [7]

qaz qurğularının istismarı və xidmətini xüsusi kurs keçmiş, bu Qaydalar və «Qaz təsərrüfatında təhlükəsizlik qaydaları» ilə təlimatlandırılmış ixtisaslı işçilərlə təmin etməli;

hər bir qurğu üçün vaxtında rejim-sazlama işlərini yerinə yetirməli;

hər bir qurğu üçün rejim-sazlama işlərinin nəticəsi əsasında tərtib edilmiş rejim kartına malik olmalı və cihazların köməyi ilə rejim göstəricilərinə nəzarət etməli;

qaz qurğularında əsaslı təmir işləri aparıldıqdan və konstruktiv dəyişikliklər edildikdən sonra növbədənkənar rejim-sazlama işlərini aparmalı;

texniki pasportda göstərilmiş müddətdə qaz qurğularının təmirini yerinə yetirməli; [8]

tikinti obyektlərinin daxilində qaz sızmasını və dəm qazını müəyyən edən detektor quraşdırmalı və onu işlək vəziyyətdə saxlamalı. [9]

3.5. Qaz paylayıcısının səlahiyyətli nümayəndələrinin sahibkarlıq subyektlərinin fəaliyyət göstərdiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyəti “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla həyata keçirilir.

3.6. Qaz paylayıcısının səlahiyyətli nümayəndələri sahibkarlıq subyektlərinin qaz sayğaclarının göstəricilərinin oxunması zamanı həmin sayğaca müdaxilə, habelə qaz paylayıcısının razılığı olmadan qaz paylayıcı şəbəkəyə sayğacdan kənar qoşulma hallarını müəyyən etdikdə, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla yoxlama keçirilməsi ilə bağlı tədbirlər görməlidirlər. [10]

4. Qazın verİlməsİnİn dayandırılması

4.1. Qaz paylayıcısı aşağıdakı hallarda qazın verilməsini dayandıra bilər:

4.1.1. istehlakçının müvafiq yazılı müraciəti (qaz təchizatının dayandırılmasının səbəbi və müddəti göstərilməklə) olduqda;

4.1.2. təmir-profilaktika və qəza işləri görüldükdə, o cümlədən baş verən yanğının və ya qaz sızmasının qarşısı alındıqda;

4.1.3. istehlakçının qaz qurğusu Azərbaycan Respublikası Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin müəyyən etdiyi dövlət standartlarının tələblərinə cavab vermədikdə; [11]

4.1.4. paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilmədikdə;

4.1.5. paylayıcı ilə müvafiq müqavilə bağlanmadıqda;

4.1.5-1. istehlakçı qaz paylayıcısının işçilərini müayinə keçirilməsi üçün onun mülkiyyətində və ya istifadəsində olan tikinti obyektinə daxil olmasına maneə törətdikdə və ya müayinənin keçirilməsinə şərait yaratmadıqda; [12]

4.1.5-2. istehlakçı qaz paylayıcısının işçiləri tərəfindən tərtib edilmiş müayinə aktında qeyd olunmuş nöqsan və (və ya) pozuntuların aradan qaldırılması üçün “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 6-2-ci və 6-3-cü maddələrinin tələblərini yerinə yetirmədikdə;

4.1.6. məhkəmənin qərarı ilə; [13]

4.1.7. dini ekstremizm əleyhinə xüsusi əməliyyat aparıldıqda, dini ekstremizm əleyhinə xüsusi əməliyyatlar aparan orqanların - Daxili İşlər Nazirliyinin və Dövlət Təhlükəsizliyi Xidmətinin göstərişləri əsasında. [14]

4.1-1. İstehlakçıya qazın verilməsinin dayandırılması (dini ekstremizm əleyhinə xüsusi əməliyyatın aparılması ilə əlaqədar dayandırma halı istisna olmaqla) yalnız fərdi qaydada həyata keçirilir. Qazın dəyərini vaxtında ödəməyən istehlakçıya qazın verilməsinin dayandırılması, qazın dəyərini vaxtında ödəyən digər istehlakçıların hüquqlarının pozulması ilə nəticələnməməlidir. [15]

Qazın verilməsinin dayandırılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan və qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirildikdən sonra 1 (bir) gün müddətində qazın verilməsi bərpa edilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. [16]

4.2. Qazın dayandırılması barədə qərar 4.1-ci bənddə göstərilən hallar aradan qaldırılana qədər qüvvədə qalır. Qeyd olunan çatışmazlıqlar aradan qaldırıldıqdan sonra qaz paylayıcısının qərarı ilə qazın verilməsi bərpa edilir. [17]

4.3. Əgər müəssisəyə qazın verilməsi uzun müddətə və ya tamamilə dayandırılarsa, şəbəkədən ayrılma siyirtmədən sonrakı flansda qapayıcının qoyulması ilə həyata keçirilir.

5. Qaz İstehlakı İntİzamına rİayət olunması

5.1. Əgər istehlakçı ilə qazın verilməsi haqqında bağlanmış müqavilədə fasilə nəzərdə tutulmayıbsa, qazın verilməsi fasiləsiz həyata keçirilir. [18]

“Qaz təchizatı haqqında Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-1-ci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). Smart-kart tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. [19]

Məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə isə istehlakçı vəsait ödəməlidir. [20]

Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları” ilə müəyyən edilir. [21]

5.2. Əgər istehlakçı tərəfindən qaz götürülməsinin plan intizamına riayət edilərsə, qaz paylayıcısı müqavilədə nəzərdə tutulmuş təzyiqi saxlamalıdır.

5.3. Magistral qaz kəmərinə birləşmiş istehlakçı tərəfindən qazın sutkalıq sərfi qaz paylayıcısı ilə razılaşdırılmadan pozularsa, onda qaz paylayıcısı xəbərdarlıq etdikdən sonra qazın verilməsini məcburi şəkildə şəraitə uyğun olaraq tənzimləyir. [22]

5.4. Qəza hadisəsi nəticəsində qaz kəmərlərinin texnoloji iş rejimi pozulduğu təqdirdə paylayıcı tərəfindən qaz işlədən müəssisələrin qazla təminatı və onların növbə ilə qaz kəmərlərindən ayrılması qrafikləri hazırlanır.

5.5. Qaz paylayıcısı qazın verilməsinin azalması və ya kəsilməsi barədə məlumatı istehlakçıya 6 saat əvvəl verməlidir (magistral qaz kəmərlərində baş vermiş qəza halları istisna olmaq şərti ilə).

5.6. Qazın verilməsində razılaşdırılmış iş rejimi, qaz paylayıcısı və qaz istehlakçıları üçün məcburidir.

6. Məsulİyyət

6.1. Bu Qaydaların tələblərini pozan şəxslər Azərbaycan Respublikasının Mülki Məcəlləsində, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində və Azərbaycan Respublikasının Cinayət Məcəlləsində nəzərdə tutulmuş hallarda məsuliyyət daşıyırlar. [23]

 

* Bu vəzifələr yemək hazırlanmasında istifadə olunan məişət və restoran qaz cihazların, fərdi isitmə (axımlı və həcmli su qızdırıcıları, məişət isitmə sobaları) avadanlıqların və saatda 1 kubmetrdən az qaz sərf edən qaz qurğuların istifadəçilərinə aid edilmir.

 


İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       13 sentyabr 2006-cı il tarixli 207 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 9, maddə 822)

2.       6 may 2008-ci il tarixli 109 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 5, maddə 432)

3.       6 yanvar 2010-cu il tarixli 3 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 1, maddə 49)

4.       26 fevral 2016-cı il tarixli 97 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 1 aprel 2016-cı il, № 67, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 4, maddə 771)

5.       29 aprel 2016-cı il tarixli 178 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 6 may 2016-cı il, № 97, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 4, maddə 832)

6.       30 avqust 2018-ci il tarixli 367 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 2 sentyabr 2018-ci il, № 195, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №8, maddə 1817)

7.       28 sentyabr 2021-ci il tarixli 285 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 1 oktyabr 2021-ci il, № 210, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 9, maddə 1084)

8.       5 noyabr 2022-ci il tarixli 407 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikası Nazirlər Kabinetinin rəsmi internet saytı, 5 noyabr 2022-ci il, “Xalq” qəzeti, 11 noyabr 2022-ci il, № 245)

 

QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 5 noyabr 2022-ci il tarixli 407 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikası Nazirlər Kabinetinin rəsmi internet saytı, 5 noyabr 2022-ci il, “Xalq” qəzeti, 11 noyabr 2022-ci il, № 245) ilə “Qaz paylayıcıları tərəfindən qaz təchizatının ümumi şərtlərini təyin edən Qaydalar”nın 1.1-ci bəndində qaz paylayıcıları sözləri Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Azəriqaz İstehsalat Birliyi və Naxçıvan Muxtar Respublikasının ərazisində Naxçıvan Muxtar Respublikasının Qaz İstismar Xidməti (bundan sonra qaz paylayıcısı) sözləri ilə əvəz edilmişdir.

 

[2] 13 sentyabr 2006-cı il tarixli 207 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 9, maddə 822) ilə Qaz paylayıcıları tərəfindən qaz təchizatının ümumi şərtlərini təyin edən Qaydalar”ın 1.2-ci bəndində “Dövlət Sənayedə İşlərin Təhlükəsiz Görülməsinə Nəzarət və Dağ-Mədən Nəzarəti Komitəsi” sözləri “Fövqəladə Hallar Nazirliyi” sözləri ilə əvəz edilmişdir.

 

6 may 2008-ci il tarixli 109 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 5, maddə 432) ilə «Qaz paylayıcıları tərəfindən qaz təchizatının ümumi şərtlərini təyin edən Qaydalar» ın 1.2-ci bəndində «Dövlət Tikinti və Arxitektura Komitəsinin» sözləri «Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin» sözləri ilə əvəz edilmişdir.

 

5 noyabr 2022-ci il tarixli 407 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikası Nazirlər Kabinetinin rəsmi internet saytı, 5 noyabr 2022-ci il, “Xalq” qəzeti, 11 noyabr 2022-ci il, № 245) ilə “Qaz paylayıcıları tərəfindən qaz təchizatının ümumi şərtlərini təyin edən Qaydalar”nın 1.2-ci bəndində paylayıcıları sözü paylayıcısı sözü ilə əvəz edilmişdir.

 

[3] 29 aprel 2016-cı il tarixli 178 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 6 may 2016-cı il, № 97, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 4, maddə 832) ilə “Qaz paylayıcıları tərəfindən qaz təchizatının ümumi şərtlərini təyin edən Qaydalar”ın 3.2-ci bənd yeni redaksiyada verilmişdir.

 

əvvəlki redaksiyada deyilirdi:

3.2. İstehlak sahələrində texniki normalara və Dövlət standartlarına uyğun qaz cihazlarından istifadə etməli, qaz cihazlarının istismarını, qaz sərfinə nəzarəti və onun qeydiyyatını sahə təlimatlarına əsasən aparmalıdırlar.

 

[4] 29 aprel 2016-cı il tarixli 178 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 6 may 2016-cı il, № 97, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 4, maddə 832) ilə “Qaz paylayıcıları tərəfindən qaz təchizatının ümumi şərtlərini təyin edən Qaydalar”ın 3.3-cü bənddə “cihazlara” sözü “qaz qurğularına” sözləri ilə əvəz edilmişdir.

 

[5] 5 noyabr 2022-ci il tarixli 407 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikası Nazirlər Kabinetinin rəsmi internet saytı, 5 noyabr 2022-ci il, “Xalq” qəzeti, 11 noyabr 2022-ci il, № 245) ilə “Qaz paylayıcıları tərəfindən qaz təchizatının ümumi şərtlərini təyin edən Qaydalar”nın 3.3-1-ci bəndi yeni redaksiyada verilmişdir.

 

əvvəlki redaksiyada deyilirdi:

3.3-1. Qaz istehlakçıları Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin və Azərbaycan Respublikası Energetika Nazirliyinin səlahiyyətli nümayəndələri tərəfindən məişət qaz qurğularının təhlükəsiz və etibarlı istismar edilməsini təmin etmək məqsədi ilə həmin qurğulara, tüstü bacalarına və qazpaylayıcı şəbəkəyə altı ayda bir dəfədən az olmayaraq texniki baxış keçirilməsinə imkan yaratmalıdır.

 

[6] 29 aprel 2016-cı il tarixli 178 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 6 may 2016-cı il, № 97, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 4, maddə 832) ilə “Qaz paylayıcıları tərəfindən qaz təchizatının ümumi şərtlərini təyin edən Qaydalar”ına yeni məzmunda 3.3-1-ci və 3.3-2-ci bəndlər əlavə edilmişdir.

 

5 noyabr 2022-ci il tarixli 407 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikası Nazirlər Kabinetinin rəsmi internet saytı, 5 noyabr 2022-ci il, “Xalq” qəzeti, 11 noyabr 2022-ci il, № 245) ilə “Qaz paylayıcıları tərəfindən qaz təchizatının ümumi şərtlərini təyin edən Qaydalar”nın 3.3-2-ci bəndində sənaye qaz qurğularına sözləri qaz qurğularının müayinəsi və onlara nəzarət sözləri ilə, texniki bахış sözləri həyata sözü ilə əvəz edilmişdir.

 

[7] 29 aprel 2016-cı il tarixli 178 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 6 may 2016-cı il, № 97, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 4, maddə 832) ilə “Qaz paylayıcıları tərəfindən qaz təchizatının ümumi şərtlərini təyin edən Qaydalar”ın 3.4-cü bəndin birinci abzası yeni redaksiyada verilmişdir.

 

əvvəlki redaksiyada deyilirdi:

Qaz qurğularından etibarlı və səmərəli istifadə edilməsi üçün istehlakçılar aşağıdakı əlavə tədbirləri görməlidirlər:

 

[8] 29 aprel 2016-cı il tarixli 178 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 6 may 2016-cı il, № 97, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 4, maddə 832) ilə “Qaz paylayıcıları tərəfindən qaz təchizatının ümumi şərtlərini təyin edən Qaydalar”ın altıncı abzasda “təsdiq olunmuş qrafikə uyğun olaraq planlı şəkildə” sözləri “texniki pasportda göstərilmiş müddətdə” sözləri ilə əvəz verilmişdir.

 

[9] 29 aprel 2016-cı il tarixli 178 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 6 may 2016-cı il, № 97, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 4, maddə 832) ilə “Qaz paylayıcıları tərəfindən qaz təchizatının ümumi şərtlərini təyin edən Qaydalar”ın altıncı abzasın sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və yeni məzmunda yeddinci abzas əlavə edilmişdir.

 

[10] 28 sentyabr 2021-ci il tarixli 285 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 1 oktyabr 2021-ci il, № 210, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 9, maddə 1084) ilə “Qaz paylayıcıları tərəfindən qaz təchizatının ümumi şərtlərini təyin edən Qaydalar”ına yeni məzmunda 3.5-ci və 3.6-cı bəndlər əlavə edilmişdir.

 

5 noyabr 2022-ci il tarixli 407 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikası Nazirlər Kabinetinin rəsmi internet saytı, 5 noyabr 2022-ci il, “Xalq” qəzeti, 11 noyabr 2022-ci il, № 245) ilə “Qaz paylayıcıları tərəfindən qaz təchizatının ümumi şərtlərini təyin edən Qaydalar”nın 3.6-cı bəndində sayğacdan kənar paylayıcı şəbəkəyə qanunsuz qoşulma (qaz paylayıcısının razılığı olmadan paylayıcı şəbəkəyə qoşulma) sözləri qaz paylayıcısının razılığı olmadan qaz paylayıcı şəbəkəyə sayğacdan kənar qoşulma sözləri ilə əvəz edilmişdir.

 

[11] 29 aprel 2016-cı il tarixli 178 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 6 may 2016-cı il, № 97, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 4, maddə 832) ilə “Qaz paylayıcıları tərəfindən qaz təchizatının ümumi şərtlərini təyin edən Qaydalar”ın 4.1.3-cü yarımbənddə “Azərbaycan Respublikası Nazirlər Kabinetinin” sözləri “Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin” sözləri ilə əvəz edilmişdir.

 

30 avqust 2018-ci il tarixli 367 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 2 sentyabr 2018-ci il, № 195, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №8, maddə 1817) ilə “Qaz paylayıcıları tərəfindən qaz təchizatının ümumi şərtlərini təyin edən Qaydalar”ın 4.1.3-cü yarımbəndində “Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin” sözləri “Azərbaycan Respublikası Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin” sözləri ilə əvəz edilmişdir.

 

[12] 29 aprel 2016-cı il tarixli 178 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 6 may 2016-cı il, № 97, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 4, maddə 832) ilə “Qaz paylayıcıları tərəfindən qaz təchizatının ümumi şərtlərini təyin edən Qaydalar”ına yeni məzmunda 4.1.5-1 - 4.1.5-2-ci yarımbəndlər əlavə edilmişdir.

 

5 noyabr 2022-ci il tarixli 407 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikası Nazirlər Kabinetinin rəsmi internet saytı, 5 noyabr 2022-ci il, “Xalq” qəzeti, 11 noyabr 2022-ci il, № 245) ilə “Qaz paylayıcıları tərəfindən qaz təchizatının ümumi şərtlərini təyin edən Qaydalar”nın 4.1.5-1-ci və 4.1.5-2-ci yarımbəndləri yeni redaksiyada verilmişdir.

 

əvvəlki redaksiyada deyilirdi:

4.1.5-1. İstehlakçı bu Qaydaların 3.3-1-ci bəndinə uyğun olaraq, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin və Azərbaycan Respublikası Energetika Nazirliyinin səlahiyyətli nümayəndələrini qaz qurğularına, tüstü bacalarına və qazpaylayıcı şəbəkəyə texniki baxış keçirmək üçün onun mülkiyyətində və ya istifadəsində olan tikinti obyektinə daxil olmasına maneə törətdikdə, həmin orqanların göstərişi əsasında;

4.1.5-2. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin və Azərbaycan Respublikası Energetika Nazirliyinin səlahiyyətli nümayəndələri tərəfindən tərtib edilmiş texniki baxış aktında qeyd olunmuş qəza və (və ya) bədbəxt hadisələrə səbəb ola biləcək nöqsanlar istehlakçı tərəfindən nəzərdə tutulmuş müddətdə aradan qaldırılmadıqda, həmin orqanların göstərişi əsasında;

 

[13] 6 yanvar 2010-cu il tarixli 3 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 1, maddə 49) ilə 4.1-ci bənd yeni redaksiyada verilmişdir.

 

əvvəlki redaksiyada deyilirdi:

4.1. Qaz işlədən qurğuların qaz şəbəkəsindən ayrılması, istehlakçıdan müvafiq müraciətin alındığı, çox vacib və ya təxirəsalınmaz işlər tələb olunduğu, istehlakçı qurğusunun müvəqqəti və ya daim müvafiq tələblərə cavab vermədiyi və paylayıcının istehlakçıya verdiyi qazın hesabı bir ay müddətində tam ödənilmədiyi hallarda, qaz paylayıcısının istehlakçıya verdiyi xəbərdarlıq əsasında həyata keçirilir. Bu ayrılma istehlakçı və qaz paylayıcısının nümayəndələrinin iştirakı ilə (əgər müəssisə bütövlükdə şəbəkədən ayrılırsa) siyirtmənin bağlanması ilə həyata keçirilir. Qaz şəbəkəsindən ayrılma və qurğuların surğuclanması uyğun aktla rəsmiləşdirilir.

 

[14] 26 fevral 2016-cı il tarixli 97 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 1 aprel 2016-cı il, № 67, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 4, maddə 771) ilə “Qaz paylayıcıları tərəfindən qaz təchizatının ümumi şərtlərini təyin edən Qaydalar”ının 4.1.6-cı yarımbəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilmişdir və yeni məzmunda 4.1.7-ci yarımbənd əlavə edilmişdir.

 

[15] 6 yanvar 2010-cu il tarixli 3 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 1, maddə 49) ilə yeni məzmunda 4.1-1-ci bənd əlavə edilmişdir.

 

26 fevral 2016-cı il tarixli 97 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 1 aprel 2016-cı il, № 67, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 4, maddə 771) ilə “Qaz paylayıcıları tərəfindən qaz təchizatının ümumi şərtlərini təyin edən Qaydalar”ının 4.1-1-ci bəndin birinci cümləsinə “dayandırılması” sözündən sonra “(dini ekstremizm əleyhinə xüsusi əməliyyatın aparılması ilə əlaqədar dayandırma halı istisna olmaqla)” sözləri əlavə edilmişdir.

 

[16] 5 noyabr 2022-ci il tarixli 407 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikası Nazirlər Kabinetinin rəsmi internet saytı, 5 noyabr 2022-ci il, “Xalq” qəzeti, 11 noyabr 2022-ci il, № 245) ilə “Qaz paylayıcıları tərəfindən qaz təchizatının ümumi şərtlərini təyin edən Qaydalar”nın 4.1-1-ci bəndə yeni məzmunda ikinci abzas əlavə edilmişdir.

 

[17] 6 yanvar 2010-cu il tarixli 3 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 1, maddə 49) ilə 4.2-ci bəndin birinci cümləsi yeni redaksiyada verilmişdir və ikinci cümləsində "icazəsi" sözü "qərarı" sözü ilə əvəz edilmişdir.

 

əvvəlki redaksiyada deyilirdi:

Qazın kəsilməsi barədə qərar çatışmazlıqlar aradan qalxana qədər qüvvədə qalır.

 

[18] 6 yanvar 2010-cu il tarixli 3 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 1, maddə 49) ilə 5.1-ci bəndə yeni məzmunda ikinci - dördüncü abzaslar əlavə edilmişdir.

 

[19] 5 noyabr 2022-ci il tarixli 407 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikası Nazirlər Kabinetinin rəsmi internet saytı, 5 noyabr 2022-ci il, “Xalq” qəzeti, 11 noyabr 2022-ci il, № 245) ilə “Qaz paylayıcıları tərəfindən qaz təchizatının ümumi şərtlərini təyin edən Qaydalar”nın 5.1-ci bəndin ikinci abzası yeni redaksiyada verilmişdir.

 

əvvəlki redaksiyada deyilirdi:

Qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz.

 

[20] 29 aprel 2016-cı il tarixli 178 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 6 may 2016-cı il, № 97, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 4, maddə 832) ilə “Qaz paylayıcıları tərəfindən qaz təchizatının ümumi şərtlərini təyin edən Qaydalar”ın 5.1-ci bəndin üçüncü abzas yeni redaksiyada verilmişdir.

 

əvvəlki redaksiyada deyilirdi:

Fiziki şəxs olan istehlakçıların sayğaclarla təchiz edilməsi, onların quraşdırılması və dəyişdirilməsi qaz paylayıcısı hesabına həyata keçirilir.

 

5 noyabr 2022-ci il tarixli 407 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikası Nazirlər Kabinetinin rəsmi internet saytı, 5 noyabr 2022-ci il, “Xalq” qəzeti, 11 noyabr 2022-ci il, № 245) ilə “Qaz paylayıcıları tərəfindən qaz təchizatının ümumi şərtlərini təyin edən Qaydalar”nın 5.1-ci bəndin üçüncü abzasın birinci cümləsi yeni redaksiyada verilmişdir.

 

əvvəlki redaksiyada deyilirdi:

Məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir.

 

[21] 29 aprel 2016-cı il tarixli 178 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 6 may 2016-cı il, № 97, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 4, maddə 832) ilə “Qaz paylayıcıları tərəfindən qaz təchizatının ümumi şərtlərini təyin edən Qaydalar”ın 5.1-ci bəndin dördüncü abzasın üçüncü cümləsində “Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən” sözləri “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları” ilə” sözləri ilə əvəz edilmişdir.

 

[22] 29 aprel 2016-cı il tarixli 178 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 6 may 2016-cı il, № 97, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 4, maddə 832) ilə “Qaz paylayıcıları tərəfindən qaz təchizatının ümumi şərtlərini təyin edən Qaydalar”ın 5.3-cü bənddə hər iki halda “qazla təchiz edən müəssisə” sözləri “qaz paylayıcısı” sözləri ilə əvəz edilmişdir.

 

[23] 5 noyabr 2022-ci il tarixli 407 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikası Nazirlər Kabinetinin rəsmi internet saytı, 5 noyabr 2022-ci il, “Xalq” qəzeti, 11 noyabr 2022-ci il, № 245) ilə “Qaz paylayıcıları tərəfindən qaz təchizatının ümumi şərtlərini təyin edən Qaydalar”nın 6-cı hissənin mətni yeni redaksiyada verilmişdir.

 

əvvəlki redaksiyada deyilirdi:

Bu Qaydaların tələblərini pozan hüquqi və fiziki şəxslər Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məsuliyyət daşıyırlar.

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status