×
E-QANUN
FREE
OPEN
AKTIN NÖVÜ
Qanunlar
QƏBUL EDİLDİYİ TARİX
20.10.2015
QEYDİYYAT NÖMRƏSİ
1391-IVQ
ADI
“Azərbaycan Respublikasının Hökuməti ilə San Marino Respublikasının Hökuməti arasında diplomatik və xidməti pasportlara malik şəxslərin viza tələbindən azad edilməsi haqqında” Sazişin təsdiq edilməsi barədə
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Respublika Qəzeti (Dərc olunma tarixi: 22-11-2015, Nəşr nömrəsi: 257), Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 30-11-2015, Nəşr nömrəsi: 11, Maddə nömrəsi: 1284)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
22.11.2015
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
430.050.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
12201510201391
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
24.11.2015
“Azərbaycan Respublikasının Hökuməti ilə San Marino Respublikasının Hökuməti arasında diplomatik və xidməti pasportlara malik şəxslərin viza tələbindən azad edilməsi haqqında” Sazişin təsdiq edilməsi barədə

“Azərbaycan Respublikasının Hökuməti ilə San Marino Respublikasının Hökuməti arasında diplomatik və xidməti pasportlara malik şəxslərin viza tələbindən azad edilməsi haqqında” Sazişin təsdiq edilməsi barədə

 

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndini rəhbər tutaraq qərara alır:

“Azərbaycan Respublikasının Hökuməti ilə San Marino Respublikasının Hökuməti arasında diplomatik və xidməti pasportlara malik şəxslərin viza tələbindən azad edilməsi haqqında” 2015-ci il sentyabrın 8-də Bakı şəhərində imzalanmış Saziş təsdiq edilsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 20 oktyabr 2015-ci il

№ 1391-IVQ


Azərbaycan Respublikasının Hökuməti ilə San Marino

Respublikasının Hökuməti arasında diplomatik və xidməti

pasportlara malik şəxslərin viza tələbindən azad edilməsi haqqında

 

SAZİŞ

 

Bundan sonra “Razılığa gələn Tərəflər” adlandırılacaq Azərbaycan Respublikası Hökuməti və San Marino Respublikası Hökuməti, ikitərəfli münasibətlərini təşviq etməyi arzulayaraq,

mövcud dostluq münasibətlərinin möhkəmləndirilməsində maraqlarını nəzərə alaraq və hər iki ölkənin diplomatik və xidməti pasportlara malik olan vətəndaşlarının səyahətlərini asanlaşdırmaq məqsədi ilə, aşağıdakılar barədə razılığa gəldilər:

 

Maddə 1

 

Şengen Sazişinin Razılığa gələn Tərəflərindən birinin ərazisindən tranzit keçidə münasibətdə həmin Sazişdən irəli gələn öhdəliklərə xələl gətirmədən, bir Razılığa gələn Tərəfin etibarlı diplomatik və xidməti pasportlara malik olan və digər Razılığa gələn Tərəfin ərazisində akkreditə olunmamış vətəndaşları qəbul edən dövlətin ərazisinə daxil olmaq, tranzit keçmək və qəbul edən dövlətin ərazisinə gəldiyi gündən etibarən altı (6) ay müddətində doxsan (90) gündən artıq olmayan müddətə (bir və ya bir neçə dəfə olmaqla) orada qalmaq və oranı tərk etmək üçün viza tələbindən azad ediləcəkdir. Azərbaycan Respublikasının vətəndaşları üçün yuxarıda göstərilən doxsan (90) gün müddəti Şengen zonasına ilk daxil olma tarixindən başlayır.

 

Maddə 2

 

Bu Saziş, digər Razılığa gələn Tərəfin ərazisində yerləşən diplomatik missiyaların, konsulluqların və beynəlxalq təşkilatların nümayəndəliklərinin üzvlərini, həmçinin onların etibarlı diplomatik və xidməti pasportlara malik ailə üzvlərini yerləşmə dövlətində akkreditə edilmələri üçün viza almaq öhdəliyindən azad etmir,

Şengen Sazişinin Razılığa gələn Tərəflərindən birinin ərazisindən tranzit keçidə münasibətdə həmin Sazişdən irəli gələn öhdəliklərə xələl gətirmədən, yuxarıda göstərilən şəxslər akkreditə edildikdən sonra təyinatları müddətində yerləşmə dövlətinin ərazisinə vizasız daxil ola, tranzit keçə, orada qala və oranı tərk edə bilərlər.

 

Maddə 3

 

Razılığa gələn Tərəflərin bu Sazişin 1-ci və 2-ci maddələrində göstərilən diplomatik və xidməti pasportlara malik olan vətəndaşları digər Razılığa gələn Tərəfin ərazisinə beynəlxalq sərnişin daşınması üçün açıq olan bütün sərhəd keçid məntəqələrindən daxil ola və ya oranı tərk edə bilərlər.

 

Maddə 4

 

Bu Saziş Razılığa gələn Tərəflərin 1-ci və 2-ci maddələrdə göstərilən vətəndaşlarının qəbul edən dövlətin qanunvericiliyinə hörmət etmək öhdəliyinə toxunmur.

 

Maddə 5

 

Bu Saziş bir Razılığa gələn Tərəfin arzuolunmaz hesab edilən istənilən vətəndaşının digər Razılığa gələn Tərəfin səlahiyyətli orqanları tərəfindən öz ərazisinə daxil olması və ya orada qalmasına etiraz etmək hüququna toxunmur.

 

Maddə 6

 

Hər bir Razılığa gələn Tərəf milli təhlükəsizlik və ictimai asayişin qorunması məqsədi ilə bu Sazişin tətbiqini tam və ya qismən dayandırmaq hüququnu özündə saxlayır.

Digər Razılığa gələn Tərəf bu Sazişin tətbiqinin dayandırılması barədə, belə tədbirin qüvvəyə minməsindən ən azı 72 saat əvvəl, diplomatik kanallar vasitəsilə məlumatlandırılacaqdır.

Bu Sazişin tətbiqinin dayandırılması 1-ci və 2-ci maddələrdə göstərilən və artıq digər Razılığa gələn Tərəfin ərazisində olan vətəndaşların hüquqlarına toxunmur.

 

Maddə 7

 

Razılığa gələn Tərəflər bu Sazişin qüvvəyə minməsindən ən azı otuz (30) gün əvvəl diplomatik kanallar vasitəsilə diplomatik və xidməti pasportların nümunələrini mübadilə edəcəklər.

Yeni diplomatik və xidməti pasportlar təqdim olunarsa və ya mövcud olanlara düzəlişlər edilərsə, Razılığa gələn Tərəflər yeni diplomatik və xidməti pasportların və ya düzəlişlərin qüvvəyə minməsi tarixindən ən azı otuz (30) gün əvvəl onların nümunələrini diplomatik kanallar vasitəsilə mübadilə edəcəklər.

 

Maddə 8

 

Razılığa gələn Tərəflərin qarşılıqlı razılığı ilə bu Sazişə əlavə protokollar və ya diplomatik notalar mübadiləsi ilə dəyişikliklər edilə bilər. Həmin sənədlər bu Sazişin ayrılmaz tərkib hissəsi hesab ediləcəkdir.

 

Maddə 9

 

Bu Sazişin müddəalarının təfsiri zamanı yarana biləcək hər hansı fikir ayrılıqları və ya mübahisələr Razılığa gələn Tərəflər arasında diplomatik kanallar vasitəsilə danışıq və ya məsləhətləşmə yolu ilə dostcasına həll ediləcəkdir.

 

Maddə 10

 

Bu Saziş Razılığa gələn Tərəflərin onun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurları yerinə yetirdikləri barədə bir-birlərinə diplomatik kanallar vasitəsilə göndərdikləri sonuncu yazılı bildirişin alındığı tarixdən sonrakı otuzuncu (30) gün qüvvəyə minəcəkdir.

Bu Saziş qeyri-müəyyən müddətə bağlanılır və Razılığa gələn Tərəflərdən birinin ləğvetmə barədə yazılı bildirişini diplomatik kanallar vasitəsilə digər Razılığa gələn Tərəfin aldığı tarixdən sonra üç (3) ay qüvvədə qalacaqdır.

Bakı şəhərində 8 sentyabr 2015-ci il tarixində, hər biri Azərbaycan, italyan və ingilis dillərində olmaqla, iki əsl nüsxədə imzalanmışdır, bütün mətnlər bərabər autentikdir. Təfsir zamanı fikir ayrılığı yarandığı təqdirdə, ingilis dilindəki mətndən istifadə ediləcəkdir.

 

Azərbaycan Respublikasının

San Marino Respublikasının

Hökuməti adından

Hökuməti adından

(imza)

(imza)

 

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status