“Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikasının 2015-ci il 20 oktyabr tarixli 1410-IVQ nömrəli Qanununun tətbiqi və sahibkarlıq sahəsində aparılan yoxlamaların dövlət tənzimlənməsinə dair əlavə tədbirlər barədə
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikasının 2015-ci il 20 oktyabr tarixli 1410-IVQ nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqinin təmin edilməsi və sahibkarlıq sahəsində aparılan yoxlamaların dövlət tənzimlənməsinin təkmilləşdirilməsi məqsədi ilə qərara alıram:
1. Müəyyən edilsin ki:
1.1. bu Fərmanın müddəaları vergi yoxlamalarına, maliyyə bazarları sahəsində aparılan yoxlamalara, gömrük auditinə, bu Fərmanın 1.2-1-ci bəndində nəzərdə tutulmuş orqanlar tərəfindən özəl tibb fəaliyyətinin subyektlərində aparılan yoxlamalara, eləcə də dərman vasitələrinin keyfiyyəti, təhlükəsizliyi qaydalarına riayət edilməsi və qida məhsullarının təhlükəsizliyinə nəzarətin həyata keçirilməsi ilə bağlı yoxlamalara, yanğın nəzarəti, tikintiyə dövlət nəzarəti, təhlükə potensiallı obyektlərin və dağ-mədən sahələrinin təhlükəsiz istismarına nəzarət və radiasiya təhlükəsizliyi sahəsində yoxlamalara, enerji, su, kanalizasiya və qaz təchizatı müəssisələrinin səlahiyyətli nümayəndələri tərəfindən sahibkarlıq subyektlərinin elektrik, su, istilik və qaz sayğaclarının göstəricilərinin oxunması zamanı müəyyən edilən həmin sayğaclara müdaxilə, habelə sayğacdan kənar paylayıcı şəbəkəyə və ya istilik şəbəkəsinə qanunsuz qoşulma (təchizat müəssisəsinin razılığı olmadan şəbəkəyə qoşulma) hallarının araşdırılması ilə bağlı yoxlamalara, “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əməl edilməsinə nəzarətin həyata keçirilməsi ilə bağlı həmin Qanunla müəyyən edilmiş nəzarət orqanları tərəfindən həyata keçirilən yoxlamalara şamil edilmir;
[1]
1.2. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinin birinci cümləsində (ikinci halda) və ikinci cümləsində “müvafiq icra hakimiyyəti orqanı” dedikdə Azərbaycan Respublikasının Prezidenti nəzərdə tutulur;
[2]
1.2-1. həmin Qanunun 2.1-ci maddəsinin birinci cümləsində (birinci halda) müvafiq icra hakimiyyəti orqanı dedikdə özəl tibb fəaliyyətinin subyektlərində aparılan yoxlamalara, eləcə də dərman vasitələrinin keyfiyyəti və təhlükəsizliyi qaydalarına riayət edilməsi ilə bağlı yoxlamalara münasibətdə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, qida məhsullarının təhlükəsizliyinə nəzarətin həyata keçirilməsi ilə bağlı yoxlamalara münasibətdə isə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi nəzərdə tutulur;
[3]
1.3. həmin Qanunun 3.2-ci maddəsində “müvafiq icra hakimiyyəti orqanı” dedikdə Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi nəzərdə tutulur.
[4]
2. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən insanların həyat və sağlamlığına, dövlətin təhlükəsizliyinə və iqtisadi maraqlarına mühüm təhlükə yaradan hallar üzrə aparılmasına yol verilən yoxlamaların Siyahısı” təsdiq edilsin.
3. Bu Fərmanla təsdiq edilən Siyahıda nəzərdə tutulan yoxlamalara aşağıdakı məhdudiyyətlər müəyyən edilsin:
3.1. yoxlamalar yalnız insanların həyat və sağlamlığına, dövlətin təhlükəsizliyinə və iqtisadi maraqlarına mühüm təhlükə yaradan halların mövcudluğuna əsaslar olduqda aparılır;
3.2. bu Fərmanla təsdiq edilən Siyahının 1.7-ci bəndində nəzərdə tutulmuş yoxlamalar istisna olmaqla, yoxlamalar Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyinin razılığı ilə aparılır;
[5]
3.3. sahibkarın fəaliyyətinə tətbiq edilən istehsalın və ya malın satışının dayandırılması, habelə digər məhdudlaşdırıcı tədbirlər yalnız Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyinin razılığı ilə tətbiq edilir.
4. Yoxlayıcı orqanlar tərəfindən yoxlamaların aparılması və Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən yoxlamaların aparılmasına razılıq verilməsi məsələləri “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 16.1.3-cü maddəsinin tətbiqi qaydası və “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının 2013-cü il 2 iyul tarixli 714-IVQ nömrəli Qanununun tətbiqi ilə əlaqədar bəzi məsələlər barədə” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 31 oktyabr tarixli 322 nömrəli Fərmanı nəzərə alınmaqla həll edilsin.
5. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi:
5.1. sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin aparılma qaydasının təkmilləşdirilməsinə dair təkliflərini Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi ilə birlikdə bir ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
5.2. sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinə Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyinin real vaxt rejimində tam inteqrasiyasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin.
6. Azərbaycan Respublikasının Vergilər Nazirliyi sahibkarların Azərbaycan Respublikasında sahibkarlıq fəaliyyətini dayandırması barədə vergi orqanlarına müraciət etdiyi hər bir hal barədə dərhal Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyini məlumatlandırsın.
[6]
7. Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi:
7.1. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikası Qanununun və bu Fərmanın tətbiqi ilə əlaqədar sahibkarların Nazirliyin “Qaynar xətt”inə daxil olan müraciətlərinin operativ araşdırılmasını təmin etsin;
7.2. sahibkarların Azərbaycan Respublikasında sahibkarlıq fəaliyyətini dayandırmasına dair müraciətləri barədə Azərbaycan Respublikasının Vergilər Nazirliyindən daxil olmuş məlumatlar əsasında sahibkarlıq fəaliyyətinin dayandırılması səbəblərinin araşdırılması və həmin səbəblərin aradan qaldırılması üçün mümkün olan tədbirləri görsün və ya təkliflər versin;
[7]
7.3. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikasının Qanunundan irəli gələn tələblərin pozulması hallarını aşkar etdikdə, bu barədə məlumatları Azərbaycan Respublikasının Baş Prokurorluğuna təqdim etsin;
7.4. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikası Qanununun və bu Fərmanın tətbiqi nəticələri barədə üç ayda bir dəfə Azərbaycan Respublikasının Prezidentinə məlumat təqdim etsin.
8. Azərbaycan Respublikasının Baş Prokurorluğuna tövsiyə edilsin ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikasının Qanunundan və bu Fərmandan irəli gələn tələblərin pozulmasına dair məlumatların araşdırılmasını və aşkar olunmuş hüquq pozuntuları barədə müvafiq tədbirlərin görülməsini təmin etsin, bu barədə Azərbaycan Respublikasının Prezidentinə mütəmadi məlumat təqdim etsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 26 oktyabr 2015-ci il
№ 660
|
Azərbaycan Respublikası Prezidentinin
2015-ci il 26 oktyabr tarixli 660 nömrəli fərmanı ilə
TƏSDİQ EDİLMİŞDİR
|
“Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən insanların həyat və sağlamlığına, dövlətin təhlükəsizliyinə və iqtisadi maraqlarına mühüm təhlükə yaradan hallar üzrə aparılmasına yol verilən yoxlamaların Siyahısı
1. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsində nəzərdə tutulan müddətdə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər, dövlət mülkiyyətində olmayan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olmayan hüquqi şəxslər barəsində siyahısı aşağıda göstərilən yoxlamalar aparıla bilər:
1.1. dərman vasitələrinin keyfiyyəti, təhlükəsizliyi qaydalarına riayət edilməsinin və sanitar-gigiyenik qaydalara riayət edilməsinin Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən yoxlanılması;
[8]
1.2. fitosanitar tələblərə, qaydalara uyğunluğun və baytarlıq tələblərinə, qaydalarına uyğunluğun Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən yoxlanılması;
[9]
1.3. təbii qaz, su təchizatı, elektrik və ya istilik şəbəkələrinə qanunsuz qoşulma hallarının yoxlanılması;
[10]
1.4. sığortaçıların, təkrarsığortaçıların və sığorta vasitəçilərinin fəaliyyətinin Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən yoxlanılması;
[11]
1.5. kredit təşkilatlarının, habelə onların törəmə təsərrüfat cəmiyyətlərinin Azərbaycan Respublikasının Mərkəzi Bankı və Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən yoxlanılması;
[12]
1.6. radioaktiv, partlayıcı və digər xüsusi təhlükəli maddələrin və ya avadanlıqların saxlanılması və dövriyyəsi, dağ-mədən işlərinin, hidrotexniki qurğularda, neft və qazçıxarma sənaye obyektlərində və xüsusi təhlükəli digər sahələrdə işlərin görülməsi zamanı texniki təhlükəsizlik qaydalarına riayət olunmasının, aparılan işlərin və istismarda olan obyektlərin tikinti, texniki və yanğın təhlükəsizliyi normalarına uyğunluğunun Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi tərəfindən yoxlanılması;
[13]
1.7. əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən monitorinqi;
[14]
1.8. kənd təsərrüfatı bitkilərinin toxum və əkin materialları, habelə seleksiya nailiyyətləri ilə bağlı “Toxumçuluq haqqında”, “Çayçılıq haqqında”, “Seleksiya nailiyyətləri haqqında” Azərbaycan Respublikasının qanunları və bu sahədə münasibətləri tənzimləyən Azərbaycan Respublikasının digər qanunları ilə müəyyən edilmiş müvafiq tələblərə riayət olunmasının Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi tərəfindən yoxlanılması.
[15]
2. Bu Siyahının 1-ci hissəsində nəzərdə tutulmamış, lakin insanların həyat və sağlamlığına, dövlətin təhlükəsizliyinə və iqtisadi maraqlarına mühüm təhlükə yaradan təxirəsalınmaz hallarda yoxlamalar müstəsna qaydada aidiyyəti yoxlayıcı orqanın əsaslandırılmış müraciəti əsasında Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyinin razılığı ilə aparılır. Bu halda Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi sahibkarların hüquqlarının müdafiəsi üçün zəruri hesab etdikdə yoxlama həmin Nazirliyin əməkdaşının iştirakı ilə aparılır.
[16]
İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI
1.
16 avqust 2016-cı il tarixli 1023 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 17 avqust 2016-cı il, № 178, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 8, maddə 1384)
2.
18 oktyabr 2016-cı il tarixli 1074 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 19 oktyabr 2016-cı il, № 230, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 10, maddə 1633)
3.
28 aprel 2017-ci il tarixli 1351 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 29 aprel 2017-ci il, № 90, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 4, maddə 565)
4.
3 noyabr 2017-ci il tarixli 1658 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 4 noyabr 2017-ci il, № 243, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 11, maddə 1997)
5.
23 fevral 2019-cu il tarixli 548 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 24 fevral 2019-cu il, № 45, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, №2, maddə 247)
6.
27 fevral 2019-cu il tarixli 550 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 1 mart 2019-cu il, № 49, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, №2, maddə 249)
7.
7 mart 2019-cu il tarixli 575 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 8 mart 2019-cu il, № 55, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, №3, maddə 415)
8.
10 aprel 2019-cu il tarixli 621 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 11 aprel 2019-cu il, № 77, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, №4, maddə 621)
9.
13 iyun 2019-cu il tarixli 740 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 14 iyun 2019-cu il, № 128, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, №6, maddə 1032)
10.
19 mart 2020-ci il tarixli 967 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 20 mart 2020-ci il, № 62, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 3, maddə 243)
11.
17 iyun 2020-ci il tarixli 1065 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 18 iyun 2020-ci il, № 115, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 6, maddə 706)
12.
21 may 2021-ci il tarixli 1343 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 23 may 2021-ci il, № 103, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 5 maddə 450)
13.
7 aprel 2022-ci il tarixli 1654 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 8 aprel 2022-ci il, № 71, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 4, maddə 315)
14.
26 iyul 2022-ci il tarixli 1766 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 27 iyul 2022-ci il, № 156, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 7 maddə 754)
15.
2 avqust 2022-ci il tarixli 1787 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı, 2 avqust 2022-ci il, “Xalq” qəzeti 4 avqust 2022-ci il, № 163, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 8, maddə 847)
FƏRMANA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI
[1]
3 noyabr 2017-ci il tarixli 1658 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 4 noyabr 2017-ci il, № 243, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 11, maddə 1997) ilə 1.1-ci bəndə “yoxlamalarına” sözündən sonra “, bu Fərmanın 1.2-1-ci bəndində nəzərdə tutulmuş orqanlar tərəfindən dərman vasitələrinin keyfiyyəti, təhlükəsizliyi qaydalarına riayət edilməsi və qida məhsullarının təhlükəsizliyinə nəzarətin həyata keçirilməsi ilə bağlı yoxlamalara” sözləri əlavə edilmişdir.
7 mart 2019-cu il tarixli 575 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 8 mart 2019-cu il, № 55, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, №3, maddə 415) ilə 1.1-ci bəndə “bağlı” sözündən sonra “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əməl edilməsinə nəzarətin həyata keçirilməsi ilə bağlı həmin Qanunla müəyyən edilmiş nəzarət orqanları tərəfindən həyata keçirilən” sözləri əlavə edilmişdir.
10 aprel 2019-cu il tarixli 621 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 11 aprel 2019-cu il, № 77, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, №4, maddə 621) ilə 1.1-ci bəndə “vergi yoxlamalarına” sözlərindən sonra “, gömrük auditinə” sözləri əlavə edilmişdir.
13 iyun 2019-cu il tarixli 740 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 14 iyun 2019-cu il, № 128, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, №6, maddə 1032) ilə 1.1-ci bəndə “vergi yoxlamalarına,” sözlərindən sonra “maliyyə bazarları sahəsində aparılan yoxlamalara,” sözləri əlavə edilmişdir.
17 iyun 2020-ci il tarixli 1065 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 18 iyun 2020-ci il, № 115, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 6, maddə 706) ilə 1.1-ci bəndə “qida məhsullarının təhlükəsizliyinə nəzarətin həyata keçirilməsi ilə bağlı” sözlərindən sonra “yoxlamalara, yanğın nəzarəti, tikintiyə dövlət nəzarəti, təhlükə potensiallı obyektlərin və dağ-mədən sahələrinin təhlükəsiz istismarına nəzarət və radiasiya təhlükəsizliyi sahəsində yoxlamalara,” sözləri əlavə edilmişdir.
21 may 2021-ci il tarixli 1343 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 23 may 2021-ci il, № 103, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 5 maddə 450) ilə 1.1-ci bəndə “radiasiya təhlükəsizliyi sahəsində yoxlamalara,” sözlərindən sonra “enerji, su, kanalizasiya və qaz təchizatı müəssisələrinin səlahiyyətli nümayəndələri tərəfindən sahibkarlıq subyektlərinin elektrik, su və qaz sayğaclarının göstəricilərinin oxunması zamanı müəyyən edilən həmin sayğaclara müdaxilə, habelə sayğacdan kənar paylayıcı şəbəkəyə qanunsuz qoşulma (təchizat müəssisəsinin razılığı olmadan şəbəkəyə qoşulma) hallarının araşdırılması ilə bağlı yoxlamalara,” sözləri əlavə edilmişdir.
26 iyul 2022-ci il tarixli 1766 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 27 iyul 2022-ci il, № 156, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 7 maddə 754) ilə 1.1-ci bəndinə ikinci halda “su” sözündən sonra “, istilik” sözü, “paylayıcı şəbəkəyə” sözlərindən sonra “və ya istilik şəbəkəsinə” sözləri əlavə edilmişdir.
[2]
3 noyabr 2017-ci il tarixli 1658 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 4 noyabr 2017-ci il, № 243, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 11, maddə 1997) ilə 1.2-ci bənddə “və ikinci cümlələrində” sözləri “cümləsində (ikinci halda) və ikinci cümləsində” sözləri ilə əvəz edilmişdir.
[3]
3 noyabr 2017-ci il tarixli 1658 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 4 noyabr 2017-ci il, № 243, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 11, maddə 1997) ilə yeni məzmunda 1.2-1-ci bənd əlavə edilmişdir.
19 mart 2020-ci il tarixli 967 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 20 mart 2020-ci il, № 62, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 3, maddə 243) ilə 1.1-ci və 1.2-1-ci bəndlərə “dərman” sözündən əvvəl “özəl tibb fəaliyyətinin subyektlərində aparılan yoxlamalara, eləcə də” sözləri əlavə edilmişdir.
[4]
16 avqust 2016-cı il tarixli 1023 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 17 avqust 2016-cı il, № 178, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 8, maddə 1384) ilə 4-cü, 6-cı, 7-ci hissələrdən və 1.3-cü, 3.2-ci, 3.3-cü, 5.1-ci və 5.2-ci bəndlərdən “və Sənaye” sözləri çıxarılmışdır.
[5]
28 aprel 2017-ci il tarixli 1351 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 29 aprel 2017-ci il, № 90, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 4, maddə 565) ilə 3.2-ci bənddə “1.4-1.6-cı” sözləri “1.4-1.7-ci” sözləri ilə əvəz edilmişdir.
13 iyun 2019-cu il tarixli 740 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 14 iyun 2019-cu il, № 128, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, №6, maddə 1032) ilə 3.2-ci bənddə “1.4-1.7-ci bəndlərində” sözləri “1.6-cı və 1.7-ci bəndlərində” sözləri ilə əvəz edilmişdir.
17 iyun 2020-ci il tarixli 1065 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 18 iyun 2020-ci il, № 115, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 6 maddə 706) ilə 3.2-ci bənddə “1.6 və 1.7-ci bəndlərində” sözləri “1.7-ci bəndində” sözləri ilə əvəz edilmişdir.
[6]
2 avqust 2022-ci il tarixli 1787 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı, 2 avqust 2022-ci il, “Xalq” qəzeti 4 avqust 2022-ci il, № 163, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 8, maddə 847) ilə 6-cı hissə ləğv edilmişdir.
[7]
2 avqust 2022-ci il tarixli 1787 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı, 2 avqust 2022-ci il, “Xalq” qəzeti 4 avqust 2022-ci il, № 163, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 8, maddə 847) ilə 7.2-ci bənddən “barədə Azərbaycan Respublikasının Vergilər Nazirliyindən daxil olmuş məlumatlar” sözləri çıxarılmışdır.
[8]
3 noyabr 2017-ci il tarixli 1658 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 4 noyabr 2017-ci il, № 243, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 11, maddə 1997) ilə “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən insanların həyat və sağlamlığına, dövlətin təhlükəsizliyinə və iqtisadi maraqlarına mühüm təhlükə yaradan hallar üzrə aparılmasına yol verilən yoxlamaların Siyahısı”nın 1.1-ci bəndindən “dərman vasitələrinin keyfiyyəti, təhlükəsizliyi qaydalarına riayət edilməsinin və” sözləri çıxarılmışdır.
[9]
27 fevral 2019-cu il tarixli 550 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 1 mart 2019-cu il, № 49, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, №2, maddə 249) ilə “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən insanların həyat və sağlamlığına, dövlətin təhlükəsizliyinə və iqtisadi maraqlarına mühüm təhlükə yaradan hallar üzrə aparılmasına yol verilən yoxlamaların Siyahısı”nın 1.2-ci bəndində “Kənd Təsərrüfatı Nazirliyi” sözləri “Qida Təhlükəsizliyi Agentliyi” sözləri ilə əvəz edilmişdir.
[10]
21 may 2021-ci il tarixli 1343 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 23 may 2021-ci il, № 103, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 5 maddə 450) ilə “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən insanların həyat və sağlamlığına, dövlətin təhlükəsizliyinə və iqtisadi maraqlarına mühüm təhlükə yaradan hallar üzrə aparılmasına yol verilən yoxlamaların Siyahısı”nın 1.3-cü bəndi ləğv edilmişdir.
[11]
18 oktyabr 2016-cı il tarixli 1074 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 19 oktyabr 2016-cı il, № 230, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 10, maddə 1633) ilə “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən insanların həyat və sağlamlığına, dövlətin təhlükəsizliyinə və iqtisadi maraqlarına mühüm təhlükə yaradan hallar üzrə aparılmasına yol verilən yoxlamaların Siyahısı”nın 1.4-cü bənddə “Azərbaycan Respublikasının Maliyyə Nazirliyi” sözləri “Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası” sözləri ilə əvəz edilmişdir.
23 fevral 2019-cu il tarixli 548 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 24 fevral 2019-cu il, № 45, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, №2, maddə 247) ilə “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən insanların həyat və sağlamlığına, dövlətin təhlükəsizliyinə və iqtisadi maraqlarına mühüm təhlükə yaradan hallar üzrə aparılmasına yol verilən yoxlamaların Siyahısı”nın 1.4-cü və 1.5-ci bəndləri ləğv edilmişdir.
[12]
18 oktyabr 2016-cı il tarixli 1074 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 19 oktyabr 2016-cı il, № 230, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 10, maddə 1633) ilə “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən insanların həyat və sağlamlığına, dövlətin təhlükəsizliyinə və iqtisadi maraqlarına mühüm təhlükə yaradan hallar üzrə aparılmasına yol verilən yoxlamaların Siyahısı”nın 1.5-ci bəndə “Mərkəzi Bankı” sözlərindən sonra “və Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası” sözləri əlavə edilmişdir.
[13]
17 iyun 2020-ci il tarixli 1065 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 18 iyun 2020-ci il, № 115, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 6 maddə 706) ilə “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən insanların həyat və sağlamlığına, dövlətin təhlükəsizliyinə və iqtisadi maraqlarına mühüm təhlükə yaradan hallar üzrə aparılmasına yol verilən yoxlamaların Siyahısı”nın 1.6-cı bəndi ləğv edilmişdir.
[14]
28 aprel 2017-ci il tarixli 1351 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 29 aprel 2017-ci il, № 90, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 4, maddə 565) ilə 1.6-cı bəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilmişdir və yeni məzmunda 1.7-ci bənd əlavə edilmişdir.
[15]
7 aprel 2022-ci il tarixli 1654 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 8 aprel 2022-ci il, № 71, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 4, maddə 315) ilə “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən insanların həyat və sağlamlığına, dövlətin təhlükəsizliyinə və iqtisadi maraqlarına mühüm təhlükə yaradan hallar üzrə aparılmasına yol verilən yoxlamaların Siyahısı”nın 1.7-ci bəndinin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz olunmuşdur və yeni məzmunda 1.8-ci bənd əlavə edilmişdir.
[16]
16 avqust 2016-cı il tarixli 1023 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 17 avqust 2016-cı il, № 178, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 8, maddə 1384) ilə “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən insanların həyat və sağlamlığına, dövlətin təhlükəsizliyinə və iqtisadi maraqlarına mühüm təhlükə yaradan hallar üzrə aparılmasına yol verilən yoxlamaların Siyahısı”nın 2-ci hissəsinin birinci və ikinci cümlələrindən “və Sənaye” sözləri çıxarılmışdır.
18 oktyabr 2016-cı il tarixli 1074 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 19 oktyabr 2016-cı il, № 230, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 10, maddə 1633) ilə “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən insanların həyat və sağlamlığına, dövlətin təhlükəsizliyinə və iqtisadi maraqlarına mühüm təhlükə yaradan hallar üzrə aparılmasına yol verilən yoxlamaların Siyahısı”nın 2-ci hissənin birinci cümləsində “dövlət orqanının” sözləri “yoxlayıcı orqanın” sözləri ilə əvəz edilmişdir.