Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikasında sahibkarlığın inkişafının stimullaşdırılması məqsədi ilə qərara alır:
Maddə 1. Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması
Azərbaycan Respublikası ərazisində sahibkarlıq sahəsində aparılan yoxlamalar 2024-cü il yanvarın 1-dək dayandırılır.
[1]
Maddə 2. Qanunun tətbiq dairəsi
2.1. Bu Qanunun 1-ci maddəsində nəzərdə tutulmuş müddətdə yalnız vergi yoxlamaları, maliyyə bazarları sahəsində aparılan yoxlamalar, gömrük auditi, müvafiq icra hakimiyyəti orqanı tərəfindən özəl tibb fəaliyyətinin subyektlərində aparılan yoxlamalar, eləcə də dərman vasitələrinin keyfiyyəti, təhlükəsizliyi qaydalarına riayət edilməsi və qida məhsullarının təhlükəsizliyinə nəzarətin həyata keçirilməsi ilə bağlı yoxlamalar, yanğın nəzarəti, tikintiyə dövlət nəzarəti, təhlükə potensiallı obyektlərin və dağ-mədən sahələrinin təhlükəsiz istismarına nəzarət və radiasiya təhlükəsizliyinə nəzarət sahəsində yoxlamalar, enerji, su, kanalizasiya və qaz təchizatı müəssisələrinin səlahiyyətli nümayəndələri tərəfindən sahibkarlıq subyektlərinin elektrik, su, istilik və qaz sayğaclarının göstəricilərinin oxunması zamanı müəyyən edilən həmin sayğaclara müdaxilə, habelə sayğacdan kənar paylayıcı şəbəkəyə və ya istilik şəbəkəsinə qanunsuz qoşulma (təchizat müəssisəsinin razılığı olmadan şəbəkəyə qoşulma) hallarının araşdırılması ilə bağlı yoxlamalara, “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əməl edilməsinə nəzarətin həyata keçirilməsi ilə bağlı həmin Qanunla müəyyən edilmiş nəzarət orqanları tərəfindən həyata keçirilən yoxlamalar, habelə insanların həyat və sağlamlığına, dövlətin təhlükəsizliyinə və iqtisadi maraqlarına mühüm təhlükə yaradan hallar üzrə siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən yoxlamalar aparıla bilər. Həmin yoxlamalar müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla aparılır.
[2]
2.1-1. Bu Qanunun 1-ci maddəsində nəzərdə tutulmuş müddət başa çatdıqdan sonra yoxlayıcı orqanlar tərəfindən sahibkarların yoxlamaların dayandırıldığı dövrdəki fəaliyyəti ilə bağlı plan üzrə (növbəti) və plandankənar (növbədənkənar) yoxlamalar (bu Qanunun 2.1-ci maddəsində göstərilən yoxlamalar istisna olmaqla) aparıla bilməz.
[3]
2.2. Bu Qanunun müddəaları korrupsiya cinayətlərinin araşdırılması ilə əlaqədar Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən aparılan yoxlamalara şamil edilmir.
2.3. Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi ilə bağlı digər məsələlər bu Qanunun və onun əsasında qəbul edilmiş normativ hüquqi aktların müddəaları nəzərə alınmaqla “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir.
Maddə 3. Qanunun tələbləri pozulmaqla aparılan yoxlamaların nəticələri
3.1. Bu Qanun və onun əsasında qəbul edilmiş normativ hüquqi aktların tələblərinin pozulması ilə aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur.
3.2. Sahibkar bu Qanunun tələbləri pozulmaqla həyata keçirilən yoxlamalardan müvafiq icra hakimiyyəti orqanına, prokurorluq orqanlarına, habelə inzibati və məhkəmə qaydasında şikayət verə bilər.
Maddə 4. Qanunun qüvvəyə minməsi
Bu Qanun 2015-ci il noyabrın 1-dən qüvvəyə minir.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 20 oktyabr 2015-ci il
№ 1410-IVQ
İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI
1.
31 oktyabr 2017-ci il tarixli 845-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 4 noyabr 2017-ci il, № 243, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, №11 , maddə 1973)
2.
30 noyabr 2018-ci il tarixli 1364-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 1 dekabr 2018-ci il, № 271, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 11, maddə 2232)
3.
28 dekabr 2018-ci il tarixli 1430-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 30 dekabr 2018-ci il, № 296, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 12, I kitab, maddə 2520)
4.
12 fevral 2019-cu il tarixli 1503-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 24 fevral 2019-cu il, № 45, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 2, maddə 202)
5.
30 may 2019-cu il tarixli 1603-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 20 iyun 2019-cu il, № 131, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 6, maddə 1006)
6.
17 mart 2020-ci il tarixli 29-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 20 mart 2020-ci il, № 62, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 3, maddə 224)
7.
9 mart 2021-ci il tarixli 279-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 19 mart 2020-ci il, № 61, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 3, maddə 216)
8.
2 aprel 2021-ci il tarixli 288-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 23 may 2021-ci il, № 105, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 5 maddə 429)
9.
1 fevral 2022-ci il tarixli 480-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 10 fevral 2022-ci il, № 30, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 2, maddə 94)
10.
17 iyun 2022-ci il tarixli 547-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 27 iyul 2022-ci il, № 156, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, №7, maddə 698)
11.
1 fevral 2023-cü il tarixli 803-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı, 10 fevral 2023-cü il, “Azərbaycan” qəzeti, 11 fevral 2023-cü il, № 31, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023-cü il, № 2, maddə 218)
QANUNA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI
[1]
31 oktyabr 2017-ci il tarixli 845-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 4 noyabr 2017-ci il, № 243, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, №11 , maddə 1973) ilə 1-ci maddədə “2 (iki) il müddətinə” sözləri “2021-ci il yanvarın 1-dək” sözləri ilə əvəz edilmişdir.
9 mart 2021-ci il tarixli 279-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 19 mart 2020-ci il, № 61, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 3, maddə 216) ilə 1-ci maddədə “2021” rəqəmləri “2022” rəqəmləri ilə əvəz edilmişdir.
1 fevral 2022-ci il tarixli 480-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 10 fevral 2022-ci il, № 30, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 2, maddə 94) ilə 1-ci maddədə “2022-ci” sözləri “2023-cü” sözləri ilə əvəz edilmişdir.
1 fevral 2023-cü il tarixli 803-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı, 10 fevral 2023-cü il, “Azərbaycan” qəzeti, 11 fevral 2023-cü il, № 31, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023-cü il, № 2, maddə 218) ilə 1-ci maddəsində “2023-cü” sözləri “2024-cü” sözləri ilə əvəz edilmişdir.
[2]
31 oktyabr 2017-ci il tarixli 845-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 4 noyabr 2017-ci il, № 243, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, №11 , maddə 1973) ilə 2.1-ci maddənin birinci cümləsinə “yoxlamaları,” sözündən sonra “müvafiq icra hakimiyyəti orqanı tərəfindən dərman vasitələrinin keyfiyyəti, təhlükəsizliyi qaydalarına riayət edilməsi və qida məhsullarının təhlükəsizliyinə nəzarətin həyata keçirilməsi ilə bağlı yoxlamalar, habelə” sözləri əlavə edilmişdir.
30 noyabr 2018-ci il tarixli 1364-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 1 dekabr 2018-ci il, № 271, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 11, maddə 2232) ilə 2.1-ci maddənin birinci cümləsinə “habelə” sözündən əvvəl “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əməl edilməsinə nəzarətin həyata keçirilməsi ilə bağlı həmin Qanunla müəyyən edilmiş nəzarət orqanları tərəfindən həyata keçirilən yoxlamalar,” sözləri əlavə edilmişdir.
28 dekabr 2018-ci il tarixli 1430-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 30 dekabr 2018-ci il, № 296, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 12, I kitab, maddə 2520) ilə 2.1-ci maddənin birinci cümləsinə “yoxlamaları,” sözündən sonra “gömrük auditi,” sözləri əlavə edilmişdir.
12 fevral 2019-cu il tarixli 1503-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 24 fevral 2019-cu il, № 45, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 2, maddə 202) ilə 2.1-ci maddəsinə “vergi yoxlamaları,” sözlərindən sonra “maliyyə bazarları sahəsində aparılan yoxlamalar,” sözləri əlavə edilmişdir.
30 may 2019-cu il tarixli 1603-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 20 iyun 2019-cu il, № 131, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 6, maddə 1006) ilə 2.1-ci maddəyə “ilə bağlı yoxlamalar,” sözlərindən sonra “yanğın nəzarəti, tikintiyə dövlət nəzarəti, təhlükə potensiallı obyektlərin və dağ-mədən sahələrinin təhlükəsiz istismarına nəzarət və radiasiya təhlükəsizliyinə nəzarət sahəsində yoxlamalar,” sözləri əlavə edilmişdir.
17 mart 2020-ci il tarixli 29-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 20 mart 2020-ci il, № 62, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 3, maddə 224) ilə 2.1-ci maddənin birinci cümləsinə birinci halda “tərəfindən” sözündən sonra “özəl tibb fəaliyyətinin subyektlərində aparılan yoxlamalar, eləcə də” sözləri əlavə edilmişdir.
2 aprel 2021-ci il tarixli 288-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 23 may 2021-ci il, № 105, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 5 maddə 429) ilə 2.1-ci maddəsinin birinci cümləsinə “və radiasiya təhlükəsizliyinə nəzarət sahəsində yoxlamalar,” sözlərindən sonra “enerji, su, kanalizasiya və qaz təchizatı müəssisələrinin səlahiyyətli nümayəndələri tərəfindən sahibkarlıq subyektlərinin elektrik, su və qaz sayğaclarının göstəricilərinin oxunması zamanı müəyyən edilən həmin sayğaclara müdaxilə, habelə sayğacdan kənar paylayıcı şəbəkəyə qanunsuz qoşulma (təchizat müəssisəsinin razılığı olmadan şəbəkəyə qoşulma) hallarının araşdırılması ilə bağlı yoxlamalara,” sözləri əlavə edilmişdir.
17 iyun 2022-ci il tarixli 547-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 27 iyul 2022-ci il, № 156, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, №7, maddə 698) ilə 2.1-ci maddəsinə ikinci halda “su” sözündən sonra “, istilik” sözü, “paylayıcı şəbəkəyə” sözlərindən sonra “və ya istilik şəbəkəsinə” sözləri əlavə edilmişdir.
[3]
9 mart 2021-ci il tarixli 279-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 19 mart 2020-ci il, № 61, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 3, maddə 216) ilə yeni məzmunda 2.1-1-ci maddə əlavə edilmişdir.