×
E-QANUN
FREE
OPEN
AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMLARI
QƏBUL EDİLDİYİ TARİX
15.11.2004
QEYDİYYAT NÖMRƏSİ
519
ADI
Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının yeni tərkibinin təsdiq edilməsi barədə
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Qəzeti (Dərc olunma tarixi: 16-11-2004, Nəşr nömrəsi: 266), Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 30-11-2004, Nəşr nömrəsi: 11, Maddə nömrəsi: 942)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
15.11.2004
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
010.000.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
01.07.2011
“Azərbaycan Respublikasının Hökuməti ilə Albaniya Respublikasının Hökuməti arasında Albaniyanın qazlaşdırılmasma dair Baş Planının inkişafında əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nu imzalamaq səlahiyyətinin ve¬rilməsi barədə

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının yeni tərkibinin təsdiq edilməsi barədə

 

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI

 

“Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının tərkibində dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 28 iyul tarixli 325 nömrəli Sərəncamının 3-cü bəndinə əsasən əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının aşağıdakı yeni tərkibi təsdiq edilsin: [1]

 

Komissiyanın sədri [2]

 

Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi

 

Komissiyanın üzvləri

 

Azərbaycan Respublikası müdafiə nazirinin müavini

Azərbaycan Respublikası daxili işlər nazirinin müavini

Azərbaycan Respublikası xarici işlər nazirinin müavini

Azərbaycan Respublikası ədliyyə nazirinin müavini

Azərbaycan Respublikası fövqəladə hallar nazirinin müavini

Azərbaycan Respublikası səhiyyə nazirinin müavini

Azərbaycan Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini

Azərbaycan Respublikası Baş prokurorunun müavini — Azərbaycan Respublikasının Hərbi prokuroru

Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidməti rəisinin müavini

Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti rəisinin müavini

Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin müavini

Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti rəisinin müavini

Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi sədrinin müavini

Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini

Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini

Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti

Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının sədri

Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin İdarə Heyəti sədrinin müavini

Azərbaycan Dövlət informasiya Agentliyinin (AZƏRTAC-ın) İdarə Heyətinin sədri

Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti

 

Komissiyanın katibi

 

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının işçi qrupunun rəhbəri.

 

2. “Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası haqqında” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 1 mart tarixli 635 nömrəli sərəncamının 1-ci bəndi qüvvədən düşmüş hesab edilsin.

3. Bu sərəncam imzalandığı gündən qüvvəyə minir.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 15 noyabr 2004-cü il

    № 519

 

 

 


İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       14 sentyabr 2005-ci il tarixli 998 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 9, maddə 818)

2.       22 may 2007-ci il tarixli 577 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərman (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 5, maddə 459)

3.       8 aprel 2009-cu il tarixli 221 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 4, maddə 238)

4.       29 may 2009-cu il tarixli 302 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 5, maddə 383)

5.       24 iyun 2013-cü il tarixli 2964 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 6, maddə 702)

6.       22 dekabr 2014-cü il tarixli 940 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 12, maddə 1627)

7.       10 avqust 2015-ci il tarixli 578 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 11 avqust 2015-ci il, № 171, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, № 8, maddə 907)

8.       30 oktyabr 2015-ci il tarixli 1483 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, № 10, maddə 1190)

9.       20 aprel 2016-cı il tarixli 1981 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (“Azərbaycan” qəzeti, 22 aprel 2016-cı il, № 85, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 4, maddə 737)

10.    21 yanvar 2017-ci il tarixli 1204 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 22 yanvar 2017-ci il, № 14; “Xalq” qəzeti, 28 yanvar 2017-ci il, № 19, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, №1 , maddə 51)

11.    16 yanvar 2020-ci il tarixli 1769 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (“Xalq” qəzeti, 17 yanvar 2020-ci il, № 9, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, №1, maddə 34)

12.    17 noyabr 2022-ci il tarixli 3589 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 11, maddə 1299)

 

SƏRƏNCAMA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 30 oktyabr 2015-ci il tarixli 1483 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı  (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, № 10, maddə 1190) ilə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının tərkibinin “Komissiyanın sədri” hissəsində “Eldar Mahmudov — Azərbaycan Respublikasının milli təhlükəsizlik naziri” sözləri “Mədət Quliyev — Azərbaycan Respublikası milli təhlükəsizlik nazirinin birinci müavini” sözləri ilə əvəz edilmişdir.

 

21 yanvar 2017-ci il tarixli 1204 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 22 yanvar 2017-ci il, № 14; “Xalq” qəzeti, 28 yanvar 2017-ci il, № 19, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, №1 , maddə 51) ilə “Komissiyanın sədri” hissəsində “Azərbaycan Respublikası milli təhlükəsizlik nazirinin birinci müavini” sözləri “Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi” sözləri ilə əvəz edilmişdir.

22 may 2007-ci il tarixli 577 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərman (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 5, maddə 459) ilə "Dilrubə Camalova—Azərbaycan Respublikasının Qadın Problemləri üzrə Dövlət Komitəsi sədrinin birinci müavini" sözləri "Sədaqət Qəhrəmanova—Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini" sözləri ilə əvəz edilmişdir.

8 aprel 2009-cu il tarixli 221 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 4, maddə 238) ilə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının tərkibindən Tahir Budaqov və Sahib Rəhimov həmin Komissiyanın tərkibindən çıxarılmışdır.

14 sentyabr 2005-ci il tarixli 998 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 9, maddə 818) ilə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının tərkibindən İlham Məmmədov həmin çıxarılmışdır.

10 avqust 2015-ci il tarixli 578 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 11 avqust 2015-ci il, № 171, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, № 8, maddə 907) ilə “Komissiyanın üzvləri” bölməsində “Teleqraf” sözü “İnformasiya” sözü ilə əvəz edilmişdir.

24 iyun 2013-cü il tarixli 2964 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 6, maddə 702) ilə “Rəbiyyət Aslanova – Azərbaycan Respublikası Milli Məclisinin deputatı, İnsan hüquqları daimi Komissiyası sədrinin müavini” abzası “Rəbiyyət Aslanova – Azərbaycan Respublikası Milli Məclisinin deputatı, insan hüquqları Komitəsinin sədri” məzmununda, “Azay Quliyev – Milli qeyri-hökumət təşkilatları forumunun rəhbəri” abzası “Azay Quliyev – Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-hökumət təşkilatlarına dövlət dəstəyi Şurasının sədri” məzmununda verilmişdir.

 

20 aprel 2016-cı il tarixli 1981 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (“Azərbaycan” qəzeti, 22 aprel 2016-cı il, № 85, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 4, maddə 737) ilə “Komissiyanın üzvləri” hissəsində “Rəbiyyət Aslanova – Azərbaycan Respublikası Milli Məclisinin deputatı, insan hüquqları Komitəsinin sədri ” sözləri “Bahar Muradova - Azərbaycan Respublikası Milli Məclisi Sədrinin müavini, İnsan hüquqları komitəsinin sədri” sözləri ilə əvəz edilmişdir.

24 iyun 2013-cü il tarixli 2964 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 6, maddə 702) ilə “Azay Quliyev – Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-hökumət təşkilatlarına dövlət dəstəyi Şurasının sədri” məzmununda verilmişdir.

22 dekabr 2014-cü il tarixli 940 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 12, maddə 1627) ilə “Komissiyanın üzvləri” hissəsində “Vaqif Məmmədov - Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Tərbiyəvi işlər idarəsinin rəisi” sözləri “Kərim Vəliyev - Azərbaycan Respublikası müdafiə nazirinin müavini” sözləri ilə əvəz edilmişdir.

14 sentyabr 2005-ci il tarixli 998 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 9, maddə 818) ilə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının tərkibinə Xanlar Vəliyev - Azərbaycan Respublikası Baş prokurorunun müavini - Azərbaycan Respublikasının Hərbi prokuroru daxil edilmişdir.

8 aprel 2009-cu il tarixli 221 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 4, maddə 238) ilə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının tərkibinə İlqar Rəhimov -Azərbaycan Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini, Gəray Fərhadov - Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi sədrinin müavini və Bayram Səfərov - Şuşa rayonu İcra Hakimiyyətinin başçısı daxil edilmişdir.

29 may 2009-cu il tarixli 302 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 5, maddə 383) ilə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının tərkibinə Gültəkin Hacıyeva -Azərbaycan Respublikası Milli Məclisinin deputatı daxil edilmişdir.

 

24 iyun 2013-cü il tarixli 2964 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 6, maddə 702) ilə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının tərkibindən Elmar Qasımov, Gülər Əhmədova, İsmayıl Ömərov, Bəkir Nəbiyev, Rövşən Mustafayev, Elçin Şıxlı, Fazil Abbasov və Gültəkin Hacıyeva çıxarılmışdır.

24 iyun 2013-cü il tarixli 2964 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 6, maddə 702) ilə İsa Həbibbəyli – Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, Çingiz Qənizadə – Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, Xanhüseyn Kazımlı – Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Azərbaycan Sosial Rifah Partiyasının sədri, Ceyhun Bayramov – Azərbaycan Respublikası Təhsil Nazirliyinin Aparatının rəhbəri, Nuşirəvan Məhərrəmov – Azərbaycan Respublikasının Milli Televiziya və Radio Şurasının sədri, Cəmil Quliyev – Azərbaycan Respublikasının İctimai Televiziya və Radio Yayımları Şirkətinin Baş direktoru, Sevil Mikayılova – “Azərnyus” qəzetinin baş redaktoru Komissiyanın tərkibinə daxil edilmişdir.

22 dekabr 2014-cü il tarixli 940 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 12, maddə 1627) ilə “Komissiyanın üzvləri” hissəsində “Komissiyanın katibi” hissəsində “Şahin Sayılov - Azərbaycan Respub­likası milli təhlükəsizlik nazirinin baş məsləhətçisi” sözləri “Firudin Sadıqov - Azərbaycan Respublikası milli təhlükəsizlik nazirinin baş müşaviri” sözləri ilə əvəz edilmişdir.

 

21 yanvar 2017-ci il tarixli 1204 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 22 yanvar 2017-ci il, № 14; “Xalq” qəzeti, 28 yanvar 2017-ci il, № 19, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, №1 , maddə 51) ilə “Komissiyanın katibi” hissəsində “Firudin Sadıqov — Azərbaycan Respublikası milli təhlükəsizlik nazirinin baş müşaviri” sözləri “Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının işçi qrupunun rəhbəri” sözləri ilə əvəz edilmişdir.

 

[2] 16 yanvar 2020-ci il tarixli 1769 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (“Xalq” qəzeti, 17 yanvar 2020-ci il, № 9, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, №1, maddə 34) ilə “Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası”nın tərkibi yeni redaksiyada verilmişdir.

əvvəlki redaksiyada deyilirdi:

Komissiyanın sədri:

Mədət Quliyev – Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi

Komissiyanın üzvləri:

Oruc Zalov – Azərbaycan Respublikası daxili işlər nazirinin müavini

Xələf Xələfov – Azərbaycan Respublikası xarici işlər nazirinin müavini

Abbas Vəlibəyov – Azərbaycan Respublikası səhiyyə nazirinin müavini

Tahir Budaqov—Azərbaycan Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini

Elmar Qasımov—Azərbaycan Respublikası təhsil nazirinin müavini

İntiqam Babayev – Azərbaycan Respublikası gənclər, idman və turizm nazirinin müavini

Ədalət Vəliyev – Azərbaycan Respublikası mədəniyyət nazirinin birinci müavini

Sədaqət Qəhrəmanova – Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini

Sahib Rəhimov – Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi sədrinin müavini

İlham Məmmədov – Azərbaycan Respublikası Hərbi prokurorunun vəzifələrini icra edən

Aslan Aslanov – Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AzərTAc) baş direktoru

Bahar Muradova – Azərbaycan Respublikası Milli Məclisi Sədrinin müavini, İnsan hüquqları komitəsinin sədri

Gülər Əhmədova – Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Azərbaycan Respublikası Uşaq Təşkilatının sədri

İsmayıl Ömərov—Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Dövlət Televiziya və Radio Verilişləri Şirkətinin İctimai-siyasi proqramlar redaksiyasının baş redaktoru

Yaqub Mahmudov – Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Bakı Dövlət Universitetinin tarix fakültəsinin dekanı

Bəxtiyar Sadıqov – Azərbaycan Respublikası Milli Məclisinin deputatı, “Azərbaycan” qəzetinin baş redaktoru

Vüqar Rəhimzadə – Azərbaycan Respublikası Milli Məclisinin deputatı, “İki sahil” qəzetinin baş redaktoru

Nizami Bəhmənov – Şuşa Rayonu İcra Hakimiyyətinin başçısı

Bəkir Nəbiyev—Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, Azərbaycan Milli Elmlər Akademiyasının Ədəbiyyat İnstitutunun direktoru

Rövşən Mustafayev—Azərbaycan Milli Elmlər Akademiyasının İnsan Hüquqları üzrə Elmi-Tədqiqat İnstitutunun direktoru

Azay Quliyev – Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-hökumət təşkilatlarına dövlət dəstəyi Şurasının sədri

Kərim Vəliyev – Azərbaycan Respublikası müdafiə nazirinin müavini

Salman Musayev – Qafqaz Müsəlmanları İdarəsi sədrinin müavini

Novruz Aslanov –Azərbaycan Qızıl Aypara Cəmiyyətinin sədri

Zərifə Salahova – Azərbaycan qadınları Bakı Assosiasiyasının sədri

Əflatun Amaşov – Milli Mətbuat Şurasının sədri

Yunis Əliyev – “Olaylar” İnformasiya Agentliyinin baş direktoru

Rəşad Məcidov – “525-ci qəzet”in baş redaktoru

Elçin Şıxlı—“Ayna” və “Zerkalo” qəzetlərinin baş redaktoru

Fazil Abbasov—“Azərnyus” qəzetinin baş redaktoru

Xanlar Vəliyev – Azərbaycan Respublikası Baş prokurorunun müavini - Azərbaycan Respublikasının Hərbi prokuroru

İlqar Rəhimov – Azərbaycan Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini

Gəray Fərhadov – Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi sədrinin müavini

Bayram Səfərov – Şuşa rayonu İcra Hakimiyyətinin başçısı daxil edilsin

Gültəkin Hacıyeva - Azərbaycan Respublikası Milli Məclisinin deputatı

İsa Həbibbəyli – Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti

Çingiz Qənizadə – Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri

Xanhüseyn Kazımlı – Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Azərbaycan Sosial Rifah Partiyasının sədri

Ceyhun Bayramov – Azərbaycan Respublikası Təhsil Nazirliyinin Aparatının rəhbəri

Nuşirəvan Məhərrəmov – Azərbaycan Respublikasının Milli Televiziya və Radio Şurasının sədri

Cəmil Quliyev – Azərbaycan Respublikasının İctimai Televiziya və Radio Yayımları Şirkətinin Baş direktoru

Sevil Mikayılova – “Azərnyus” qəzetinin baş redaktoru

Komissiyanın katibi:

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının işçi qrupunun rəhbəri

 

17 noyabr 2022-ci il tarixli 3589 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 11, maddə 1299) ilə Komissiyanın tərkibi yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

Komissiyanın sədri

 

Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi

 

Komissiyanın üzvləri:

 

Azərbaycan Respublikası Müdafiə nazirinin müavini

Azərbaycan Respublikası Daxili İşlər nazirinin müavini

Azərbaycan Respublikası Xarici İşlər nazirinin müavini

Azərbaycan Respublikası Ədliyyə nazirinin müavini

Azərbaycan Respublikası Səhiyyə nazirinin müavini

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini

Azərbaycan Respublikası Baş prokurorunun müavini - Azərbaycan Respublikasının Hərbi prokuroru

Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidməti rəisinin müavini

Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti rəisinin müavini

Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin müavini

Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti rəisinin müavini

Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi sədrinin müavini

Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini

Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri

Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) İdarə Heyətinin sədri

Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti

“Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin İdarə Heyətinin sədri

Komissiyanın katibi

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının işçi qrupunun rəhbəri

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status