Azərbaycan Respublikası Energetika Nazirliyinin kollegiyasının tərkibi haqqında
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI
Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 11 aprel tarixli 149 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Energetika Nazirliyi haqqında Əsasnamə”nin 5.8-ci bəndinə əsasən, Azərbaycan Respublikası Energetika Nazirliyinin təklifini nəzərə alaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. Azərbaycan Respublikası Energetika Nazirliyinin kollegiya üzvlərinin sayı 10 nəfərdən ibarət müəyyənləşdirilsin və aşağıdakı tərkibdə təsdiq edilsin:
[1]
Kollegiyanın sədri
- Azərbaycan Respublikasının energetika naziri
Kollegiyanın üzvləri:
- Azərbaycan Respublikasının energetika nazirinin müavinləri;
- Azərbaycan Respublikası Energetika Nazirliyinin Aparatının rəhbəri;
- Azərbaycan Respublikası Energetika Nazirliyi Aparatının daxili nəzarət şöbəsinin müdiri;
[2]
- Azərbaycan Respublikası Energetika Nazirliyi Aparatının neft-qaz siyasəti şöbəsinin müdiri;
- Azərbaycan Respublikası Energetika Nazirliyi Aparatının elektroenergetika və enerji səmərəliliyi şöbəsinin müdiri;
- Azərbaycan Respublikası Energetika Nazirliyinin tabeliyində Enerji Məsələlərini Tənzimləmə Agentliyinin İdarə Heyətinin sədri;
Azərbaycan Respublikasının Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktoru.
[3]
2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə
Bakı şəhəri, 8 oktyabr 2014-cü il
№ 325
İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI
1.
3 noyabr 2017-ci il tarixli 474 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 11, maddə 2139)
2.
15 fevral 2018-ci il tarixli 49 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 2, maddə 353)
3.
15 iyul 2021-ci il tarixli 208 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 16 iyul 2021-ci il, № 147, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 7, maddə 870)
4.
15 mart 2022-ci il tarixli 84 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 17 mart 2022-ci il, № 58, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 3, maddə 270)
QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI
[1]
3 noyabr 2017-ci il tarixli 474 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 11, maddə 2139) ilə 1-ci hissə yeni redaksiyada verilmişdir.
Əvvəlki redaksiyada deyilirdi:
1. Azərbaycan Respublikası Energetika Nazirliyinin kollegiya üzvlərinin sayı 9 nəfərdən ibarət müəyyənləşdirilsin və aşağıdakı tərkibdə təsdiq edilsin:
|
||
|
|
|
|
||
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
15 fevral 2018-ci il tarixli 49 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 2, maddə 353) ilə 1-ci hissəsi yeni redaksiyada verilmişdir.
Əvvəlki redaksiyada deyilirdi:
1. Azərbaycan Respublikası Energetika Nazirliyinin kollegiya üzvlərinin sayı 9 nəfərdən ibarət müəyyənləşdirilsin və aşağıdakı tərkibdə təsdiq edilsin:
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
15 iyul 2021-ci il tarixli 208 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 16 iyul 2021-ci il, № 147, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 7, maddə 870) ilə 1-ci hissədə “9” rəqəmi “10” rəqəmləri ilə əvəz edilmişdir.
[2]
15 mart 2022-ci il tarixli 84 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 17 mart 2022-ci il, № 58, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 3, maddə 270) ilə 1-ci hissədə “Azərbaycan Respublikası Energetika Nazirliyinin Aparat rəhbərinin müavini - daxili nəzarət şöbəsinin müdiri” sözləri “Azərbaycan Respublikası Energetika Nazirliyi Aparatının daxili nəzarət şöbəsinin müdiri” sözləri ilə əvəz edilmişdir.
[3]
15 iyul 2021-ci il tarixli 208 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 16 iyul 2021-ci il, № 147, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 7, maddə 870) ilə 1-ci hissədə “Kollegiyanın üzvləri” bölməsinin dördüncü abzasdan “siyasəti” sözü çıxarılmışdır, beşinci abzasda “energetika” sözü “elektroenergetika və enerji səmərəliliyi” sözləri ilə əvəz edilmişdir və altıncı abzasın sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilmişdir və yeni məzmunda yeddinci abzas əlavə edilmişdir.