AKTIN NÖVÜ
Dövlət Şəhərsalma və Arxitektura Komitəsi
QƏBUL EDİLDİYİ TARİX
13.08.2015
QEYDİYYAT NÖMRƏSİ
04
ADI
“Su təchizatı. Xarici şəbəkə və qurğular” və “Kanalizasiya. Xarici şəbəkə və qurğular”ın təsdiq edilməsi haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
QÜVVƏYƏ MİNMƏ TARİXİ
18.08.2015
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
280.010.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
15201508130004
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
18.08.2015
“Su təchizatı. Xarici şəbəkə və qurǧular” və “Kanalizasiya. Xarici şəbəkə və qurǧular”ın təsdiq edilməsi haqqında
 
AZƏRBAYCAN RESPUBLİKASININ HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİ
 

 

 

Aktın növü

AZƏRBAYCAN RESPUBLİKASI DÖVLƏT ŞƏHƏRSALMA VƏ ARXİTEKTURA KOMİTƏSİ KOLLEGİYASININ QƏRARI

Qəbul edildiyi tarix

13.08.2015

Qeydiyyat nömrəsi

04

Adı

“Su təchizatı. Xarici şəbəkə və qurğular” və “Kanalizasiya. Xarici şəbəkə və qurğular”ın təsdiq edilməsi haqqında

Rəsmi dərc edildiyi mənbə

 

Qüvvəyə minmə tarixi

19.08.2015

Azərbaycan Respublikasının Vahid hüquqi təsnifatı üzrə indeks kodu

280.010.000

Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi

15201508130004

Hüquqi aktın Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix

18.08.2015

 

 

Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 5.1.9-cu maddəsinin icrasını təmin etmək məqsədilə “Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi haqqında Əsasnamə”nin 17-ci bəndini rəhbər tutaraq Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyası qərara alır:

 

1. Aşağıda qeyd olunan texniki normativ hüquqi aktlar təsdiq edilsin:

1.1 “Su təchizatı. Xarici şəbəkə və qurğular” (əlavə olunur);

1.2 “Kanalizasiya. Xarici şəbəkə və qurğular” (əlavə olunur).

 

2. Ümumi şöbəyə (S. Məmmədov) və Hüquq sektoruna (N.Mehtiyev) tapşırılsın ki, bu qərarın 1-ci hissəsi ilə təsdiq edilmiş texniki normativ hüquqi aktların Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün 3 (üç) gün müddətində Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə göndərilməsini təmin etsin.

3. Bu qərarla təsdiq olunmuş texniki normativ hüquqi aktlar Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinin elektron variantında dərc edildiyi gündən qüvvəyə minir.

4. Qərarın 1.1-ci hissəsi ilə təsdiq edilən texniki normativ hüquqi aktlar qüvvəyə mindiyi tarixdən SSRİ Dövlət Tikinti Komitəsinin 1984-cü il 27 iyul tarixli 123 nömrəli qərarı ilə təsdiq edilmiş СНиП 2.04.02-84 “Водоснабжение. Наружные сети cооружения” və SSRİ Dövlət Tikinti Komitəsinin 1985-ci il 21 may tarixli 71 nömrəli qərarı ilə təsdiq edilmiş СНиП 2.04.02-84 “Канализация. Наружные сети cооружения” normativ sənədlərinin Azərbaycan Respublikası ərazisində hüquqi qüvvəsi dayandırılsın.

5. Qərarın icrasına nəzarət Aparatın rəhbəri E. Hüseynzadəyə həvalə edilsin.

 

Kollegiyanın sədri

Abbas Ələsgərov

 

 

Kollegiyanın katibi

Oqtay Salamov

 


 

 

Azərbaycan Respublikası

Dövlət Şəhərsalma və Arxitektura

Komitəsinin Kollegiyasının

13 avqust 2015-ci il tarixli 04 №-li

qərarı ilə təsdiq edilmişdir.

 

SU TƏCHİZATI. XARİCİ ŞƏBƏKƏ VƏ QURĞULAR

 

1. Tətbiq sahəsi

 

Bu normalar yaşayış məntəqələrinin, kənd təsərrüfatı və sənaye obyektlərinin tikilən və yenidən qurulan xarici su təchizatı sistemlərinin layihələndirilməsinə dair tələbləri müəyyən edir.

Su təchizatı layihələri işlənərkən Azərbaycan Respublikasının Su haqqında qanunları, həmçinin ətraf mühitin mühafizəsi və təbii ehtiyatlardan səmərəli istifadə edilməsinə dair tələblər nəzərə alınmalıdır.

Bu normaların yanğın əleyhinə tələbləri partlayıcı maddələrin istehsal və istifadə olunduğu və ya saxlanıldığı müəssisələrin, tutumu 10 min m3-dən çox olan ağac materialları anbarlarının, neft-qazçıxarma və neft emalı sənaye obyektlərinin su kəmərlərinə şamil edilmir. Bu obyektlərin yanğın əleyhinə tələbləri müvafiq normativ sənədlərlə müəyyən edilir.

2. Normativ istinadlar

Bu normalarda aşağıda göstərilən normativ sənədlərə istinad edilib:

Azərbaycan Respublikasının ərazisində tətbiq olunan ölçü vahidləri haqqında

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 fevral 2011-ci il tarixli, 23 nömrəli Qərar.

AzDTN 1.6-1*

Tikinti işlərinin təşkili, aparılması və tikintisi başa çatmış obyektlərin istismara qəbulu Qaydaları

AzDTN 2.6.1

Dövlət Şəhərsalma Norma və Qaydaları. Şəhər, qəsəbə və kənd yaşayış məskənlərinin planlaşdırılması və tikilib abadlaşdırılması

AzDTN 2.3-1

Seysmik rayonlarda tikinti

MSN 2.02-01-97

Bina və qurğuların yanğın təhlükəsizliyi

MSN 2.04-05-95

Təbii və süni işıqlandırma

MSN 3.02-01-2002

İstehsalat binaları

MSN 3.04-01

Hidrotexniki qurğular. Əsas müddəalar

TNvəQ 2.01.01-82

İnşaat iqlimşünaslığı və geofizikası

TNvəQ 2.01.09-91

İşlənilən ərazilər və çökən qruntlardakı bina və qurğular

TNvəQ 2.02.01-83*

Bina və qurğuların binövrələri

TNvəQ 2.03.11-85

İnşaat konstruksiyalarının korroziyadan müdafiəsi

TNvəQ 2.04.01-85*

Binaların daxili su kəməri və kanalizasiyası

TNvəQ 2.04.02-84*

Su təchizatı. Xarici şəbəkə və qurğular

TNvəQ 2.04.05-91*

İsitmə, ventilyasiya və kondisionerləşdirmə

TNvəQ 2.04.09-84

Bina və qurğuların yanğın avtomatikası

TNvəQ 2.06.04-82*

Hidrotexniki qurğulara düşən yüklər və təsirlər (dalğalardan, buzlardan və su nəqliyyatından)

TNvəQ 2.06.15-85

Ərazilərin daşqın və su basmalardan mühəndis müdafiəsi

TNvəQ 2.09.04-87*

İnzibati və məişət binaları

TNvəQ II-89-80

Sənaye müəssisələrinin baş planları

TNvəQ 3.05.04-85*

Xarici su təchizatı və kanalizasiya şəbəkə və qurğular

DÜİST 9.015-74

Köhnəlmə və korroziyadan vahid müdafiə sistemi.Yeraltı qurğular. Ümumi texniki tələblər

DÜİST 17.1.1.04

Təbiətin mühafizəsi. Hidrosfera. Yeraltı suların təsnifatı

DÜİST 2874

İçməli su

DÜİST 8220-85

Yeraltı texniki yanğın hidrantları

DÜİST 13015-2012

Tikinti üçün beton və dəmir beton məmulatlar

PUE-76

Elektrik qurğularının qurulması Qaydaları

3. Əsas anlayışlar

Bu Tikinti Norma və Qaydalarında aşağıdakı terminlərdən və ixtisarlardan istifadə edilmişdir:

doza

suyun təmizlənməsi, yaxud emalında 1 litrinə, yaxud 1 metr kubuna daxil edilən kimyəvi reagentlərin milliqram, yaxud qramla miqdarı.

dozalayıcı

vahid su həcminə vahid zamanda müəyyən edilmiş miqdarda kimyəvi reagent, yaxud digər bir maddə daxil edən qurğu.

əhalinin orta sutkalıq su sərfi

bir nəfər sakinin il ərzində sərf etdiyi su miqdarının (l-lə) ilin günlərinin sayına nisbətinin nəticəsi.

flokulyant

suyun durulma prosesini sürətləndirən kimyəvi reagent.

hidravlik irilik

axmaz suyun 100C temperaturunda hissəciyin onda çökmə sürəti olub mm/s ilə ölçülür.

koaqulyant

suyun duruldulmasında istifadə edilən kimyəvi reagent.

qarışdırıcı

 

suya daxil edilən kimyəvi reagentlər və ya maddələrin onun bütün həcmində bərabər paylanmasını təmin edən şaquli, yaxud üfüqi konstruksiyalı qurğu.

qeyri-müntəzəmlik əmsalı

suyun gün, yaxud saat ərzində qeyri-müntəzəm sərf edilməsini göstərən parametr.

reagent təsərrüfatı

suyun təmizlənməsində istifadə edilən reagentləri saxlamaq üçün anbar, məhlul və sərf çənləri, həmçinin dozalayıcı qurğulardan ibarət kompleks.

reaksiya kamerası

koaqulyant daxil edildikdən sonra suda gözlə görünən lopaların yaranmasını təmin edən qurğu.

rezervuar

su (maye məhsullar) ehtiyatı toplamaq üçün həcmli mühəndis qurğusu.

sanitariya-mühafizə zonası

suqəbuledicilər, sutəmizləyici qurğular, əsas sudaşıyıcı borular və onlar üzərində olan qurğuları qorumaq üçün yaradılmış xüsusi istifadə şərtlərinə malik ərazi və ya akvatoriya.

süzgəcin süzmə sürəti

1 m2 süzücü yük sahəsindən 1st-da keçən suyun m3-la miqdarı olub m/st-la ölçülür.

sərbəst basqı

sudaşıyıcı və paylayıcı boruların istənilən nöqtələrindəki manometrik basqı.

su sərfi norması

bir nəfər sakinin bir gündə istehlak etdiyi, yaxud vahid məhsul istehsalına sərf olunan su miqdarı, litrlə.

su təchizatı sistemləri

suyu mənbədən götürən, onun keyfiyyət göstəricilərini təyinatına uyğun səviyyədə yaxşılaşdıran, tələb olunan miqdar və basqı altında istehlak obyektinə nəql edən, bu obyekt ərazisində paylayan və istehlakçılara çatdıran mühəndis qurğuları kompleksi.

şaxtalı quyu

yer səthinə yaxın birinci, 30 m-ə qədər dərinlikdə yerləşmiş, yumşaq süxurlardan ibarət basqısız laylardan su götürmək üçün inşa edilən quyu.

şüavarı suqəbuledicilər

tavanı yer səthindən 15-20 m-ə qədər dərində yerləşən və hündürlüyü 20 m-dən çox olmayan sudaşıyıcı laylardan su götürmək üçün inşa edilən, planda dairəvi çənli və suqəbuledici deşikli boruları şüalar şəklində sudaşıyıcı laya yeridilmiş qurğu.

tranzit sərf

yol boyu sərf edilmədən müəyyən obyektə nəql etdirilən su miqdarı.

üfüqi suqəbuledici

mümkün qədər yerüstü axınlara yaxın və 8 m-ə qədər dərinlikdə yerləşmiş basqısız sudaşıyıcı laylardan su götürmək üçün qırma daşdan düzəldilmiş, yaxud borulu drenaj, su toplayan dəhliz, yaxud lağım şəklində inşa edilən qurğu.

yanğın hidrantı

səyyar yanğın texnikası ilə su kəməri şəbəkəsindən suyun götürülməsinə xidmət edən texniki vasitə.

yeraltı su təchizatı mənbələri

bulaqlar, basqılı və basqısız sudaşıyıcı laylar

yeraltı suqəbuledicilər

şaxtalı, borulu (artezian, subartezian), üfüqi (keçilən və keçilməyən), şüavarı və infiltrasiyalı suqəbuledicilər, bulaq sularını toplayan kameralar (kaptajlar) və kəhrizlər.

yerüstü suqəbuledicilər

məcra, sahil, göbələkvarı hərəkət edən, üzən suqəbuledici qurğular.

yerüstü su təchizatı mənbələri

çaylar, göllər, su anbarları, kanallar və dənizlər.

AzSPETİ

Azərbaycan Su Problemləri Elmi Tədqiqat İnstitutu.

AZS

Azərbaycan standartı

HES

Hidroelektrik stansiya.

NÖC

Nəzarət-ölçü cihazları.

SFM

Səthi fəal maddələr.

TP AİO

Texnoloji proseslərin avtomatik idarə olunması

4. Ümumi müddəalar

4.1. Obyektlərin su təchizatı sənaye sahələri və kənd təsərrüfatının inkişafı və yerləşməsinin təsdiq olunmuş sxemləri, məhsuldar qüvvələrin respublikanın regionları üzrə inkişafı və yerləşmə sxemləri, həmçinin su ehtiyatlarının mühafizəsi və kompleks səmərəli istifadə edilməsinin baş, hövzə və ərazi sxemləri, şəhər və kənd yaşayış məntəqələrinin həmçinin, sənaye qovşaqlarının baş planları əsasında layihələndirilməlidir.

Layihələndirmə zamanı obyektlərin su təchizatı sistemlərinin bu obyektlərin mənsubiyyətindən asılı olmayaraq kooperasiya edilməsinin məqsədə uyğunluluğuna diqqət yetirilməlidir.

Obyektlərin su təchizatı layihələri mütləq su tələbatı və yaranmış tullantı sularının balansı təhlil edilərək bu obyektlərin kanalizasiya layihələri ilə paralel işlənməlidir.

4.2. Təsərrüfat-içməli və birləşmiş istehsalat-içməli su kəmərlərinin layihələrində su təchizatı mənbələrinin, su kəməri qurğularının və magistral sudaşıyıcı boruların ətrafında sanitariya-mühafizə zonaları nəzərdə tutulmalıdır.

4.3. Təsərrüfat-içməli ehtiyaclarını ödəmək üçün verilən suyun keyfiyyəti bu sahədə Azərbaycan Respublikasında qüvvədə olan DÜİST 2874 standartının tələblərinə cavab verməlidir.

Təsərrüfat-içməli məqsədləri üçün istifadə edilən su təmizləndikdə, nəql edildikdə və rezervuarlarda saxlanıldıqda insan sağlamlığına zərər verməyən, Dövlət sanitariya-epidemioloji xidmətin tələblərinə cavab verən reagentlərdən, korroziya əleyhinə örtüklərdən, həmçinin süzücü materiallardan istifadə edilməlidir.

İstehsalat ehtiyaclarını ödəməyə verilən suyun keyfiyyəti texnoloji reqlamentin tələblərinə cavab verməli və istismar heyəti üçün əlverişli sanitariya-gigiyena şəraiti təmin etməlidir.

Müstəqil suvarma, yaxud istehsalat su kəmərlərindən suvarmaya verilən suyun keyfiyyəti sanitariya-gigiyena və aqrotexniki tələblərə cavab verməlidir.

4.4. Layihələrdə qəbul edilən əsas texniki həllər və onların reallaşdırılmasının növbəliliyi mümkün variantların göstəricilərinin müqayisəsinə əsaslanmalıdır. Texniki-iqtisadi hesablamalar müsbət və mənfi cəhətləri hesabatsız təyin edilə bilməyən variantlar üçün yerinə yetirilir.

Optimal variant kimi içməli suyun maya dəyəri və birdəfəlik xərclərin cəminin normativ səmərəlilik əmsalının köməyilə eyni ölçü vahidinə gətirilmiş qiymətinin az olanı seçilir

4.5. Su təchizatı sistemləri layihələndirildikdə bu sahədə mövcud olan mütərəqqi texnoloji sxemlər, qurğu və avadanlıqlardan istifadə olunması, əmək tutumlu işlərin mexanikləşdirilməsi, texnoloji proseslərin avtomatlaşdırılması və kompüterlə idarə olunması nəzərdə tutulmalıdır.

5. Hesabi sərflər və sərbəst basqılar

5.1. Suyun hesabi sərfləri

5.1.1. Yaşayış məntəqələrinin su təchizatı sistemləri layihələndirildikdə əhalinin təsərrüfat-içməli su ehtiyaclarının ödənilməsinə il ərzində xüsusi orta sutkalıq su tələbatı cədvəl 1-ə əsasən qəbul edilməlidir.

5.1.2. Yaşayış məntəqəsində təsərrüfat-içməli su ehtiyaclarına il ərzində hesabi orta sutkalıq su sərfi (1) düsturu ilə hesablanmalıdır:

 

burada qə - yaşayış rayonlarındakı binaların abadlıq dərəcəsindən asılı olaraq bir nəfər sakin üçün il ərzində orta sutkalıq su tələbatı, l/sut (cədvəl 1-ə əsasən götürülür);

Nə - müxtəlif abadlıq dərəcəsinə malik yaşayış rayonlarında əhalinin hesabi sayıdır, nəfərlə.

Cədvəl 1. Əhalinin təsərrüfat-içməli ehtiyaclarının ödənilməsinə il ərzində xüsusi orta sutkalıq su tələbatı normaları

 

Yaşayış rayonlarındakı binaların abadlıq dərəcəsi

Bir nəfər sakinə il ərzində xüsusi orta sutkalıq su tələbatı, l/sut

1

2

Daxili su təchizatı və kanalizasiya sistemləri olan binalar:

 

vannasız

125 - 160

yerli su qızdırıcıları və vannası olan

160 - 230

mərkəzləşdirilmiş isti su təchizatı olan

230- 350

Q e y d:

1. Küçə suayrıcı kolonkalardan su götürülən yaşayış rayonlarında bir nəfərə il ərzində xüsusi orta sutkalıq su tələbatı 30-50 l/sut qəbul edilməlidir.

2. Xüsusi su tələbatına, su sərfi TNvəQ 2.04.01 və texnoloji göstəricilərə görə qəbul edilən istirahət evləri, sanatoriya-turist kompleksləri və uşaq-sağlamlıq düşərgələri istisna olmaqla,TNvəQ 2.08.02-də qəbul edilmiş təsnifata görə ictimai binalarda təsərrüfat-içməli və məişət ehtiyaclarına su sərfi daxil olur.

3. Xüsusi su tələbatının 1-ci cədvəldə gəstərilən hədlərdə qəbul edilməsi rayonun iqlim şəraiti, su təchizatı mənbəyinin gücü və suyun keyfiyyəti, binaların abadlıq dərəcəsi, mərtəbələrin sayı və yerli şəraitdən asılı olaraq təyin edilməlidir.

4. Əhalini ərzaq məhsulları ilə təchiz edən sənaye müəssisələrinin su tələbatı, eləcə də qeydə alınmamış su sərfləri, müvafiq əsaslandırma olduqda yaşayış rayonunun sutkalıq təsərrüfat-içməli su ehtiyaclarını ödəmək üçün verilən su sərfləri cəminin10-20%-i qədər qəbul edilməsinə yol verilir.

5. Mərkəzləşdirilmiş isti su təchizatı sistemi olan rayonlarda (mikrorayonlarda) təsərrüfat-içməli məqsədlərə ümumi su sərfinin

40%-i və maksimal sərf olan saatda – bu sərfin 55% miqdarda isti su birbaşa istilik sistemindən götürülə bilər. Qarışıq tikililəri olan rayonlarda qeyd olunan binalarda yaşayan əhalinin sayı nəzərə alınmalıdır.

6. Əhalisinin sayı 1 milyondan çox olan yaşayış rayonlarında xüsusi su tələbatı hər bir konkret halda əsaslandırıldıqdan və dövlət orqanları ilə razılaşdırıldıqdan sonra artırıla bilər.

7. Yaşayış və ictimai binalarda təsərrüfat-içməli, yerli sənaye, küçə və yaşıllıqların suvarılmasına su sərfləri xüsusi su tələbatına daxildir.

8. İqlimdən, digər yerli şəraitlərdən və abadlıq dərəcəsindən asili olaraq xüsusi su tələbatını ± 10-20% dəyişmək olar.

9. Rayonların su təsərrüfatı balansında yaşıllıqların və həyətyanı sahələrin suvarılmasını arx sistemlərindən həyata keçirmək üçün əlavə sərf nəzərdə tutmaq lazımdır.

10. Sənayenin inkişafı haqqında məlumat olmadıqda yaşayış rayonunun təsərrüfat-içməli su kəmərindən qidalanan müəssisələr üçün əhalinin xüsusi su tələbatına əsasən təyin edilmiş miqdarın 25%-i qədər əlavə su göturülməsinə yol verilir.

 

Ən çox və ən az su tələbatı olan günlərdə hesabi su sərfləri (2) düsturları ilə hesablanmalıdır.

Əhalinin həyat tərzi, müəssisələrin iş rejimi, binaların abadlıq dərəcəsi, ilin fəsillərindən və həftənin günlərindən asılı olaraq su tələbatının dəyişməsini nəzərə alansutkalıq su tələbatının qeyri müntəzəmlik əmsalının, Ksut maksimum və minimum qiymətləri aşağıda göstərilən həddə qəbul edilməlidir.

Saatlıq hesabi su sərfləri (3) düsturları ilə hesablanmalıdır:

Saatlıq qeyri müntəzəmlik əmsallarının qiymətləri (4) düsturları ilə hesablanmalıdır:

burada - binaların abadlıq dərəcəsini, müəssisələrin iş rejimini və digər yerli şəraitləri nəzərə alan əmsaldır və uyğun olaraq qəbul edilir;

- yaşayış məntəqəsindəki əhalinin sayını nəzərə alan əmsal olub qiyməti cədvəl 2-ə əsasən qəbul edilir.

5.1.3. Yaşayış məntəqələri və sənaye müəssisələrinin ərazisində suvarmaya su sərfi ərazinin örtüyünün növündən, suvarma üsulundan, bitkilərin növündən, iqlim və digər yerli şəraitlər nəzərə alınmaqla 3-cü cədvəldən götürülür.

5.1.4. Sənaye müəssisələrində təsərrüfat-içməli və duşlardan istifadə edilməsi üzrə su sərfləri TN və Q 2.04.01 və MSN 3.02.01-in tələblərinə uyğun müəyyən edilməlidir.

Sənaye müəssisələrinin 1 m3 həcminə 1 saatda 80 kC (20 kkal)-dan artıq istilik ayrılması ilə bağlı sexlərində işləyənlərin təsərrüfat-içməli su ehtiyaclarını ödəmək üçün növbə ərzində bir nəfərə su sərfi 45 l (Kst=2,5), digər sexlərdə isə 25 l (Kst=3) qəbul edilməlidir.

Cədvəl 2. b əmsalının əhalinin sayından asılı olan qiymətləri

Əmsal

Ə h a l i n i n s a y ı, min nəfər

0,1-ə qədər

0,15

0,2

0,3

0,5

0,75

1

1,5

2,5

4

6

10

20

50

100

300

1000 və daha çox

4,5

 

0,01

4

 

0,01

3,5

 

0,02

3

 

0,03

2,5

 

0,05

2,2

 

0,07

2

 

0,1

1,8

 

0,1

1,6

 

0,1

1,5

 

0,2

1,4

 

0,25

1,3

 

0,4

1,2

 

0,5

1,15

 

0,6

1,1

 

0,7

1,05

 

0,85

1

 

1

Q e y d:

1. Qurğuların, sudaşıyıcı və şəbəkə borularının hesablanması üçün su sərfinin təyini zamanı b əmsalı xidmət edilən əhalinin sayından, zonalı su təchizatında isə hər bir zona üçün sakinlərin sayından asılı olaraq ayrılıqda qəbul edilməlidir.

2. Şəbəkədən maksimum su götürüldüyü müddətdə tələb olunan sərbəst basqıları təmin etmək üçün nasos stansiyalarının çıxışında basqı, yaxud

su-basqı qülləsinin (basqı yaradan rezervuarların) yerləşmə hündürlüyü təyin edildikdə bmax , şəbəkədən minimum su götürülən müddətdə isə bmin qəbul edilməlidir.

Cədvəl 3. Yaşayış məntəqələri və sənaye müəssisələri ərazilərində suvarmaya su sərfi

Suyun təyinatı

Ölçü vahidi

Suvarmaya su sərfi, l/m2

Keçid və meydanların mükəmməl örtüklərinin mexanikləşdirilmiş yuyulması

1 yuma

1,2 – 1,5

Keçid və meydanların mükəmməl örtüklərinin mexanikləşdirilmiş suvarılması

1 suvarma

0,3 – 0,4

Səki və keçidlərin mükəmməl örtüklərinin əl ilə (şlanqla) suvarılması

həmçinin

0,4 – 0,5

Şəhər yaşıllıqlarının suvarılması

həmçinin

3 – 4

Otluq və güllüklərin suvarılması

həmçinin

4 – 6

Qış istixanalarında torpaqda əkilmiş bitkilərin suvarılması

1 gündə

15

Rəfli qış və bütün növlərdən olan torpaqlı yaz istixanalarinda suvarma

həmçinin

6

Həyətyanı sahələrdə suvarma:

 

 

tərəvəz

həmçinin

3 – 15

meyvə ağacları

həmçinin

10 – 15

Q e y d:

1. Yaşıllıq sahələri, keçidlər, meydanlar və s. kimi abadlıq növləri haqqında məlumatlar olmadıqda suvarma mövsümündə bu məqsədlə orta sutkalıq xüsusi su sərfi iqlim şəraiti, su təchizatı mənbəyinin gücü, yaşayış məntəqəsinin abadlıq dərəcəsi və digər yerli şəraitlər nəzərə alınmaqla bir sakin hesabına 50-90 l/sut qəbul edilməlidir.

2. Suvarmaların sayı iqlim şəraitindən asılı olaraq sutkada 1-2 qəbul edilməlidir.

5.1.5. Heyvandarlıq fermaları və komplekslərində mal-qara, quşlar və vəhşi heyvanların saxlanılması və su ilə təmin edilməsi üçün su sərfi müvafiq sahə normalarına əsasən qəbul edilməlidir.

5.1.6. Sənaye və kənd təsərrüfatı müəssisələrinin istehsalat ehtiyaclarının ödənilməsinə su sərfi bu müəssisələrin texnoloji reqlamentinə əsasən təyin edilməlidir.

5.1.7. Yaşayış məntəqələri, sənaye və kənd təsərrüfatı müəssisələrində su sərfinin sutkanın saatlarına bölünməsi hesabi su tələbatı qrafikləri əsasında yerinə yetirilməlidir.

5.1.8. Su tələbi qrafikləri tərtib edilərkən müxtəlif məqsədlər üçün şəbəkədən vaxta görə üst-üstə düşən maksimal su götürülməyə (iri sənaye müəssisələrində müəyyən qrafiklə doldurulan tənzimləyici həcmlərə, ərazinin suvarılmasına və xüsusi tənzimləyici həcmlərdən suvarma maşınlarının çənlərinin doldurulmasına suyun verilməsi) yol verməyən layihə həlləri əsas götürülməlidir.

5.1.9. Tranzit sərflərin nəzərə alınmasına ehtiyac olduqda, ayrı-ayrı yaşayış və ictimai binalarda hesabi sərfləri təyin etmək üçün xüsusi su tələbatı TNvəQ 2.04.01-in tələblərinə uyğun qəbul edilməlidir.

5.2. Yanğın təhlükəsizliyi tələblərinin təmin edilməsi

5.2.1. Yaşayış məntəqələri və xalq təsərrüfatı obyektlərində yanğın əleyhinə su kəməri, bir qayda olaraq, təsərrüfat-içməli, yaxud istehsalat su kəmərləri ilə birləşdirilməlidir .

Q e y d:

1. Aşağıdakı hallarda yanğın əleyhinə xarici su təchizatının 12.5.1-12.5.7 bəndlərinin tələbləri nəzərə alınmaqla mövcud həcmlərdən (rezervuarlar, su anbarları) təmin edilməsinə yol verilir:

əhalisinin sayı 5 min nəfərə qədər olan yaşayış məntəqələrində;

yanğın əleyhinə həlqəvarı su kəməri olmayan yaşayış məntəqələrində ayrıca ərazidə inşa edilmiş və inşaat həcmi 1000 m3-ə qədər olan ictimai binalarda;

həcmi 1000 m3-dən çox olan binalarda ərazi Dövlət Yanğın nəzarəti orqanları ilə razılaşdırılmaqla;

xarici yanğınsöndürməyə su sərfi 10 l/s olan Б,Г,Д kateqoriyasına aid istehsalat binalarında;

həcmi 1000 m3-ə qədər olan qaba yem anbarlarında;

binalarının həcmi 5000 m3-ə qədər olan mineral gübrə anbarlarında;

radio-televiziya ötürücü stansiyaların binalarında;

meyvə-tərəvəz anbarları və soyuducuları binalarında.

2. Aşağıdakı hallarda yanğın əleyhinə su təchizatının nəzərdə tutulmamasına yol verilir:

maksimum iki mərtəbəli binaları və 50 nəfərə qədər sakini olan yaşayış məntəqələrində;

yaşayış məntəqələrindən kənarda yerləşən və inşaat həcmi 1000 m3-ə qədər olan ayrıca dayanan ictimai iaşə müəssisələrində (yeməkxanalar, qəlyanaltıxanalar, kafelər və s.), sahəsi 150 m2-ə qədər olan ticarət müəssisələrində (sənaye malları mağazaları istisna olmaqla), həmçinin yaşayış məntəqələrində yerləşən və inşaat həcmi 250 m3-ə qədər olan I və II odadavamlılıq dərəcəli ictimai binalarda;

inşaat həcmi 1000 m3-ə qədər olan I və II odadavamlılıq dərəcəli D kateqoriyalı istehsalat binalarında (qorunmayan metal, yaxud ağacdan daşıyıcı konstruksiyalı, həmçinin həcmi 250 m3-ə qədər olan polimer istiləşdiricili istisna olmaqla);

yaşayış məntəqəsində yerləşən, I və II odadavamlılıq dərəcəli, su kəmərinə malik dəmir-beton məmulatları və satış betonu istehsal edən zavodlarda (zavodun ən uzaqda yerləşən binasından 200 metrdən uzaqda olmayan yanğın hidrantı quraşdırmaq şərtilə);

inşaat həcmi 1000 m3-ə qədər olan kənd təsərrüfatı məhsullarının mövsümi tədarükü məntəqələrində;

cahəsi 50 m2-ə qədər olan yanan və yanan qablaşdırmalarda saxlanan yanmayan materiallar anbarlarında.

5.2.2. Su kəməri şəbəkəsinin həlqəvarı magistral xətlərini hesablamaq üçün bir xarici yanğının söndürülməsinə su sərfi və yaşayış məntəqəsində eyni vaxtda baş verə biləcək yanğınların sayı cədvəl 4-ə əsasən qəbul edilməlidir.

Cədvəl 4. Yaşayış məntəqələrində yanğın söndürməyə su sərfi normaları

Yaşayış məntəqəsində əhalinin sayı, min nəf.

Eyni vaxtda baş verə biləcək hesabi yanğınların sayı

Yaşayış məntəqəsində bir yanğının söndürülməsinə su sərfi, l/s

odadavamlılıq dərəcəsindən asılı olmayaraq 2 mərtəbəyə qədər tikilisi olan

odadavamlılıq dərəcəsindən asılı olmayaraq 3 və daha çox mərtəbəli tikilisi olan

 

 

5

10

1-dən çox 5-ə qədər

1

10

10

5-dən çox 10-a qədər

1

10

15

10-dan çox 25-ə qədər

2

10

15

25-dən çox 50-ə qədər

2

20

25

50-dən çox 100-ə qədər

2

25

35

100-dən çox 200-ə qədər

3

-

40

200-dən çox 300-ə qədər

3

-

55

300-dən çox 400-ə qədər

3

-

70

400-dən çox 500-ə qədər

3

-

80

500-dən çox 600-ə qədər

3

-

85

600-dən çox 700-ə qədər

3

-

90

700-d\n çox 800-ə qədər

3

-

95

800-dən çox 1000-ə qədər

3

-

100

Q e y d:

1. Yaşayış məntəqəsində xarici yanğının söndürülməsinə su sərfi yaşayış və ictimai binalarda yanğının söndürülməsinə cədvəl 5-də göstərilən miqdardan az olmamalıdır.

2. Zonalı su təchizatında xarici yanğının söndürülməsinə su sərfi və eyni vaxtda baş verə biləcək yanğınların sayı ayrı-ayrı zonalarda yaşayan əhalinin sayına görə qəbul edilməlidir.

3. Əhalisi 1 milyon nəfərdən çox olan yaşayış məntəqələrində eyni vaxtda baş verə biləcək yanğınların sayı və bir yanğının söndürülməsinə su sərfi Dövlət Yanğın Nəzarəti Orqanlarının tələblərinə uyğun qəbul edilir.

4. Qrup su kəmərlərində eyni vaxtda baş verə biləcək yanğınların sayı bu kəmərdən qidalanan bütün yaşayış məntəqələrində yaşayan əhalinin ümumi sayına əsasən qəbul edilir.

Qrup su kəməri üzrə yanğın söndürməyə su ehtiyatının bərpa olunmasına su sərfi bütün yaşayış məntəqələrində bu məqsədlə su sərflərinin (eyni vaxtda baş verən yanğınların söndürülməsinə) cəminə (5.2.14 və 5.2.15 bəndləri) bərabər qəbul edilir.

5. Yaşayış məntəqələrində eyni vaxtda baş verə biləcək yanğınların hesabi sayına onların ərazisində yerləşən sənaye müəssisələrində baş verə biləcək yanğınlar da daxil edilmişdir. Bu zaman hesabi su sərfinə bu müəssisələrdə yanğının söndürülməsinə cədvəl 4-də göstəriləndən az olmayaraq müvafiq sərflər də daxil edilir.

 

5.2.3. Su kəməri şəbəkəsinin birləşdirici və paylayıcı xətlərinin, həmçinin mikrorayon yaxud məhəllə su kəməri şəbəkəsinin hesablanması üçün yaşayış və ictimai binalarda bir xarici yanğının söndürülməsinə su sərfi ən çox su tələb edən bina üzrə cədvəl 5-ə əsasən qəbul edilməlidir.

5.2.4. Sənaye və kənd təsərrüfatı müəssisələrində bir xarici yanğının söndürülməsinə su sərfi bu məqsədlə ən çox su tələb edən bina üçün cədvəl 6-a, yaxud 7-ə əsasən qəbul edilməlidir.

5.2.5. Yanğın əleyhinə arakəsmələrlə hissələrə ayrılmış binalarda xarici yanğın söndürməyə su sərfi binanın ən çox su sərfi tələb edən hissəsinə görə qəbul edilməlidir.

Yanğın əleyhinə arakəsmələrlə hissələrə ayrılmış binalarda xarici yanğın söndürməyə su sərfi binanın ümumi inşaat həcminə və istehsalatın yanğından ən şox təhlükəli kateqoriyasına əsasən təyin edilməlidir.

5.2.6. Hündürlüyü (döşəmədən dayaqlar üstündə yerləşən üfüqi daşıyıcı konstruksiyalara qədər) 18 m-dən çox olmayan polad daşıyıcı konstruksiyalı (odadavamlılıq həddi 0,25 st-dan az olmayan) və profilli polad təbəqəli və yanan, yaxud polimer istiləşdirici ilə örtülmüş hasarlayıcı (divarlar və örtüklər) konstruksiyalı bir-iki mərtəbəli istehsalat və bir mərtəbəli anbar binalarında xarici yanğının söndürülməsinə su sərfi cədvəl 6 və 7- də göstərilənlərdən 10 l/s artıq qəbul edilməlidir.

Bu binalarda xarici yanğın pilləkənlərinin olduğu yerlərdə aşağı və yuxarı sonlarında birləşdirici başlıqlar qoyulmuş, diametri 80 mm olan dik borular olmalıdır.

Q e y d: Eni 24 m-dən və hündürlüyü karnizə qədər 10 m-dən çox olmayan binalarda dik boruların qoyulması məcburi deyil.

 

Cədvəl 5. Yaşayış və ictimai binalarda bir xarici yanğının söndürülməsinə su sərfi

Binaların təyinatı

Aşağıdakı inşaat həcmlərində (m3-lə) və odadavamlılıq dərəcəsindən asılı olmayaraq yaşayış və ictimai binalarda bir xarici yanğının söndürülməsinə su sərfi, l/s

1000-ə qədər

1000-dən çox 5000-ə qədər

5000-dən çox 25000-ə qədər

25000-dən çox 50000-ə qədər

50000-dən çox 150000-ə qədər

Aşağıdakı mərtəbə sayına malik bir və çox bölməli yaşayış binaları:

 

 

 

 

 

2-ə qədər

10*

10

-

-

-

2-dən çox 12-ə qədər

10

15

15

20

-

12-dən çox 16-a qədər

-

-

20

25

-

16-dan çox 25-ə qədər

-

-

-

25

30

Aşağıdakı mərtəbə sayına malik ictimai binalar:

 

 

 

 

 

2-ə qədər

10*

10

15

-

-

2-dən çox 6-a qədər

10

15

20

25

30

6-dan çox 12-ə qədər

-

-

25

30

35

12-dən çox 16-a qədər

-

-

-

30

35

*Kənd yaşayış məntəqələri üçün bir yanğının söndürülməsinə su sərfi 5 l/s qəbul edilir.

Q e y d. Hündürlüyü, yaxud həcmi cədvəl 5-də göstərilənlərdən çox olan binalarda, həmçinin çox insan toplanan və həcmi 25 min m3-dən çox olan ictimai binalarda (tamaşa müəssisələri, ticarət mərkəzləri, universal mağazalar və s.) xarici yanğın söndürməyə su sərfi “Ticarət və ictimai-iaşə müəssisələri, yarmarkalar, baza və anbarlar üçün yanğın təhlükəsizliyi Qaydaları”nda nəzərdə tutulmuş tələblərə uyğun hesablanmalıdır.

 

Cədvəl 6.

Binaların odadavamlılıq dərəcəsi

Yanğın təhlükəsinə görə istehsalatın kateqoriyası

Aşağıdakı inşaat həcmlərinə malik (min m3), fonarları olan və olmayan və eni 60 m–ə qədər olan istehsalat binalarında bir xarici yanğının söndürülməsinə l/s-ilə su sərfi

 

3 - ə qədər

3-dən çox 5-ə qədər

5-dən çox 20-ə qədər

20-dən çox 50-ə qədər

50-dən çox 200-ə qədər

200-dən çox 400-ə qədər

400-dən çox 600-ə qədər

 

I , II

I, II

III

III

IY, V

IY, V

Q,D,E

A,B,V

Q,D

V

Q,D

V

10

10

10

10

10

15

10

10

10

15

15

20

10

15

15

20

20

25

10

20

25

30

30

40

15

30

35

40

-

-

20

35

-

-

-

-

25

40

-

-

-

-

 

Cədvəl 7.

Binaların odadavamlılıq dərəcəsi

Yanğın təhlükəsinə görə istehsalatın kateqoriyası

Aşağıdakı inşaat həcmlərinə malik (min m3), fonarları olmayan eni 60 m və daha çox olan istehsalat binalarında bir xarici yanğının söndürülməsinə l/s- ilə su sərfi

50-ə qədər

50-dən çox 100-ə qədər

100-dən çox 200-ə qədər

200-dən çox 300-ə qədər

300-dən çox 400-ə qədər

400-dən çox 500-ə qədər

500-dən çox 600-ə qədər

600-dən çox 700-ə qədər

700-dən çox 800-ə qədər

I , II

I, II

A,B,V

Q,D,E

20

10

30

15

40

20

50

25

60

30

70

35

80

40

90

45

100

50

Q e y d (6 və 7 cədvəllərinə):

1. Müəssisədə eyni vaxtda iki yanğın ehtimalı olduqda onların söndürülməsinə hesabi su sərfi bu məqsədlə ən çox su tələb edən iki binanın sərfləri cəminə bərabər qəbul edilməlidir.

2. Sənaye müəssisələrində ayrıca dayanmış köməkçi binalarda xarici yanğının söndürülməsinə su sərfi ictimai binalarda olduğu kimi cədvəl 5, istehsal binalarına birləşmişlər üçün isə binanın ümumi inşaat həcminə görə cədvəl 6 üzrə qəbul edilməlidir.

3. İnşaat həcmi 5 min m3-dən çox olmayan, I və II dərəcəli odadavamlılıq dərəcəsi, Q və D istehsalat kateqoriyalı kənd təsərrüfatı müəssisələrində xarici yanğının söndürülməsinə su sərfi 5 l/s qəbul edilməlidir.

4. Tutumu 10 min m3-ə qədər olan meşə materialları anbarları Y dərəcəli odadavamlılıq və В istehsalat kateqoriyasına aid edilir və onlarda xarici yanğının söndürülməsinə su sərfi cədvəl 6 üzrə qəbul edilməlidir. Anbarların tutumu daha böyük olduqda su sərfi müvafiq normativ sənədlərə əsaslanaraq qəbul edilməlidir.

5. Radio-televiziya ötürücü stansiyalarında xarici yanğının söndürülməsinə su sərfi binaların həcmindən və stansiya yerləşən qəsəbədə yaşayan əhalinin sayından asılı olmayaraq 15 l/s-dən az qəbul edilmir (əgər 6 və 7 cədvəllərində bundan böyük norma göstərilmirsə).

6. İnşaat həcmi 6 və 7-ci cədvəllərdə göstərilənlərdən çox olan binalarda xarici yanğının söndürülməsinə su sərfi Dövlət ərazi yanğın nəzarəti orqanları ilə razılaşdırılaraq qəbul edilməlidir.

7. Bina, yaxud qurğuların odadavamlılıq dərəcəsi MSN 2.02-01; partlayış, partlayış-yanğın və yanğın təhlükəlilik kateqoriyaları isə MSN 3.02-01 tələblərinə uyğun seçilməlidir.

8. Ağac konstruksiyalı II odadavamlılıq dərəcəsinə malik binalarda xarici yanğının söndürülməsinə su sərfi cədvəl 6 və 7- də göstərilənlərdən 5 l/s artıq qəbul edilməlidir.

 

 

5.2.7. Çəkisi 5 tona qədər olan konteynerlərin saxlanıldığı açıq meydançalarda xarici yanğının söndürülməsinə su sərfi konteynerlərin sayından asılı olaraq aşağıda göstərilən miqdarda qəbul edilməlidir:

Meydançadakı konteynerlərin sayı, ədəd

Xarici yanğının söndürülməsinə su sərfi, l/s

30-dan çox 50-ə qədər

50-dən çox 100-ə qədər

100-dən çox 300-ə qədər

300-dən çox 1000-ə qədər

15

20

25

40

5.2.8. Sprinkler, yaxud drençer qurğuları, daxili yanğın kranları və xarici hidrantlar üçün birləşmiş su kəməri layihələndirildikdə yanğının söndürülməsinə su sərfi yanğının söndürülməyə başlanmasından keçən 1 st müddətində Avtomatik yanğınsöndürən qurğuların layihələndirilməsinə dair təlimatın, TN və Q 2.04.01-in və bu bölmənin tələblərinə uyğun ən böyük sərflərin cəmi qəbul edilir.

Sprinkler, yaxud drençer qurğularının işi dayandırıldıqdan sonra yanğının söndürülməsinə tələb olunan su sərfi 5.2.4, 5.2.6, 5.2.10və 5.2.11 bəndlərinə əsasən qəbul edilir.

Q e y d. Sprinkler və drençer qurğularının eyni vaxtda işləməsi yanğının söndürülmə şəraiti nəzərə alınmaqla təyin edilir.

5.2.9. Köpük yaradan qurğular, lafet lüləli, yaxud səpələnmiş su vermə yolu ilə xarici yanğının söndürülməsində su sərfi müxtəlif sənaye sahələrinin müəssisə, bina və qurğularının layihələndirilmə normalarında nəzərdə tutulan yanğın təhlükəsizliyi tələblərinə əsasən 25% artırılmaqla təyin edilir və 5.2.4 bəndinə uyğun olaraq hidrantlardan götürülür. Bu zaman cəm sərf cədvəl 6, yaxud 7-də göstərilənlərdən az olmamalıdır.

5.2.10. Daxili yanğın kranları ilə təchiz edilmiş binalarda TNvəQ 2.04.01-in tələblərinə uyğun olaraq ən çox su tələb edən binalarda yanğının söndürülməsi üçün cədvəl 4-7-də verilmiş miqdarlara əlavə sərf nəzərdə tutulmalıdır.

5.2.11. Yanğının söndürülməsinə hesabi su sərfi 7.3. bəndində nəzərdə tutulan digər ehtiyacların ödənilməsinə maksimum su sərfi zamanı tam təmin olunmalıdır. Bu zaman sənaye müəssisəsində ərazinin suvarılması, duş qəbulu, döşəmələrin və texnoloji avadanlığın yuyulması, həmçinin istixanalarda bitkilərin suvarılması hesaba alınmır.

Texnoloji şərait istehsalat suyunun bir hissəsindən yanğın söndürülməsində istifadəyə imkan verən hallarda, yanğın söndürmək üçün tələb olunan su miqdarını götürmək məqsədilə istehsalat su kəmərinin üstündə, yanğın su kəmərində nəzərdə tutulmuş hidrantlara əlavə olaraq, yanğın hidrantları qoyulmalıdır.

5.2.12. Sənaye, yaxud kənd təsərrüfatı müəssisələrində eyni vaxtda baş verə biləcək yanğınların hesabi sayı bu müəssisələrin tutduğu ərazinin sahəsi 150 hektara qədər olduqda bir, 150 hektardan çox olduqda isə iki ədəd qəbul edilməlidir.

5.2.13. Yaşayış məntəqəsinin, eləcə də yaşayış məntəqəsindən kənarda yerləşmiş sənaye yaxud kənd təsərrüfatı müəssisəsinin birləşmiş yanğın əleyhinə su kəməri layihələndirildikdə eyni vaxtda baş verə biləcək yanğınların hesabi sayı aşağıdakı qaydada qəbul edilməlidir:

müəssisənin tutduğu sahə 150 hektara, yaşayış məntəqəsindəki sakinlərin sayı 10 min nəfərə qədər olduqda - bir yanğın (müəssisə yaxud yaşayış məntəqəsində, hansında daha çox su sərfi olarsa); həmçinin yaşayış məntəqəsində sakinlərin sayı 10 min nəfərdən çox 25 min nəfərdən az olduqda - iki yanğın (biri müəssisədə və digəri yaşayış məntəqəsində);

müəssisənin tutduğu sahə 150 hektardan çox, yaşayış məntəqəsindəki sakinlərin sayı 25 min nəfərə qədər olduqda - iki yanğın (ikisi müəssisədə yaxud ikisi yaşayış məntəqəsində, hansında daha çox su sərfi olarsa);

yaşayış məntəqəsində əhalinin sayı 25 min nəfərdən çox olduqda - maddə 5.2.12 və cədvəl 4-ə əsasən tələb olunan ən böyük sərf (müəssisədə yaxud yaşayış məntəqəsində) və tələb olunan ən az sərfin 50%-nin (müəssisədə yaxud yaşayış məntəqəsində) cəmi miqdarında;

yaşayış məntəqəsində bir neçə sənaye müəssisəsi olduqda - Dövlət yanğın nəzarəti orqanlarının tələblərinə müvafiq.

5.2.14. Yanğının söndürülmə müddəti 3 st qəbul edilməlidir; yanmayan daşıyıcı konstruksiyalar və istiləşdiricilərdən inşa edilmiş I və II odadavamlılıq dərəcəli, Q və D istehsalat kateqoriyalı binalar üçün bu müddət 2 st qəbul edilməlidir.

5.2.15. Yanğın su ehtiyatının bərpa edilməsinin maksimum müddəti:

yaşayış məntəqələrində və yanğın təhlükəsinə görə A, B və V kateqoriyalı istehsalı olan müəssisələrdə - 24 st;

yanğın təhlükəsinə görə Q və D kateqoriyalı istehsalı olan müəssisələrdə - 36 st;

kənd yaşayış məntəqələrində və kənd təsərrüfatı müəssisələrində - 72 st.

Q e y d: 1. Xarici yanğın söndürməyə su sərfi 20 l/s və daha az olan sənaye müəssisələrində yanğın ehtiyatını bərpa etmə müddətini aşağıda göstərilən qaydada artırmaq olar:

Г və Д kateqoriyalı istehsalat üçün - 48 st;

B kateqoriyalı istehsalat üçün - 36 st.

2. Yanğın ehtiyatının bərpa edildiyi müddətdə I və II kateqoriyalı su təchizatı sistemləri vasitəsilə təsərrüfat-içməkli ehtiyaclarını ödəmək üçün verilən suyun miqdarı 70%-ə, III kateqoriyalı su təchizatı sistemləri vasitəsilə verilən suyun miqdarı 50%-ə qədər azaldıla, istehsalata isə su qəza qrafiki ilə verilə bilər.

5.3. Sərbəst basqılar

5.3.1. Yaşayış məntəqəsinin su kəmərində maksimum təsərrüfat-içməli su tələbi zamanı binaların girişində minimal sərbəst basqı torpaq səthindən bir mərtəbəli binalar üçün ən azı 1 bar, daha hündür binalarda isə sonrakı hər bir mərtəbə üçün 0,4 bar əlavə etməklə qəbul edilir.

Q e y d:

1. Su tələbinin minimum saatlarında birinci mərtəbə istisna olmaqla hər bir sonrakı mərtəbə üçün basqı 0,3 bar qəbul edilə bilər, bu şərtlə ki, suyun sistemə qoşulmuş çənlərə verilməsi təmin olunsun.

2. Az mərtəbəli binalar yerləşən ərazidəki ayrıca dayanmış yüksək mərtəbəli bir, yaxud bir neçə binalar qrupu, eləcə də yüksəklikdə yerləşən binalar üçün basqı yaradan qurğuların qoyulmasına yol verilir.

3. Şəbəkə üzərində quraşdırılmış suayrıcı kolonkaların yanında sərbəst basqı 1 bar-dan az olmamalıdır.

5.3.2. İstehsalat su kəmərlərinin xarici şəbəkəsində sərbəst basqı texnoloji göstəricilərə əsasən təyin edilir.

5.3.3. Təsərrüfat-içməli su kəmərlərinin xarici şəbəkəsində sərbəst basqı 6 bar-dan çox olmamalıdır.

Şəbəkədə sərbəst basqı 6 bar-dan çox olan hallarda ayrı-ayrı bina, yaxud rayonlarda təzyiq tənzimləyiciləri qoyulmalı, yaxud su təchizatı sistemi zonalara ayrılmalıdır.

5.3.4. Yanğın əleyhinə su kəməri aşağı təzyiqli layihələndirilməlidir. Yanğın əleyhinə yüksək təzyiqli su kəmərləri yalnız müvafiq əsaslandırmadan sonra qəbul edilə bilər.

Yüksək təzyiqli su kəmərində stasionar yanğın nasosları onların yanğın həyəcanı verildikdə 5 dəq-dən gec olmayaraq işə salınmasını təmin edən avadanlıqla təchiz edilməlidirlər.

Q e y d. Peşəkar yanğın mühafizəsi olmayan, əhalisi 5 min nəfərə qədər olan yaşayış məntəqələrində yanğın əleyhinə su kəməri yüksək təzyiqli layihələndirilməlidir.

5.3.5. Aşağı təzyiqli yanğın əleyhinə su kəmərlərində yanğın söndürülməsi zamanı sərbəst basqı yer səthi səviyyəsində ən azı 1 bar olmalıdır.

Yuxarı təzyiqli yanğın əleyhinə su kəmərlərində sərbəst basqı yanğının söndürülməsinə tam su sərfi zamanı və yanğın söndürmə lüləsi ən yüksək binanın ən yüksək nöqtəsində yerləşdikdə ən azı 10 m hündürlüyə malik yığcam şırnaq yaratmalıdır.

Birləşmiş su kəmərlərində sərbəst basqının maksimal qiyməti 6 bar-dan çox olmamalıdır.

6. Su təchizatı mənbələri

6.1. Su təchizatı mənbəyinin seçilməsi topoqrafik, hidroloji, hidrogeoloji, ixtioloji, hidrokimyəvi, hidrobioloji, hidrotermik və digər axtarışların və sanitariya-epidemioloji tədqiqatların nəticələri ilə əsaslandırılmalıdır.

6.2. Su təchizatı mənbəyi kimi axar sular (çaylar, kanallar), sututarlar (təbii və süni göllər, su anbarları), dənizlər, yeraltı sular (sudaşıyıcı laylar, məcraaltı sular, şaxta suları və s.) qəbul edilə bilər.

Sənaye müəssisələrinin su təchizatı üçün təmizlənmiş tullantı sularından istifadə etməyin mümkünlüyü nəzərdən keçirilməlidir.

Su təchizatı mənbəyi kimi təbii yerüstü mənbələrdən doldurulan su anbarlarından istifadə edilə bilər.

Q e y d. Su təchizatı sistemində müxtəlif hidroloji və hidrogeoloji xarakteristikaya malik bir neçə su mənbəyindən istifadə etmək olar.

6.3. Təsərrüfat-içməli su təchizatı mənbəyi DÜİST 17.1.1.04-ün tələblərinə uyğun seçilməlidir.

İstehsalat su təchizatı üçün mənbə seçilərkən tələbatçıların suyun keyfiyyət göstəricilərinə irəli sürdüyü tələblər nəzərə alınmalıdır.

İstifadə üçün seçilmiş su təchizatı mənbələri müvafiq orqanlarla razılaşdırılmalıdır.

6.4. Təsərrüfat-içməli su kəmərləri üçün sanitariya-gigiyena tələblərinə cavab verən yeraltı su ehtiyatlarından maksimum istifadə edilməlidir.

Təbii yeraltı suların istismar ehtiyatı kifayət qədər olmadıqda onun süni yollarla artırılmasının mümkünlüyü nəzərdən keçirilməlidir.

6.5. İçməli su keyfiyyətinə malik yeraltı sulardan təsərrüfat-içməli su təchizatı ilə əlaqəsi olmayan ehtiyacların ödənilməsində istifadə etməyə yol verilmir. Kifayət qədər yerüstü su mənbələri olmayan və tələb olunan qədər içməli su keyfiyyətində yeraltı suya malik rayonlarda bu sulardan müvafiq orqanların icazəsi ilə istehsalat və suvarma ehtiyaclarının təminatı üçün istifadə edilməsinə yol verilir.

6.6. Müvafiq emal prosesindən keçmiş mineral və geotermal sulardan sanitariya tələblərinə əməl etməklə istehsalat və təsərrüfat-içməli su təchizatında istifadə etməyə yol verilir.

6.7. Yerüstü mənbələrin su sərflərinin orta aylıq təminatı su təchizatı sisteminin 7.4 maddəsi ilə təyin edilmiş kateqoriyasına əsasən cədvəl 8-dən əsasən götürülməlidir.

Cədvəl 8.

Su təchizatı sisteminin kateqoriyası

Yerüstü mənbələrin orta aylıq minimal su sərflərinin təminatı, %

I

II

III

95

90

85

 

6.8. Su mənbələrindən su təchizatı məqsədləri üçün istifadə qiymətləndirildikdə aşağıdakılar nəzərə alınmalıdır:

mənbəyin 15-20 il üçün proqnozlaşdırılmış sərfiyyat rejimi və su-təsərrüfatı balansı;

istehlakçıların suyun keyfiyyət göstəricilərinə tələbləri;

mənbədə suyun aqressivliyi göstərilməklə keyfiyyət xarakteristikası və tullantı sularının daxil olması ilə onun dəyişmə ehtimalının proqnozu;

çöküntü və zibilin keyfiyyət və kəmiyyət xarakteristikası və rejimi, dib çöküntülərinin yerdəyişməsi, sahillərin dayanıqlığı;

mənbəyin donma və qurumasının mümkünlüyü, qar uçqunları və sel axınlarının (dağ çaylarında), həmçinin mənbəyin su toplama hövzəsində kortəbii hadisələrin baş verməsi;

mənbəyin payız-qış rejimi və onda xəşələ buzlaşmanın olma ehtimalı;

ilin ayları üzrə suyun temperaturu və müxtəlif dərinlikdə fitoplanktonun inkişafı;

dağ çaylarında yaz-yay daşqınlarının yaranması;

yeraltı suların ehtiyatı və qidalanma şərtləri, həmçinin təbii şəraitin dəyişməsi, su anbarı və ya drenajın qurulması, suyun süni yolla kənarlaşdırılması və s. nəticəsində onlarda yarana biləcək mümkün dəyişmələr;

yeraltı suların keyfiyyəti və temperaturu;

yeraltı suların süni surətdə artırılaraq ehtiyatının yaradılması;

sudan istifadə və mühafizəsini tənzimləyən orqanların, sanitariya-epidemioloji, balıqların mühafizəsi xidmətlərinin və s. tələbləri.

6.9. Yerüstü su təchizatı mənbələrinin kifayət qədər su ehtiyatına malik olması qiymətləndirilən zaman ilin bütün fəsillərində onlardan su götürülən nöqtədən axın boyu aşağıda yerləşən yaşayış məntəqələri, sənaye müəssisələri, kənd təsərrüfatı, balıqçılıq təsərrüfatı, gəmiçilik və sudan istifadənin digər növləri üzrə, həmçinin su təchizatı mənbəyinin mühafizəsi üzrə sanitariya tələblərinin ödənilməsinə lazımi su miqdarının qalması təmin edilməlidir.

6.10. Yerüstü su mənbələrinin kifayət qədər su sərfi olmadıqda onlardakı təbii axının bir hidroloji il həddində (mövsümi tənzimləmə), yaxud çoxillik dövr üçün (çoxillik tənzimləmə) tənzimlənməsi, həmçinin digər çox sulu yerüstü mənbələrdən onlara su ötürülməsi təmin edilməlidir.

Q e y d. Mənbədə su sərfi kifayət qədər olmadıqda və onun artırılması çətin, yaxud çox baha başa gəldikdə ayrı-ayrı tələbatçıların su təminatı dərəcəsi respublika su təsərrüfatı və meliorasya orqanları, həmçinin Dövlət sanitariya-epidemioloji xidməti ilə razılaşdırılaraq təyin edilir.

6.11. Yeraltı su ehtiyatlarının qiymətləndirilməsi “Yeraltı suların istismar ehtiyatlarının və proqnozlaşdırılan miqdarının klassifikasiyası” və “Yeraltı suyun klassifikasiyalaşdırılmış ehtiyatlarının şirin su yataqlarına tətbiqi təlimatı”na uyğun olaraq hidrogeoloji axtarışlar, kəşfiyyat və tədqiqatların nəticələri əsasında aparılmalıdır.

Yeraltı su ehtiyatları təbii sərvətlərin ehtiyatı üzrə Dövlət, yaxud ərazi komissiyaları tərəfindən təsdiq edilməlidir.

Suqəbuledici qurğuların inşasına kapital qoyuluşu 500 min manatdan, dəmir yolu nəqliyyatı obyektləri üzrə 1 milyon manatdan çox olmayan hallarda yeraltı su ehtiyatlarının miqdarının təsdiq olunması tələb edilmir. Bu zaman suqəbuledici qurğuların dəyərində sugötürən avadanlıq, nasos stansiyaları, sutəmizləyici, yaxud emal edən qurğular, rezervuarlar, həmçinin istehlakçıya qədər sudaşıyıcı boruların qiymətləri nəzərə alınır.

7. Su təchizatı sxemləri və sistemləri

7.1. Su təchizatı sxemləri və sistemləri obyektin yaxud obyektlər qrupunun xüsusiyyətləri nəzərə alınmaqla onları reallaşdırmaq üçün mümkün variantların, onların inkişafının müxtəlif mərhələlərində tələb olunan su sərfləri, su təchizatı mənbələri, sərbəst basqılar, suyun keyfiyyəti və tələbatçılara çatdırılma təminatı müqayisə edilərək seçilir.

7.2. Aşağıdakılar mümkün variantların müqayisəsi ilə əsaslandırılmalıdır:

su təchizatı mənbələri və onlardan bu və ya digər istehlakçılar üçün istifadə edilməsi;

sistemin mərkəzləşdirilmə dərəcəsi və yerli su təchizatı sistemlərinin ayrılmasının məqsədə-uyğunluğu;

qurğuların, sudaşıyıcı boruların və müxtəlif təyinatlı şəbəkələrin birləşdirilməsi, yaxud ayrılması;

su təchizatı sisteminin zonalaşdırılması, tənzimləyici həcmlərdən istifadə, su nəqletdirici nasos və tənzimləyici stansiyaların tətbiqi;

birləşmiş, yaxud yerli dövrü su təchizatı sistemlərinin tətbiqi;

bir müəssisənin (sexin, qurğunun, texnoloji xəttin) tullantı sularından digər müəssisələrin (sexlərin, qurğuların, texnoloji xətlərin) istehsalat ehtiyaclarının ödənilməsi, həmçinin ərazinin və yaşıllığın suvarılması üçün istifadə etməyin mümkünlüyü;

təmizlənmiş istehsalat və məişət tullantı sularından, həmçinin toplanmış yerüstü axım sularından istehsalat su təchizatı, suvarma və sututarların qidalandırılması üçün istifadə edilməsi;

qapalı dövrlərin, yaxud qapalı su təchizatı sistemlərinin təşkilinin məqsədəuyğunluğu;

inşaatın növbəliliyi və sistemin elementlərinin buraxılış komplekslərinə görə işə salınması.

7.3. Yaşayış məntəqələrinin mərkəzləşdirilmiş su təchizatı sistemi yerli şəraitdən və su təchizatı sxemindən asılı olaraq təmin etməlidir:

yaşayış və ictimai binalarda təsərrüfat-içməli su tələbini, həmçinin kommunal-məişət müəssisələrinin suya olan ehtiyacını;

müəssisələrdə təsərrüfat-içməli su tələbini;

içməli su keyfiyyətində su tələb edən, yaxud ayrı su kəmərinin inşası iqtisadi cəhətdən əlverişlə olmadıqda sənaye və kənd təsərrüfatı müəssisələrinin istehsalat ehtiyaclarını;

yanğının söndürülməsini;

sutəmizləyici komplekslərin öz ehtiyaclarını, su kəməri və kanalizasiya şəbəkələrinin yuyulması üçün tələb olunan su miqdarını və s.

Texniki-iqtisadi əsaslandırma olduqda ərazinin (küçələrin, yolların, meydanların, yaşıllıqların) suvarılması və yuyulması, fəvvarələrin işləməsi üçün, eləcə də istixanalarda və açıq sahələrdə, həmçinin həyətyanı sahələrdə əkinlərin suvarılması üçün müstəqil su kəməri inşa edilə bilər.

7.4. Mərkəzləşdirilmiş su təchizatı sistemləri suyun verilmə təminatının dərəcəsinə görə üç kateqoriyaya bölünür:

I – təsərrüfat-içməli su tələbini ödəmək üçün verilən suyun hesabi sərfini 30%-ə qədər və müəssisələrə verilən suyun miqdarını onların qəza qrafiki ilə müəyyənləşdirilmiş həddə qədər azaltmağa yol verilir; suyun verilməsində azaltma 3 sut-dan artıq olmamalıdır. Sistemin zədələnmiş elementlərinin (avadanlıq, armatur, qurğular, boru kəmərləri və s.) işdən ayrılması və ehtiyat elementlərin işə salınması zamanı suyun verilməsində fasilə, yaxud miqdarında yuxarıda göstəriləndən aşağı azaltmaya yol verilir, lakin əməliyyatın yerinə yetirilmə müddəti 10 dəq-dən çox olmamalıdır;

II – suyun verilməsində yol verilən azalma I kateqoriyada olduğu kimidir; azalmanın davametmə müddəti 10 sut-dan artıq olmamalıdır. Sistemin zədələnmiş elementlərinin işdən ayrılması və ehtiyat elementlərin işə salınması zaman, yaxud təmir işləri aparılarkən suyun verilməsində fasilə, yaxud miqdarında yuxarıda göstəriləndən aşağı azalmaya yol verilir, lakin əməliyyatın yerinə yetirilmə müddəti 6 st-dan çox olmamalıdır;

III – suyun verilməsində yol verilən azalma I kateqoriyada olduğu kimidir; azalmanın davam etmə müddəti 15 sut-dan artıq olmamalıdır. Suyun verilməsində fasilə, yaxud miqdarında yuxarıda göstəriləndən aşağı azalma təmir işləri aparılarkən ola bilər, lakin əməliyyatın yerinə yetirilmə müddəti 24 st-dan çox olmamalıdır.

Əhalisinin sayı 50 min nəfərdən çox olan yaşayış məntəqələrinin birləşmiş təsərrüfat-içməli və istehsalat su kəmərləri I kateqoriyaya, 5 mindən 50 min nəfərə qədər olanlarda II kateqoriyaya, 5 mindən az olanlarda isə III kateqoriyaya aid edilirlər.

Kənd təsərrüfatı qrup su kəmərlərinin kateqoriyası əhalisinin sayı ən çox olan yaşayış məntəqəsinə görə təyin edilməlidir.

Sənaye və kənd təsərrüfatı müəssisələrinin (istehsalat, sex, qurğu) su təminatını artırmağa ehtiyac olduqda yerli su təchizatı sistemləri yaradılmalıdır.

Obyektlərin texnoloji tələblərini ödəyən yerli su təchizatı sistemlərinin layihələrinə bu obyektlərin layihələri ilə birlikdə baxılmalı və təsdiq edilməlidir.

Su təchizatı sistemlərinin ayrı-ayrı elementlərinin kateqoriyasını onların ümumi su təchizatı sistemində funksional təyinatından asılı olaraq təyin etmək lazımdır.

Zədələnməsi nəticəsində yanğının söndürülməsinə suyun verilməsində fasilə yarada biləcək II kateqoriya su təchizatı sistemlərinin elementləri I kateqoriyaya aid edilməlidir.

7.5. Su təchizatının sxem və sistemini tərtib etdikdə mövcud qurğular, sudaşıyıcı borular və şəbəkə texniki, iqtisadi və sanitariya baxımından qiymətləndirilməli, yenidən qurulmasına və fəaliyyətinin intensivləşdirilməsinə maliyyə sərfləri nəzərə alınmaqla onlardan gələcəkdə istifadə etmənin mümkünlük dərəcəsi əsaslandırılmalıdır.

7.6. Yanğın əleyhinə ehtiyacları təmin edən su təchizatı sistemləri bu normaların 5.2-ci bölməsinin göstərişlərinə əsasən layihələndirilməlidir.

7.7. Dövrü su təchizatı sistemləri bu normaların 14-cü bölməsinin göstərişlərinə əsasən layihələndirilməlidir.

7.8. İstehsalat su təchizatı sisteminin optimal variantı seçildikdə ehtiyac olarsa müəssisədəki texnoloji proseslərin dəyişdirilməsinin mümkünlüyü və məqsədəuyğunluğuna baxılmalıdır. Bu zaman əsas istehsal xərclərinin artması su təchizatı və kanalizasiya sistemlərinin qəbul edilmiş dəyərindən az olmalıdır.

7.9. Suqəbuledici qurğular, sudaşıyıcı borular, sutəmizləmə kompleksi, bir qayda olaraq, maksimal su tələbatı günündəki orta saatlıq su sərfinə hesablanmalıdırlar.

7.10. Sudaşıyıcı borular, su kəməri şəbəkəsi, nasos stansiyaları və tənzimləyici həcmlərin birgə işləməsinin hesablanması hesabi müddətdə suyun verilməsi və paylanması, onun reallaşdırılmasının növbəliliyi, nasos avadanlıqlarının seçilməsi və tələb olunan tənzimləyici həcmlərin təyini və hər bir növbə üçün onların yerləşməsi nəzərə alınmaqla aparılmalıdır.

7.11. Yaşayış məntəqələrinin su təchizatı sistemləri üçün sudaşıyıcı borular, su kəməri şəbəkəsi, nasos stansiyaları və tənzimləyici həcmlərin birgə işləməsinin hesablanması bir qayda olaraq suyun verilməsinin aşağıdakı xarakter rejimləri üçün aparılmalıdır:

maksimum su tələbatı günlərində - maksimum, orta və minimum saatlıq sərflərinə, həmçinin yanğının söndürülməsinə maksimum saatlıq və hesabi su sərfinə;

orta su tələbatı günlərində - orta saatlıq sərfə;

minimum su tələbatı günlərində - minimum saatlıq sərfə.

sudaşıyıcı borular, su kəməri şəbəkəsi, nasos stansiyaları və tənzimləyici həcmlərin birgə işləməsinin bütün xarakterik su tələbatı rejimlərində kifayət qədər hesablamaları olduqda su tələbatının digər rejimləri üçün hesablamanın aparılmasına, həmçinin yuxarıda göstərilən rejimlərdən biri, yaxud bir neçəsi üçün aparılmasından imtina edilməsinə yol verilir.

İstehsalat su təchizatı sistemləri üçün onların işləməsinin xarakterik şərtləri istehsalat texnolo-giyasının xüsusiyyətləri və yanğın təhlükəsizliyinin təminat şərtlərinə uyğun olaraq qoyulur.

Q e y d. Yanğın söndürülməsi zamanı sudaşıyıcı borular və həlqəvarı şəbəkənin xətlərinin, eləcə də qurğuların şöbə və bloklarının işinin dayandırılması qurğuların hesablanmasında nəzərə alınmır.

7.12. Su təchizatı sxemi tərtib edilərkən istismar heyəti tərəfindən sonralar suyun faktiki sərfinin və su tələbinin qeyri-müntəzəmlik əmsallarının, eləcə də avadanlıq və qurğuların faktiki xarakteristikalarının sistemli yoxlanılmasını aparmaq üçün parametrlərin siyahısı hazırlanmalıdır. Nəzarəti yerinə yetirmək üçün layihənin uyğun bölmələrində bunun üçün lazım olan ölçü cihazları və aparatlar yerləşdirilməlidir.

7.13. Kənd təsərrüfatı su təchizatı sxem və sistemləri tərtib edilərkən:

mərkəzləşdirilmiş su təchizatı sistemlərini yalnız perspektivli yaşayış məntəqələrində və kənd təsərrüfatı istehsalat obyektlərində layihələndirmək lazımdır;

hesablama müddətində saxlanılan kənd yaşayış məntəqələri üçün mövcud suqəbuledici qurğuların (borulu və şaxtalı quyular, bulaq sularını toplayan kaptajlar və s.) mexaniki suqaldırıcılarla təmin edilməklə yenidən qurulmasını və ayrı-ayrı mədəni-məişət və istehsalat binalarında daxili su kəmərlərinin quraşdırılmasını nəzərdə tutmaq olar;

qrup su kəmərləri yaradıldıqda suyun uzun məsafələrə nəqli zamanı, xüsusən bu sistemlərin başlanğıc istismar dövrlərində sudaşıyıcı borularda suyun hərəkət sürəti hesabi sürətdən aşağı olanda keyfiyyətinin qorunması üçün tədbirlər görülməlidir;

həyətyanı sahələrin suvarılması üçün yerli mənbələrdən və içməli su təchizatı mənbəyi kimi yararsız olan suvarma kanallarından qidalanan ayrıca mövsümi su kəmərlərinin yaradılmasının məqsədəuyğunluğuna baxılmalıdır;

şorlaşmış torpaqların geniş yayıldığı və yerli şirin su ehtiyatları olmayan bölgələrdə su təchizatı sistemi layihələndirildikdə içməli suya ehtiyacı ödəmək üçün şirinləşdirilmiş, digər ehtiyacları ödəmək üçün mineral sulardan istifadənin məqsədəuyğunluğu nəzərdən keçirilməlidir. Bu zaman bir mərtəbəli binaları olan qəsəbələrdə şirinləşdirilmiş içməli suyun küçə suayırıcı kolonkalar vasitəsilə verilməsi nəzərdə tutulmaqla daxili su kəmərlərini yalnız mineral su təminatı üçün layihələndirmək tövsiyə edilir.

8. Suqəbuledici qurğular

8.1. Yeraltı suları qəbul edən qurğular

8.1.1. Ümumi göstərişlər

8.1.1.1. Suqəbuledici qurğuların növü və yerləşmə sxemi rayonun geoloji, hidrogeoloji və sanitariya şəraitlərindən asılı olaraq seçilməlidir.

8.1.1.2. Yeni suqəbuledicilər layihələndirildikdə və mövcud suqəbuledicilər genişləndirildikdə onların qonşu sahələrdəki mövcud və layihələndirilən suqəbuledicilərlə qarşılıqlı, həmçinin ətraf mühitə təsiri (yerüstü axımlar, bitkilər və s.) nəzərə alınmalıdır.

8.1.1.3. Yeraltı suyu götürmək üçün aşağıdakı qurğular tətbiq edilir: suqəbuledici quyular, şaxtalı quyular, üfüqi qəbuledicilər, şüavarı suqəbuledicilər, bulaq sularını toplayan kameralar (kaptajlar).

8.1.2. Suqəbuledici quyular

8.1.2.1. Quyuların layihələrində qazma üsulu göstərilməli və onların konstruksiyaları, dərinliyi, boru sütunlarının diametri, suqəbuledici hissənin, suqaldırıcının və başlığın növü, həmçinin onların sınaqdan çıxarılma üsulu təyin edilməlidir.

8.1.2.2. Quyuların qazılma üsulları tövsiyə olunan əlavə 1-də verilir.

8.1.2.3. Quyuların konstruksiyaları elə olmalıdır ki, onlarda məhsuldarlığın və su səviyyəsinin ölçülməsi, su nümunəsinin götürülməsi, həmçinin quyuların istismarı zamanı impulslu, reagentlə və kombinə edilmiş regenerasiya üsulları ilə təmir-bərpa işlərinin görülməsi mümkün olsun.

8.1.2.4. Quyularda istismar sütunlarının diametri suyu qaldırmaq üçün quyunun üstündə quraşdırılmış elektrik mühərrikli nasoslardan istifadə edildikdə nasosun nominal diametrindən 50 mm böyük, suya batırılmış mühərrikli nasoslardan istifadə edildikdə nasosun nominal diametrinə bərabər qəbul edilməlidir.

8.1.2.5. Yerli şəraitdən və avadanlığın növündən asılı olaraq quyuların ağzı, bir qayda olaraq, yerüstü köşkdə, yaxud yeraltı kamerada yerləşdirilməlidir.

8.1.2.6. Köşk və kameranın planda ölçüləri elə qəbul edilməlidir ki, onlarda elektrik mühərriki, elektrik avadanlığı və nəzarət-ölçü cihazları (NÖC) yerləşdirilə bilsin.

Yerüstü köşk və yeraltı kameranın hündürlüyü orada yerləşdirilmiş avadanlığın qabarit ölçülərindən asılı olaraq qəbul edilir və 2,4 m-dən az olmamalıdır.

8.1.2.7. Boruların istismar sütununun yuxarı hissəsi döşəmə səviyyəsindən ən azı 0,5 m yuxarı qalxmalıdır.

8.1.2.8. Quyunun başlığının konstruksiyası yerüstü axım suları və onlarla birlikdə çirkli maddələrin borulararası və borudan kənar fəzalara daxil ola bilməməsi üçün tam kipliyi təmin etməlidir.

8.1.2.9. Quyu nasoslarının bölmələrinin quraşdırılması və sökülməsinin mexaniki vasitələrin köməyilə quyunun ağzında qoyulmuş qapaqdan həyata keçirilməsi təmin edilməlidir.

8.1.2.10. Ehtiyat quyuların sayı cədvəl 9-a əsasən qəbul edilməlidir.

Cədvəl 9. Ehtiyat quyuların tövsiyə edilən sayı

İşləyən quyuların sayı

Aşağıdakı kateqoriyalı suqəbuledicilərdə ehtiyat quyuların sayı

I

II

III

1 – 4

5 – 12

13 və daha çox

1

2

20%

1

1

10%

1

-

-

Q e y d:

1.Hidrogeoloji şəraitdən asılı olaraq və müvafiq əsaslandırmaya görə ehtiyat quyuların sayı artırıla bilər.

2. Bütün kateqoriyalardan olan suqəbuledicilərin anbarında ehtiyat nasoslar olmalıdır: işləyən quyuların sayı 12-ə qədər olduqda 1 ədəd, 12-dən çox olduqda isə işləyən quyuların sayının 10%-i qədər.

3. Suyun verilmə təminatının dərəcəsinə görə suqəbuledicilərin kateqoriyası maddə 7.4-ə əsasən qəbul edilməlidir.

8.1.2.11. Quyunun suqəbuledici sahəsində yerləşən və istismarı mümkün olmayan quyular tamponaj üsulu ilə ləğv edilməlidir.

8.1.2.12. Quyularda süzgəclər yumşaq, dayanıqsız qayalıq və yarım qayalıq süxurlarda qoyul-malıdır.

8.1.2.13. Süzgəcin konstruksiyası və ölçüləri hidrogeoloji şəraitdən, quyunun məhsuldarlığından və istismar rejimindən asılı olaraq əlavə 2-nin tövsiyələrinə əsasən qəbul edilməlidir.

8.1.2.14. Zərbəli üsulla qazma zamanı istismar borusunun son diametri süzgəcin xarici diametrindən ən azı 50 mm, suzgəc çınqılla örtüldükdə ən azı 100 mm böyük olmalıdır.

Divarları boru ilə bərkidilməyən və rotorlu üsulla qazılan quyuların son diametri suzgəcin xarici diametrindən ən azı 100 mm böyük olmalıdır.

8.1.2.15. Hündürlüyü 10 m-ə qədər olan basqılı sudaşıyıcı laylarda süzgəcin işçi hissəsinin uzunluğu layın hündürlüyünə bərabər qəbul edilməlidir; basqısız laylarda süzgəcin işçi hissəsinin uzunluğu quyuda suyun istismar enmə səviyyəsini maddə 8.1.2.16-nın tövsiyələrini nəzərə alıb çıxmaqla (süzgəc, bir qayda olaraq, suya batırılmış vəziyyətdə olmalıdır) layın hündürlüyünə bərabər qəbul edilməlidir.

Hündürlüyü 10 m-dən çox olan sudaşıyıcı laylarda süzgəcin işçi hissəsinin uzunluğu süxurların sukeçirmə qabiliyyəti, quyuların məhsuldarlığı və süzgəcin konstruksiyasından asılı olaraq təyin edilməlidir.

8.1.2.16. Süzgəcin işçi hissəsi sudaşıyıcı layın tavanından və oturacağından ən azı 0,5-1 m məsafədə yerləşdirilməlidir.

8.1.2.17.Bir neçə sudaşıyıcı laydan istifadə etdikdə süzgəcin işçi hissələri hər bir sudaşıyıcı layda yerləşdirilməli və bir-birləri ilə zəif sudaşıyıcı layları kəsib keçən bütöv divarlı boru ilə birləşdirilməlidir.

8.1.2.18. Quyunun dərinliyi 50 m-ə qədər olduqda süzgəcüstü borunun yuxarı hissəsi istismar sütununun başmağının üstündən ən azı 3 m, 50 m-dən çox olduqda isə ən azı 5 m yuxarı olmalıdır; istismar sütunu ilə süzgəcüstü boru arasında ehtiyac olduqda kipləşdirici qoyulmalıdır.

8.1.2.19. Durulducunun uzunluğu 2 m-dən çox olmamalıdır.

8.1.2.20. Üstündə dayanıqlı süxurlar olan yumşaq qumlu yeraltı laylardan su götürmək üçün süzgəcsiz konstruksiyalı quyular qəbul edilir.

8.1.2.21. Quyular qazıldıqdan və süzgəclərlə təmin edildikdən sonra onlarda toplanan su, qazma gil məhlulu istifadə etməklə rotor üsulu ilə aparıldıqda, onlarda qalan gil, su tam şəffaflana qədər çıxarılmalıdır.

8.1.2.22. Suqəbuledici quyuların faktiki məhsuldarlığının layihə qiymətinə uyğunluğunu təyin etmək üçün su onlardan əlavə 3-də tövsiyə edilən üsulla çıxarılmalıdır.

8.1.3. Şaxtalı quyular

8.1.3.1. Şaxtalı quyular, bir qayda olaraq, yer səthinə yaxın birinci, 30 m-ə qədər dərinlikdə yerləşmiş, yumşaq süxurlardan ibarət basqısız laylardan su götürmək üçün tətbiq edilməlidir.

8.1.3.2. Sudaşıyıcı layın hündürlüyü 3 m-ə qədər olduqda onun bütün hündürlüyünü açan bitmiş şaxtalı quyu qəbul edilməlidir; hündürlüyü daha böyük olan laylardan su götürmək üçün bitmiş və layın hündürlüyünün bir hissəsini açan bitməmiş şaxtalı quyuların qəbul edilməsinə yol verilir.

8.1.3.3. Quyunun suqəbuledən hissəsi qumlu qruntlarda yerləşdikdə onun dibində qum-çınqıldan əks süzgəc, yaxud məsaməli betondan süzgəc, quyuların suqəbuledən divarlarında isə məsaməli betondan, yaxud çınqıldan süzgəcin olması nəzərdə tutulmalıdır.

8.1.3.4. Əks süzgəcin ümumi hündürlüyü 0,4-0,6 m olmaqla qum və çınqıldan düzəldilmiş, hər birinin qalınlığı 0,1-0,15 m, aşağı hissəsi kiçik, yuxarı hissəsi isə böyük fraksiyalı bir neçə laydan ibarət olmalıdır.

8.1.3.5. Süzgəcin ayrı-ayrı laylarının mexaniki tərkibi və qonşu layların dənələrinin orta diametrləri arasındakı nisbət cədvəl 10-a əsasən qəbul edilməlidir.

Cədvəl 10. Süzgəcin ayrı-ayrı laylarının mexaniki tərkibi və qonşu layların dənələrinin orta diametrləri arasındakı nisbət

Sudaşıyıcı layların süxurları

Süzgəclərin növü və konstruksiyaları

Qayalıq və yarımqayalıq dayanıqsız süxurlar, 20-100 mmölçülü hissəciklər üstünlük təşkil edən(kütləsinə görə 50%-dən çox) çınqıl, çaqıl daşı çöküntüləri

Milli-karkaslı (əlavə süzmə səthi olmadan), qalınlığı 4 mm və korroziya əleyhinə təbəqə ilə örtülmüş poladdan hazırlanmış dairəvi və yarıqlı məsamələri olan borulu, spiral-milli süzgəclər

Çınqıl, 2-5 mm ölçülü hissəciklər üstünlük təşkil edən(kütləsinə görə 50%-dən çox) çınqıllı qum

Milli və borulu, məftil sarğılardan və ya paslanmayan polad təbəqədən hazırlanmış su qəbul edən səthi olan süzgəclər. Qalınlığı 4 mm və korroziya əleyhinə təbəqə ilə örtülmüş poladdan hazırlanmış, spiral-milli süzgəclər

1-2 mm ölçülü hissəciklər üstünlük təşkil edən (kütləsinə görə 50%-dən çox) iri qumlar

Milli və borulu, məftil sarğılardan və ya paslanmayan polad təbəqədən hazırlanmış su qəbul edən səthi olan süzgəclər. Qalınlığı 4 mm və korroziya əleyhinə təbəqə ilə örtülmüş poladdan hazırlanmış, spiral-milli süzgəclər

0,25-0,5 mm ölçülü hissəciklər üstünlük təşkil edən (kütləsinə görə 50%-dən çox) orta dənəli qumlar

Milli və borulu məftil sarğılardan, kvadrat toxunmuş tordan, qum-çınqıl örtüklü paslanmayan polad təbəqədən hazırlanmış su qəbul edən səthi olan, spiral-milli süzgəclər

0,1-0,25 mm ölçülü hissəciklər üstünlük təşkil edən (kütləsinə görə 50%-dən çox) xırda dənəli qumlar

Milli və borulu məftil sarğılardan, güləbətinli işlənmiş tordan, bir, yaxud iki laylı qum-çınqıl örtüklü paslanmayan polad təbəqədən hazırlanmış su qəbul edən səthi olan, spiral-milli süzgəclər

8.1.3.6. Şaxtalı quyunun yuxarı hissəsi yer səthindən ən azı 0,8 m yuxarıda yerləşməlidir. Quyunun ətrafında eni 1-2 m, quyudan ətrafa mailliyi 0,1-ə bərabər sukeçirməyən səki nəzərdə tutulmalıdır; təsərrüfat-içməli su ehtiyaclarını ödəmək üçün su verən quyular ətrafında bundan əlavə gildən, yaxud yağlı gillicədən dərinliyi 1,5-2 m, eni 0,5 m olan təbəqə yaradılmalıdır.

8.1.3.7. Quyularda yer səthindən ən azı 2 m hündürlüyə qalxmış ventilyasiya borusu qoyulmalıdır. Ventilyasiya borusunun deşikləri torlu qapaqla təchiz edilməlidir.

8.1.4. Üfüqi suqəbuledicilər

8.1.4.1. Üfüqi suqəbuledicilər, bir qayda olaraq, mümkün qədər yerüstü axınlara yaxın və 8 m-ə qədər dərinlikdə yerləşmiş basqısız sudaşıyıcı laylardan su götürmək üçün tətbiq edilirlər. Onlar qırma daşdan düzəldilmiş, yaxud borulu drenaj, su toplayan dəhliz, yaxud lağım şəklində layihələndirilə bilərlər.

8.1.4.2. Daş-çınqıl drenajlı suqəbuledicilərin müvəqqəti su təchizatı sistemlərində tətbiqi tövsiyə edilir.

5-8 m dərinliyə qədər II və III kateqoriyalı suqəbuledicilər üçün borulu drenajlar layihələndirilməlidir.

I və II kateqoriyalı suqəbuledicilər üçün, bir qayda olaraq, suyığıcı dəhlizlər qəbul edilməlidir.

Lağım şəkilli suqəbuledicilər müvafiq oroqrafik şəraitlərdə tətbiq olunmalıdır.

8.1.4.3. Sudaşıyıcı laydan qum, torpaq hissəciklərinin qurğuya daxil olmasının qarşısını almaq üçün üfüqi qurğuların suqəbuledici hissəsinin ətrafında iki-üç laydan ibarət əks süzgəc layihələndirilməlidir.

8.1.4.4. Əks süzgəcin ayrı-ayrı laylarının mexaniki tərkibi hesabatla təyin edilməlidir. Süzgəcin ayrı-ayrı laylarının qalınlığı ən azı 15 sm olmalıdır.

8.1.4.5. Daş-çınqıl drenajlı su qəbuledicilərdə suyun qəbulu üçün xəndəyin dibində ölçüləri 30x30sm, yaxud 50x50 sm olan və ətrafında əks süzgəc qurulmuş prizmalar yaradılır.

Prizmalar su yığılan quyu istiqamətində 0,01-0,05 mailliyə malik olmalıdırlar.

8.1.4.6. Borulu drenajların su qəbul edən hissəsi yan və üst divarlarında dairəvi deşiklər, yaxud yarıqlar açılmış saxsı, dəmir beton və plastmas borulardan qəbul edilməlidir; boruların aşağı hissəsinin diametrinin ən azı 1/3 hissəsi qədər hündürlüyündə deşiklər,yaxud yarıqlar olmamalıdır. Boruların minimal diametri 150 mm qəbul edilməlidir.

Q e y d. Deşikli metal borular yalnız müəyyən əsaslandırmaya görə qəbul edilə bilərlər.

8.1.4.7. Üfüqi suqəbuledicilərdə boruların diametrləri sudaşıyıcı layın maksimal gücünə hesablanmalı, hesabi dolma dərəcəsi isə borunun diametrinin 0,5-i qədər qəbul edilməlidir.

8.1.4.8. Boruların su toplanan quyu istiqamətində mailliyi aşağıda göstərilənlərdən az olmamalıdır:

D,mm i D,mm i D,mm i

150 0,007 250 0,004 400 0,002

200 0,005 300 0,003 500 0,001

Suyun borularda minimal axma sürəti 0,7 m/s-dən az qəbul edilməməlidir.

8.1.4.9. Su qəbul edən dəhlizlər divarında yarıqlar, yaxud günlüyü olan pəncərələr açılmış yığma dəmir-beton elementlərdən layihələndirilməlidir.

8.1.4.10. Dəmir-beton elementlərin altında istismar zamanı çökərək bir-birinə nisbətən vəziyyətlərinin dəyişməsinin qarşısını almaq üçün özül layihələndirilməlidir. Dəhlizin yan divarlarında onun su qəbul edən hissəsi sahəsində əks süzgəc olmalıdır.

8.1.4.11. Üfüqi suqəbuledicilər onlara yerüstü axım sularının daxil olmasından qorunmalıdırlar.

8.1.4.12. Borulu və dəhliz şəkilli suqəbuledicilərin işinə nəzarət etmək, onların ventilyasiyası və təmirini həyata keçirmək üçün baxış quyuları layihələndirilməlidir. Quyular arasındakı məsafə diametri 150 mm-dən 500 mm-ə qədər olan borulu suqəbuledicilər üçün 50 m, 500 mm-dən böyük olan hallarda 75 m; dəhliz şəkilli suqəbuledicilər üçün 100-150 m qəbul edilməlidir.

Baxış quyuları həmçinin suqəbuledici hissənin üfüqi və şaquli vəziyyətdə istiqamətinin dəyişdiyi yerlərdə də qoyulmalıdır.

8.1.4.13. Baxış quyularının diametri 1 m qəbul edilməli, quyunun yuxarı hissəsi yer səthindən ən azı 0,2 m hündürə qalxmalıdır; quyunun ətrafında eni 1 m olan sukeçirməyən meydança səki və gil açar nəzərdə tutulmalıdır; quyular 8.1.3.7 maddəsinə uyğun ventilyasiya boruları ilə təchiz olun-malıdırlar.

8.1.4.14. Üfüqi suqəbuledicilərin nasos stansiyaları, bir qayda olaraq, qurğunun su toplanan quyusu ilə birləşdirilməlidir.

8.1.4.15. İki laydan-yuxarı basqısız və aşağı basqılı-su götürdükdə kombinə edilmiş üfüqi suqəbuledicilərdən istifadə edilməlidir. Suqəbuledici yuxarı basqısız layda yerləşmiş, alt və kənarlarından qol borular vasitəsilə şaquli borularla aşağı basqılı layla əlaqələndirilmiş üfüqi borulu drenaj şəklində layihələndirilir.

8.1.5. Şüavari suqəbuledicilər

8.1.5.1. Şüavari suqəbuledicilər tavanı yer səthindən 15-20 m-ə qədər dərinlikdə yerləşən və hündürlüyü 20 m-dən çox olmayan sudaşıyıcı laylardan su götürmək üçün tətbiq edilirlər.

Q e y d. D ≥70 mm fraksiyalı çaqıl daşlı qruntlarda, sudaşıyıcı layda 10%-dən artıq qaya parçaları olduqda və lilli kiçik dənəli süxurlarda şüavarı suqəbuledicilərin qəbulu tövsiyə edilmir.

8.1.5.2. Eyni cinsli olmayan, yaxud güclü eyni cinsli sudaşıyıcı laylarda şüaları müxtəlif tərəflərə istiqamətlənən çoxyaruslu şüavari suqəbuledicilər qəbul edilməlidir.

8.1.5.3. Suqəbuledicinin məhsuldarlığı 150-200 l/s olduqda və əlverişli hidrogeoloji və hidro-kimyəvi şərait olduqda bir, 200 l/s-dən çox olduqda iki bölməlisu toplayan quyu layihələndirilməlidir.

8.1.5.4. Uzunluğu 60 m-ə bərabər və ondan çox olan şüalar boruların diametri azalmaqla teleskopik konstruksiyada layihələndirilməlidir.

8.1.5.5. Eyni cinsli sudaşıyıcı laylarda uzunluğu 30 m-dən az olan şüalar arasındakı bucaq 300-dən az olmamalıdır.

8.1.5.6. Su qəbul edən şüalar məsaməliliyi 20%-dən çox olmayan deşikli, yaxud yarıqlı polad borulardan qəbul edilməlidir; su toplayan quyularda şüaların üstündə siyirtmələrin qoyulması nəzərdə tutulmalıdır.

8.1.6. Bulaq sularının kaptajı

8.1.6.1. Kaptaj qurğuları, yaxud dərin olmayan endirmə quyuları bulaqlardan su götürmək üçün tətbiq edilirlər.

8.1.6.2. Torpaqdan qalxan çeşmələrin suyu kaptajın dibindən, yamac bulaqlarının suyu kaptajın divarında açılmış deşiklərdən qəbul edilməlidir.

8.1.6.3. Çatlı süxurlardakı bulaqlardan qidalanan kaptajların su qəbul edən hissəsində suzgəc yaradılmaya bilər; yumşaq süxurlardakı bulaqlardan su götürən kaptajların su qəbul edən hissəsində əks suzgəc yaradılmalıdır.

8.1.6.4. Kaptajlar səth çirkləndiricilərindən, donmadan və yerüstü axım sularının təsirindən qorunmalıdır.

8.1.6.5. Kaptajlarda bulağın maksimal məhsuldarlığına hesablanan və sonunda bağlayıcı klapan qoyulmuş daşma borusu, 8.1.3.7 maddəsinə əsasən havalandırma borusu və diametri 100 mm-dən az olmayan suaparıcı boru nəzərdə tutulmalıdır.

8.1.6.6. Bulaq suyunu asılı maddələrdən azad etmək üçün kaptaj suaşıran divarla iki bölməyə ayrılmalıdır: biri hissəciklərin çökməsi (çöküntünün sonradan təmizlənməsi ilə), ikincisi isə nasosun sorma borusunu yerləşdirmək üçün.

8.1.6.7. Bir-birinə yaxın yerləşmiş bir neçə yamac bulağının suyunu toplamaq üçün bulaqlar açılmalı və kaptaja istiqamətləndirilməlidir.

8.2. Yeraltı su ehtiyatlarının süni üsulla artırılması

8.2.1. Aşağıdakı hallarda yeraltı su ehtiyatları artırılmalıdır:

fəaliyyətdə olan və layihələndirilən yeraltı suqəbuledicilərin məhsuldarlığını artırmaq və sabit işləməsini təmin etmək üçün;

infiltrasiya edilən və götürülən yeraltı suların keyfiyyətini yaxşılaşdırmaq üçün;

yeraltı suların mövsümi ehtiyatlarını yaratmaq üçün;

ətraf mühitin qorunması üçün (qrunt sularının səviyyəsinin bitki aləminin məhv olmasına səbəb ola biləcək yol verilən həddən aşağı düşməsinin qarşısını almaq).

8.2.2. İstismar edilənsudaşıyıcı layın yeraltı su ehtiyatını artırmaq üçün yerüstü və yeraltı sulardan istifadə edilməlidir.

8.2.3. Yeraltı su ehtiyatlarının artırılması açıq və bağlı tipli infiltrasiya qurğuları ilə həyata keçirilməlidir.

8.2.4. Açıq tipli infiltrasiya qurğuları kimi hövzələrdən, relyefin təbii və süni enməsindən (yarğanlar, qobular, qurumuş köhnə çay yataqları, karyerlər) istifadə edilməlidir.

8.2.5. Açıq infiltrasiya qurğuları yer səthinə yaxın, zəif keçiricili çöküntülərdən yaranmış tavanı olmayan, yaxud az hündürlüyə malik (3 m-ə qədər) tavanı olan birinci sudaşıyıcı layın ehtiyatını artırmaq üçün tətbiq edilir.

8.2.6. İnfiltrasiya hövzələri layihələndirilərkən aşağıdakılar nəzərdə tutulmalıdır:

dibin kəsilərək yaxşı süzmə qabiliyyəti olan süxurlara ən azı 0,5 m endirilməsi;

suyun çıxarıldığı yerdə dibin möhkəmləndirilməsi və yamacların yuyulmadan qorunması;

infiltrasiya qurğusuna verilən suyun sərfini ölçmək və tənzimləmək üçün avadanlıq;

maşın və mexanizmlərin hərəkəti üçün yollar.

8.2.7. İnfiltrasiya hovuzlarının dibinin eni 30 m-dən çox olmamalı, hovuzun uzunluğu 500 m-dən çox olmamalı, hovuzda su layının hündürlüyü 0,7-2,5 m, hovuzların sayı isə ikidən az olmamalıdır.

8.2.8. Hovuza su səpələyici, yaxud sərbəst axınlı kaskad vasitəsilə verilməlidir.

8.2.9. Hovuzları iri dolduruculu çınqıllı-çaqıl daşlı ərazidə yerləşdirdikdə onun dibinin hündürlüyü 0,5-0,7 m olan iri dənəli qum layı ilə doldurulması nəzərə alınmalıdır.

8.2.10. Təbii enişli relyef istifadə edildikdə süzmə səthinin hazırlanması nəzərə alınmalıdır.

8.2.11. Bağlı tipli infiltrasiya qurğuları kimi borulu (uducu və drenaj-uducu) və şaxtalı quyular qəbul edilməlidir.

8.2.12. Uducu, drenaj-uducu və şaxtalı quyular layihələndirilən zaman verilən suyun sərfinin ölçülməsi və tənzimlənməsi, həmçinin qurğularda və sudaşıyıcı layda suyun dinamik səviyyəsini ölçmək üçün qurğu və avadanlıqlar nəzərdə tutulmalıdır.

8.2.13. İnfiltrasiya qurğusunun konstruksiyası onların məhsuldarlığını bərpa etmək üçün açıq infiltrasiya qurğularında suzgəc səthinin çirklənmiş (kolmatasiyaya uğramış) layının mexaniki, yaxud hidravlik üsulla çıxarılmasını, bağlı qurğularda isə suqəbuledici quyuların regenerasiyasında istifadə edilən üsulların tətbiqini təmin etməlidir.

Q e y d. Açıq infiltrasiya qurğularının mənfi temperaturlar dövründə boşaldılması və regenerasiyasına yol verilmir.

8.2.14. İnfiltrasiya qurğularının yerləşmə sxemi, onların sayı və məhsuldarlığı yeraltı su ehtiyatlarının süni yolla artırılmasının təyinatı, suqəbuledici qurğuların yerləşmə sxemi, verilən suyun keyfiyyəti, infiltrasiya və suqəbuledici qurğuların istismar xüsusiyyətləri nəzərə alınmaqla kompleks hidrogeoloji və texniki-iqtisadi hesabatlarla təyin edilir.

8.2.15. İnfiltrasiya və suqəbuledici qurğular arasındakı məsafə infiltrasiyaya verilən suyun əlavə təmizlənməsi və onun yeraltı sularla qarışması nəzərə alınmaqla götürülən suyun keyfiyyətinin proqnozu əsasında qəbul edilməlidir.

8.2.16. Süni artırılma üçün istifadə edilən suyun keyfiyyət göstəriciləri DÜİST-2761-in tələblərinə cavab verməlidir.

8.2.17. Təsərrüfat-içməli su təchizatı sistemlərinin infiltrasiya qurğularına verilən suyun keyfiyyəti onun sudaşıyıcı laya infiltrasiyası zamanı təmizlənməsi və yeraltı su ilə qarışmasından sonra DÜİST-2784-ün tələblərinə cavab verməlidir.

8.3. Yerüstü suları qəbul edən qurğular

8.3.1. Suqəbuledici qurğular aşağıdakıları təmin etməlidirlər:

su mənbəyindən hesabi su sərfini götürüb tələbatçıya çatdırmağı;

su təchizatı sistemini bioloji örtüyün yaranmasından və ona lil, zibil, plankton, xəşələ buz və bu kimi maddələrin daxil olmasından qorumağı;

balıq təsərrüfatı əhəmiyyətli sututarlarda balıq ehtiyatlarının mühafizəsi ilə məşğul olan qurumların tələblərini ödəməyi.

8.3.2. Suyun verilməsinin təmin edilmə dərəcəsinə görə suqəbuledicilər 7.4 maddəsinə əsasən üç kateqoriyaya bölünürlər.

8.3.3. Suqəbuledicinin konstruktiv sxemi tələb olunan kateqoriyadan, su mənbəyinin hidroloji xarakteristikasından (suyun maksimal və minimal səviyyələrinin cədvəl 11-də göstərilən qiymətləri nəzərə alınmaqla), həmçinin suyun mühafizəsi və istifadəsinin tənzimlənməsi, sanitariya-epidemioloji xidmət, balıq ehtiyatlarının qorunması və su nəqliyyatı orqanlarının tələbləri nəzərə alınmaqla qəbul edilməlidir.

Cədvəl 11. Suqəbuledicilərin kateqoriyasından asılı olaraq yerüstü mənbələrdə hesabi su

səviyyələrinin təminatı

 

Suqəbuledicilərin kateqoriyası

Yerüstü mənbələrdə suyun hesabi səviyyəsinin təminatı, %

maksimal

minimal

I

II

III

1

3

5

97

95

90

8.3.4. Suqəbuledicilərin əsas qurğularının sinfi onun kateqoriyasına əsasən təyin edilir. Suqəbuledicilərin ikinci dərəcəli qurğularının sinfi bir vahid az qəbul edilir.

Q e y d:

1. Əsas qurğulara zədələndikləri zaman suqəbuledicinin istehlakçıların tələb etdiyi hesabi su miqdarını verə bilmədiyi, ikinci dərəcəlilərə isə zədələnmələrinin istehlakçılara verilən hesabi su miqdarının dəyişməsinə təsir etməyənləri aid etmək lazımdır.

2. Suqəbuledici hidroqovşağa daxil olan suqaldırıcı və su anbarları sədlərinin sinfi MSN 3.04.01-in göstərişlərinə uyğun olaraq qəbul edilir və göstərilənlərdən aşağı olmamalıdır:

II sinif – I kateqoriya suqəbuledicilər üçün

III sinif – II kateqoriya suqəbuledicilər üçün

IY sinif – III kateqoriya suqəbuledicilər üçün

8.3.5. Suqəbuledicinin inşa ediləcəyi yer və sxemi aşağıdakıların proqnozları ilə əsaslandırılmalıdır:

mənbədə suyun keyfiyyəti;

sahilin, yaxud məcranın dəyişməsi (yenidən yaranması);

hidrotermik rejim.

8.3.6. Suqəbuledicilərin sal və gəmilərin hərəkət zonasında, dib lillərinin çökdüyü və hərəkət etdiyi zonada, balıqların qışladığı və kürü tökdüyü yerlərdə, sahilin pozula biləcəyi yerlərdə, üzən maddələr və su bitkilərinin toplandığı yerlərdə, həmçinin buz parçalarının toplanaraq axının qarşısını kəsdiyi zonalarda yerləşdirilməsinə yol verilmir.

8.3.7. Suqəbuledici elementlərin HES-ın hidroqovşağa söykənən aşağı byef sahələrində, su anbarının başlanğıclarında, həmçinin çay qollarının mənsəbindən aşağı sahələrdə və dirənmiş axın mənsəblərində yerləşdirilməsi məsləhət görülmür.

8.3.8. Təsərrüfat-içməli su təchizatında suqəbuledici qurğular üçün yer axının hərəkət istiqamətinin əksinə çay qollarının mənsəbindən, tullantı sularının töküldüyü yerlərdən, yaşayış məntəqələrindən, həmçinin gəmi dayanacaqlarından, yük-nəqliyyat bazaları və anbarlarından, sanitariya-mühafizə zonalarının təşkilini təmin edən rayonlardan yuxarıda seçilməlidir.

8.3.9. Dənizlərdə, böyük göllərdə və su anbarlarında suqəbuledicilər (qurğuya yaxın sahil və sahilyanı yamacın işlənməsi nəzərə alınmaqla):

suyun aşağı səviyyəsində dalğaların sahilə çarpma zonasından kənarda;

dalğaların təsir etmədiyi yerlərdə;

ləpədöyən zonadan çıxmış istiqamətlənmiş axınlardan kənar yerləşdirilməlidir.

Özüaxımlı və sifon sudaşıyıcı boruları olan suqəbuledicilərdə su qəbul edən torlu quyunu, nasos stansiyasını və digər qurğuları sahilin qorunma tədbirləri görülmədən gözlənən işlənilən sahədən çıxarılması məqsədəuyğundur.

8.3.10. Yerüstü mənbələrdən suyun götürülmə şərtləri sahilin və mənbənin yatağının dayanıqlığından, məcra və buzlaşma rejimlərindən, cədvəl 12-də verilmiş göstəricilərə görə çirklənməsindən asılı olaraq növlərə ayrılmalıdır.

Cədvəl 12. Yerüstü mənbələrdən suyun götürülmə şərtləri

Suyun götürülmə şərtlərinin

xarakteristikası

Yerüstü mənbələrdən suyun götürülmə şərtləri

bulanıqlıq, sahil və dibin dayanıqlığı

xəşələ buz və buz

digər amillər

Asan (yüngül)

Bulanıqlıq ≤ 500 mq/l, sutu-tarın və suaxarın dayanıqlı yatağı var.

 

Sudaxili buzlaşma yoxdur. Mülayim qalınlıqda (≤ 0,8 m) dayanıqlı buz layı olur.

 

Su mənbəyində dreysena, balyanus, midiya və bu kimi su bitkiləri yoxdur. Çirk və zibil az miqdardadır.

Orta

Bulanıqlıq ≤ 1500 mq/l (daşqın zamanı orta miqdar). Məcra (sahil zonası) və sahillər ± 0,3 m mövsümi deforma-siyalı dayanıqlıdır.Lilin sahil boyu yerdəyişməsi daimi maillikli sualtı yamacın dayanıqlığına təsir etmir

Məcranı doldurmayan və tıxac yaratmayan buzlaşmada kəsilən sudaxili buzlaşmanın olması.

Bəzi yerlərdə buzlaşma getmədən qalınlığı <1,2 m olan dayanıqlı buz layı olur

Suqəbuledicinin normal işləməsinə mane olan miqdarda zibil,su bitkiləri, dreysena, balyanus, midiya və çirklənmə var. Ağac axıdılması. Gəmiçilik.

Ağır

Bulanıqlıq≤5000 mq/l.Sahil və dibin dəyişməsinə səbəb hərəkətdə olan məcra. Dib səviyyəsinin 1-2 m dəyişməsi. Dəyişən maillikli yamacda lilin sahil boyu hərəkəti ilə sahilin dəyişməsi.

Dəfələrlə formalaşmaqla axının en kəsiyinin 60-70%-ni tutan buzlaşma. Ayrı-ayrı illərdə buzlaşmadan əvvəl xəşələ buzun və yazda buz tıxaclarının yaranması. Hidroelektrik stansiyalarının aşağı byef sahələrinin dayanıqsız buz təbəqəsi zonasında olması. Buz parçalarının sahildə buz yığını yaratması

Həmçinin, lakin suqəbuledici və su kəməri qurğularının işini əngəlləyən miqdarda.

Çox ağır

Bulanıqlıq > 5000 mq/l, təsadüfən və sistematik olaraq öz formasını dəyişən dayanıqsız məcra. Sahilin intensiv və həddindən artıq dağılması. Sürüşmə hallarının olması, yaxud ehtimalı.

Ancaq xəşələ buz əmələ gəldikdə tıxac yaradan buz qatının formalaşması; qışın böyük bir hissəsində xəşələ buzun buz layı altinda hərəkəti. Məcranın donmasının mümkünlüyü. Tıxac yaradan buz axınları və sahildə buz yığınının yaranması.

 

Q e y d. Suyun götürülmə şərtlərinin ümumi xarakteristikası çətinliklərin ən ağır növünə görə təyin edilir.

8.3.11. Suqəbuledici qurğular tələb olunan kateqoriyadan və suyun götürülməsinin təbii şəraitinin mürəkkəbliyindən (cədvəl 12) asılı olaraq cədvəl 13-ə əsasən qəbul edilməlidir.

8.3.12. Aşağıdakı hallarda batırılmış başlıqları olan suqəbuledicinin kateqoriyasının bir vahid artırılmasına yol verilir:

suqəbuledicilər su ilə dolmuş, öz-özünə yuyulan çalovda yerləşdirildikdə;

su qəbul edən deşiklərə götürülən sərfin 20%-dən az olmayaraq isti su verildikdə və çöküntülərdən xüsusi mühafizə tədbirləri görüldükdə;

üzən maddələri tutan barmaqlıqlar, balıq buraxmayan qurğular və özüaxımlı borular əks axınla etibarlı yuma sistemi ilə təmin olunduqda.

8.3.13. Ağır və çox ağır yerli şəraitlərdə suqəbuledici qurğunun sxemi və tərtibatı laboratoriya tədqiqatlarının nəticələri əsasında seçilməlidir.

8.3.14. Suqəbuledici qurğular gələcəkdə su tələbatının artımı nəzərə alınaraq layihələndirilməlidirlər.

Cədvəl 13. Təbii şəraitlərdən və suqəbuledici qurğuların kateqoriyasından asılı olaraq qurğuların seçilməsi

 

 

Suqəbuledici qurğular

Suqəbuledici qurğuların kateqoriyası

Suyun götürülməsinin təbii şəraitləri

asan

orta

ağır

Suqəbuledicilərin sxemləri

a

b

v

a

b

v

a

b

v

Sahil, xidmət üçün həmişə yaxınlaşmaq mümkün olan, qoruyucu və köməkçi qurğu və avadanlıqla təchiz edilmiş batırılmamış başlıqlı.

I

-

-

I

-

-

II

I

I

Sahildən uzaqlaşdırılmış, ilin ayrı-ayrı fəsillərində praktiki olaraq yaxınlaşmaq mümkün olmayan batırılmış suqəbuledicilər

I

-

-

II

I

-

III

II

I

Hərəkət edən suqəbuledicilər:

 

 

 

 

 

 

 

 

 

üzən

II

I

-

III

III

II

-

-

-

funikulyor tipli

III

II

-

-

-

-

-

-

-

Q e y d:

1. Cədvəl 3 sxem əsasında inşa edilən suqəbuledicilər üçün tərtib edilmişdir: “a” sxemi-bir xətdə; “b” sxemi-həmçinin, lakin xəşələ buz, dib çöküntüləri və suyun götürülməsinə maneçilik törədən digər çətinliklərlə mübarizə üçün avadanlıqlarla təchiz edilmiş bir neçə suqəbuledici olduqda; “v” sxemi-suyun götürülməsində eyni vaxtda fasilənin olması mümkün olmayan məsafəyə uzaqlaşdırılmış iki xətdə.

2. I və II kateqoriyalı suqəbuledici qurğularda su qəbul edən hissənin bölmələrə ayrılması nəzərdə tutulmalıdır.


8.3.15.Su anbarlarından su götürüldükdə suqəbuledici kimi dib suburaxıcının qülləsindən, yaxud sutullayıcının baş qurğusundan istifadə olunmasının məqsədəuyğunluğu nəzərdən keçirilməlidir.

Suqəbuledici qurğu ilə sədd birləşdirildikdə suyun verilməsində fasilə olmadan səddin təmirinin həyata keçirilməsinin mümkünlüyü nəzərə alınmalıdır.

8.3.16. Suqəbuledici qurğunun əsas elementlərinin ölçüləri (su qəbuledən deşiklər, torlar, balıq mühafizə qurğuları, borular, kanallar), həmçinin sahil torlu su qəbul edən quyuda suyun hesabi minimal səviyyəsi və nasosların oxlarının hündürlük qiymətləri, normal istismar və qəza iş rejimləri üçün, mənbədə suyun minimal səviyyəsində hidravlik hesabatla təyin edilməlidir.

Q e y d. II və III kateqoriyalı suqəbuledicilərin qəzalı (bir özüaxımlı, yaxud sifon sudaşıyıcı borunun işdən ayrılması, yaxud suqəbuledicinin bölməsinin təmirə, yaxud təftişə saxlanması) iş rejimində mənbədən götürülən suyun miqdarının 30%-ə qədər azalmasına yol verilir.

8.3.17. Su qəbul edən deşiklərin ölçüləri suyun zibil tutan barmaqlıqlardan, torlardan, yaxud balıq mühafizəsi tələbləri nəzərə alınmaqla süzgəclərin məsaməliklərindən orta keçmə sürətinə əsasən təyin edilməlidir.

Su qəbul edən deşiklərə suyun yol verilən daxil olma sürəti balıq mühafizə tələbləri nəzərə alınmadan suyun orta və ağır götürülmə şərtləri üçün aşağıda göstərilən həddə qəbul edilməlidir:

sahil batırılmayan suqəbuledicilər üçün -0,6-0,2 m/s;

batırılmış suqəbuledicilər üçün - 0,3-0,1 m/s.

Balıq mühafizə tələbləri nəzərə alınmaqla:

axının sürəti 0,4 m/s-dən yüksək olan çaylarda yol verilən sürət– 0, 25 m/s.;

axının sürəti 0,4 m/s-dən yüksək olmayan çaylarda və sututarlarda 0,1 m/s.

Çox ağır xəşələ buzlu şəraitdə suyun suqəbuledici pəncərədən keçmə sürətini 0,06 m/s-yə qədər azaltmağa yol verilir.

8.3.18. Suqəbuledicinin bütün bölmələrinin (ehtiyatda olanlar istisna edilməklə) eyni vaxtda işlədiyi dövr üçün bir bölmənin su qəbul edən deşiklərinin brutto sahəsi (5) düsturu ilə təyin edilməlidir.

, m2                                                                        (5)

burada v - suyun suqəbuledən deşiklərə daxil olma sürəti, m/s.;

1,25 - deşiklərin tutulmasını nəzərə alan əmsal;

qh - bir bölmənin hesabi sərfi, m3/s.;

Ks- su keçən deşiklərin sahəsinin barmaqlıq, yaxud tor milləri ilə sıxılmasını nəzərə alan əmsaldır və barmaqlıqlar üçün

və torlar üçün  düsturları ilə hesablanır.

düsturlarda cs - millər arasındakı məsafə, sm;

as - millərin qalınlığıdır, sm.

Suzgəc tipli suqəbuledicilərdə suzgəcin sahəsi (5) düsturu ilə hesablanır. Bu zaman Ks əmsalının qiyməti Ks=1/Ps ifadəsi ilə hesablanır. Burada Ps- suzgəcin məsaməliyi olub çınqılqırma daşlı süzgəclər üçün 0,3-0,5 m və poroelast süzgəclər üçün isə 0,25-0,35 m qəbul edilməlidir.

8.3.19. Suqəbuledici deşiklərin aşağı hissəsi sututarın, yaxud çayın dibindən ən azı 0,5 m hündürdə, suqəbuledici deşiklərin, yaxud batırılmış qurğuların yuxarı hissəsi isə buz layının alt tilindən ən azı 0,2 m aşağıda olmalıdır.

8.3.20. Ağır buzlaşma şəraitində donma və xəşələ buzla bağlanmaya qarşı mübarizə aparmaq üçün barmaqlıqların elektrik cərəyanı ilə qızdırılması, su qəbuledən deşiklərə isti suyun, yaxud sıxılmış havanın verilməsi, yaxud əks axınla birlikdə impulslu yuma nəzərdə tutulmalıdır.

Q e y d. Sahil suqəbuledici quyulardan və torlu kameralardan xəşələ buzu kənar etmək üçün müvafiq qurğular nəzərdə tutulmalıdır.

8.3.21. Ehtiyac olduqda suqəbuledici qurğuların elementlərinin dreysena, balyanus, midiya və bunlara bənzərlərlə örtülməsinin qarşısını almaq üçün suyun xlor, yaxud mis kuporosu ilə emal üsulları nəzərdə tutulmalıdır.

Suyun emalındareagentlərin dozaları, emallar arasındakı fasilə və emalın davametmə müddəti texnoloji tədqiqatlar nəticəsində təyin edilməlidir.

Bu nəticələr məlum olmadıqda xlorun dozası suyun xlorudma qabiliyyətindən 2 mq/l çox qəbul edilməli, ümumilikdə 5 mq/l-dən az olmamalıdır.

Suyun xlorlanma dövriliyi və davametmə müddəti:

yazda və payızda 7-10 gün ərzində 3 mq/l-ə qədər;

may ayından oktyabr ayına qədər, havanın orta sutkalıq temperaturu +100C-dən artıq olan günlərdə 3 mq/l-dən böyük dozalarla.

Mis kuporosunun dozası (misə görə) 1-1,5 mq/l qəbul edilməlidir.

Mis kuporosu ilə emalın dövriliyi və davametmə müddəti hər iki gündən bir 1 st qəbul edilməlidir.

Q e y d: 1. Suqəbuledici qurğuların elementlərinin lak-boya maddələri və plastmas materiallarla örtülməsinə yol verilir.

2.Suqəbuledicilərin və sifon boruların əks axınla yuyulması zamanı reagentlərdən istifadəyə yol verilmir.

8.3.22. Suqəbuledici qurğuların normal iş rejimində özüaxımlı və sifon borularda suyun təqribi hərəkət sürəti cədvəl 14-ə əsasən qəbul edilməlidir.

Cədvəl 14. Qurğuların normal iş rejimində özüaxımlı və sifon borularda suyunhərəkət sürəti

Sudaşıyıcı boruların diametri, mm

Aşağıdakı kateqoriyalardan olan suqəbuledicilərdə suyun hərəkət sürəti, m/s.

I

II və III

300 – 500

500 – 800

800-dən böyük

0,7 – 1,0

1,0 – 1,4

1,5

1,0 – 1,5

1,5 – 1,9

2,0

Q e y .: Sudaşıyıcı boruların iç divarının dreysena, balyanus, midiya və bunlara bənzərlərlə örtülməsinin

baş verməsi mümkün olduqda borudakı basqı itkisi kələ-kötürlük əmsalının 0,02 qiymətinə hesablanmalıdır.

 

8.3.23. II və III kateqoriya suqəbuledicilərdə sifonlu sudaşıyıcı borularınqəbul edilməsinə yol verilir.

I kateqoriya suqəbuledicilərdə sifonlu sudaşıyıcı boruların qəbul edilməsi əsaslandırılmalıdır.

8.3.24. Sifon və özüaxımlı sudaşıyıcılar, bir qayda olaraq, polad borulardan layihələndirilməlidirlər. Plastmas və dəmir-beton borulardan istifadə olunmasına yol verilir.

8.3.25. Oturtma üsulu ilə inşa edilmiş suqəbuledici quyular və nasos stansiyalarının yeraltı hissəsinə toxunan sahəsində özüaxımlı sudaşıyıcılar xəndəksiz üsulla basdırılmalıdır.

8.3.26. Polad borulardan olan özüaxımlı və sifon sudaşıyıcılar su səthinə qalxmaya yoxlanmalı və korroziya əleyhinə yapışan izolyasiya materialı ilə örtülməlidir, ehtiyac olduqda bu məqsədlə katod, yaxud protektor müdafiəsindən istifadə edilməlidir.

8.3.27. Özüaxımlı və sifon sudaşıyıcılar çayın məcrasında xarici səthlərinin dib çöküntüləri ilə sürtünmədən və lövbərlə zədələnmədən müdafiə olunmaq üçün yerli şərait nəzərə alınmaqla çayın dibində ən azı 0,5 m dərinə basdırılmalı, yaxud yuyulmaya qarşı möhkəmləndirilən qruntla örtülməlidir.

8.3.28. Suyun ilkin təmizlənməsi üçün torun tipi sututarın xüsusiyyətindən və suqəbuledicinin məhsuldarlığından asılı olaraq seçilməlidir.

Cədvəl 12-ə əsasən mənbəyin orta, ağır və çox ağır çirklənmə şəraitlərində, həmçinin suqəbuledicinin məhsuldarlığı 1 m3/s-dənçox olan hallarda fırlanan tor qəbul etməklazımdır.

8.3.29. Su götürülən yerdə balıq mühafizə qurğuları olduqda müstəvi, yaxud fırlanan torların işçi sahəsi tor yerləşən quyuda suyun minimal səviyyəsində və torun məsaməliyindən suyun keçmə sürətini 1 m/s-dən çox qəbul etməyərək təyin edilməlidir.

8.3.30. Balıq mühafizə tədbiri kimi süzücü elementlərdən, yaxud suzgəcli suqəbuledici qəbul edildikdə bəzi hallarda sutəmizləyici torlardan imtina etmənin mümkünlüyü nəzərdən keçirilməlidir.

8.3.31. Suqəbuledici qurğuların nasos stansiyaları 10-cu bölmənin göstərişlərinə əsasən layihələndirilməlidir. Belə hallarda suqəbuledicilərin nasos stansiyalarında şaquli vərdənəli nasoslardan istifadə etmək tövsiyə olunur.

8.3.32. Suqəbuledici qurğular layihələndirildikdə su qəbul edən kameralardan (quyulardan) çöküntünün çıxarılması üçün qurğu və avadanlıqlar nəzərdə tutulmalıdır.

Toru yumaq üçün suyu basqılı borudan götürmək, boruda tələb olunan basqı olmadıqda isə onu yaratmaq üçün əlavə nasos qoyulmalıdır.

9. Suyun emalı

9.1. Ümumi göstərişlər

9.1.1. Bu bölmənin tələbləri istilik energetika obyektlərində olan su emalı qurğularına şamil edilmir.

9.1.2. Suyun emal üsulu, təmizləyici qurğuların tərkibi və hesablanma parametrləri, reagentlərin hesablanma dozaları, su təchizatı mənbəyindəki suyun keyfiyyətindən, su kəmərinin təyinatından, təmizləyici qurğular kompleksinin məhsuldarlığından asılı olaraq, eləcə də texnoloji axtarışlar və oxşar şəraitdə işləyən qurğuların istismar təcrübəsinə əsasən təyin edilməlidir.

9.1.3. İçməli su hazırlığı üçün müsbət gigiyenik nəticələr verən üsullar qəbul edilməlidir.

9.1.4.Təmizləyici qurğuların çöküntülərinin toplanması və susuzlaşdırılmasından, eləcə də süzgəclərin yuyulmasından alınan sulardan təkrar istifadə nəzərdə tutulmalıdır.Müvafiq əsaslandırma olduqda, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Səhiyyə Nazirliyi və“Yerüstü suların tullantı suları ilə çirklənmədən mühafizə qaydaları”nın tələblərinə əməl edildikdə çöküntü və yuma sularının çaya, yaxud sututara və ya kanalizasiyanın təmizləyici qurğularına axıdılmasına yol verilir.

9.1.5. Sutəmizləyici qurğular kompleksinin avadanlıq, armatur və boru kəmərləri layihələndirildikdə bölmə 15-in tələbləri nəzərə alınmalıdır. Su təmizləyici qurğular onların əsas texnoloji parametrlərini təyin etmək, eləcə də hər bir qurğudan əvvəl və sonra su nümunəsi götürmək üçün bölmə 16-a əsasən müvafiq cihazlar və avadanlıqla təchiz edilməlidirlər.

9.1.6. Sutəmizləyici qurğular kompleksinə daxil olan suyun tam sərfi kompleksin öz ehtiyaclarına su sərfi nəzərə alınmaqla təyin edilməlidir.

Şəffaflandırma, dəmirsizləşdirmə və s. komplekslərinin öz ehtiyaclarına il ərzində orta sutkalıq təqribi su sərfi aşağıda göstərilən qaydada qəbul edilməlidir:

yuma sularından təkrar istifadə edildikdə istehlakçılara verilən suyun 3-4%-i;

yuma sularından təkrar istifadə edilmədikdə istehlakçılara verilən suyun 10-14%-i və

suyumşaldıcı komplekslərdə istehlakçılara verilən suyun 20-30%-i qədər.

Komplekslərin öz ehtiyaclarına su sərfi texnoloji hesablamalarla dəqiqləşdirilməlidir.

9.1.7. Sutəmizləyici qurğular kompleksi su tələbinin maksimum olduğu gün ərzində müntəzəm işləməyə hesablanmalı və bu zaman ayrı-ayrı qurğuların profilaktik baxış, təmizlənmə, cari və əsaslı təmirə dayanmalarının mümkünlüyü nəzərə alınmalıdır. Məhsuldarlığı 5000 m3/sut-ya qədər olan komplekslərin günün müəyyən saatlarında işləməsinə yol verilir.

9.1.8. Sutəmizləyici qurğular kompleksinin kommunikasiya xətləri hesabi sərfdən 20-30% artıq su sərfini keçirməyə hesablanmalıdır.

9.2. Suyun şəffaflandırılması və rəngsizləşdirilməsi

9.2.1. Ümumi göstərişlər

9.2.1.1. Su təchizatı mənbələrinin suyu aşağıdakı kimi xarakterizə edilir:

a) hesabi maksimal bulanıqlığa (asılı maddələrin təqribi miqdarına)görə:

az bulanıqlı – 50 mq/l-ə qədər;

orta bulanıqlı – 50 mq/l-dən 250 mq/l-ə qədər;

bulanıq – 250 mq/l-dən 1500 mq/l-ə qədər;

yuksək bulanıqlı – 1500 mq/l-dən çox.

b) suya rənglilik verən humus maddələrinin hesabi maksimal miqdarından asılı olaraq:

az rəngli – 350-yə qədər;

orta rəngli – 350-dən 1200-yə qədər;

yüksək rəngli – 1200-dən çox.

Sutəmizləyici qurğular kompleksini layihələndirən zaman bulanıqlıq və rəngliliyin hesabi maksimal qiymətləri su təchizatı mənbəyi seçilənə qədər ondakı suyun ən azı son 3 il üçün analizlərinin nəticələri əsasında təyin edilməlidir.

9.2.1.2. Suyun şəffaflandırılması və rəngsizləşdirilməsi üçün qurğular seçilən zaman 9.1.2 və 9.1.3 maddələri, ilkin seçimdə cədvəl 15-in tövsiyələri rəhbər tutulmalıdır.

9.2.2. Torlu barabanlı süzgəclər

9.2.2.1. Torlu barabanlı süzgəclər sudan iri üzən və asılı maddələri (barabanlı torlar), eləcə də göstərilən qarışıqlar və planktonu (mikrosüzgəc) çıxarmaq üçün qəbul edilməlidir.

Torlu barabanlı süzgəclər kompleksin ərazisində yerləşdirilməlidir.Müvafiq əsaslandırma olduqda onların suqəbuledici qurğularda yerləşdirilməsinə də yol verilir.

Torlu barabanlı süzgəclər reagentlərin suya daxil edildiyi yerdən əvvəl qoyulmalıdır.

9.2.2.2. Torlu barabanlı süzgəclərin ehtiyat miqdarı aşağıdakı qaydada qəbul edilməlidir:

işçi aqreqatların sayı 1-5 olduqda – 1;

işçi aqreqatların sayı 6 - 10 olduqda – 2;

işçi aqreqatların sayı 11 və daha çox olduqda – 3.

9.2.2.3. Torlu barabanlı süzgəclər xüsusi kameralarda yerləşdirilir. Aqreqatların sayı 5-dən çox olduqda bir kamerada iki aqreqat yerləşdirməyə yol verilir.

Kameralar buraxıcı borularla təchiz olunmalıdırlar.

Kameralara su gətirən kanallarda daşma borusu qoyulmalıdır.

9.2.2.4. Torlu barabanlı süzgəclər onlardan keçmiş su ilə yuyulmalıdırlar.

Öz ehtiyaclarına su sərfi məhsuldarlığının: barabanlı torlar üçün – 0,5%-i, mikrosüzgəclər üçün isə 1,5% - i qədər qəbul edilməlidir.

Cədvəl 15. Əsas sutəmizləyici qurğuların texnoloji göstəriciləri

Sıra sayı

Əsas qurğular

Qəbul edilmə şərtləri

Komplek-sin məhsuldarlığı, m3/sut

Bulanıqlıq, mq/l

Rənglilik, dərəcə

təmizlənən su

təmizlənmiş su

təmizlənən su

təmizlənmiş su

Suyun koaqulyant və flokulyantlar tətbiq etməklə təmizlənməsi

1.

Sürətli süzgəclər (bir pilləli süzmə):

a) basqılı süzgəclər

b) açıq süzgəclər

 

 

30-a qədər

20-ə qədər

 

 

1,5-ə qədər

1,5-ə qədər

 

 

50-ə qədər

50-ə qədər

 

 

20-ə qədər

20-ə qədər

 

 

5000-ə qədər

50000 -ə qədər

2.

Şaquli durulducular-sürətli süzgəclər

1500-ə qədər

1,5-ə qədər

120-ə qədər

20-ə qədər

5000-ə qədər

3.

Üfüqi durulducular-sürətli süzgəclər

1500-ə qədər

1,5-ə qədər

120-ə qədər

20-ə qədər

30000-dən çox

4.

Təmas önsüzgəclər-sürətli süzgəclər (iki pilləli süzmə)

300-ə qədər

1,5-ə qədər

120-ə qədər

20-ə qədər

istənilən

5.

Asılı çöküntü layı olan şəffaflandırıcılar-sürətli süzgəclər

50-dən çox– 1500 qədər

1,5-ə qədər

120-ə qədər

20-ə qədər

5000-dən çox

6.

İki pillə durulducular-sürətli süzgəclər

1500-dən çox

1,5-ə qədər

120-ə qədər

20-ə qədər

istənilən

7.

Təmas şəffaflandırıcılar

120-ə qədər

1,5-ə qədər

120-ə qədər

20-ə qədər

istənilən

8.

Üfüqi durulducular və suyu qismən şəffaflandırmaq üçün asılı çöküntü layı olan şəffaflandırıcılar

 

1500-ə qədə

 

8 - 15

 

120-ə qədər

 

40-a qədər

 

istənilən

9.

Suyu qismən şəffaflandırmaq üçün iri dənəli süzgəclər

80-a qədər

10-a qədər

120-ə qədər

30-a qədər

istənilən

10.

Yüksək bulanıqlı suları yetərincə təmizləmək üçün radial durulducular

1500-dən çox

250-ə qədər

120-ə qədər

20-ə qədər

istənilən

11.

Borulu durulducu və zavod istehsalı olan basqılı süzgəc (“Struya” tipli)

1000-ə qədər

1,5-ə qədər

120-ə qədər

20-ə qədər

800-ə qədər

Suyun koaqulyant və flokulyant tətbiq etmədən təmizlənməsi

12.

Suyu qismən şəffaflandırmaq üçün iri dənəli süzgəclər

150-ə qədər

ilkin miqdarın 30-50%

120-ə qədər

ilkin miqdar qədər

istənilən

13.

Suyu qismən durultmaq üçün radial durulducular

1500-dən çox

ilkin miqdarın 30-50%

120-ə qədər

ilkin miqdar qədər

istənilən

14.

Qum yükü mexaniki, yaxud hidravliki üsulla regenerasiya edilən az sürətli süzgəclər

1500-ə qədər

1,5-ə qədər

50-ə qədər

20-ə qədər

istənilən

Q ey d:

1.Suyun cədvəldə göstərilən bulanıqlığına reağentlərin daxil edilməsindən yaranan məhsullar da daxil edilmişdir.

2. Suqəbuledici qurğularda, yaxud sutəmizləyici kompleksdə özəklərinin ölçüsü 0,5-2 mm olan torlar qoyulmalıdır.Suda planktonların orta aylıq miqdarı 1000 kl/ml-dən çox olduqda və suda “çiçəklənmə” dövrü 1 aydan artıq davam etdikdə suqəbuledici qurğularda, yaxud sutəmizləyici kompleksdə əlavə olaraq mikrosüzgəclər qoyulmalıdır.

3. Müvafiq əsaslandırma olduqda suyun təmizlənməsi üçün cədvəl 15-də göstərilənlərdən əlavə qurğulardan (üzən suqəbuledicilər-şəffaflandırıcılar, hidrosiklonlar, flotasiya qurğuları və s.) istifadəyə yol verilir.

4. Su mənbədən kompleksə müntəzəm verildikdə, yaxud 1 saat ərzində sərf dəyişikliyi ±15%-dən, suda temperatur dəyişikliyi ±10C-dən çox olmadıqda asılı çöküntü layı olan şəffaflandırıcılardan istifadə edilməlidir.

 

9.2.3. Reagent təsərrüfatı

9.2.3.1. Reagentlərin markası, növü və hesabi dozaları onların pasport göstəricilərinə uyğun olaraq təmizlənəcək suyun keyfiyyətindən asılı olaraq ilin müxtəlif fəsilləri üçün təyin edilməli və qurğuların sazlanması və istismarı zaman dəqiqləşdirilməlidir. Bu zaman təmizlənmiş suda onların qaliq miqdarlarının DÜİST 2874-də və texnoloji tələblərlə yol verilən miqdarı nəzərə alınmalıdır.

9.2.3.2. Al2(SO4)3,FeCl3,Fe2(SO4)3 koaqulyantlarının ilkin dozası, Dk,mq/l, (susuz maddəyə görə) bulanıq suları təmizlədikdə cədvəl 16-dan təyin edilməsinə, rəngli suları təmizlədikdə isə (6) düsturu ilə hesablanmasına yol verilir.

 

burada R - suyun rəngliliyidir, dərəcə.

Q e y d. Su eyni zamanda bulanıq və rəngli olduqda cədvəl 16-ya əsasən və (6) düsturu ilə təyin edilmiş dozalardan böyüyü qəbul edilir.

Flokulyantlar suya koaqulyantdan sonra daxil edilməlidir. Yüksək bulanıqlı suları təmizlədikdə flokulyantlar koaqulyantdan əvvəl suya daxil edilə bilər. Təmizlənən suyun keyfiyyətindən asılı olaraq flokulyant və koaqulyantların suya daxil edilmələri arasında 2-3 dəqiqə fasilənin olmasının mümkünlüyü təmin edilməlidir.

Cədvəl 16.

Suyun bulanıqlığı, mq/l

Bulanıq suları təmizləmək üçün susuz koaqulyantın dozası, mq/l

100-ə qədər

100-dən çox – 200-ə qədər

200-dən çox – 400-ə qədər

400-dən çox – 600-ə qədər

600-dən çox – 800-ə qədər

800-dən çox – 1000-ə qədər

1000-dən çox – 1500-ə qədər

25 – 35

30 – 40

35 – 45

45 – 50

50 – 60

60 – 70

70 – 80

Q e y d:

1. Dozaların kiçik qiymətləri qaba dispersli asılı maddələri olan sulara aiddir.

2. Təmas (kontakt) şəffaflandırıcılar, yaxud suzucu yükdə koaqulyasiya prinsipi ilə işləyənsuzgəclər qəbul edildikdə koaqulyantın dozası cədvəl 16-da gəstərilmiş və (6) düsturu ilə hesablanmış qiymətlərdən 10-15% az qəbul edilməlidir.

 

9.2.3.3. Koaqulyasiya və rəngsizləşmənin gedişini, həmçinin qurğuların sanitariya vəziyyətini yaxşılaşdırmaq üçün suya ilkin daxil edilən xlor tərkibli reagentlərin (aktiv xlora görə) dozası 3-10 mq/l qəbul edilməlidir. Reagentlər suya koaqulyantdan 1-3 dəqiqə əvvəl daxil edilməlidir.

9.2.3.4. Pambıqçaların yaranma prosesini yaxşılaşdırmaq üçün suya daxil edilən qələviləşdirici reagentlərin dozaları (7) düsturu ilə hesablanmalıdır.

burada Dk- qələviləşdirilmə dövründə susuz koaqulyantın maksimal dozası, mq/l;

ek - susuz koaqulyantın ekvivalent kütləsi, mq/mq-ekv: Al2(SO4)3 üçün-57, FeCl3 üçün -54, Fe2(SO4)3 üçün-67 qəbul edilir;

Kq - əmsal, əhəng üçün (CaO-ya görə) -28, soda üçün (Na2CO3-ə görə) -53 qəbul edilir;

Q0 - suyun minimal təbii qələviliyidir, mq-ekv/l.

Reagentlər koaqulyantla bir vaxtda suya daxil edilməlidirlər.

9.2.3.5. Reagentlər məhlul,yaxud suspenziya halında hazırlanmalı və dozalanmalıdır.

Dozalayıcıların sayı reagentlərin daxil edilmə nöqtələrinin miqdarından və dozalayıcının məhsuldarlığından asılı olaraq qəbul edilir və ikidən az olmamalıdır (biri ehtiyat).

9.2.3.6. Məhlul çənlərində təmiz və susuz məhsula görə məhlulun qatılığı təmizlənməmiş koaqulyant üçün 17%-ə qədər, iri parçalar halında təmizlənmiş koaqulyant üçün 20%-ə qədər, dənəvər təmizlənmiş koaqulyant üçün 24%-ə qədər; sərf çənlərində 12%-ə qədər qəbul edilə bilər.

9.2.3.7. Koaqulyant məhlulunun tam hazırlanma müddəti (çənə yüklənmə, həll edilmə, çökdürülmə, nəql etdirilmə, ehtiyac olduqda çənin dibinin təmizlənməsi) suyun temperaturu 100C-yə qədər olduqda 10-12 st qəbul edilməlidir.

Koaqulyant məhlulunun hazırlanmasını sürətləndirməklə buna sərf edilən müddəti 6-8 st-a çatdırmaq üçün 400C temperatura malik sudan istifadə etmək məsləhət görülür.

Məhlul çənlərinin sayı bir dəfəyə gətirilən koaqulyantın həcmindən, koaqulyantın gətirilmə və boşaldılma üsulundan, növündən, həmçinin həll edilmə müddətindən asılı olaraq qəbul edilməli və üçdən az olmamalıdır.

Sərf çənlərinin sayı ikidən az olmamalıdır.

9.2.3.8. Koaqulyantı həll etmək və çənlərdə qarışdırmaq üçün sıxılmış havadan istifadə edilməlidir. Sıxılmış havanın intensivliyi:

həll etmək üçün – 8-10 l/(s.m2);

sərf çənlərində tələb olunan qatılığa qədər su ilə qarışdırmaq üçün – 3-5 l/(s.m2).

Hava çənlərdə deşikli borularla paylanmalıdır.

Koaqulyantın həll edilməsi və məhlulunun qarışdırılması üçün mexaniki qarışdırıcılardan, yaxud dövretdirici nasoslardan istifadə etmək olar.

9.2.3.9. Məhlul çənlərinin aşağı hissəsini, təmizlənməmiş koaqulyantdan istifadə etdikdə üfüqə 450, təmizlənmiş koaqulyantdan istifadə etdikdə isə 150 bucaq altında maili layihələndirmək lazımdır. Çənləri boşaltmaq və çöküntünü kənarlaşdırmaq üçün onlar diametri 150 mm-dən az olmayan boru kəməri ilə təchiz olunmalıdırlar.

İri parçalar halında koaqulyantdan istifadə edildikdə çənlərdə çıxarıla bilən və milləri arasında 10-15 mm məsafə olan barmaqlıqlar qoyulmalıdır.

Dənəvər və toz şəkilli koaqulyantdan istifadə edildikdə barmaqlıq üzərinə turşuya davamlı materialdan və özəklərinin ölçüsü 2 mm olan tor qoyulmalıdır.

Q e y d. Təmizlənməmiş koaqulyant çənlərində barmaqlığın altında eyni zamanda sıxılmış hava verilməklə hidravlik üsulla yuyulma sistemi nəzərdə tutulduqda çənin dibində divarların mailliyini 250-yə qədər azaltmağa yol verilir.

9.2.3.10. Sərf çənlərinin dibi diametri 100 mm-dən az olmayan kənaredici boru istiqamətində ən azı 0,01 mailliyə malik olmalıdır.

9.2.3.11. Məhlul, sərf və məhlul çənlərinin yuxarı hissəsindən götürülməlidir.

9.2.3.12. Çənlərin daxili səthləri turşuya davamlı materialla müdafiə olunmalıdır.

9.2.3.13. Koaqulyant kimi quru dəmir xloriddən istifadə edildikdə məhlul çənlərinin yuxarı hissəsində barmaqlıq qoyulmalıdır. Çənlər təcrid olunmuş otaqlarda (bokslarda) yerləşdirilməli, otaqlar sorucu ventilyasiya sistemi ilə təchiz edilməlidir.

9.2.3.14. Koaqulyant məhlulunu nəql etdirmək üçün turşuya davamlı material və avadanlıqdan istifadə edilməlidir.

Reagent kəmərlərinin konstruksiyası onların tez təmizlənməsi və yuyulmasının mümkünlüyünü təmin etməlidir.

9.2.3.15. Suyu qələviləşdirmək və karbonat müvazinətini sabitləşdirmək üçün əhəngdən istifadə edilməlidir. Müvafiq əsaslandırma olarsa sodadan da istifadə etmək olar.

9.2.3.16. Sutəmizləyici kompleksin əhəng təsərrüfatının texnoloji sxemi istehsal məhsulunun növü və keyfiyyəti, əhəngə olan tələbat, onun suya daxil edilmə yeri və sairədən asılı olaraq seçilməlidir. Kiç şəkilli əhəngdən istifadə etdikdə o, xamır halında yaş saxlanılmalıdır.

Əhəng sərfi bir gündə 50 kq-a qədər (CaO-ya görə) olan hallarda ikiqat doyduruculu satura-torlarda hazırlanmış əhəng məhlulundan istifadə sxemi tətbiq edilməlidir.

9.2.3.17. Əhəng südü, yaxud məhlulu üçün çənlərin sayı ikidən az olmamalıdır. Sərf çənlərində əhəng südünün qatılığı CaO-ya görə 5%-dən çox qəbul edilməməlidir.

9.2.3.18. Suyun karbonat müvazinətini sabitləşdirmək üçün istifadə edilən əhəngi həll olunmayan qarışıqlardan təmizləmək üçün şaquli durulducular, yaxud hidrosiklonlar tətbiq olunmalıdır.

Şaquli durulducularda axının aşağıdan yuxarı qalxma sürəti 2 mm/s qəbul edilməlidir.

Əhəng südü hirosiklonlardan iki dəfə keçirilməklə təmizlənməlidir.

9.2.3.19. Əhəng südünü fasiləsiz qarışdırmaq üçün hidravlik üsuldan (nasosların köməyi ilə), yaxud mexaniki qarışdırıcılardan istifadə edilməlidir.

Hidravliki qarışdırmada əhəng südünün çəndə aşağıdan yuxarı qalxma sürəti 5 mm/s-dən az olmamalıdır. Çənlər divarlarının mailliyi 450 olan konus şəkilli dibə və diametri ən azı 100 mm olan buraxıcı boruya malik olmalıdır.

Q e y d. Əhəng südünün 8-10 l/(s.m2) intensivliklə daxil edilən sıxılmış hava ilə qarışdırılmasına yol verilir.

9.2.3.20. Əhəng südünü basqı altında nəql edən boruların diametri təmizlənmiş məhsul üçün 25 mm-dən, təmizlənməmiş məhsul üçün və özüaxımlı basqısız borularda 50 mm-dən, boru kəmərlərində əhəng südünün hərəkət sürəti 0,8 m/s-dən az olmamalıdır. Əhəng südü borularının dönmə radiusu borunun diametrinin 5 mislindən (5d) az olmamalıdır. Basqılı borular nasos istiqamətində ən azı 0,02-yə, özüaxımlı basqısız borular isə buraxılış istiqamətində ən azı 0,03 mailliklə layihələndirilməlidirlər. Belə hallarda boruların yuyulması və təmizlənməsinin mümkünlüyü təmin edilməlidir.

9.2.3.21. Soda məhlulunun qatılığı 5-8% qəbul edilməlidir. Soda məhlulunun 8.2.3.5 bəndinin göstərişlərinə əsasən dozalanması nəzərdə tutulmalıdır.

9.2.4. Qarışdırıcı qurğular

9.2.4.1. Qarışdırıcı qurğular reagentləri daxil edən, onları sutəmizləyici kompleksə nəql etdirən boru kəmərindəki, yaxud kanaldakı su həcmində sürətlə və müntəzəm paylanmasını və sonradan qarışdırıcılarda təmizlənən su ilə intensiv qarışmasını təmin edən qurğulara malik olmalıdır.

9.2.4.2. Qarışdırıcı qurğular reagentlərin 9.2.3.2 -9.2.3.4 maddələrinin göstərişlərinə əsasən daxil edilməsinin ardıcıllığı və daxil edilmə arasındakı fasilələri və əlavə 4-ün tövsiyələrinə uyğun olaraq boru kəmərində, yaxud kanalda reagentlərin daxil edilməsi üçün qurğular arasında qalma vaxtını təmin etməlidirlər.

9.2.4.3. Reagentlərin daxil edilmə qurğuları deşikli boru paylaşdırıcıları, yaxud borularda qoyulmuş yerli müqavimətlər yaradan taxma şəklində olurlar. Reagent paylaşdırıcılar suyun emalı prosesini dayandırmadan yuyulmaq və təmizlənmək üçün əlçatan olmalıdırlar. Borulu paylaşdırıcı qoyulduqda boru kəmərindəki basqı itkisi 0,1-0,2 m, taxma qoyulduqda isə 0,2-0,3 m qəbul edilməlidir.

9.2.4.4. Reagentlərin emal edilən su ilə hidravlik tipli qurğularda (burulğanlı,arakəsməli, şaquli) qarışdırılması nəzərdə tutulmalıdır. Müvafiq əsaslandırma olarsa mexaniki qarışdırıcılardan istifadə etməyə yol verilir.

9.2.4.5. Qarışdırıcıların (bölmələrin) sayı lopaların intensiv yaranma dövründə onları işdən ayırmağın mümkünlüyü təmin edilməklə ikidən az olmamalıdır.

Ehtiyat qarışdırıcılar qəbul edilməməli, lakin 9.2.4.3 bəndinin göstərişlərinə uyğun olaraq reagentləri daxil etmək üçün ehtiyat qurğularla təmin edilmiş və qarışdırıcılardan yan keçən boru kəmərinin olması nəzərdə tutulmalıdır.

9.2.4.6. Sutəmizləyici kompleksə tərkibində iri dispersli asılı maddələr olan su daxil olduqda və onun təmizlənməsində suspenziya halında reagentlər, yaxud qismən şəffaflandırılmış məhlullardan istifadə etdikdə burulğanlı qarışdırıcılar tətbiq edilməlidirlər.

Burulğanlı qarışdırıcılar aşağı konus, yaxud piramida şəkilli hissəsinin maili divarları arasındakı bucaq 30-450 olan, şaquli divarlı yuxarı hissəsinin hündürlüyü 1-1,5 m təşkil edən şaquli diffuzordur. Suyun qarışdırıcıya daxil olma sürəti 1,2-1,5 m/s,qurğuda aşağıdan yuxarı qalxma sürəti suyığıcı qurğunun yanında 30 mm/s-dən 40 mm/s-yə qədər, suyığıcı novun sonunda axının sürəti 0,6 m/s qəbul edlməlidir.

9.2.4.7. Arakəsməli qarışdırıcılar suyun hərəkətini üfüqi, yaxud şaquli istiqamətdə 1800 bucaq altında dəyişməyi təmin edən arakəsmələrə malik kanal şəklində qəbul edilməlidirlər. Qarışdırıcıda döngələrin sayı 9-10 qəbul edilməlidir.

9.2.4.8. Arakəsməli qarışdırıcının bir döngəsində basqı itkisi (8) düsturu ilə təyin edilməlidir.

, bar                                                      (8)

burada- müqavimət əmsalı olub 2,9 qəbul edilir;

v - qarışdırıcıda suyun hərəkət sürəti (0,7-dən 0,5 m/s-yə qədər azalan istiqamətdə qəbul edilir);

g-sərbəst düşmə təcilidir (9,8 m/s2).

9.2.4.9. Qarışdırıcılar daşma və buraxıcı borularla təchiz edilməlidirlər. Lopaların intensivyaranma dövründə suyun qarışdırıcıda qalma vaxtını azaltmaq məqsədilə arakəsmələrin sayının azaldılmasının mümkün olması üçün tədbirlər görülməlidir.

9.2.4.10. Qarışdırıcılardan lopalar yaranan kameralara (reaksiya kameralarına) və asılı çöküntü layı olan şəffaflandırıcılara suyu nəql etdirən borularda, yaxud kanallarda suyun hərəkət sürəti 1-dən 0,6 m/s-yə qədər azalan istiqamətdə qəbul edilməlidir. Suyun onlarda qalma vaxtı 1,5 dəq-dən çox olmamalıdır.

9.2.5. Havaayırıcılar

9.2.5.1. Asılı çöküntü layı olan lopa yaranan kameralı durulducular, asılı çöküntü layı olan şəffaflandırıcılar, təmas şəffaflandırıcılar və təmas önsüzgəcləri, həmçinin iki pilləli süzgəcləri olan texnoloji sxemlərə havaayırıcılar daxil edilməlidirlər.

9.2.5.2. Havaayırıcının sahəsi suyun aşağı enmə sürəti 0,05 m/s-dən çox olmayaraq və onda qalma vaxtı 1 dəq-dən az olmayaraq təyin edilməlidir.

Kompleksdəki bütün qurğular üçün ümumi, yaxud hər bir qurğu üçün müstəqil havaayırıcının qəbuluna yol verilir.

Qarışdırıcıların konstruksiyaları hava qabarcıqlarının sudan ayrılmasını təmin edən və suyun qarışdırıcıdan qurğulara hərəkəti zamanı hava ilə zənginləşməsinin baş verməsi mümkün olmayan hallarda havaayırıcılar qəbul edilməməlidir.

9.2.6. Lopa yaranan kameralar

9.2.6.1. Durulducularda konstruksiyalarına daxil edilmiş hidravlik tipli lopa yaranan kameralar nəzərdə tutulmalıdır. Əsaslandırma olduqda mexaniki tipli lopa yaranan kameraların qəbul edilməsinə yol verilir.

9.2.6.2. Üfüqi durulducularda arakəsməli, şaquli, burulğanlı, yaxud asılı çöküntü laylı hidravlik tipli lopa yaranan kameralardan istifadə etməyə yol verilir.

9.2.6.3. Arakəsməli lopa yaranan kameralarda suyun hərəkətinin üfüqi, yaxud şaquli istiqamətdə qəbul edilməsinə yol verilir. Suyun dəhlizlərdə hərəkət sürəti kameranın əvvəlində 0,2-0,3 m/s, sonunda isə dəhlizin eninin artırılması hesabına azalan istiqamətdə 0,05-0,1 m/s qəbul edilməlidir.

Suyun lopa yaranan kamerada qalma vaxtı 20-30 dəq-ə qəbul edilməlidir (20 dəq-ə bulanıq sular üçün,30 dəq-ə aşağı temperaturlu rəngli sular üçün).

Dəhlizin eni 0,7 m-dən az olmamalıdır. Arakəsməli kameralarda döngələrin sayının 8-10 ədəd qəbul edilməsinə yol verilir. İkimərtəbəli kameraların qəbul edilməsinə yol verilir. Kamerada basqı itkisi maddə 9.2.4.8-in göstərişlərinə əsasən təyin edilməlidir.

9.2.6.4. Şaquli lopa yaranan kameralar şaquli, yaxud maili divarlı layihələndirilir (divarların mailliyi kameranın hündürlüyündən asılı olaraq 50-70º qəbul edilməlidir). Suyun kamerada qalma müddətini 6-12 dəq-ə qəbul edilməlidir ( 6 dəq-əbulanıq sular üçün, 12 dəq-ə rəngli sular üçün).

Suyun kameraya giriş sürəti 0,7-1,2 m/s, kameranın çıxışında aşağıdan yuxarıya istiqamətdə hərəkət sürəti isə 4-5 mm/s qəbul edilməlidir.

Suyu lopa yaranan kameradan durulduculara nəql edən yığıcı novlarda, borularda və deşiklərdə suyun hərəkət sürəti bulanıq sular üçün 0,1 m/s-dən, rəngli sular üçün isə 0,05 m/s-dən çox olmayaraq qəbul edilməlidir.

Kameradakı basqı itkisini maddə 9.2.4.8-in göstərişlərinə əsasən təyin edilməlidir.

9.2.6.5. Şaquli arakəsməli asılı çöküntü layı olan lopa yaranan kameralar orta bulanıqlığa malik və bulanıq suların təmizlənməsində tətbiq edilməlidir. Kamerada suyun aşağıdan yuxarı qalxma sürəti orta bulanıqlığa malik sular üçün 0,65-1,6 mm/s və bulanıq suları təmizlədikdə isə 0,8-2,2 mm/s qəbul edilməlidir.

Durulducunun konstruksiyasına daxil edilmiş asılı çöküntü layı olan lopa yaradan kameralardan istifadə edildikdə durulducularda asılı maddələrin çökmə sürəti bulanıq sular üçün cədvəl 17-də göstəriləndən 20%, orta bulanıqlı sular üçün isə 15% çox qəbul edilməlidir.

Cədvəl 17. Durulducularda tutulan asılı maddələrin çökmə sürəti

Emal edilən suyun xarakteristikası və emal üsulu

Durulducuda tutulan asılı maddələrin çökmə sürəti (u0), mm/s

Koaqulyantla emal edilən az bulanıqlı rəngli sular

Koaqulyantla emal edilən orta bulanıqlı sular.

Koaqulyantla emal edilən bulanıq sular

Flokulyantla emal edilən bulanıq sular

Koaqulyantla emal edilməyən bulanıq sular

0,35 – 0,45

0,45 – 0,50

0,50 – 0,60

0,20 – 0,30

0,08 – 0,15

Q e y d:

1.Su koaqulyantla emal edildikdə flokulyant da daxil edilirsə asılı maddələrin çökmə sürəti 15-20% artırılmalıdır.

2. -ın aşağı qiymətləri təsərrüfat-içməli su kəmərlərinə aiddir.

9.2.6.6. Asılı çöküntü layı olan lopa yaranan kameraların sahəsi boyu suyun paylanması basqılı, divarlarında aşağıya doğru 450 bucaq altında açılmış deşikləri olan borularla təmin edilməlidir. Deşikli borular arasındakı məsafə 2 m, kameranın divarlarından isə 1 m olmalıdır.

Deşikli paylaşdırıcı borulardakı basqı itkisi maddə 9.2.9.10-nun göstərişlərinə əsasən təyin edilməlidir. Paylaşdırıcı boruların başlanğıcında suyun hərəkət sürəti 0,5-0,6 m/s, deşiklərin sahəsi borunun en kəsik sahəsinin 30-40%-i qədər, deşiklərin diametri isə 25 mm-dən az qəbul edilməməlidir.

9.2.6.7. Bulanıq suları lopayaranan kameradan durulduculara 0,1 m/s-dən az, rəngli suları isə 0,05 m/s sürətlə nəql etdirmək lazımdır. Suyun durulducuya daxil olduğu yerdə durulducunun hündürlüyünün ¼-i qədər suya batırılmış asılı arakəsmə qoyulmalıdır. Durulducunun divarı və arakəsmə arasında suyun hərəkət sürəti 0,03 m/s-dən çox olmamalıdır.

9.2.6.8. Şaquli durulducularda burulğanlı lopa yaranan hidravlik kameralar nəzərdə tutulmalı və durulducunun mərkəzində yerləşdirilməlidir. Su kameraya toxunan boyu istiqamətlənmiş ucluqlarla daxil edilir. Kameranın aşağı hissəsində özəklərinin ölçüləri 0,5x0,5 m, hündürlüyü 0,8 m olan və taxtadan hazırlanmış barmaqlıq qoyulmalıdır.

Ucluqda basqı itkisi maddə 9.2.4.8-də verilmiş (8) düsturu ilə hesablanmalıdır. Suyun ucluqdan çıxma sürəti 2-3 m/s və müqavimət əmsalı  qəbul edilməlidir.

Ucluq kameranın divarından 0,2dk (burada dk kameranın diametridir)məsafədə yerləşməli və su səthindən 0,5 m dərinə batırılmalıdır.

9.2.6.9. Burulğanlı lopa yaranan kameranın sahəsi suyun onda 15-20 dəqiqə qalmasına və kameranın hündürlüyünün 3,5-4 m qiymətlərinə hesablanmalıdır.

9.2.6.10. Lopa yaranan kameraların üstündə eni 6 m-dən böyük olmayan köşklər (pavilyon) inşa edilməlidir.

9.2.6.11. Durulduculara birləşdirilmiş lopa yaranan kameraların sayı altıdan az olduqda bir ehtiyat kamera nəzərdə tutulmalıdır (m.9.2.7.1,9.2.8.2).

9.2.7. Şaquli durulducular

9.2.7.1. Nazik laylı bloklar qoyulmamış şaquli durulducunun çökmə zonasının sahəsi (9) düsturu ilə iki dövr üçün müəyyən edilir və daha böyük qiyməti hesablama üçün qəbul edilir: suyun minimal qış sərflərində minimal bulanıqlıq və maksimal su sərflərində bu dövrə uyğun gələn maksimal bulanıqlıq.

, m2                                                                  (9)

burada q- maksimal və minimal sutkalıq sutələbatı günlərində hesabi sərf, m3/st;

vh - suyun aşağıdan yuxarı hesabi qalxma sürəti, mm/s (texnoloji axtarışlar olmadıqda maddə 9.2.6.5 nəzərə alınmaqla asılı maddələrin cədvəl 17-də göstərilən çökmə sürətindən çox olmamalıdır);

N - işləyən durulducuların sayı;

Β - durulducunun həcmindən istifadəni nəzərə alan əmsal olub 1,3-1,5 qəbul edilir (aşağı hədd durulducunun diametrinin hündürlüyünə nisbəti 1-ə, yuxarı həddi 1,5-ə bərabər olduqda qəbul edilir);

Durulducuların sayı 6-dan az olduqda bir ehtiyat durulducu qəbul edilməlidir.

9.2.7.2. Durulducunun çökmə zonasında nazik laylı bloklar qoyulduqda bu zonanın sahəsi su güzgüsünün vahid sahəsinə düşən xüsusi hidravlik yükə hesablanır. Xüsusi hidravlik yük koaqul-yantla emal edilən az bulanıqlı və rəngli sular üçün 3-3,5m3/(st.m2), orta bulanıqlı sular üçün 3,6-4,5m3/(st.m2), bulanıq sular üçün isə 4,6-5,5 m3/(st.m2) qəbul edilir.

9.2.7.3. Şaquli durulducuların lil toplanan və sıxlaşan zonasının divarları maili layihələndirilməlidir. Maili divarlar arasındakı bucaq 70-800 həddində qəbul edilməlidir.

Çöküntünün durulducu işdən ayrılmadan ondan kənar edilməsi nəzərdə tutulmalıdır. Çöküntünün kənar edilmələri arasındakı müddət (Th) (10) düsturu ilə hesablanmalıdır.

,                                                         (10)

burada Wçz- çöküntünün toplanma və sıxlaşma zonasının həcmi, m3;

- çökmə hissəsinin hündürlüyü boyu çöküntünün bərk fazasının orta qatılığı, qr/m3(qiyməti suyun bulanıqlığından və çöküntünün kənar edilmələri arasındakı vaxtdan asılı olaraq cədvəl 18-ə əsasən qəbul edilir).

B- durulducudan çıxan suyun bulanıqlığı, qr/m3, (8-15 qr/m3 qəbul edilir);

C- durulducuya daxil olan suda asılı maddələrin (11) düsturu ilə hesablanan qatılığı,qr/m3;

,qr/m3 (11)

burada B0- xam suda asılı maddələrin miqdarı, qr/m3;

R - xam suyun rəngliliyi, dərəcə;

α- bir dərəcə rənglilik yaradan üzvi maddələrin miqdarı, qr/m3 (şək.1-də verilmiş qrafikdən təyin edilir);

Şək.1. Suyun rəngliliyinin ondakı humus turşularının miqdarından asılılıq qrafiki

 

Dk - susuz məhsula görə koaqulyantın dozası, qr/m3;

K - suya daxil edilən koaqulyantdakı həll olunmayan qarışığın miqdarını nəzərə alan əmsal olub təmizlənmiş alüminium sulfat üçün 0,08; təmizlənməmiş alüminium sulfat üçün 0,69; dəmir xlorid üçün 0,01 və dəmir sulfat üçün 0,1 qəbul edilməlidir;

K1 - çevirici əmsal olub alüminium sulfat, dəmir xlorid və dəmir sulfatı onların hidroksidlərinə çevirmək üçün uyğun olaraq 0,46; 0,66 və 0,76 qəbul edilməlidir;

Bə - əhənglə suya daxil edilən həll olmayan maddələrin miqdarıdır (qr/m3) və istifadə edilən əhəngin pasport göstəriciləri olmadıqda (12) düsturu ilə hesablanır.

burada Kə - əhəngdə CaO-nun pay miqdarı;

Də - əhəngin CaO-ya görə dozasıdır, qr/m3.

Çöküntünün tullanmaları arasında durulducunun işləmə vaxtı 6 st-dan az olmamalıdır.

9.2.7.4. Şaquli durulducularda şəffaflanmış suyun toplanması kənar divarlar boyu və radial istiqamətlərdə yerləşdirilmiş deşikli, yaxud üçbucaq kəsikli novlar vasitəsilə nəzərdə tutulmalıdır. Novların en kəsikləri suyun onlarda 0,5-0,6 m/s sürətlə axmasına hesablanmalıdır.

9.2.8. Üfüqi durulducular

9.2.8.1. Üfüqi durulducular durulmuş suyun durulma zonasının bütün sahəsi boyu toplanmasına layihələndirilməlidirlər. Durulducular maddə 9.2.7.1-ə əsasən iki dövrə hesablanmalıdırlar.

Üfüqi durulducuların planda sahəsi (13) düsturu ilə hesablanmalıdır.

, m2                                                        (13)

burada q-suyun hesabi sərfi, m3/st, olub maddə 9.2.7.1-ə əsasən qəbul edilir;

u0 - asılı maddələrin çökmə sürəti, mm/s (cədvəl 17-dən qəbul edilir);

- durulducunun həcmindən istifadə əmsalı olub 1,3 qəbul edilir.

Çökmə zonasında nazik laylı bloklar qoyulduqda durulducunun sahəsi maddə 9.2.7.2-nin göstərişlərinə əsasən təyin edilir. Blokların durulducunun bütün uzunluğu boyu yerləşdirilməsi nəzərdə tutulmalıdır.

9.2.8.2. Durulducunun eni və uzunluğu (14) düsturları ilə hesablanmalıdır.

burada Hor- çökmə zonasının orta hündürlüyü, m (hündürlük sxemindən asılı olaraq 3-3,5 m qəbul edilir);

vor- durulducunun əvvəlində suyun üfüqi hesabi hərəkət sürəti olub az bulanıqlı sular üçün 6-8, orta bulanıqlı sular üçün 7-10 və bulanıq sular üçün 9-12 mm/s qəbul edilir.

Durulducu uzununa arakəsmələrlə eni 6 m-dən böyük olmayan və müstəqil fəaliyyət göstərən şöbələrə bölünməlidir.

Bölmələrin sayı 6-dan az olduqda bir ehtiyat bölmənin olması nəzərdə tutulmalıdır.

9.2.8.3. Üfüqi durulducular çöküntünün mexaniki, yaxud hidravlik üsulla (suyun durulducuya verilməsini dayandırmadan) kənar edilməsinə, yaxud bulanıq suları şəffaflandıranda az hərəkətli çöküntü yaranarsa suyun durulducuya verilməsini vaxtaşırı dayandırmaqla çöküntünü kənar etmək üçün hidravlik yuma sistemi nəzərdə tutmaqla layihələndirilməlidirlər. Durulducuların divarlarını və dibini yumaq məqsədilə elastik boru birləşdirmək üçün ventillə təchiz olunmuş boru kəməri nəzərdə tutulmalıdır.

9.2.8.4. Sıyırıcı mexanizmlə çöküntünü mexaniki kənarlaşdıran sistemli durulducuların çöküntü toplanma və sıxlaşma zonasının həcmi çöküntü sıyırıcıların ölçüsündən asılı olaraq təyin edilməlidir.

Çöküntü hidravlik üsulla kənar edildikdə, yaxud basqı altında yuyulduqda çöküntü toplanma və sıxlaşma zonasının həcmi (Wçh) durulducunun təmizləmələr arasındakı işləmə müddəti 12 st olduqda (10) düsturu ilə təyin edilir.

Sıxlaşmış çöküntünün orta qatılığı cədvəl 18-ə əsasən təyin edilməlidir.

9.2.8.5. Çöküntünü hidravlik üsulla kənar etmək üçün onun 20-30 dəq-ə müddətində durulducudan çıxarılmasını təmin edən deşikli borular sistemi nəzərdə tutulmalıdır.

Çöküntünü toplayan borular sistemi arasında durulducunun dibi müstəvi, yaxud tillərinin mailliyi 450 olan prizma şəklində qəbul edilməlidir.

Cədvəl 18. Sıxlaşmış çöküntünün orta qatılığı

Xam suyun bulanıqlığı, mq/l

İstifadə edilən reagentlər

Çöküntünün kənar edilmələri arasında aşağıda göstərilən vaxtdan (st) asılı olaraq çökmə hissəsinin hündürlüyü boyu çöküntünün bərk fazasının orta qatılığı, qr/m3.

6

12

≥ 24

≤ 50

>50 – 100

> 100 – 400

> 400 – 1000

> 1000 – 1500

> 1500

> 1500

Koaqulyant

“-“

“-“

“-“

“-“

Flokulyant

Reagentsiz

9000

12000

20000

35000

80000

90000

200000

12000

16000

32000

50000

100000

140000

250000

15000

20000

40000

60000

120000

160000

300000

Q e y d. Su koaqulyant və flokulyantla birlikdə emal edildikdə çöküntünün bərk fazasının orta qatılığı az bulanıqlı rəngli sular üçün 25%, orta bulanıqlı sular üçün 15% çox götürülməlidir.

Boruların oxları arasındakı məsafə prizma şəkilli dib olduqda 3 m-dən çox olmayaraq, müstəvi şəkilli dib olduqda isə 2 m qəbul edilməlidir.

Boruların sonunda çöküntünün hərəkət sürəti 1 m/s-dən az olmayaraq; deşiklərdə 1,5-2,0 m/s; deşiklərin diametri 25 mm-dən az olmayaraq; deşiklər arasındakı məsafə 300-500 mm qəbul edilməlidir.

Deşiklər şahmat qaydası ilə borunun oxuna nisbətən 450 bucaq altında aşağı istiqamətlənmiş düzülməlidirlər.

Deşiklərin sahələri cəminin borunun en kəsik sahəsinə nisbəti 0,5-0,7 həddində qəbul edilməlidir.

Borunun əvvəlində havanı kənar etmək üçün diametri 15 mm-dən az olmayan deşiyin olması nəzərdə tutulmalıdır.

Çöküntü toplama sisteminin hidravlik hesabatı maddə 9.2.9.10-nun göstərişlərinə əsasən yerinə yetirilməlidir.

9.2.8.6. Çöküntü yuyan basqılı hidravlik sistemlər ucluqları olan deşikli teleskopik borulardan, nasosdan, yuma suyu rezervuarından, çöküntünü susuzlaşdırıcı qurğuya verməzdən əvvəl toplamaq və sıxlaşdırmaq üçün həcmdən ibarət olub bulanıq və yüksək bulanıq suları təmizlədikdə durulducularda çökən ağır və çətin kənar edilə bilən çöküntüləri kənar etmək üçün layihələndirilirlər.

9.2.8.7. Durulducuların hündürlüyü çökmə zonası və çöküntü toplanma zonasının hündürlükləri cəmi ilə inşaat hündürlüyünün hesabi su səviyyəsindən 0,3 m yuxarı qalxması nəzərə alınmaqla təyin edilməlidir.

9.2.8.8. Çöküntü ilə durulducudan çıxarılan suyun miqdarı qarışma əmsalının aşağıda göstərilən qiymətləri nəzərə alınmaqla təyin edilməlidir:

1,5 - çöküntü hidravlik üsulla kənar edildikdə;

1,2 - çöküntü mexaniki üsulla kənar edildikdə;

2-3 - çöküntü basqı altında yuyulduqda.

Çöküntü hidravlik üsulla kənar edildikdə durulducunun dibinin mailliyi 0,005-dən az olmamalıdır.

9.2.8.9. Şəffaflanmış suyu toplamaq üçün durulducunun uzunluğunun arxa divardan 2/3 hissəsində, yaxud durulducu nazik laylı bloklarla təchiz olunduqda bütün uzunluğu boyu üfüqi yerləşdirilmiş deşikli borular, yaxud batırılmış deşikləri və ya üçbucaq suaşıranları olan novlar sistemi layihələndirilməlidir.

Novların və boruların sonunda şəffaflanmış suyun axma sürəti 0,6-0,8 m/s, deşiklərdən keçmə sürəti isə 1 m/s qəbul edilməlidir.

Batırılmış deşikli novun yuxarı tili durulducuda suyun maksimum səviyyəsindən 10 sm yuxarı olmalıdır, borunun su səviyyəsindən aşağı batırılma dərinliyi hidravlik hesablama ilə təyin edilməlidir.

Deşiklər novun dibindən 5-8 sm yuxarı, borularda isə ox səviyyəsində üfüqi yerləşdirilməlidir. Deşiklərin diametri 25 mm-dən az olmamalıdır.

Suyun nov və kanallardan yığıcı kanala tökülməsi sərbəst axınlı (batırılmamış) olmalıdır.

Novların, yaxud boruların oxları arasındakı məsafə 3 m-dən çox olmamalıdır.

9.2.8.10. Durulducuların içərisinə düşmək üçün örtüklərində qapaqlar, su nümunəsi götürmək üçün isə bir-birindən ən çoxu 10 m məsafədə deşiklər və ventilyasiya boruları nəzərdə tutulmalıdır.

9.2.9. Asılı çöküntü layı olan şəffaflandırıcılar

9.2.9.1. Şəffaflandırıcıların hesablanması təmizlənən suyun keyfiyyətinin il ərzində dəyişməsi nəzərə alınaraq aparılmalıdır.

Texnoloji tədqiqatların nəticələri olmadıqda şəffaflanma zonasında suyun aşağıdan yuxarı qalxma sürəti və suyun şəffaflanma zonası ilə çöküntünün ayrılma zonası arasında paylanma əmsalı (Kp) cədvəl 17-də edilən qeydlər nəzərə alınmaqla cədvəl 19-dan qəbul edilməlidir.

 

Cədvəl 19. Şəffaflanma zonasında suyun aşağıdan yuxarı qalxma sürətləri və suyun şəffaflanma və sıxlaşma zonaları arasında paylanma əmsallarının qiymətləri

Şəffaflandırıcıya daxil olan suyun bulanıqlığı, mq/l

Şəffaflanma zonasında suyun aşağıdan yuxarı qalxma sürəti, vş, mm/s

Suyun paylanma əmsalı, Kp

Qış dövrü

Yay dövrü

50 – 100

>100 – 400

>400 – 1000

>1000 - 1500

0,5 – 0,6

0,6 – 0,8

0,8 – 1,0

1,0 – 1,2

0,7 – 0,8

0,8 – 1,0

1,0 – 1,1

1,1 – 1,2

0,7 – 0,8

0,8 – 0,7

0,7 – 0,65

0,64 – 0,6

Q e y d. Aşağı qiymətlər təsərrüfat-məişət su kəmərləri üçün göstərilmişdir.

9.2.9.2. Şəffaflanma və çöküntünün ayrılma zonalarının sahələri üçün maddə 9.2.7.1-də göstərilən iki dövrə görə hesablamaların böyük nəticələri qəbul edilməlidir.

Şəffaflanma zonasının sahəsi (15) düsturu ilə hesablanmalıdır.

, m2                                                          (15)

burada Kp-suyun şəffaflanma zonası ilə çöküntünün ayrılma zonası (lilsıxlaşdırıcı) arasında paylanma əmsalı (cədvəl 19-a əsasən qəbul edilir);

vş -şəffaflanma zonasında suyun aşağıdan yuxarı qalxma sürətidir (cədvəl 19-a əsasən qəbul edilir).

Çöküntünün ayrılma zonasının sahəsi (16) düsturu ilə hesablanmalıdır.

, m2                                                   (16)

Çökmə və çöküntünün ayrılma zonalarında nazik laylı bloklar qoyulduqda zonaların sahələri maddə 9.2.7.2-nin tələblərinə uyğun olaraq təyin edilməlidir.

9.2.9.3. Asılı çöküntü layının hündürlüyü 2-2,5 m həddində qəbul edilməlidir. Çöküntü qəbul edən pəncərələrin aşağı hissəsi, yaxud çöküntü kənar edən boruların tili şəffaflandırıcının asılı çöküntü layının maili divarlarının şaquli vəziyyətə keçdiyi nöqtədən 1-1,5 m yuxarıda yerləşdirilməlidir.

Asılı çöküntü zonasının aşağı hissəsinin maili divarları arasındakı bucaq 60-700 qəbul edilməlidir.

Şəffaflanma zonasının hündürlüyü 2-2,5 m qəbul edilməlidir.

Şəffaflanma zonasında suyığıcı novlar, yaxud borular arasındakı məsafə 3 m-dən çox olmamalıdır.

Şəffaflandırıcının divarları ondakı hesabi su səviyyəsindən 0,3 m hündür olmalıdır.

9.2.9.4. Çöküntünün toplanma və sıxlaşma zonasının həcmi (10) düsturu ilə hesablanmalıdır. Təmizləyici qurğular kompleksində müstəqil sıxlaşdırıcı qurğular olmadıqda çöküntünün şəffaflandırıcının sıxlaşma zonasında qalma müddətini 6 st-dan az olmayaraq və belə qurğular olduqda 2-3 st qəbul etməli və çöküntünün kənar edilmə prosesinin avtomatlaşdırılmasını nəzərdə tutmaq lazımdır.

9.2.9.5. Çöküntü lilsıxlaşdırıcıdan deşikli borularla və müəyyən fasilələrlə kənar edilməlidir. Çöküntü ilə tullanan suyun miqdarı qarışma əmsalını 1,5 qəbul etməklə cədvəl 18-in göstərişlərinə əsasən təyin edilməlidir.

9.2.9.6. Su şəffaflandırıcının sahəsində bir-birindən ən çoxu 3 m məsafədə düzülmüş deşikli borularla paylanmalıdır.

Paylaşdırıcı boruların girişində suyun hərəkət sürəti 0,5-0,6 m/s, deşiklərdən çıxma sürəti 1,5-2,0 m/s həddində olmalıdır. Deşiklərin diametri 25 mm-dən az, aralarındakı məsafə isə 0,5 m-dən çox olmamalıdır. Deşiklər borunun hər iki tərəfində şahmat qaydası ilə düzülməli və 450 bucaq altında aşağı istiqamətlənməlidir.

9.2.9.7. Çöküntü qəbul edən pəncərələrdən suyun çöküntü ilə keçmə sürəti 10-15 mm/s, çöküntü kənar edən borularda isə 40-60 mm/s (böyük qiymətlər əsasən mineral asılı maddələrə malik sular üçün qəbul edilir) qəbul edilməlidir.

9.2.9.8. Şəffaflanma zonasında su hündürlüyü 40-60 mm, oxları arasındakı məsafə 100-150 mm və tilləri arasındakı bucaq 600 olan üçbucaq şəkilli suaşıranlarla təchiz edilmiş novlarla toplanmalıdır. Novlarda suyun hərəkət sürəti 0,5-0,6 m/s qəbul edilməlidir.

9.2.9.9. Lilsıxlaşdırıcıda şəffaflanmış suyu toplamaq üçün batırılmış deşikli borular nəzərdə tutulmalıdır.

Şaquli lilsıxlaşdırıcılarda deşikli boruların yuxarı hissəsi şəffaflandırıcıdakı su səviyyəsindən ən azı 0,3 m aşağıda və çöküntü qəbul edən pəncərələrin yuxarı tilindən ən azı 1,5 m yuxarıda yerləşməlidir.

Dib lilsıxlaşdırıcılarda şəffaflanmış suyu toplayan deşikli borular örtüyün altında yerləşdirilməlidir. Boruların diametri suyun onlarda axma sürətini ≤ 0,5 m/s , suyun deşiklərə daxil olma sürətini ≥ 1,5 m/s və deşiklərin diametrini 15-20 mm qəbul etməklə təyin edilməlidir.

Boruların suyığıcı kanala daxil olduğu yerdə bağlayıcı armatur qoyulmalıdır.

Borunun aşağı tili və şəffaflandırıcının ümumi suyığıcı kanalındakı su səviyyəsi arasındakı fərq 0,4 m-dən az olmamalıdır.

9.2.9.10. Deşikli paylaşdırıcı və suyığıcı borularda, həmçinin su və çöküntü nəql etdirən novlarda basqı itkisi (m), onlarda suyun axma sürətinin maksimal qiymətləri üçün (8) və ya hidravlik müqavimət əmsalları aşağıdakı kimi qəbul edilərək (33) düsturları ilə hesablanmalıdır:

 - dairəvi deşikli qolları olan düzxətli paylaşdırıcı borular, yaxud kollektorlar üçün;

- həmçinin, yarıqlı;

 - tam en kəsiyi ilə işləyən düzxətli paylaşdırıcı borular üçün;

- batırılmış deşikli və sərbəst su səthinə malik suyığıcı nov üçün.

Düsturlarda Km- məsaməlik əmsalı olub deşiklərin, yaxud yarıqların ümumi sahəsinin düzxətli borunun, yaxud kollektorun en kəsik sahəsinə, yaxud suyığıcı novun sonunda novun canlı en kəsik sahəsinə olan nisbəti xarakterizə edir, .

Boru və novların məsaməli sahələrindən əvvəl və sonra kommunikasiyalarda basqı itkiləri, həmçinin göstərilən sahələrdə yerli müqavimət əmsalları əlavə nəzərə alınmalıdır.

Asılı çöküntü layında basqı itkisi layın hər 1 m hündürlüyünə 0,00098-0,00196 bar qəbul edilməlidir.

9.2.9.11. Lilsıxlaşdırıcılardan çöküntünü kənar edən borular toplanmış çöküntünün 15-20 dəq-ə müddətində çıxarılmasına hesablanmalıdır. Çöküntü kənar edən boruların diametri 150 mm-dən az olmamalıdır. Qonşu boruların və ya kanalların divarları arasındakı məsafə 3 m-dən çox olmamalıdır.

Boruların deşiklərində çöküntünün hərəkət sürəti ≤ 3 m/s, deşikli borunun sonunda 1m/s-dən az olmayaraq, deşiklərin diametri 20 mm-dən az olmayaraq, deşiklər arasındakı məsafə 0,5 m-dən çox olmayaraq qəbul edilməlidir.

9.2.9.12. Lilsıxlaşdırıcıların maili divarları arasındakı bucaq 700 qəbul edilməlidir.

Dib lilsıxlaşdırıcısı olan şəffaflandırıcılar qəbul edildikdə asılı çöküntü zonası ilə lilsıxlaşdırıcını birləşdirən qapaq şəffaflandırıcıda suyun səviyyəsi çöküntü kənar edən boruların yuxarı hissəsindən aşağı endikdə (çöküntü kənar edildikdə və su şəffaflandırıcıdan boşaldıldıqda) avtomatik açılan qurğu ilə təchiz edilməlidir.

9.2.9.13. Şəffaflandırıcıların sayı altıdan az olduqda bir ehtiyat şəffaflandırıcı qəbul edilməlidir.

9.2.10. AzSPETİ-2 tipli nazik laylı şəffaflandırıcı

9.2.10.1. AzSPETİ-2 tipli nazik laylı şəffaflandırıcının (şək.2) sahəsi onun hər 1 m2 sahəsinə 8-12 m3/st hidravlik yükə hesablanmalıdır.

9.2.10.2. Şəffaflandırıcının aşağı hissəsində divarların mailliyi üfüqə görə 450 bucaq altında olmalıdır. Sahəsi 20 m2-dən çox olan şəffaflandırıcıların dibinin mailliyi çöküntünü hidravlik üsulla kənar etmək üçün basqılı sistem layihələndirməklə 15-200 qəbul edilməlidir.

9.2.10.3. Şəffaflandırıcının konus hissəsinin hündürlüyü (17) düsturu ilə hesablanmalıdır.

burada α- üfüqi müstəviyə görə divarların maillik bucağı, dər.;

B - şəffaflandırıcının eni, m;

d1 - boşaldıcı borunun diametridir, m.

9.2.10.4. Qurğunun konus hissəsindən diffuzorun dibinə qədər hündürlük (18) düsturu ilə hesablanmalıdır.

burada αd - diffuzorun genişlənmə bucağı olub 8-140 qəbul edilir;

D0 - diffuzorunqurğuya girişdə diametridir, m.

 

Şək.2. AzSPETİ-2 tipli nazik laylı şəffaflandırıcı:

1-diffuzor; 2-gövdə; 3- standart bucaqlı materialdan hazırlanmış barmaqlıq; 4-nazik laylı elementlər; 5-şəffaflanmış suyu toplayan nov; 6-çökmə zonası; 7-çöküntünü kənar edən qol boru; 8-çöküntünü hidravlik üsulla yumaq üçün basqılı boru sistemi.

 

9.2.10.5. Təmizlənəcək suyu diffuzora nəql etdirən borunun diametri onda axının sürətinin 1,2 m/s sürətinə hesablanmalıdır.

9.2.10.6. Diffuzorlar arasındakı məsafə 2,5-3,0 m qəbul edilməlidir.

Diffuzorun uzunluğu l/d = 4÷6 nisbətindən təyin edilməlidir.

Diffuzorun qurğuya giriş diametri (19) düsturu ilə hesablanmalıdır.

Diffuzorun oxundan bücaqlıq barmaqlığına qədər hündürlük (20) düsturu ilə hesablanmalıdır.

burada k1- əmsal olub qiyməti 0,07-0,15 həddində qəbul edilməlidir.

9.2.10.7.Bucaqlıqdan hazırlanmış barmaqlığın hündürlüyü (21) düsturu ilə hesablanmalıdır.

burada k2 -əmsal olub qiyməti 1,2-1,5 həddində qəbul edilməlidir;

- bucaqlığın konstruktiv ölçüsüdür (100-200 mm).

9.2.10.8. Bucaqlıqların tilləri arasındakı məsafə (22) düsturu ilə hesablanmalıdır.

9.2.10.9.Nazik laylı kanalların və suaparıcı novların konstruktiv parametrləri 9.2.11 bəndinin göstərişləri əsasında hesablanmalıdır.

Hesabat zamanı asılı maddələrin çökmə sürəti 0,5-0,6 mm/svb=ku0 düsturundakı k əmsalı 5-8 həddində qəbul edilməlidir.

9.2.10.10. Şəffaflandırıcıda toplanmış çöküntünün kənar edilməsi qurğu işdən ayrılmadan həyata keçirilir. Çöküntünün kənar edilmələri arasındakı müddət bu normaların müvafiq tövsiyələri əsasında qəbul edilməli və istismar dövründə dəqiqləşdirilməlidir.

9.2.11. Yüksək bulanıqlı suları təmizləmək üçün qurğular

9.2.11.1.Yüksək bulanıqlı suları təmizləmək üçün birinci və ikinci pillə durulduculardan əvvəl suyun reagentlərlə emalı ilə iki pilləli durultmadan istifadə edilməlidir.

Birinci pillə durulducular kimi hərəkət edən fermalarda quraşdırılmış sıyırıcıları olan radial durulduculardan, yaxud zəncirli sıyırıcı mexanizmlərlə təchiz edilmiş üfüqi durulduculardan istifadə edilməlidir. Durulduculardan çöküntünü kənar etmək üçün hidravlik yuma üsulundan istifadəyə yol verilir. Əsaslandırma olduqda birinci pillə reagentsiz durultma üçün nazik laylı elementlərlə təchiz edilmiş üzən suqəbuledici-şəffaflandırıcıdan istifadəyə yol verilir.

9.2.11.2. Birinci və ikinci pillə durulduculardan əvvəl suya daxil edilən reagentlərin növü və dozası texnoloji tədqiqatlar nəticəsində təyin edilməlidir.

9.2.11.3.Yüksək bulanıqlı suları şəffaflandırdıqda üfüqi durulduculardakı lopa yaranan kameralar bir qayda olaraq mexaniki tipli layihələndirilməlidir. Radial durulduculardan əvvəl lopa yaranan kameranın olmasına ehtiyac yoxdur. Üfüqi durulducuları 9.2.8.1-9.2.8.10 maddələrinin göstərişlərinə əsasən layihələndirmək lazımdır.

9.2.11.4. Radial durulduculardan yüksək bulanıqlı suların təmizlənməsində birinci pillə durulducu kimi istifadə edildikdə onların sahəsi (23) düsturu ilə hesablanmalıdır.

burada q- hesabi sərf, m3/st;

u0 - asılı maddələrin çökmə sürəti,(0,5-0,6 mm/sqəbul edilir);

f- radial durulducunun burulğanlı zonasının sahəsi olub (m2),radiusu paylaşdırıcı qurğunun radiusundan 1 m böyük qəbul edilir.

Mərkəzi paylaşdırıcı qurğunun aşağı hissəsi bütöv divarlı hazırlanır, yuxarı hissəsi kənar divarlar yanında su layının hündürlüyünə bərabər dərinlikdə olmalıdır; mərkəzi paylaşdırıcı qurğunun radiusu 1,5-2,5 m qəbul edilməlidir. Paylaşdırıcı qurğunun yan divarlarındakı deşiklərin sahəsi onlardan suyun 1 m/s sürətlə keçməsinə hesablanmalıdır. Deşiklərin diametri 40-50 mm qəbul edilməlidir.

Şəffaflanmış suyun toplanması üçün kənar divarlar yanında batırılmış deşikli, yaxud maddə 9.2.9.8-ə əsasən üçbucaq şəkilli suaşıranları olan nov nəzərdə tutulmalıdır.

9.2.11.5.Birinci pillə durulducularda sıxlaşmış çöküntünün orta qatılığı 150-160 qr/l qəbul edilməlidir.

9.2.11.6. Bulanıqlığı 1500-20000mq/l həddində olan suları təmizləyən və məhsuldarlığı 100 min m3/sut-ya qədər olan sutəmizləyici komplekslərdə üzən suqəbuledici-şəffaflandırıcılı qurğuların tətbiqi məqsədəuyğun hesab edilir.

Suyun bulanıqlığı 20 min mq/l-dən çox olan hallarda üzən suqəbuledici-şəffaflandırıcının məhsuldarlığı 30% azaldılmalıdır.

9.2.11.7.Üzən suqəbuledici-şəffaflandırıcı planda düzbucaq şəkilli, dib çökdürücü hissəsi olmayan, lakin borulardan, yaxud lövhələrdən təşkil olunmuş nazik laylı elementlərlə təchiz edilir (şək.3) və pontonun köməyilə üzən vəziyyətdə saxlanılır.

 

Şək.3. Üzən suqəbuledici-şəffaflandırıcı:

 

1-nazik laylı elementlər bloku; 2-özəkli barmaqlıq; 3-nazik laylı elementlər;4-oynaqlı birləşmə; 5-üzən nasos stansiyası; 6-elastik birləşmə; 7-şəffaflanmış suyu toplayan kamera; 8-şəffaflanmış suyu toplayan novlar; 9-ponton

9.2.11.8. Üzən şəffaflandırıcının yol verilən məhsuldarlığı (24) düsturunda göstərilən şərtlər daxilində təyin edilir.

                                                      (24)

burada                                                                                                     (25)

düsturlarda C1 - suqəbuledicidən sonra çaydakı suda asılı maddələrin miqdarı, qr/m3;

C0 - təmizlənən suda asılı maddələrin miqdarı, qr/m3;

Q0 - çayın su sərfi, m3/s;

Cş - suqəbuledici ilə götürülən sudakı asılı maddələrin miqdarı, qr/m3;

Qş - mənbədən götürülən suyun miqdarıdır,m3/s.

Hesabi qiymət kimi Cş mənbədəki suda olan asılı maddələrin (C0) 30-50%-i qədər qəbul edilir.

Üzən şəffaflandırıcının sahəsi (26) düsturu ilə hesablanmalıdır.

                                                      (26)

burada β - nazik laylı elementlərin qalınlığını nəzərə alan əmsal olub 1,1-1,4 həddində qəbul edilir;

Q - üzənşəffaflandırıcının məhsuldarlığı, m3/st;

Α- nazik laylı kanalların maillik bucağı (45-600 həddində qəbul edilir);

vb- maili kanallarda suyun böhran hərəkət sürəti, mm/s (vb=ku0; k=40-60 qəbul edilir);

u0 - asılı maddələrin çökmə sürətidir (aparılmış tədqiqatların nəticələri və suyun təmizlənmə dərəcəsinə irəli sürülən tələblər əsasında qəbul edilməlidir).

9.2.11.9. Nazik laylı elementlərin hesablanmasında aşağıdakı şərtlərin ödənilməsi vacibdir.

burada l,H- maili elementlərin müvafiq olaraq uzunluğu və hündürlüyü, m;

Re - Reynolds ədədi;

 - suyun kinematik özlülük əmsalıdır, mm2/s.

9.2.11.10. Suqəbuledici-şəffaflandırıcının aşağı hissəsində qoyulan barmaqlığın özəklərinin ölçüləri:30x30 sm, hündürlüyü 25-30 sm qəbul edilməlidir. İri özəkli bu barmaqlıq suyun kanallarda bərabər paylanmasına şərait yaradır. Suqəbuledici qurğu yanında barmaqlığın aşağı hissəsindən su mənbəyinin dibinə qədər olan məsafə 120 sm-dən az olmamalıdır.

9.2.11.11. Şəffaflanmış suyu toplamaq üçün üçbucaq (α = 900) suaşıranları olan novlar layihələndirilməlidir. Novların oxları arasındakı məsafə 2,5-3,0 m olmalıdır. Bir novun en kəsik sahəsi (28) düsturu ilə hesablanmalıdır.

burada Q - üzən suqəbuledici-şəffaflandırıcının məhsuldarlığı, m3/s;

nn - novların sayı;

vn- novun çıxışında suyun hərəkət sürəti olub 0,5-0,6 m/s qəbul edilir.

Məhsuldarlığı 10-15 min m3/sut olan suqəbuledicilərdə şəffaflanmış suyun toplanması radial, yaxud kənar divarlarda yerləşdirilmiş novlar vasitəsilə ola bilər. Suyun müntəzəm toplanmasını təmin etmək üçün nazik laylı elementlərin yuxarı tili ilə novlardakı üçbucaq şəkilli suaşıranların aşağı tili arasındakı məsafə 35-50 sm olmalıdır.

9.2.11.12. Mənbədə və su toplayan kameradakı su səviyyələri arasındakı fərq 5-10 sm olmalıdır.

9.2.11.13. Pontonun hesablanması zamanı çaydakı axının hidromorfoloji rejimi, yaranan dalğaların hündürlüyü və s. amillər nəzərə alınmalıdır.

9.2.12. Sürətli süzgəclər

9.2.12.1. Süzgəclər və onların kommunikasiyaları normal və sürətlənmiş rejimlərdə (süzgəclərin bir qismi təmirdə olduqda) işləməyə hesablanmalıdır. Sütəmizləyici komplekslərdə süzgəclərin sayı 20-ə qədər olduqda bir, çox olduqda isə ikisüzgəcin təmirə dayandırılmasının mümkünlüyü nəzərə alınmalıdır.

9.2.12.2. Süzgəcləri yükləmək üçün kvars qumundan, xırdalanmış antrasit və keramzitdən, həmçinin digər materiallardan istifadə etmək olar. Bütün süzücü materiallar texnoloji prosesi təmin etməli, tələb olunan kimyəvi dayanıqlığa və mexaniki möhkəmliyə malik olmalıdırlar. Təsərrüfat-içməli su təchizatında maddə 4.3-ün tələbləri nəzərə alınmalıdır.

9.2.12.3. Texnoloji tədqiqatlar aparılmadıqda normal və sürətlənmiş rejimlərdə süzmə sürətləri yumalar arası süzgəclərin aşağıda göstərilən müddətdən az olmayaraq işləməsi nəzərə alınmaqla cədvəl 20-dən qəbul edilməlidir: normal rejimdə ən azı 8-12 st, sürətlənmiş rejimdə, yaxud süzgəclərin yuyulma prosesi tam avtomatlaşdırıldıqda 6 st. Bütün variantlarda təsərrüfat-içməli su kəmərləri üçün DÜİST 2874-ün tələbləri ödənilməlidir.

9.2.12.4. Süzgəclərin ümumi sahəsi (29) düsturu ilə hesablanmalıdır.

burada Q- sutəmizləyici kompleksin sutkalıq faydalı məhsuldarlığı, m3/sut.;

Tk- kompleksin sutka ərzində fəaliyyət müddəti, st;

vn- normal rejimdə hesabi süzməsürəti, m/st (düstur 31 ilə aparılan hesabatlar nəzərə alınmaqla cədvəl 20-dən qəbul edilir);

ny- normal istismar rejimində bir süzgəcin bir sutkada yuyulma sayı;

qy- süzgəcin yuyulması üçün xüsusi su sərfi, m3/m2 (maddə 9.2.12.16-nın göstərişləri nəzərə alınmaqla hesablanmalıdır);

-yuma prosesində süzgəcin dayanma vaxtı olub süzgəclər su ilə yuyulduqda 0,33 st, su və

hava ilə yuyulduqda 0,5 st qəbul edilir.

Qeyd: Hava-su qarışığı ilə yuma zamanı qy qiyməti prosesin ayrı-ayrı mərhələlərinə uyğun gələn qiymətlərin cəmi kimi təyin edilir.

Cədvəl 20. Müxtəlif materialdan süzücü yüklər üçün normal və sürətlənmiş iş rejimində süzmə sürətləri

 

Süzgəclər

Süzücü layın xarakteristikası

Süzmə sürəti, m/st

Süzücü yük materialı

Dənələrin diametri, mm

Yükün eyni cinsli olmamaq əmsalı

Layın hündürlüyü, m

normal rejimdə, vn

sürətlənmiş rejimdə,

vs

ən kiçik

ən böyük

ekvivalent

Müxtəlif iriliyə malik yüklü bir laylı sürətli süzgəclər

Kvars qumu

0,5

0,7

0,8

1,2

1,6

2,0

0,7-0,8

0,8-1,0

1,0-1,2

1,8-2,0

1,6-1,8

1,5-1,7

0,7-0,8

1,3-1,5

1,8-2,0

5-6

6-8

8-10

6-7,5

7-9,5

10-12

Xırdalanmış keramzit

0,5

0,7

0,8

1,2

1,6

2,0

0,7-0,8

0,8-1,0

1,0-1,2

1,8-2,0

1,6-1,8

1,5-1,7

0,7-0,8

1,3-1,5

1,8-2,0

6-7

7-9,5

9,5-12

7-9

8,5-11,5

12-14

İki laylı sürətli süzgəclər

Kvars qumu

0,5

1,2

0,7-0,8

1,8-2

0,7-0,8

7-10

8,5-12

Xırdalanmış keramzit, yaxud antrasid

0,8

1,8

0,9-1,1

1,6-1,8

0,4-0,5

Q e y d:

1. Hesabi süzmə sürətlərinin cədvəldə göstərilən qiymətlərisu təchizatı mənbəyində suyun keyfiyyətindən, süzmədən əvvəl emal texnologiyasından və digər yerli şərtlərdən asılı olaraq qəbul edilməlidir. Su təsərrüfat-içməkli ehtiyacları üçün təmizləndikdə süzmə sürətlərinin daha kiçik qiymətləri qəbul edilməlidir.

2. Süzücü yükünün dənələrinin iriliyi 0,8-2 mm olan bir laylı sürətli süzgəclər yalnız istehsalat su təchizatında qəbul edilməlidir.

3. Süzgəc yüklərinin iriliyinin qəbul edilmişdən 10%-ə qədər kənara çıxmasına yol verilir.

4. Cədvəl 20-də göstərilməyən süzücü materiallardan istifadə etdikdə tövsiyə olunan parametrlər bu materialla aparılmış təcrübələrin, yaxud mövcud tətbiqinin nəticələrinin təhlili əsasında dəqiqləşdirilməlidirlər.

5. Dənələrin ekvivalent diametri (de) aşağıdakı düsturla hesablanmalıdır:

burada Pi- süzücü yükdə dənələrinin orta diametri di olan fraksiyaların faizlə miqdarıdır.

6. Yükün eyni cinsli olmamaq əmsalı: K = d80/d10,

burada d10-süzücü yükün ümumi kütləsinin 10%-nin ələkdən keçdiyi dənələrinin diametri, mm;

d80-süzücü yükün ümumi kütləsinin 80%-nin ələkdən keçdiyi dənələrinin diametridir, mm.

7. İki pilləli süzmə texnoloji sxemlərində süzmə sürətləri cədvəldə göstəriləndən 10-15% artıq qəbul edilməlidir.

8. Süzücü yük xırdalanmış keramzit və antrasitdən qəbul edildikdə su-hava ilə yuyulmasına yol verilmir.

 

9.2.12.5. Məhsuldarlığı 1600 m3/sut-dan çox olan sutəmizləyici komplekslərdə süzgəclərin sayı 4-dən az olmamalıdır. Məhsuldarlığı 8-10 min m3/sut-dan çox olan sutəmizləyici komplekslərdə süzgəclərin sayı (30) düsturu ilə hesablanmalı, nəticə yaxın bütöv (süzgəclərin planda yerləşdirilmə sxemindən asılı olaraq; cüt, yaxud tək) rəqəmlə qəbul edilməlidir.

Bu zaman aşağıdakı nisbət təmin olunmalıdır:

burada N1- təmirdə olan süzgəclərin sayı, (bax, maddə 9.2.12.1);

vs - sürətlənmiş rejimdə süzmə sürəti olub cədvəl 20-də göstəriləndən çox olmamalıdır.

Bir süzgəcin sahəsi 100-120 m2-dən çox qəbul edilməməlidir.

9.2.12.6. Süzgəcdə həddi basqı itkisi açıq süzgəclərdə süzgəcin növündən asılı olaraq 0,29-0,34 bar, basqılı süzgəclərdə isə 0,58-0,78 bar qəbul edilməlidir.

9.2.12.7. Açıq süzgəclərdə süzücü yükün üstündəki su layının hündürlüyü 2 m-dən az olmamalıdır; inşaat hündürlüyü suyun süzgəcdəki hesabi səviyyəsindən ən azı 0,5 m yuxarı olmalıdır.

9.2.12.8. Süzgəclərin bir hissəsi yuyulmağa saxlanıldıqda fəaliyyətdə olanlarda süzmə sürəti sabit, yaxud artan qəbul edilməlidir; bu zaman süzmə sürətinin qiyməti cədvəl 20-də göstərilənlərdən (vs) artıq olmamalıdır. Süzgəclər sabit süzmə sürəti ilə işlədikdə onlardakı normal su səviyyəsinə (32) düsturu ilə hesablanmış hündürlük əlavə edilməlidir.

burada W0- eyni vaxtda yuyulan süzgəclərin işləmədiyi vaxt toplanan su həcmi, m3;

- su toplanan süzgəclərin sahələrinin cəmidir, m2.

Sürətlənmiş rejimdə boru kəmərlərində (süzgəcə suyu gətirən və süzülmüş suyu süzgəcdən aparan) suyun hərəkət sürəti 1-1,5 m/s-dən artıq olmamalıdır.

 

9.2.12.9. Böyük müqavimətli borulu paylaşdırıcı sistemlər (drenaj sistemləri) saxlayıcı laya (çınqıl, yaxud digər oxşar materiallar),yaxud bilavasitə süzücü laya çıxışla qəbul edilməlidir. İstismar zamanı paylayıcı sistemin təmizlənə bilməsinin, diametri 800 mm-dən böyük olan kollektorların təftiş edilə bilməsinin mümkünlüyü mütləq təmin edilməlidir.

9.2.12.10. Böyük müqavimətli paylaşdıran sistemləri olan süzgəclərdə saxlayıcı layı təşkil edən fraksiyaların iriliyi və laylarının hündürlüyü cədvəl 21-ə əsasən qəbul edilməlidir.

Cədvəl 21. Saxlayıcı layı təşkil edən fraksiyaların iriliyi və laylarının hündürlüyü

 

Dənələrin iriliyi, mm

Layın hündürlüyü, mm

40 – 20

Layın yuxarı sərhəddi paylıaşdırıcı borunun yuxarı səviyyəsində olmalıdır; deşiklərdən ən azı 100 mm yuxarı olmaqla

20 – 10

100 – 150

10 – 5

100 – 150

5 - 2

50 - 100

Q e y d:

1.Su-hava qarışığı ilə yumada hava boru sistemi ilə verilərsə dənələrinin iriliyi 10-5 və 5-2 mm olan layların hər birinin qalınlığı 150-200 mm qəbul edilməlidir.

2. Süzücü yükünün dənələrinin iriliyi 2 mm-dən az olan süzgəclər üçün dənələrinin iriliyi 2-1,2 mm,hündürlüyü 100 mm olan əlavə saxlayıcı lay nəzərdə tutulmalıdır.

 

9.2.12.11. Borulu drenajların qollarında nəzərdə tutulmalıdır: saxlayıcı laylar olduqda - diametri 10-12 mm olan deşiklər, saxlayıcı laylar olmadıqda - eni süzücü yük dənələrinin minimal ölçülərindən 0,1 mm az olan yarıqlar. Deşiklərin ümumi sahəsi süzgəcin işçi sahəsinin 0,25-0,5%-i, yarıqların sahəsi isə 1,5-2%-i qədər olmalıdır. Deşiklər borularda iki sırada şahmat qaydası ilə, şaquli istiqamətə görə aşağıya 450 bucaq altında düzülməlidir.

Yarıqlar borunun oxu üzrə eninə və borunun perimetri boyu ən azı iki sırada müntəzəm yerləşdirilməlidir.

Qollar arasındakı məsafə 250-350 mm, deşiklərin oxları arasındakı məsafə 150-200 mm, yarıqlar arasında 20 mm-dən az olmayaraq, qolların aşağasından süzgəcin dibinə qədər olan məsafə 80-120 mm qəbul edilməlidir. Süzgəc yuyulan zaman paylaşdırıcı boruda basqı itkisi 0,68 bar.-dan çox olmamalıdır. Paylaşdırıcı sistemdə basqı itkisi düstur (33) ilə təyin edilməlidir.

 

burada vk- kollektorun başlanğıcında sürət, m/s.;

vg.q - qol boruya girişdə orta sürət, m/s.;

- hidravlik müqavimət əmsalı olub, qiyməti maddə 9.2.9.10-nun göstərişlərinə əsasən təyin edilir.

9.2.12.12. Borulu paylaşdırıcı sistem kollektorunun en kəsik sahəsi bütün uzunluğu boyu sabit olmalıdır.Yuma zamanı suyun hərəkət sürəti kollektorun başlanğıcında 0,8-1,2 m/s, qolların başlanğıcında isə 1,6-2,0 m/s qəbul edilməlidir. Kollektorun konstruksiyası qolların üfüqi və bir-birindən eyni məsafədə yerləşdirilməsini təmin etməlidir.

9.2.12.13. Tullayıcı kanala perpendikulyar yerləşdirilmiş və üstü qalınlığı 40 mm-dən az olmayan polimerbeton lövhələrlə örtülmüş kanal şəkilli saxlayıcı laysız paylaşdırma sisteminin qəbuluna yol verilir.

9.2.12.14. Süzgəc su və hava ilə yuyulduqda başlıqlarla təchiz edilmiş paylaşdırma sistemindən istifadə etmək lazımdır; süzgəcin 1 m2 işçi sahəsindəki başlıqların sayı 35-50 ədəd həddində olmalıdır.

Yarıqlı başlıqlarda basqı itkisi (8) düsturu ilə hesablanmalıdır; suyun, yaxud su-hava qarışığının başlıqların yarıqlarında hərəkət sürəti 1,5 m/san-dən az olmamalı və müqavimət əmsalı  qəbul edilməlidir.

9.2.12.15. Süzgəci yumağa su verən boruda toplanan havanı çıxarmaq üçün üstündə bağlayıcı armatur, yaxud havanı avtomatik buraxmaq üçün qurğular quraşdırılmış, diametri 75-150 mm olan dik hava boruları nəzərdə tutulmalıdır; süzülmüş su (filtrat) kollektorunda da üstündə hava burax-maq üçün ventil, yaxud digər qurğu quraşdırılmış, diametri 50-75 mm olan dik hava boruları nəzərdə tutulmalı və onların sayı süzgəcin sahəsi ≤ 50 m2 olduqda bir, bundan çox olduqda iki ədəd (kollektorun başlanğıcında və sonunda) qəbul edilməlidir.

Yumaya su verən borular süzgəc novlarının yuxarı tilindən aşağı yerləşdirilməlidir.

Süzgəc paylaşdırıcı sistem vasitəsilə boşaldılmalı və bunun üçün üstündə siyirtmə quraşdırılmış, diametri 100-200 mm olan (süzgəcin sahəsindən asılı olaraq) xüsusi su buraxıcı boru nəzərdə tutulmalıdır.

9.2.12.16. Süzücü yükü yumaq üçün süzülmüş sudan istifadə edilməlidir. Yumanın süzgəc yükü səthinin üstündə yerləşdirilmiş paylaşdırma sistemi ilə aparılmasına yol verilir.

Kvars qumundan olan yükün su ilə yuyulma parametrləri cədvəl 22-ə əsasən qəbul edilməlidir.

Süzgəc keramzitlə yükləndikdə onun markasından asılı olaraq yuma intensivliyi 12-15 l/(s.m2) (böyük qiymətlər böyük sıxlığa malik keramzit üçündür) qəbul edilməlidir.

Cədvəl 22. Kvars qumundan ibarət yükün su ilə yuyulma parametrləri

Süzgəclər və onların süzücü yükü

Yuma intensivliyi, l/(s.m2)

Yumanın davam etmə müddəti, dəq.

Yükün nisbi genişlənmə qiyməti, %

Bir laylı sürətli süzgəclər. Yük dənələrinin diametri, D,mm:

 

 

 

0,7-0,8

12-14

6-5

45

0,8-1

14-16

6-5

30

1-1,2

16-18

6-5

25

İki laylı sürətli süzgəclər

14-16

7-6

50

Q e y d:

1.Yuma intensivliyinin böyük qiymətləri az davametmə müddətinə uyğundur.

2. Yuxarı yuma hərəkət etməyən qurğudan ibarət olduqda yuma intensivliyi 3-4 l/(s.m2), basqı isə 2,9-3,9 bar qəbul edilməlidir. Yuma müddəti 5-8 dəq-ə, onun 2-3 dəqiqəsi aşağı yuma başlayana qədər. Paylaşdırıcı borular yük səthindən 60-80 mm məsafədə hər 700-1000 mm-dən bir yerləşdirilməlidir.Paylaşdırıcı borulardakı deşiklər, yaxud taxmalar arasındakı məsafə 80-100 mm qəbul edilməlidir. Fırlanan qurğulu yuma sistemi olduqda yuma intensivliyi 0,5-0,75 l/(s.m2), basqı isə 3,8-4,4 bar qəbul edilməlidir.

 

9.2.12.17. Yuma suyunu toplayıb kənar etmək üçün yarımdairəvi, yaxud beşbucaq en kəsik sahəsinə malik novlar nəzərdə tutulmalıdır. Qonşu novların oxları arasındakı məsafə 2,2 m-dən çox olmamalıdır. Novun eni (34) düsturu ilə hesablanmalıdır.

burada qn- novun su sərfi, m3/s.;

an-novun düzbucaq sahəsinin hündürlüyünün eninin yarısına olan nisbəti,(1-1,5 qəbul edilməlidir);

Kn- əmsal: yarımdairə dibli novlar üçün 2,beşbucaq novlar üçün 2,1 qəbul edilməlidir.

Bütün novların yuxarı tilləri bir səviyyədə və tam üfüqi vəziyyətdə olmalıdır.

Novların dibi yığıcı kanala tərəf 0,01 mailliyə malik olmalıdır.

9.2.12.18. Yığıcı kanalı olan süzgəclərdə novun dibindən kanalın dibinə qədər olan məsafə (35) düsturu ilə hesablanmalıdır.

burada qkan- kanalın su sərfi, m3/s.;

Bkan- kanalın enidir, m (0,7 m-dənaz qəbul edilmir).

Q e y d. Yuma suyunu kənar edən borunun yaratdığı müqavimət nəzərə alınmaqla kanalda suyun səviyyəsi novun dibindən 0,2 m aşağı olmalıdır.

9.2.12.19. Süzücü yük səthindən novlarınyuxarı tilinə qədər olan məsafə (36) düsturuilə hesablanmalıdır.

burada Hy- süzücü layın hündürlüyü, m;

ay- süzücü yükün faizlə nisbi genişlənmə əmsalı olub cədvəl 22-ə əsasən qəbul edilməlidir.

9.2.12.20. Su-hava qarışığı ilə yuma kvars qumu ilə yüklənmiş süzgəclərdə aşağıdakı rejimdə tətbiq edilməlidir: 1-2 dəq-ə müddətində hava ilə üfürmə - havanın verilmə intensivliyi 15-20 l/(s.m2), sonra 4-5 dəq-ə müddətində hava və su ilə birlikdə yuma - havanın verilmə intensivliyi 15-20 l/(s.m2), suyun verilmə intensivliyi 3-4 l/(s.m2) və nəhayət 4-5 dəq-ə müddətində 6-8l/(s.m2) intensivliklə suyun (atılmadan) verilməsi.

Q e y d.

1. Daha iri dənəli yuklər üçün su və havanın verilmə intensivliyinin maksimum qiymətləri uyğundur.

2. Müvafiq əsaslandırmadan sonra göstəriləndən fərqlənən rejimlərin qəbuluna yol verilir.

9.2.12.21. Su-hava qarışığı ilə yuma zamanı su və hava xüsusi taxmalarla təchiz edilmiş, yaxud su və hava ayrılıqda müstəqil borulu paylaşdırıcı sistemlərlə verilməlidir.

9.2.12.22. Su-hava qarışığı ilə yuma zamanı yuma suyunu kənar etmək üçün iki maili divarın (suaşıran və əks etdirən) yaratdığı qumtutan novla təchiz edilmiş üfüqi sistem tətbiq edilməlidir.

9.2.12.23. Yuma suyu nasoslarla, yaxud çəndən verilməlidir. Kompleksdəki süzgəclərin sayından asılı olaraq yuma sistemləri bir, yaxud bir neçə süzgəcin eyni vaxtda yuyulmasına hesablanmalıdır. Yuma çəninin həcmi yumaların hesabi sayından əlavə daha bir süzgəcin yuyula bilməsini təmin etməlidir.

Süzgəci yumaq üçün tələb olunan basqı paylaçdırıcı sistemdə,yuma suyunu nəql etdirən kommunikasiyalarda və süzücü yükdəki basqı itkiləri nəzərə alınmaqla təyin edilməlidir.

Yuma çəninə su vuran nasos onun intensivləşdirilmiş rejimdə iki yuma arasındakı vaxtdan çox olmayan müddətdə dolmasını təmin etməlidir. Nasos yuma suyunu təmiz süzülmüş su rezervuarından götür-məlidir. Yuma suyunun miqdarı süzülmüş su sərfinin 50%-dən çox olmayan hallarda suyun süzülmüş su borusundan götürülməsinə yol verilir.

Süzülmüş su rezervuarında hesabi yuma sayından bir artıq yumaya tələb olunan ehtiyat su miqdarının olması nəzərdə tutulmalıdır.

Yuma suyunu gətirən və aparan boru kəmərlərində sürət 1,5-2,0 m/s qəbul edilməlidir. Yuma suyunu süzgəclərə verən və süzgəclərdən aparan borulara hava daxil olmasının mümkünlüyü tam aradan qaldırılmalıdır.

 

9.2.13. İri dənəli süzgəclər

9.2.13.1. İri dənəli süzgəclər istehsalat ehtiyaclarını ödəməyə verilən suyun koaqulyasiya ilə, yaxud onsuz qismən şəffaflandırılması üçün tətbiq edilməlidir.

9.2.13.2. Süzgəcləri yükləmək üçün kvars qumundan və texnoloji prosesi təmin edən, tələb olunan mexaniki möhkəmliyə və kimyəvi dayanıqlığa malik olan digər materiallardan istifadə edilməlidir. Süzgəclərin yüklərinin xarakteristikası cədvəl 23-də verilir.

Cədvəl 23. İri dənəli süzgəclərin yükləri

Yükün materilı

Dənələrin iriliyi, mm

Bircinsli olmamaq əmsalı (ən çoxu)

Yükün hündürlüyü, m

Süzmə sürəti, m/st

Kvars qumu

Həmçinin

1 – 2

1,6 – 2,5

1,8

2

1,5 – 2

2,5 - 3

10 – 12

13 - 15

Q e y d. Suyun qismən şəffaflandırılması üçün penopolistiroldan üzən yükü olan xüsusi konstruksiyalı süzgəclərdən istifadə olunmasına yol verilir.

9.2.13.3. Basqılı iri dənəli süzgəcləri süzücü yük və drenajda 1,46 bar-a qədər, açıq süzgəcləri isə 0,3-0,34 bar həddi basqı itkisinə hesablamaq lazımdır.Açıq süzgəclərdə yükün üstündə 1,5 m su layının olması nəzərdə tutulmalıdır.

9.2.13.4. İri dənəli süzgəclərin hava və su ilə yuyulması nəzərdə tutulmalıdır. Su və hava paylaşdırıcı sistemləri, yaxud birləşdirilmiş su-hava sistemi 9.2.12.14, 9.2.12.15, 9.2.12.21- 9.2.12.23 maddələrinin göstərişlərinə əsasən su və havanın maddə 9.2.13.6-da tövsiyə edilən intensivliklə verilməsinə hesablanmalıdır.

9.2.13.5. Yuma suyunu açıq süzgəclərdən kənarlaşdıran qurğuların layihələndirilməsi maddə 9.2.12.22-nın göstərişlərinə əsasən həyata keçirilməlidir.

9.2.13.6. İri dənəli süzgəclər hesablanan zaman aşağıdakı yuma rejimi qəbul edilməlidir: süzücü yükün hava ilə 15-25 l/(s.m2) intensivliklə 1 dəq-ə yumşaldılması; 3,5-5 l/(s.m2)intensivlikə verilən su və 15-25 l/(s.m2)intensivlikə verilən havanın yaratdığı su-hava qarışığı ilə 5 dəq-ə yuma; 7-9 l/(s.m2)intensivlikə verilən su ilə 3 dəq-ə yuma. İntensivliyin yuxarı qiymətləri daha böyük iriliyə malik yüklərə şamil edilir.

9.2.13.7. İri dənəli süzgəclərin sahəsi maddə 9.2.12.4-ün göstərişlərinə əsasən təyin edilməlidir.

9.2.13.8.Süzgəclərin sayı 10-a qədərolduqda təmirə bir, bundan çox olduqda isə iki süzgəcin dayandırılmasının mümkünlüyü nəzərdə tutulmalıdır. İşləyən süzgəclərdə süzmə sürəti cədvəl 23-də göstərilən qiymətlərin maksimal həddindən çox olmamalıdır.

9.2.14. Təmas şəffaflandırıcılar

9.2.14.1.Təmas şəffaflandırıcılar işləyən sutəmizləyici komplekslərdə tələb olunan basqını, suyun reagentlərlə qarışmasını və təmasda olmasını, həmçinin sudan havanın kənar edilməsini təmin edən torlu barabanlı süzgəclər və giriş kamerası nəzərdə tutulmalıdır.

9.2.14.2. Giriş kamerasının həcmi suyun onda ən azı 5 dəq-ə qalmasina hesablanmalıdır. Kamera daşma və buraxıcı borulara malik ən azı iki şöbədən ibarət olmalıdır.

Q e y d:

1. Torlu barabanlı süzgəclər giriş kamerasının üstündə yerləşdirilməlidir; əsaslandırma olduqda torlu süzgəcləri ayrıca binada yerləşdirməyə yol verilir.Onların layihələndirilməsi 9.2.2.1-9.2.2.4 maddələrinin göstərişlərinə əsasən yerinə yetirilməlidir.

2. Qarışdırıcı qurğular, reagentlərin daxil edilmə ardıcıllığı və daxil edilmələri arasındakı vaxt 9.2.4.1; 9.2.4.2; 9.2.3.3-9.2.3.4 maddələrinin göstərişlərinə uyğun qəbul edilməlidir.

Kameradan sonra reagentin əlavə daxil edilməsinin mümkünlüyü nəzərdə tutulmalıdır.

9.2.14.3. Giriş kameralarında suyun səviyyəsi təmas şəffaflandırıcılarda suyun səviyyəsindən

(37) düsturu ilə hesablanmış Hg.k, qədər yuxarı olmalıdır.

burada hy -süzücü qum layında bu layın hündürlüyünə bərabər qəbul edilən həddi basqı itkisi, m;

hc- giriş kamerasının əvvəlindən şəffaflandırıcıların yükünə qədərolan məsafədə suyun hərəkət yolunda baş verən basqı itkilərinin cəmidir, m.

Su kameralardan təmas şəffaflandırıcılara onlardakı suyun səviyyəsindən ən azı 2 m aşağıda yerləşən nöqtədən aparılmalıdır. Kameralarda və boru kəmərlərində suyun hava ilə zənginləşmə ehtimalı tamamilə aradan qaldırılmalıdır.

9.2.14.4. Təmas şəffaflandırıcılar su ilə yuyulduqda saxlayıcı laysız, su-hava qarışığı ilə yuyulduqda saxlayıcı laylı layihələndirilməlidir.

Təmas şəffaflandırıcıların yükü cədvəl 24-ə əsasən qəbul edilməlidir.

9.2.14.5. Saxlayıcı layları olmayan təmas şəffaflandırıcılarda süzmə sürəti normal rejimdə 4-5 m/st, intensiv rejimdə 5-5,5 m/st; saxlayıcı layları olanlarda normal rejimdə 5-5,5 m/st, intensiv rejimdə 5,5-6 m/st qəbul edilməlidir.

Su təsərrüfat-içməli məqsədlər üçün təmizləndikdə sürətlərin aşağı qiymətləri qəbul edilməlidir.

Təmas şəffaflandırıcıların azalan istiqamətə doğru dəyişən süzmə sürəti ilə işləməsinə yol verilir, bu şərtlə ki, orta süzmə sürəti hesabi sürətə bərabər olsun.

9.2.14.6.Təmas şəffaflandırıcıların ümumi sahəsi ilk filtratın istehsalat kanalizasiyasına atılması şərtilə (38) düsturu ilə hesablanmalıdır.

Cədvəl 24. Təmas şəffaflandırıcılarda müxtəlif iriliyə malik yük laylarının qalınlığı

Göstəricilər

Şəffaflandırıcılarda qum və çınqıl laylarının hündürlüyü, m

saxlayıcı laysız

saxlayıcı laylı

Qum və çınqıl dənələrinin iriliyi, mm:

40 – 20

20 – 10

10 – 5

5 – 2

2 – 1,2

1,2 – 0,7

Qum dənələrinin ekvivalent diametri, mm

 

-

-

-

0,5 – 0,6

1,0 – 1,2

0,8 – 1,0

1,0 – 1,3

 

0,20 – 0,25

0,10 – 0,15

0,15 – 0,20

0,30 – 0,40

1,20 – 1,30

0,80 – 1,00

1,00 – 1,30

Q e y d:

1.Saxlayıcı layları olan təmas şəffaflandırıcılarda iriliyi 40-20 mm olan çınqılın yuxarı sərhəddi

paylaşdırıcı sistemin borularının yuxarı səviyyəsində olmalıdır. Yükün ümumi hündürlüyü 3 m-dən çox

olmamalıdır.

2.Təmas şəffaflandırıcıları yükləmək üçün çınqıl və kvars qumundan, həmçinin maddə 9.2.12.2-nın tələblərinə

cavab verən və sıxlığı 2,5-3,5 qr/sm3 olan digər materiallar istifadə edilməlidir.

 

 

burada - ilk filtratın atılmasının davametmə müddəti (dəq-ə) olub maddə 9.2.14.8-in göstərişlərinə əsasən qəbul edilir. Düsturdakı qalan parametrlər (29) düsturunda olduğu kimidir.

Kompleksdəki şəffaflandırıcıların sayı maddə 9.2.12.5-in tövsiyələrinə əsasən qəbul edilməlidir.

9.2.14.7. Yuma üçün təmizlənmiş sudan istifadə edilməlidir. Aşağıdakı hallarda yuma üçün təmizlənməmiş sudan istifadəyə yol verilir: suyun bulanıqlığı 10 mq/l-dən və koli-indeksi 1000 vahid/l-dən çox olmamalı, barabanlı torlarda (yaxud mikrosüzgəclərdə) yetərincə təmizlənməli və zərərsizləşdirilməlidir.Təmizlənmiş sudan istifadə etdikdə onun yuma suyu toplanan çənə verilməsi sərbəst axınla təmin edilməlidir. Süzülmüş suyun yuma üçün birbaşa rezervuarlardan, yaxud boru kəmərlərindən götürülməsinə yol verilmir.

9.2.14.8.Təmas şəffaflandırıcılarının yuma rejimi cədvəl 25-ə əsasən qəbul edilməlidir.

Təmas şəffaflandırıcıların hava-su qarışığı ilə yuyulması aşağıdakı rejimlə olmalıdır: yükün 18-20 l/(s.m2) intensivliklə 1-2 dəq-ə hava ilə yumşaldılması; havanın 18-20 l/(s.m2) və suyun 3-3,5 l/(s.m2) intensivliklə birgə verilməsində yaranan hava-su qarışığı ilə 6-7 dəq-ə yuma; 6-7 l/(s.m2) intensivliklə verilən su ilə 5-7 dəq-əəlavə yuma.

Cədvəl 25. Təmas şəffaflandırıcıların yuyulma rejimi

Göstərici

Ölçü vahidi

Miqdarı

Yumanın davam etmə müddəti

dəq

7 – 8

Suyun verilmə intensivliyi

l/(s.m2)

15 – 18

İlk filtratın atılma müddəti:

 

 

təmizlənmiş su ilə yuduqda

dəq

10 – 12

təmizlənməmiş su ilə yuduqda (bax m.9.2.14.6)...

dəq

12 – 15

Təmizlənmiş su ilə yuduqda ilk filtrat 5-10 dəq-ə müddətində, təmizlənməmiş su ilə yuyulduqda isə 10-15 dəq-ə müddətində istehsalat kanalizasiyasına axıdılmalıdır.

9.2.14.9. Saxlayıcı layı olan və hava-su qarışığı ilə yuyulan təmas şəffaflandırıcılarda suyun və havanın verilməsi üçün borulu paylaşdırıcı sistem və yuma suyunu üfüqi kənarlaşdırmaq üçün sistem qəbul edilməlidir.

Saxlayıcı layı olmayan təmas şəffaflandırıcılarda deşikli borular boyu borualtı fəzanı özəklərə ayırmış, aralarında eninə arakəsmələr qaynaqlanmış yan örtüklər olan paylaşdırıcı sistem nəzərdə tutulur.Deşiklər borularda şahmat qaydası ilə iki sırada düzülür və aşağıya doğru borunun şaquli oxuna görə 300 bucaq altında yönəldilir. Deşiklərin diametri 10-12 mm, oxları arasındakı məsafə 150-200 mm qəbul edilir. Paylayıcı sistem cədvəl 26-a əsasən layihələndirilməlidir.

Cədvəl 26.

Qol boruların diametri, mm

Deşiklərin sahələri cəminin şəffaflan-dırıcının sahəsinə olan nisbəti, %

M ə s a f ə, mm

qol boruların oxları arasındakı məsafə

şəffaflandırıcının dibindən örtüyün aşağı hissəsinə qədər

örtüyün aşağı hissəsindən qol boruların oxuna qədər

eninə arakəsmələr arasında

75

100

125

150

0,28 – 0,30

0,26 – 0,28

0,24 – 0,26

0,22 – 0,24

240 – 260

300 – 320

350 – 370

440 – 470

100 – 120

120 – 140

140 – 160

160 – 180

155

170

190

220

300 – 400

400 – 600

600 – 800

800 – 1000

 

 

 

 

 

 

Q e y d:

1.Yuma zamanı qol boruların girişində suyun hərəkət sürəti 1,4-1,8 m/s qəbul edilməlidir.

2.Boruların oxları arasındakı böyük məsafə şəffaflandırıcının dibindən örtüyün aşağısına qədər olan ən böyük məsafəyə uyğun gəlir.

 

9.2.14.10. Saxlayıcı layı olmayan təmas şəffaflandırıcılarda yuma suyunun 9.2.12.17-9.2.12.19 maddələrinə əsasən novlarla toplanması təmin edilməlidir. Novların kənarları üstündə hündürlüyü və eni 50-60 mm, oxları arasındakı məsafə 100-150 mm olan üçbucaq kəsikli lövhələr bərkidilməlidir.

9.2.14.11.Təmas şəffaflandırıcılara su verən və onlardan suyu kənarlaşdıran kanallar və kommunikasiyalar, yumaq üçün çənlər və nasoslar 9.2.12.13, 9.2.12.15, 9.2.12.23 maddələrinin göstərişlərinə əsasən lahiyələndirilməlidir. Təmas şəffaflandırıcılardan şəffaflanmış suyu aparan qol borunun aşağısı yuma zamanı yığıcı kanaldakı suyun səviyyəsindən 100 mm yuxarıda qalmalıdır.

Şəffaflanmış və yuma suyunu aparan boru kəmərləri elə yüksəklikdə olmalıdır ki, iş dövründə və yuma zamanı şəffaflandırıcıları su basmasın.

Təmas şəffaflandırıcılardakı suyu boşaltmaq üçün paylayıcı sistem kollektorunun aşağı hissəsində bağlayıcı qurğu ilə təchiz edilmiş boru kəməri nəzərdə tutulmalıdır. Su boşaldılan zaman şəffaflandırıcının gövdəsində saxlayıcı laylar olduqda 2 m/st-dan, saxlayıcı laylar olmadıqda isə 0,2 m/st-dan çox olmayan sürətlə aşağı enməlidir. Su saxlayıcı layları olmayan şəffaflandırıcılardan boşaldıldıqda süzücü yük dənələrinin qurğudan çıxarılmasının qarşısını almaq üçün müvafiq konstruktiv tədbirlər görülməlidir.

9.2.15. Az sürətli süzgəclər

9.2.15.1.Az sürətli süzgəclərdə hesabi süzmə sürəti 0,1-0,2 m/st həddində qəbul edilməlidir. Yuxarı sürət yalnız süzgəc yuyulan zaman yaranan sürətdir.

Süzgəclərin sayı üçdən az olmamalıdır. Süzgəcin eni 6 m-dən, uzunluğu 60 m-dən çox olmamalıdır.

Süzgəclərin yük laylarının hündürlüyü və lay dənələrinin iriliyi cədvəl 27-ə əsasən qəbul edilməlidir.

9.2.15.2. Az sürətli süzgəclər qum yükünün mexaniki,yaxud hidravlik regenerasiyası (bərpası) ilə layihələndirilməlidir.

Süzgəc yükünün 1 m2 səthində tutulmuş çirkin yuyulması üçün su sərfi 9 l/s,yuma müddəti isə süzgəcin hər 10 m uzunluğuna 3 dəq-ə qəbul edilməlidir.

9.2.15.3.Az sürətli süzgəcin yuyulmasına su xüsusi nasoslarla,yaxud xüsusi çəndən verilməlidir. Süzgəcin yuyulmasını şəffaflanmağa su verən nasosların işinin intensivləşdirilməsi hesabına, yaxud süzmə rejimində işləyən süzgəclərdəki su həcmi hesabina həyata keçirməyə yol verilir.

C ə d v ə l 27. Süzgəclərin yük laylarının hündürlüyü və lay dənələrinin iriliyi

Yuxarıdan aşağı layın sıra sayı

Süzücü yük materialı

Dənələrin iriliyi, mm

Yük layının hündürlüyü, mm

1

2

3

4

5

6

Qum

Qum

Qum

Çınqıl,yaxud qırma daş.

Həmçinin

Həmçinin.

0,3 – 1,0

1 – 2

2 – 5

5 – 10

10 – 20