×
E-QANUN
FREE
OPEN
AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARLARI
QƏBUL EDİLDİYİ TARİX
14.07.2015
QEYDİYYAT NÖMRƏSİ
266
ADI
“Azərbaycan Respublikasında mədəni irs nümunələrinin qorunması, bərpası və istifadəsi Qaydası”nın təsdiq edilməsi barədə
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Qəzeti (Dərc olunma tarixi: 31-07-2015, Nəşr nömrəsi: 162), Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31-07-2015, Nəşr nömrəsi: 07, Maddə nömrəsi: 897)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
31.07.2015
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
210.030.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
14201507140266
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
01.08.2015
“Azərbaycan Respublikasında mədəni irs nümunələrinin qorunması, bərpası və istifadəsi Qaydası”nın təsdiq edilməsi barədə

“Azərbaycan Respublikasında mədəni irs nümunələrinin qorunması, bərpası və istifadəsi Qaydası”nın təsdiq edilməsi barədə

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

“Mədəniyyət haqqında” Azərbaycan Respublikasının 2012-ci il 21 dekabr tarixli 506-IVQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 15 fevral tarixli 828 nömrəli Fərmanının 1.1.11-ci yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

“Azərbaycan Respublikasında mədəni irs nümunələrinin qorunması, bərpası və istifadəsi Qaydası” təsdiq edilsin (əlavə olunur).

 

Yaqub EYYUBOV,

Azərbaycan Respublikası Baş nazirinin birinci müavini

 

Bakı şəhəri, 14 iyul 2015-ci il

   № 266

 


 

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2015-ci il 14 iyul tarixli 266 nömrəli qərarı ilə

TƏSDİQ EDİLMİŞDİR

 

Azərbaycan Respublikasında mədəni irs nümunələrinin qorunması, bərpası və istifadəsi

 

QAYDASI

 

1. Ümumi müddəalar

 

1.1. Bu Qayda “Mədəniyyət haqqında” Azərbaycan Respublikası Qanununun 32.2-ci maddəsinə əsasən hazırlanmışdır və Azərbaycan Respublikasında mədəni irs nümunələrinin qorunması, bərpası və istifadəsi ilə bağlı münasibətləri tənzimləyir.

1.2. Milli mədəni irsə muzey, incəsənət, audiovizual (o cümlədən kino), teatr, kitabxana, əlyazma, arxiv, folklor, arxeologiya, etnoqrafiya, memarlıq, dekorativ-tətbiqi sənət nümunələri və tarix-mədəniyyət qoruqları aiddir. Mədəni irs nümunələri maddi (daşınmaz və daşınar) və qeyri-maddi mədəni irs nümunələrinə bölünür.

1.3. Mədəni irs nümunələrinin qorunması dedikdə, mədəni irs nümunələrinin silahlı münaqişələr, ixtişaşlar və ictimai asayişin pozulmasının digər halları da daxil olmaqla istənilən təhlükələrdən qorunması, habelə mədəni irs nümunələrinin zədələnməsi, deformasiyası, dağıdılması, sökülməsi, konfiqurasiyasının pozulması və ya silahlı münaqişələr, ixtişaşlar və ictimai asayişin pozulmasının digər halları da daxil olmaqla, istənilən təhlükələr nəticəsində dəyərini itirməsinin qarşısının alınması, mədəni sərvətlərin müəyyən edilməsi, tədqiqi, siyahıya alınması, monitorinqi və istifadəsinə nəzarət edilməsi məqsədi ilə mədəni irs nümunələrinin mühafizəsini təmin edən dövlət orqanları və bələdiyyələr tərəfindən həyata keçirilən hüquqi, maddi-texniki və təşkilati tədbirlər nəzərdə tutulur.

1.4. Milli mədəni irs obyektlərinin mühafizəsi mədəniyyət sahəsində dövlət reyestri sistemi vasitəsilə təmin edilir.

1.5. Mədəni irs nümunələrinin cari vəziyyəti mədəniyyət sahəsində dövlət monitorinqi vasitəsilə qiymətləndirilir.

1.6. Milli mədəni irs obyektlərinin sahiblərinə həmin obyektlərin mühafizəsini təmin etmək məqsədi ilə verilən təminatlar, habelə mədəni sərvətlərə mühafizə dərəcəsinin tətbiqi “Mədəniyyət haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq olaraq 38.4-cü və 39.1-ci maddələrinə əsasən tənzimlənir.

 

2. Daşınmaz mədəni irs nümunələrinin qorunması

 

2.1. Azərbaycan Respublikasında daşınmaz mədəni irs abidələri yerləşdirildiyi, aşkar olunduğu və ya inşa edildiyi məkanlarda qorunur.

2.2. Daşınmaz mədəni irs abidələrinin Azərbaycan Respublikasının Milli Mədəniyyət Əmlakının Dövlət Siyahısına və mədəni sərvətlərin mühafizə siyahısına daxil edilməsi Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən həyata keçirilir. Həmin siyahılara daxil edilən qoruqların sərhədləri (Şuşa Şəhəri Dövlət Qoruğu istisna olmaqla) və mühafizə zonaları Azərbaycan Respublikasının Nazirlər Kabineti, mədəni irs abidələrinin (“İçərişəhər” Dövlət Tarix-Memarlıq və “Qala” Dövlət Tarix-Etnoqrafiya qoruqlarının və Şuşa Şəhəri Dövlət Qoruğunun əraziləri istisna olmaqla) mühafizə zonaları Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, tabeliyindəki dövlət qoruqlarının ərazilərində Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi, “İçərişəhər” Dövlət Tarix-Memarlıq və “Qala” Dövlət Tarix-Etnoqrafiya qoruqlarının ərazilərində “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, Şuşa şəhərinin ərazisində isə Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi tərəfindən müəyyən edilir. [1]

2.3. Azərbaycan Respublikasında təbiət komplekslərinin, tarixi ərazilərin və mədəni irs abidələrinin qoruq elan edilməsi qanunla yaradılan qoruqlar istisna olmaqla, Azərbaycan Respublikasının Prezidenti tərəfindən həyata keçirilir. [2]

 

3. Daşınmaz mədəni irs nümunələrinin mühafizə zonası və qoruqların sərhədi

 

3.1. Daşınmaz mədəni irs nümunələrinin onların yerləşdiyi və ya inşa olunduğu yerlərdə qorunması məqsədi ilə mühafizə zonaları yaradılır.

3.2. Daşınmaz mədəni irs nümunələrinin mühafizə zonası daxilində istehsal və kommersiya fəaliyyətinin, tikinti inşaat fəaliyyətinin həyata keçirilməsi (daşınmaz mədəni irs nümunələrinin mühafizəsi məqsədi ilə həyata keçirilən fəaliyyət istisna olmaqla), həmçinin bədii estetik görkəminin dəyişdirilməsi və onlar üçün təhlükə yarada biləcək hər hansı işlərin aparılması qadağandır. Qoruqların (qanunla yaradılan qoruqlar istisna olmaqla) ərazilərində fəaliyyət Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 18 mart tarixli 74 nömrəli qərarı ilə təsdiq edilmiş “Abidə qoruqlarının nümunəvi Əsasnaməsi”nə uyğun olaraq həyata keçirilir. [3]

3.3. Qoruqların (Şuşa Şəhəri Dövlət Qoruğu istisna olmaqla) mühafizə zonaları və sərhədləri barədə təkliflər Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, tabeliyindəki dövlət qoruqlarının ərazilərində Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi, “İçərişəhər” Dövlət Tarix-Memarlıq və “Qala” Dövlət Tarix-Etnoqrafiya qoruqlarının ərazilərində isə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim edilir. [4]

3.4. Qoruqların (Şuşa Şəhəri Dövlət Qoruğu istisna olmaqla) mühafizə zonalarını və sərhədlərini müəyyən etmək məqsədi ilə ekspertizanın həyata keçirilməsini Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, tabeliyindəki dövlət qoruqlarının ərazilərində Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi, “İçərişəhər” Dövlət Tarix-Memarlıq və “Qala” Dövlət Tarix-Etnoqrafiya qoruqları ərazilərində isə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi təmin edir. [5]

3.5. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, tabeliyindəki dövlət qoruqlarının ərazilərində Azərbaycan Respublikasının Dövlət Turizm AgentliyiAzərbaycan Respublikasının Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi bu Qaydanın 3.4-cü bəndində göstərilən ekspertizanın nəticələrini Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim edilən təkliflərə əlavə etməlidirlər.

3.6. Şuşa Şəhəri Dövlət Qoruğunun sərhədləri və mühafizə zonası “Azərbaycanın mədəniyyət paytaxtı – Şuşa şəhəri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müəyyən edilir. [6]

 

4. Daşınmaz mədəni irs nümunələrinin bərpası, konservasiyası, təmir-tikintisi, rekonstruksiyası, ərazilərinin abadlaşdırılması

 

4.1. Dövlət mühafizəsində olan mədəniyyət obyektlərində aparılan bərpa, təmir-tikinti, rekonstruksiya və konservasiya işlərinin layihələri Azərbaycan Milli Elmlər Akademiyasının rəyi nəzərə alınmaqla, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və müvafiq ərazi üzrə Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi, Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, Şuşa şəhərinin ərazisində isə Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi ilə razılaşdırılmalıdır. Layihədə nəzərdə tutulmuş işlər Azərbaycan Milli Elmlər Akademiyasının rəyi nəzərə alınmaqla, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, tabeliyindəki dövlət qoruqlarının ərazilərində Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi, “İçərişəhər” Dövlət Tarix-Memarlıq və “Qala” Dövlət Tarix-Etnoqrafiya qoruqları ərazilərində “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, Şuşa şəhərinin ərazisində isə Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi tərəfindən təyin edilmiş mütəxəssisin iştirakı ilə həyata keçirilir. [7]

4.2. Daşınmaz tarix və mədəniyyət abidələrinin bərpası, konservasiyası, təmir-tikintisi, rekonstruksiyası, ərazilərinin abadlaşdırılması “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikasının Qanununa, Şuşa şəhərinin ərazisində, həmçinin “Azərbaycanın mədəniyyət paytaxtı – Şuşa şəhəri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. [8]

 

5. Daşınar mədəni irs nümunələrinin qorunması

 

5.1. Daşınar mədəni sərvətlər Azərbaycan Respublikasının Milli Mədəniyyət Əmlakının Dövlət Siyahısına və Mədəni Sərvətlərin Mühafizə Siyahısına daxil edilərək qorunur.

5.2. Əsas məqsədi daşınar mədəni sərvətlərin qorunması, saxlanması və ya sərgilənməsi olan muzeylər, kitabxanalar, arxivlər, dini qurumlar, arxeoloji komplekslər və bu qəbildən olan digər təşkilatlar tərəfindən aşağıdakı tədbirlər həyata keçirilməlidir:

5.2.1. mikrofilmlərə, rəngli fotoşəkillər də daxil olmaqla, mədəni sərvətlərin inventarlaşdırılmasının və kataloqlarının aparılmasının həyata keçirilməsi;

5.2.2. mədəni sərvətlərin zədələnməsinə, dağılmasına, deformasiyasına və dəyərini itirməsinə səbəb ola biləcək istidən, işıqdan, nəmişlikdən, çirklənmədən, müxtəlif kimyəvi və bioloji təsirlərdən, titrəyişdən qorunması üçün müasir texniki və təhlükəsizlik vasitələrindən istifadə edilməsi;

5.2.3. zəruri mütəxəssislərin hazırlanmasının təmin edilməsi.

5.3. Hüquqi və fiziki şəxslər, qeyri-hökumət təşkilatları, o cümlədən ictimai və yaradıcılıq birlikləri mülkiyyətlərində olan daşınar mədəni sərvətləri qorumalıdırlar. Bu məqsədlə onlar tərəfindən aşağıdakı tədbirlər görülməlidir:

5.3.1. mülkiyyətlərində olan mədəni sərvətlərin siyahıya alınması, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, tabeliyindəki dövlət qoruqlarının ərazilərində Azərbaycan Respublikasının Dövlət Turizm AgentliyiAzərbaycan Respublikasının Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, Şuşa şəhərinin ərazisində isə Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi ilə məlumat mübadiləsinin həyata keçirilməsi; [9]

5.3.2. mühafizə dərəcəsinin tətbiq edilməsi məqsədi ilə mədəni sərvətlərin mülkiyyətçisi və ya istifadəçisi tərəfindən Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, tabeliyindəki dövlət qoruqlarının ərazilərində Azərbaycan Respublikasının Dövlət Turizm AgentliyiAzərbaycan Respublikasının Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, Şuşa şəhərinin ərazisində isə Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi ilə mühafizə müqaviləsinin bağlanılması.

5.4. Azərbaycan Respublikasında milli kulinariya nümunələrinin sistemləşdirilməsi, qorunması, təbliği Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi tərəfindən həyata keçirilir. Kulinariya nümunələrinin milli mədəni irsə aid edilməsi Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi tərəfindən həyata keçirilir. [10]

 

6. Qeyri-maddi mədəni irs nümunələrinin qorunması

 

6.1. Azərbaycan Respublikasında qeyri-maddi mədəni irs nümunələri dövlət tərəfindən qorunur.

6.2. Qeyri-maddi mədəni irs nümunələrinin qorunması özündə eyniləşdirmə, sistemləşdirmə, saxlanma, mühafizə, yaxşılaşdırma, nəsildən-nəslə ötürülmə daxil olmaqla, mədəni irsin müxtəlif aspektlərinin bərpası istiqamətində keçirilən fəaliyyətlərlə təmin edilir.

6.3. Qeyri-maddi mədəni irsin müəyyən edilməsi, sistemləşdirilməsi və təşviqi məqsədi ilə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən mədəniyyət sahəsində dövlət reyestri sisteminə daxil olan qeyri-maddi mədəni irs nümunələrinin dövlət reyestri aparılır. [11]

 

7. Mədəni irs nümunələrinin bərpası

 

7.1. Mədəni irs nümunələrinin bərpası aşağıdakı üsullarla həyata keçirilir:

7.1.1. mədəni sərvətlərə bərpa mühafizə dərəcəsinin verilməsi;

7.1.2. bərpa işlərinin həyata keçirilməsi məqsədi ilə Milli Mədəniyyət Əmlakının Dövlət Siyahısına daxil edilmiş mədəni sərvətlərin müvəqqəti ixrac edilməsi.

7.2. Mühafizənin bərpa dərəcəsi obyektin ilkin təyinatına qaytarılması üçün bərpa işlərinə ehtiyacı olan mədəni sərvətlərə şamil edilir. Mədəni sərvətlərə bərpa mühafizə dərəcəsinin verilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 26 may tarixli 204 nömrəli qərarı ilə təsdiq edilmiş “Mədəni sərvətlərə mühafizə dərəcəsinin tətbiqi Qaydası”na uyğun olaraq həyata keçirilir.

7.3. Bərpa işlərinin həyata keçirilməsi məqsədi ilə Milli Mədəniyyət Əmlakının Dövlət Siyahısına daxil edilmiş mədəni sərvətlərin müvəqqəti ixrac edilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 29 avqust tarixli 293 nömrəli qərarı ilə təsdiq edilmiş “Sərgi, qastrol səfərləri, bərpa işləri, təqdimat, beynəlxalq mədəniyyət tədbirlərinin keçirilməsi ilə əlaqədar mədəni sərvətlərin müvəqqəti ixracı Qaydası”na uyğun olaraq həyata keçirilir.

7.4. Mədəniyyət müəssisələrinin bərpası məqsədi ilə “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq layihələrin maliyyələşdirilməsini Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, tabeliyindəki dövlət qoruqlarının ərazilərində Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi, “İçərişəhər” Dövlət Tarix-Memarlıq və “Qala” Dövlət Tarix-Etnoqrafiya qoruqları ərazilərində “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, Şuşa şəhərinin ərazisində isə Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi həyata keçirir. [12]

 

8. Mədəni irs nümunələrinin istifadəsi

 

8.1. Dövlət mədəniyyət müəssisələrindən və mədəni sərvətlərdən elm və təhsil məqsədləri üçün istifadəyə şərait yaradılır.

8.2. Mədəni irs nümunələrindən istifadə hüququ aşağıdakılara əsasən yaranır:

8.2.1. dövlət və ya bələdiyyə orqanlarının qanunauyğun qəbul edilmiş aktlarına;

8.2.2. qanuna uyğun olaraq bağlanılmış müqaviləyə;

8.2.3. məhkəmənin qanuni qüvvəyə minmiş qərarlarına;

8.2.4. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq digər əsaslara;

8.3. Azərbaycan Respublikasının milli mədəni irsinə aid sərvətlər bank zəmanəti kimi istifadə edilə bilməz.

8.4. Milli mədəni irsə aid, o cümlədən muzey, arxeologiya, etnoqrafiya, kitabxana, kino fondlarına və ya arxivlərinə məxsus mədəni sərvətlərin hüquqi və fiziki şəxslər tərəfindən kommersiya və qeyri-kommersiya məqsədləri üçün istifadə edilməsi Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, tabeliyindəki dövlət qoruqlarının ərazilərində Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyinin, “İçərişəhər” Dövlət Tarix-Memarlıq və “Qala” Dövlət Tarix-Etnoqrafiya qoruqları ərazilərində “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin, Şuşa şəhərinin ərazisində isə Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin razılığı ilə həyata keçirilir. Azərbaycan Respublikası ərazisində folklor nümunələrindən istifadə “Azərbaycan folkloru nümunələrinin hüquqi qorunması haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun qaydada aparılır, Azərbaycan Respublikasının hüdudlarından kənarda isə digər dövlətlərin fiziki və hüquqi şəxsləri tərəfindən folklor nümunələrindən kommersiya məqsədi ilə istifadə Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin razılığı ilə həyata keçirilir. [13]

8.5. Milli mədəni sərvətin mülkiyyətçisi onun lazımi saxlanılmasını və mühafizəsini təmin etməyə borcludur.

8.6. Azərbaycan Respublikasının Milli Mədəniyyət Əmlakının Dövlət Siyahısına və Mədəni Sərvətlərin Mühafizə Siyahısına daxil edilmiş mədəni sərvətlər satıldıqda, onların alınmasında dövlət üstün hüquqa malikdir. Dövlət tərəfindən mədəni sərvətlərin alınması Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 660-cı maddəsinə uyğun olaraq tənzimlənir.

8.7. Xüsusi mülkiyyətdə olan mədəni irs nümunələri satıldıqda, mülkiyyətçi bu barədə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinə və müvafiq ərazi üzrə Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyinə, Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinə, Şuşa şəhərinin ərazisində isə Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinə məlumat verməlidir. [14]

8.8. Azərbaycan Respublikasının Milli Mədəniyyət Əmlakının Dövlət Siyahısına və Mədəni Sərvətlərin Mühafizə Siyahısına daxil edilmiş mədəni irs nümunələrinin mülkiyyətçisi həmin sərvətlərin saxlanılmasını müəyyən edilmiş qaydada təmin etmirsə və bu, onların öz əhəmiyyətini itirmə təhlükəsi yaradırsa, belə sərvətlər məhkəmənin qərarına əsasən dövlət tərəfindən satınalma yolu ilə mülkiyyətçidən alına bilər.

8.9. Mədəni sərvətlər satın alındıqda, onların dəyəri tərəflərin razılığı, əks təqdirdə isə məhkəmə tərəfindən müəyyən edilmiş qaydada ödənilir.

8.10. Şuşa şəhərinin ərazisində yerləşən abidələrin istifadəsi “Azərbaycanın mədəniyyət paytaxtı – Şuşa şəhəri haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla həyata keçirilir. [15]

 

9. Mədəni irs nümunələrindən istifadə rejimi

 

9.1. Dövlət və bələdiyyə mülkiyyətində olan mədəniyyət obyektlərinin istifadəsi öz tarixi və bədii təyinatına uyğun və “Mədəniyyət haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada həyata keçirilir.

9.2. Dövlət və bələdiyyə mülkiyyətində olan mədəniyyət obyektləri digər şəxslərin istifadəsinə və ya idarəçiliyinə verildiyi halda, mədəniyyət obyektlərinin təyinatına uyğun istifadə edilməsi təmin olunur.

9.3. Tarixi, arxeoloji, şəhərsalma, arxitektura və monumental sənət abidələrinin, təbii-landşaft obyektlərinin (“İçərişəhər” Dövlət Tarix-Memarlıq və “Qala” Dövlət Tarix-Etnoqrafiya qoruqlarının və Şuşa Şəhəri Dövlət Qoruğunun əraziləri istisna olmaqla) mühafizəsini təmin etmək məqsədi ilə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, tabeliyindəki dövlət qoruqlarının ərazilərində Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi, “İçərişəhər” Dövlət Tarix-Memarlıq və “Qala” Dövlət Tarix-Etnoqrafiya qoruqları ərazilərində “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, Şuşa şəhərinin ərazisində isə Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi tərəfindən həmin obyektlərin mühafizə zonaları müəyyən edilir. [16]

9.4. Azərbaycan Respublikasının ərazisində (Şuşa şəhərinin ərazisi istisna olmaqla) arxeoloji qazıntıların aparılmasına və arxeoloji mədəni sərvətlərin tədqiqi məqsədi ilə elmi-tədqiqat işlərinin yerinə yetirilməsinə icazə Azərbaycan Milli Elmlər Akademiyası tərəfindən verilir və müvafiq olaraq Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyində, Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyində, Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsində qeydə alınır. Şuşa şəhərinin ərazisində abidələrin öyrənilməsi və arxeoloji qazıntıların aparılması “Azərbaycanın mədəniyyət paytaxtı – Şuşa şəhəri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin razılığı ilə həyata keçirilir və belə razılıq verilərkən Azərbaycan Milli Elmlər Akademiyasının rəyi nəzərə alınır. Bu bənddə qeyd olunan işləri aparan (yerinə yetirən) fiziki və hüquqi şəxslər Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində arxeoloji qazıntılar aparan və arxeoloji mədəni sərvətlərin tədqiqi məqsədi ilə onlarla təmasda elmi-tədqiqat işlərini yerinə yetirən şəxslər tərəfindən aparılmış tədqiqat işləri barədə hesabat verilməsi Qaydası”na uyğun olaraq Azərbaycan Milli Elmlər Akademiyasına, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinə və müvafiq ərazi üzrə Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyinə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinə, Şuşa şəhərinin ərazisində isə Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinə aparılmış tədqiqat işləri barədə hesabat verir. [17]

9.5. Dövlət mühafizəsində olan mədəniyyət obyektlərində aparılan bərpa, təmir-tikinti, rekonstruksiya və konservasiya işlərinin layihələri Azərbaycan Milli Elmlər Akademiyasının rəyi nəzərə alınmaqla, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, tabeliyindəki dövlət qoruqlarının ərazilərində Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi “İçərişəhər” Dövlət Tarix-Memarlıq və “Qala” Dövlət Tarix-Etnoqrafiya qoruqları əraziləri üzrə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, Şuşa şəhərinin ərazisində isə Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi ilə razılaşdırılmalıdır. Layihə üzrə işlər Azərbaycan Milli Elmlər Akademiyasının rəyi nəzərə alınmaqla, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və müvafiq ərazi üzrə Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi, Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, Şuşa şəhərinin ərazisində isə Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi tərəfindən təyin edilmiş mütəxəssislərin iştirakı ilə həyata keçirilir. [18]

 

 

 


İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       11 oktyabr 2017-ci il tarixli 421 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 12 oktyabr 2017-ci il, № 223, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, №10 , maddə 1886)

2.       6 dekabr 2017-ci il tarixli 529 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 8 dekabr 2017-ci il, № 271, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, №12, II kitab, maddə 2477)

3.       21 avqust 2018-ci il tarixli 357 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 22 avqust 2018-ci il, № 187, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №8, maddə 1808)

4.       26 oktyabr 2020-ci il tarixli 425 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, №10, maddə 1313)

5.       5 noyabr 2022-ci il tarixli 410 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikası Nazirlər Kabinetinin rəsmi internet saytı, 11 noyabr 2022-ci il, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 11, maddə 1347)

 

QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 11 oktyabr 2017-ci il tarixli 421 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 12 oktyabr 2017-ci il, № 223, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, №10 , maddə 1886) ilə “Azərbaycan Respublikasında mədəni irs nümunələrinin qorunması, bərpası və istifadəsi Qaydası”nın 2.2-ci bəndin ikinci cümləsi yeni redaksiyada verilmişdir.

əvvəlki redaksiyada deyilirdi:

Həmin siyahılara daxil edilən mədəni irs abidələrinin və qoruqların mühafizə zonaları və qoruqların sərhədləri Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilir.

26 oktyabr 2020-ci il tarixli 425 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, №10, maddə 1313) ilə “Azərbaycan Respublikasında mədəni irs nümunə-lərinin qorunması, bərpası və istifadəsi Qaydası”nın 2.2-ci bəndin ikinci cümləsində, 3.3-cü, 3.4-cü, 3.5-ci, 7.4-cü və 9.3-cü bəndlərdə, 8.4-cü bəndin birinci cümləsində, 5.3.1-ci və 5.3.2-ci yarımbəndlərdə ismin müvafiq hallarında “Mədəniyyət və Turizm Nazirliyi” sözləri ismin müvafiq hallarında “Mədəniyyət Nazirliyi, tabeliyindəki dövlət qoruqlarının ərazilərində Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi” sözləri ilə əvəz edilmişdir.

5 noyabr 2022-ci il tarixli 410 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikası Nazirlər Kabinetinin rəsmi internet saytı, 11 noyabr 2022-ci il, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 11, maddə 1347) ilə “Azərbaycan Respublikasında mədəni irs nümunələrinin qorunması, bərpası və istifadəsi Qaydası”nın 2.2-ci bəndinin ikinci cümləsinə “sərhədləri” sözündən sonra “(Şuşa Şəhəri Dövlət Qoruğu istisna olmaqla)” sözləri, birinci halda “qoruqlarının” sözündən sonra “və Şuşa Şəhəri Dövlət Qoruğunun” sözləri əlavə edilmişdir və “isə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi” sözləri “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, Şuşa şəhərinin ərazisində isə Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi” sözləri ilə əvəz edilmişdir.

 

[2] 5 noyabr 2022-ci il tarixli 410 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikası Nazirlər Kabinetinin rəsmi internet saytı, 11 noyabr 2022-ci il, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 11, maddə 1347) ilə “Azərbaycan Respublikasında mədəni irs nümunələrinin qorunması, bərpası və istifadəsi Qaydası”nın 2.3-cü bəndinə “elan edilməsi” sözlərindən sonra “qanunla yaradılan qoruqlar istisna olmaqla,” sözləri əlavə edilmişdir.

 

[3] 5 noyabr 2022-ci il tarixli 410 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikası Nazirlər Kabinetinin rəsmi internet saytı, 11 noyabr 2022-ci il, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 11, maddə 1347) ilə “Azərbaycan Respublikasında mədəni irs nümunələrinin qorunması, bərpası və istifadəsi Qaydası”nın 3.2-ci bəndinin ikinci cümləsinə “Qoruqların” sözündən sonra “(qanunla yaradılan qoruqlar istisna olmaqla)” sözləri əlavə edilmişdir.

 

[4] 11 oktyabr 2017-ci il tarixli 421 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 12 oktyabr 2017-ci il, № 223, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, №10 , maddə 1886) ilə “Azərbaycan Respublikasında mədəni irs nümunələrinin qorunması, bərpası və istifadəsi Qaydası”nın 3.3-cü bəndində “Daşınmaz mədəni irs nümunələrinin mühafizə zonaları və qoruqların” sözləri “Qoruqların mühafizə zonaları və” sözləri ilə əvəz edilmişdir.

5 noyabr 2022-ci il tarixli 410 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikası Nazirlər Kabinetinin rəsmi internet saytı, 11 noyabr 2022-ci il, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 11, maddə 1347) ilə “Azərbaycan Respublikasında mədəni irs nümunələrinin qorunması, bərpası və istifadəsi Qaydası”nın 3.3-cü və 3.4-cü bəndlərinə “Qoruqların” sözündən sonra “(Şuşa Şəhəri Dövlət Qoruğu istisna olmaqla)” sözləri əlavə edilmişdir.

 

[5] 11 oktyabr 2017-ci il tarixli 421 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 12 oktyabr 2017-ci il, № 223, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, №10 , maddə 1886) ilə “Azərbaycan Respublikasında mədəni irs nümunələrinin qorunması, bərpası və istifadəsi Qaydası”nın 3.4-cü bəndində “Daşınmaz mədəni irs nümunələrinin mühafizə zonalarını və qoruqların” sözləri “Qoruqların mühafizə zonalarını və” sözləri ilə əvəz  edilmişdir.

 

[6] 5 noyabr 2022-ci il tarixli 410 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikası Nazirlər Kabinetinin rəsmi internet saytı, 11 noyabr 2022-ci il, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 11, maddə 1347) ilə “Azərbaycan Respublikasında mədəni irs nümunələrinin qorunması, bərpası və istifadəsi Qaydası”na yeni məzmunda 3.6-cı bənd əlavə edilmişdir.

 

[7] 26 oktyabr 2020-ci il tarixli 425 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, №10, maddə 1313) ilə “Azərbaycan Respublikasında mədəni irs nümunələrinin qorunması, bərpası və istifadəsi Qaydası”nın 4.1-ci bəndin birinci cümləsində “Mədəniyyət və Turizm Nazirliyi və müvafiq ərazi üzrə” sözləri “Mədəniyyət Nazirliyi və müvafiq ərazi üzrə Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi,” sözləri ilə, ikinci cümləsində “Mədəniyyət və Turizm Nazirliyi,” sözləri “Mədəniyyət Nazirliyi, tabeliyindəki dövlət qoruqlarının ərazilərində Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi,” sözləri ilə əvəz edilmişdi.

5 noyabr 2022-ci il tarixli 410 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikası Nazirlər Kabinetinin rəsmi internet saytı, 11 noyabr 2022-ci il, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 11, maddə 1347) ilə “Azərbaycan Respublikasında mədəni irs nümunələrinin qorunması, bərpası və istifadəsi Qaydası”nda 4.1-ci bəndin birinci cümləsinə “İdarəsi” sözündən sonra “, Şuşa şəhərinin ərazisində isə Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi” sözləri əlavə edilmişdir və ikinci cümlədə “isə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi” sözləri “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, Şuşa şəhərinin ərazisində isə Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi” sözləri ilə əvəz edilmişdir.

 

[8] 5 noyabr 2022-ci il tarixli 410 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikası Nazirlər Kabinetinin rəsmi internet saytı, 11 noyabr 2022-ci il, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 11, maddə 1347) ilə “Azərbaycan Respublikasında mədəni irs nümunələrinin qorunması, bərpası və istifadəsi Qaydası”nda 4.2-ci bəndə “Qanununa” sözündən sonra “, Şuşa şəhərinin ərazisində, həmçinin “Azərbaycanın mədəniyyət paytaxtı – Şuşa şəhəri haqqında” Azərbaycan Respublikasının Qanununa” sözləri əlavə edilmişdir.

 

[9] 5 noyabr 2022-ci il tarixli 410 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikası Nazirlər Kabinetinin rəsmi internet saytı, 11 noyabr 2022-ci il, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 11, maddə 1347) ilə “Azərbaycan Respublikasında mədəni irs nümunələrinin qorunması, bərpası və istifadəsi Qaydası”nda 5.3.1-ci, 5.3.2-ci yarımbəndlərə və 9.5-ci bəndin ikinci cümləsinə “İdarəsi” sözündən sonra “, Şuşa şəhərinin ərazisində isə Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi” sözləri əlavə edilmişdir.

 

[10] 26 oktyabr 2020-ci il tarixli 425 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, №10, maddə 1313) ilə “Azərbaycan Respublikasında mədəni irs nümunələrinin qorunması, bərpası və istifadəsi Qaydası”nın 5.4-cü bəndin birinci və ikinci cümlələrində “Mədəniyyət və Turizm Nazirliyi” sözləri “Dövlət Turizm Agentliyi” sözləri ilə əvəz edilmişdir.

 

[11] 26 oktyabr 2020-ci il tarixli 425 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, №10, maddə 1313) ilə “Azərbaycan Respublikasında mədəni irs nümunələrinin qorunması, bərpası və istifadəsi Qaydası”nın 6.3-cü bənddən “və Turizm” sözləri çıxarılmışdır.

 

[12] 5 noyabr 2022-ci il tarixli 410 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikası Nazirlər Kabinetinin rəsmi internet saytı, 11 noyabr 2022-ci il, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 11, maddə 1347) ilə “Azərbaycan Respublikasında mədəni irs nümunələrinin qorunması, bərpası və istifadəsi Qaydası”nın 7.4-cü bəndində və 9.5-ci bəndin birinci cümləsində “isə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi” sözləri “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, Şuşa şəhərinin ərazisində isə Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi” sözləri ilə əvəz edilmişdir.

 

[13] 21 avqust 2018-ci il tarixli 357 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 22 avqust 2018-ci il, № 187, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №8, maddə 1808) ilə “Azərbaycan Respublikasında mədəni irs nümunələrinin qorunması, bərpası və istifadəsi Qaydası”nın 8.4-cü bəndinin ikinci cümləsində “Müəllif Hüquqları” sözləri “Əqli Mülkiyyət” sözləri ilə əvəz edilmişdir.

5 noyabr 2022-ci il tarixli 410 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikası Nazirlər Kabinetinin rəsmi internet saytı, 11 noyabr 2022-ci il, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 11, maddə 1347) ilə “Azərbaycan Respublikasında mədəni irs nümunələrinin qorunması, bərpası və istifadəsi Qaydası”nın 8.4-cü bəndinin birinci cümləsində “isə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin” sözləri “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin, Şuşa şəhərinin ərazisində isə Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin” sözləri ilə əvəz edilmişdir.

 

[14] 26 oktyabr 2020-ci il tarixli 425 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, №10, maddə 1313) ilə “Azərbaycan Respublikasında mədəni irs nümunələrinin qorunması, bərpası və istifadəsi Qaydası”nın 8.7-ci bənddə “Mədəniyyət və Turizm Nazirliyinə və müvafiq ərazi üzrə” sözləri “Mədəniyyət Nazirliyinə və müvafiq ərazi üzrə Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyinə,” sözləri ilə əvəz edilmişdir.

5 noyabr 2022-ci il tarixli 410 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikası Nazirlər Kabinetinin rəsmi internet saytı, 11 noyabr 2022-ci il, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 11, maddə 1347) ilə “Azərbaycan Respublikasında mədəni irs nümunələrinin qorunması, bərpası və istifadəsi Qaydası”nın 8.7-ci bəndinə “İdarəsinə” sözündən sonra “, Şuşa şəhərinin ərazisində isə Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinə” sözləri əlavə edilmişdir.

 

[15] 5 noyabr 2022-ci il tarixli 410 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikası Nazirlər Kabinetinin rəsmi internet saytı, 11 noyabr 2022-ci il, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 11, maddə 1347) ilə “Azərbaycan Respublikasında mədəni irs nümunələrinin qorunması, bərpası və istifadəsi Qaydası”na yeni məzmunda 8.10-cu bənd əlavə edilmişdir.

 

[16] 11 oktyabr 2017-ci il tarixli 421 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 12 oktyabr 2017-ci il, № 223, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, №10 , maddə 1886) ilə “Azərbaycan Respublikasında mədəni irs nümunələrinin qorunması, bərpası və istifadəsi Qaydası”nın 9.3-cü bəndində “obyektlərinin” sözündən sonra “(“İçərişəhər” Dövlət Tarix-Memarlıq və “Qala” Dövlət Tarix-Etnoqrafiya qoruqlarının əraziləri istisna olmaqla)” sözləri əlavə edilmişdir və “Azərbaycan Respublikasının Nazirlər Kabineti” sözləri “Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi, “İçərişəhər” Dövlət Tarix-Memarlıq və “Qala” Dövlət Tarix-Etnoqrafiya qoruqları ərazilərində isə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi” sözləri ilə əvəz edilmişdir.

5 noyabr 2022-ci il tarixli 410 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikası Nazirlər Kabinetinin rəsmi internet saytı, 11 noyabr 2022-ci il, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 11, maddə 1347) ilə “Azərbaycan Respublikasında mədəni irs nümunələrinin qorunması, bərpası və istifadəsi Qaydası”nın 9.3-cü bəndinə (birinci halda) “qoruqlarının” sözündən sonra “və Şuşa Şəhəri Dövlət Qoruğunun” sözləri əlavə edilmişdir və “isə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi” sözləri “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, Şuşa şəhərinin ərazisində isə Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi” sözləri ilə əvəz edilmişdir.

 

[17] 26 oktyabr 2020-ci il tarixli 425 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, №10, maddə 1313) ilə “Azərbaycan Respublikasında mədəni irs nümunələrinin qorunması, bərpası və istifadəsi Qaydası”nın 9.4-cü bəndin birinci cümləsində “Mədəniyyət və Turizm Nazirliyində,” sözləri “Mədəniyyət Nazirliyində, Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyində,” sözləri ilə, ikinci cümləsində “Mədəniyyət və Turizm Nazirliyinə və müvafiq ərazi üzrə” sözləri “Mədəniyyət Nazirliyinə və müvafiq ərazi üzrə Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyinə” sözləri ilə əvəz edilmişdir.

5 noyabr 2022-ci il tarixli 410 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikası Nazirlər Kabinetinin rəsmi internet saytı, 11 noyabr 2022-ci il, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 11, maddə 1347) ilə “Azərbaycan Respublikasında mədəni irs nümunələrinin qorunması, bərpası və istifadəsi Qaydası”nın 9.4-cü bəndin birinci cümləsinə “ərazisində” sözündən sonra “(Şuşa şəhərinin ərazisi istisna olmaqla)” sözləri əlavə edilmişdir, ikinci cümlə üçüncü cümlə hesab edilmişdir və yeni məzmunda ikinci cümlə əlavə edilmişdir və üçüncü cümləyə “İdarəsinə” sözündən sonra “, Şuşa şəhərinin ərazisində isə Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinə” sözləri əlavə edilmişdir.

 

[18] 6 dekabr 2017-ci il tarixli 529 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 8 dekabr 2017-ci il, № 271, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, №12, II kitab, maddə 2477) ilə “Azərbaycan Respublikasında mədəni irs nümunələrinin qorunması, bərpası və istifadəsi Qaydası”nın 3.3-cü, 3.4-cü, 3.5-ci, 4.1-ci (birinci və ikinci cümlələrində), 7.4-cü, 8.4-cü, 8.7-ci, 9.4-cü (birinci və ikinci cümlələrində), 9.5-ci (birinci və ikinci cümlələrində) bəndlərindən və 5.3.1-ci, 5.3.2-ci yarımbəndlərindən “Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında” sözləri çıxarılmışdır.

26 oktyabr 2020-ci il tarixli 425 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, №10, maddə 1313) ilə “Azərbaycan Respublikasında mədəni irs nümunələrinin qorunması, bərpası və istifadəsi Qaydası”nın 9.5-ci bəndin birinci cümləsində “Mədəniyyət və Turizm Nazirliyi,” sözləri “Mədəniyyət Nazirliyi, tabeliyindəki dövlət qoruqlarının ərazilərində Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi” sözləri ilə, ikinci cümləsində “Mədəniyyət və Turizm Nazirliyi və müvafiq ərazi üzrə” sözləri “Mədəniyyət Nazirliyi və müvafiq ərazi üzrə Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi,” sözləri ilə əvəz edilmişdir.

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status