×
E-QANUN
FREE
OPEN
AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARLARI
QƏBUL EDİLDİYİ TARİX
23.05.2001
QEYDİYYAT NÖMRƏSİ
97
ADI
Azərbaycan Respublikasında işçilərin attestasiyasının keçirilməsi Qaydalarının təsdiq edilməsi barədə
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31-05-2001, Nəşr nömrəsi: 05, Maddə nömrəsi: 347)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
23.05.2001
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
070.000.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
01.07.2011
Azərbaycan Respublikasında işçilərin attestasiyasının keçirilməsi Qaydalarının təsdiq edilməsi barədə

Azərbaycan Respublikasında işçilərin attestasiyasının keçirilməsi Qaydalarının təsdiq edilməsi barədə

Azərbaycan Respublikasının Nazirlər Kabinetin Qərarı

 

«Azərbaycan Respublikası Əmək Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında»  Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 15 aprel tarixli 122 nömrəli  Fərmanının icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

 1. «Azərbaycan Respublikasında işçilərin attestasiyasının keçirilməsi Qaydaları» təsdiq edilsin (əlavə olunur).

 2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

 

 Azərbaycan Respublikasının Baş naziri A. RASİZADƏ

 

Bakı şəhəri, 23 may 2001-ci il

№ 97

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

001-ci il 23 may tarixli 97 nömrəli qərarı ilə

TƏSDİQ EDİLMİŞDİR

 

 Azərbaycan Respublikasında işçilərin attestasiyasının keçirilməsi

Qaydaları

 

1. Ümumİ müddəalar

 1.1. İşçilərin attestasiyası, onun keçirilməsi qaydaları, şərtləri və attestasiyanın nəticələrinin tənzimlənməsi Azərbaycan Respublikasının  Əmək Məcəlləsinə və bu Qaydalara uyğun həyata keçirilir.

 1.2. Müəssisələrdə attestasiyanın konkret müddətləri və keçirilmə qaydaları, attestasiyanın keçirilməsi nəzərdə tutulan təqvim ilinin  başlanmasına qədər müəssisə rəhbərliyi tərəfindən təsdiq edilir və attestasiyanın başlanmasına 1 ay qalmışdan gec olmayaraq attestasiyanı  keçməli olan işçilərin nəzərinə çatdırılır.

 1.3. Xüsusi bilik tələb edən vəzifələrdə çalışan müəssisədə həmin profilli, daha yüksək ixtisasa malik mütəxəssislər (tibb işçiləri, pedaqoji  işçilər, təsərrüfat sahələrində çalışan digər işçilər) olmadığı ixtisaslar üzrə attestasiyanı keçirmək üçün attestasiya komissiyasının tərkibinə  mütləq yuxarı təşkilatdan və ya müvafiq profil orqanından tələb olunan peşəyə malik mütəxəssislər daxil edilməlidir. [1]

 1.4. Elmi işçilərin attestasiyası keçirilərkən attestasiya komissiyasının tərkibinə təşkilatdakı elmi şura üzvlərinin nümayəndələri daxil edilir.

 1.5. Nomenklatura işçilərinin attestasiyasını onları işə təyin və ya təsdiq edən orqanların attestasiya komissiyaları həyata keçirir.

 1.6. Azsaylı müəssisələrin işçilərinin attestasiyasını yuxarı orqanların attestasiya komissiyaları keçirir. Bu müəssisələrin siyahısını tabe  olduqları qaydada yuxarı təşkilatlar müəyyən edir.

 1.7. Attestasiya komissiyası üzvlərinin attestasiyası işlədikləri bölmələrin kollektivləri ilə birgə aparılır. Bu zaman attestasiyadan keçən  attestasiya komissiyasının üzvü səsvermədə iştirak etmir.

 1.8. İşçilərin sayı çox olan müəssisələrdə eyni hüquqa malik bir neçə attestasiya komissiyaları yaradıla bilər. Komissiyaların tərkibi  attestasiyadan keçən işçinin fəaliyyətinə obyektiv qiymət verilməsini, işçinin konkret vəzifədə istifadə olunması imkanları haqqında  tövsiyələr vermək üçün yalnız işgüzar mənafelərə əsaslanan prinsipial yanaşmanı təmin etməlidir.

2. Attestasİyanın keçİrİlməsİ qaydaları

 2.1. Attestasiyadan keçirilməzdən əvvəl zəruri hallarda attestasiyanın keçirilməsinin məqsəd, vəzifə və metodlarının izahının işçilərə  çatdırılması üzrə tədbirləri özündə cəmləşdirən lazımi hazırlıq işləri görülməlidir. Bu işi müəssisənin struktur bölmələrinin rəhbərləri müvafiq  həmkarlar təşkilatları ilə birlikdə, həmkarlar təşkilatı olmadıqda isə işəgötürən özü təşkil edir.

 2.2. İşçinin attestasiyası onun işlədiyi struktur bölmə rəhbərlərinin iştirakı ilə də keçirilə bilər. Attestasiya komissiyası attestasiyadan keçənin  gördüyü işlər haqqında məlumatı dinləyir və təqdim olunmuş sənədləri nəzərdən keçirir. Attestasiyadan keçən işçinin komissiyada  müzakirəsi tələbkarlıq, obyektivlik şəraitində aparılmalıdır.

 2.3. Attestasiyadan keçməli işçilər üzürlü səbəbdən attestasiya komissiyasının iclasına gəlmədikdə, müvafiq sənədlər əsasında sonradan  tutulmuş qrafikə uyğun attestasiyadan keçirilirlər.

 2.4. Attestasiya komissiyasının üzvləri tərəfindən işçiyə yalnız tutduğu vəzifəyə (peşəyə) əmək funksiyasına, ixtisasına (peşəsinə) dair, yerinə  yetirdiyi işlər və onların nəticələri barədə, habelə tutduğu vəzifəyə (peşəyə) uyğunluğunu müəyyən etmək üçün zəruri olan əmək müqaviləsi  ilə müəyyən edilmiş hüquqları, vəzifələri dairəsinə aid olan məsələlərlə əlaqədar suallar verilir. Attestasiya olunan işçinin siyasi baxışlarına,  mənəvi, əxlaqi kamilliyinə, şəxsiyyətinə, etiqadına və digər sırf şəxsi dəyərlərinə görə, o cümlədən onun intizamlılıq dərəcəsinə görə  peşəkarlıq səviyyəsinin qiymətləndirilməsi yolverilməzdir.

 2.5. Attestasiya komissiyası öz qərarını gizli və ya açıq səsvermə qaydasında səs çoxluğu ilə qəbul edir. Müvafiq iş yeri üzrə əmək kollektivi  nümayəndələrinin attestasiya komissiyasının iclasında müşahidəçi kimi iştirak etmək istəyi təmin olunmalıdır.

 2.6. Attestasiya komissiyası işçinin tutduğu vəzifəyə (peşəyə) uyğun olduğu və ya uyğun olmadığı haqqında 2 qərardan yalnız birini qəbul  edir:

 a) tutduğu vəzifəyə uyğundur;

 b) tutduğu vəzifəyə uyğun deyil.

 Bununla yanaşı, attestasiya komissiyası qəbul etdiyi qərarlarında həvəsləndirmək haqqında, ixtisas, əməyin ödənilmə dərəcəsini artırmaq,  işçi ilə əmək müqaviləsində göstərilən vəzifə maaşını dəyişdirmək haqqında (qanunvericilikdə müəyyənləşdirilən səviyyədən aşağı olmamaq  şərti ilə), əlavələr etmək, ixtisasını artırmağa göndərmək, vəzifədə irəli çəkilmək üçün ehtiyat kadrlar siyahısına daxil etmək, işçinin razılığı ilə  başqa işə keçirmək, tutduğu vəzifəyə uyğun olmadıqda, işçini işdən azad etmək, əməyin ödənilmə dərəcəsini aşağı salmaq haqqında,  həmçinin attestasiyadan keçmiş şəxslərin fəaliyyətinin yaxşılaşdırılmasına dair tövsiyələr verir. Attestasiya komissiyası attestasiyanın  nəticələrinə görə ixtisas tələblərində qoyulmuş xüsusi hazırlığı və iş stajı olmayan, ancaq üzərinə qoyulan vəzifələri keyfiyyətlə yerinə yetirən  və lazımi praktiki təcrübəsi olan işçini müstəsna hallarda xüsusi hazırlıq və iş stajı tələb edən vəzifəyə təyin edilməsinin mümkünlüyü barədə  tövsiyə edə bilər. Bununla belə, attestasiya komissiyası müvafiq tövsiyələrinin səbəblərini göstərir.

 2.7. Attestasiyanın nəticələri (qiymətləndirmə və tövsiyələr, attestasiyadan keçənə verilən sualların və cavabların qısa məzmunu) bir nüsxə  tərtib olunan attestasiya vərəqəsinə (əlavə olunur) yazılır və səsvermədə iştirak edən attestasiya komissiyasının sədri, üzvləri və attestasiyadan  keçən şəxs tərəfindən imzalanır.

 Attestasiya komissiyası hər işçiyə attestasiya vərəqəsi doldurur.

 İşçinin attestasiya vərəqəsi onun şəxsi işində saxlanılır.

3. Attestasiyanın nəticələrinə görə qəbul olunan qərarlar

 3.1. Attestasiya komissiyasının qərarı attestasiyadan keçən işçilərə komissiya iclasından sonra elan edilir.

 3.2. Attestasiyanın nəticələri müvafiq struktur bölmələrinin işçiləri attestasiyadan keçdikdən sonra həftə ərzində müəssisə rəhbərinə bildirilir.  Müəssisə rəhbəri attestasiya komissiyasının verdiyi qiyməti və tövsiyələri nəzərə alaraq, qüvvədə olan qanunvericiliyin tələblərinə riayət  edərək müvafiq qərar qəbul edir.

 3.3. Attestasiya komissiyasının tövsiyələri müəssisə tərəfindən 30 təqvim günü ərzində yerinə yetirilməlidir. Bu müddət qurtardıqdan sonra  attestasiyanın nəticələrinə görə ixtisas, əməyin ödənilməsi dərəcələrini, vəzifə maaşını və maaşa edilən əlavələri azaltmağa və ya ləğv etməyə,  işçini aşağı vəzifəyə keçirməyə, işdən azad etməyə yol verilmir.

 3.4. Xəstəlik müddəti, məzuniyyətdə və ezamiyyətdə olduğu dövr 30 günlük müddətə daxil edilmir.

 3.5. Yuxarı icra orqanları attestasiyanın düzgün keçirilməsinə rəhbərliyi təmin edir və nəzarəti həyata keçirir, kadrların attestasiyası işini  təkmilləşdirmək, attestasiya işini dərindən öyrənmək, təhlil edib ümumiləşdirmək əsasında müsbət təcrübənin yayılması üzrə tədbirlər görür.

 3.6. Attestasiya ilə, o cümlədən attestasiyanın nəticələrinə görə işçinin işdən çıxarılması və ya başqa vəzifəyə (peşəyə) keçirilməsi haqqında  mübahisəli məsələlər qanunvericiliyə müvafiq surətdə məhkəmələrdə baxılıb həll edilir.

 

 

 Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2001-ci il 23 may tarixli 97 nömrəli qərarı ilə

təsdiq edilmiş “Azərbaycan Respublikasında

işçilərin attestasiyasının keçirilməsi Qaydaları”na

əlavə

 

ATTESTASİYA VӘRӘQӘSİ

 

1. Soyadı, adı, atasının adı __________________________________________________________

2. Doğulduğu il ___________________________________________________________________

3. Təhsili və ixtisasının artırılması barədə məlumat __________________________________ _________________________________________________________________________________

(haranı və nə vaxt bitirmişdir, təhsilinə görə

_________________________________________________________________________________

peşəsi və ixtisası, elmi dərəcəsi, elmi adı,

_________________________________________________________________________________

ixtisasını harada və nə vaxt artırmışdır)

4. Attestasiya keçirilən zaman tutduğu vəzifə və bu vəzifəyə təyin olunduğu (seçildiyi, təsdiq edildiyi) vaxt _______________________________________________________________ _________________________________________________________________________________

5. Ümumi əmək stajı _______________________________________________________________

(o cümlədən çalışdığı təşkilatda əmək stajı)

_________________________________________________________________________________ ________________________________________________________________________________

6. Əvvəlki attestasiyanın tövsiyələrinin yerinə yetirilməsi _____________________________ _________________________________________________________________________________ _________________________________________________________________________________

7. Attestasiyadan keçən şəxsə verilən suallar və cavablar _______________________________ _________________________________________________________________________________8. Attestasiya komissiyası üzvlərinin rəy və təklifləri _________________________________ _________________________________________________________________________________

9. Attestasiyadan keçən işçinin rəy və təklifləri _______________________________________ _________________________________________________________________________________

10. Səsvermənin nəticələrinə görə işçinin fəaliyyətinə qiymət verilməsi _________________ _________________________________________________________________________________ ________________________________________________________________________________ _________________________________________________________________________________

Səslərin miqdarı: lehinə __________________________ əleyhinə _________________________

11. Attestasiya komissiyasının tövsiyələri (səbəbləri göstərilməklə) ____________________ _________________________________________________________________________________ _________________________________________________________________________________

12. Qeyd _________________________________________________________________________ _________________________________________________________________________________ __________________________________________________________________________________________________________________________________________________________________Attestasiya komissiyasının sədri                        ______________________________________

                                                                                                               imza

Attestasiya komissiyasının üzvləri                    ______________________________________

                                                                                                               imza

Attestasiyanın tarixi                                            _______________________________________

 

Attestasiya vərəqəsi ilə tanış olmuşdur    _____________________________________________

                                                                                 (attestasiyadan keçən şəxsin imzası və tarix)

13. Attestasiyanın nəticələrinə görə müəssisə rəhbərinin qərarı və onun qəbul olunduğu tarix______________________________________________________________________________________________________________________________________________________________

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       12 mart 2010-cu il tarixli 47 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 3, maddə 258)

 

QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 12 mart 2010-cu il tarixli 47 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 3, maddə 258) ilə «Azərbaycan Respublikasında işçilərin attestasiyasının keçirilməsi Qaydaları»nın 1.3-cü bəndindən "tibb işçiləri," sözləri çıxarılmışdır.

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status