“Sənaye məhəllələri haqqında Nümunəvi Əsasnamə”nin təsdiq edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI
“Sənaye məhəllələrinin yaradılması və fəaliyyətinin təşkili haqqında” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 8 oktyabr tarixli 288 nömrəli fərmanının 2-ci hissəsinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. “Sənaye məhəllələri haqqında Nümunəvi Əsasnamə” təsdiq edilsin (əlavə olunur).
2. Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi “Sənaye məhəllələri haqqında Nümunəvi Əsasnamə”dən irəli gələn məsələləri həll etsin.
[1]
Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə
Bakı şəhəri, 13 may 2015-ci il
№ 186
|
Azərbaycan Respublikası Nazirlər Kabinetinin
2015-ci il 13 may tarixli 186 nömrəli qərarı ilə
təsdiq edilmişdir
|
Sənaye məhəllələri haqqında Nümunəvi
Ə S A S N A M Ə
1. Ümumi müddəalar
1.1. Bu Nümunəvi Əsasnamə (bundan sonra - Əsasnamə) “Sənaye məhəllələrinin yaradılması və fəaliyyətinin təşkili haqqında” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 8 oktyabr tarixli 288 nömrəli Fərmanının 2-ci hissəsinə əsasən hazırlanmışdır və dövlət tərəfindən sənaye məhəllələrinin yaradılması, idarə edilməsi və onlarda sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı məsələləri tənzimləyir.
1.2. Sənaye məhəllələrində sənaye məhsullarının istehsalı və xidmətlərin göstərilməsi ilə bağlı sahibkarlıq fəaliyyəti həyata keçirilir.
1.3. Bu Əsasnamədə istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir:
1.3.1. sənaye məhəlləsi – sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün zəruri infrastruktura malik olan, mikro, kiçik və orta sahibkarlar tərəfindən məhsul istehsalı və xidmət göstərilməsi üçün istifadə edilən ərazi;
[2]
1.3.2. sənaye məhəlləsinin idarəedici təşkilatı (bundan sonra ‒ idarəedici təşkilat) – sənaye məhəlləsinin fəaliyyətinin təşkili, idarə olunması və inkişafı ilə bağlı tədbirləri hazırlayan, həyata keçirilməsini təmin edən, o cümlədən bu istiqamətdə göstərilən dövlət dəstəyi tədbirlərində iştirak edən publik hüquqi şəxs;
[3]
1.3.3. sənaye məhəlləsinin rezidenti – “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq bu Əsasnamə ilə müəyyən edilmiş qaydada sənaye məhəlləsinin qeydiyyat şəhadətnaməsini almış və sənaye məhəlləsində fəaliyyət göstərən hüquqi şəxs və ya fərdi sahibkar;
[4]
1.3.4. sənaye məhəlləsinin infrastrukturu – yol-nəqliyyat, sosial, mədəni, ictimai iaşə, inzibati, mühəndis kommunikasiya təminatı və sənaye məhəlləsinin fəaliyyət göstərməsini təmin edən digər obyektlərin kompleksi;
1.3.5. sənaye məhəlləsinin ümumi istifadədə olan əraziləri – sənaye məhəlləsinin sərhədləri daxilində sənaye məhəlləsinin infrastrukturunun, küçələrin, meydanların və yaşıllıqların yerləşdiyi, habelə ümumi istifadə üçün nəzərdə tutulan digər ərazilər.
1.4. Sənaye məhəlləsi ixtisaslaşmış və qarışıq profilli ola bilər.
2. Sənaye məhəlləsinin yaradılmasının məqsədi
2.1. Sənaye məhəlləsinin yaradılmasının məqsədi sənaye və xidmət sahələrində fəaliyyət göstərən mikro, kiçik və orta sahibkarların inkişafı üçün əlverişli şəraitin təmin edilməsindən və əhalinin istehsal və xidmət sahəsində məşğulluğunun artırılmasından ibarətdir.
3. Sənaye məhəlləsinin yaradılması
3.1. Sənaye məhəlləsi dövlət və bələdiyyə mülkiyyətində olan torpaqlarda yaradıla bilər. Dövlət mülkiyyətində olan torpaq sahələrində sənaye məhəlləsinin yaradılması haqqında qərar Azərbaycan Respublikası İqtisadiyyat və Sənaye Nazirliyinin (bundan sonra - səlahiyyətli orqan) təklifi əsasında Azərbaycan Respublikasının Prezidenti tərəfindən qəbul edilir. Sənaye məhəlləsinə bələdiyyə mülkiyyətində olan torpaq sahələri İcarə müqaviləsi əsasında və ya Azərbaycan Respublikasının Mülki Məcəlləsində müəyyən edilmiş digər əsaslarla İcarəyə vermək hüququ ilə cəlb edilir.
[5]
3.2. Sənaye məhəlləsinin yaradılması haqqında qərarda sənaye məhəlləsinin yaradılmasının məqsədi, fəaliyyət profili, maliyyələşdirilmə mənbələri, ərazisi, idarə olunması və fəaliyyətinin təşkili ilə bağlı məsələlər müəyyən edilir.
3.3. Sənaye məhəlləsinin yaradılması üçün ayrılan torpaq sahəsi:
3.3.1. məqsədli təyinatına görə sənaye təyinatlı torpaqlar kateqoriyasına aid olmalıdır;
3.3.2. “Ətraf mühitin mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə cavab verməlidir;
3.3.3. ərazi planlaşdırılması sənədlərinə uyğun olmalıdır.
3.4. Sənaye məhəlləsi üçün nəzərdə tutulan dövlət mülkiyyətində olan torpaq sahəsi idarəedici təşkilatın daimi istifadəsinə qanunvericilikdə nəzərdə tutulmuş qaydada həmin torpaq sahəsini İcarəyə vermək hüququ ilə ayrılır və yalnız sənaye məhəlləsinin fəaliyyəti məqsədi ilə istifadə edilir.
4. Sənaye məhəlləsinin fəaliyyətinin təşkili, idarə olunması və inkişafı
4.1. Sənaye məhəlləsinin fəaliyyətinin təşkili, idarə olunması və inkişafı idarəedici təşkilat tərəfindən həyata keçirilir. İdarəedici təşkilat sənaye məhəlləsinin fəaliyyətinə görə cavabdehdir və sənaye məhəlləsinin rezidenti kimi fəaliyyət göstərə bilməz.
[6]
4.2. Sənaye məhəlləsinin fəaliyyətinin təşkili məqsədi ilə aşağıdakı tədbirlər həyata keçirilir:
4.2.1. sənaye məhəlləsi üçün ayrılmış torpaq sahəsi istifadəyə yararlı vəziyyətə gətirilir;
4.2.2. sənaye məhəlləsinin infrastrukturu qurulur;
4.2.3. məsləhət, treninq, peşə hazırlığı və sahibkarlıq fəaliyyətinin səmərəli həyata keçirilməsi üçün digər xidmətlərin göstərilməsi təmin edilir.
4.3. Sənaye məhəlləsinin infrastrukturu və sənaye məhəlləsinin ərazisində idarəedici təşkilat tərəfindən yaradılan istehsal sahələri dövlət mülkiyyəti hesab olunur.
4.4. Sənaye məhəlləsinin ərazisində sənaye məhəlləsinin rezidentinin şəxsi vəsaiti hesabına yaradılan istehsal sahələri, quraşdırılan avadanlıq və qurğular rezidentin özəl mülkiyyəti hesab olunur.
[7]
4.5. Sənaye məhəlləsinin rezidentinə İcarəyə verilən torpaq sahəsində olan infrastruktur ümumi istifadədə qalır.
5. Səlahiyyətli orqanın vəzifələri
5.1. Səlahiyyətli orqan:
5.1.1. sənaye məhəlləsinin yaradılması və ləğv edilməsi ilə bağlı Azərbaycan Respublikasının Prezidentinə təkliflər verir;
5.1.2. sənaye məhəlləsinin fəaliyyətinin təşkili, idarə olunması və inkişafı ilə bağlı idarəedici təşkilata köməklik göstərir;
5.1.3. sənaye məhəllələrinin fəaliyyəti barədə illik hesabat hazırlayır və Azərbaycan Respublikasının Prezidentinə təqdim edir.
6. İdarəedici təşkilatın vəzifələri və hüquqları
[8]
6.1. İdarəedici təşkilatın vəzifələri aşağıdakılardır:
[9]
6.1.1. sənaye məhəlləsinin fəaliyyətinin təşkili, idarə olunması və inkişafı ilə bağlı tədbirlər görür;
6.1.2. sənaye məhəlləsinin rezidenti kimi qeydiyyata alınmaq üçün müraciət edən ərizəçilərin investisiya layihəsini (bundan sonra – layihə) qiymətləndirir, onları sənaye məhəlləsinin rezidenti kimi qeydiyyata alır və ya qeydiyyata alınmasından imtina barədə qərar qəbul edir, “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sənaye məhəlləsinin rezidentinin qeydiyyat şəhadətnaməsini verir, yenidən rəsmiləşdirir, dayandırır, bərpa və ləğv edir, rezidentlərin reyestrini aparır və onun müntəzəm yenilənməsini təmin edir;
[10]
6.1.3. sənaye məhəlləsinin ərazisində dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrini və (və ya) dövlət mülkiyyətində olan tikililəri sənaye məhəlləsinin rezidentlərinə müqavilə əsasında icarəyə (subicarəyə) verir, müqavilə şərtlərinə əməl olunmasına nəzarət edir, həmin müqavilə üzrə pozuntuların aradan qaldırılması və vurulmuş zərərin əvəzinin ödənilməsi ilə bağlı tədbirlər görür;
[11]
6.1.4. sənaye məhəlləsinin idarə olunması və inkişafı məqsədi ilə səlahiyyətli orqana təkliflər verir;
6.1.5. sənaye məhəlləsinin rezidentləri və onlarla dövlət orqanları (qurumları) və yerli özünüidarəetmə orqanları arasında qarşılıqlı fəaliyyəti əlaqələndirir, sənaye məhəlləsində aidiyyəti dövlət orqanlarının (qurumlarının) səlahiyyətlərinin həyata keçirilməsi üçün şərait yaradır;
[12]
6.1.6. sənaye məhəlləsinin fəaliyyəti və inkişafı barədə illik hesabatları səlahiyyətli orqana təqdim edir;
6.1.7. dövlət orqanları (qurumları) tərəfindən sənaye məhəllələrinin rezidentlərində “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq keçirilən yoxlamalarda onların dəvəti ilə iştirak edir;
[13]
6.1.8. sənaye məhəlləsinin rezidentləri arasında mübahisələrin danışıqlar yolu ilə həllinə kömək göstərir;
6.1.9. sənaye məhəlləsinin infrastrukturuna xidmət göstərir, onun normal fəaliyyətini təmin edir, cari və əsaslı təmirini həyata keçirir;
6.1.10. sənaye məhəlləsinin rezidentləri ilə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq sahibkarlıq fəaliyyətinin həyata keçirilməsinə dair müqavilə bağlayır, onun şərtlərinə əməl olunmasına nəzarət edir, həmin müqavilə üzrə pozuntuların aradan qaldırılması və vurulmuş zərərin əvəzinin ödənilməsi ilə bağlı tədbirlər görür;
[14]
6.1.11. sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi bu Əsasnaməyə əməl edilməsi ilə bağlı sənaye məhəlləsinin rezidentlərinə köməklik göstərir, habelə Azərbaycan Respublikası Prezidentinin aktları ilə müəyyən edilmiş digər vəzifələri yerinə yetirir.
[15]
6.2. Öz vəzifələrini yerinə yetirmək üçün idarəedici təşkilatın hüquqları aşağıdakılardır:
[16]
6.2.1. sənaye məhəllələrinin rezidentlərinin hüquqlarını və qanuni mənafelərini müdafiə etmək, onların yazılı müraciəti əsasında dövlət orqanları (qurumları), yerli özünüidarəetmə orqanları qarşısında agent və təmsilçilik (“bir pəncərə”) funksiyasını yerinə yetirmək;
6.2.2. mövcud tariflərə uyğun olaraq məişət tullantılarının yığılması xidmətlərini göstərmək;
6.2.3. ofis, konsaltinq, laboratoriya müayinəsi, biznes-inkubasiya, treninq, peşə hazırlığı, marketinq, hüquq, logistika, rabitə, mühafizə, ictimai iaşə, təşviqat, xarici iqtisadi əməliyyatlarla bağlı məsləhət xidmətlərinin və sahibkarlıq fəaliyyətinin səmərəli həyata keçirilməsi üçün qanunla qadağan olunmayan digər xidmətlərin göstərilməsini müqavilə əsasında təmin etmək;
6.2.4. sənaye məhəlləsində məhsul istehsalının dəyər zənciri üzrə inkişaf etdirilməsi və ixracının dəstəklənməsi ilə bağlı təkliflərin hazırlanmasında və həyata keçirilməsində iştirak etmək;
6.2.5. sənaye məhəlləsində innovativ texnologiyaların, texnika və materialların tətbiqi, eləcə də istifadəsi ilə bağlı tədbirlər görmək;
6.2.6. Azərbaycan Respublikası Prezidentinin aktları ilə müəyyən edilmiş digər hüquqları həyata keçirmək.
7. İdarəedici təşkilatın gəlirləri
7.1. İdarəedici təşkilatın gəlirləri aşağıdakı mənbələrdən formalaşır:
7.1.1. sənaye məhəlləsinin inzibati, ictimai iaşə və istehsal təyinatlı obyektlərinin İcarəyə verilməsindən əldə olunan gəlirin “İcarə haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinin 1-ci hissəsinin dördüncü abzası ilə müəyyən edilmiş hissəsindən;
7.1.2. mövcud tariflərə uyğun olaraq məişət tullantılarının yığılması xidmətlərindən;
7.1.3. kreditlərdən, qrantlardan, ianələrdən;
7.1.4. müxtəlif məsləhət, mühafizə xidmətlərindən və qadağan olunmayan digər mənbələrdən.
8. Sənaye məhəlləsinin rezidentinin qeydiyyatı
[17]
8.1. Sənaye məhəlləsində fəaliyyət göstərmək üçün hüquqi şəxslər və fərdi sahibkarlar bu Əsasnamə ilə müəyyən edilmiş qaydada sənaye məhəlləsinin rezidenti kimi qeydiyyatdan keçərək “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sənaye məhəlləsinin rezidentinin qeydiyyat şəhadətnaməsini almalıdırlar.
[18]
8.2. Hüquqi şəxslər və fərdi sahibkarlar sənaye məhəlləsinin rezidenti kimi qeydiyyatdan keçmək üçün “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq ərizə ilə idarəedici təşkilata müraciət edirlər. Ərizənin forması və ona əlavə edilən sənədlərin siyahısı bu Əsasnamənin 1 nömrəli əlavəsinə uyğun olaraq müəyyən edilir.
[19]
8.3. İdarəedici təşkilat ərizəni “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 31-ci maddəsinə uyğun olaraq qəbul edir, qeydiyyata alır və ərizəyə əlavə edilmiş sənədlərin “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğunluğunu yoxlayır. Ərizədə və ona əlavə edilmiş sənədlərdə aradan qaldırılması mümkün olan, ərizəçinin sənaye məhəlləsinin rezidenti kimi qeydiyyata alınmasından imtinaya səbəb olmayan çatışmazlıqlar aşkar edildikdə, ərizənin qeydiyyata alındığı tarixdən 5 (beş) iş günündən gec olmayaraq, idarəedici təşkilat onların aradan qaldırılması barədə məlumatı ərizəçiyə təqdim edir və ya sifarişli poçt göndərişi vasitəsilə göndərir.
[20]
8.4. Ərizəçi həmin çatışmazlıqları məlumatı aldığı gündən ən geci 10 (on) iş günü müddətində aradan qaldırmalıdır. Bu zaman qeydiyyat müddətinin axımı dayandırılır. Çatışmazlıqların aradan qaldırılması barədə ərizəçinin müraciətindən sonra müddətin axımı bərpa olunur. Ərizəçi ərizədə və ona əlavə edilmiş sənədlərdə aşkar olunmuş çatışmazlıqları 10 (on) iş günü müddətində aradan qaldırmadıqda idarəedici təşkilat ərizənin baxılmamış saxlanılması haqqında qərar qəbul edir və bu barədə məlumatı 2 (iki) iş günü müddətində ərizəçiyə təqdim edir və ya sifarişli poçt göndərişi vasitəsilə göndərir. Ərizəçi aşkar olunmuş çatışmazlıqları aradan qaldırdıqdan sonra sənaye məhəlləsinin rezidenti kimi qeydiyyata alınması üçün təkrar ərizə ilə idarəedici təşkilata müraciət edə bilər.
[21]
8.5. Ərizəçi tərəfindən təqdim edilən layihə aşağıdakı qiymətləndirmə meyarlarına uyğun olaraq idarəedici təşkilat tərəfindən qiymətləndirilir:
8.5.1. layihənin sosial-iqtisadi əhəmiyyəti;
8.5.2. layihənin sənaye məhəlləsinin profilinə uyğunluğu;
8.5.3. layihənin ətraf mühitə təsiri;
8.5.4. layihənin yeni iş yerlərinin açılmasına təsiri.
8.6. İdarəedici təşkilat təqdim olunan ərizəyə və ona əlavə edilən sənədlərə baxılmasının nəticəsi əsasında ərizənin qeydiyyata alındığı tarixdən 7 (yeddi) iş günündən gec olmayaraq ərizəçinin sənaye məhəlləsinin rezidenti kimi qeydiyyata alınması haqqında qərar qəbul edir və ərizəçiyə bu Əsasnamənin 2 nömrəli əlavəsində müəyyən olunmuş formaya uyğun sənaye məhəlləsinin rezidentinin qeydiyyat şəhadətnaməsini verir və ya qeydiyyat şəhadətnaməsinin verilməsindən imtinaya dair əsaslandırılmış qərar qəbul edir.
[22]
8.7. Ərizəçinin sənaye məhəlləsinin rezidenti kimi qeydiyyata alınmasından aşağıdakı hallarda imtina edilir:
8.7.1. ərizəçi tərəfindən təqdim edilən layihə bu Əsasnamənin 8.5-ci bəndinin tələblərinə uyğun olmadıqda;
8.7.2. ərizədə və ona əlavə olunan sənədlərdə təhrif olunmuş məlumatlar olduqda, yaxud sənədlər tam təqdim edilmədikdə (bu Əsasnamənin 8.3-cü bəndinin ikinci cümləsində nəzərdə tutulmuş hal istisna edilməklə).
[23]
8.8. Hüquqi şəxslər və fərdi sahibkarlar sənaye məhəlləsinin rezidentinin qeydiyyat şəhadətnaməsini aldıqları gündən sənaye məhəlləsinin rezidenti hesab edilirlər. Sənaye məhəlləsinin rezidentlərinin reyestri bu Əsasnamənin 3 nömrəli əlavəsinə uyğun qaydada aparılır.
[24]
9. Sənaye məhəlləsinin rezidentinin fəaliyyəti
9.1. Sənaye məhəlləsinin rezidenti qeydiyyat şəhadətnaməsini aldıqdan sonra, 30 (otuz) gün ərzində idarəedici təşkilatla sənaye məhəlləsində sahibkarlıq fəaliyyətinin həyata keçirilməsinə dair müqavilə və 6 (altı) ay ərzində bu Əsasnamənin 4 nömrəli əlavəsində göstərilən nümunəvi formaya uyğun olaraq idarəedici təşkilatla sənaye məhəlləsinin ərazisində dövlət mülkiyyətində olan tikilinin və (və ya) torpaq sahəsinin İcarə müqaviləsini bağlayır.
9.2. Sənaye məhəlləsində sahibkarlıq fəaliyyətinin həyata keçirilməsinə dair müqavilə tərəflərin razılaşması ilə müəyyən edilmiş müddətə bağlanılır. Müqavilənin müddətinin bitməsinə 30 (otuz) gün qalmış tərəflərdən biri müqavilənin ləğv edilməsi ilə bağlı digər tərəfə yazılı bildiriş təqdim etməmişdirsə, müqavilə həmin müddətə uzadılmış hesab edilir.
9.3. Sənaye məhəlləsində sahibkarlıq fəaliyyətinin həyata keçirilməsinə dair müqaviləyə xitam verilməsi tikilinin və (və ya) torpaq sahəsinin İcarə müqaviləsinin, sənaye məhəlləsinin rezidentinin qeydiyyatının və qeydiyyat şəhadətnaməsinin ləğvinə səbəb olur. Sənaye məhəlləsində sahibkarlıq fəaliyyətinin həyata keçirilməsinə dair müqavilə Azərbaycan Respublikasının Mülki Məcəlləsində və müqavilədə göstərilən hallar istisna olmaqla idarəedici təşkilat tərəfindən birtərəfli qaydada ləğv edilə bilməz.
9.4. Sənaye məhəlləsinin rezidenti qeydiyyata və sahibkarlıq fəaliyyətinin həyata keçirilməsinə dair imzalanmış müqaviləyə xitam verilməsindən inzibati qaydada və məhkəməyə şikayət etmək hüququna malikdir.
10. Sənaye məhəlləsində stimullaşdırıcı tədbirlər
10.1. Sənaye məhəlləsi ilə bağlı aşağıdakı stimullaşdırıcı tədbirlər müəyyən edilə bilər:
10.1.1. “Torpaq İcarəsi haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin 5-ci hissəsinə və “İcarə haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinin 1-ci hissəsinin ikinci abzasına əsasən torpaq sahəsinin və tikililərin İcarə haqqının aşağı həddə müəyyən edilməsi;
10.1.2. güzəştli kreditlərin verilməsi;
10.1.3. inzibati prosedurların sadələşdirilməsi;
10.1.4. sahibkarlıq fəaliyyətinin səmərəli həyata keçirilməsi üçün xidmətlərin təşkili.
11. Sənaye məhəlləsinin torpaq sahələrindən istifadə
11.1. Sənaye məhəlləsinin ərazisində dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələri üzərində idarəetmə sənaye məhəlləsinin fəaliyyəti müddətində idarəedici təşkilat tərəfindən həyata keçirilir.
11.2. Sənaye məhəlləsinin ərazisində torpaqlar sənaye məhəlləsinin rezidentlərinə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsinə dair imzalanmış müqavilənin müddətinə uyğun olaraq icarəyə (subicarəyə) verilir.
[25]
11.3. Sənaye məhəlləsinin rezidentinə icarəyə verilmiş torpaq sahəsinin digər şəxslərə subicarəyə verilməsinə və ya sahibkarlıq fəaliyyətinin həyata keçirilməsinə dair müqavilədə göstərilməyən məqsədlər üçün istifadəsinə yol verilmir.
[26]
12. Sənaye məhəlləsinin yaradılması və fəaliyyəti ilə bağlı işlərin maliyyələşdirilməsi
12.1. Sənaye məhəlləsinin yaradılması və fəaliyyətinin təşkili dövlət büdcəsinin vəsaiti, idarəedici təşkilatın əldə etdiyi gəlirlər və qadağan olunmayan digər mənbələr hesabına maliyyələşdirilir.
13. Sənaye məhəlləsinin ləğv edilməsi
13.1. Sənaye məhəlləsinin yaradılması haqqında qərar qəbul edildikdən sonra, 5 (beş) il ərzində sahibkarlıq fəaliyyətinin həyata keçirilməsinə dair heç bir müqavilə bağlanılmadıqda və ya əvvəl bağlanılmış müqavilələr qüvvədən düşdükdə sənaye məhəlləsi ləğv edilir.
13.2. Sənaye məhəlləsinin ləğv edilməsi haqqında qərar qəbul edildiyi tarixdən 1 (bir) ay sonra qüvvəyə minir.
13.3. Sənaye məhəlləsinin ləğv edilməsi onun idarəedici təşkilatının ləğv edilməsinə səbəb olmur. Sənaye məhəlləsinin ləğv edilməsi onun rezidenti olmuş hüquqi şəxslərin və fərdi sahibkarların həmin ərazidə fəaliyyətlərini davam etdirmələrinə mane olmur.
Qeyd. Bu Əsasnamədə dəyişikliklər Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırıldıqdan sonra edilə bilər.
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
“Sənaye məhəllələri haqqında
Nümunəvi Əsasnamə”yə
2 nömrəli əlavə
Qeydiyyat şəhadətnaməsinin forması
Üz tərəfi
Arxa tərəfi
|
“Sənaye məhəllələri haqqında
Nümunəvi Əsasnamə”yə
3 nömrəli əlavə
|
Sənaye məhəlləsinin rezidentlərinin reyestrinin aparılması
[27]
Q A Y D A S I
1. Ümumi müddəalar
1.1. Bu Qayda sənaye məhəlləsinin rezidentlərinin reyestrinin aparılması ilə əlaqədar qaydaları müəyyən edir.
1.2. Sənaye məhəlləsinin rezidentlərinin reyestri (bundan sonra – reyestr) idarəedici təşkilat tərəfindən aparılır.
1.3. Reyestr informasiya ehtiyatıdır, onun istifadəsi və mühafizəsi idarəedici təşkilat tərəfindən təmin edilir.
2. Reyestrin aparılması
2.1. Reyestr təqvim illərinə əsasən və hər sənaye məhəlləsi üzrə ayrıca aparılır.
2.2. Reyestr kağız (reyestr kitabı) və elektron formada tərtib edilir və Azərbaycan dilində aparılır. Kağız və elektron daşıyıcılardakı qeydlər arasında uyğunsuzluq olduqda, kağız daşıyıcılar üzərində olan qeydlərə üstünlük verilir.
2.3. Reyestr kitabı qaytanlanır, idarəedici təşkilatın səlahiyyətli vəzifəli şəxsi tərəfindən imzalanır və möhürlənir.
2.4. Reyestrin elektron formada tərtib edilməsi təşkilati, metodoloji və texniki proqram prinsiplərinin tətbiqinə əsaslanmaqla dövlətin digər informasiya sistemləri və şəbəkələri ilə onun qarşılıqlı əlaqədə fəaliyyət göstərməsini təmin edir.
2.5. Reyestr aşağıdakılardan ibarətdir:
2.5.1. rezident olan hüquqi şəxslər barədə məlumatlar;
[28]
2.5.2. rezident olan fərdi sahibkarlar barədə məlumatlar;
2.5.3. rezidentin qeydiyyatı və ləğvi barədə məlumatlar;
2.5.4. reyestrə daxil edilmiş məlumatlarda dəyişikliklər;
2.5.5. sənaye məhəlləsində qeydiyyata alınmaq üçün təqdim edilmiş sənədlər.
2.6. Reyestrə aşağıdakı məlumatlar daxil edilir:
2.6.1. hüquqi şəxs olan rezidentin tam adı və təşkilati-hüquqi forması;
2.6.2. fərdi sahibkar olan rezidentin soyadı, adı və atasının adı;
2.6.3. rezidentin hüquqi (fəaliyyət) ünvanı;
2.6.4. vergi ödəyicisinin eyniləşdirmə nömrəsi;
2.6.5. hüquqi şəxs olan rezidentin səlahiyyətli nümayəndəsinin (təmsilçisinin) soyadı, adı, atasının adı və ünvanı;
2.6.6. rezidentin sənaye məhəlləsində qeydiyyata alınması və qeydiyyatının ləğvi haqqında qərarın tarixi və nömrəsi.
2.7. İdarəedici təşkilat hüquqi şəxsin və fərdi sahibkarın sənaye məhəlləsinin rezidenti kimi qeydiyyata alınması və ya qeydiyyatının ləğvi haqqında qərar qəbul etdikdən sonra 5 (beş) iş günündən gec olmayaraq reyestrə məlumatları daxil edir.
[29]
2.8. Sənaye məhəlləsinin rezidentinə vahid və təkrarolunmaz 11 rəqəmdən ibarət qeydiyyat nömrəsi verilir. Qeydiyyat nömrəsinin ilk üç rəqəmi rezidentin reyestrdəki sıra nömrəsini, növbəti iki rəqəm rezidentin sənaye məhəlləsində qeydiyyata alındığı ilin son iki rəqəmini, növbəti altı rəqəm isə vergi ödəyicisinin eyniləşdirmə nömrəsinin üçüncü-səkkizinci rəqəmlərini göstərir. Qeydiyyat nömrəsi reyestrdə, sənaye məhəlləsinin qeydiyyat şəhadətnaməsində və reyestrdən çıxarışda əks olunur.
[30]
2.9. Sənaye məhəlləsinin rezidentinin qeydiyyatı ləğv edildikdə, onun qeydiyyat nömrəsi silinmir, başqasına verilmir və bu barədə reyestrdə qeyd aparılır.
2.10. Reyestrə daxil edilən məlumatlarda dəyişikliklər baş verdikdə, sənaye məhəlləsinin rezidenti bu barədə idarəedici təşkilata məlumat verməlidir. Məlumat daxil olduqdan sonra 5 (beş) iş günündən gec olmayaraq, idarəedici təşkilat tərəfindən reyestrdə müvafiq dəyişikliklər edilməlidir.
2.11. Reyestr məlumatlarındakı dəyişikliklərlə bağlı reyestr kitabında qeydlər aparılarkən ilkin məlumatlara, habelə həmin məlumatlarla əlaqəli digər dəyişikliklərə sıra nömrəsinə uyğun istinadlar edilir.
2.12. Reyestrdə dəyişiklik edilərkən, o cümlədən rezident olan hüquqi şəxsin adı, təşkilati-hüquqi forması, rezident olan fərdi sahibkarın soyadı, adı və atasının adı dəyişdikdə qeydiyyat nömrəsi dəyişilmir.
2.13. Reyestrə məlumatlar daxil edildikdən, sənaye məhəlləsinin rezidentinə qeydiyyat şəhadətnaməsi verildikdən və rezidentin sənaye məhəlləsində qeydiyyatının ləğvi barədə qərar qəbul edildikdən sonra idarəedici təşkilat 2 (iki) iş günü ərzində bu barədə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə (Naxçıvan Muxtar Respublikasında yaradılan sənaye məhəllələrinə münasibətdə Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə) rəsmi məlumat təqdim etməlidir.
[31]
2.14. Hüquqi şəxslərin və fərdi sahibkarların sənaye məhəlləsində rezident kimi qeydiyyata alınması və qeydiyyatının ləğvi barədə məlumat “Kommersiya sirri haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla idarəedici təşkilatın internet informasiya ehtiyatında açıqlanır.
3. Reyestrdən istifadə
3.1. Sənaye məhəlləsinin rezidenti özü barəsində reyestrdəki məlumatlarla tanış olmaq, reyestrdən çıxarışı və sənaye məhəlləsində qeydiyyata alınmaq üçün təqdim etdiyi sənədlərin surətlərini almaq hüququna malikdir.
3.2. Reyestrdən çıxarış idarəedici təşkilatın səlahiyyətli vəzifəli şəxsinin imzası ilə verilir və möhürlə təsdiq edilir.
3.3. Reyestrdən çıxarış “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müvafiq sorğu əsasında üçüncü şəxslərə də verilir. Bu halda reyestrdən çıxarışda əks olunan məlumatlar (rezident olan hüquqi şəxsin təsisçiləri və onların nizamnamə kapitalındakı payları barədə məlumatlar istisna olmaqla) sorğuya uyğun verilir.
4. Reyestrə daxil edilən məlumatların saxlanılması
4.1. Reyestr məlumatlarını əks etdirən və sənaye məhəlləsində qeydiyyata alınmaq üçün təqdim edilən sənədlər, o cümlədən sənaye məhəlləsinin qeydiyyat şəhadətnaməsi və reyestrdən çıxarış “Milli arxiv fondu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq saxlanılmaq üçün arxivə verilir.
“Sənaye məhəllələri haqqında
Nümunəvi Əsasnamə”yə
4 nömrəli əlavə
|
Sənaye məhəlləsinin idarəedici təşkilatı ilə rezidenti arasında bağlanılan sənaye məhəlləsinin ərazisində dövlət mülkiyyətində olan tikilinin və (və ya) torpaq sahəsinin İcarə Müqaviləsinin
[32]
NÜMUNƏVİ FORMASI
№
______________ şəhəri ____ ____________ 20____ il
Bir tərəfdən _________________________________________ (bundan sonra - İcarəyə verən)
(sənaye məhəlləsinin idarəedici təşkilatının adı, VÜEN-i)
və digər tərəfdən __________________________________________(bundan sonra - İcarəçi)
(sənaye məhəlləsinin rezidentinin adı, VÜEN-i)
Nümunəvi Əsasnaməyə uyğun olaraq və ________________________________ idarəedici
(sənaye məhəlləsinin adı)
təşkilatın sənaye məhəlləsinin rezidentinin qeydiyyatı haqqında ___________ 20______ il tarixli ______ nömrəli qərarı əsasında aşağıdakılar barəsində razılığa gələrək bu İcarə Müqaviləsini imzalayırlar.
Bu İcarə Müqaviləsində İcarəyə verən və İcarəçi ayrı-ayrılıqda “Tərəf”, birlikdə isə “Tərəflər” adlandırılır.
1. Anlayışlar
1.1. Bu İcarə Müqaviləsinin mətnində, o cümlədən preambulasında:
1.1.1. İcarə Müqaviləsi – bütün Tərəflərin imzaladığı və yazılı şəkildə dəyişiklik, müddətin uzadılması və digər düzəlişlər daxil olmaqla bütün əlavələrlə birlikdə bu Müqavilə deməkdir;
1.1.2. sənaye məhəlləsi – Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan _____________________ sənaye məhəlləsi deməkdir;
(sənaye məhəlləsinin adı)
1.1.3. Nümunəvi Əsasnamə – Azərbaycan Respublikası Nazirlər Kabinetinin 20___ il ____ _____________ tarixli ____ nömrəli qərarı ilə təsdiq edilmiş “Sənaye məhəllələri haqqında Nümunəvi Əsasnamə” deməkdir;
1.1.4. sahibkarlıq fəaliyyətinin həyata keçirilməsinə dair müqavilə – Nümunəvi Əsasnamənin 9.1-ci bəndinə uyğun olaraq sənaye məhəlləsinin idarəedici təşkilatı ilə rezidenti arasında imzalanan sənaye məhəlləsində sahibkarlıq fəaliyyətinin həyata keçirilməsinə dair müqavilə deməkdir;
1.1.5. tikili – sahibkarlıq fəaliyyətinin həyata keçirilməsinə dair müqavilədə göstərilən məqsədlə bu İcarə Müqaviləsi əsasında İcarəyə verilən dövlət mülkiyyətində olan tikili deməkdir;
1.1.6. torpaq sahəsi – sahibkarlıq fəaliyyətinin həyata keçirilməsinə dair müqavilədə göstərilən məqsədlə bu İcarə Müqaviləsi əsasında İcarəyə verilən dövlət mülkiyyətində olan torpaq sahəsi deməkdir;
1.1.7. İcarə ili – bu İcarə Müqaviləsinin 10.2-ci bəndinə uyğun olaraq İcarə müddətinin başlandığı tarixdən sonra gələn ardıcıl 12 (on iki) aydan artıq olmayan müddət deməkdir.
|
2. Müqavilənin predmeti
2.1. Bu İcarə Müqaviləsinə görə İcarəyə verən dövlət mülkiyyətində olan və ____________________________________________ ünvanında yerləşən tikilini və (və ya) ______ ha torpaq sahəsini İcarəçinin müddətli istifadəsinə verməyi, İcarəçi isə həmin tikilinin və (və ya) torpaq sahəsinin istifadəsinə görə bu İcarə Müqaviləsi ilə müəyyən edilmiş məbləğdə və qaydada İcarə haqqı ödəməyi öhdəsinə götürür.
2.2. Bu İcarə Müqaviləsinin 2.1-ci bəndində göstərilən tikili və (və ya) torpaq sahəsi Nümunəvi Əsasnamənin 9.1-ci bəndinə əsasən bağlanılan sənaye məhəlləsində sahibkarlıq fəaliyyətinin həyata keçirilməsinə dair müqavilədə göstərilən məqsədlər üçün İcarəyə verilir. Bu İcarə Müqaviləsi əsasında İcarəyə verilmiş tikilinin və (və ya) torpaq sahəsinin digər şəxslərə subicarəyə verilməsinə, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsinə dair müqavilədə göstərilməyən məqsədlər üçün istifadəsinə, habelə mülkiyyətçinin razılığı olmadan İcarə hüququnun girov qoyulmasına və ya güzəşt edilməsinə (ötürülməsinə) yol verilmir.
[33]
2.3. Tikilinin və (və ya) torpaq sahəsinin İcarəçiyə verilməsi və bu İcarə Müqaviləsinə xitam verildikdən sonra tikilinin və (və ya) torpaq sahəsinin İcarəyə verənə qaytarılması Tərəflər arasında imzalanan akt ilə rəsmiləşdirilir. Tikilinin və (və ya) torpaq sahəsinin İcarəçiyə verilməsi ilə bağlı akt bu İcarə Müqaviləsinin qüvvəyə mindiyi tarixdən 5 (beş) iş günü ərzində imzalanır. Bu İcarə Müqaviləsinə xitam verildikdə tikilinin və (və ya) torpaq sahəsinin İcarəyə verənə qaytarılması ilə bağlı akt torpaq sahəsində İcarəyə verənin razılığı ilə İcarəçi tərəfindən yaradılan istehsal sahələrinin, quraşdırılan avadanlıq və qurğuların müqəddəratının Tərəflər arasında müəyyən edilən ağlabatan müddətdə həll edildiyi tarixdən 5 (beş) iş günü ərzində imzalanır.
2.4. İcarəyə verən tikilini və (və ya) torpaq sahəsini əşyaların və hüquqların yüklülüyündən azad şəkildə, bu İcarə Müqaviləsi üzrə istifadəyə yararlı vəziyyətdə İcarəçiyə təhvil verir.
2.5. İcarəyə verilən tikilinin və (və ya) torpaq sahəsinin plan və ölçüsü bu İcarə Müqaviləsinə əlavə olunur. Plan və ölçü bu İcarə Müqaviləsinin ayrılmaz tərkib hissəsi hesab olunur.
2.6. Bu İcarə Müqaviləsi əsasında tikili və (və ya) torpaq sahəsi üzərində yaranmış İcarə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınır.
2.7. İcarəyə verilmiş torpaq sahəsində İcarəçi tərəfindən yaradılan istehsal sahələri, quraşdırılan avadanlıq və qurğular onun mülkiyyəti hesab olunur.
3. İcarəyə verənin hüquq və vəzifələri
3.1. İcarəyə verənin hüquqları aşağıdakılardır:
3.1.1. İcarəyə verilmiş tikilinin və (və ya) torpaq sahəsinin təyinatı üzrə istifadəsinə və İcarə Müqaviləsinin şərtlərinə əməl edilməsinə nəzarət etmək;
3.1.2. İcarəyə verilmiş tikilinin və (və ya) torpaq sahəsinin istifadəsi, keyfiyyətinin yaxşılaşdırılması, qorunması və mühafizəsi barədə İcarəçidən məlumat almaq;
3.1.3. İcarə müqaviləsinin dəyişdirilməsi, ləğv edilməsi və uzadılması barədə İcarəçiyə təkliflər vermək;
3.1.4. İcarəçinin təqsiri üzündən İcarəyə verilmiş tikilinin və (və ya) torpaq sahəsinə vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək;
3.1.5. İcarəyə verilmiş torpaq sahəsində İcarəyə verənin razılığı olmadan tikilmiş və quraşdırılmış binaların, qurğuların sökülməsini tələb etmək.
3.2. İcarəyə verənin vəzifələri aşağıdakılardır:
3.2.1. İcarə Müqaviləsinin şərtlərinə və Azərbaycan Respublikasının qanunvericiliyinə riayət etmək;
3.2.2. İcarəyə verilmiş tikilini və (və ya) torpaq sahəsini bu İcarə Müqaviləsi və Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada İcarəçiyə təhvil vermək;
3.2.3. bu İcarə Müqaviləsinin müddəti bitdikdə İcarəyə verilmiş tikilinin və (və ya) torpaq sahəsinin İcarəyə götürülməsini ilk növbədə İcarəçiyə təklif etmək;
3.2.4. bu İcarə Müqaviləsinə xitam verildikdə üzünün razılığı ilə tikilinin və (və ya) torpaq sahəsinin yaxşılaşdırılması ilə bağlı İcarəçinin çəkdiyi xərclərin əvəzini ödəmək.
4. İcarəçinin hüquq və vəzifələri
4.1. İcarəçinin hüquqları aşağıdakılardır:
4.1.1. tikilidən və (və ya) torpaq sahəsindən bu İcarə Müqaviləsi və sahibkarlıq fəaliyyətinin həyata keçirilməsinə dair müqavilə ilə müəyyən edilmiş həddə sərbəst istifadə etmək;
4.1.2. İcarəyə verənin təqsiri üzündən bu İcarə Müqaviləsinə uyğun tikilidən və (və ya) torpaq sahəsindən istifadədən məhrum olarsa, vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək;
4.1.3. İcarə Müqaviləsinin dəyişdirilməsi, ləğv edilməsi və uzadılması üçün İcarəyə verənə təklif vermək;
4.1.4. İcarəyə götürülmüş torpaq sahəsində sahibkarlıq fəaliyyətinin həyata keçirilməsinə dair müqaviləyə uyğun olaraq istehsal sahələri qurmaq, digər tikililər, avadanlıqlar və qurğular quraşdırmaq;
4.1.5. İcarəyə götürülmüş dövlət mülkiyyətində olan torpaq sahəsi özəlləşdirildiyi halda, həmin sahənin satın alınmasında üstünlük hüququna malik olmaq;
4.1.6. bu İcarə Müqaviləsinin müddəti bitdikdə İcarəyə götürülmüş tikilinin və (və ya) torpaq sahəsinin İcarəyə götürülməsində üstünlük hüququna malik olmaq və tikilinin və (və ya) torpaq sahəsinin ilk növbədə ona təklif olunmasını İcarəyə verəndən tələb etmək;
4.1.7. qonşu torpaq mülkiyyətçilərinin və istifadəçilərinin torpaq sahələrinə servitut qoyulmasını İcarəyə verəndən tələb etmək;
4.1.8. bu İcarə Müqaviləsinə xitam verildikdə İcarəyə verənin razılığı ilə tikilinin və (və ya) torpaq sahəsinin yaxşılaşdırılması ilə bağlı çəkdiyi xərclərin əvəzinin ödənilməsini İcarəyə verəndən tələb etmək.
4.2. İcarəçinin vəzifələri aşağıdakılardır:
4.2.1. İcarəyə götürülmüş tikilidən və (və ya) torpaq sahəsindən bu İcarə Müqaviləsinə və sahibkarlıq fəaliyyətinin həyata keçirilməsinə dair müqaviləyə uyğun olaraq təyinatı üzrə istifadə etmək;
4.2.2. İcarə Müqaviləsinin şərtlərinə və torpaq qanunvericiliyinin tələblərinə riayət etmək;
4.2.3. İcarəyə götürülmüş tikilini və (və ya) torpaq sahəsini bu İcarə Müqaviləsinə xitam verildikdən sonra İcarəyə verənə qaytarmaq;
4.2.4. İcarəyə götürülmüş tikiliyə və (və ya) torpaq sahəsinə, ətraf mühitə və əhalinin sağlamlığına ziyan vurmamaq;
4.2.5. tikilidən və (və ya) torpaq sahəsindən istifadəyə görə İcarə haqqını və torpaq vergisini tam və vaxtında ödəmək.
5. İcarə haqqı və onun ödənilməsi qaydası
5.1. Bu İcarə Müqaviləsi üzrə İcarəyə verilən tikilidən və (və ya) torpaq sahəsindən istifadəyə görə İcarə haqqı Nümunəvi Əsasnamənin 10.1.1-ci yarımbəndinə, “Dövlət və bələdiyyə mülkiyyətində olan torpaqların İcarə haqqının aşağı həddinin müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 23 dekabr tarixli 226 nömrəli qərarına və “Dövlət əmlakının (mənzil fondundan başqa) İcarəyə verilməsi üçün İcarə haqqının minimum məbləği”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 29 noyabr tarixli 191 nömrəli qərarına uyğun olaraq illik ________ manat məbləğində müəyyən olunur. İcarə haqqının tərkibinə torpaq vergisi daxil deyildir.
5.2. İcarəçi İcarə haqqını bu İcarə Müqaviləsinin 10.2-ci bəndinə əsasən İcarə müddətinin başlandığı tarixdən etibarən hesablanan İcarə ilinin sonunadək İcarəyə verənlə razılaşdırılmış ödəniş cədvəlinə uyğun olaraq ödəyir.
5.3. İcarə haqqı nağdsız formada ödənilir. İcarəçi İcarə haqqının ödənilməsini təsdiq edən sənədin surətini ödəniş həyata keçirildikdən sonra 5 (beş) iş günü ərzində İcarəyə verənə təqdim edir.
5.4. İcarəçi bu İcarə Müqaviləsinin 5.2-ci bəndinə uyğun olaraq nəzərdə tutulmuş müddətdə İcarə haqqını ilin sonunadək tam ödəmədikdə, gecikdirilmiş hər gün üçün ödənilməmiş məbləğin _____ %-i miqdarında dəbbə pulu ödəyir.
6. Fors-major
6.1. Tərəflər fors-major hallarında (təbii fəlakət, fövqəladə hal, müharibə, tətillər, iğtişaşlar, qanunvericilikdə dəyişikliklər və digər hadisələr) bu İcarə Müqaviləsinin şərtlərinə uyğun olaraq göstərilmiş vaxtda üz öhdəliklərini tam və lazımi qaydada icra edə bilmədikdə, həmin öhdəliyin icrası baş vermiş fors-major halının müddətinədək uzadılır.
6.2. Tərəf bu İcarə Müqaviləsi üzrə öhdəliyin icrasını gecikdirən fors-major hadisəsinin başlanması və bitməsi barədə digər Tərəfi 3 (üç) iş günü ərzində yazılı şəkildə məlumatlandırmalıdır.
7. Konfidensiallıq
7.1. Açıqlanması qanunla tələb olunan hallar, habelə bu İcarə Müqaviləsi haqqında bilməyə ehtiyacı olan və belə məlumatı konfidensial saxlamalı olan aşağıdakı şəxslər istisna olmaqla, Tərəf bu İcarə Müqaviləsi çərçivəsində yaranan və ya əldə edilən hər hansı məlumatı və sənədi digər Tərəfin yazılı razılığı olmadan üçüncü tərəfə ötürə və ya açıqlaya bilməz:
7.1.1. üzünün auditorlarına, hüquq və maliyyə məsləhətçilərinə, banklara və sığorta təşkilatlarına;
7.1.2. tələb olunan həddə reytinq agentliyinə və ya birjaya;
7.1.3. dövlət orqanlarına (qurumlarına).
[34]
8. Tərəflərin məsuliyyəti
8.1. Tərəf bu İcarə Müqaviləsi üzrə üz öhdəliyini tam və ya lazımi qaydada icra etmədikdə digər Tərəfə dəymiş zərərin əvəzini ödəməlidir.
8.2. İcarəçi bu İcarə Müqaviləsinin 2.3-cü bəndinin sonuncu cümləsində müəyyən edilmiş qaydada və müddətdə tikilini və (və ya) torpaq sahəsini İcarəyə verənə qaytarmadıqda qaytarılmayan hər gün üçün ________ manat dəbbə pulu ödəməlidir.
8.3. Bu İcarə Müqaviləsinə uyğun olaraq dəbbə pulunun ödənildiyi hallarda zərər vuran Tərəf zərərin dəbbə pulundan artıq olan hissəsini tam həcmdə ödəyir.
8.4. Bu İcarə Müqaviləsinə xitam verilməsi Tərəfləri bu İcarə Müqaviləsinin şərtlərinin pozulması ilə bağlı məsuliyyətdən azad etmir.
9. Qanunvericilik və mübahisələrin həlli
9.1. Bu İcarə Müqaviləsi və ondan irəli gələn münasibətlər Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən tənzimlənir.
9.2. Bu İcarə Müqaviləsinin bağlanılması və icrası zamanı yaranan bütün mübahisələr Tərəflərin qarşılıqlı razılığı ilə həll edilir.
9.3. Qarşılıqlı razılıq əldə edilmədikdə, Tərəflər arasında mübahisələr Azərbaycan Respublikasının məhkəmələri tərəfindən həll olunur. Bu müddəa İcarə Müqaviləsinə xitam verildikdən sonra da üz qüvvəsini saxlayır.
10. Müqavilənin qüvvəyə minməsi və müddəti
10.1. Bu İcarə Müqaviləsi Tərəflər arasında imzalandığı tarixdən qüvvəyə minir.
10.2. İcarə müddəti bu İcarə Müqaviləsinin 2.3-cü bəndində göstərilən aktın imzalandığı tarixdən başlayır.
10.3. Bu İcarə Müqaviləsi ______ il müddətinə bağlanılır.
11. Müqavilənin dəyişdirilməsi, uzadılması və xitamı
11.1. Bu İcarə Müqaviləsində Tərəflərin qarşılıqlı razılığına əsasən dəyişikliklər edilə bilər. Bu İcarə Müqaviləsində hər hansı dəyişiklik Tərəflərin imzaladıqları və bu İcarə Müqaviləsinin tərkib hissəsi olan protokolla rəsmiləşdirilir.
11.2. Bu İcarə Müqaviləsinin müddətinin bitməsinə azı 1 (bir) il qalmış Tərəf bu İcarə Müqaviləsinə xitam verilməsi və ya bu İcarə Müqaviləsi üzrə hüquq münasibətlərinin davam etdirilməsi üçün digər Tərəfə yazılı bildiriş verə bilər. Bu İcarə Müqaviləsi üzrə hüquq münasibətlərinin davam etdirilməsi Tərəflərin yazılı razılaşdırılması əsasında həyata keçirilir.
11.3. Bu İcarə Müqaviləsinə aşağıdakı hallarda xitam verilir:
11.3.1. İcarə Müqaviləsinin müddəti başa çatdıqda;
11.3.2. sahibkarlıq fəaliyyətinin həyata keçirilməsinə dair müqaviləyə xitam verildikdə;
11.3.3. İcarəçinin İcarəyə götürdüyü tikilidən və (və ya) torpaq sahəsindən istifadəsi bu İcarə Müqaviləsinin şərtlərinə uyğun gəlmədikdə;
11.3.4. İcarəçi İcarə haqqının və ya onun mühüm hissəsinin ödənilməsini 3 (üç) aydan çox gecikdirdikdə.
11.4. Bu İcarə Müqaviləsinin 11.3.3-cü və 11.3.4-cü yarımbəndlərində göstərilən hallar baş verdikdə, İcarəyə verən İcarəçiyə pozuntuların aradan qaldırılması üçün yazılı bildiriş verir. İcarəçi yazılı bildirişi aldığı tarixdən 30 (otuz) gün ərzində pozuntuları aradan qaldırmadıqda və ya aradan qaldırılması üçün heç bir tədbir görmədikdə, İcarəyə verən bu İcarə Müqaviləsinə xitam verə və vurulmuş zərəri tələb edə bilər.
12. Digər şərtlər
12.1. Bu İcarə Müqaviləsi Azərbaycan dilində, habelə tələb olunduqda Tərəflər üçün məqbul sayılacaq dildə olmaqla eyni qüvvəyə malik _____ nüsxədə imzalanır və notarial qaydada təsdiq edilir. Nüsxələrdən biri İcarəyə verəndə, biri İcarəçidə, biri notariusda qalır, digəri isə torpaq sahəsi üzərində yaranmış İcarə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün qeydiyyat orqanına təqdim edilir.
12.2. Bu İcarə Müqaviləsinin notarial qaydada təsdiqlənməsi və tikili və (və ya) torpaq sahəsi üzərində yaranmış İcarə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı xərclər İcarəçi tərəfindən ödənilir.
12.3. Bu İcarə Müqaviləsi üzrə Tərəflər arasında bütün yazışma (bildiriş, müraciət, məlumat və s.) faks, poçt xidməti və ya şəxsən çatdırılmaqla və müvafiq sənədin çatdırılması barəsində təsdiqedici sənəd almaqla həyata keçirilir. Hər hansı yazışma faks ilə göndərilmişdirsə, həmin yazışma göndərildiyi tarixdən sonra gələn iş günündə alınmış hesab olunur (bu şərtlə ki, müvafiq sənəd oxuna bilən formada alınmış olsun), poçt vasitəsilə göndərildikdə və ya şəxsən çatdırıldıqda, həmin yazışmanı alan Tərəf onu faktiki olaraq aldığı (alan tərəfə təhvil verildiyi) tarixdə alınmış hesab olunur.
12.4. Tərəflər arasında bu İcarə Müqaviləsi ilə tənzimlənməyən münasibətlər Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən tənzimlənir.
12.5. Tərəf üz hüquqi ünvanında və bank rekvizitlərində dəyişiklik olduqda, bu barədə digər Tərəfi dərhal məlumatlandırır.
İcarəyə verən
________________________________
(sənaye məhəlləsinin idarəedici təşkilatının adı)
Hüquqi ünvanı __________________
VÜEN __________________________
Bank rekvizitləri_________________
İmzalayan şəxsin vəzifəsi, adı, soyadı və imzası___________________________
M.Y.
|
İcarəçi
_______________________________
(sənaye məhəlləsinin rezidentinin adı)
Hüquqi ünvanı ________________
VÜEN ________________________
Bank rekvizitləri_________________
İmzalayan şəxsin vəzifəsi, adı, soyadı və imzası__________________________
M.Y.
|
İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI
1.
13 may 2016-cı il tarixli 195 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 20 may 2016-cı il, № 108, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 5, maddə 955)
2.
27 may 2019-cu il tarixli 242 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 28 may 2019-cu il, № 116, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 5, maddə 975)
3.
17 fevral 2020-ci il tarixli 52 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 19 fevral 2020-ci il, № 37, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 2, maddə 203)
4.
25 avqust 2021-ci il tarixli 244 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 29 avqust 2021-ci il, № 182, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 8, maddə 970)
5.
17 mart 2022-ci il tarixli 98 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 20 mart 2022-ci il, № 61, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 3, maddə 275)
QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI
[1]
13 may 2016-cı il tarixli 195 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 20 may 2016-cı il, № 108, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 5, maddə 955) ilə 2-ci hissədən “və Sənaye” sözləri çıxarılmışdır.
[2]
27 may 2019-cu il tarixli 242 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 28 may 2019-cu il, № 116, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 5, maddə 975) ilə “Sənaye məhəllələri haqqında Nümunəvi Əsasnamə”nin 1.3.1-ci yarımbəndinə və 2.1-ci bəndinə “kiçik” sözündən əvvəl “mikro,” sözü əlavə edilmişdir.
[3]
25 avqust 2021-ci il tarixli 244 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 29 avqust 2021-ci il, № 182, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 8, maddə 970) ilə “Sənaye məhəllələri haqqında Nümunəvi Əsasnamə”nin 1.3.2-ci yarımbəndi yeni redaksiyada verilmişdir.
Əvvəlki redaksiyada deyilirdi:
1.3.2. sənaye məhəlləsinin idarəedici təşkilatı (bundan sonra - idarəedici təşkilat) – sənaye məhəlləsinin fəaliyyətinin təşkilini və tənzimlənməsini həyata keçirən dövlətə məxsus kommersiya hüquqi şəxs;
[4]
25 avqust 2021-ci il tarixli 244 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 29 avqust 2021-ci il, № 182, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 8, maddə 970) ilə “Sənaye məhəllələri haqqında Nümunəvi Əsasnamə”nin 1.3.2-ci yarımbəndi yeni redaksiyada verilmişdir.
Əvvəlki redaksiyada deyilirdi:
1.3.2. sənaye məhəlləsinin idarəedici təşkilatı (bundan sonra - idarəedici təşkilat) – sənaye məhəlləsinin fəaliyyətinin təşkilini və tənzimlənməsini həyata keçirən dövlətə məxsus kommersiya hüquqi şəxs;
17 mart 2022-ci il tarixli 98 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 20 mart 2022-ci il, № 61, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 3, maddə 275) ilə “Sənaye məhəllələri haqqında Nümunəvi Əsasnamə”nin 1.3.3-cü yarımbənddə “iştirakçısı” sözü “rezidenti” sözü ilə əvəz edilmişdir və həmin yarımbəndə “bu Əsasnamə ilə” sözlərindən əvvəl “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq” sözləri əlavə edilmişdir.
[5]
13 may 2016-cı il tarixli 195 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 20 may 2016-cı il, № 108, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 5, maddə 955) ilə “Sənaye məhəllələri haqqında Nümunəvi Əsasnamə”nin 3.1-ci bəndinin ikinci cümləsindən “və Sənaye” sözləri çıxarılmışdır.
[6]
17 mart 2022-ci il tarixli 98 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 20 mart 2022-ci il, № 61, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 3, maddə 275) ilə “Sənaye məhəllələri haqqında Nümunəvi Əsasnamə”nin 4.1-ci bəndin ikinci cümləsində, 4.5-ci bənddə, 9-cu hissənin adında, 9.1-ci bənddə, 9.3-cü bəndin birinci cümləsində, 9.4-cü bənddə və 13.3-cü bəndin ikinci cümləsində ismin müvafiq hallarında “iştirakçısı” sözü ismin müvafiq hallarında “rezidenti” sözü ilə əvəz edilmişdir.
[7]
17 mart 2022-ci il tarixli 98 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 20 mart 2022-ci il, № 61, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 3, maddə 275) ilə “Sənaye məhəllələri haqqında Nümunəvi Əsasnamə”nin 4.4-cü bəndində “iştirakçısının” sözü “rezidentinin” sözü ilə, “iştirakçının” sözü “rezidentin” sözü ilə əvəz edilmişdir.
[8]
17 mart 2022-ci il tarixli 98 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 20 mart 2022-ci il, № 61, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 3, maddə 275) ilə “Sənaye məhəllələri haqqında Nümunəvi Əsasnamə”nin 6-cı hissənin adına “vəzifələri” sözündən sonra “və hüquqları” sözləri əlavə edilmişdir.
[9]
17 mart 2022-ci il tarixli 98 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 20 mart 2022-ci il, № 61, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 3, maddə 275) ilə “Sənaye məhəllələri haqqında Nümunəvi Əsasnamə”nin 6.1-ci bəndində “təşkilat” sözü “təşkilatın vəzifələri aşağıdakılardır” sözləri ilə əvəz edilmişdir.
[10]
17 mart 2022-ci il tarixli 98 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 20 mart 2022-ci il, № 61) ilə “Sənaye məhəllələri haqqında Nümunəvi Əsasnamə”nin 6.1.2-ci yarımbəndi yeni redaksiyada verilmişdir.
əvvəlki redaksiyada deyilirdi:
6.1.2. sənaye məhəlləsinin iştirakçılarının qeydiyyatını (reyestrini) aparır, onlara sənaye məhəlləsinin qeydiyyat şəhadətnaməsini verir;
[11]
17 mart 2022-ci il tarixli 98 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 20 mart 2022-ci il, № 61, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 3, maddə 275) ilə “Sənaye məhəllələri haqqında Nümunəvi Əsasnamə”nin 6.1.3-cü yarımbəndinə “tikililəri” sözündən əvvəl “dövlət mülkiyyətində olan” sözləri əlavə edilmişdir və həmin yarımbənddə “iştirakçılarına” sözü “rezidentlərinə” sözü ilə, “icarəyə verir” sözləri “icarəyə (subicarəyə) verir, müqavilə şərtlərinə əməl olunmasına nəzarət edir, həmin müqavilə üzrə pozuntuların aradan qaldırılması və vurulmuş zərərin əvəzinin ödənilməsi ilə bağlı tədbirlər görür” sözləri ilə əvəz edilmişdir.
[12]
17 mart 2022-ci il tarixli 98 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 20 mart 2022-ci il, № 61, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 3, maddə 275) ilə “Sənaye məhəllələri haqqında Nümunəvi Əsasnamə”nin 6.1.5-ci yarımbəndində “iştirakçıları” sözü “rezidentləri” sözü ilə əvəz edilmişdir və həmin yarımbənddə “dövlət” sözündən sonra “orqanları (qurumları)” sözləri, “əlaqələndirir” sözündən sonra “, sənaye məhəlləsində aidiyyəti dövlət orqanlarının (qurumlarının) səlahiyyətlərinin həyata keçirilməsi üçün şərait yaradır” sözləri əlavə edilmişdir.
[13]
17 mart 2022-ci il tarixli 98 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 20 mart 2022-ci il, № 61, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 3, maddə 275) ilə “Sənaye məhəllələri haqqında Nümunəvi Əsasnamə”nin 6.1.7-ci və 6.1.8-ci yarımbəndləri yeni redaksiyada verilmişdir.
əvvəlki redaksiyada deyilirdi:
6.1.7. dövlət orqanları tərəfindən sənaye məhəlləsinin iştirakçılarında keçirilən yoxlamalarda (vergi yoxlamaları və vergi nəzarəti tədbirləri istisna olmaqla) iştirakçıların dəvəti ilə iştirak edir;
6.1.8. sənaye məhəlləsində tikintiyə və tikinti obyektinin istismarına icazənin alınması ilə bağlı sənaye məhəlləsinin iştirakçısının adından təmsilçilik (“bir pəncərə”) funksiyasını yerinə yetirir;
[14]
17 mart 2022-ci il tarixli 98 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 20 mart 2022-ci il, № 61, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 3, maddə 275) ilə “Sənaye məhəllələri haqqında Nümunəvi Əsasnamə”nin 6.1.10-cu yarımbənddə “iştirakçıları” sözü “rezidentləri” sözü ilə əvəz edilmişdir və həmin yarımbəndinə “bağlayır” sözündən sonra “, onun şərtlərinə əməl olunmasına nəzarət edir, həmin müqavilə üzrə pozuntuların aradan qaldırılması və vurulmuş zərərin əvəzinin ödənilməsi ilə bağlı tədbirlər görür” sözləri əlavə edilmişdir.
[15]
17 mart 2022-ci il tarixli 98 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 20 mart 2022-ci il, № 61, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 3, maddə 275) ilə “Sənaye məhəllələri haqqında Nümunəvi Əsasnamə”nin 6.1.11-ci yarımbənddə “iştirakçılarına” sözü “rezidentlərinə” sözü ilə əvəz edilmişdir və həmin yarımbəndə “göstərir” sözündən sonra “, habelə Azərbaycan Respublikası Prezidentinin aktları ilə müəyyən edilmiş digər vəzifələri yerinə yetirir” sözləri əlavə edilmişdir.
[16]
17 mart 2022-ci il tarixli 98 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 20 mart 2022-ci il, № 61, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 3, maddə 275) ilə “Sənaye məhəllələri haqqında Nümunəvi Əsasnamə”yə yeni məzmunda 6.2-ci bənd əlavə edilmişdir.
[17]
17 mart 2022-ci il tarixli 98 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 20 mart 2022-ci il, № 61, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 3, maddə 275) ilə “Sənaye məhəllələri haqqında Nümunəvi Əsasnamə”nin 8-ci hissənin adında “iştirakçısının” sözü “rezidentinin” sözü ilə, 8.7-ci bənddə “iştirakçısı” sözü “rezidenti” sözü ilə əvəz edilmişdir.
[18]
17 mart 2022-ci il tarixli 98 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 20 mart 2022-ci il, № 61, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 3, maddə 275) ilə “Sənaye məhəllələri haqqında Nümunəvi Əsasnamə”nin 8.1-ci bəndi yeni redaksiyada verilmişdir.
əvvəlki redaksiyada deyilirdi:
8.1. Sənaye məhəlləsində fəaliyyət göstərmək üçün hüquqi şəxslər və fərdi sahibkarlar bu Əsasnamə ilə müəyyən edilmiş qaydada qeydiyyatdan keçərək sənaye məhəlləsinin qeydiyyat şəhadətnaməsini almalıdırlar. Hüquqi şəxslərin və fərdi sahibkarların sənaye məhəlləsinin iştirakçısı kimi qeydiyyatı ilə bağlı qərarın qəbul edilməsi üzrə inzibati icraat “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir.
[19]
17 mart 2022-ci il tarixli 98 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 20 mart 2022-ci il, № 61, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 3, maddə 275) ilə “Sənaye məhəllələri haqqında Nümunəvi Əsasnamə”nin 8.2-ci bəndin birinci cümləsində “iştirakçısı” sözü “rezidenti” sözü ilə əvəz edilmişdir, “keçmək üçün” sözlərindən sonra “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq” sözləri əlavə edilsin, həmin bəndin ikinci cümləsi çıxarılmışdır.
[20]
17 mart 2022-ci il tarixli 98 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 20 mart 2022-ci il, № 61, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 3, maddə 275) ilə “Sənaye məhəllələri haqqında Nümunəvi Əsasnamə”nin 8.3-cü bəndi yeni redaksiyada verilmişdir.
əvvəlki redaksiyada deyilirdi:
8.3. İdarəedici təşkilat ərizəçi tərəfindən təqdim olunmuş ərizəni həmin gün qeydiyyata alır və ərizəçiyə qeydiyyatı təsdiq edən sənəd (arayış) təqdim edir. İdarəedici təşkilat 3 (üç) iş günü müddətində ərizəçi tərəfindən təqdim olunmuş ərizənin və ona əlavə edilmiş sənədlərin bu Əsasnamənin 8.2-ci bəndinin ikinci cümləsinin tələblərinə uyğunluğunu yoxlayır. Ərizədə və ona əlavə edilmiş sənədlərdə aradan qaldırılması mümkün olan və qeydiyyata almaqdan imtinaya səbəb olmayan çatışmazlıqlar aşkar edildikdə, ərizənin qeydiyyata alındığı tarixdən 5 (beş) iş günündən gec olmayaraq idarəedici təşkilat tərəfindən həmin çatışmazlıqlar göstərilməklə bu barədə ərizəçiyə yazılı məlumat verilir.
[21]
17 mart 2022-ci il tarixli 98 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 20 mart 2022-ci il, № 61, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 3, maddə 275) ilə “Sənaye məhəllələri haqqında Nümunəvi Əsasnamə”nin 8.4-cü bəndi yeni redaksiyada verilmişdir.
əvvəlki redaksiyada deyilirdi:
8.4. Ərizəçi yazılı məlumatı aldığı vaxtdan ən gec 15 (on beş) gün ərzində həmin çatışmazlıqları aradan qaldırmalıdır. Bu zaman qeydiyyataalma müddətinin axımı dayandırılır və dayandırılmış müddət qeydiyyataalma prosedurunun ümumi müddətinə daxil edilmir. Ərizəçi çatışmazlıqları aradan qaldırdıqdan sonra qeydiyyataalma müddətinin axımı bərpa olunur.
[22]
17 mart 2022-ci il tarixli 98 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 20 mart 2022-ci il, № 61, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 3, maddə 275) ilə “Sənaye məhəllələri haqqında Nümunəvi Əsasnamə”nin 8.6-cı bəndi yeni redaksiyada verilmişdir.
əvvəlki redaksiyada deyilirdi:
8.6. İdarəedici təşkilat təqdim edilən ərizəyə və ona əlavə olunan sənədlərə baxılmasının nəticəsi əsasında ərizənin qeydiyyata alındığı tarixdən 15 (on beş) gündən gec olmayaraq ərizəçinin sənaye məhəlləsinin iştirakçısı kimi qeydiyyata alınması və ya qeydiyyata almaqdan imtina olunması haqqında əsaslandırılmış qərar qəbul edir.
[23]
17 mart 2022-ci il tarixli 98 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 20 mart 2022-ci il, № 61, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 3, maddə 275) ilə “Sənaye məhəllələri haqqında Nümunəvi Əsasnamə”nin 8.7.2-ci yarımbəndində “imtinaya səbəb olan əsaslar olduqda” sözləri “təhrif olunmuş məlumatlar olduqda, yaxud sənədlər tam təqdim edilmədikdə (bu Əsasnamənin 8.3-cü bəndinin ikinci cümləsində nəzərdə tutulmuş hal istisna edilməklə)” sözləri ilə əvəz edilmişdir.
[24]
17 mart 2022-ci il tarixli 98 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 20 mart 2022-ci il, № 61, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 3, maddə 275) ilə 8.8-ci bəndin birinci və ikinci cümlələri yeni redaksiyada verilmişdir və həmin bəndin üçüncü cümləsində “iştirakçılarının” sözü “rezidentlərinin” sözü ilə əvəz edilmişdir.
əvvəlki redaksiyada deyilirdi:
Ərizəçinin sənaye məhəlləsinin iştirakçısı kimi qeydiyyata alınması haqqında qərar qəbul olunduqdan 5 (beş) iş günündən gec olmayaraq, ona bu Əsasnamənin 2 nömrəli əlavəsinə uyğun olaraq sənaye məhəlləsinin qeydiyyat şəhadətnaməsi verilir. Hüquqi şəxslər və fərdi sahibkarlar sənaye məhəlləsinin qeydiyyat şəhadətnaməsini aldıqları gündən sənaye məhəlləsinin iştirakçısı hesab edilirlər.
[25]
17 mart 2022-ci il tarixli 98 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 20 mart 2022-ci il, № 61, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 3, maddə 275) ilə “Sənaye məhəllələri haqqında Nümunəvi Əsasnamə”nin 11.2-ci bəndində “iştirakçılarına” sözü “rezidentlərinə” sözü ilə əvəz edilmişdir və həmin bəndə “icarəyə” sözündən sonra “(subicarəyə)” sözü əlavə edilmişdir.
[26]
17 mart 2022-ci il tarixli 98 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 20 mart 2022-ci il, № 61, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 3, maddə 275) ilə “Sənaye məhəllələri haqqında Nümunəvi Əsasnamə”nin 11.3-cü bəndində “iştirakçısına” sözü “rezidentinə” sözü ilə əvəz edilmişdir və həmin bənddən “digər şəxslərə subicarəyə verilməsinə və ya” sözləri çıxarılmışdır.
[27]
17 mart 2022-ci il tarixli 98 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 20 mart 2022-ci il, № 61, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 3, maddə 275) ilə “Sənaye məhəllələri haqqında Nümunəvi Əsasnamə”nin 3 nömrəli əlavə - “Sənaye məhəlləsinin iştirakçılarının reyestrinin aparılması Qaydası”nın adında, 1.1-ci və 1.2-ci bəndlərində “iştirakçılarının” sözü “rezidentlərinin” sözü ilə əvəz edilmişdir.
[28]
17 mart 2022-ci il tarixli 98 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 20 mart 2022-ci il, № 61, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 3, maddə 275) ilə “Sənaye məhəllələri haqqında Nümunəvi Əsasnamə”nin 3 nömrəli əlavə - “Sənaye məhəlləsinin iştirakçılarının reyestrinin aparılması Qaydası”nın 2.5.1-2.5.3-cü, 2.6.1-2.6.3-cü, 2.6.5-ci, 2.6.6-cı yarımbəndlərdə, 2.12-ci (hər iki halda), 2.14-cü bəndlərdə, 3.3-cü bəndin ikinci cümləsində ismin müvafiq hallarında “iştirakçı” sözü ismin müvafiq hallarında “rezident” sözü ilə əvəz edilmişdir.
[29]
17 mart 2022-ci il tarixli 98 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 20 mart 2022-ci il, № 61, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 3, maddə 275) ilə “Sənaye məhəllələri haqqında Nümunəvi Əsasnamə”nin 3 nömrəli əlavə - “Sənaye məhəlləsinin iştirakçılarının reyestrinin aparılması Qaydası”nın 2.7-ci, 2.9-cu bəndlərdə, 2.10-cu bəndin birinci cümləsində, 3.1-ci bənddə ismin müvafiq hallarında “iştirakçısı” sözü ismin müvafiq hallarında “rezidenti” sözü ilə əvəz edilmişdir.
[30]
17 mart 2022-ci il tarixli 98 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 20 mart 2022-ci il, № 61, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 3, maddə 275) ilə “Sənaye məhəllələri haqqında Nümunəvi Əsasnamə”nin 3 nömrəli əlavə - “Sənaye məhəlləsinin iştirakçılarının reyestrinin aparılması Qaydası”nın 2.8-ci bəndin birinci cümləsində “iştirakçısına” sözü “rezidentinə” sözü ilə, ikinci cümləsində hər iki halda “iştirakçının” sözü “rezidentin” sözü ilə əvəz edilmişdir.
[31]
13 may 2016-cı il tarixli 195 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 20 may 2016-cı il, № 108, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 5, maddə 955) ilə “Sənaye məhəllələri haqqında Nümunəvi Əsasnamə”nin 3 nömrəli əlavə - “Sənaye məhəlləsinin iştirakçılarının reyestrinin aparılması Qaydası”nın 2.13-cü bəndindən “və Sənaye” sözləri çıxarılmışdır.
17 fevral 2020-ci il tarixli 52 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 19 fevral 2020-ci il, № 37, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 2, maddə 203) ilə “Sənaye məhəllələri haqqında Nümunəvi Əsasnamə”yə 3 nömrəli əlavə - “Sənaye məhəlləsinin iştirakçılarının reyestrinin aparılması Qaydası”nın 2.13-cü bəndinə “İqtisadiyyat Nazirliyinə” sözlərindən sonra “(Naxçıvan Muxtar Respublikasında yaradılan sənaye məhəllələrinə münasibətdə Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə)” sözləri əlavə edilmişdir.
17 mart 2022-ci il tarixli 98 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 20 mart 2022-ci il, № 61, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 3, maddə 275) ilə “Sənaye məhəllələri haqqında Nümunəvi Əsasnamə”nin 3 nömrəli əlavə - “Sənaye məhəlləsinin iştirakçılarının reyestrinin aparılması Qaydası”nın 2.13-cü bəndində “iştirakçısına” sözü “rezidentinə” sözü ilə, “iştirakçının” sözü “rezidentin” sözü ilə əvəz edilmişdir.
[32]
17 mart 2022-ci il tarixli 98 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 20 mart 2022-ci il, № 61, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 3, maddə 275) ilə “Sənaye məhəllələri haqqında Nümunəvi Əsasnamə”nin 4 nömrəli əlavə - “Sənaye məhəlləsinin idarəedici təşkilatı ilə iştirakçısı arasında bağlanılan sənaye məhəlləsinin ərazisində dövlət mülkiyyətində olan tikilinin və (və ya) torpaq sahəsinin İcarə Müqaviləsinin Nümunəvi Forması”nın adında və mətnində ismin müvafiq hallarında “iştirakçısı” sözü ismin müvafiq hallarında “rezidenti” sözü ilə əvəz edilmişdir.
[33]
17 mart 2022-ci il tarixli 98 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 20 mart 2022-ci il, № 61, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 3, maddə 275) ilə “Sənaye məhəllələri haqqında Nümunəvi Əsasnamə”nin 4 nömrəli əlavə - “Sənaye məhəlləsinin idarəedici təşkilatı ilə iştirakçısı arasında bağlanılan sənaye məhəlləsinin ərazisində dövlət mülkiyyətində olan tikilinin və (və ya) torpaq sahəsinin İcarə Müqaviləsinin Nümunəvi Forması”nın 2.2-ci bəndin ikinci cümləsindən “digər şəxslərə subicarəyə verilməsinə,” sözləri çıxarılmışdır.
[34]
17 mart 2022-ci il tarixli 98 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 20 mart 2022-ci il, № 61, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 3, maddə 275) ilə “Sənaye məhəllələri haqqında Nümunəvi Əsasnamə”nin 4 nömrəli əlavə - “Sənaye məhəlləsinin idarəedici təşkilatı ilə iştirakçısı arasında bağlanılan sənaye məhəlləsinin ərazisində dövlət mülkiyyətində olan tikilinin və (və ya) torpaq sahəsinin İcarə Müqaviləsinin Nümunəvi Forması”nın 7.1.3-cü yarımbəndinə “orqanlarına” sözündən sonra “(qurumlarına)” sözü əlavə edilmişdir.