AKTIN NÖVÜ
Qanunlar
QƏBUL EDİLDİYİ TARİX
06.03.2015
QEYDİYYAT NÖMRƏSİ
1218-IVQ
ADI
“Azərbaycan Respublikası Hökuməti ilə Norveç Krallığı Hökuməti arasında icazəsiz yaşayan şəxslərin readmissiyası haqqında” Sazişin təsdiq edilməsi barədə
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Respublika Qəzeti (Dərc olunma tarixi: 20-03-2015, Nəşr nömrəsi: 063), Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31-03-2015, Nəşr nömrəsi: 03, Maddə nömrəsi: 260)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
20.03.2015
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
430.050.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
12201503061218
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
29.03.2015
Azərbaycan Respublikasının 1999-cu il 22 iyun tarixli 689-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş «Ədalət mühakiməsinin rəsmi embleminin təsviri»ndə dəyişiklik edilməsi barədə

“Azərbaycan Respublikası Hökuməti ilə Norveç Krallığı Hökuməti arasında icazəsiz yaşayan şəxslərin readmissiyası haqqında” Sazişin təsdiq edilməsi barədə

 

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndini rəhbər tutaraq qərara alır:

“Azərbaycan Respublikası Hökuməti ilə Norveç Krallığı Hökuməti arasında icazəsiz yaşayan şəxslərin readmissiyası haqqında” 2014-cü il dekabrın 3-də Bakı şəhərində imzalanmış Saziş təsdiq edilsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 6 mart 2015-ci il

          № 1218-IVQ


Azərbaycan Respublikası Hökuməti ilə Norveç Krallığı Hökuməti

arasında icazəsiz yaşayan şəxslərin readmissiyası haqqında

 

SAZİŞ

 

Yüksək Razılığa gələn Tərəflər - bundan sonra “Azərbaycan” adlandırılan Azərbaycan Respublikası və bundan sonra “Norveç” adlandırılan Norveç Krallığı Hökumətləri,

qeyri-qanuni miqrasiya ilə daha səmərəli mübarizə aparmaq məqsədi ilə öz aralarında əməkdaşlığı gücləndirmək qətiyyətində olaraq,

Azərbaycan və ya Norveç ərazisinə daxil olmaq, qalmaq və ya yaşamaqla bağlı şərtlərə əməl etməyən və ya bu şərtləri artıq yerinə yetirməyən şəxslərin müəyyən edilməsinin, təhlükəsiz və nizamlı şəkildə qayıtmalarının bu Saziş vasitəsilə və qarşılılıq əsasında tez və səmərəli prosedurlarını qurmağı və əməkdaşlıq ruhunda bu cür şəxslərin tranzitini asanlaşdırmağı arzulayaraq,

Bu Sazişin Azərbaycanın və Norveçin beynəlxalq hüquqdan, xüsusilə də Qaçqınların Statusu haqqında 28 iyul 1951-ci il tarixli Konvensiyadan və ona 31 yanvar 1967-ci il tarixli Protokoldan irəli gələn hüquq, öhdəlik və məsuliyyətlərini məhdudlaşdırmadığını vurğulayaraq, aşağıdakılar barədə razılığa gəldilər:

 

Maddə 1

Anlayışlar

 

Bu Sazişin məqsədləri baxımından:

(a) “Readmissiya” dedikdə, bu Sazişin müddəalarına uyğun olaraq, Sorğu edən Dövlətin ərazisinə qeyri-qanuni daxil olduğu, qaldığı və ya yaşadığı aşkarlanan şəxslərin (Sorğu edilən Dövlətin öz vətəndaşları, üçüncü ölkə vətəndaşları və ya vətəndaşlığı olmayan şəxslər) Sorğu edən Dövlət tərəfindən ötürülməsi və Sorğu edilən Dövlət tərəfindən qəbulu nəzərdə tutulur;

(b) “Razılığa gələn Tərəflər” dedikdə, Azərbaycan və Norveç nəzərdə tutulur;

(c) “Azərbaycan vətəndaşı” dedikdə, Azərbaycan qanunvericiliyinə uyğun olaraq Azərbaycan vətəndaşlığına mənsub olan hər hansı şəxs nəzərdə tutulur;

(d) “Norveç vətəndaşı” dedikdə, Norveç qanunvericiliyinə uyğun olaraq Norveç vətəndaşlığına mənsub olan hər hansı şəxs nəzərdə tutulur;

(e) “üçüncü ölkə vətəndaşı” dedikdə, Azərbaycan və Norveç vətəndaşı olmayan, digər ölkənin vətəndaşlığına mənsub hər hansı şəxs nəzərdə tutulur;

(f) “Vətəndaşlığı olmayan şəxs” dedikdə, heç bir dövlətin vətəndaşlığına mənsub olmayan şəxs nəzərdə tutulur;

(g) “yaşayış icazəsi” dedikdə, Azərbaycan və ya Norveç tərəfindən verilən və şəxsə öz ərazisində yaşamaq icazəsi verən hər hansı növ icazə nəzərdə tutulur. Bura sığınacaq və ya yaşayış icazəsi üçün müraciətə baxılma müddətində öz ərazisində müvəqqəti qalmağa verilən icazələr daxil deyildir;

(h) “viza” dedikdə, öz ərazisinə daxil olmaq, qalmaq və ya oradan tranzitlə keçmək üçün Azərbaycan və ya Norveç tərəfindən verilən icazə və ya qərar nəzərdə tutulur. Bura hava limanı tranzit vizaları daxil deyildir;

(i) “Sorğu edən Dövlət” dedikdə, bu Sazişin 6-cı maddəsinə uyğun olaraq readmissiya müraciəti və ya bu Sazişin 13-cü maddəsinə uyğun olaraq tranzit müraciəti etmiş Dövlət (Azərbaycan və ya Norveç) nəzərdə tutulur;

(j) “Sorğu edilən Dövlət” dedikdə, bu Sazişin 6-cı maddəsinə uyğun olaraq readmissiya müraciəti və ya bu Sazişin 13-cü maddəsinə uyğun olaraq tranzit müraciəti göndərilən Dövlət (Azərbaycan və ya Norveç) nəzərdə tutulur;

(k) “Səlahiyyətli orqan” dedikdə, Azərbaycanın və ya Norveçin bu Sazişin 18(1)-ci maddəsinə uyğun olaraq onun icrasına məsul olan milli qurumu nəzərdə tutulur;

(l) “tranzit” dedikdə, üçüncü ölkə vətəndaşının və ya vətəndaşlığı olmayan şəxsin Sorğu edən Dövlətdən təyinat ölkəsinə gedərkən Sorğu edilən Dövlətin ərazisindən keçməsi nəzərdə tutulur.

 

Maddə 2

Başlıca prinsiplər

 

1. Qeyri-qanuni miqrasiyanın qarşısının alınması və onunla mübarizə üzrə əməkdaşlığı gücləndirərkən, Sorğu edilən və Sorğu edən Dövlət, bu Sazişin onun əhatə etdiyi şəxslərə tətbiqi zamanı, Razılığa gələn Tərəflərə aidiyyəti olan, xüsusən də adları aşağıda sadalanan müvafiq beynəlxalq sənədlərdən irəli gələn məsuliyyət və öhdəliklərə və eləcə də insan hüquqlarına hörməti təmin etməlidirlər:

- 1948-ci il tarixli Ümumdünya İnsan Hüquqları Bəyannaməsi

- 1950-ci il tarixli İnsan hüquqları və başlıca azadlıqlarına dair Avropa Konvensiyası və onun protokolları

- 1966-cı il tarixli Vətəndaş hüquqları və siyasi hüquqlar haqqında Beynəlxalq Pakt

- 1984-cü il tarixli İşgəncə əleyhinə BMT Konvensiyası

- 1951-ci il tarixli Qaçqınların statusuna dair Cenevrə Konvensiyası və onun 1967-ci il tarixli Protokolu

2. Sorğu edilən Dövlət, yuxanda sadalanan beynəlxalq sənədlərdən irəli gələn öhdəliklərinə uyğun olaraq, xüsusilə onun ərazisinə readmissiya olunan şəxslərin hüquqlarının qorunmasını təmin etməlidir.

3. Sorğu edən Dövlət, şəxsin Sorğu edilən Dövlətə qayıtmasına maneə yaranacağına inanmağa hər hansı bir səbəb mövcud deyilsə, məcburi qayıdışdansa könüllü qayıdışa üstünlük verməlidir.

 

BÖLMƏ I

 

Razılığa gələn Tərəflərin readmissiya ilə bağlı öhdəlikləri

 

Maddə 3

Öz vətəndaşlarının readmissiyası

 

1. Sorğu edən Dövlətin müraciəti əsasında və bu Sazişdə ehtiva edilən şərtlərdən əlavə rəsmiyyətə yol vermədən, Sorğu edilən Dövlət Sorğu edən Dövlətin ərazisinə daxil olmaq, qalmaq və ya yaşamaqla bağlı qüvvədə olan şərtlərinə əməl etməyən və ya bu şərtləri artıq yerinə yetirməyən, Sorğu edilən Dövlətin vətəndaşı olması sübut olunan və ya prima facie dəlillər əsasında ehtimal edilən bütün şəxsləri readmissiya edir.

2. Sorğu edilən Dövlət həmçinin aşağıdakı şəxsləri readmissiya edir:

- 1-ci bənddə göstərilən şəxslərin doğum yeri və ya vətəndaşlığından asılı olmayaraq yetkinlik yaşına çatmamış subay uşaqları, əgər onlar Sorğu edən Dövlətdə müstəqil yaşamaq hüququna malik deyildirlərsə;

- 1-ci bənddə göstərilən şəxslərin Sorğu edilən Dövlətin ərazisinə daxil olmaq və qalmaq hüququna malik olan və ya bu hüquqa yiyələnən, digər ölkənin vətəndaşı olan və ya heç bir vətəndaşlığı olmayan ərləri/arvadları, əgər onlar Sorğu edən Dövlətdə müstəqil yaşamaq hüququna malik deyildirlərsə.

3. Sorğu edilən Dövlət, həmçinin Sorğu edən Dövlətin ərazisinə daxil olduqdan sonra Sorğu edilən Dövlətin vətəndaşlığından həmin dövlətin qanunvericiliyinə uyğun olaraq imtina edən, Sorğu edən Dövlətin ərazisində qeyri-qanuni qalan və ya yaşayan şəxsləri, əgər bu şəxslər Sorğu edən Dövlətdən vətəndaşlığa qəbul edilmək barədə ən azı vəd almamışlarsa, readmissiya edir.

4. Sorğu edilən Dövlət readmissiya ilə bağlı müraciətə müsbət cavab verdikdən sonra, Sorğu edilən Dövlətin aidiyyəti diplomatik nümayəndəlik və ya konsulluğu, readmissiya olunacaq şəxsin istəyindən asılı olmayaraq, ödənişsiz və beş iş günündən gec olmayaraq readmissiya olunacaq şəxsə qayıdış üçün etibarlılıq müddəti 90 gün olan səyahət sənədi verir. Əgər Sorğu edilən Dövlət beş iş günü müddətində səyahət sənədini verməzsə, onun Sorğu edən Dövlətin ölkədən çıxarılma məqsədi ilə verdiyi standart səyahət sənədini qəbul etdiyi hesab olunur (Əlavələr 7 və 8).

5. Əgər hüquqi və ya faktiki səbəblərdən aidiyyəti olan şəxs əvvəl verilmiş səyahət sənədinin etibarlılıq müddətində ötürülə bilmirsə, Sorğu edilən Dövlətin aidiyyəti olan diplomatik nümayəndəlik və ya konsulluğu beş iş günü ərzində, ödənişsiz, etibarlılıq müddəti eyni olan yeni səyahət sənədi verir. Əgər Sorğu edilən Dövlət beş iş günü müddətində səyahət sənədini verməzsə, onun Sorğu edən Dövlətin ölkədən çıxarılma məqsədi ilə verdiyi standart səyahət sənədini qəbul etdiyi hesab olunur (Əlavələr 7 və 8).

 

Maddə 4

Üçüncü ölkə vətəndaşlarının və

vətəndaşlığı olmayan şəxslərin readmissiyası

 

1. Sorğu edən Dövlətin müraciəti əsasında və bu Sazişdə ehtiva edilən şərtlərdən əlavə rəsmiyyətə yol vermədən, Sorğu edilən Dövlət Sorğu edən Dövlətin ərazisinə daxil olmaq, qalmaq və ya yaşamaqla bağlı qüvvədə olan şərtlərinə əməl etməyən və ya bu şərtləri artıq yerinə yetirməyən hər hansı üçüncü ölkə vətəndaşlarını və ya vətəndaşlığı olmayan şəxsləri readmissiya edir, əgər sübut olunsa və ya prima facie dəlillər əsasında ehtimal edilsə ki, bu şəxslər:

(a) readmissiya müraciəti təqdim edilən anda Sorğu edilən Dövlət tərəfindən verilmiş etibarlı vizaya və ya yaşayış icazəsinə malikdirlər; və ya

(b) Sorğu edilən Dövlətin ərazisində qaldıqdan və ya tranzitlə keçdikdən sonra Sorğu edən Dövlətin ərazisinə qeyri-qanuni və birbaşa daxil olmuşlar.

2. 1-ci bənddə qeyd olunan readmissiya öhdəliyi aşağıdakı hallarda tətbiq edilmir:

(a) üçüncü ölkə vətəndaşı və ya vətəndaşlığı olmayan şəxs Sorğu edilən Dövlətin beynəlxalq hava limanında yalnız tranzit uçuş zonasında olmuşdur; və ya

(b) Sorğu edən Dövlət üçüncü ölkə vətəndaşı və ya vətəndaşlığı olmayan şəxsə öz ərazisinə daxil olmazdan əvvəl və ya sonra viza və ya yaşayış icazəsi vermişdir, lakin həmin şəxsin Sorğu edilən Dövlət tərəfindən verilmiş və etibarlılıq müddəti daha uzun olan viza və ya yaşayış icazəsinə malik olduğu hal istisnadır; və ya

(c) üçüncü ölkə vətəndaşı və ya vətəndaşlığı olmayan şəxs Sorğu edən Dövlətin ərazisinə vizasız giriş hüququndan yararlanmışdır; yaxud da

(d) Sorğu edilən Dövlət üçüncü ölkə vətəndaşı və ya vətəndaşlığı olmayan şəxsi onun mənşə dövlətinə və ya üçüncü dövlətə göndərmək üçün öz ərazisindən çıxarmışdır.

3. Sorğu edən Dövlət readmissiya edilməli olan üçüncü ölkə vətəndaşlarını onların mənşə ölkələrinə ötürür və yalnız bu ötürmə mümkün olmadıqda, Sorğu edilən Dövlətə müvafiq readmissiya müraciəti təqdim edir.

4.  5(2)-ci maddəyə xələl gətirmədən, Sorğu edilən Dövlət readmissiya müraciətinə müsbət cavab verdikdən sonra, Sorğu edən Dövlət özünün ölkədən çıxarılma məqsədi ilə verdiyi standart səyahət sənədini readmissiyası məqbul bilinən şəxsə verir (Əlavələr 7 və 8).

BÖLMƏ II

 

Readmissiya proseduru

 

Maddə 5

Prinsiplər

 

1.  2-ci bənddə qeyd olunan şərtlər istisna olmaqla, 3-cü və 4-cü maddələrdə ehtiva olunan öhdəliklərdən hər hansı birinin əsasında readmissiya edilməli olan şəxsin ötürülməsi Sorğu edilən Dövlətin səlahiyyətli orqanına readmissiya müraciətinin təqdim edilməsini tələb edir.

2. Readmissiya edilməli olan şəxs Sorğu edilən Dövlətin etibarlı səyahət sənədinə, üçüncü ölkə vətəndaşı və ya vətəndaşlığı olmayan şəxslərin halında isə, həmçinin etibarlı vizasına və ya yaşayış icazəsinə malikdirsə, bu şəxsin ötürülməsi Sorğu edən Dövlətin Sorğu edilən Dövlətə readmissiya müraciətini, Sorğu edilən Dövlətin vətəndaşı halında isə, həmçinin 10(1)-ci maddədə istinad edilən yazılı bildirişi təqdim etmədən həyata keçirilə bilər.

3.  2-ci bəndə xələl gətirməmək şərti ilə, əgər şəxs bilavasitə Sorğu edilən Dövlətin ərazisindən gələrkən sərhədi qeyri-qanuni keçdikdən sonra Sorğu edən Dövlətin bilavasitə dövlət sərhədində və ya onun yaxınlığında, o cümlədən dövlət sərhədindən buraxılış məntəqələrində saxlanılmışdırsa, Sorğu edən Dövlət həmin şəxsin saxlanılmasından sonrakı iki iş günü ərzində readmissiya müraciətini təqdim edə bilər (sürətləndirilmiş prosedur).

 

Maddə 6

Readmissiya müraciəti

 

1. Readmissiya müraciəti, mümkün qədər əhatəli şəkildə, aşağıdakı məlumatı ehtiva etməlidir:

(a) readmissiya edilməli olan şəxsə dair xüsusi məlumat (məs., adı, soyadı, doğum tarixi və mümkünsə, doğum yeri və son yaşayış yeri) və aidiyyəti olduqda, yetkinlik yaşına çatmamış subay uşaqları və/və ya əri/arvadı barədə xüsusi məlumat;

(b) öz ölkəsinin vətəndaşları ilə bağlı, 1 və 2 saylı Əlavələrdə sadalanan vətəndaşlığı sübut edən və ya prima facie dəlillər əsasında ehtiva edən vasitələrin göstərilməsi;

(c) üçüncü ölkə vətəndaşları və vətəndaşlığı olmayan şəxslərlə bağlı, 3 və 4 saylı Əlavələrdə sadalanan, üçüncü ölkə vətəndaşlarının və vətəndaşlığı olmayan şəxslərin readmissiyasını şərtləndirən sübut və ya prima facie dəlilləri ehtiva edən vasitələrin göstərilməsi;

(d) readmissiya edilməli olan şəxsin fotoşəkli.

2. Readmissiya müraciəti, mümkün qədər əhatəli şəkildə, aşağıdakı məlumatı da ehtiva etməlidir:

(a) ötürülməli olan şəxsin köməyə və ya qayğıya ehtiyacı olduğunu bildirən bəyanat, bir şərtlə ki, həmin şəxs belə bir bəyanatın verilməsinə açıq-aşkar razılığını bildirmişdir;

(b) fərdi ötürülmə halında zəruri ola biləcək qoruma, təhlükəsizlik tədbiri və ya şəxsin səhhəti ilə bağlı məlumat.

3. Readmissiya müraciətləri üçün istifadə edilməli olan ümumi forma bu Sazişə 5 saylı Əlavədə verilmişdir.

4. Readmissiya müraciəti hər hansı kommunikasiya vasitələri ilə, o cümlədən faks, elektron poçt və s. ilə edilə bilər.

 


Maddə 7

Vətəndaşlığa dair dəlillər

 

1. 3(l)-ci maddəyə uyğun olaraq, vətəndaşlıq xüsusən bu Sazişin 1 saylı Əlavəsində sadalanan və hətta etibarlılıq müddəti ən çoxu altı ay əvvəl bitmiş sənədlər vasitəsilə sübut edilə bilər. Bu cür sənədlər təqdim edildiyi halda, Azərbaycan və Norveç əlavə təhqiqat aparmadan vətəndaşlığı qarşılıqlı olaraq tanıyırlar. Vətəndaşlıq saxta sənədlər vasitəsilə sübut edilə bilməz.

2. 3(l)-ci maddəyə uyğun olaraq vətəndaşlıq məxsusi olaraq bu Sazişin 2 saylı Əlavəsində prima facie dəlillər kimi sadalanan sənədlər vasitəsilə, onların etibarlılıq müddəti bitmiş olsa belə, müəyyən edilə bilər. Bu cür sənədlər təqdim edildiyi halda, Azərbaycan və Norveç əksini sübut etməzlərsə, vətəndaşlıq müəyyən edilmiş hesab olunur. Vətəndaşlıq prima facie dəlil olaraq saxta sənədlər vasitəsilə müəyyən edilə bilməz.

3. 1 və ya 2 saylı Əlavələrdə sadalanan sənədlərdən heç biri təqdim edilə bilmirsə və ya natamamdırsa, Sorğu edilən Dövlətin müvafiq diplomatik nümayəndəliyi və ya konsulluğu, Sorğu edən Dövlətin readmissiya müraciətinə daxil edilmiş sorğusu əsasında, qeyri-zəruri yubanmaya yol vermədən və müraciət olunan gündən sonrakı on iş günündən gec olmayaraq, readmissiya edilməli olan şəxsin vətəndaşlığını müəyyənləşdirmək üçün onu müsahibə edir.

4. 1 yə ya 2 saylı Əlavələrdə sadalanan sənədlərin həqiqiliyi Sorğu edilən Dövlətdə şübhə doğurarsa, Sorğu edilən Dövlətin səlahiyyətli diplomatik nümayəndəliyi və ya konsulluğu readmissiya edilməli olan şəxsin vətəndaşlığını müəyyənləşdirmək üçün sorğu göndərilən gündən sonrakı on iş günündən gec olmayaraq onu müsahibə edə bilər. Sorğu edilən Dövlət on iş günü ərzində həmin şəxsi müsahibə etməzsə, təqdim edilən sənədlərin vətəndaşlığın prima facie dəlili kimi qəbul edildiyi hesab edilir.

 

Maddə 8

Üçüncü ölkə vətəndaşlarına və vətəndaşlığı olmayan şəxslərə dair dəlillər

 

1. 4(l)-ci maddədə ehtiva olunduğu kimi, üçüncü ölkə vətəndaşlarının və vətəndaşlığı olmayan şəxslərin readmissiyasını şərtləndirən sübutlar məxsusi olaraq bu Sazişin 3 saylı Əlavəsində sadalanan dəlillər vasitəsilə təqdim edilə bilər; onlar saxta sənədlər vasitəsilə təqdim edilə bilməz. İstənilən bu cür sübut əlavə təhqiqat aparılmadan Azərbaycan və Norveç tərəfindən qarşılıqlı olaraq tanınır.

2. 4(l)-ci maddədə ehtiva olunduğu kimi, üçüncü ölkə vətəndaşlarının və vətəndaşlığı olmayan şəxslərin readmissiyasını şərtləndirən prima facie dəlillər məxsusi olaraq bu Sazişin 4 saylı Əlavəsində sadalanan sənədlər vasitəsilə təqdim edilə bilər; onlar saxta sənədlər vasitəsilə təqdim edilə bilməz. Bu cür prima facie dəlillər təqdim edildiyi halda, Azərbaycan və Norveç əksini sübut etməzlərsə, şərtlərin təsbit olunduğunu hesab etmiş olurlar.

3. Giriş, qalma və ya yaşayışın qeyri-qanuniliyi aidiyyəti olan şəxsin Sorğu edən Dövlətin vizasının və ya ərazisində yaşayış icazəsinin olmadığı səyahət sənədləri əsasında müəyyən edilir. Şəxsin lazımi səyahət sənədlərinə, vizaya və ya yaşayış icazəsinə malik olmaması barədə Sorğu edən Dövlətin bəyanatı qeyri-qanuni giriş, qalma və ya yaşayışın prima facie dəlilini doğurur.

 

Maddə 9

Vaxt məhdudiyyətləri

 

1. Readmissiya üçün müraciət Sorğu edən Dövlətin səlahiyyətli orqanı üçüncü ölkə vətəndaşının və ya vətəndaşlığı olmayan şəxsin ölkə ərazisinə daxil olmaq, qalmaq və ya yaşamaqla bağlı qüvvədə olan şərtlərə əməl etməməsi və ya bu şərtləri artıq yerinə yetirməməsi barədə məlumatı əldə etdikdən sonra ən çoxu altı ay ərzində Sorğu edilən Dövlətin səlahiyyətli orqanına təqdim edilir. Müraciətin vaxtında təqdim edilməsində hüquqi və ya faktiki maneələr olduqda, vaxt məhdudiyyəti Sorğu edən Dövlətin sorğusu əsasında, lakin yalnız maneələr aradan qaldırılana qədər uzadılır.

2. Readmissiya müraciəti yazılı şəkildə cavablandırılır:

- müraciət sürətləndirilmiş prosedura (maddə 5(3)) əsasən edilərsə, iki iş günü ərzində;

- bütün digər hallarda on səkkiz təqvim günü ərzində.

Bu vaxt məhdudiyyəti readmissiya müraciətinin alındığının təsdiqləndiyi tarixdən hesablanmağa başlanır. Bu təsdiqlənmə dərhal və yazılı şəkildə edilir. Bu vaxt məhdudiyyəti ərzində cavab olmadıqda, ötürülmə razılaşdırılmış hesab edilir.

Readmissiya müraciətinə cavab hər hansı kommunikasiya üsulu ilə, o cümlədən elektron vasitələrlə, məsələn, faks, elektron poçt və s. ilə təqdim edilə bilər.

3. Readmissiya müraciətindən imtinanın səbəbləri yazılı şəkildə verilir.

4. Razılıq verildikdən sonra və ya 2-ci bənddə müəyyən edilmiş vaxt məhdudiyyətinin bitməsindən sonra aidiyyəti şəxs üç ay ərzində ötürülür. Sorğu edən Dövlətin müraciəti əsasında, bu vaxt məhdudiyyəti hüquqi və ya praktiki maneələri aradan qaldırmaq üçün tələb olunan vaxta qədər uzadıla bilər.

 

Maddə 10

Ötürülmə üsulları və nəqliyyat vasitələri

 

1.  5(2)-ci maddəyə xələl gətirmədən, şəxsin qaytarılmasından ən azı üç iş günü əvvəl, Sorğu edən Dövlətin səlahiyyətli orqanları ötürülmənin tarixi, giriş üçün nəzərdə tutulan dövlət sərhədindən buraxılış məntəqəsi, mümkün müşayiətçilər və ötürülmə ilə bağlı digər məlumatı yazılı şəkildə Sorğu edilən Dövlətin səlahiyyətli orqanlarına bildirirlər.

2. Daşınma, hava və ya dəniz yolu da daxil olmaqla, hər hansı vasitə ilə edilə bilər. Hava yolu ilə qayıdış yalnız Azərbaycan və ya Norveçin milli daşıyıcıları ilə məhdudlaşdırılmır. Qayıdış müntəzəm və ya çarter reysləri ilə də edilə bilər. Müşayiət olunan qayıdışlarda belə müşayiətlər yalnız Sorğu edən Dövlətin səlahiyyətli şəxsləri ilə məhdudlaşdırılmır, bu şərtlə ki, onlar Azərbaycan və ya Norveç tərəfindən səlahiyyətləndirilmiş şəxslərdir.

3. Ötürülmə hava yolu ilə həyata keçirildikdə, mümkün müşayiətçilər zəruri vizaları hava limanında rüsumsuz əldə edirlər.

 

Maddə 11

Yanlış readmissiya

 

1. Bu Sazişin 3 və 4-cü maddələrində qeyd olunan tələblərin yerinə yetirilməməsi müvafiq şəxsin ötürülməsindən sonra altı ay, üçüncü ölkə vətəndaşları və vətəndaşlığı olmayan şəxslərlə bağlı isə 12 ay ərzində müəyyən edilərsə, Sorğu edən Dövlət Sorğu edilən Dövlətin readmissiya etdiyi hər hansı şəxsi geri götürür.

2. Belə hallarda bu Sazişin prosessual müddəaları mutatis mutandis tətbiq edilir və geriyə qaytarılmalı olan şəxsin həqiqi kimliyi və vətəndaşlığı ilə əlaqədar bütün mövcud məlumat təqdim edilir.

 


BÖLMƏ III

 

Tranzit əməliyyatları

 

Maddə 12

Prinsiplər

 

1. Razılığa gələn Tərəflər üçüncü ölkə vətəndaşlarının və vətəndaşlığı olmayan şəxslərin tranzitini yalnız onların təyinat Dövlətinə birbaşa qaytanla bilmədikləri hallarda həyata keçirirlər.

2. Digər mümkün tranzit Dövlətlərdən keçməyə və təyinat Dövləti tərəfindən readmissiyaya zəmanət olduqda, Norveç sorğu edərsə, Azərbaycan üçüncü ölkə vətəndaşlarının və ya vətəndaşlığı olmayan şəxslərin tranzitinə icazə verir və Azərbaycan sorğu edərsə, Norveç üçüncü ölkə vətəndaşlarının və ya vətəndaşlığı olmayan şəxslərin tranzitinə icazə verir.

3. Azərbaycan və ya Norveç tranzitdən aşağıdakı hallarda imtina edə bilərlər:

(a) üçüncü ölkə vətəndaşı və ya vətəndaşlığı olmayan şəxs təyinat Dövlətində və ya digər tranzit Dövlətdə onun irqi, dini, milliyyəti, xüsusi ictimai qrupa mənsubiyyəti və yaxud siyasi əqidəyə malik olması səbəbindən işgəncə və ya qeyri-insani və ya alçaldıcı rəftar və ya cəza və ya ölüm cəzası və ya təqib edilmə kimi həqiqi təhlükəyə məruz qalarsa; yaxud

(b) üçüncü ölkə vətəndaşı və ya vətəndaşlığı olmayan şəxs təyinat Dövlətində və ya digər tranzit Dövlətdə cinayət məsuliyyətinə cəlb edilərsə; yaxud da

(c) ictimai sağlamlıq, milli təhlükəsizlik, ictimai asayiş və ya Sorğu edilən Dövlətin digər milli maraqları əsasında.

4. Tranzit əməliyyatı zamanı 3-cü bənddə qeyd olunan hallar yaranarsa və ya aşkarlanarsa, yaxud da digər mümkün tranzit Dövlətlərdən keçməyə və ya təyinat Dövləti tərəfindən readmissiyaya zəmanət artıq olmadıqda, Azərbaycan və ya Norveç verilmiş hər hansı icazəni ləğv edə bilər. Bu halda, Sorğu edən Dövlət üçüncü ölkə vətəndaşını və ya vətəndaşlığı olmayan şəxsi zəruri şəkildə və yubanmadan geri götürür.

 

Maddə 13

Tranzit proseduruı

 

1. Tranzit əməliyyatları üçün müraciət Sorğu edilən Dövlətin səlahiyyətli orqanına yazılı şəkildə təqdim edilməli və aşağıdakı məlumatı özündə əks etdirməlidir:

(a) tranzitin növü (hava, dəniz və ya quru yolu ilə), mümkün olan digər tranzit Dövlətləri və müəyyən edilmiş sonuncu təyinat məntəqəsi;

(b) tranzit edilməli olan şəxs barədə məlumat (məs., adı, soyadı, qızlıq soyadı, istifadə olunan/tanınan digər adları və ya təxəllüsləri, doğulduğu tarix, cinsi və mümkün olduqda, doğulduğu yer, vətəndaşlığı, dili və səyahət sənədinin növü və nömrəsi);

(c) nəzərdə tutulan sərhəd buraxılış məntəqəsi, ötürülmənin vaxtı və müşayiətçilərdən istifadənin mümkünlüyü;

(d) Sorğu edən Dövlətin fikrincə 12(2)-ci maddənin şərtlərinin yerinə yetirildiyi və 12(3)-cü maddəyə əsasən imtina üçün əsas verə biləcək səbəblərin məlum olmadığı barədə bəyanat.

Tranzit müraciətləri üçün istifadə olunan ümumi forma bu Sazişə 6 saylı Əlavədə verilmişdir.

Tranzit müraciəti hər hansı kommunikasiya üsulu ilə, o cümlədən elektron vasitələrlə, məsələn, faks, elektron poçt və s. ilə təqdim edilə bilər.

2. Sorğu edilən Dövlət müraciəti aldıqdan sonra beş iş günü ərzində Sorğu edən Dövləti qəbuletmə, sərhəd buraxılış məntəqəsinin və giriş üçün nəzərdə tutulan vaxtın təsdiq olunması barədə və ya qəbuletmədən imtina və belə imtinanın səbəbləri barədə yazılı şəkildə məlumatlandırır. Beş iş günü ərzində cavab olmadıqda, tranzit razılaşdırılmış hesab edilir.

Tranzit müraciəti hər hansı kommunikasiya üsulu ilə, o cümlədən elektron vasitələrlə, məsələn, faks, elektron poçt və s. ilə təqdim edilə bilər.

3. Tranzit əməliyyatı hava yolu ilə həyata keçirildikdə, tranzit edilməli olan şəxs və mümkün müşayiətçilər hava limanı tranzit vizasını almaqdan azad edilirlər.

4. Sorğu edilən Dövlətin səlahiyyətli orqanları qarşılıqlı məsləhətləşmələr şərti ilə tranzit əməliyyatlarında xüsusilə aidiyyəti olan şəxslərə nəzarət və bu məqsədlə əlverişli şərait yaratmaq vasitəsilə yardım edirlər.

5. Şəxslərin tranziti müraciətə razılıq alındıqdan sonra 30 gün ərzində həyata keçirilir.

 

BÖLMƏ IV

 

Xərclər

 

Maddə 14

Nəqliyyat və tranzit xərcləri

 

Səlahiyyətli orqanların readmissiya edilməli olan şəxsdən və ya üçüncü tərəflərdən readmissiya ilə bağlı xərclərinin kompensasiyasını almaq hüququna xələl gətirmədən, bu Sazişə müvafiq olaraq readmissiya və tranzit əməliyyatlarından irəli gələn sonuncu təyinat Dövlətinin sərhədinə qədər bütün nəqliyyat xərcləri Sorğu edən Dövlət tərəfindən qarşılanır.

 

BÖLMƏ V

 

Məlumatın mühafizəsi və digər beynəlxalq öhdəliklərlə əlaqə

 

Maddə 15

Məlumatın mühafizəsi

 

Azərbaycanın və ya Norveçin səlahiyyətli orqanları tərəfindən bu Sazişin həyata keçirilməsi üçün şəxsə aid olan məlumat yalnız o halda veriləcəkdir ki, vəziyyətdən asılı olaraq bu məlumatın verilməsi zəruridir. Hər bir ayrıca halda şəxsə aid olan məlumatın təhlili və istifadəsi Azərbaycanın və Norveçin daxili qanunvericiliyinə uyğun həyata keçirilir. Əlavə olaraq, aşağıdakı prinsiplər tətbiq edilir:

(a) şəxsə aid olan məlumat qərəzsiz və qanunauyğun təhlil edilməlidir;

(b) şəxsə aid olan məlumat yalnız bu Sazişin həyata keçirilməsi üçün müəyyən edilmiş aydın və qanuni məqsədlə toplanmalıdır və bu məqsədə uyğun olmayan şəkildə, nə ötürən, nə də qəbul edən orqan tərəfindən artıq istifadə edilməməlidir;

(c) şəxsə aid olan məlumat tələblərə uyğun, müvafiq olmalı və onun toplanması və/və ya sonrakı təhlili məqsədi ilə tələb olunandan artıq olmamalıdır; xüsusilə, verilən şəxsə aid olan məlumat yalnız aşağıdakıları ehtiva edə bilər:

(d) ötürülməli olan şəxs barədə xüsusi məlumat (məs., adı, soyadı, əvvəlki adları, istifadə olunan/tanınan digər adları və ya təxəllüsləri, cinsi, vətəndaşlıq vəziyyəti, doğulduğu tarix və yer, hazırkı və hər hansı əvvəlki vətəndaşlığı);

pasport, şəxsiyyət vəsiqəsi və ya sürücülük vəsiqəsi (nömrəsi, etibarlılıq müddəti, verilmə tarixi, verən orqan, verildiyi yer);

səyahətdə dayanacaqlar və marşrutlar;

ötürülməli olan şəxsin müəyyən edilməsi və ya bu Sazişə uyğun olaraq readmişsiya .tələblərini yoxlamaq, üçün lazım olan digər məlumat;

(d) şəxsə aid olan məlumat düzgün olmalı və zəruri halda yenilənməlidir;

(e) şəxsə aid olan məlumat faktların yığılması və ya onların sonrakı təhlili məqsədi ilə tələb olunandan artıq olmamalı və yalnız zəruri göstəricilərin müəyyən edilməsinə imkan verən formada saxlanılmalıdır;

(f) məlumatın təhlili bu maddənin müddəalarına uyğun aparılmadıqda, xüsusilə də məlumat qeyri-adekvat, aidiyyətsiz, qeyri-düzgün və ya onun təhlili məqsədinə münasibətdə həddən artıq olduqda həm məlumatı təqdim edən, həm də qəbul edən orqan şəxsə aid olan məlumatın müvafiq şəkildə təshih edilməsini, silinməsini və ya bloklaşdırılmasını təmin etmək üçün bütün məqsədyönlü tədbirlər görür. Buraya məlumatın təshih edilməsinə, silinməsinə və ya bloklaşdırılmasına dair digər Razılığa gələn Tərəfə bildiriş verilməsi də daxildir;

(g) sorğu əsasında, məlumatı qəbul edən orqan təqdim edən orqanı təqdim edilmiş məlumatdan istifadə və ondan əldə edilmiş nəticələr barədə məlumatlandırır;

(h) şəxsə aid olan məlumat yalnız səlahiyyətli orqanlara təqdim edilə bilər. Məlumatın sonradan digər orqanlara ötürülməsi məlumatı təqdim edən orqanın əvvəlcədən razılığını tələb edir;

(i) məlumatı təqdim edən və qəbul edən orqanların məlumatın təqdim edilməsi və qəbulunun yazılı qeydiyyatını aparmaq öhdəlikləri vardır.

 

Maddə 16

Digər beynəlxalq öhdəliklərlə əlaqə

 

1. Bu Saziş Azərbaycanın və Norveçin beynəlxalq hüquqdan, o cümlədən onların üzv olduqları beynəlxalq konvensiyalardan, xüsusilə də 2-ci maddədə sadalanan beynəlxalq sənədlərdən və aşağıdakı sənədlərdən irəli gələn hüquqlarına, öhdəliklərinə və məsuliyyətlərinə təsir etmir:

sığınacaq üçün edilmiş müraciətlərə məsul olan Dövləti müəyyənləşdirən beynəlxalq konvensiyalar;

ekstradisiya və tranzit haqqında beynəlxalq konvensiyalar;

xarici vətəndaşların readmissiyası haqqında çoxtərəfli beynəlxalq konvensiyalar və sazişlər, məsələn, Beynəlxalq Mülki Aviasiya haqqında 1944-cü il Konvensiyası.

2. Bu Sazişin heç bir müddəası digər rəsmi və ya qeyri-rəsmi razılaşmalara əsasən şəxsin qaytarılmasına mane olmur.

 

BÖLMƏ VI

 

Həyata keçirilmə və tətbiq

 

Maddə 17

Birgə readmissiya komitəsi

 

1. Razılığa gələn Tərəflər bu Sazişin tətbiqi və təfsirində bir-birlərinə qarşılıqlı yardım edəcəklər. Bu məqsədlə onlar xüsusilə aşağıdakı vəzifələrin yerinə yetirilməsi üçün birgə readmissiya komitəsi (bundan sonra “komitə”) yarada bilərlər:

(a) bu Sazişin tətbiqinə nəzarət etmək;

(b) bu Sazişin müddəalarının təfsiri və ya tətbiqindən irəli gələn məsələləri həll etmək;

(c) bu Sazişin vahid tətbiqi üçün zəruri tədbirlərin həyata keçirilməsi barədə qərar qəbul etmək;

(d) bu Sazişə və onun Əlavələrinə dəyişikliklər tövsiyə etmək;

2. Komitə Azərbaycanın və Norveçin nümayəndələrindən ibarətdir.

3. Komitə, zəruri hallarda, Razılığa gələn Tərəflərdən birinin sorğusu əsasında iclas keçirir.

4. Komitə özünün prosedur qaydalarını müəyyən edir.

5. Komitə tərəfindən həll edilə bilməyən mübahisələr Razılığa gələn Tərəflər arasında məsləhətləşmələr yolu ilə həll edilir.

 

Maddə 18

İcraetmə ilə bağlı müddəalar

 

1. Razılığa gələn Tərəflər bu Sazişin qüvvəyə mindiyi tarixdən etibarən 30 təqvim günü ərzində bir-birini diplomatik kanallarla səlahiyyətli orqanlar, onların əlaqə ünvanlan və sərhəd buraxılış məntəqələri barədə məlumatlandıracaqlar.

2.  Razılığa gələn Tərəflər bu maddənin 1-ci bəndində bəhs edilən səlahiyyətli orqanlar, onların əlaqə ünvanları və sərhəd buraxılış məntəqələrində baş vermiş dəyişikliklər barədə bir-birini diplomatik kanallar vasitəsilə dərhal məlumatlandıracaqlar.

3. Razılığa gələn Tərəflər arasında bütün yazışma ingilis dilində aparılır.

 

BÖLMƏ VII

Yekun müddəalar

 

Maddə 19

Tətbiq olunduğu ərazi

 

Bu Saziş Azərbaycanın ərazisinə və Norveçin ərazisinə münasibətdə tətbiq edilir.

 

Maddə 20

Qüvvəyəminmə, müddət və ləğvetmə

 

1. Bu Saziş, Razılığa gələn Tərəflərin müvafiq prosedurlarına uyğun olaraq, onlar tərəfindən ratifikasiya və ya təsdiq ediləcəkdir.

2. Bu Saziş Razılığa gələn Tərəflərin yuxarıda qeyd olunan prosedurların tamamlanması barədə sonuncu yazılı bildirişi diplomatik kanallar vasitəsilə aldıqları tarixdən sonrakı ikinci ayın birinci günü qüvvəyə minəcəkdir.

3. Bu Sazişin 4-cü maddəsində əksini tapmış öhdəliklər bu Sazişin qüvvəyə minməsindən üç il sonra tətbiq edilir. Bu üçillik müddətdə, həmin öhdəliklər yalnız Sorğu edilən Dövlətin readmissiya haqqında ikitərəfli saziş və ya razılaşmalar bağladığı üçüncü ölkələrdən olan vətəndaşlara və vətəndaşlığı olmayan şəxslərə tətbiq edilir.

4. Bu Saziş qeyri-müəyyən müddətə bağlanılır.

5. Hər bir Razılığa gələn Tərəf, digər Razılığa gələn Tərəfə rəsmi qaydada bildirməklə və 17-ci maddədə qeyd olunan Komitə ilə əvvəlcədən məsləhətləşməklə, bu Sazişin həyata keçirilməsini tam və ya qismən müvəqqəti olaraq dayandıra bilər. Dayandırma belə bildirişin alındığı gündən sonrakı ikinci gün qüvvəyə minir.

6. Hər bir Razılığa gələn Tərəf, digər Razılığa gələn Tərəfə rəsmi qaydada bildirməklə, bu Sazişi ləğv edə bilər. Bu Sazişin tətbiq edilməsi belə bildirişin tarixindən üç ay sonra dayandırılacaqdır.

 


Maddə 2 1

Sazişə düzəlişlər

 

Razılığa gələn Tərəflərin qarşılıqlı razılığı ilə bu Sazişə düzəliş və əlavələr edilə bilər. Düzəliş və əlavələr bu Sazişin ayrılmaz hissəsini təşkil edən və bu Sazişin 20(1)-ci və 20(2)-ci maddələrində əksini tapmış prosedura uyğun olaraq qüvvəyə minən ayrıca protokollar şəklində tərtib edilir.

 

Maddə 22

Əlavələr

 

1-8 saylı Əlavələr bu Sazişin ayrılmaz hissəsini təşkil edirlər.

Bakı şəhərində, 3 dekabr 2014-cü il tarixində iki nüsxədə, Azərbaycan, ingilis və Norveç dillərində imzalanmışdır, bu mətnlərin hər biri bərabər autentikdir. Bu Sazişin təfsiri məqsədi ilə ingilis dilindəki mətndən istifadə ediləcəkdir.

 

Azərbaycan Respublikası

Norveç. Krallığı

Hökuməti adından

Hökuməti adından

(imza)

(imza)

 


ƏLAVƏ 1

 

Təqdim edilməsi vətəndaşlığın sübutu hesab edilən

sənədlərin ümumi siyahısı

 

(Maddələr 3(1) və 7(1)

 

- hər hansı növ pasportlar (ümumvətəndaş pasportları, diplomatik pasportlar, xidməti pasportlar, xüsusi pasportlar, o cümlədən uşaqların pasportları),

- Sorğu edilən Dövlətin verdiyi laissez-passer,

- dənizçilərin şəxsiyyət vəsiqələri istisna olmaqla, hər hansı növ şəxsiyyət vəsiqələri (o cümlədən müvəqqəti).

 

ƏLAVƏ 2

 

Təqdim edilməsi vətəndaşlığın prima facie

dəlili hesab edilən sənədlərin ümumi siyahısı

 

(Maddələr 3(1) və 7(2)

 

- bu Sazişin 1 saylı Əlavəsində sadalanan, etibarlılıq müddəti ən azı altı ay əvvəl bitmiş sənədlər,

- bu Sazişin 1 saylı Əlavəsində sadalanan sənədlərin hər hansı birinin surəti,

- vətəndaşlıq şəhadətnamələri və vətəndaşlığa istinad edən və ya onu aydın şəkildə göstərən digər rəsmi sənədlər,

- sürücülük vəsiqələri və ya onların surətləri,

- doğum şəhadətnamələri və ya onların surətləri,

- şirkətin kimlik vəsiqələri və ya onların surətləri,

- hərbi kitabçalar və hərbi kimlik vəsiqələri,

- dənizçinin qeydiyyat kitabçası, kapitanın xidmət kartı, dənizçinin şəxsiyyət vəsiqəsi, şahidlərin sənədləşdirilmiş ifadələri,

- aidiyyəti olan şəxsin, sənədləşdirilmiş ifadəsi və danışdığı dili, eləcə də rəsmi dil testlərinin nəticələrini əks etdirən sənədlər,

- aidiyyəti olan şəxsin vətəndaşlığını müəyyən etməyə imkan verən hər hansı digər sənəd,

- barmaq izləri,

- Azərbaycan Respublikasının “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış Sistemi”ndə (İAMAS) aparılmış axtarış nəticəsində kimliyin təsdiqi,

- Viza İnformasiya Sistemində axtarış nəticəsində kimliyin təsdiqi.

 

ƏLAVƏ 3

Üçüncü ölkə vətəndaşlarının və vətəndaşlığı olmayan şəxslərin readmissiyası
üçün şərtlərin sübutu hesab edilən sənədlərin ümumi siyahısı

(Maddələr 4(1) və 8(1)

Sorğu edilən Dövlətin verdiyi viza və/və ya yaşayış icazəsi,

aidiyyəti olan şəxsin səyahət sənədində giriş/çıxış möhürləri və ya oxşar qeydlər və ya giriş/çıxışın digər dəlilləri (məs., fotoşəkillər),

Sorğu edilən Dövlətdə daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə veri­lən şəxsiyyət vəsiqəsi,

Sorğu edilən Dövlətdə daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə veri­lən laissez-passer.


ƏLAVƏ 4

 

Üçüncü ölkə vətəndaşlarının və vətəndaşlığı olmayan şəxslərin

readmissiyası üçün şərtlərin prima facie dəlilləri hesab edilən

sənədlərin ümumi siyahısı

 

(Maddələr 4(1) və 8(2)

 

- aidiyyəti olan şəxsin Sorğu edən Dövlətin ərazisinə daxil olduqdan sonra yaxalanma yerinin və şərtlərinin həmin Dövlətin müvafiq qurumları tərəfindən verilmiş izahı,

- şəxsin kimliyi və/və ya qalma yeri ilə bağlı beynəlxalq təşkilat (məs., BMTQAK) tərəfindən təqdim edilmiş məlumat,

- ailə üzvləri, yol yoldaşları və s. şəxslər tərəfindən verilmiş məlumat və ya məlumatın təsdiqi,

- aidiyyəti olan şəxsin Sorğu edilən Dövlətin ərazisində qaldığını aydın şəkildə göstərən sənədlər, şəhadətnamələr və qaimələr (məs., mehmanxana qaimələri, həkimlərin/diş həkimlərinin qəbuluna yazılma barədə kartlar, dövlət və ya özəl müəssisələrə buraxılışlar, avtomobil icarəsi müqavilələri, kredit kartı çekləri və s.),

- aidiyyəti olan şəxsin adını və Sorğu edilən Dövlətin ərazisində olduğunu və hərəkət marşrutunu göstərən təyyarə, qatar, avtobus və ya gəmi bileti və/və ya sərnişin siyahısı,

aidiyyəti olan şəxsin kuryer və ya turizm agentliyinin xidmətlərindən faydalandığını göstərən məlumat,

- xüsusilə sərhəd xidməti əməkdaşlarının və digər şahidlərin aidiyyəti olan şəxsin sərhədi keçməsinə dəlalət edən sənədləşdirilmiş rəsmi ifadələri,

- aidiyyəti olan şəxsin məhkəmə və ya inzibati proseslərdə verdiyi sənədləşdirilmiş rəsmi bəyanat,

- aidiyyəti olan şəxsin sənədləşdirilmiş ifadəsi,

- barmaq izləri.


 

ƏLAVƏ 5

[Azərbaycan

Respublikasının

emblemi]

[Norveç Krallığının Gerbi]

________________________________________

________________________________________

________________________________________

(Yer və tarix)

(Sorğu edən orqan)

 

İstinad: __________________________________

 

Kimə

 

________________________________________

 

________________________________________

 

(Sorğu edilən orqan)

 

SÜRƏTLƏNDİRİLMİŞ PROSEDUR (Maddə 5(3)

MÜSAHİBƏ XAHİŞİ (Maddə 7(3) və 7(4)

 

 

READMİSSİYA MÜRACİƏTİ

Azərbaycan Respublikası Hökuməti ilə Norveç Krallığı

Hökuməti arasında icazəsiz yaşayan şəxslərin readmissiyası

haqqında Sazişin 6-cı maddəsinə uyğun olaraq

 

A. ŞƏXSİ MƏLUMATLAR

Fotoşəkil

1. Tam adı (soyadın altından xətt çəkməli):

______________________________________________________________

2. Qızlıq soyadı:

______________________________________________________________

3. Doğum tarixi və yeri:

______________________________________________________________

4. Cinsi və fiziki göstəriciləri (boyu, gözlərinin rəngi, fərqləndirici əlamətləri və s.):

____________________________________________________________________________________

5. Digər adları (əvvəlki adları, istifadə etdiyi/tanındığı digər adları və ya təxəllüsləri):

____________________________________________________________________________________

6. Vətəndaşlığı və dili:

 

____________________________________________________________________________________

7. Ailə vəziyyəti:

evli

subay

boşanmış

dul

Evlidirsə: ərinin/arvadının adı

 

____________________________________________________________________________________

Əgər varsa, uşaqlarının adlan və yaşları

____________________________________________________________________________________

____________________________________________________________________________________

____________________________________________________________________________________

____________________________________________________________________________________

8. Sorğu edilən Dövlətdə son ünvanı:

 

____________________________________________________________________________________

 

 

B. ƏGƏR VARSA, ƏRİ/ARVADI BARƏDƏ ŞƏXSİ MƏLUMAT

1. Tam adı (soyadın altından xətt çəkməli):

 

____________________________________________________________________________________

2. Qızlıq soyadı:

 

____________________________________________________________________________________

3. Doğum tarixi və yeri:

 

____________________________________________________________________________________

4. Cinsi və fiziki göstəriciləri (boyu, gözlərinin rəngi, fərqləndirici əlamətləri və s.):

____________________________________________________________________________________

5. Digər adlan (əvvəlki adları, istifadə etdiyi/tanındığı digər adları və ya təxəllüsləri):

____________________________________________________________________________________

6. Vətəndaşlığı və dili:

 

____________________________________________________________________________________

 

 

C. ƏGƏR VARSA, UŞAQLAR BARƏDƏ ŞƏXSİ MƏLUMAT

1. Tam adı (soyadın altından xətt çəkməli):

 

____________________________________________________________________________________

2. Doğum tarixi və yeri:

 

____________________________________________________________________________________

3. Cinsi və fiziki göstəriciləri (boyu, gözlərinin rəngi, fərqləndirici əlamətləri və s.):

____________________________________________________________________________________

4. Vətəndaşlığı və dili:

 

____________________________________________________________________________________

 

 

D. ÖTÜRÜLƏN ŞƏXSƏ DAİR XÜSUSİ HALLAR

1. Səhhəti

 

(məs., xüsusi tibbi qayğıya mümkün ehtiyacı; yoluxucu xəstəliklərinin latın adları);

____________________________________________________________________________________

2. Xüsusilə təhlükəli olan şəxsin göstəriciləri

(məs., ciddi qanun pozuntusunda şübhəli bilinməsi; təcavüzkar davranışı);

____________________________________________________________________________________

 

 

E. ƏLAVƏ OLUNAN DƏLİLLƏR

 

1.

 

_____________________________________

_____________________________________

(Pasport nömrəsi)

(verilmə tarixi və yeri)

_____________________________________

_____________________________________

(verən orqan)

(etibarlıdır)

2.

 

_____________________________________

_____________________________________

(şəxsiyyət vəsiqəsinin nömrəsi)

(verilmə tarixi və yeri)

_____________________________________

_____________________________________

(verən orqan)

(etibarlıdır)

3.

 

_____________________________________

_____________________________________

(sürücülük vəsiqəsinin nömrəsi)

(verilmə tarixi və yeri)

_____________________________________

_____________________________________

(verən orqan)

 

4.

 

_____________________________________

_____________________________________

(digər rəsmi sənədin nömrəsi)

 

_____________________________________

_____________________________________

(verən orqan)

(etibarlıdır)

 

 

 

 

F. QEYDLƏR

 

____________________________________________________________________________________

____________________________________________________________________________________

____________________________________________________________________________________

 

 

________________________________________

 

(İmza) (möhür/ştamp)

 

 


 

ƏLAVƏ 6

[Azərbaycan                                                   

Respublikasının

emblemi]

[Norveç Krallığının Gerbi]

________________________________________

______________________________________

________________________________________

(Yer və tarix)

(Sorğu edən orqan)

 

İstinad: __________________________________

 

Kimə

 

________________________________________

 

________________________________________

 

(Sorğu edən orqan)

 

 

 

TRANZİT MÜRACİƏTİ

Azərbaycan Respublikası Hökuməti ilə Norveç Krallığı Hökuməti
arasında icazəsiz yaşayan şəxslərin readmissiyası haqqında
/Sazişin 13-cü maddəsinə uyğun olaraq

 

A. ŞƏXSİ MƏLUMATLAR

 

1. Tam adı (soyadın altından xətt çəkməli):

Fotoşəkil

_______________________________________________________________

2. Qızlıq soyadı:

_______________________________________________________________

3. Doğum tarixi və yeri:

_______________________________________________________________

4. Cinsi və fiziki göstəriciləri (boyu, gözlərinin rəngi, fərqləndirici əlamətləri və s.):

____________________________________________________________________________________

5. Digər adları (əvvəlki adları, istifadə etdiyi/tanındığı digər adları və ya təxəllüsləri);

____________________________________________________________________________________

6. Vətəndaşlığı və dili:

 

____________________________________________________________________________________

7. Səyahət sənədinin növü və nömrəsi:

 

____________________________________________________________________________________

 

 

B. TRANZİT ƏMƏLİYYATI

 

1. Tranzitin növü

 

hava ilə

quru yolu ilə

dənizlə

2. Son məntəqə Dövləti

 

____________________________________________________________________________________

3. Digər mümkün tranzit Dövlətləri

 

____________________________________________________________________________________

4. Təklif olunan sərhədkeçmə məntəqəsi, ötürülmənin tarixi və vaxtı və mümkün müşayiətlər

____________________________________________________________________________________

____________________________________________________________________________________

5. Hər hansı digər tranzit Dövlətində və son məntəqə Dövlətində təmin ediləcək qəbul (12-ci maddənin 2-ci bəndi)

bəli

xeyr

 

 

 

1.                  6. Tranzitin rədd edilməsinin hər hansı səbəbi məlumdurmu?

(12-ci maddənin 3-cü bəndi)

bəli

xeyr

 

 

 

C. QEYDLƏR

 

____________________________________________________________________________________

____________________________________________________________________________________

____________________________________________________________________________________

 

 

 

 

_____________________________

 

(İmza) (möhür/ştamp)

 

 


 

ƏLAVƏ 7

 

National Police Immigration

Service Norway

 

 

Иммиграционная Служба Полиции

Норвегии

__________________________________________

Laissez-Passer

Свидетельство на Проезд

__________________________________________

STAT/STATE/ГОСУДАРСТВО

 

Norge/Nprway/Новрегия

 

 

 

Reg.nr

 

Registration no./№ регистрации

 

Gylding for en reise fra: Norge/Norway/Норвегия

 

Valid for one journey from/действительно на один проезд с

 

Til:

 

to/до

 

 

 

Etternavn:

 

Name/Фамилия

 

Fornavn:

Given name/имя

 

Hoyde:

 

Height/рост

 

 

 

Spesielle kjennetegn:

 

Distinguishing marks/особые приметы

 

 

 

Nasjonalitet:

 

Nationality/национальность

 

 

 

Adresse i hjemlandet (dersom denne er kjent)

 

Adress in home country (if khnow)/aдрес в родной стране (если известен)

Stempel

Utstedende myndighet:Polities Utlendingsenhet/National Police

Seal/Stamp

Immigration Service

Печать

Issuing authority/Орган выдавший документ

 

 

Utstedt i: Oslo/Осло

 

Issued at/место выдачи

 

 

 

Utstedt den:

 

Issued on/дата выдачи

 

Underskrift:

 

____________________________________________________________________________

Signature/подпись

 

 

 

____________________________________________________________________________________

Merknader/Remarks/Отметки:

 


 

ƏLAVƏ 8

 

AZƏRBAYCAN RESPUBLİKASINDAN SƏYAHƏT SƏNƏDİ

TRAVEL DOCUMENT FROM THE REPUBLIC OF AZERBAIJAN

_____________________________________________________________________________________

 

№ _______________

Hansı

ölkəyə: ______________________________________________________________________________

For a joumey to

 

Adı: ___________________________________

Soyadı: __________________________________

First name

FOTO

Sumame

Doğum tarixi:

_____________________________________________________________

Date of birth

Doğulduğu yer:

_____________________________________________________________

Place of birth

 

Cinsi: ____________________

Boyu: ____________________

Gözlərinin rəngi: __________

Sex

Height

Color of eyes

Xüsusi əlamətləri: ____________________________________________________________________

Distinguishing marks

 

Vətəndaşlığı: ________________________________________________________________________

Nationality

 

Ölkəsindəki yaşayış ünvanı (əgər bilinirsə): ______________________________________________

_____________________________________________________________________________________

Address in home country (if known)

 

 

Sənədi verən orqanın adı: ____________________________________________

MÖHÜR

Issuing authority

YERİ

Sənədin verilmə tarixi: _______________________________________________

 

Issued at

Etibarlıdır: ______________________________________________________________________

Valid through

İmza: _______________________________________________________________________________

Signature

 

Əlavə qeydlər:

 

_____________________________________________________________________________________

Remarks/Observations

 

_____________________________________________________________________________________

_____________________________________________________________________________________

Bir nəfər üçün nəzərdə tutulub.

 

Valid for one joumey only

 

 

 

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status