AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANLARI
QƏBUL EDİLDİYİ TARİX
11.02.2015
QEYDİYYAT NÖMRƏSİ
463
ADI
“ASAN ödəniş” sistemi haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Respublika Qəzeti (Dərc olunma tarixi: 13-02-2015, Nəşr nömrəsi: 034), Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 28-02-2015, Nəşr nömrəsi: 02, Maddə nömrəsi: 125)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
13.02.2015
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
010.150.040
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
13201502110463
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
13.02.2015
“ASAN ödəniş” sistemi haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə

“ASAN ödəniş” sistemi haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə

 

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “ASAN xidmət” mərkəzlərində həyata keçirilən xidmət növlərinin və elektron xidmətlərin genişləndirilməsi və “Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 5 sentyabr tarixli 706 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 11 fevral tarixli 110 nömrəli Fərmanına əsasən qərara alıram:

1. “ASAN ödəniş” sistemi haqqında Əsasnamə” təsdiq edilsin (əlavə olunur).

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

2.1. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

2.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

2.3. “ASAN ödəniş” sisteminə qoşulmaq üçün texniki tələbləri və “ASAN ödəniş” sistemindən istifadə qaydalarını iki ay müddətində Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla müəyyən etsin;

2.4. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

2.5. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

3. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

4. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə birlikdə, “ASAN ödəniş” sisteminin fəaliyyətinin təşkili, idarə olunması və saxlanılması xərclərinin maliyyələşdirilməsinə dair təkliflərini bir ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.

5. İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan orqanlar (vəzifəli şəxslər):

5.1. informasiya sistemləri və ehtiyatlarının “ASAN ödəniş” sisteminə qoşulması üçün zəruri tədbirlər görsünlər;

5.2. inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarları, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 127-4-cü maddəsində nəzərdə tutulmuş qaydada müvafiq informasiya sistemləri (ehtiyatları) vasitəsilə aşkar edilən inzibati xətalar haqqında elektron protokolları, yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xəta haqqında protokolları, xüsusi texniki vasitələrin köməyi ilə aşkar olunmuş inzibati xətaların törədilməsinin foto və ya video görüntülərini real vaxt rejimində “ASAN ödəniş” sisteminə ötürmək məqsədilə proqram təminatının dayanıqlı, fasiləsiz və təhlükəsiz fəaliyyətini təmin etsinlər. [1]

6. Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi:

6.1. “ASAN ödəniş” sisteminin fəaliyyətinin təşkili və ondan səmərəli istifadənin təmin edilməsi üçün zəruri tədbirlər görsün;

6.2. “ASAN ödəniş” sistemi vasitəsilə bu Fərmanın 5-ci hissəsində nəzərdə tutulmuş dövlət orqanları arasında məlumat mübadiləsini və əməliyyatları təhlükəsiz və operativ şəkildə həyata keçirmək məqsədi ilə vahid inteqrasiya və mobil xidmətlər şlüzündən (m-Gov) istifadə olunmasını təmin etsin.

7. Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyi:

7.1. dövlət orqanlarının “ASAN ödəniş” sisteminə qoşulması üçün onları zəruri telekommunikasiya kanalları ilə təmin etsin;

7.2. “ASAN ödəniş” sisteminin təhlükəsizliyinin təmin edilməsi üçün müvafiq tədbirlər görsün.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 11 fevral 2015-ci il

    № 463

 

 


 

 

Azərbaycan Respublikası Prezidentinin

2015-ci il 11 fevral tarixli 463 nömrəli Fərmanı ilə

TƏSDİQ EDİLMİŞDİR

 

“ASAN ödəniş” sistemi haqqında

 

ƏSASNAMƏ

 

1. Ümumi müddəalar

 

1.1. Bu Əsasnamə “ASAN xidmət” mərkəzlərində həyata keçirilən xidmət növlərinin və elektron xidmətlərin genişləndirilməsi və “Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 5 sentyabr tarixli 706 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 11 fevral tarixli 110 nömrəli Fərmanına əsasən hazırlanmışdır və “ASAN ödəniş” sisteminin (bundan sonra - sistem) fəaliyyətinin hüquqi, təşkilati və texnoloji əsaslarını müəyyən edir.

1.2. Sistem aşağıdakıları təmin edir:

1.2.1. inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarların , Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 127-4-cü maddəsində nəzərdə tutulmuş qaydada müvafiq informasiya sistemləri (ehtiyatları) vasitəsilə aşkar edilən inzibati xətalar haqqında elektron protokolların, yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xəta haqqında protokolların, xüsusi texniki vasitələrin köməyi ilə aşkar olunmuş inzibati xətaların törədilməsinin foto və ya video görüntülərinin sistemdə yaradılmış elektron kabinetlərdə yerləşdirilməsini, bu barədə inzibati xəta törətmiş şəxsin elektron kabinetində olan mobil telefon nömrəsinə (qısa mesaj - SMS vasitəsilə) və elektron ünvanına (olduğu halda) məlumat verilməsini; [2]

1.2.2. inzibati xəta haqqında iş üzrə qərardan verilmiş şikayətin və ya yol hərəkəti qaydaları əleyhinə olan inzibati xəta, habelə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xəta haqqında protokoldan verilmiş vəsatətin göndərilməsini; [3]

1.2.3. inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarların icra müddətlərinə nəzarət edilməsini, müddətlərin bitməsi barədə şəxslərin məlumatlandırılmasını;

1.2.4. inzibati cərimələrin, məhkəmə qərarlarının icrası ilə əlaqədar ödənilməli olan vəsaitlərin, “Dövlət rüsumu haqqında”, “Notariat haqqında”, “Banklar haqqında” Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş ödənişlərin xüsusi ödəmə terminalları, mobil telefon aparatları və internet vasitəsilə elektron qaydada ödənilməsini;

1.2.5. nəqliyyat vasitələrinin texniki baxışdan keçirilməsi barədə elektron talonların sistemdə yaradılmış elektron kabinetlərdə yerləşdirilməsini və bu barədə sistem istifadəçisinin elektron kabinetində olan mobil telefon nömrəsinə və elektron ünvanına (olduğu halda) məlumat verilməsini. [4]

1.3. Sistemin fəaliyyətinin təşkili, idarə olunması və inkişafı sistemin operatoru (bundan sonra - operator) Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyindəki İnnovasiyalar Mərkəzi tərəfindən təmin edilir.

1.4. Bu Əsasnamədə aşağıdakı anlayışlardan istifadə olunmuşdur:

1.4.1. sistemin iştirakçıları - informasiya sistemləri və ehtiyatları bu Əsasnamə ilə müəyyən edilmiş qaydada sistemə inteqrasiya olunmuş və sistemin fəaliyyətində iştirak edən qurumlardır;

1.4.2. sistemin istifadəçiləri - sistemin xidmətlərindən elektron formada, o cümlədən xüsusi ödəmə terminalı və mobil telefon aparatları vasitəsilə istifadə edən fiziki və hüquqi şəxslərdir;

1.4.3. elektron kabinet - sistemin istifadəçisinin özü barədə olan məlumatlarla tanış olmasını və onları əldə etməsini, ödənişləri həyata keçirməsini, həmçinin sistemin iştirakçıları ilə qarşılıqlı əlaqəni təmin edən xüsusi fərdi elektron səhifədir.

1.5. Sistemin saxlanılması, fəaliyyəti və inkişafı ilə bağlı xərclər dövlət büdcəsi və normativ hüquqi aktlarla qadağan olunmayan digər mənbələr hesabına maliyyələşdirilir.

 

2. Sistemin fəaliyyət prinsipləri

 

2.0. Sistemin fəaliyyəti aşağıdakı prinsiplər əsasında həyata keçirilir:

2.0.1. modulluq - sistemin inkişaf etdirilməsi imkanını və adaptasiyasını təmin edən proqram-texniki komponentlərin olması;

2.0.2. sərbəstlik - sistemin tərkibinin və fəaliyyətinin ona qoşulmuş informasiya sistemlərində və ehtiyatlarında aparılan təşkilati, inzibati, texniki və digər dəyişikliklərdən asılı olmaması;

2.0.3. əlaqəlilik - sistem iştirakçılarının mövcud olan və ya yeni yaradılan müvafiq informasiya sistemləri və ehtiyatları ilə qarşılıqlı əlaqələrinin və uzlaşmanın təmin edilməsi;

2.0.4. təhlükəsizlik - sertifikatlaşdırılmış proqram təminatından və proqram-texniki vasitələrdən istifadə olunması, informasiya mübadiləsi zamanı normativ hüquqi aktların tələblərinə riayət edilməsi, təşkilati, texniki, texnoloji tədbirlər həyata keçirməklə, informasiyanın tamlığının, dəyişməzliyinin və mühafizəsinin təmin edilməsi;

2.0.5. istifadə asanlığı və rahatlıq - sistemdən istifadənin və informasiya mübadiləsinin sistemin istifadəçiləri tərəfindən əlavə əməliyyat aparılmadan təmin edilməsi;

2.0.6. operativlik - informasiya mübadiləsinin real vaxt rejimində həyata keçirilməsi;

2.0.7. səmərəlilik - sistemin istifadəçilərinin vaxt itkisinin azaldılması, istifadəçilərə göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi;

2.0.8. şəffaflıq - sistemin fəaliyyətində və xidmət göstərilməsində açıqlığın təmin edilməsi;

2.0.9. davamlı inkişaf - ən son texnologiyalardan istifadə etməklə sistemin daim təkmilləşdirilməsi;

2.0.10. miqyaslılıq - sistemin funksiyalarını artırmaq imkanının olması.

 

3. Sistemin texniki-texnoloji infrastrukturu

 

3.1. Sistemin texniki-texnoloji infrastrukturu aşağıdakı əsas komponentlərdən ibarətdir:

3.1.1. sistemin proqram-texniki vasitələri, mobil cihaz və səyyar qurğular üçün proqram təminatı;

3.1.2. “Ödəmə portalı”;

3.1.3. “ASAN ödəniş” şlüzü;

3.1.4. telekommunikasiya kanalları;

3.1.5. sistemin ehtiyat mərkəzi;

3.1.6. sistemin məlumat bazası və onu idarəetmə sistemi;

3.1.7. sistemin məlumat bazasının arxiv mərkəzi;

3.1.8. sistemin xüsusi ödəmə terminalları.

3.2. Sistemin proqram-texniki vasitələri bu Əsasnamənin 1.2-ci bəndində nəzərdə tutulan xidmətlərin həyata keçirilməsini, sistem istifadəçilərinin sistemdən istifadəsini, informasiya mübadiləsini, sistemin fəaliyyətinin etibarlılığını və təhlükəsizliyini təmin edir.

3.3. “Ödəmə portalı” sistemin məlumat bazasından istifadə etməklə, bu Əsasnamənin 1.2-ci bəndində nəzərdə tutulmuş məlumatların verilməsini, inzibati cərimələrin, məhkəmə qərarlarının icrası ilə əlaqədar ödənilməli olan vəsaitlərin və digər ödənişlərin elektron qaydada (o cümlədən “Asan imza” vasitəsilə) ödənilməsini təmin edir.

3.4. “ASAN ödəniş” şlüzü sistem iştirakçılarının informasiya sistemlərinin və ehtiyatlarının inteqrasiyasını, qarşılıqlı əlaqəsini, onlar arasında informasiya mübadiləsinin aparılmasını təmin edir.

3.5. Sistemin fəaliyyətinin dayanıqlılığını və təhlükəsizliyini təmin etmək məqsədi ilə sistemin alternativ ehtiyat mərkəzi yaradılır və sistemin proqram-texniki vasitələrinin nüsxəsi bu mərkəzdə saxlanılır.

3.6. Formalaşan məlumatlar sistemin məlumat bazasında, onların ehtiyat surətləri isə sistemin məlumat bazasının arxiv mərkəzində saxlanılır.

3.7. İdarəetmə sistemi sistemin məlumat bazasının formalaşdırılmasını və idarə edilməsini (o cümlədən məlumat bazasından istifadə edilməsini) təmin edir.

3.8. Sistemin xüsusi ödəmə terminalları sistem istifadəçilərinin özləri barədə olan məlumatlarla tanış olmalarını, ödənişlərin (nağd və nağdsız) qəbulunu həyata keçirmələrini təmin edən və avtomatik rejimdə fəaliyyət göstərən proqram-aparat kompleksidir.

3.9. Sistem göstərilən xidmətlərin dəqiq və ünvanlı həyata keçirilməsi üçün istifadəçi kodu və parolundan istifadə edilərək və ya gücləndirilmiş elektron imza vasitəsilə daxil olmağa imkan verən müxtəlif autentifikasiya mexanizmləri ilə təchiz olunur.

 

4. Sistemin operatorunun funksiyaları

 

4.0. Operator sistemin fəaliyyətini təmin etmək üçün aşağıdakı funksiyaları həyata keçirir:

4.0.1. sistemin idarə olunmasını təşkil etmək, sistem tərəfindən bu Əsasnamənin 1.2-ci bəndində nəzərdə tutulmuş xidmətlərin həyata keçirilməsi məqsədi ilə ayrı-ayrı funksiyalar üzrə idarəetmənin digər qurumlara verilməsinə dair müqavilə bağlamaq və sistemin funksional imkanlarının artırılması istiqamətində tədbirlər görmək;

4.0.2. sistemə qoşulacaq informasiya sistemlərinin və ehtiyatlarının təkmilləşdirilməsi üçün təkliflər vermək, həmin informasiya sistemləri və ehtiyatları müəyyən olunmuş texniki tələblərə cavab vermədikdə, onlarda zəruri dəyişiklik və təkmilləşdirmə aparılmasını tələb etmək;

4.0.3. sistem iştirakçılarının informasiya sistemlərinin və ehtiyatlarının sistemə təhlükəsiz qoşulmasını və sistem iştirakçılarının əlaqəli informasiya sistemlərinin və ehtiyatlarının qarşılıqlı inteqrasiyasını təmin etmək;

4.0.4. sistemin etibarlı və davamlı funksional fəaliyyətini təmin etmək, sistemin ayrı-ayrı komponentləri üzrə audit tədbirlərini təşkil etmək və sistemin təkmilləşdirilməsi üçün tədbirlər görmək;

4.0.5. sistem vasitəsilə fasiləsiz, operativ və təhlükəsiz məlumat mübadiləsinin aparılmasını təmin etmək;

4.0.6. sistemə qoşulan informasiya sistemləri və ehtiyatlarının dayanıqlı və fasiləsiz fəaliyyətinin sistem iştirakçıları tərəfindən təmin olunmasına nəzarət etmək;

4.0.7. sistemin iştirakçılarına informasiya sistemləri arasında informasiya mübadiləsinin sistem vasitəsilə həyata keçirilməsi üçün təkliflər vermək, həmin təkliflər qəbul edildiyi halda onların həyata keçirilməsində iştirak və yerinə yetirilməsinə nəzarət etmək;

4.0.8. sistemə ötürülən məlumatların etibarlılığını, əlçatarlığını, təhrifolunmazlığını və konfidensiallığını, habelə onların ehtiyat surətlərinin saxlanılmasını və qorunmasını təmin etmək;

4.0.9. sistemin iştirakçıları tərəfindən sistemə ötürülən məlumatların tamlığına, həmin məlumatların sistemə qanunla müəyyən edilmiş qaydada və müddətdə ötürülməsinə nəzarət etmək;

4.0.10. sistem iştirakçılarının sistemə göndərdiyi inzibati xəta haqqında iş üzrə qərarı, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 127-4-cü maddəsində nəzərdə tutulmuş qaydada müvafiq informasiya sistemləri (ehtiyatları) vasitəsilə aşkar edilən inzibati xətalar haqqında elektron protokolları , yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xəta haqqında protokolu, məhkəmə qərarını və onların əlavələrini sistem istifadəçisinin elektron kabinetinə yerləşdirmək (yerləşdirilmə vaxtını göstərməklə), bu barədə elektron kabinetində olan mobil telefon nömrəsinə və elektron ünvanına (olduğu halda) məlumat göndərmək; [5]

4.0.10-1. sistem iştirakçısının sistemə göndərdiyi nəqliyyat vasitəsinin texniki baxışdan keçməsi barədə elektron talonu sistem istifadəçisinin elektron kabinetinə yerləşdirmək (yerləşdirilmə vaxtını göstərməklə) və bu barədə sistem istifadəçisinin elektron kabinetində olan mobil telefon nömrəsinə və elektron ünvanına (olduğu halda) məlumat göndərmək; [6]

4.0.11. inzibati xəta haqqında iş üzrə qərar, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 127-4-cü maddəsində nəzərdə tutulmuş qaydada müvafiq informasiya sistemləri (ehtiyatları) vasitəsilə aşkar edilən inzibati xətalar haqqında elektron protokol, yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xəta haqqında protokol və onların əlavələri barədə məlumatın inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin elektron kabinetində olan mobil telefon nömrəsinə və elektron ünvanına çatdırıldığı barədə səlahiyyətli sistem iştirakçısını real vaxt rejimində məlumatlandırmaq; [7]

4.0.11-1. nəqliyyat vasitəsinin texniki baxışdan keçməsi barədə elektron talonun sistem istifadəçisinin elektron ünvanına çatdırıldığı barədə səlahiyyətli sistem iştirakçısını real vaxt rejimində məlumatlandırmaq;

4.0.12. ödənişlərin sistem vasitəsilə qəbulunu, sistemin aidiyyəti iştirakçılarının və şəxslərin bank hesabına köçürülməsini, ödənişin həyata keçirilməsi barədə sistem iştirakçıları və istifadəçilərinin məlumatlandırılmasını təmin etmək;

4.0.13. inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın icra müddətinə nəzarət etmək və sistemin istifadəçisini müddətlərin bitməsi barədə məlumatlandırmaq;

4.0.14. sistemdən istifadə qaydaları barədə iştirakçıları və istifadəçiləri məlumatlandırmaq, iştirakçılara sistemin iş prinsipi və funksional imkanları haqqında məlumat vermək, metodiki kömək göstərmək;

4.0.15. sistemin komponentlərinin və proqram təminatının təyinatı üzrə istismarını, texniki xidmətini, təmirini və saxlanılmasını təmin etmək, tərtib olunmuş qrafik üzrə müvafiq profilaktik işlər aparmaq;

4.0.16. sistemin digər qurumların idarəetməsinə verilmiş funksiyalarının bu Əsasnaməyə və müqavilənin şərtlərinə uyğun olaraq idarə olunmasına nəzarət etmək;

4.0.17. sistemin təhlükəsizliyi pozulduqda, əsas avadanlıqda hər hansı qəza (xəta) baş verdiyi halda sistem iştirakçılarını bu barədə məlumatlandırmaq, qəzanın (xətanın) dərhal aradan qaldırılması üçün müvafiq tədbirlər görmək, baş vermiş qəzanın (xətanın) qısa müddətdə aradan qaldırılması mümkün olmadıqda, sistemin ehtiyat mərkəzinin fəaliyyətə başlamasını təmin etmək;

4.0.18. sistemə qoşulmuş informasiya sistemləri və ehtiyatları ləğv edildikdə, sahibi dəyişdikdə və ya digər dəyişikliklər olduğu halda müvafiq tədbirlər görmək;

4.0.19. sistemdən istifadə və sistemin funksiyaları ilə bağlı maarifləndirmə və məlumatlandırma işi aparmaq;

4.0.20. sistemin iştirakçısı normativ hüquqi aktların tələblərini, müqavilənin şərtlərini pozduqda və ya sistemin fəaliyyətini ləngidəcək, dayandıracaq və ya ona zərər vura biləcək davranışlara yol verdikdə, həmin iştirakçıya nöqsanların aradan qaldırılması üçün xəbərdarlıq etmək, habelə xəbərdarlıqda göstərilənlər yerinə yetirilmədikdə həmin iştirakçının sistem üzrə fəaliyyətini bu nöqsanlar aradan qaldırılanadək dayandırmaq;

4.0.21. normativ hüquqi aktlarla müəyyən edilmiş qaydada informasiya təhlükəsizliyini, o cümlədən fərdi məlumatların qorunmasını təmin etmək.

 

5. Sistem iştirakçılarının funksiyaları

 

5.0. Sistemin iştirakçıları aşağıdakı funksiyaları həyata keçirirlər:

5.0.1. sistemə qoşulan informasiya sistemlərinin və ehtiyatlarının dayanıqlı və fasiləsiz fəaliyyətini, təhlükəsizliyini təmin etmək;

5.0.2. məlumatları qanunla müəyyən edilmiş qaydada real vaxt rejimində sistemə ötürmək;

5.0.3. operatorun, sistemin digər iştirakçılarının və istifadəçilərinin sistem vasitəsilə həyata keçirilən xidmətlərlə bağlı sorğularını dəqiq və tam cavablandırmaq;

5.0.4. informasiya mübadiləsi həyata keçirilərkən yaranan nasazlıqların aradan qaldırılması üçün operativ tədbirlər görmək və avadanlığın, proqram təminatının dayanıqlı fəaliyyətini təmin etmək;

5.0.5. sistemə qoşulacaq informasiya sistemlərinin və ehtiyatlarının layihələrə, texniki normalara, standartlara və tələblərə uyğun yaradılmasını təmin etmək;

5.0.6. informasiya sistemləri və ehtiyatlarının sistemə qoşulması üçün müraciət etdikdə, onların müəyyən edilmiş texniki tələblərə uyğunluğuna dair məlumatları operatora təqdim etmək;

5.0.7. öz təşəbbüsü ilə və ya operatorun əsaslandırılmış tələbinə uyğun olaraq, sistemə qoşulacaq informasiya sistemlərində və ehtiyatlarında zəruri dəyişiklik və təkmilləşdirmə aparmaq;

5.0.8. sistemə qoşulmuş informasiya sistemlərində və ehtiyatlarında nəzərdə tutulan profilaktika, təmir, sazlama və digər texniki işlərin sistemin fəaliyyətinə təsir edəcəyi halda həmin işləri sistemin dayanıqlı fəaliyyətini təmin etmək üçün operatorla razılaşdırmaq;

5.0.9. sistemin digər iştirakçıları ilə zəruri informasiya mübadiləsini sistem vasitəsilə, operatorun qəbul edilmiş təklifləri əsasında həyata keçirmək;

5.0.10. sistemin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı operatora təkliflər vermək;

5.0.11. normativ hüquqi aktların tələblərinə uyğun olaraq informasiya təhlükəsizliyini, o cümlədən fərdi məlumatların qorunmasını təmin etmək;

5.0.12. sistemin fəaliyyətini ləngidəcək, ona zərər gətirəcək və ya onun fəaliyyətinin dayanmasına səbəb ola biləcək hərəkətlərə yol verməmək;

5.0.13. ödənişlərin həyata keçirilməsi, ödəmə hesablarının dəyişməsi barədə informasiyanı real vaxt rejimində sistemə ötürmək.

 

6. Sistemin fəaliyyətinin təşkili

 

6.1. Sistem iştirakçılarının informasiya sistemlərinin və ehtiyatlarının sistemə qoşulması onların bu Əsasnamənin əlavəsindəki formaya uyğun olaraq operatora ünvanladığı elektron müraciət əsasında və qoşulma üçün müəyyən edilmiş texniki tələblərə uyğunluğun yoxlanılması ilə həyata keçirilir.

6.2. İnformasiya sistemlərinin və ehtiyatlarının sistemə qoşulmasına və təhlükəsizliyinin təmin edilməsinə dair texniki imkanları 10 (on) iş günü müddətində operator tərəfindən yoxlanılır.

6.3. Yoxlamanın nəticəsi müsbət olduqda, operatorla sistemə qoşulma üçün müraciət etmiş qurum arasında müqavilə bağlanılır. Sistemlə qarşılıqlı fəaliyyət müəyyən edilmiş texniki tələblər əsasında sistemin hər bir iştirakçısı ilə operator arasında bağlanılan müqavilələrdə əks olunur.

6.4. Sistemə qoşulma haqqında müqavilədə aşağıdakılar göstərilməlidir:

6.4.1. sistemin iştirakçısı olan qurum;

6.4.2. sistemə qoşulan iştirakçının informasiya sistemi və ehtiyatı;

6.4.3. sistem iştirakçısının sistemə ötürdüyü məlumatların siyahısı;

6.4.4. sistemin texniki infrastrukturuna məsul şəxs haqqında məlumat;

6.4.5. operatorun və sistem iştirakçısının hüquq və vəzifələri;

6.4.6. tərəflərin məsuliyyəti və mübahisələrin həlli qaydası;

6.4.7. tərəflərin mühüm hesab etdiyi digər müddəalar.

6.5. İnformasiya sistemləri və ehtiyatları yoxlanılmaq üçün sistemin test bölməsinə qoşulduqdan və test bölməsində yoxlanıldıqdan sonra, operatorun uyğunluğa dair rəyinə əsasən müəyyən edilmiş texniki tələblərə cavab verdikdə, onların 7 (yeddi) iş günü müddətində sistemə qoşulması təmin edilir.

6.6. Həmin texniki tələblərə cavab verməyən informasiya sistemləri və ehtiyatları operatorun əsaslandırılmış tələbinə uyğun olaraq onların sahibi tərəfindən zəruri texniki tədbirlər və təkmilləşdirmələr aparıldıqdan sonra sistemə qoşulur.

6.7. İnformasiya sistemləri və ehtiyatları və ya sistemin iştirakçıları (hüquqi varisi olmadan) ləğv edildikdə, onlar sistemdən ayrılır. Bu halda operator və sistemin iştirakçısı arasında 3 (üç) iş günü müddətində qarşılıqlı məlumatlandırma (xəbərdarlıq məktubunun göndərilməsi) həyata keçirilir.

6.8. Sistemin iştirakçıları sistemə qoşulmuş informasiya sistemləri və ehtiyatları vasitəsilə təqdim olunan məlumatların məzmununa, dəqiqliyinə, tamlığına və etibarlılığına görə məsuliyyət daşıyırlar.

6.9. Sistemin iştirakçısı normativ hüquqi aktların tələblərini, müqavilənin şərtlərini pozduqda və ya sistemin fəaliyyətini ləngidəcək, dayandıracaq və ya ona zərər vura biləcək davranışlara yol verdikdə, operator tərəfindən onun sistem üzrə fəaliyyəti bu nöqsanlar aradan qaldırılanadək dayandırıla bilər.

 

7. Sistemdən istifadə

 

7.1. Sistem iştirakçıları aşağıdakı məlumatları real vaxt rejimində (bu Əsasnamənin 7.1.5-1-ci yarımbəndində nəzərdə tutulan məlumatları 1 gün müddətində) sistemə göndərirlər: [8]

7.1.1. inzibati xəta haqqında iş üzrə qərarı, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 127-4-cü maddəsində nəzərdə tutulmuş qaydada müvafiq informasiya sistemləri (ehtiyatları) vasitəsilə aşkar edilən inzibati xətalar haqqında elektron protokolu və ya yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xəta haqqında protokolu, məhkəmə qərarını; [9]

7.1.2. xüsusi texniki vasitələrin köməyi ilə aşkar olunan inzibati xətaların törədilməsinin foto və ya video görüntülərini, yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə təyin olunmuş ballar barədə məlumatı;

7.1.3. inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın icra müddəti və müddətin bitməsi barədə məlumatları;

7.1.4. inzibati xəta törətmiş fiziki şəxsin şəxsiyyət vəsiqəsinin seriyasını, nömrəsini və fərdi identifikasiya nömrəsini (FİN), hüquqi şəxsin vergi ödəyicisinin eyniləşdirmə nömrəsini (VÖEN);

7.1.5. yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətanın törədildiyi nəqliyyat vasitəsinin istifadəçisi fiziki şəxsdirsə - qeydiyyatda olduğu və yaşadığı ünvanı, mobil telefon nömrəsini, elektron ünvanını (olduğu halda), sürücülük vəsiqəsində olan məlumatları, hüquqi şəxsdirsə (dövlət qurumudursa) - həmin nəqliyyat vasitəsinin idarə edilməsini həvalə etdiyi şəxsin (nəqliyyat vasitəsinin sürücüsünün) müvafiq məlumatlarını; [10]

7.1.5-1. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 127-4-cü maddəsində nəzərdə tutulmuş qaydada müvafiq informasiya sistemləri (ehtiyatları) vasitəsilə aşkar edilən inzibati xətalar haqqında elektron protokolun və ya inzibati tənbeh vermə haqqında elektron qərarın, habelə foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilmiş inzibati xətalara görə çıxarılmış inzibati tənbeh vermə haqqında elektron qərarın Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 57.1–57.5-ci maddələrində qeyd olunan qaydada “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi vasitəsilə rəsmi çatdırılması barədə məlumatları; [11]

7.1.6. məhkəmə qərarına əsasən xeyrinə ödəniş aparılacaq şəxsin bank hesabı nömrəsini;

7.1.7. vəsatətə və ya şikayətə baxılmasının nəticəsi barədə inzibati xəta haqqında iş üzrə qərarı və ya məhkəmə qərarını; [12]

7.1.7-1. nəqliyyat vasitəsinin texniki baxışdan keçməsi barədə elektron talonu; [13]

7.1.8. sistem iştirakçısının və operatorun sistemin fəaliyyəti ilə bağlı zəruri hesab etdiyi digər məlumatları.

7.2. Sistemin iştirakçıları, bu Əsasnamənin 7.1-ci bəndində nəzərdə tutulmuş məlumatlarda dəyişiklik olduqda, yenilənmiş məlumatları sistemə göndərməlidirlər.

7.3. Operator bu Əsasnamənin 7.1-ci bəndində nəzərdə tutulmuş məlumatlar əsasında internet informasiya resursunda sistemin hər istifadəçisi üçün ayrıca elektron kabinet yaradır.

7.4. Sistemə bu Əsasnamənin 7.1.1-ci, 7.1.2-ci, 7.1.3-cü, 7.1.5-1-ci, 7.1.7-ci və 7.1.7-1-ci yarımbəndlərində nəzərdə tutulmuş məlumatlar daxil olduqda, həmin məlumatlar müvafiq sistem istifadəçisinin elektron kabinetinə yerləşdirilir (yerləşdirilmə vaxtı göstərilməklə) və bu barədə sistem istifadəçilərinin elektron ünvanlarına (olduğu halda) məlumat göndərilir. [14]

7.5. Eyni zamanda, sistem tərəfindən istifadəçinin elektron kabinetində olan mobil telefon nömrəsinə inzibati xəta törətməsi, törətdiyi xətanın qısa məzmunu, xətanın törədildiyi yer və vaxt, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin hansı maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunduğu, cərimənin məbləği, inzibati xəta haqqında elektron protokolun və ya inzibati xəta haqqında elektron protokolun və ya inzibati xəta haqqında iş üzrə qərarın nömrəsi, məhkəmə qərarının nömrəsi, həmin sənədlə və ona əlavə edilmiş materiallarla tanış ola biləcəyi elektron kabinetin internet ünvanı və daxilolma qaydası barədə ödənişsiz SMS məlumat dərhal göndərilir. SMS məlumatın sistem istifadəçisinə çatdırıldığı vaxt barədə və nəqliyyat vasitəsinin istifadəçisinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 125.2.1-ci maddəsində nəzərdə tutulan qaydada onun elektron kabinetinə yerləşdirilmiş inzibati xəta haqqında iş üzrə qərarla və onun əlavələri ilə tanış olduğu vaxt barədə məlumatlar da real vaxt rejimində sistem istifadəçisinin elektron kabinetinə yerləşdirilir və onun elektron ünvanına (olduğu halda) göndərilir. SMS-lərin göndərilməsinin nəticələri barədə məlumatlar sistem tərəfindən real vaxt rejimində sistemin iştirakçılarına ötürülür. [15]

7.6. Sistemin istifadəçiləri sistemə qeydiyyat zamanı əldə etdikləri istifadəçi kodu və parolundan istifadə edərək və ya gücləndirilmiş elektron imza vasitəsilə daxil olurlar.

7.7. Fiziki şəxsin sistemdə qeydiyyatı və autentifikasiyası onun fərdi identifikasiya nömrəsi (FİN), hüquqi şəxsin autentifikasiyası isə vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN) vasitəsilə həyata keçirilir.

7.8. Sistemin istifadəçiləri müvafiq autentifikasiyadan keçdikdən sonra yalnız özlərinə aid məlumatları əldə edə və əməliyyatlar həyata keçirə bilərlər.

7.9. Sistemin istifadəçiləri sistemdə yaradılmış elektron kabinetə daxil olmaqla, inzibati xəta haqqında iş üzrə qərarla, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 127-4-cü maddəsində nəzərdə tutulmuş qaydada müvafiq informasiya sistemləri (ehtiyatları) vasitəsilə aşkar edilən inzibati xətalar haqqında elektron protokolla və ya yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xəta haqqında protokolla, xüsusi texniki vasitələrin köməyi ilə aşkar olunan yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinin foto və ya video görüntüləri ilə, balla qiymətləndirilən inzibati xətaya yol vermişlərsə, təyin olunmuş ballar barədə məlumatla, bu Əsasnamənin 7.1.5-1-ci, 7.1.7-ci və 7.1.7-1-ci yarımbəndlərində nəzərdə tutulmuş məlumatlarla, habelə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın icra müddəti və müddətin bitməsi barədə məlumatla tanış ola və onları çap edə bilər və ya həmin məlumatların elektron imza ilə təsdiqlənmiş elektron variantını əldə edə bilərlər. [16]

7.10. Elektron kabinetdə şəxsə aid, qüvvədə olan (icra olunmamış, ödənilməmiş) inzibati xəta haqqında iş üzrə qərar, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 127-4-cü maddəsində nəzərdə tutulmuş qaydada müvafiq informasiya sistemləri (ehtiyatları) vasitəsilə aşkar edilən inzibati xətalar haqqında elektron protokol və ya yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xəta haqqında protokol yoxdursa, o, həmin tarixə bu barədə çap və ya elektron formada çıxarış əldə edə bilər. [17]

7.10-1. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 122.1-ci maddəsində nəzərdə tutulmuş inzibati tənbeh vermə haqqında elektron qərar və onun əlavəsi (foto və ya video materiallar) inzibati xətanın törədildiyi gündən bir gün müddətində hər bir nəqliyyat vasitəsinin istifadəçisi üçün internet informasiya resursunda yaradılan elektron kabinetdə yerləşdirilmədikdə, şəxs inzibati məsuliyyətə cəlb oluna bilməz. [18]

7.11. İnzibati xəta haqqında iş üzrə qərar (yol hərəkəti qaydaları əleyhinə olan inzibati xəta, yaxud Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xəta haqqında elektron protokol) elektron kabinetdə yerləşdirilməyənədək onun icra olunması (o cümlədən cərimə növündə inzibati tənbeh tədbirinin ödənilməsi, dəbbə pulunun hesablanması) tələb edilə bilməz, həmin səbəbdən nəqliyyat vasitəsinin saxlanılması barədə qərar qəbul edilə bilməz, nəqliyyat vasitəsi saxlanılaraq duracağa gətirilə bilməz. [19]

7.12. Bu Əsasnamənin 7.4-cü və 7.5-ci bəndlərində göstərilən məlumatlar sistem istifadəçilərinin sistemə daxil etdikləri məlumatlar əsasında, belə məlumatlar daxil edilmədikdə isə sistem iştirakçılarının sistemə ötürdükləri məlumatlar əsasında göndərilir. [20]

7.13. Sistemin istifadəçiləri elektron kabinetdə özləri barədə olan məlumatlarda dəyişiklik etmədikdə, sistemin istifadəçilərinə bu Əsasnamənin 7.4-cü və 7.5-ci bəndlərində göstərilən məlumatlar sistem iştirakçılarının sistemə ötürdüyü məlumatlar əsasında göndərilir. [21]

7.14. Sistem istifadəçilərinin elektron kabinetdə özləri barədə olan məlumatlarda etdikləri dəyişikliklər operator tərəfindən real vaxt rejimində müvafiq sistem iştirakçılarına göndərilir.

7.15. Sistemin istifadəçiləri inzibati xəta haqqında iş üzrə qərardan və ya yol hərəkəti qaydaları əleyhinə olan inzibati xəta, habelə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xəta haqqında protokoldan sistemdə yaradılan elektron kabinet vasitəsilə şikayət verə bilərlər. Şikayət və vəsatətlər sistemin aidiyyəti iştirakçısının informasiya sisteminə göndərilir və ona Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin tələblərinə əsasən baxılır. Şikayətə və ya vəsatətə baxılmasının nəticəsi barədə inzibati xəta haqqında iş üzrə qərarın surəti sistem iştirakçısı tərəfindən elektron qaydada sistemə göndərilir və operator tərəfindən sistem istifadəçisinin elektron kabinetinə yerləşdirilir (yerləşdirilmə vaxtı göstərilməklə). [22]

7.16. İnzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın icra müddətinin bitməsinin sonuncu günü olması barədə, həmçinin cərimənin ödənilməyəcəyi təqdirdə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş qaydada dəbbə pulu hesablanacağı barədə məlumatlar şəxsin elektron kabinetində olan mobil telefon nömrəsinə və elektron ünvanına (olduğu halda) göndərilir. [23]

7.17. İnzibati xətaların törədilməsinə görə tətbiq edilmiş inzibati cərimələr və məhkəmə qərarlarının icrası ilə əlaqədar ödənişlər əhalinin intensiv istifadə etdiyi ictimai yerlərdə quraşdırılmış və sistemə inteqrasiya olunmuş xüsusi ödəmə terminalları, sistemin xüsusi proqram təminatı əsasında mobil telefon aparatları və ya sistemin internet səhifəsi vasitəsilə ödənilə bilər.

7.18. Ödənişlər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xəta, yaxud Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xəta haqqında elektron protokolun, inzibati xəta haqqında iş üzrə qərarın, habelə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 127-4-cü maddəsində nəzərdə tutulmuş qaydada müvafiq informasiya sistemləri (ehtiyatları) vasitəsilə aşkar edilən inzibati xətalar haqqında elektron protokolun və məhkəmə qərarının nömrəsi əsasında həyata keçirildikdən sonra sistem iştirakçılarının və ya istifadəçilərinin bank hesabına köçürülür. Sistem iştirakçısı olan dövlət orqanlarına ödənişlər operatorun müvəkkil etdiyi banklar vasitəsilə birbaşa həmin dövlət orqanlarının xəzinədarlıq hesabına köçürülür. [24]

7.18-1. İnzibati xəta törədilməsinə görə tətbiq edilmiş inzibati cərimə ilə əlaqədar ödənişi qəbul edən bank və ya poçt müvafiq ödənişin edildiyi barədə məlumatı dərhal elektron qaydada sistemə göndərir. [25]

7.19. ödənişlərin həyata keçirilməsi barədə məlumatlar real vaxt rejimində sistem iştirakçılarının informasiya sisteminə ötürülür, sistem istifadəçilərinin elektron kabinetində yerləşdirilir, elektron kabinetdə olan mobil telefon nömrəsinə və elektron ünvanına (olduğu halda) göndərilir. [26]

7.20. Dəbbə pulu hesablanan inzibati cərimələr üzrə ödənişin həyata keçirilməsi barədə məlumat sistem iştirakçılarının informasiya sisteminə ötürülən gün (o cümlədən qeyri-iş günləri) dəbbə pulunun hesablanması dayandırılır.

7.21. Elektron viza verilməsinə görə müəyyən olunmuş dövlət rüsumunun və digər ödənişlərin elektron qaydada ödənilməsini təmin etmək üçün sistem “ASAN Viza” sistemi ilə inteqrasiya olunaraq, real vaxt rejimində “ASAN Viza” sisteminə dövlət rüsumunun və digər ödənişlərin ödənilməsi ilə bağlı məlumatları (ödəmə tarixi, vaxtı və əməliyyat nömrəsi) təqdim edir. [27]

7.22. “www.azexport.az” internet portalı vasitəsilə dövlət rüsumunun və digər ödənişlərin həyata keçirilməsi məqsədi ilə sistem portalla inteqrasiya olunur. [28]

 


 

 

“ASAN ödəniş” sistemi haqqında Əsasnaməyə

ƏLAVƏ

 

İnformasiya sistemlərinin və ehtiyatlarının “ASAN ödəniş” sisteminə qoşulması üçün

ƏRİZƏ

1. Sistemin iştirakçısı haqqında məlumat

İştirakçının adı

 

İştirakçı haqqında qısa məlumat

Benefisiar məlumatlar

 

 

 

 

 

 

 

İştirakçının statusu

mərkəzi icra hakimiyyəti orqanı

yerli icra hakimiyyəti orqanı

məhkəmə

digər təşkilat

 

 

 

 

Hüquqi ünvan

 

Faktiki ünvan

 

Qoşulmaq üçün əsas

əsas (hüquqi akt)

digər əsas

qeydlər

 

 

 

İnformasiya sisteminin tam adı

 

İnformasiya ehtiyatının tam adı

 

İnformasiya sisteminin yoxlanılmasına dair məlumat

yoxlamanın aparılma tarixi

yoxlamanın nəticəsinə dair rəy*

__ __________ 20 il

müsbət                mənfi

2. Əlaqə məlumatları

 

Soyadı, adı, atasının adı

İş telefonu

Mobil telefonu

Elektron ünvanı

(e - mail)

Qoşulma üzrə məsul şəxs

 

 

 

 

İştirakçının texniki dəstəyinin təmin olunmasına məsul şəxslər

(ən azı iki nəfər göstərilməlidir)

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

3. Səlahiyyətli vəzifəli şəxs

 

Soyadı, adı, atasının adı _________________________

 

Vəzifəsi ________________________

 

İmza ______________________

 

Tarix: “___“ ______________ 20 ____il

 

M.Y __________________

 

 

 

* Müvafiq cavabın altından xətt çəkilməlidir.

 

 

 


İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

  1. 9 fevral 2017-ci il tarixli 1231 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 10 fevral 2017-ci il, № 30, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, №2, maddə 175)
  2. 19 iyul 2017-ci il tarixli 1539 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 20 iyul 2017-ci il, № 154, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, №7, maddə 1349)
  3. 13 noyabr 2017-ci il tarixli 1677 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 14 noyabr 2017-ci il, № 250, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, №11 , maddə 2016)
  4. 27 avqust 2018-ci il tarixli 239 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 28 avqust 2018-ci il, № 190, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 8, maddə 1689)
  5. 30 aprel 2019-cu il tarixli 662 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 1 may 2019-cu il, № 94, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, №4, maddə 660)
  6. 12 aprel 2021-ci il tarixli 1312 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 14 aprel 2021-ci il, № 76, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 4, maddə 317)
  7. 18 may 2021-ci il tarixli 1338 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti 21 may 2021-ci il, № 102, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 5 maddə 445)

 

FƏRMANA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 19 iyul 2017-ci il tarixli 1539 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 20 iyul 2017-ci il, № 154) ilə 5.2-ci bəndə “xəta” sözündən sonra “, habelə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xəta” sözləri əlavə edilmişdir.

30 aprel 2019-cu il tarixli 662 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 1 may 2019-cu il, № 94, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, №4, maddə 660) ilə 5.2-ci bənd yeni redaksiyada verilmişdir.

əvvəlki redaksiyada deyilirdi:

5.2. inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarların, yol hərəkəti qaydaları əleyhinə olan inzibati xəta, habelə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xəta haqqında protokolların, xüsusi texniki vasitələrin köməyi ilə aşkar olunmuş inzibati xətaların törədilməsinin foto və ya video görüntülərinin real vaxt rejimində “ASAN ödəniş” sisteminə ötürmək məqsədilə proqram təminatının dayanıqlı, fasiləsiz və təhlükəsiz fəaliyyətini təmin etsinlər.

18 may 2021-ci il tarixli 1338 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti 21 may 2021-ci il, № 102, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 5 maddə 445) ilə 5.2-ci bəndə “qərarları” sözündən sonra “, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 127-4-cü maddəsində nəzərdə tutulmuş qaydada müvafiq informasiya sistemləri (ehtiyatları) vasitəsilə aşkar edilən inzibati xətalar haqqında elektron protokolları” sözləri əlavə edilmişdir.

 

[2] 19 iyul 2017-ci il tarixli 1539 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 20 iyul 2017-ci il, № 154, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, №7, maddə 1349) ilə “ASAN ödəniş” sistemi haqqında Əsasnamə”nin 1.2.1-ci, 1.2.2-ci, 4.0.10-cu, 4.0.11-ci, 7.1.1-ci yarımbəndlərə, 7.9-cu və 7.15-ci bəndlərə “yol hərəkəti qaydaları əleyhinə olan inzibati xəta” sözlərindən sonra “, habelə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xəta” sözləri əlavə edilmişdir.

30 aprel 2019-cu il tarixli 662 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 1 may 2019-cu il, № 94, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, №4, maddə 660) ilə “ASAN ödəniş” sistemi haqqında Əsasnamə”nin 1.2.1-ci yarımbəndində “əleyhinə olan inzibati xəta, habelə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsində nəzərdə tutulan” sözləri “, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan” sözləri ilə əvəz edilmişdir, həmin yarımbəndə “mobil telefon” sözlərindən əvvəl “elektron kabinetində olan” sözləri əlavə edilmişdir.

18 may 2021-ci il tarixli 1338 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti 21 may 2021-ci il, № 102, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 5 maddə 445) ilə “ASAN ödəniş” sistemi haqqında Əsasnamə”nin 1.2.1-ci yarımbəndə “qərarların” sözündən sonra “, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 127-4-cü maddəsində nəzərdə tutulmuş qaydada müvafiq informasiya sistemləri (ehtiyatları) vasitəsilə aşkar edilən inzibati xətalar haqqında elektron protokolların” sözləri əlavə edilmişdir.

 

[3] 30 aprel 2019-cu il tarixli 662 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 1 may 2019-cu il, № 94, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, №4, maddə 660) ilə “ASAN ödəniş” sistemi haqqında Əsasnamə”nin 1.2.2-ci yarımbəndindən “və ya yol hərəkəti qaydaları əleyhinə olan inzibati xəta, habelə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xəta haqqında protokoldan verilmiş vəsatətin” sözləri çıxarılmışdır.

 

[4] 30 aprel 2019-cu il tarixli 662 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 1 may 2019-cu il, № 94, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, №4, maddə 660) ilə “ASAN ödəniş” sistemi haqqında Əsasnamə”yə 1.2.4-cü yarımbəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilmişdir və yeni məzmunda 1.2.5-ci yarımbənd əlavə edilmişdir.

 

[5] 13 noyabr 2017-ci il tarixli 1677 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 14 noyabr 2017-ci il, № 250, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, №11 , maddə 2016) ilə “ASAN ödəniş” sistemi haqqında Əsasnamə”nin 4.0.10-cu yarımbəndinə “yerləşdirmək” sözündən sonra “(yerləşdirilmə vaxtını göstərməklə)” sözləri əlavə edilmişdir.

30 aprel 2019-cu il tarixli 662 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 1 may 2019-cu il, № 94, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, №4, maddə 660) ilə “ASAN ödəniş” sistemi haqqında Əsasnamə”nin 4.0.10-cu yarımbəndində “əleyhinə olan inzibati xəta, habelə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsində nəzərdə tutulan” sözləri “, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan” sözləri ilə əvəz edilmişdir, həmin yarımbəndə “mobil telefon” sözlərindən əvvəl “elektron kabinetində olan” sözləri əlavə edilmişdir.

18 may 2021-ci il tarixli 1338 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti 21 may 2021-ci il, № 102, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 5 maddə 445) ilə “ASAN ödəniş” sistemi haqqında Əsasnamə”nin 4.0.10-cu yarımbəndə “qərarı” sözündən sonra “, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 127-4-cü maddəsində nəzərdə tutulmuş qaydada müvafiq informasiya sistemləri (ehtiyatları) vasitəsilə aşkar edilən inzibati xətalar haqqında elektron protokolları” sözləri əlavə edilmişdir.

 

[6] 30 aprel 2019-cu il tarixli 662 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 1 may 2019-cu il, № 94, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, №4, maddə 660) ilə “ASAN ödəniş” sistemi haqqında Əsasnamə”yə yeni məzmunda 4.0.10-1 və 4.0.11-1-ci yarımbəndlər əlavə edilmişdir.

 

[7] 30 aprel 2019-cu il tarixli 662 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 1 may 2019-cu il, № 94, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, №4, maddə 660) ilə “ASAN ödəniş” sistemi haqqında Əsasnamə”nin 4.0.11-ci yarımbəndində “əleyhinə olan inzibati xəta, habelə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsində nəzərdə tutulan” sözləri “, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan” sözləri ilə əvəz edilmişdir, həmin yarımbəndə “mobil telefon” sözlərindən əvvəl “elektron kabinetində olan” sözləri əlavə edilmişdir.

18 may 2021-ci il tarixli 1338 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti 21 may 2021-ci il, № 102, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 5 maddə 445) ilə “ASAN ödəniş” sistemi haqqında Əsasnamə”nin 4.0.11-ci yarımbəndə “qərar” sözündən sonra “, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 127-4-cü maddəsində nəzərdə tutulmuş qaydada müvafiq informasiya sistemləri (ehtiyatları) vasitəsilə aşkar edilən inzibati xətalar haqqında elektron protokol” sözləri əlavə edilmişdir.

 

[8] 30 aprel 2019-cu il tarixli 662 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 1 may 2019-cu il, № 94, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, №4, maddə 660) ilə “ASAN ödəniş” sistemi haqqında Əsasnamə”nin 7.1-ci bəndinə “real vaxt rejimində” sözlərindən sonra “(bu Əsasnamənin 7.1.5-1-ci yarımbəndində nəzərdə tutulan məlumatları 1 gün müddətində)” sözləri əlavə edilmişdir.

 

[9] 30 aprel 2019-cu il tarixli 662 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 1 may 2019-cu il, № 94, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, №4, maddə 660) ilə “ASAN ödəniş” sistemi haqqında Əsasnamə”nin 7.1.1-ci yarımbəndində “əleyhinə olan inzibati xəta, habelə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsində nəzərdə tutulan” sözləri “, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan” sözləri ilə əvəz edilmişdir.

18 may 2021-ci il tarixli 1338 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti 21 may 2021-ci il, № 102, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 5 maddə 445) ilə “ASAN ödəniş” sistemi haqqında Əsasnamə”nin 7.1.1-ci yarımbəndə “qərarı” sözündən sonra “, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 127-4-cü maddəsində nəzərdə tutulmuş qaydada müvafiq informasiya sistemləri (ehtiyatları) vasitəsilə aşkar edilən inzibati xətalar haqqında elektron protokolu” sözləri əlavə edilmişdir.

 

[10] 30 aprel 2019-cu il tarixli 662 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 1 may 2019-cu il, № 94, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, №4, maddə 660) ilə “ASAN ödəniş” sistemi haqqında Əsasnamə”nin 7.1.5-ci yarımbəndinə “hüquqi şəxsdirsə” sözlərindən sonra “(dövlət qurumudursa)” sözləri əlavə edilmişdir.

 

[11] 13 noyabr 2017-ci il tarixli 1677 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 14 noyabr 2017-ci il, № 250, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, №11, maddə 2016) ilə “ASAN ödəniş” sistemi haqqında Əsasnamə”yə yeni məzmunda 7.1.5-1-ci yarımbənd əlavə edilmişdir.

30 aprel 2019-cu il tarixli 662 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 1 may 2019-cu il, № 94, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, №4, maddə 660) ilə “ASAN ödəniş” sistemi haqqında Əsasnamə”nin 7.1.5-1-ci yarımbəndi yeni redaksiyada verilmişdir.

əvvəlki redaksiyada deyilirdi:

7.1.5-1. foto və ya videoqeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilmiş inzibati xətalara görə tərtib olunmuş inzibati xəta haqqında elektron protokolun və ya inzibati xəta haqqında iş üzrə qərarın Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 57-ci maddəsində nəzərdə tutulmuş qaydada rəsmi çatdırılması barədə məlumatları;

12 aprel 2021-ci il tarixli 1312 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 14 aprel 2021-ci il, № 76, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 4, maddə 317) ilə “ASAN ödəniş” sistemi haqqında Əsasnamə”nin 7.1.5-1-ci yarımbəndində “57-ci maddəsində” sözləri “57.1–57.5-ci maddələrində” sözləri ilə əvəz edilmişdir.

18 may 2021-ci il tarixli 1338 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti 21 may 2021-ci il, № 102, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 5 maddə 445) ilə “ASAN ödəniş” sistemi haqqında Əsasnamə”nin 7.1.5-1-ci yarımbəndə “foto” sözündən əvvəl “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 127-4-cü maddəsində nəzərdə tutulmuş qaydada müvafiq informasiya sistemləri (ehtiyatları) vasitəsilə aşkar edilən inzibati xətalar haqqında elektron protokolun və ya inzibati tənbeh vermə haqqında elektron qərarın, habelə” sözləri əlavə edilmişdir.

 

[12] 30 aprel 2019-cu il tarixli 662 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 1 may 2019-cu il, № 94, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, №4, maddə 660) ilə “ASAN ödəniş” sistemi haqqında Əsasnamə”nin 7.1.7-ci yarımbəndindən “vəsatətə və ya” sözləri çıxarılmışdır.

 

[13] 30 aprel 2019-cu il tarixli 662 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 1 may 2019-cu il, № 94, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, №4, maddə 660) ilə “ASAN ödəniş” sistemi haqqında Əsasnamə”yə yeni məzmunda 7.1.7-1-ci yarımbənd əlavə edilmişdir.

 

[14] 13 noyabr 2017-ci il tarixli 1677 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 14 noyabr 2017-ci il, № 250, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, №11 , maddə 2016) ilə “ASAN ödəniş” sistemi haqqında Əsasnamə”nin 7.4-cü bəndinə “yerləşdirilir” sözündən sonra “(yerləşdirilmə vaxtı göstərilməklə)” sözləri əlavə edilmişdir.

 

30 aprel 2019-cu il tarixli 662 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 1 may 2019-cu il, № 94, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, №4, maddə 660) ilə “ASAN ödəniş” sistemi haqqında Əsasnamə”nin 7.4-cü bəndində “və 7.1.2-ci” sözləri “, 7.1.2-ci, 7.1.3-cü, 7.1.5-1-ci, 7.1.7-ci və 7.1.7-1-ci” sözləri ilə əvəz edilmişdir.

 

[15] 30 aprel 2019-cu il tarixli 662 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 1 may 2019-cu il, № 94, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, №4, maddə 660) ilə “ASAN ödəniş” sistemi haqqında Əsasnamə”nin 7.5-ci bəndin birinci cümləyə “mobil telefon” sözlərindən əvvəl “elektron kabinetində olan” sözləri əlavə edilmişdir və həmin cümlədən “inzibati xəta haqqında elektron protokolun və ya” sözləri çıxarılmışdır və ikinci cümlə üçüncü cümlə hesab edilmişdir və yeni məzmunda ikinci cümlə əlavə edilmişdir.

12 aprel 2021-ci il tarixli 1312 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 14 aprel 2021-ci il, № 76, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 4, maddə 317) ilə 7.5-ci bəndin ikinci cümləsində “çatdırıldığı vaxt barədə məlumat” sözləri “çatdırıldığı vaxt barədə və nəqliyyat vasitəsinin istifadəçisinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 125.2.1-ci maddəsində nəzərdə tutulan qaydada onun elektron kabinetinə yerləşdirilmiş inzibati xəta haqqında iş üzrə qərarla və onun əlavələri ilə tanış olduğu vaxt barədə məlumatlar” sözləri ilə əvəz edilmişdir.

18 may 2021-ci il tarixli 1338 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti 21 may 2021-ci il, № 102, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 5 maddə 445) ilə “ASAN ödəniş” sistemi haqqında Əsasnamə”nin 7.5-ci bəndə “məbləği,” sözündən sonra “inzibati xəta haqqında elektron protokolun və ya” sözləri əlavə edilmişdir.

 

[16] 30 aprel 2019-cu il tarixli 662 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 1 may 2019-cu il, № 94, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, №4, maddə 660) ilə “ASAN ödəniş” sistemi haqqında Əsasnamə”nin 7.9-cu bəndindən “əleyhinə olan inzibati xəta, habelə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsində nəzərdə tutulan” sözləri “, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan” sözləri ilə əvəz edilmişdir və həmin bəndinə “ballar barədə məlumatla,” sözlərindən sonra “bu Əsasnamənin 7.1.5-1-ci, 7.1.7-ci və 7.1.7-1-ci yarımbəndlərində nəzərdə tutulmuş məlumatlarla, habelə” sözləri əlavə edilmişdir.

18 may 2021-ci il tarixli 1338 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti 21 may 2021-ci il, № 102, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 5 maddə 445) ilə “ASAN ödəniş” sistemi haqqında Əsasnamə”nin 7.9-cu bəndə “qərarla” sözündən sonra “, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 127-4-cü maddəsində nəzərdə tutulmuş qaydada müvafiq informasiya sistemləri (ehtiyatları) vasitəsilə aşkar edilən inzibati xətalar haqqında elektron protokolla” sözləri əlavə edilmişdir.

 

[17] 19 iyul 2017-ci il tarixli 1539 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 20 iyul 2017-ci il, № 154, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, №7, maddə 1349) ilə “ASAN ödəniş” sistemi haqqında Əsasnamə”nin 7.10-cu, 7.11-ci və 7.18-ci bəndlərə “yol hərəkəti qaydaları əleyhinə olan inzibati xəta” sözlərindən sonra “, yaxud Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xəta” sözləri əlavə edilmişdir.

 

30 aprel 2019-cu il tarixli 662 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 1 may 2019-cu il, № 94, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, №4, maddə 660) ilə “ASAN ödəniş” sistemi haqqında Əsasnamə”nin 7.10-cu bəndində “əleyhinə olan inzibati xəta, yaxud Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsində nəzərdə tutulan” sözləri “, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan” sözləri ilə əvəz edilmişdir.

 

[18] 13 noyabr 2017-ci il tarixli 1677 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 14 noyabr 2017-ci il, № 250, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, №11 , maddə 2016) ilə “ASAN ödəniş” sistemi haqqında Əsasnamə”yə yeni məzmunda 7.10-1-ci bənd əlavə edilmişdir.

30 aprel 2019-cu il tarixli 662 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 1 may 2019-cu il, № 94, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, №4, maddə 660) ilə “ASAN ödəniş” sistemi haqqında Əsasnamə”nin 7.10-1-ci bənddə “xəta haqqında elektron protokol” sözləri “tənbeh vermə haqqında elektron qərar və onun əlavəsi (foto və ya video materiallar)” sözləri ilə, “bir ay” sözləri “bir gün” sözləri ilə əvəz ə edilmişdir.

18 may 2021-ci il tarixli 1338 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti 21 may 2021-ci il, № 102, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 5 maddə 445) ilə “ASAN ödəniş” sistemi haqqında Əsasnamə”nin 7.10-cu bəndə “qərar” sözündən sonra “, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 127-4-cü maddəsində nəzərdə tutulmuş qaydada müvafiq informasiya sistemləri (ehtiyatları) vasitəsilə aşkar edilən inzibati xətalar haqqında elektron protokol” sözləri əlavə edilmişdir.

 

[19] 13 noyabr 2017-ci il tarixli 1677 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 14 noyabr 2017-ci il, № 250, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, №11 , maddə 2016) ilə “ASAN ödəniş” sistemi haqqında Əsasnamə”nin 7.11-ci bəndə “edilə bilməz” sözlərindən sonra “, həmin səbəbdən nəqliyyat vasitəsinin saxlanılması barədə qərar qəbul edilə bilməz, nəqliyyat vasitəsi saxlanılaraq duracağa gətirilə bilməz” sözləri əlavə edilmişdir.

 

30 aprel 2019-cu il tarixli 662 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 1 may 2019-cu il, № 94, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, №4, maddə 660) ilə “ASAN ödəniş” sistemi haqqında Əsasnamə”nin 7.11-ci bəndindən “yol hərəkəti qaydaları əleyhinə olan inzibati xəta, yaxud Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xəta haqqında elektron” sözləri çıxarılmışdır.

 

[20] 13 noyabr 2017-ci il tarixli 1677 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 14 noyabr 2017-ci il, № 250, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, №11 , maddə 2016) ilə “ASAN ödəniş” sistemi haqqında Əsasnamə”nin 7.12-ci bəndi yeni redaksiyada verilmişdir.

əvvəlki redaksiyada deyilirdi:

7.12. Sistemin istifadəçiləri elektron kabinetə daxil olaraq, özləri barədə bu Əsasnamənin 7.1.5-ci yarımbəndində nəzərdə tutulmuş məlumatlarda dəyişikliklər edə bilərlər. Bu Əsasnamənin 7.4-cü və 7.5-ci bəndlərində göstərilən məlumatlar sistemin istifadəçilərinə sistemdə qeyd edilən son dəyişikliklər əsasında göndərilir.

 

[21] 13 noyabr 2017-ci il tarixli 1677 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 14 noyabr 2017-ci il, № 250, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, №11 , maddə 2016) ilə “ASAN ödəniş” sistemi haqqında Əsasnamə”nin 7.13-cü bənd ləğv edilmişdir.

 

[22] 13 noyabr 2017-ci il tarixli 1677 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 14 noyabr 2017-ci il, № 250, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, №11 , maddə 2016) ilə “ASAN ödəniş” sistemi haqqında Əsasnamə”nin 77.15-ci bəndin üçüncü cümləsinə “yerləşdirilir” sözündən sonra “(yerləşdirilmə vaxtı göstərilməklə)” sözləri əlavə edilmişdir.

 

30 aprel 2019-cu il tarixli 662 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 1 may 2019-cu il, № 94, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, №4, maddə 660) ilə “ASAN ödəniş” sistemi haqqında Əsasnamə”nin 7.15-ci bəndin birinci cümlədə “və ya yol hərəkəti qaydaları əleyhinə olan inzibati xəta, habelə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xəta haqqında protokoldan ” sözləri çıxarılmışdır və həmin cümlədə “müvafiq olaraq şikayət və ya vəsatət” sözləri “şikayət” sözü ilə əvəz edilmişdir və ikinci cümlədən “və vəsatətlər” sözləri çıxarılmışdır və həmin cümlədə “onlara” sözü “ona” sözü ilə əvəz edilmişdir və üçüncü cümlədən “və ya vəsatətə” sözləri çıxarılmışdır.

 

[23] 30 aprel 2019-cu il tarixli 662 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 1 may 2019-cu il, № 94, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, №4, maddə 660) ilə “ASAN ödəniş” sistemi haqqında Əsasnamə”nin 7.16-cı bəndinə “mobil telefon” sözlərindən əvvəl “elektron kabinetində olan” sözləri əlavə edilmişdir.

 

[24] 30 aprel 2019-cu il tarixli 662 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 1 may 2019-cu il, № 94, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, №4, maddə 660) ilə “ASAN ödəniş” sistemi haqqında Əsasnamə”nin 7.18-ci bəndində “yol hərəkəti qaydaları əleyhinə olan inzibati xəta, yaxud Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xəta haqqında elektron protokolun,” sözləri çıxarılmışdır.

18 may 2021-ci il tarixli 1338 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti 21 may 2021-ci il, № 102, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 5 maddə 445) ilə “ASAN ödəniş” sistemi haqqında Əsasnamə”nin 7.18-ci bəndin birinci cümləsinə “qərarın” sözündən sonra “, habelə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 127-4-cü maddəsində nəzərdə tutulmuş qaydada müvafiq informasiya sistemləri (ehtiyatları) vasitəsilə aşkar edilən inzibati xətalar haqqında elektron protokolun” sözləri əlavə edilmişdir.

 

[25] 13 noyabr 2017-ci il tarixli 1677 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 14 noyabr 2017-ci il, № 250, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, №11 , maddə 2016) ilə “ASAN ödəniş” sistemi haqqında Əsasnamə”yə yeni məzmunda 7.18-1-ci bənd əlavə edilmişdir.

 

[26] 30 aprel 2019-cu il tarixli 662 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 1 may 2019-cu il, № 94, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, №4, maddə 660) ilə “ASAN ödəniş” sistemi haqqında Əsasnamə”nin 7.19-cu bəndinə “mobil telefon” sözlərindən əvvəl “elektron kabinetdə olan” sözləri əlavə edilmişdir.

 

[27] 9 fevral 2017-ci il tarixli 1231 nömrəli  Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 10 fevral 2017-ci il, № 30, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, №2, maddə 175) ilə “ASAN ödəniş” sistemi haqqında Əsasnamə”yə yeni məzmunda 7.21-ci bənd əlavə edilmişdir.

 

30 aprel 2019-cu il tarixli 662 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 1 may 2019-cu il, № 94, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, №4, maddə 660) ilə “ASAN ödəniş” sistemi haqqında Əsasnamə”nin 7.21-ci bəndinə hər iki halda “dövlət rüsumunun” sözlərindən sonra “və digər ödənişlərin” sözləri əlavə edilmişdir.

 

[28] 27 avqust 2018-ci il tarixli 239 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 28 avqust 2018-ci il, № 190, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 8, maddə 1689) ilə “ASAN ödəniş” sistemi haqqında Əsasnamə”yə yeni məzmunda 7.22-ci bənd əlavə edilmişdir.

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status