AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARLARI
QƏBUL EDİLDİYİ TARİX
21.01.2010
QEYDİYYAT NÖMRƏSİ
12
ADI
“Müxtəlif səbəblərdən təhsilin hər hansı pilləsini və səviyyəsini başa vurmayan şəxslərə arayışın verilməsi Qaydası”nın təsdiq edilməsi haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31-01-2010, Nəşr nömrəsi: 01, Maddə nömrəsi: 151)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
21.01.2010
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
190.000.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
01.07.2011
“Daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın forması və tərtibi qaydası"nın təsdiq edilməsi haqqında

"Müxtəlif səbəblərdən təhsilin hər hansı pilləsini və səviyyəsini başa vurmayan şəxslərə arayışın verilməsi Qaydası"nın təsdiq edilməsi haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

"Təhsil haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 5 sentyabr tarixli, 156 nömrəli Fərmanının 1.18-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. "Müxtəlif səbəblərdən təhsilin hər hansı pilləsini və səviyyəsini başa vurmayan şəxslərə arayışın verilməsi Qaydası" təsdiq edilsin (əlavə olunur).

2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

 

Azərbaycan Respublikasının Baş naziri   Artur Rasi-zadə

 

Bakı şəhəri, 21 yanvar 2010-cu il

                 № 12

 

 


 

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2010-cu il 21 yanvar tarixli 12 nömrəli qərarı ilə

təsdiq edilmişdir

 

Müxtəlif səbəblərdən təhsilin hər hansı pilləsini və səviyyəsini başa vurmayan şəxslərə arayışın verilməsi

 

QAYDASI

 

1. Ümumi müddəalar [1]

 

1.1. Bu Qayda “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 27.3-cü maddəsinə əsasən hazırlanmışdır və təhsilin hər hansı pilləsini və səviyyəsini müxtəlif səbəblərdən başa vurmayan şəxslərə arayışın verilməsi qaydasını tənzimləyir. Arayış təhsilin müvafiq pillələrini və səviyyələrini müxtəlif səbəblərdən başa vurmayan şəxslərin (yetkinlik yaşına çatmadıqda, valideynlərinin və ya digər qanuni nümayəndələrinin) müraciətləri əsasında verilir.

1.2. Ümumi orta və tam orta təhsil səviyyələri üzrə müvafiq sinfi bitirdikdən sonra təhsilini davam etdirməyən və ya hər hansı dərs ilində dərs məşğələlərində iştirak etmədiyi üçün fənn (fənlər) üzrə biliyi qiymətləndirilməyən və ya buraxılış imtahanında iştirak etməyən, yaxud tam orta təhsil səviyyəsində fənn (fənlər) üzrə illik qiyməti “ 2” olduğu üçün yekun attestasiyaya buraxılmayan şəxslər ümumi təhsil pilləsini başa vurmamış hesab edilirlər. [2]

1.3. Müvafiq kursu bitirdikdən sonra təhsilini davam etdirməyən və ya hər hansı dərs ilində dərs məşğələlərində iştirak etmədiyi üçün ümumtəhsil fənni (fənləri) üzrə biliyi qiymətləndirilməyən, habelə tədris planında nəzərdə tutulmuş fənlər (peşə liseylərində ümumtəhsil fənləri istisna olmaqla) üzrə attestasiyadan və yaxud yekun attestasiyadan keçməyən, habelə istehsalat təcrübəsi və təlimlərdə iştirak etməyən şəxslər peşə təhsilini başa vurmamış hesab edilirlər. [3]

1.4. Tədris planında nəzərdə tutulmuş fənn (fənlər) üzrə attestasiyadan və yaxud yekun attestasiyadan keçməyən şəxslər orta ixtisas təhsil pilləsini başa vurmamış hesab edilirlər.

1.5. Tədris planında nəzərdə tutulmuş fənn (fənlər) üzrə tələb olunan kreditləri qazanmayan və yaxud yekun attestasiyadan keçməyən şəxslər ali təhsilin müvafiq səviyyələrini başa vurmamış hesab edilirlər.

 

2. Ali təhsil pilləsinin bakalavr və magistr səviyyələri üzrə müxtəlif səbəblərdən təhsilini başa vurmayan şəxslərə arayışın verilməsi qaydası

 

2.1. Ali təhsil pilləsinin səviyyələri üzrə təhsilini başa vurmayan şəxslərə onların müraciətindən sonra 5 gün ərzində bu Qaydanın 1 nömrəli əlavəsində verilmiş formaya uyğun arayış verilir. Arayışda hər bir semestr üzrə tələbənin dinlədiyi fənlər (kreditin qazanılıb-qazanılmadığından asılı olmayaraq) barədə məlumatlar verilir.

2.2. Arayışlar qoruyucu nişanı olan xüsusi kağızda çap olunur.

2.3. Arayış blankları Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən çap etdirilir və ali təhsil müəssisələrinə, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasına (bundan sonra - AMEA) onların müraciəti əsasında verilir. [4]

2.4. Arayış blankları Azərbaycan Respublikasının Təhsil Nazirliyində, ali təhsil müəssisələrində və AMEA-da ciddi hesabat sənədi kimi saxlanılır. [5]

2.5. Korlanmış arayışlar blankları ciddi hesabat sənədi kimi ali təhsil müəssisələri və AMEA tərəfindən müvafiq qaydada aktla silinir. [6]

2.6. Arayışların verilməsi üçün ali təhsil müəssisələrində və AMEA qeydiyyat kitabı açılır. Qeydiyyat kitabına aşağıdakı məlumatlar daxil edilir:

qeydiyyat nömrəsi;

arayış verilən şəxsin soyadı, adı, atasının adı;

arayışın seriyası və nömrəsi;

arayışın verilmə tarixi;

arayışı alan şəxsin imzası.

2.7. Arayışlar əlyazma və ya elektron formada qara şriftlə doldurulur.

 

3. Orta ixtisas təhsili pilləsini müxtəlif səbəblərdən başa vurmayan şəxslərə arayışın verilməsi qaydası

 

3.1. Arayış orta ixtisas təhsilini müxtəlif səbəblərdən başa vurmayan şəxslərin (yetkinlik yaşına çatmadıqda, valideynlərinin və ya digər qanuni nümayəndələrinin) müraciətləri əsasında verilir.

Orta ixtisas təhsilini başa vurmayan şəxslərə onların müraciətindən sonra 5 gün ərzində bu Qaydanın 2 nömrəli əlavəsində verilmiş formaya uyğun arayış verilir.

3.2. Arayışda təhsilalanın dinlədiyi fənlər (kreditin qazanılıb-qazanılmadığından asılı olmayaraq) barədə məlumatlar hər bir semestr üzrə verilir.

3.3. Arayışlar qoruyucu nişanı olan xüsusi kağızda çap olunur.

3.4. Arayış blankları Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən çap etdirilir və orta ixtisas təhsili müəssisələrinə onların müraciəti əsasında verilir.

3.5. Arayış blankları Azərbaycan Respublikasının Təhsil Nazirliyində və orta ixtisas təhsili müəssisələrində ciddi hesabat sənədi kimi saxlanılır.

3.6. Korlanmış arayış blankları ciddi hesabat sənədi kimi orta-ixtisas təhsili müəssisəsi tərəfindən müvafiq qaydada aktla silinir.

3.7. Arayışların verilməsi üçün orta ixtisas təhsili müəssisəsində qeydiyyat kitabı açılır. Qeydiyyat kitabına aşağıdakı məlumatlar daxil edilir:

qeydiyyat nömrəsi;

arayış verilən şəxsin soyadı, adı, atasının adı;

arayışın seriyası və nömrəsi;

arayışın verilmə tarixi;

arayışı alan şəxsin imzası.

3.8. Arayışlar əlyazma və ya elektron formada qara şriftlə doldurulur.

 

4. Peşə təhsili müəssisələrində müxtəlif səbəblərdən təhsilini başa vurmayan şəxslərə arayışın verilməsi qaydası [7]

 

4.1. Arayış peşə təhsili pilləsini müxtəlif səbəblərdən başa vurmayan şəxslərin (yetkinlik yaşına çatmadıqda valideynlərinin və ya digər qanuni nümayəndələrinin) müraciətləri əsasında verilir. [8]

Peşə təhsili müəssisələrində təhsilini başa vurmayan şəxslərə onların müraciətindən sonra 5 gün ərzində bu qaydanın 3 nömrəli əlavəsində verilmiş formaya uyğun arayış verilir. [9]

4.2. Arayışda şəxsin dinlədiyi fənlər barədə məlumatlar verilir.

4.3. Arayışlar qoruyucu nişanı olan xüsusi kağızda çap olunur.

4.4. Arayış blankları Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən çap etdirilir və peşə təhsili müəssisələrinə onların müraciəti əsasında verilir.

4.5. Arayış blankları Azərbaycan Respublikasının Təhsil Nazirliyində və peşə təhsili müəssisələrində ciddi hesabat sənədi kimi saxlanılır.

4.6. Korlanmış arayış blankları ciddi hesabat sənədi kimi peşə təhsili müəssisəsi tərəfindən müvafiq qaydada aktla silinir.

4.7. Arayışların verilməsi üçün peşə təhsili müəssisəsində qeydiyyat kitabı açılır. Qeydiyyat kitabına aşağıdakı məlumatlar daxil edilir:

qeydiyyat nömrəsi;

arayış verilən şəxsin soyadı, adı, atasının adı;

arayışın seriyası və nömrəsi;

arayışın şəxsə verilmə tarixi;

arayış alan şəxsin imzası.

4.8. Arayışlar əlyazma və ya elektron formada qara şriftlə doldurulur.

 

5. Ümumi təhsilin səviyyələrini müxtəlif səbəblərdən başa vurmayan şəxslərə arayışın verilməsi qaydası

 

5.1. Arayış ümumi təhsilin ibtidai, ümumi orta və tam orta səviyyələrini müxtəlif səbəblərdən başa vurmayan şəxslərin valideynlərinin və ya digər qanuni nümayəndələrinin müraciəti əsasında məktəb pedaqoji şurasının qərarı ilə 10 gün müddətində bu Qaydanın 4, 5 və 6 nömrəli əlavələrində verilmiş formalara uyğun verilir.

5.2. Arayışda şagirdin dinlədiyi fənlər və həmin fənlər üzrə aldığı qiymətlər yazılır.

5.3. Arayış blankları Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən qoruyucu nişanı olan xüsusi kağızda çap etdirilir və ümumi təhsil müəssisələrinə onların müraciəti əsasında verilir.

5.4. Arayış blankları Azərbaycan Respublikasının Təhsil Nazirliyində və ümumi təhsil müəssisələrində ciddi hesabat sənədi kimi saxlanılır.

5.5. Korlanmış arayış blankları ciddi hesabat sənədi kimi ümumi təhsil müəssisəsi tərəfindən müvafiq qaydada aktla silinir.

5.6. Arayışların verilməsi üçün ümumi təhsil müəssisəsində qeydiyyat kitabı açılır. Qeydiyyat kitabına aşağıdakı məlumatlar daxil edilir:

qeydiyyat nömrəsi;

arayış verilən şagirdin soyadı, adı, atasının adı;

arayışın seriyası və nömrəsi;

arayışın verilmə tarixi;

arayışı alan şəxsin imzası.

5.7. Arayışlar əlyazma və ya elektron formada qara şriftlə doldurulur.

 

6. Ali təhsil pilləsinin doktorantura səviyyəsini müxtəlif səbəblərdən başa vurmayan şəxslərə arayışın verilməsi

 

6.1. Ali təhsil pilləsinin doktorantura səviyyəsi üzrə təhsilini başa vurmayan şəxslərə onların müraciətlərindən sonra 5 gün ərzində bu Qaydaların 7 nömrəli əlavəsinə uyğun formada arayış verilir. Arayışda doktoranturada təhsil müddətində verilmiş doktorluq imtahanlarının adları və qiymətləri göstərilir. İmtahanlar müxtəlif təşkilatlarda verildikdə, bu barədə cədvəlin sonunda müvafiq qeydlər aparılır.

6.2. Arayışlar qoruyucu nişanı olan xüsusi kağızda çap olunur.

6.3. Arayış blankları Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən çap etdirilir və ali təhsil müəssisələrinə, elmi müəssisə və təşkilatlara onların müraciəti əsasında verilir. [10]

6.4. Arayış blankları Azərbaycan Respublikasının Təhsil Nazirliyində, ali təhsil müəssisələrində, elmi müəssisə və təşkilatlarda ciddi hesabat sənədi kimi saxlanılır. [11]

6.5. Korlanmış arayış blankları ciddi hesabat sənədi kimi ali təhsil müəssisəsi və ya elmi müəssisə və təşkilat tərəfindən müvafiq qaydada aktla silinir. [12]

6.6. Arayışların verilməsi üçün ali təhsil müəssisəsində, elmi müəssisə və təşkilatda qeydiyyat kitabı açılır. Qeydiyyat kitabına aşağıdakı məlumatlar daxil edilir: [13]

qeydiyyat nömrəsi;

arayış verilən şəxsin soyadı, adı, atasının adı;

arayışın seriyası və nömrəsi;

arayışın verilmə tarixi;

arayışı alan şəxsin imzası.

6.7. Arayışlar əlyazma və ya elektron formada qara şriftlə doldurulur.

 


 

 

"Müxtəlif səbəblərdən təhsilin hər hansı pilləsini və səviyyəsini başa vurmayan şəxslərə arayışın verilməsi Qaydası"na

1 nömrəli əlavə

gerb

ARAYIŞ

 

AA № 000000

 

Verilir ___________________________________________________________________________ ondan ötrü ki,

(soyadı, adı, atasının adı)

o, həqiqətən "________" ________________ il tarixindən "________"__________________ il tarixinədək

________________________________________________________________________________________

(ali təhsil müəssisəsinin adı, və ya AMEA, təhsilin səviyyəsi, ixtisas və təhsilalma forması) [14]

________________________________________________________________________________________

* il tarixindən "________" _____________________ il "________" ______________ tarixinədək*

________________________________________________________________________________________

(ali təhsil müəssisəsinin adı, və ya AMEA, təhsilin səviyyəsi, ixtisas və təhsilalma forması)

________________________________________________________________________ təhsil almışdır.

____________________________________________________________________ təhsil müddətində

(soyadı, adı, atasının adı)

semestrlər üzrə cədvəldə göstərilən fənləri dinləmişdir.

________________________________________________________________________________________

(ali təhsil müəssisəsindən və ya AMEA-dan xaric olunma səbəbləri göstərilməlidir) [15]

________________________________________________________________________________________

(əmrin №-si və tarixi)

 

tələbələr sırasından xaric edilmişdir.

 

M.Y.

 

Rektor və ya AMEA-nın prezidenti _______________ [16]

 

Qeydiyyat №-si ____________

 

"_____" ________________ il

 


 

Sıra №-si

Tədris planı üzrə fənnin adı

Kreditin miqdarı

Aldığı ** qiymət

(hərf və balla)

müəyyənləşdirilmiş

qazanılmış

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

* Bu hissə tələbə təhsilini digər ali təhsil müəssisəsində və ya AMEA-da başladığı halda doldurulur [17]

**Fənn üzrə tələbələrin biliyi aşağıdakı kimi qiymətləndirilir:

 

 

 

 

 

A — "əla"

(91-100)

 

 

 

B — "çox yaxşı"

(81-90)

 

 

 

C — "yaxşı"

(71-80)

 

 

 

D — "kafi"

(61-70)

 

 

 

E — "qənaətbəxş"

(51-60)

 

 

 

F — "qeyri-kafi"

(51 baldan aşağı)

 

 

 

 

 

 

Fakültə dekanı ___________________

 


 

 

"Müxtəlif səbəblərdən təhsilin hər hansı pilləsini və səviyyəsini başa vurmayan şəxslərə arayışın verilməsi Qaydası"na

2 nömrəli əlavə

 

gerb

ARAYIŞ

 

AA № 000000

 

Verilir ___________________________________________________________________________ ondan ötrü ki,

(soyadı, adı, atasının adı)

o, həqiqətən "________" __________________ il tarixindən "_______"_________________ il tarixinədək

________________________________________________________________________________________

(orta ixtisas təhsili müəssisəsinin adı, təhsil forması və ixtisas)

________________________________________________________________________________________

________________________________________________________________________________________

* il tarixindən "_________" __________________ il "___________" ________________________ tarixinədək*

________________________________________________________________________________________

(orta ixtisas təhsili müəssisəsinin adı, təhsil forması və ixtisas)

________________________________________________________________________________________

təhsil almışdır.

______________________________________________________________________ təhsil müddətində

(soyadı, adı, atasının adı)

semestrlər üzrə cədvəldə göstərilən fənləri dinləmişdir.

________________________________________________________________________________________

(orta ixtisas təhsili müəssisəsindən xaric olunmanın səbəbləri göstərilməlidir)

________________________________________________________________________________________

(əmrin №-si və tarixi)

 

tələbələr sırasından xaric edilmişdir.

M.Y.

Direktor ________________

Qeydiyyat №-si ____________

"_____" ________________ il

 


 

Sıra №-si

Tədris planı üzrə fənlərin adı

Kreditlərin miqdarı

Aldığı **qiymət (hərf və balla)

müəyyənləşdirilmiş

qazanılmış

 

I semestr

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

II semestr

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

III semestr

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


 

Sıra №-si

Tədris planı üzrə fənlərin adı

Kreditlərin miqdarı

Aldığı **qiymət (hərf və balla)

müəyyənləşdirilmiş

qazanılmış

 

IV semestr

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

V semestr

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

VI semestr

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


 

Sıra

№-si

Tədris planı üzrə fənlərin adı

Kreditlərin miqdarı

Aldığı **qiymət (hərf və balla)

müəyyənləşdirilmiş

qazanılmış

 

VII semestr

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

VIII semestr

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

* Bu hissə tələbə təhsilini digər orta ixtisas təhsili müəssisəsində başladığı halda doldurulur

**Fənn üzrə tələbələrin biliyi aşağıdakı kimi qiymətləndirilir:

 

 

 

 

A — "əla"

(91-100)

 

 

B — "çox yaxşı"

(81-90)

 

 

C — "yaxşı"

(71-80)

 

 

D — "kafi"

(61-70)

 

 

E — "qənaətbəxş"

(51-60)

 

 

F — "qeyri-kafi"

(51 baldan aşağı)

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Tədris işləri üzrə

 

 

 

direktor müavini ___________________

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


 

 

"Müxtəlif səbəblərdən təhsilin hər hansı pilləsini və səviyyəsini başa vurmayan şəxslərə arayışın verilməsi Qaydası"na

3 nömrəli əlavə

 

gerb

ARAYIŞ

 

AA № 000000

 

Verilir ______________________________________________________________ ondan ötrü ki,

(soyadı, adı, atasının adı)

O, həqiqətən "_______" ______________ il tarixindən "______"_______________ il tarixinədək

________________________________________________________________________________________

(peşə təhsili müəssisəsinin adı, təhsil forması və ixtisas)

________________________________________________________________________________________

________________________________________________________________________________________

________________________________________________________________________________________

təhsil almışdır.

_______________________________________________________________________ təhsil müddətində

(soyadı, adı, atasının adı)

tədris planı üzrə cədvəldə göstərilən fənləri dinləmişdir.

________________________________________________________________________________________

(peşə təhsili üzrə peşə diplomunun verilməməsi səbəbləri göstərilməlidir)

________________________________________________________________________________________

(əmrin №-si və tarixi)

________________________________________________________________________________________

_________________________________________________________ təhsilini başa çatdıra bilməmişdir.

 

M.Y.

Direktor _________________

Qeydiyyat №-si ____________

"_____" ________________ il

 

 


 

Sıra №-si

Tədris planı üzrə fənnin adı

Aldığı qiymət

rəqəmlə

hərflə

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Tədris işləri üzrə

 

 

direktor müavini ___________________

 

 

 

 

 


 

 

"Müxtəlif səbəblərdən təhsilin hər hansı pilləsini və səviyyəsini başa vurmayan şəxslərə arayışın verilməsi Qaydası"na

4 nömrəli əlavə

gerb

Ümumi orta təhsil haqqında

 

ARAYIŞ

Verilir ____________________________ ildə anadan olmuş _____________________________

________________________________________________________________________________________

(soyadı, adı, atasının adı)

ondan ötrü ki, o, həqiqətən 20 ____________/20___________ dərs ilində

________________________________________________________________________________________

________________________________________________________________________________________

________________________________________________________________________________________

IX sinfində oxumuş və aşağıdakı qiymətləri almışdır:

Ana dili ( )

_____________

Ədəbiyyat

_____________

Azərbaycan dili (dövlət dili)

_____________

Xarici dil ( )

_____________

İkinci xarici dil ( )

_____________

Riyaziyyat

_____________

İnformatika

_____________

Azərbaycan tarixi

_____________

Ümumi tarix

_____________

Fizika

_____________

Kimya

_____________

Biologiya

_____________

Coğrafiya

_____________

Həyat bilgisi

_____________

Texnologiya

_____________

Fiziki tərbiyə

_____________

Musiqi

_____________

Təsviri incəsənət

_____________

_____________

 

_____________

 

 

 

Direktor

 

Direktor müavini

 

Müəllimlər:

 

 

 

Arayış «____» ________________ 20___ il tarixində verilmişdir

M.Y.

seriya ________ № __________________

Qeydiyyat №-si ___________________

 

 


 

 

"Müxtəlif səbəblərdən təhsilin hər hansı pilləsini və səviyyəsini başa vurmayan şəxslərə arayışın verilməsi Qaydası"na

5 nömrəli əlavə

gerb

Tam orta təhsil haqqında

 

ARAYIŞ

Verilir ________________________________ ildə anadan olmuş _________________________

________________________________________________________________________________________

(soyadı, adı, atasının adı)

ondan ötrü ki, o, həqiqətən 20 ____________/20___________ dərs ilində

________________________________________________________________________________________

________________________________________________________________________________________

________________________________________________________________________________________

IX sinfində oxumuş və aşağıdakı qiymətləri almışdır:

Ana dili ( )

_____________

Ədəbiyyat

_____________

Azərbaycan dili (dövlət dili)

_____________

Xarici dil ( )

_____________

İkinci xarici dil ( )

_____________

Riyaziyyat

_____________

İnformatika

_____________

Azərbaycan tarixi

_____________

Ümumi tarix

_____________

Fizika

_____________

Kimya

_____________

Biologiya

_____________

Coğrafiya

_____________

Fiziki tərbiyə

_____________

Çağırışaqədərki hazırlıq

_____________

_____________

_____________

_____________

_____________

 

 

Direktor

 

Direktor müavini

 

Müəllimlər:

 

 

 

Arayış "____" ________________ 20___ il tarixində verilmişdir

M.Y.

seriya ________ № __________________

Qeydiyyat №-si ___________________

 

 

 

"Müxtəlif səbəblərdən təhsilin hər hansı pilləsini və səviyyəsini başa vurmayan şəxslərə arayışın verilməsi Qaydası"na

6 nömrəli əlavə

gerb

İbtidai təhsil haqqında

 

ARAYIŞ

Verilir _________________________ ildə anadan olmuş ________________________________

________________________________________________________________________________________

(soyadı, adı, atasının adı)

ondan ötrü ki, o, həqiqətən 19________ ildə anadan olmuş, 20_______ /20_______ dərs ilində

________________________________________________________________________________________

________________________________________________________________________________________

________________________________________________________________________________________

IV sinifdə oxumuş və aşağıdakı qiymətləri almışdır:

Ana dili ()

_____________

Azərbaycan dili (dövlət dili)

_____________

Xarici dil ( )

_____________

Riyaziyyat

_____________

İnformatika

_____________

Həyat bilgisi

_____________

Texnologiya

_____________

Fiziki tərbiyə

_____________

Musiqi

_____________

Təsviri incəsənət

_____________

 

 

_____________

_____________

_____________

_____________

 

 

Direktor

 

Direktor müavini

 

Müəllimlər:

 

 

 

 

 

 

 

 

 

"____" ________________ 20___ il tarixdə verilmişdir

M.Y. seriya ____________ № ___________________

Qeydiyyat №-si _______________________________

 

 

 

"Müxtəlif səbəblərdən təhsilin hər hansı pilləsini və səviyyəsini başa vurmayan şəxslərə arayışın verilməsi Qaydası"na

7 nömrəli əlavə

 

gerb

ARAYIŞ

 

AA № 000000

 

Verilir ____________________ ildə anadan olmuş _____________________________________

________________________________________________________________________________________

(soyadı, adı, atasının adı)

ondan ötrü ki, o, həqiqətən "_______"_____________________ il tarixindən

"______" _____________________ tarixinədək ___________________________________

________________________________________________________________________________________

(ali təhsil müəssisəsinin və ya elmi müəssisə və təşkilatın adı, təhsilin səviyyəsi, ixtisas və təhsilalma forması) [18]

________________________________________________________________________________________

________________________________________________________________________________________

_______________________________________________________________________ təhsil almışdır və

təhsil müddətində cədvəldə göstərilən fənlər üzrə doktorluq imtahanlarını vermişdir.

O, _____________________________________________________________________________________

(ali təhsil müəssisəsindən və ya elmi müəssisə və təşkilatdan xaric olunma səbəbləri göstərilməlidir)

________________________________________________________________________________________

(əmrin №-si və tarixi)

doktoranturadan xaric edilmişdir.

 

M.Y.

Rektor (direktor) ___________________

Qeydiyyat №-si ______________________

"____"___________________ 20___ il

 

 

 


 

Sıra №-si

Fənlər üzrə doktorluq imtahanlarının adı

Aldığı qiymət

rəqəmlə

hərflə

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Qeyd: Hansı sənədlər əsasında hazırlanmışdır.

 

 

 

 

 

 

 

Elmi işləri üzrə prorektor

 

 

(direktor müavini) ___________________

 

 

 


İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       23 may 2013-cü il tarixli 82 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 05, maddə 568)

2.       13 iyun 2016-cı il tarixli 222 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 19 iyun 2016-cı il, № 131, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 6, maddə 1199)

3.       9 dekabr 2016-cı il tarixli 497 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 13 dekabr 2016-cı il, № 276, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 12, maddə 2216)

4.       28 aprel 2017-ci il tarixli 181 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 30 aprel 2017-ci il, № 91, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, №4, maddə 664)

5.       19 dekabr 2018-ci il tarixli 542 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 22 dekabr 2018-ci il, № 289, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №12, II kitab, maddə 2738)

6.       3 iyun 2019-cu il tarixli 252 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 5 iyun 2019-cu il, № 122, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, №6, maddə 1141)

 

QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 23 may 2013-cü il tarixli 82 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 05, maddə 568) ilə “Müxtəlif səbəblərdən təhsilin hər hansı pilləsini və səviyyəsini başa vurmayan şəxslərə arayışın verilməsi Qaydası”nın 1-ci hissəsi yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

1. Ümumi müddəa

Bu Qayda "Təhsil haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun hazırlanmışdır və ali təhsil pilləsini müxtəlif səbəblərdən başa vurmayan şəxslərə arayışın verilməsi qaydasını tənzimləyir. Həmin arayış ali təhsilin müvafiq səviyyələrini müxtəlif səbəblərdən başa vurmayan şəxslərin (yetkinlik yaşına çatmadıqda, valideynlərinin və ya digər qanuni nümayəndələrinin) müraciətləri əsasında verilir.

 

[2] 9 dekabr 2016-cı il tarixli 497 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 13 dekabr 2016-cı il, № 276, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 12, maddə 2216) ilə 1.2-ci bəndə “qiymətləndirilməyən və ya” sözlərindən sonra “buraxılış imtahanında iştirak etməyən, yaxud” sözləri əlavə edilmişdir.

 

3 iyun 2019-cu il tarixli 252 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 5 iyun 2019-cu il, № 122, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, №6, maddə 1141) ilə “Müxtəlif səbəblərdən təhsilin hər hansı pilləsini və səviyyəsini başa vurmayan şəxslərə arayışın verilməsi Qaydası”nın 1.2-ci bəndindən “, yaxud tam orta təhsil səviyyəsində fənn (fənlər) üzrə illik qiyməti “ 2” olduğu üçün yekun attestasiyaya buraxılmayan” sözləri çıxarılmışdır.

 

[3] 19 dekabr 2018-ci il tarixli 542 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 22 dekabr 2018-ci il, № 289, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №12, II kitab, maddə 2738) ilə “Müxtəlif səbəblərdən təhsilin hər hansı pilləsini və səviyyəsini başa vurmayan şəxslərə arayışın verilməsi Qaydası”nın 1.3-cü bəndində, 4.4-4.7-ci bəndlərində və 3 nömrəli əlavədə hər iki halda “ilk peşə-ixtisas” sözləri “peşə” sözü ilə əvəz edilmişdir.

 

[4] 13 iyun 2016-cı il tarixli 222 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 19 iyun 2016-cı il, № 131, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 6, maddə 1199) ilə “Müxtəlif səbəblərdən təhsilin hər hansı pilləsini və səviyyəsini başa vurmayan şəxslərə arayışın verilməsi Qaydası”nın 2.3-cü bəndə “ali təhsil müəssisələrinə” sözlərindən sonra “, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasına (bundan sonra - AMEA)” sözləri əlavə edilmişdir.

 

[5] 13 iyun 2016-cı il tarixli 222 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 19 iyun 2016-cı il, № 131, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 6, maddə 1199) ilə “Müxtəlif səbəblərdən təhsilin hər hansı pilləsini və səviyyəsini başa vurmayan şəxslərə arayışın verilməsi Qaydası”nın 2.4-cü bənddə “və ali təhsil müəssisələrində” sözləri “, ali təhsil müəssisələrində və AMEA-da” sözləri ilə əvəz edilmişdir.

 

[6] 13 iyun 2016-cı il tarixli 222 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 19 iyun 2016-cı il, № 131, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 6, maddə 1199) ilə “Müxtəlif səbəblərdən təhsilin hər hansı pilləsini və səviyyəsini başa vurmayan şəxslərə arayışın verilməsi Qaydası”nın 2.5-ci və 2.6-cı bəndlərdə ismin müvafiq hallarında “ali təhsil müəssisəsi” sözləri ismin müvafiq hallarında “ali təhsil müəssisələri və AMEA” sözləri ilə əvəz edilmişdir.

 

[7] 19 dekabr 2018-ci il tarixli 542 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 22 dekabr 2018-ci il, № 289, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №12, II kitab, maddə 2738) ilə “Müxtəlif səbəblərdən təhsilin hər hansı pilləsini və səviyyəsini başa vurmayan şəxslərə arayışın verilməsi Qaydası”nın 4-cü hissənin adında “İlk peşə-ixtisas” sözləri “Peşə” sözü ilə əvəz edilmişdir.

 

[8] 19 dekabr 2018-ci il tarixli 542 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 22 dekabr 2018-ci il, № 289, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №12, II kitab, maddə 2738) ilə “Müxtəlif səbəblərdən təhsilin hər hansı pilləsini və səviyyəsini başa vurmayan şəxslərə arayışın verilməsi Qaydası”nın 4.1-ci bəndinin birinci abzasında “ilk peşə-ixtisas” sözləri “peşə” sözü ilə əvəz edilmişdir.

 

[9] 19 dekabr 2018-ci il tarixli 542 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 22 dekabr 2018-ci il, № 289, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №12, II kitab, maddə 2738) ilə “Müxtəlif səbəblərdən təhsilin hər hansı pilləsini və səviyyəsini başa vurmayan şəxslərə arayışın verilməsi Qaydası”nın 4.1-ci bəndinin ikinci abzasında “İlk peşə-ixtisas” sözləri “Peşə” sözü ilə əvəz edilmişdir.

 

[10] 28 aprel 2017-ci il tarixli 181 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 30 aprel 2017-ci il, № 91, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, №4, maddə 664) ilə 6.3-cü bənddə “(elmi təşkilatlara)” sözləri “, elmi müəssisə və təşkilatlara” sözləri ilə əvəz edilmişdir.

 

[11] 28 aprel 2017-ci il tarixli 181 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 30 aprel 2017-ci il, № 91, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, №4, maddə 664) ilə 6.4-cü bənddə “və elmi təşkilatlarda” sözləri “, elmi müəssisə və təşkilatlarda” sözləri ilə əvəz edilmişdir.

 

[12] 28 aprel 2017-ci il tarixli 181 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 30 aprel 2017-ci il, № 91, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, №4, maddə 664) ilə 6.5-ci bənddə “elmi təşkilat” sözləri “elmi müəssisə və təşkilat” sözləri ilə əvəz edilmişdir.

 

[13] 28 aprel 2017-ci il tarixli 181 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 30 aprel 2017-ci il, № 91, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, №4, maddə 664) ilə 6.6-cı bənddə “və elmi təşkilatda” sözləri “, elmi müəssisə və təşkilatda” sözləri ilə əvəz edilmişdir.

 

[14] 13 iyun 2016-cı il tarixli 222 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 19 iyun 2016-cı il, № 131, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 6, maddə 1199) ilə “Müxtəlif səbəblərdən təhsilin hər hansı pilləsini və səviyyəsini başa vurmayan şəxslərə arayışın verilməsi Qaydası”nın 1 nömrəli əlavə - “Arayış”ının hər iki halda “ali təhsil müəssisəsinin adı,” sözlərindən sonra “və ya AMEA,” sözləri əlavə edilmişdir.

 

[15] 13 iyun 2016-cı il tarixli 222 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 19 iyun 2016-cı il, № 131, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 6, maddə 1199) ilə “Müxtəlif səbəblərdən təhsilin hər hansı pilləsini və səviyyəsini başa vurmayan şəxslərə arayışın verilməsi Qaydası”nın 1 nömrəli əlavə - “Arayış”ının “ali təhsil müəssisəsindən” sözlərindən sonra “və ya AMEA-dan” sözləri əlavə edilmişdir.

 

[16] 13 iyun 2016-cı il tarixli 222 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 19 iyun 2016-cı il, № 131, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 6, maddə 1199) ilə “Müxtəlif səbəblərdən təhsilin hər hansı pilləsini və səviyyəsini başa vurmayan şəxslərə arayışın verilməsi Qaydası”nın 1 nömrəli əlavə - “Arayış”ının “Rektor” sözündən sonra “və ya AMEA-nın prezidenti” sözləri əlavə edilmişdir.

 

[17] 13 iyun 2016-cı il tarixli 222 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 19 iyun 2016-cı il, № 131, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 6, maddə 1199) ilə “Müxtəlif səbəblərdən təhsilin hər hansı pilləsini və səviyyəsini başa vurmayan şəxslərə arayışın verilməsi Qaydası”nın 1 nömrəli əlavə - “Arayış”ının “ali təhsil müəssisəsində” sözlərindən sonra “və ya AMEA-da” sözləri əlavə edilmişdir.

 

[18] 28 aprel 2017-ci il tarixli 181 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 30 aprel 2017-ci il, № 91, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, №4, maddə 664) ilə Qaydaya 7 nömrəli əlavə - “Arayış”da “elmi təşkilatın” sözləri “elmi müəssisə və təşkilatın” sözləri ilə və “elmi təşkilatdan” sözləri “elmi müəssisə və təşkilatdan” sözləri ilə əvəz edilmişdir.

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status