AKTIN NÖVÜ
Qanunlar
QƏBUL EDİLDİYİ TARİX
16.12.2014
QEYDİYYAT NÖMRƏSİ
1124-IVQ
ADI
“Xəzər dənizinin su bioloji resurslarının mühafizəsi və səmərəli istifadəsi haqqında” Sazişin təsdiq edilməsi barədə
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Respublika Qəzeti (Dərc olunma tarixi: 30-12-2014, Nəşr nömrəsi: 287), Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31-12-2014, Nəşr nömrəsi: 12, Maddə nömrəsi: 1534)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
30.12.2014
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
450.010.020
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
12201412161124
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
30.12.2014
Azərbaycan Respublikasının 1999-cu il 22 iyun tarixli 689-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş «Ədalət mühakiməsinin rəsmi embleminin təsviri»ndə dəyişiklik edilməsi barədə

“Xəzər dənizinin su bioloji resurslarının mühafizəsi və səmərəli istifadəsi haqqında” Sazişin təsdiq edilməsi barədə

 

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndini rəhbər tutaraq qərara alır:

“Xəzər dənizinin su bioloji resurslarının mühafizəsi və səmərəli istifadəsi haqqında” 2014-cü il sentyabrın 29-da Həştərxan şəhərində imzalanmış Saziş təsdiq edilsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 16 dekabr 2014-cü il

1124-IVQ


Xəzər dənizinin su bioloji resurslarının
mühafizəsi və səmərəli istifadəsi haqqında

 

SAZİŞ

 

Bundan sonra “Tərəflər” adlandırılacaq Azərbaycan Respublikası, İran İs­lam Respublikası, Qazaxıstan Respublikası, Rusiya Federasiyası və Türkmənis­tanın hökumətləri,

Tərəflərin dövlətləri arasında mehriban qonşuluq əlaqələrinin inkişaf etdiril­məsi istəyini rəhbər tutaraq,

Xəzər dənizinin birgə su resurslarının Tərəflərin dövlətlərinin ümumi sər­vəti olmasını tanıyaraq,

Xəzər dənizinin su bioloji resurslarının mühafizə olunması üçün Tərəflərin razılaşdırılmış fəaliyyətinin zəruriliyini qeyd edərək,

4 noyabr 2003-cü il tarixində Tehran şəhərində imzalanmış “Xəzər dənizi­nin dəniz ətraf mühitinin mühafizəsi haqqında Çərçivə Konvensiyasi"nın müd­dəalarını nəzərə alaraq,

Xəzər dənizinin su bioloji resurslarının mühafizəsi, artırılması və səmərəli istifadəsi üçün birgə elmi tədqiqatlar aparılmasının vacibliyini qeyd edərək,

Xəzər dənizində su bioloji resurslarının hasilatının Tərəflərin dövlətləri və onların əhalisinin məşğulluğu üçün iqtisadi önəm daşıdığını nəzərə alaraq,

aşağıdakılar barədə razılığa gəldilər:

 

Maddə 1

 

Hazırkı Saziş Xəzər dənizinin su bioloji resurslarına tətbiq olunur.

 

Maddə 2

 

Hazırkı Sazişin məqsədləri üçün terminlər:

“su bioloji resursları” - balıqlar, molyusklar, xərçəngkimilər, məməlilər və digər növ su heyvanları və bitkiləri;

“Komissiya” - su bioloji resurslarının mühafizə olunması, səmərəli istifadə­si və onların birgə ehtiyatlarının idarə olunması üzrə Komissiya;

“birgə su bioloji resursları” - nərəkimi balıq növləri, kilkələr, suitilər, elə­cə də Komissiyanın bu siyahıya daxil etdiyi digər balıq növləri;

“yenidən istehsal” - aşağıdakılara yönəlmiş tədbirlər də daxil olmaqla, su bioloji resurslarının yenilənməsidir:

- təbii artım və kürülemə yerlərinə istehsalçıların miqrasiya marşrutlarının mühafizə olunması və bərpa edilməsi;

- süni artırılma yolu ilə kürülərin və körpə balıqların artırılması və buraxıl­ması;

- balıqların qidalanma, kürüləmə və qışlama yerlərinin mühafizə olunması;

“ovlama” - müəyyən vaxt müddəti ərzində istənilən vəziyyətdə təbii yaşayış

mühitindən tutulan bütün su bioloji resursları;

“hasilat” - məqsədi su bioloji resurslarının təbii yaşayış yerlərindən çıxarıl­ması olan istənilən növ fəaliyyət;

“ixtisaslaşmış hasilat” - əsas məqsədi balıqçılıq fəaliyyəti olan balıq növlə­rinin tutulması;

“kommersiya hasilatı” - süni artırılma və elmi məqsədlər üçün tutulmalar is­tisna olmaqla, ixtisaslaşmış hasilat;

“tutulma” - digər növ bioloji resursların ixtisaslaşmış ovu daxil edilməklə, bioloji resurs növlərinin ovu, çıxarılması və tutulması.

 

Maddə 3

 

Hazırkı Sazişin məqsədi, birgə su bioloji resurslarının idarə edilməsi də da­xil olmaqla, Xəzər dənizinin su bioloji resurslarının mühafizə olunması və sə­mərəli istifadəsidir.

 

Maddə 4

 

Hazırkı Sazişin həyata keçirilməsi üçün Tərəflər aşağıdakı prinsiplər əsasın­da əməkdaşlıq edirlər:

1) Xəzər dənizinin su bioloji resurslarının kommersiya məqsədləri üçün is­tifadəsindən öncə mühafizəsinə önəm verilməsi;

2) birgə su bioloji resurslarının davamlı istifadəsi;

3) Xəzər dənizinin su bioloji resurslarının tutulması və mühafizəsinin tən­zimlənməsinə münasibətdə Tərəflər üçün məqbul olan ümumi qəbul edilmiş beynəlxalq qaydaların tətbiqi;

4) Xəzər dənizinin ekoloji sisteminin və su bioloji resurslarının bioloji müx­təlifliyinin mühafizə olunması;

5) elmi tədqiqatların su bioloji resurslarının mühafizə olunması və birgə su bioloji resurslarının idarə edilməsi üçün əsas kimi tətbiq edilməsi;

6) Xəzər dənizinin su bioloji resurslarının mühafizə olunması, səmərəli isti­fadəsi və birgə su bioloji resurslarının bütün areal üzrə idarə edilməsi üzrə uy­ğunluq tədbirlərinin təmin edilməsi.

 

Maddə 5

 

Hazırkı Saziş çərçivəsində Tərəflər aşağıdakı sahələr üzrə əməkdaşlıq edirlər:

1) razılaşdırılmış elmi tədqiqatlar aparılması;

2) birgə su bioloji resurslarının hasilatının tənzimlənməsi üzrə tədbirlərin iş­lənib hazırlanması;

3) su bioloji resurslarının qeyri-qanuni, məlumatlandırılmamış, tənzimlən­məyən hasilatı və qeyri-qanuni dövriyyəsi ilə mübarizə üzrə tədbirlərin işlənib hazırlanması;

4) Tərəflərlə razılaşdırılmış formatda hasilat statistikası üzrə məlumatların toplanması, təqdim olunması və mübadiləsi;

5) birgə su bioloji resurslarının və onların təbii yaşayış mühitlərinin yenidən istehsalı və mühafizə olunması, eləcə də nərəkimi körpə balıq növlərinin bura­xılması üzrə qısa, orta və uzunmüddətli proqramların işlənib hazırlanması və həyata keçirilməsi;

6) birgə su bioloji resurslarının ov alətlərinin və hasilat texnologiyasının is­tifadəsi üzrə tövsiyələrin işlənib hazırlanması;

7) elmi məlumat və mütəxəssislər mübadiləsi, seminar, konfrans və təlim kurslarının keçirilməsi.

 

Maddə 6

 

1. Tərəflər Komissiyanın müəyyən etdiyi meyarlardan, vahid tənzimləmə tədbirlərindən, qeyri-qanuni hasilat və yenidən istehsal üzrə tədbirlərlə müba­rizə üzrə qarşılıqlı öhdəliklərdən çıxış edərək, ümumi icazə verilən ov üzrə mil­li kvota əsasında birgə su bioloji resurslarının hasilatını həyata keçirirlər.

2. Tərəflər kvotanı razılaşdıra bilmədikdə, Komissiyanın kvota üzrə sonun­cu qərarı qüvvədə qalır.

3. Tərəflərdən biri ümumi icazə verilən ovda öz kvotasını mənimsəyə bil­mədikdə, milli qanunvericiliyə uyğun olaraq ikitərəfli müqavilələrin bağlanma­sı və digər razılaşmalar yolu ilə digər Tərəflərə ümumi icazə verilən ovdakı kvotasının qalıqlarına çıxış verə bilər.

 

Maddə 7

 

Nərəkimi balıq növlərinin kommersiya hasilatı hər bir Tərəf dövlətin ənənəvi hasilat metodlarının nəzərə alınması ilə Komissiya tərəfindən müəyyən olunan çaylarda və onların mənsəblərində, eləcə də dəniz rayonlarında həyata keçirilir.

 

Maddə 8

 

1. Nərəkimi balıq növlərinin tutulması belə faktların məcburi qeydiyyatı ilə minimuma endirilməlidir.

2. Tutulma yolu ilə ovlanan nərəkimi balıq növlərinin saxlanılmasına icazə verilmir və bu cür nərəkimi balıq növləri dərhal təbii yaşayış mühitinə qaytarıl­malıdır.

3. Bu maddənin 1 və 2-ci bəndinin müddəaları elmi tədqiqatların aparılma­sı, eləcə də süni artırılma məqsədləri üçün aparılan hasilata münasibətdə tətbiq olunmur.

 

Maddə 9

 

Tərəflər qeyri-qanuni, məlumatlandırılmamış, tənzimlənməyən hasilat və su bioloji resurslarının, eləcə də onlardan olan məhsulların qeyri-qanuni dövriyyə­si ilə mübarizə üzrə bütün mümkün tədbirləri görürlər.

 

Maddə 10

 

1. Bu Sazişin məqsədlərinə nail olunması üçün Tərəflər Komissiya təsis edirlər.

2. Hər bir Tərəf Komissiyaya bir nümayəndəsini və onun müavinini təyin edir. Hər bir Tərəfin nümayəndəsi bir səsə malikdir. Komissiyanın iclaslarında hər bir nümayəndəni mütəxəssislər müşayiət edə bilərlər. Komissiyanın iclas­larının keçirilməsi üçün bütün Tərəflərin nümayəndələrinin iştirakı zəruridir.

3. Komissiya birinci iclasında prosedur qaydalarını qəbul edir və zəruri işçi qruplarını təsis edir.

4. Komissiyaya sədrlik ingilis əlifbası qaydasında, növbəlilik əsasında, iki il müddətində hər bir Tərəfin nümayəndəsi tərəfindən icra olunur.

5. Komissiyanın növbəti iclasları, ildə bir dəfədən az olmayaraq, sədrlik edən Tərəfin ərazisində keçirilir. Zərurət olduqda, növbədənkənar iclaslar ke­çirilir. Belə iclaslar yazılı formada Komissiyanın Sədrinə müraciət edən Tərəf­lərdən birinin xahişi əsasında keçirilir. Növbədənkənar iclas onun keçirilməsini Tərəflərdən ən azı üçü dəstəklədikdən sonra keçirilir.

6. Komissiyanın işçi dilləri ingilis və rus dilləridir. İclasların dilləri rus və fars dilləridir.

Komissiyanın qərarlarını Tərəflərin nümayəndələri yekdilliklə qəbul edir və yazılı formada rəsmiləşdirirlər.

7. Tərəflər milli səviyyədə Komissiyanın qərarlarının yerinə yetirilməsini təmin edirlər.


Maddə 11

 

Komissiya aşağıdakı səlahiyyətlərə malikdir:

1) birgə su bioloji resurslarının mühafizə olunması, yenidən artırılması və səmərəli istifadəsi üzrə fəaliyyəti əlaqələndirmək;

2) birgə su bioloji resurslarının növlərinin siyahısına dəyişikliklər etmək;

3) hər il birgə su bioloji resurslarının ümumi icazə verilən ovunu müəyyən­ləşdirmək və onları milli kvotalara bölmək;

4) birgə su bioloji resurslarının ümumi icazə verilən ovunun milli kvotalara bölgüsü meyarlarını müəyyənləşdirmək;

5) nərəkimi balıq növlərinin milli kvotasının bu cür balıqların ovlanmasını öz çaylarında həyata keçirən digər Tərəfə verildiyi halda, bu cür tutulmanın milli kvotasının həcmini razılaşdırmaq;

6) aşağıdakı tədbirlər də daxil olmaqla, hasilata tətbiq edilən məhdudiyyətlər əsasında su bioloji resurslarının hasilatını və mühafizə olunmasını tənzimləmək:

- ayrıca növ su bioloji resurslarına münasibətdə müəyyən olunmuş müddətə və müəyyən edilmiş rayonlarda hasilata qadağa qoymaq;

- müəyyən edilmiş rayonlarda və ayrıca növ su bioloji resurslarına münasi­bətdə hasilatı mövsümi bağlamaq;

- çıxarılan (ovlanan) su bioloji resurslarının minimal ölçüsünü və çəkisini müəyyən etmək;

- su bioloji resurslarının çıxarılması (ovlanması) vasitələrinin ölçüsünü və quruluşunu müəyyən etmək;

- hasilata qoyulan digər razılaşdırılmış məhdudiyyətlər;

7) birgə su bioloji resurslarının ovlanmasına olan kvotanın mənimsənilməsi üzrə təqdim olunmuş hesabatları və Komissiyanın digər qərarlarını Tərəflərin yerinə yetirməsi barəsində hesabatlara baxmaq;

8) hasilatda iştirak edən gəmilərin sayı və onların həyata keçirdiyi ovlama da daxil olmaqla, hasilat statistikası barədə məlumatlara baxmaq;

9) birgə su bioloji resurslarına dair balıqçılıq qaydalarını təsdiq etmək;

10) siyahısı Komissiya tərəfindən təsdiq edilən nadir və yox olmaq təhlükə­si altında olan birgə su bioloji resurslarının və onların yaşayış yerlərinin müha­fizəsi üzrə zəruri proqram və layihələr işləyib hazırlamaq və təsdiq etmək;

11) birgə su resursları üzrə razılaşdırılmış elmi tədqiqat proqramlarını təsdiq etmək və əlaqələndirmək, bu cür işlərin görülməsinin mütəmadiliyini müəyyən etmək;

12) bu Sazişin məqsədlərinə nail olunması üçün aidiyyəti ixtisaslaşmış bey­nəlxalq təşkilatlarla əməkdaşlıq etmək;

13) birgə su resurslarının mühafizəsi, yenidən artırılması və səmərəli istifa­dəsi sahəsində mübahisəli məsələlərin həllinə yardım göstərmək;

14) buraxılan körpə balıqların kəmiyyət və keyfiyyət xarakteristikalarının birgə qiymətləndirilməsi prosedurunu təmin etmək;

15) işçi qruplar yaratmaq və onların fəaliyyət istiqamətlərini və proqramla­rını müəyyən etmək;

16) qəbul edilmiş qərarların icrasının monitorinqini həyata keçirmək;

17) nərəkimi balıq növlərinə və onların məhsullarına münasibətdə ixrac kvotalarını müəyyənləşdirmək;

18) bu Sazişin həyata keçirilməsi üçün zəruri ola biləcək digər funksiyaları həyata keçirmək və digər qərarlar qəbul etmək.

 


Maddə 12

 

Hazırkı Saziş Tərəflərin dövlətlərinin iştirakçısı olduğu digər beynəlxalq müqavilələrdən irəli gələn hüquq və öhdəliklərinə toxunmur.

 

Maddə 13

 

Hazırkı Sazişin heç bir müddəası Xəzər dənizinin hüquqi statusu haqqında danışıqların nəticələrini önləyən kimi təfsir edilmir.

 

Maddə 14

 

Hazırkı Sazişə heç bir qeyd-şərt edilə bilməz.

 

Maddə 15

 

Hazırkı Sazişin müddəalarının təfsiri və ya tətbiqi ilə bağlı istənilən müba­hisə Tərəflər arasında məsləhətləşmələrin və danışıqların aparılması yolu ilə həll olunur.

 

Maddə 16

 

1. Hazırkı Sazişin müddəaları Tərəflərin razılığı əsasında düzəldilə və də­yişdirilə bilər.

2. Hazırkı Sazişə edilən düzəliş və əlavələr onun ayrılmaz tərkib hissəsidir və bu Sazişin 18-ci maddəsində nəzərdə tutulan qaydada qüvvəyə minən ayrı­ca protokollarla rəsmiləşdirilir.

 

Maddə 17

 

Hazırkı Sazişin Depozitarisi Rusiya Federasiyası Hökumətidir.

 

Maddə 18

 

1. Hazırkı Saziş Tərəflərin onun qüvvəyə minməsi üçün zəruri olan dövlət-daxili prosedurların yerinə yetirilməsi barədə sonuncu yazılı bildirişinin Depozitari tərəfindən alındığı tarixdən 30 (otuz) gün sonra qüvvəyə minir.

2. Hazırkı Saziş qeyri-müəyyən müddətə bağlanılır. İstənilən Tərəf bu Sa­zişdən çıxmaq niyyəti barədə Depozitariyə yazılı bildiriş göndərməklə, bu Sa­zişdə iştirakını dayandıra bilər. Bu Saziş həmin Tərəfə münasibətdə Depozitari tərəfindən bu cür bildirişin alındığı tarixdən 12 (on iki) ay müddətində qüv­vədə olacaqdır.

Həştərxan şəhərində 29 sentyabr 2014-cü il tarixində, bir nüsxədə olmaqla, Azərbaycan, qazax, rus, türkmən, fars və ingilis dillərində imzalanmışdır, bütün mətnlər eyni qüvvəyə malikdir.

Fikir ayrılığı yarandığı halda, Tərəflər ingilis dilində olan mətnə müraciət edirlər.

Hazırkı Sazişin əsl nüsxəsi saxlanmaq üçün onun təsdiq olunmuş nüsxələri­ni Tərəflərə göndərəcək Depozitariyə verilir.

 

Azərbaycan Respublikası Hökuməti adından

(imza)

İran İslam Respublikası Hökuməti adından

(imza)

Qazaxıstan Respublikası Hökuməti adından

(imza)

Rusiya Federasiyası Hökuməti adından

(imza)

Türkmənistan Hökuməti adından

(imza)

 

           

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status