×
E-QANUN
FREE
OPEN
AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANLARI
QƏBUL EDİLDİYİ TARİX
26.01.2000
QEYDİYYAT NÖMRƏSİ
266
ADI
“Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31-01-2000, Nəşr nömrəsi: 01, Maddə nömrəsi: 45)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
26.01.2000
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
280.000.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
01.07.2011
"Su təchizatı və tullantı suları haqqında" Azərbaycan Respublikası qanununun tətbiq edilməsi barədə

“Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə

 

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

 

“Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi ilə əlaqədar onun tətbiq edilməsini təmin etmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikasının Nazirlər Kabineti 2 ay müddətində:

qüvvədə olan qanunvericilik aktlarının “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması barədə təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

Nazirlər Kabinetinin və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanunun tələblərinə uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

həmin qanunun 39-cu maddəsinin 3-cü bəndinin tələblərinə uyğun olaraq istehsalat tullantılarının axıdılması (atılması) qadağan edilən istehsalat və müəssisə növləri haqqında müvafiq normativ hüquqi akt hazırlayıb təsdiq etsin;

“Su təchizatı və tullantı suları” haqqında Azərbaycan Respublikası Qanununun pozulmasına görə məsuliyyət növlərini müəyyən edən normativ hüquqi aktların layihələrini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

həmin qanunun 32-ci maddəsinin 2-ci bəndində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini həyata keçirən icra hakimiyyəti orqanına dair təklifini Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

öz səlahiyyətləri daxilində “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanunundan irəli gələn digər məsələləri həll etsin.

2. Müəyyən edilsin ki:

həmin Qanunun 44-cü maddəsinin 2-ci hissəsinin ikinci abzasında nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir; [1]

həmin qanunun 5-ci maddəsinin 3-cü bəndinin üçüncü cümləsində, 7-ci maddəsinin 2-ci bəndində, 8-ci maddəsinin 2-ci və 3-cü bəndlərində, 9-cu maddəsinin 1-ci bəndinin birinci cümləsində , 11-ci maddəsinin 3-cü bəndində, 23-cü maddəsinin 5-ci bəndində və 26-cı maddəsinin 1-ci bəndinin beşinci abzasında nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir; [2]

həmin Qanunun 45-ci maddəsinin 2-ci bəndində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Əmlak Məsələləri Dövlət Xidməti qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi həyata keçirir; [3]

həmin Qanunun 7-ci maddəsinin 3-cü bəndində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti həyata keçirir;

həmin qanunun 1-ci maddəsinin on birinci abzasında, 5-ci maddəsinin 2-ci bəndində, 6-cı maddəsində, 7-ci maddəsinin 4-cü bəndində, 9-cu maddəsinin 1-ci bəndinin ikinci cümləsində və 2-ci bəndində, 10-cu maddəsində, 11-ci maddəsinin 2-ci bəndində, 16-cı maddəsinin 1-ci və 2-ci bəndlərində, 19-cu maddəsinin 3-cü bəndində, 49-cu maddəsinin 3-cü bəndində və 56-cı maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini yerli icra hakimiyyəti orqanları həyata keçirirlər. [4]

həmin Qanunun 11-ci maddəsinin 2-ci bəndində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi və yerli icra hakimiyyəti orqanları öz səlahiyyətləri daxilində həyata keçirirlər. [5]

həmin Qanunun 23-cü maddəsinin 4-cü bəndinin ikinci cümləsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini qaydanın müəyyən edilməsi hissəsində Azərbaycan Respublikasının Nazirlər Kabineti, haqqın müəyyən edilməsi hissəsində Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası həyata keçirirlər; [6]

həmin Qanunun 44-cü maddəsinin 2-ci hissəsinin ikinci abzasında “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi nəzərdə tutulur. [7]

3. Bu Fərman imzalandığı gündən qüvvəyə minir.

 

Azərbaycan Respublikasının Prezidenti   Heydər Əlİyev

 

Bakı şəhəri, 26 yanvar 2000-ci il

    № 266

 

 

 


 

İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       21 dekabr 2001-ci il tarixli 609 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 12, maddə 755)

2.       6 avqust 2008-ci il tarixli 812 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 9 avqust 2008-ci il № 175, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 8, maddə 719)

3.       15 mart 2010-cu il tarixli 230 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 16 mart 2010-cu il № 59, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 8, maddə 719)

4.       1 oktyabr 2010-cu il tarixli 336 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı ı (“Azərbaycan” qəzeti 3 oktyabr 2010-cu il, № 216, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 10, maddə 848)

  1. 20 aprel 2011-ci il tarixli 423 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti 22 aprel 2011-ci il, № 82, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 04, maddə 292)
  2. 15 fevral 2016-cı il tarixli 787 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 21 fevral 2016-cı il, № 40; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 02, II kitab, maddə 251)
  3. 31 yanvar 2020-ci il tarixli 919 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 1 fevral 2020-ci il, № 21, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, №1, maddə 8)
  4. 28 dekabr 2022-ci il tarixli 1922 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 28 dekabr 2022-ci il,Azərbaycan” qəzeti, 29 dekabr 2022-ci il, № 286, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 12, maddə 1432)

 

FƏRMANA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 31 yanvar 2020-ci il tarixli 919 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 1 fevral 2020-ci il, № 21, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, №1, maddə 8) ilə 2-ci hissədə ikinci–yeddinci abzaslar müvafiq olaraq üçüncü–səkkizinci abzaslar hesab olunmuşdur və yeni məzmunda ikinci abzas əlavə edilmişdir.

 

[2] 15 mart 2010-cu il tarixli 230 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 16 mart 2010-cu il № 59, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 8, maddə 719) ilə 2-ci bəndinin ikinci abzasında "Qanunun" sözündən sonra "5-ci maddəsinin 3-cü bəndinin üçüncü cümləsində," sözləri əlavə edilsin və "və 11-ci maddəsinin 3-cü bəndində" sözləri ", 11-ci maddəsinin 3-cü bəndində və 26-cı maddəsinin 1-ci bəndinin beşinci abzasında" sözləri ilə əvəz edilmişdir.

20 aprel 2011-ci il tarixli 423 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti 22 aprel 2011-ci il, № 82, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 04, maddə 292) ilə 2-ci bəndinin ikinci abzasında “11-ci maddəsinin 3-cü bəndində” sözlərindən sonra “, 23-cü maddəsinin 5-ci bəndində” sözləri əlavə edilmişdir.

 

[3] 21 dekabr 2001-ci il tarixli 609 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 12, maddə 755) ilə 2-ci bəndin 3-cü abzasında "Dövlət Torpaq" sözlərindən sonra "və Xəritəçəkmə" sözləri əlavə edilmişdir.

15 fevral 2016-cı il tarixli 787 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 21 fevral 2016-cı il, № 40; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 02, II kitab, maddə 251) ilə 2-ci hissənin üçüncü abzasında “Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi” sözləri “Əmlak Məsələləri Dövlət Komitəsi” sözləri ilə əvəz edilmişdir.

28 dekabr 2022-ci il tarixli 1922 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 28 dekabr 2022-ci il,Azərbaycan” qəzeti, 29 dekabr 2022-ci il, № 286, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 12, maddə 1432) ilə 2-ci hissəsinin dördüncü abzasında “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi” sözləri “Əmlak Məsələləri Dövlət Xidməti qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi” sözləri ilə əvəz edilmişdir.

 

[4] 6 avqust 2008-ci il tarixli 812 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 9 avqust 2008-ci il № 175, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 8, maddə 719) ilə 2-ci bəndinin beşinci abzasdan “11-ci maddəsinin 2-ci bəndində,” sözləri çıxarılmışdır.

 

[5] 6 avqust 2008-ci il tarixli 812 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 9 avqust 2008-ci il № 175, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 8, maddə 719) ilə 2-ci bəndinə altıncı abzas əlavə edilmişdir.

 

[6] 1 oktyabr 2010-cu il tarixli 336 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 3 oktyabr 2010-cu il, № 216, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 10, maddə 848) ilə  2-ci bəndinə yeddinci abzas əlavə edilmişdir.

 

[7] 31 yanvar 2020-ci il tarixli 919 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 1 fevral 2020-ci il, № 21, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, №1, maddə 8) ilə 2-ci hissənin səkkizinci abzasının sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz olunmuşdur və yeni məzmunda doqquzuncu abzas əlavə edilmişdir.

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status