430.000.000
"Narkotik vasitələr, psixotrop maddələr və prekursorların qeyri-qanuni istehsalı, dövriyyəsi və sui-istifadəsi üzərində nəzarət sahəsində qarşılıqlı anlaşma və əməkdaşlıq üzrə Memoranduma düzəlişlər edilməsi barədə Protokol"u Azərbaycan Respublikasının Hökuməti adından imzalamaq səlahiyyətinin verilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI
1. 1996-cı il mayın 4-də Özbəkistan Respublikasının Daşkənd şəhərində Qazaxstan Respublikası, Qırğızıstan Respublikası, Tacikistan Respublikası, Türkmənistan, Ozbəkistan Respublikası Hökumətləri və BMT-nin Narkotiklərə Nəzarət üzrə Proqramı arasında imzalanmış "Narkotik vasitələr, psixotrop maddələr və prekursorların qeyri-qanuni istehsalı, dövriyyəsi və sui-istifadəsi üzərində nəzarət sahəsində qarşılıqlı anlaşma və əməkdaşlıq üzrə Memoranduma düzəlişlər edilməsi barədə Protokol"u Azərbaycan Respublikasının Hökuməti adından imzalamaq səlahiyyəti Azərbaycan Respublikasının Özbəkistan Respublikasındakı Fövqəladə və Səlahiyyətli Səfiri Aydın Əlibəy oğlu Əzimbəyova verilsin.
2. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə tapşırılsın ki, bu Sərəncamın 1-ci bəndində göstərilən Protokolu Azərbaycan Respublikasının Hökuməti adından imzalamaq səlahiyyətinin Azərbaycan Respublikasının Özbəkistan Respublikasındakı Fövqəladə və Səlahiyyətli Səfiri Aydın Əlibəy oğlu Əzimbəyova verilməsi barədə BMT-nin Narkotiklərə Nəzarət və cinayətkarlığın qarşısının alınması üzrə idarəsinə müvafiq bildiriş göndərsin.
Azərbaycan Respublikasının Prezidenti HEYDƏR ƏLİYEV
Bakı şəhəri, 14 sentyabr 2001-ci il
№ 809