×
E-QANUN
FREE
OPEN
AKTIN NÖVÜ
Qanunlar
QƏBUL EDİLDİYİ TARİX
22.11.2013
QEYDİYYAT NÖMRƏSİ
817-IVQ
ADI
“Sərhəddən keçən su axınlarının və beynəlxalq göllərin mühafizəsi və istifadəsi üzrə Konvensiya”ya düzəlişlərin təsdiq edilməsi haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Respublika Qəzeti (Dərc olunma tarixi: 12-12-2013, Nəşr nömrəsi: 273), Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31-12-2013, Nəşr nömrəsi: 12, Maddə nömrəsi: 1476)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
12.12.2013
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
430.050.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
12201311220817
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
16.12.2013
“Sərhəddən keçən su axınlarının və beynəlxalq göllərin mühafizəsi və istifadəsi üzrə Konvensiya”ya düzəlişlərin təsdiq edilməsi haqqında

“Sərhəddən keçən su axınlarının və beynəlxalq göllərin mühafizəsi və istifadəsi üzrə Konvensiya”ya düzəlişlərin təsdiq edilməsi haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndini rəhbər tutaraq qərara alır:

“Sərhəddən keçən su axınlarının və beynəlxalq göllərin mühafizəsi və istifadəsi üzrə Konvensiya”nın 25-ci və 26-cı maddələrinə 2003-cü il noyabrın 28-də Madrid şəhərində qəbul edilmiş düzəlişlər təsdiq edilsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 22 noyabr 2013-cü il

№ 817-IVQ

 


 

 

Birləşmiş Millətlər Təşkilatının

Avropa İqtisadi Komissiyası

 

“Sərhəddən keçən su axınlarının və

beynəlxalq göllərin mühafizəsi və

istifadəsi üzrə Konvensiya”nın

Tərəflərinin Görüşü

 

“Sərhəddən keçən su axınlarının və beynəlxalq göllərin mühafizəsi və istifadəsi üzrə Konvensiya”nın 25-ci və 26-cı maddələrinə

 

DÜZƏLİŞLƏR

 

1. İsveçrə Hökuməti tərəfindən edilmiş 2003-cü il 20 avqust tarixli təklifə əsasən, (MP.WAT/2003/4) “Sərhəddən keçən su axınlarının və beynəlxalq göllərin mühafizəsi və istifadəsi üzrə Konvensiya”nın Tərəfləri 2003-cü il 28 noyabr tarixində III/1 nömrəli qərarla həmin Konvensiyanın 25-ci və 26-cı maddələrinə düzəlişlər etdilər.

2. Bu Qərar, düzəlişin mətni daxil olmaqla, əlavə edilir.

 

Əlavə

 

QƏRAR III/1

 

“Sərhəddən keçən su axınlarının və beynəlxalq göllərin mühafizəsi və istifadəsi üzrə Konvensiya”ya

 

DÜZƏLİŞLƏR

 

Tərəflərin Görüşü:

 

Sahilyanı dövlətlər arasında sərhəddən keçən su axınları və beynəlxalq göllər üzrə əməkdaşlığın sülhə, təhlükəsizliyə və davamlı su idarəçiliyinə kömək etdiyinə və hər kəsin xeyrinə olduğuna möhkəm inam ifadə edərək,

dünyada çay hövzəsi əməkdaşlığının təşviq edilməsini və əldə olunan təcrübənin dünyanın digər regionları ilə bölüşdürülməsini istəyərək,

buna görə də artıq BMT-nin Avropa İqtisadi Komissiyasının digər ekoloji konvensiyalarında (yəni ətraf mühitlə bağlı məsələlərdə məlumatın əldə edilməsi, ictimaiyyətin qərar qəbul edilməsində iştirakı və ədalət mühakiməsinin açıq keçirilməsi haqqında və transsərhəd kontekstində ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında konvensiyalarında), eləcə də Transsərhəd sular üzərində sənaye qəzalarının transsərhəd təsirləri səbəbindən əmələ gələn ziyana görə mülki məsuliyyət və kompensasiya haqqında Protokolunda nəzərdə tutulduğu kimi, BMT-nin Avropa İqtisadi Komissiyasının regionundan kənarda yerləşən dövlətlərə Konvensiyanın tərəfi olmaq imkanı yaradılmasını arzulayaraq,

1. Konvensiyaya aşağıdakı düzəlişləri qəbul edir:

a) 25-ci maddənin 2-ci bəndindən sonra aşağıdakı redaksiyada yeni bənd əlavə edilsin:

“3. Birləşmiş Millətlər Təşkilatının üzvü olan, 2-ci bənddə qeyd edilməyən istənilən dövlət Konvensiyaya Tərəflərin Görüşünün təsdiqi olduqdan sonra qoşula bilər. Bu dövlət qoşulma sənədində Konvensiyaya Tərəflərin Görüşündə əldə edilmiş təsdiq əsasında qoşulduğunu və təsdiqin qəbul olunma tarixini göstərən bəyannamə hazırlayır. Bu bəndin Konvensiyaya 2003-cü il 28 noyabr tarixi üçün qoşulan bütün dövlət və təşkilatlara münasibətdə qüvvəyə minməsinə kimi Birləşmiş Millətlər Təşkilatının üzvləri tərəfindən hər hansı üzvolma müraciəti Tərəflərin Görüşü tərəfindən təsdiq olunma kimi başa düşülməməlidir.”;

növbəti bəndlər müvafiq olaraq yenidən nömrələnsin;

b) 26-cı maddənin 3-cü bəndində “23-cü maddədə” sözlərindən sonra “və ya 25-ci maddənin 3-cü bəndində” sözləri əlavə edilsin.

2. Konvensiyanın Tərəflərini düzəlişlərin qəbul edilməsinə dair sənədlərini mümkün qədər tez bir zamanda saxlanca verməyə çağırır.

3. Konvensiyanı ratifikasiya, qəbul və ya təsdiq edən istənilən dövləti və ya təşkilatı eyni zamanda yuxarıda qeyd edilən düzəlişləri ratifikasiya, qəbul və ya təsdiq etməyə çağırır.

4. BMT-nin Avropa İqtisadi Komissiyasının regionundan kənarda, xüsusilə onunla sərhəddə yerləşən dövlətləri Konvensiyaya qoşulmağa və bu məqsədlə Tərəflərin Görüşünün təsdiqini əldə etməyə çalışmaq üçün həvəsləndirir.

5. Birləşmiş Millətlər Təşkilatının marağı olan üzv dövlətlərini öz görüşlərində müşahidəçi qismində və Konvensiyanın işçi proqramı çərçivəsində fəaliyyətdə iştirak etməyə dəvət edir.

6. Konvensiyanın II hissəsinin müddəalarına uyğun olaraq, BMT-nin Avropa İqtisadi Komissiyasının regionu ilə həmsərhəd olan və hələ də BMT-nin Avropa İqtisadi Komissiyasının sahilyanı dövlətləri ilə texniki əməkdaşlıq etməyən və ikitərəfli və ya çoxtərəfli müqavilələr bağlamayan dövlətləri dərhal bunu etməyə dəvət edir.

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status