×
E-QANUN
FREE
OPEN
AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARLARI
QƏBUL EDİLDİYİ TARİX
25.12.2009
QEYDİYYAT NÖMRƏSİ
201
ADI
"Qeyri-hökumət təşkilatının illik maliyyə hesabatının forması, məzmunu və təqdim edilməsi Qaydası"nın təsdiq edilməsi haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31-12-2009, Nəşr nömrəsi: 12, Maddə nömrəsi: 1076)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
25.12.2009
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
010.000.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
01.07.2011
"Qeyri-hökumət təşkilatının illik maliyyə hesabatının forması, məzmunu və təqdim edilməsi Qaydası"nın təsdiq edilməsi haqqında

"Qeyri-hökumət təşkilatının illik maliyyə hesabatının forması, məzmunu və təqdim edilməsi Qaydası"nın təsdiq edilməsi haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

"Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 27 avqust tarixli 146 nömrəli Fərmanının 1.3-cü bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. "Qeyri-hökumət təşkilatının illik maliyyə hesabatının forması, məzmunu və təqdim edilməsi Qaydası" təsdiq edilsin (əlavə olunur).

2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

 

 Azərbaycan Respublikasının Baş naziri  A.RASİZADƏ

 

Bakı şəhəri, 25 dekabr 2009-cu il

       № 201

 

 


 

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2009-cu il 25 dekabr tarixli 201 nömrəli qərarı ilə

TƏSDİQ EDİLMİŞDİR

 

 

Qeyri-hökumət təşkilatının illik maliyyə hesabatının forması, məzmunu və təqdim edilməsi

 

QAYDASI

 

1. ÜMUMİ MÜDDƏALAR

 

1.1. Bu Qayda "Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 27 avqust tarixli 146 nömrəli Fərmanının 1.3-cü bəndinin icrasını təmin etmək məqsədi ilə hazırlanmışdır və qeyri-hökumət təşkilatlarının, habelə xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və nümayəndəliklərinin illik maliyyə hesabatlarının formasını, məzmununu və təqdim edilməsi qaydasını müəyyən edir. [1]

1.2. Qeyri-hökumət təşkilatları, habelə xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və nümayəndəlikləri illik maliyyə hesabatlarını bu Qayda ilə müəyyən edilmiş formaya uyğun tərtib edirlər. [2]

 

2. ƏSAS ANLAYIŞLAR

 

Bu Qaydada istifadə olunmuş anlayışlar aşağıdakı mənaları ifadə edir:

2.1. Qeyri-hökumət Təşkilatları üçün Milli Mühasibat Uçotu Standartı - Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən təsdiq edilən mühasibat uçotu standartlarıdır; [3]

2.2. Maliyyə hesabatları – mühasibat uçotu subyektinin maliyyə-təsərrüfat fəaliyyəti, habelə maliyyə vəziyyəti barədə sistemləşdirilmiş məlumatları özündə əks etdirən hesabatlardır. [4]

2.3. Maliyyə fəaliyyəti - qeyri-hökumət təşkilatının, habelə xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və nümayəndəliklərinin nizamnaməsinə (əsasnaməsinə) uyğun olaraq müəyyən edilmiş məqsədlərə nail olmaq üçün malların satılması, xidmətlərin göstərilməsi və (və ya) işlərin görülməsi nəticəsində pul vəsaitlərinin (və ya onun ekvivalentlərinin) əldə edilməsi, istifadəsi və idarə edilməsi üzrə ilkin uçot sənədləri əsasında əməliyyatların aparılmasıdır.

2.4. Əsas fondlar - təsərrüfat fəaliyyətində əmək vasitəsi kimi istifadə müddəti bir ildən artıq olan, istismar zamanı öz formasını dəyişməyən, lakin köhnəlməyə məruz qalan malların istehsalı, işlərin görülməsi və xidmətlərin göstərilməsi və ya onun idarə olunması məqsədləri üçün əldə edilmiş, habelə təsərrüfat üsulu ilə yaradılmış aktivlərdir.

2.5. Hesablama metodu - əməliyyatların, digər hadisə və şərtlərin onların baş verdiyi zaman (pul vəsaitinin və ya onun ekvivalentinin alınması və ya ödənilməsi zamanı deyil) uçota alınmasıdır. [5]

 

3. İLLİK MALİYYƏ HESABATLARININ FORMASI

 

3.1. Qeyri-hökumət təşkilatları, habelə xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və nümayəndəlikləri üzrə illik maliyyə hesabatlarının komponentləri aşağıdakılardan ibarətdir:

3.1.1. Maliyyə vəziyyəti haqqında hesabat. Forma № 1;

3.1.2. Maliyyə fəaliyyətinin nəticələri haqqında hesabat. Forma № 2;

3.1.3. Xalis aktivlərdə (kapitalda) dəyişikliklər haqqında hesabat. Forma № 3;

3.1.4. Pul vəsaitlərinin hərəkəti haqqında hesabat. Forma № 4; [6]

3.1.5. Əhəmiyyətli uçot siyasəti və izahlı qeydlər.

Bu Qaydanın əlavələrində göstərilən maliyyə hesabatlarının formaları nümunəvi olduğuna görə, zərurət yarandıqda, qeyri-hökumət təşkilatları, habelə xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və nümayəndəlikləri həmin hesabat formalarına müvafiq maddələr əlavə edə bilərlər.

 

4. İLLİK MALİYYƏ HESABATLARININ MƏZMUNU

 

Maliyyə vəziyyəti haqqında hesabatın məzmunu

4.1. Qeyri-hökumət təşkilatlarının, habelə xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və nümayəndəliklərinin maliyyə vəziyyəti haqqında hesabatlarına aşağıdakıları əks etdirən maddələr daxil edilir: [7]

4.1.1. uzunmüddətli aktivlər;

4.1.2. qısamüddətli aktivlər;

4.1.3. xalis aktivlər (kapital);

4.1.4. uzunmüddətli öhdəliklər;

4.1.5. qısamüddətli öhdəliklər.

Maliyyə fəaliyyətinin nəticələri haqqında hesabatın məzmunu

4.2. Qeyri-hökumət təşkilatları, habelə xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və nümayəndəlikləri maliyyə fəaliyyətinin nəticələri haqqında hesabatı hesablama metodu əsasında təqdim edir. Maliyyə fəaliyyətinin nəticələri haqqında hesabata aşağıdakıları əks etdirən maddələr daxil edilir: [8]

4.2.1. cəmi gəlirlər;

4.2.2. cəmi xərclər;

4.2.3. ümumi mənfəət (zərər).

Xalis aktivlərdə (kapitalda) dəyişikliklər haqqında hesabatın məzmunu [9]

4.3. Xalis aktivlərdə (kapitalda) dəyişikliklər haqqında hesabata aşağıdakıları əks etdirən maddələr daxil edilir:

4.3.1. kommersiya fəaliyyəti ilə məşğul olduqda, hesabat dövrünün mənfəət və ya zərəri;

4.3.2. qeyri-kommersiya fəaliyyəti ilə məşğul olduqda, hesabat dövrünün artıqlığı (profisiti) və ya kəsiri (defisiti);

4.3.3. ayrıca açıqlanmış xalis aktivlərin (kapitalın) hər bir komponenti üzrə qeyri-hökumət təşkilatları, habelə xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və nümayəndəlikləri tərəfindən təsdiq edilmiş uçot siyasətində, uçot qiymətlərində dəyişikliklərin və əvvəlki hesabat dövrlərinin səhvləri üzrə düzəlişlərin nəticələri;

4.3.4. Nizamnamə Fonduna ilkin və əlavə qoyuluşların məbləğləri;

4.3.5. yığılmış xalis aktivlər (kapital) üzrə hesabat dövrünün əvvəlinə, hesabat tarixinə qalıqlar və hesabat dövrü ərzində olan dəyişikliklər;

4.3.6. yaradılmış kapital ehtiyatları üzrə hesabat dövrünün əvvəlinə, hesabat tarixinə qalıqlar və hesabat dövrü ərzində olan dəyişikliklər.

4.4. Bu Qaydanın 4.3-cü bəndinin tələbləri xalis aktivlərin (kapitalın) hər bir elementinin hesabat dövrünün əvvəlinə və sonuna olan qalıqlarının sütun formatında tutuşdurulması vasitəsilə yerinə yetirilə bilər.

Pul vəsaitlərinin hərəkəti haqqında hesabatın məzmunu [10]

4.5. Pul vəsaitlərinin hərəkəti haqqında hesabata əməliyyat fəaliyyətlərindən yaranan pul vəsaitlərinin hərəkəti üzrə aşağıdakı maddələr daxil edilir:

4.5.1. giriş, illik abunə və üzvlük haqları nəticəsində yaranan pul vəsaitlərindən daxilolmalar;

4.5.2. təsərrüfat subyekti tərəfindən təmin edilən mal və xidmətlərin qiymətləri üzrə yaranan pul vəsaitlərindən daxilolmalar;

4.5.3. qrantlar və üçüncü tərəflərdən ianələr nəticəsində yaranan pul vəsaitlərindən daxilolmalar; [11]

4.5.4. royalti, haqlar, komisyon yığımları və digər gəlirlərdən yaranan pul vəsaitlərindən daxilolmalar;

4.5.5. müavinətlərin, maliyyə yardımlarının və s. ödənişləri kimi təşkilatın əsas fəaliyyəti ilə bağlı pul vəsaitlərinin ödənişləri;

4.5.6. mallar və xidmətlərə görə təchizatçılara pul vəsaitlərinin ödənişləri;

4.5.7. işçilərə və onların adından pul vəsaitlərinin ödənişləri;

4.5.8. əməliyyat fəaliyyəti ilə əlaqədar olan əmlak vergisi və ya mənfəət vergisi ilə bağlı uyğun pul vəsaitlərinin ödənişləri;

4.5.9. məhkəmə prosesləri ilə əlaqədar pul vəsaitlərinin daxilolmaları və ödənişləri.

Əhəmiyyətli uçot siyasəti və qeydlər [12]

4.6. Qeyri-hökumət təşkilatlarının, habelə xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və nümayəndəliklərinin əhəmiyyətli uçot siyasəti və izahlı qeydlərində aşağıdakılar açıqlanır:

4.6.1. qeyri-hökumət təşkilatlarının, habelə xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və nümayəndəliklərinin tətbiq etdikləri əhəmiyyətli uçot siyasəti;

4.6.2. maliyyə vəziyyəti haqqında hesabatda əks etdirilmiş bütün maddələr, o cümlədən aktiv, öhdəlik və kapitalın hərəkəti; [13]

4.6.3. maliyyə fəaliyyətinin nəticələri haqqında hesabatda əks etdirilmiş bütün maddələr üzrə hesablanmış və ödənilmiş məbləğlər; [14]

4.6.4. xalis aktivlərdə (kapitalda) dəyişikliklər haqqında hesabatda əks etdirilmiş bütün maddələr;

4.6.5. pul vəsaitlərinin hərəkəti haqqında hesabatda əks etdirilmiş bütün maddələr; [15]

4.6.6. qeyri-hökumət təşkilatları, habelə xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və nümayəndəlikləri tərəfindən alınmış hər bir ianə məbləği ayrıca əks etdirilməklə, ianələrin məbləği və ianəni vermiş şəxslər barədə aşağıdakı məlumatlar açıqlanır: [16]

4.6.6.1. ianəni verən hüquqi şəxs olduqda - hüquqi şəxsin adı, VÖEN-i, hüquqi ünvanı, bank rekvizitləri, əlaqə telefonu;

4.6.6.2. ianəni verən fiziki şəxs olduqda - fiziki şəxsin adı, soyadı, atasının adı, şəxsiyyət vəsiqəsinin digər göstəriciləri (seriyası, nömrəsi, şəxsiyyət vəsiqəsini verən orqanın adı, verilmə tarixi, fiziki şəxsin qeydiyyatda olduğu ünvan);

4.6.6.3. İanə edilən pul vəsaitlərinin bank hesabına (bank hesabının rekvizitləri açıqlanmaqla) köçürmə yolu ilə və (və ya) nağd şəkildə qəbul edilmiş məbləği. [17]

4.6.7. qeyri-hökumət təşkilatları, habelə xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və nümayəndəlikləri tərəfindən əldə edilmiş hər bir qrant üzrə qrant müqaviləsinin qeydə alınması barədə məlumat, donorun və qrant layihəsinin adı, müddəti, qrant vəsaitinin ümumi məbləği və hesabat dövründə köçürülən hissəsi;

4.6.8. qeyri-hökumət təşkilatları, habelə xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və nümayəndəliklərinin nizamnamə kapitalının ilkin məbləği və nizamnamə kapitalına əlavə edilmiş sonrakı qoyuluşlar barədə məlumatlar (o cümlədən nizamnamə kapitalına qoyuluş edən şəxslər barədə məlumatlar). [18]

 

5. İLLİK MALİYYƏ HESABATLARININ TƏQDİM EDİLMƏSİ QAYDASI

 

5.1. Qeyri-hökumət təşkilatları, habelə xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və nümayəndəlikləri üzrə illik maliyyə hesabatları hesabat dövrü başa çatdıqdan sonra növbəti ilin aprel ayının 1-dən gec olmayaraq, aşağıdakı qaydada Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim edilməlidir: [19]

5.1.1. hesabat dövrü ərzində maliyyə fəaliyyəti olmayan qeyri-hökumət təşkilatları, habelə xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və nümayəndəlikləri tərəfindən maliyyə vəziyyəti haqqında hesabat üzrə mövcud qalıqların istifadəsinin və maliyyə fəaliyyətinin nəticələri haqqında hesabat üzrə dəyişikliyin olmaması barədə arayış (Forma № 5);

5.1.2. hesabat dövrü ərzində maliyyə fəaliyyəti olan qeyri-hökumət təşkilatları, habelə xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və nümayəndəlikləri tərəfindən maliyyə vəziyyəti haqqında hesabat, maliyyə fəaliyyətinin nəticələri haqqında hesabat və əhəmiyyətli uçot siyasəti və izahlı qeydlər.

5.2. Qeyri-hökumət təşkilatı, habelə xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və nümayəndəlikləri illik maliyyə hesabatını müəyyən edilmiş müddətdə təqdim etmədikdə, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi həmin təşkilata yazılı surətdə xəbərdarlıq etməklə müvafiq hesabatın 30 (otuz) gün müddətində təqdim edilməsinə dair göstəriş verir. Bu müddətdə hesabat təqdim etməyən qeyri-hökumət təşkilatları, habelə xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəlikləri Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əsasən məsuliyyət daşıyırlar. [20]

5.3. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi "Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında" Azərbaycan Respublikası Qanununun 29.4-cü maddəsində müəyyən edilmiş müddətdə illik maliyyə hesabatlarını təqdim etməyən və yazılı surətdə xəbərdarlıq edilmiş və ya inzibati məsuliyyətə cəlb olunmuş qeyri-hökumət təşkilatları, habelə xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və nümayəndəlikləri barədə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə hər il avqustun 1-dək məlumat verir. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Qaydanın 5.1.1-ci yarımbəndinə uyğun olaraq təqdim edilmiş arayışlara əsasən hesabat dövrü ərzində maliyyə fəaliyyəti olmayan qeyri-hökumət təşkilatları, habelə xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və nümayəndəlikləri barədə məlumatları hər il iyunun 1-dək Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Vergilər Nazirliyinə təqdim etməlidir. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi təqdim olunmuş arayışlara əsasən fəaliyyətini dayandırmış və bərpa etmiş qeyri-hökumət təşkilatları, habelə xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəlikləri barədə məlumat əldə etdiyi təqdirdə, həmin məlumatları hər il iyunun 1-dək Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Vergilər Nazirliyinə təqdim etməlidir. [21]

5.4. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi qeyri-hökumət təşkilatı, habelə xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və nümayəndəlikləri tərəfindən təqdim olunan illik maliyyə hesabatlarında cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasının və terrorçuluğun maliyyələşdirilməsinin qarşısının alınması haqqında qanunvericiliyin tələblərinin pozulduğu hallarda, bu barədə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə məlumat verir.

5.5. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi qeyri-hökumət təşkilatları, habelə xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və nümayəndəlikləri tərəfindən qəbul edilən ianələrin məbləği və ianəni vermiş şəxs barədə məlumatları ildə bir dəfə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim etməlidir. [22]

 

6. QEYRİ-HÖKUMƏT TƏŞKİLATLARININ İLLİK MALİYYƏ HESABATLARI ÜÇÜN HESABAT DÖVRÜ

 

6.1. İllik maliyyə hesabatları üçün aşağıdakı hesabat dövrləri müəyyən edilir:

6.1.1. qeyri-hökumət təşkilatları, habelə xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və nümayəndəlikləri üçün hesabat dövrü yanvar ayının 1-dən dekabr ayının 31-i də daxil olmaqla;

6.1.2. il ərzində oktyabr ayının 1-dək yeni yaradılan qeyri-hökumət təşkilatları, habelə xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və nümayəndəlikləri üçün birinci hesabat dövrü onların qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alındığı tarixdən dekabr ayının 31-i də daxil olmaqla;

6.1.3. oktyabr ayının 1-dən sonra yeni yaradılmış qeyri-hökumət təşkilatları, habelə xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və nümayəndəlikləri üçün isə birinci hesabat dövrü onların qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alındığı tarixdən növbəti ilin dekabr ayının 31-i də daxil olmaqla.

 

7. İLLİK MALİYYƏ HESABATLARININ DƏRC EDİLMƏSİ

 

Qeyri-hökumət təşkilatları tərəfindən tərtib edilmiş illik maliyyə hesabatları onların internet səhifəsində yerləşdirilir. [23]

 

 


 

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2015-ci il 27 yanvar tarixli 16 nömrəli qərarına

1 nömrəli əlavə [24]

 

 

“Qeyri-hökumət təşkilatının illik maliyyə hesabatının forması, məzmunu və təqdim edilməsi Qaydası”na

1 nömrəli əlavə

 

 

Maliyyə vəziyyəti haqqında hesabat

 

31 dekabr 20____ il tarixə

 

Forma №1

 

VÖEN

 

 

 

 

 

 

 

 

 

 

 

 

Təşkilatın adı _____________________________________________________________________________

Sahə (fəaliyyət növü)_____________________________________________________________________

Ünvan______________________________________________________________________________________

Təşkilatın Ədliyyə Nazirliyində qeydiyyat nömrəsi ____________________________________

Təşkilatın Ədliyyə Nazirliyində qeydiyyat tarixi________________________________________

 

(manatla)

 

Sıra

№-si

Maddələrin adı

İzahlı qeydlər №

Hesabat dövrü üzrə

Əvvəlki dövr üzrə

1

2

3

4

5

1.

Uzunmüddətli aktivlər

 

 

 

1.1.

qeyri-maddi aktivlər

 

 

 

1.2.

əsas fondlar

 

 

 

1.3.

uzunmüddətli debitor borcları

 

 

 

1.4.

sair uzunmüddətli aktivlər

 

 

 

1.4.1.

verilmiş uzunmüddətli avanslar

 

 

 

1.4.2.

digər uzunmüddətli aktivlər

 

 

 

2.

Qısamüddətli aktivlər

 

 

 

2.1.

ehtiyatlar

 

 

 

2.2.

qısamüddətli debitor borcları

 

 

 

2.2.1.

qrantlar üzrə qısamüddətli debitor borcları

 

 

 

2.2.2.

digər qısamüddətli debitor borcları

 

 

 

2.3.

pul vəsaitləri və onların ekvivalentlərı

 

 

 

2.4.

sair qısamüddətli aktivlər

 

 

 

2.4.1.

verilmiş qısamüddətli avanslar

 

 

 

2.4.2.

təhtəlhesab məbləğlər

 

 

 

2.4.3.

digər qısamüddətli aktivlər

 

 

 

3.

Cəmi aktivlər

 

 

 

4.

Xalis aktivlər (kapital)

 

 

 

4.1.

nizamnamə kapitalı

 

 

 

4.2.

ehtiyat fondu

 

 

 

4.3.

bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)

 

 

 

5.

Uzunmüddətli öhdəliklər

 

 

 

5.1.

uzunmüddətli öhdəliklər

 

 

 

5.1.1.

uzunmüddətli bank kreditləri

 

 

 

5.1.2.

digər uzunmüddətli öhdəliklər

 

 

 

5.2.

uzunmüddətli kreditor borcları

 

 

 

5.3.

sair uzunmüddətli öhdəliklər

 

 

 

6.

Qısamüddətli öhdəliklər

 

 

 

6.1.

qısamüddətli öhdəliklər

 

 

 

6.1.1.

qısamüddətli bank kreditləri

 

 

 

6.1.2.

digər qısamüddətli öhdəliklər

 

 

 

6.2.

vergi və sair məcburi ödənişlər üzrə öhdəliklər

 

 

 

6.3.

qısamüddətli kreditor borcları

 

 

 

6.4.

sair qısamüddətli öhdəliklər

 

 

 

6.4.1.

qrantlar üzrə qısamüddətli öhdəliklər

 

 

 

6.4.2.

digər qısamüddətli öhdəliklər

 

 

 

7.

Cəmi öhdəliklər

 

 

 

8.

Cəmi xalis aktivlər (kapital) və öhdəliklər

 

 

 

 

 

Rəhbər

Baş mühasib

 

“___”_____________20____ il

 

 

 

 


 

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2015-ci il 27 yanvar tarixli 16 nömrəli qərarına

2 nömrəli əlavə

 

 

“Qeyri-hökumət təşkilatının illik maliyyə hesabatının forması, məzmunu və təqdim edilməsi Qaydası”na

2 nömrəli əlavə

 

 

MALİYYƏ FƏALİYYƏTİNİN NƏTİCƏLƏRİ HAQQINDA HESABAT

 

31 dekabr 20____ il tarixə

 

Forma №2

 

VÖEN

 

 

 

 

 

 

 

 

 

 

Təşkilatın adı _____________________________________________________________________________

Sahə (fəaliyyət növü) _____________________________________________________________________

Ünvan______________________________________________________________________________________

Təşkilatın Ədliyyə Nazirliyində qeydiyyat nömrəsi ____________________________________

Təşkilatın Ədliyyə Nazirliyində qeydiyyat tarixi________________________________________

 

(manatla)

 

Sıra

№-si

Maddələrin adı

İzahlı qeydlər №

Hesabat dövrü üzrə

Əvvəlki dövr üzrə

1

2

3

4

5

1.

Cəmi gəlirlər

 

 

 

1.1.

kommersiya fəaliyyətindən gəlirlər

 

 

 

1.1.1.

uzunmüddətli aktivlərin satışından gəlirlər

 

 

 

1.1.2.

digər kommersiya fəaliyyətindən gəlirlər

 

 

 

1.2.

ianələr

 

 

 

1.3.

qrantlar

 

 

 

1.4.

dövlət büdcəsindən verilmiş maliyyə yardımları

 

 

 

1.5.

giriş və üzvlük haqları

 

 

 

1.6.

xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və nümayəndəliklərini yaratmış şəxslər tərəfindən verilmiş vəsaitlər üzrə gəlirlər

 

 

 

1.7.

digər qeyri-kommersiya fəaliyyətindən gəlirlər

 

 

 

2.

Cəmi xərclər

 

 

 

2.1.

pul formasında verilmiş yardımlar

 

 

 

2.1.1.

xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və nümayəndəlikləri tərəfindən verilmiş qrantlar

 

 

 

2.1.2.

digər pul formasında verilmiş yardımlar

 

 

 

2.2.

natural formada verilmiş yardımlar

 

 

 

2.3.

amortizasiya xərcləri

 

 

 

2.4.

əməkhaqqı xərcləri

 

 

 

2.5.

istifadə olunmuş ehtiyatlar

 

 

 

2.6.

qrant layihələrinin icrası məqsədi ilə digər subpotratçıların xidmətlərinin ödənişi üzrə xərclər

 

 

 

2.7.

uzunmüddətli aktivlərin xaricolmasından xərclər

 

 

 

2.8.

kreditlərə görə faizlərin ödənişi üzrə xərclər

 

 

 

2.8-1. [25]

Xaricdən maliyyələşdirilən elmi tədqiqat işləri üzrə xərclər

 

 

 

2.9.

sair xərclər

 

 

 

3.

Ümumi mənfəət (zərər)

 

 

 

3.1.

mənfəət vergisi və ya sadələşdirilmiş vergi

 

 

 

3.2.

hesabat dövrü üzrə xalis mənfəət

 

 

 

 

 

Rəhbər

Baş mühasib

 

“___”_____________20____ il

 

 


 

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2015-ci il 27 yanvar tarixli 16 nömrəli qərarına

3 nömrəli əlavə

 

 

“Qeyri-hökumət təşkilatının illik maliyyə hesabatının forması, məzmunu və təqdim edilməsi Qaydası”na

2-1 nömrəli əlavə

 

 

Maliyyə fəaliyyətinin olmaması barədə arayış

 

31 dekabr 20____ il tarixə

 

Forma №5

 

 

VÖEN

 

 

 

 

 

 

 

 

 

 

 

Təşkilatın adı _________________________________________________________________

Sahə (fəaliyyət növü)___________________________________________________________

Ünvan _______________________________________________________________________

Təşkilatın Ədliyyə Nazirliyində qeydiyyat nömrəsi _______________________________

Təşkilatın Ədliyyə Nazirliyində qeydiyyat tarixi_________________________________

Hesabat dövrü ərzində təşkilatın maliyyə fəaliyyəti olmadıqda, aşağıda göstərilən şərtlərə tam əməl olunması təsdiqlənir:

1.

Hesabat dövrü ərzində uzunmüddətli və qısamüddətli aktivlər (o cümlədən binalar, qurğular, maşın və avadanlıqlar, nəqliyyat vasitələri, qeyri-maddi aktivlər, ehtiyatlar, material ehtiyatları, pul vəsaitləri və onların ekvivalentləri) ödənişli, əvəzsiz və ya dəyəri növbəti illərdə ödənilməsi tələb olunan (kreditlə) qaydada əldə edilməmiş və (və ya) verilməmişdir

2.

Dəyərinin növbəti illərdə ödənilməsi tələb olunan və ya əvəzsiz olaraq digər hüquqi və ya fiziki şəxslərətədbirlər təşkil edilməmiş, işlər görülməmiş və xidmətlər göstərilməmişdir, habelə digər hüquqi və ya fiziki şəxslər tərəfindən təşkil edilmiş tədbirlər, görülmüş işlər və göstərilmiş xidmətlər qəbul edilməmişdir

3.

Hesabat dövrü ərzində əməkhaqqı, dövlət büdcəsinə vergilər, büdcədənkənar dövlət fondlarına məcburi dövlət sosial sığorta haqları, işsizlikdən sığorta haqları, icbari tibbi sığorta fonduna icbari tibbi sığorta haqları hesablanmamışdır [26]

 

Qeydlər:

1. Bu arayışda göstərilən tələblər ödənilmədiyi hallarda bu Qaydanın 5.1.2-ci yarımbəndinə uyğun olaraq maliyyə hesabatları tərtib olunur.

2. Hesabat dövrü ərzində maliyyə fəaliyyəti olmayan təşkilat Azərbaycan Respublikasının Vergilər Nazirliyində fəaliyyətini müvəqqəti dayandırmışdırsa, onun fəaliyyətinin dayandırıldığı dövr göstərilir.

 

 

“___” __________ tarixdən

“___”___________ tarixədək

 

 

 

 

Rəhbər

Baş mühasib

 

“___”_____________20____ il

 

 

 

M.Y.

 

 

 

 

 


İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       3 iyun 2010-cu il tarixli 102 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 6, maddə 548)

2.       25 iyun 2013-cü il tarixli 161 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 06, maddə 771)

3.       06 iyun 2014-cü il tarixli 185 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 21 iyun 2014-cü il, № 130, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 06, maddə 740)

4.       27 yanvar 2015-ci il tarixli 16 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 31 yanvar 2015-ci il, № 23, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, № 1, maddə 68)

5.       28 mart 2016-cı il tarixli 137 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 03 aprel 2016-cı il, № 69, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 4, maddə 794)

6.       13 iyul 2018-ci il tarixli 301 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 17 iyul 2018-ci il, № 156, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №7, II kitab, maddə 1633)

7.       22 sentyabr 2018-ci il tarixli 410 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 25 sentyabr 2018-ci il, № 214, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №9, maddə 1938)

8.       16 mart 2022-ci il tarixli 94 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 18 mart 2022-ci il, № 59, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 3, maddə 271)

 

QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI



[1] 06 iyun 2014-cü il tarixli 185 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 21 iyun 2014-cü il, № 130, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 06, maddə 740) ilə "Qeyri-hökumət təşkilatının illik maliyyə hesabatının forması, məzmunu və təqdim edilməsi Qaydası"nın 1.1-ci, 1.2-ci (birinci halda) və 3.1-ci bəndlərə, 3.1.5-ci yarımbəndin ikinci abzasına, 4.1-ci bəndə, 4.3.3-cü yarımbəndə, 4.6-cı bəndə, 4.6.1-ci və 4.6.6-cı yarımbəndlərə, 5.1-ci bəndə, 5.3-cü bəndə (ikinci halda), 5.5-ci bəndə, 6.1.1-ci - 6.1.3-cü yarımbəndlərə ismin müvafiq hallarında “qeyri-hökumət təşkilatları” sözlərindən sonra ismin müvafiq hallarında “, habelə xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və nümayəndəlikləri” sözləri, 5.2-ci bəndə “Qeyri-hökumət təşkilatı” sözlərindən sonra və 5.4-cü bəndə “qeyri-hökumət təşkilatı” sözlərindən sonra “, habelə xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial nümayəndəlikləri” sözləri əlavə edilmişdir.

 

[2] 22 sentyabr 2018-ci il tarixli 410 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 25 sentyabr 2018-ci il, № 214, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №9, maddə 1938) ilə “Qeyri-hökumət təşkilatının illik maliyyə hesabatının forması, məzmunu və təqdim edilməsi Qaydası”nın 1.2-ci bəndində “Qeyri-hökumət Təşkilatları üçün Milli Mühasibat Uçotu Standartına” sözləri “bu Qayda ilə müəyyən edilmiş formaya” sözləri ilə əvəz edilmişdir.

 

[3] 22 sentyabr 2018-ci il tarixli 410 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 25 sentyabr 2018-ci il, № 214, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №9, maddə 1938) ilə “Qeyri-hökumət təşkilatının illik maliyyə hesabatının forması, məzmunu və təqdim edilməsi Qaydası”nın 2.1-ci bəndi ləğv edilmişdir.

 

[4] 22 sentyabr 2018-ci il tarixli 410 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 25 sentyabr 2018-ci il, № 214, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №9, maddə 1938) ilə “Qeyri-hökumət təşkilatının illik maliyyə hesabatının forması, məzmunu və təqdim edilməsi Qaydası”nın 2.2-ci bəndi yeni redaksiyada verilmişdir.

əvvəlki redaksiyada deyilir:

2.2. Maliyyə hesabatları - istifadəçinin konkret məlumat ehtiyaclarına cavab verən hesabat tələb etmək hüququ olmadıqda, onun bu tələbatını ödəmək məqsədi ilə təşkilatın maliyyə vəziyyəti və maliyyə fəaliyyətinin nəticələri barədə sistemləşdirilmiş məlumatların təqdimatıdır.

 

[5] 27 yanvar 2015-ci il tarixli 16 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 31 yanvar 2015-ci il, № 23, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, № 1, maddə 68) ilə yeni məzmunda 2.3- 2.5-ci bəndlər əlavə edilmişdir.

 

[6] 27 yanvar 2015-ci il tarixli 16 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 31 yanvar 2015-ci il, № 23, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, № 1, maddə 68) ilə 3.1.3-cü və 3.1.4-cü yarımbəndlər, 3 və 4 nömrəli əlavələr ləğv edilmişdir.

 

[7] 27 yanvar 2015-ci il tarixli 16 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 31 yanvar 2015-ci il, № 23, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, № 1, maddə 68) ilə 4.1-ci bənd yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

4.1. Qeyri-hökumət təşkilatlarının, habelə xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və nümayəndəliklərinin maliyyə vəziyyəti haqqında hesabatına aşağıdakıları əks etdirən maddələr daxil edilir:

4.1.1. torpaq, tikili və avadanlıqlar;

4.1.2. investisiya əmlakı;

4.1.3. qeyri-maddi aktivlər;

4.1.4. maliyyə aktivləri ( 4.1.6, 4.1.7 və 4.1.8-ci yarımbəndlərdə göstərilmiş aktivlər istisna olmaqla);

4.1.5. mal-material ehtiyatları;

4.1.6. qeyri-birja əməliyyatlarından əldə edilən daxilolmalar (üzvlük haqqı, ianələr və s.);

4.1.7. birja əməliyyatlarından əldə edilən debitor borclar;

4.1.8. pul vəsaitləri və onların ekvivalentləri;

4.1.9. ödənilməli olan mənfəət vergisi;

4.1.10. qeyri-birja əməliyyatları çərçivəsində kreditor borcları (vergilər və kreditor rüsumlardan fərqli olan) ;

4.1.11. birja əməliyyatları çərçivəsində kreditor borcları;

4.1.12. qiymətləndirilmiş öhdəliklər;

4.1.13. maliyyə öhdəlikləri (4.1.9, 4.1.10, 4.1.11 və 4.1.12-ci yarımbəndlərdə göstərilmiş öhdəliklər istisna olmaqla);

4.1.14. xalis aktivlər (kapital).

 

[8] 27 yanvar 2015-ci il tarixli 16 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 31 yanvar 2015-ci il, № 23, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, № 1, maddə 68) ilə 4.2-ci bənd yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

4.2. Maliyyə fəaliyyətinin nəticələri haqqında hesabata aşağıdakıları əks etdirən  maddələr daxil edilir:

4.2.1. gəlir;

4.2.2. xərclər;

4.2.3. kommersiya fəaliyyəti üzrə mənfəət və ya zərər;

4.2.4. kommersiya fəaliyyəti üzrə mənfəət vergisi;

4.2.5. qeyri-kommersiya fəaliyyəti üzrə artıqlıq (profisit) və ya kəsir (defisit).

 

[9] 27 yanvar 2015-ci il tarixli 16 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 31 yanvar 2015-ci il, № 23, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, № 1, maddə 68) ilə “Xalis aktivlərdə (kapitalda) dəyişikliklər haqqında hesabatın məzmunu” abzası, 4.3-cü və 4.4-cü bəndlər ləğv edilmişdir.

 

[10] 27 yanvar 2015-ci il tarixli 16 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 31 yanvar 2015-ci il, № 23, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, № 1, maddə 68) ilə “Pul vəsaitlərinin hərəkəti haqqında hesabatın məzmunu” abzası və 4.5-ci bənd ləğv edilmişdir.

 

[11] 25 iyun 2013-cü il tarixli 161 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 06, maddə 771) ilə Qeyri-hökumət təşkilatının illik maliyyə hesabatının forması, məzmunu və təqdim edilməsi Qaydası”nın 4.5.3-cü yarımbəndindən və 4 nömrəli əlavə - “Pul vəsaitlərinin hərəkəti haqqında hesabat”ın cədvəlinin 1-ci sütununun dördüncü sətrindən "üçüncü tərəflərdən” sözləri çıxarılmışdır.

 

[12] 25 iyun 2013-cü il tarixli 161 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 06, maddə 771) ilə Qeyri-hökumət təşkilatının illik maliyyə hesabatının forması, məzmunu və təqdim edilməsi Qaydası”nın 4.5.9-cu yarımbənddən sonra yeni məzmunda yeni hissə əlavə edilmişdir.

 

[13] 27 yanvar 2015-ci il tarixli 16 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 31 yanvar 2015-ci il, № 23, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, № 1, maddə 68) ilə 4.6.2-ci yarımbəndə “maddələr” sözündən sonra “, o cümlədən aktiv, öhdəlik və kapitalın hərəkəti” sözləri əlavə edilmişdir.

 

[14] 27 yanvar 2015-ci il tarixli 16 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 31 yanvar 2015-ci il, № 23, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, № 1, maddə 68) ilə 4.6.3-cü yarımbəndə “maddələr” sözündən sonra “üzrə hesablanmış və ödənilmiş məbləğlər” sözləri əlavə edilmişdir.

 

[15] 27 yanvar 2015-ci il tarixli 16 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 31 yanvar 2015-ci il, № 23, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, № 1, maddə 68) ilə 4.6.4-cü və 4.6.5-ci yarımbəndlər ləğv edilmişdir.

 

[16] 06 iyun 2014-cü il tarixli 185 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 21 iyun 2014-cü il, № 130) ilə "Qeyri-hökumət təşkilatının illik maliyyə hesabatının forması, məzmunu və təqdim edilməsi Qaydası"nın 4.6.6-cı yarımbəndə “əks etdirilməklə,” sözlərindən sonra “ianələrin məbləği və” sözləri əlavə edilmişdir.

 

[17] 06 iyun 2014-cü il tarixli 185 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 21 iyun 2014-cü il, № 130, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 06, maddə 740) ilə "Qeyri-hökumət təşkilatının illik maliyyə hesabatının forması, məzmunu və təqdim edilməsi Qaydası"nın 4.6.6.2-ci yarımbəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilmişdir və yeni məzmunda 4.6.6.3-cü yarımbənd əlavə edilmişdir.

 

[18] 27 yanvar 2015-ci il tarixli 16 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 31 yanvar 2015-ci il, № 23, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, № 1, maddə 68) ilə yeni məzmunda 4.6.7-ci və 4.6.8-ci yarımbəndlər əlavə edilmişdir.

 

[19] 27 yanvar 2015-ci il tarixli 16 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 31 yanvar 2015-ci il, № 23, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, № 1, maddə 68) ilə 5.1-ci bənd yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

5.1. Qeyri-hökumət təşkilatları, habelə xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və nümayəndəlikləri üzrə illik maliyyə hesabatları hesabat dövrü başa çatdıqdan sonra növbəti ilin aprel ayının 1-dən gec olmayaraq, Azərbaycan Respublikası Maliyyə Nazirliyinə təqdim edilməlidir.

 

[20] 06 iyun 2014-cü il tarixli 185 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 21 iyun 2014-cü il, № 130, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 06, maddə 740) ilə "Qeyri-hökumət təşkilatının illik maliyyə hesabatının forması, məzmunu və təqdim edilməsi Qaydası"nın 5.2-ci bəndə yeni məzmunda ikinci cümlə əlavə edilmişdir.

 

[21] 3 iyun 2010-cu il tarixli 102 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 6, maddə 548) ilə "Qeyri-hökumət təşkilatının illik maliyyə hesabatının forması, məzmunu və təqdim edilməsi Qaydası"nın 5.3-cü bənddə "29.5-ci" sözləri "29.4-cü" sözləri ilə əvəz edilmişdir.

06 iyun 2014-cü il tarixli 185 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 21 iyun 2014-cü il, № 130, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 06, maddə 740) ilə "Qeyri-hökumət təşkilatının illik maliyyə hesabatının forması, məzmunu və təqdim edilməsi Qaydası"nın 5.3-cü bəndə yeni məzmunda ikinci cümlə əlavə edilmişdir.

27 yanvar 2015-ci il tarixli 16 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 31 yanvar 2015-ci il, № 23, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, № 1, maddə 68) ilə 5.3-cü bəndin ikinci cümləsi yeni redaksiyada verilmişdir və həmin bəndə yeni məzmunda üçüncü cümlə əlavə edilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

Azərbaycan Respublikasının Maliyyə Nazirliyi təqdim olunmuş maliyyə hesabatlarına əsasən fəaliyyətini dayandırmış və bərpa etmiş qeyri-hökumət təşkilatları, habelə xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəlikləri barədə məlumatları hər il iyunun 1-dək Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Vergilər Nazirliyinə təqdim etməlidir.

28 mart 2016-cı il tarixli 137 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 03 aprel 2016-cı il, № 69, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 4, maddə 794) ilə “Qeyri-hökumət təşkilatının illik maliyyə hesabatının forması, məzmunu və təqdim edilməsi Qaydası”nın 5.3-cü bəndinin birinci cümləsinə “təqdim etməyən” sözlərindən sonra “və yazılı surətdə xəbərdarlıq edilmiş və ya inzibati məsuliyyətə cəlb olunmuş” sözləri, “Ədliyyə Nazirliyinə” sözlərindən sonra isə “hər il avqustun 1-dək” sözləri əlavə edilmişdir.

 

[22] 25 iyun 2013-cü il tarixli 161 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 06, maddə 771) ilə Qeyri-hökumət təşkilatının illik maliyyə hesabatının forması, məzmunu və təqdim edilməsi Qaydası”nın yeni məzmunda 5.5-ci bənd əlavə edilmişdir.

 

[23] 3 iyun 2010-cu il tarixli 102 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 6, maddə 548) ilə "Qeyri-hökumət təşkilatının illik maliyyə hesabatının forması, məzmunu və təqdim edilməsi Qaydası"nın 7-ci bölmə çıxarılmışdır.

 

[24] 27 yanvar 2015-ci il tarixli 16 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 31 yanvar 2015-ci il, № 23, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, № 1, maddə 68) ilə Qaydanın 1 və 2 nömrəli əlavələri yeni redaksiyada verilmişdir.

 

[25] 13 iyul 2018-ci il tarixli 301 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 17 iyul 2018-ci il, № 156, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №7, II kitab, maddə 1633) ilə “Qeyri-hökumət təşkilatının illik maliyyə hesabatının forması, məzmunu və təqdim edilməsi Qaydası”nın 2 nömrəli əlavəsi - “Maliyyə fəaliyyətinin nəticələri haqqında hesabat”a yeni məzmunda 2.8-1-ci bənd əlavə edilmişdir.

 

[26] 16 mart 2022-ci il tarixli 94 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 18 mart 2022-ci il, № 59, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 3, maddə 271) ilə “Qeyri-hökumət təşkilatının illik maliyyə hesabatının forması, məzmunu və təqdim edilməsi Qaydası”na 2-1 nömrəli əlavə - Maliyyə fəaliyyətinin olmaması barədə arayış”ın cədvəl hissəsinin 3-cü sətrində DSMF-yə ayırmalar, dövlət büdcəsinə vergilər və digər məcburi ödəmələr sözləri dövlət büdcəsinə vergilər, büdcədənkənar dövlət fondlarına məcburi dövlət sosial sığorta haqları, işsizlikdən sığorta haqları, icbari tibbi sığorta fonduna icbari tibbi sığorta haqları sözləri ilə əvəz edilmişdir.

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status