Dövlət orqanlarında dövlət qulluqçularına ixtisas dərəcələrinin verilməsi Qaydalarının təsdiq edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI
“Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar qərara alıram:
1. “Dövlət orqanlarında dövlət qulluqçularına ixtisas dərəcələrinin verilməsi Qaydaları” təsdiq edilsin (əlavə olunur).
[1]
2. Bu Fərman 2001-ci il sentyabrın 1-dən qüvvəyə minir.
Heydər ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 3 sentyabr 2001-ci il
№ 569
|
Azərbaycan Respublikası Prezidentinin
2001-ci il 3 sentyabr tarixli 569 nömrəli Fərmanı ilə
TƏSDİQ EDİLMİŞDİR
|
Dövlət orqanlarında dövlət qulluqçularına ixtisas dərəcələrinin verilməsi
QAYDALARI
1. Bu Qaydalar dövlət orqanlarında dövlət qulluqçularına ixtisas dərəcələrinin verilməsi, artırılması, saxlanılması, rəsmiləşdirilməsi qaydalarını və ixtisas dərəcələrinə görə ödənilən əlavə haqların məbləğlərini müəyyən edir.
[2]
2. Dövlət qulluqçusuna ixtisas dərəcəsi Azərbaycan Respublikasının Konstitusiyası, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu və digər qanunvericilik aktları ilə müəyyənləşdirilmiş şərtlər nəzərə alınmaqla, bu Qaydalara uyğun olaraq verilir.
3. Dövlət qulluqçusunun ixtisas dərəcəsi onun ixtisas səviyyəsini göstərir, vəzifə maaşına əlavə haqq almaq və sosial təminatlardan istifadə etmək, habelə “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hallarda dövlət qulluqçusuna inzibati vəzifə tutmaq hüququ verir.
[3]
4. Dövlət qulluğunda inzibati vəzifəni tutan dövlət qulluqçularına inzibati vəzifələrin təsnifatına uyğun olaraq ixtisas dərəcələri verilir. İxtisas dərəcələri dövlət qulluqçusunun tutduğu vəzifəyə, qulluq stajına və ixtisas dərəcəsində qulluq müddətinə uyğun olaraq, habelə əvvəllər verilmiş ixtisas dərəcəsi nəzərə alınmaqla ardıcıl verilir. Dövlət qulluqçusunun qulluq stajına 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında iş müddəti də daxil edilir.
[4]
5. Dövlət qulluqçusuna ixtisas dərəcələri aşağıdakı səlahiyyətli şəxslər tərəfindən verilir:
5.1. 3-cü dərəcə dövlət müşaviri və ondan yuxarı olan ixtisas dərəcələri – Azərbaycan Respublikasının Prezidenti;
5.2. dövlət qulluğunun baş müşaviri və ondan aşağı olan ixtisas dərəcələri – müvafiq dövlət orqanının rəhbəri.
[5]
6. Dövlət qulluqçusuna ixtisas dərəcəsi onun peşəkarlığı və idarəçilik təcrübəsi nəzərə alınaraq verilir.
[6]
6-1. İnzibati vəzifələrin ali təsnifatı istisna olmaqla, birinci – ikinci təsnifat inzibati vəzifələri tutan dövlət qulluqçusunun həmin təsnifat üzrə ixtisas dərəcəsi alması üçün dövlət qulluğunda azı 5 il qulluq stajı, həmin təsnifatlara daxil olan vəzifələrdə azı 3 il qulluq stajı olmalıdır.
[7]
6-2. Bu Qaydaların 6-1-ci hissəsi ilə müəyyən edilmiş tələblərə cavab verməyən dövlət qulluqçusuna, habelə təyin olunduğu inzibati vəzifənin təsnifatına uyğun ixtisas dərəcəsinə malik olmayan dövlət qulluqçusuna tutduğu vəzifənin inzibati təsnifatı üçün müəyyən edilmiş ən kiçik ixtisas dərəcəsi verilir.
6-3. Dövlət qulluqçusuna daha yüksək (növbəti) ixtisas dərəcəsi bu Qaydalara əsasən onun ixtisas dərəcəsi tutduğu vəzifəyə uyğun gəldikdə və ixtisas dərəcəsində qulluq müddəti nəzərə alınmaqla verilir.
6-4. Müvafiq inzibati və yardımçı vəzifələr üçün müəyyən edilmiş ixtisas dərəcələri çərçivəsində növbəti ixtisas dərəcəsi almaq üçün aşağıdakılar tələb olunur:
6-4.1. üçüncü – beşinci təsnifat inzibati vəzifələr üçün – ixtisas dərəcəsində qulluq müddəti 3 il təşkil etməlidir;
6-4.2. altıncı – yeddinci təsnifat inzibati vəzifələr üçün – ixtisas dərəcəsində qulluq müddəti 2 il təşkil etməlidir;
6-4.3. birinci – ikinci təsnifat yardımçı vəzifələr üçün – ixtisas dərəcəsində qulluq müddəti ardıcıl olaraq 2 il təşkil etməlidir;
6-4.4. üçüncü – dördüncü təsnifat yardımçı vəzifələr üçün – ixtisas dərəcəsində qulluq müddəti ardıcıl olaraq 1 il təşkil etməlidir.
7. Dövlət qulluqçusuna ilk dəfə ixtisas dərəcəsi ali kateqoriya dövlət orqanlarında inzibati vəzifələrin ali – üçüncü təsnifatına uyğun olan vəzifəyə təyin edildikdə və 1 – 5-ci kateqoriya dövlət orqanlarında inzibati vəzifələrin birinci – yeddinci təsnifatına uyğun olan vəzifələr üzrə daimi dövlət qulluğuna qəbul edildikdə, yardımçı vəzifə iddiasında olanlara isə müvafiq vəzifəyə təyin edildikdə verilir.
[8]
8. Dövlət qulluqçusuna bu Qaydaların 6-1 – 6-4-cü hissələrində müəyyən edilmiş tələblər nəzərə alınmadan daha yüksək (növbəti) ixtisas dərəcəsi aşağıdakı hallarda verilə bilər:
[9]
8.1. xidməti fəaliyyətin qiymətləndirilməsinin nəticəsinə uyğun olaraq qulluq funksiyalarını nümunəvi icra etdiyinə və işindəki yüksək nailiyyətlərinə görə;
8.2. yuxarı təsnifat dövlət qulluğu vəzifəsinə təyin edildikdə.
8-1. Bu Qaydaların 8-ci hissəsində nəzərdə tutulmuş qaydada dövlət qulluqçusuna vaxtından əvvəl ixtisas dərəcəsi onun malik olduğu ixtisas dərəcəsində qulluq müddətinin ən azı yarısı keçdikdən sonra verilə bilər.
[10]
8-2. Xidməti fəaliyyətin qiymətləndirilməsinin nəticəsinə əsasən vaxtından əvvəl daha yüksək (növbəti) ixtisas dərəcəsinin verilməsinə dövlət qulluqçusunun dövlət qulluğunda qulluq etdiyi müddətdə yalnız bir dəfə yol verilir.
8-3. Yuxarı təsnifat dövlət qulluğu vəzifəsinə təyin edildiyi halda dövlət qulluqçusuna vaxtından əvvəl daha yüksək (növbəti) ixtisas dərəcəsi dövlət qulluqçusunun tutduğu inzibati vəzifədən bir təsnifat yuxarı inzibati vəzifəyə təyin edildiyi hallarda verilə bilər.
8-4. Dövlət qulluqçularına ixtisas dərəcələri verilərkən onların xüsusi, hərbi və diplomatik rütbələri nəzərə alınır.
9. Dövlət qulluğunun kiçik referentindən dövlət qulluğunun baş müşavirinədək ixtisas dərəcələri dövlət qulluqçusunun şəxsi ərizəsi əsasında verilir. Ərizəyə ixtisas dərəcəsi xahiş edilən ixtisas dərəcəsindən aşağı olmayan iki dövlət qulluqçusunun zəmanətləri, habelə iddiaçıların təhsilini təsdiq edən sənədlər və onun xidməti vərəqəsi əlavə edilir.
[11]
10. Dövlət qulluqçusuna bu Qaydaların 5.2-ci bəndində nəzərdə tutulan ixtisas dərəcəsinin verilməsi dövlət orqanının rəhbərinin əmri ilə rəsmiləşdirilir və bu barədə dövlət qulluqçusunun əmək kitabçasında, şəxsi işində və xidməti vəsiqəsində müvafiq qeydlər edilir.
[12]
11. 3-cü dərəcə dövlət müşaviri və ondan yuxarı olan ixtisas dərəcələri Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndinə uyğun olaraq verilir. Bu ixtisas dərəcələrini alan dövlət qulluqçusuna müvafiq hüquqi akt və vəsiqə verilir.
[13]
12. İxtisas dərəcələrinin verildiyi gündən başlayaraq dövlət qulluqçusuna hər ay aşağıdakı məbləğdə (manatla) vəzifə maaşına ixtisas dərəcələrinə görə əlavə haqq ödənilir:
[14]
1.
|
Həqiqi dövlət müşaviri
|
200
|
2.
|
1-ci dərəcə dövlət müşaviri
|
180
|
3.
|
2-ci dərəcə dövlət müşaviri
|
160
|
4.
|
3-cü dərəcə dövlət müşaviri
|
145
|
5.
|
Dövlət qulluğunun baş müşaviri
|
130
|
6.
|
Dövlət qulluğunun müşaviri
|
115
|
7.
|
Dövlət qulluğunun kiçik müşaviri
|
100
|
8.
|
1-ci dərəcə dövlət qulluqçusu
|
80
|
9.
|
2-ci dərəcə dövlət qulluqçusu
|
65
|
10.
|
3-cü dərəcə dövlət qulluqçusu
|
55
|
11.
|
Kiçik dövlət qulluqçusu
|
45
|
12.
|
Dövlət qulluğunun baş referenti
|
40
|
13.
|
Dövlət qulluğunun böyük referenti
|
35
|
14.
|
Dövlət qulluğunun 1-ci dərəcə referenti
|
30
|
15.
|
Dövlət qulluğunun 2-ci dərəcə referenti
|
25
|
16.
|
Dövlət qulluğunun 3-cü dərəcə referenti
|
20
|
17.
|
Dövlət qulluğunun kiçik referenti
|
15.
|
13. Dövlət qulluqçusuna ixtisas dərəcəsinə görə əlavə haqqın ödənişi onun qulluq keçdiyi dövlət orqanı üçün dövlət büdcəsində nəzərdə tutulmuş əmək ödənişi fondu hesabına həyata keçirilir. Bu məqsədlə hər il növbəti il üçün dövlət büdcəsinin layihəsi hazırlanarkən, bu orqanlarda dövlət qulluqçuları üçün müəyyən olunmuş aylıq vəzifə maaşının 2 misli həcmində əlavə vəsaitlər nəzərdə tutulur.
[15]
13-1. Dövlət qulluqçusunun Azərbaycan Respublikası vətəndaşlığına xitam verildikdə dövlət qulluqçusu ona verilmiş ixtisas dərəcəsindən məhrum edilir.
[16]
14. Bu Qaydaların 13-1-ci hissəsində nəzərdə tutulan hal istisna olmaqla, dövlət qulluğuna xitam verildiyi digər hallarda dövlət qulluqçusu ona verilmiş ixtisas dərəcəsini saxlayır.
[17]
15. Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 25.2-ci maddəsinə əsasən intizam tənbehi qaydasında dövlət qulluqçusunun ixtisas dərəcəsi (bu Qaydaların 11-ci hissəsinə uyğun olaraq verilmiş ixtisas dərəcələri istisna olmaqla) bir pillə aşağı salına bilər. İntizam tənbehinin tətbiqi qaydasında dövlət qulluqçusunun ixtisas dərəcəsi təqvim ili ərzində yalnız bir dəfə aşağı salına bilər. Bu qaydada aşağı salınmış ixtisas dərəcəsində qulluq müddəti həmin intizam tənbehinin verilməsi haqqında əmrin imzalandığı gündən hesablanır.
[18]
15-1. İxtisas dərəcəsinin verilməsi, aşağı salınması və ixtisas dərəcəsindən məhrumetmə tətbiq olunarkən dövlət qulluqçusunun əmək kitabçasında və şəxsi işində müvafiq qeydlər edilir.
[19]
16. Dövlət qulluqçularına bu Qaydaların 5.2-ci bəndində nəzərdə tutulan ixtisas dərəcələrinin verilməsi ilə əlaqədar mübahisələrə, ilk növbədə, ixtisas dərəcəsini verən müvafiq dövlət orqanında, həmin orqanın və ya dövlət qulluqçusunun, habelə dövlət qulluğuna xitam verilmiş şəxsin müraciəti əsasında Azərbaycan Respublikasının Dövlət Qulluğunu İdarəetmə Şurasında və ya bilavasitə məhkəmədə baxılır.
[20]
İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI
1.
4 avqust 2003-cü il tarixli 912 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, № 8, maddə 441)
2.
16 noyabr 2005-ci il tarixli 314 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərman (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 11, maddə 1009)
3.
24 iyun 2009-cu il tarixli 107 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 26 iyun 2009-cu il, № 137, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 06, maddə 419)
4.
15 mart 2010-cu il tarixli 232 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 17 mart 2010-cu il, № 60, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 3, maddə 183)
5.
2 dekabr 2013-cü il tarixli 39 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 12, maddə 1506)
6.
11 fevral 2015-ci il tarixli 458 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 12 fevral 2015-ci il, № 33, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, № 2, maddə 120)
7.
26 dekabr 2020-ci il tarixli 1218 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 30 dekabr 2020-ci il, № 276)
8.
10 mart 2021-ci il tarixli 1297 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 11 mart 2021-ci il, № 54, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 3, maddə 221)
9.
09 avqust 2021-ci il tarixli 1414 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 10 avqust 2021-ci il, № 165, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 8, maddə 906)
10.
1 fevral 2022-ci il tarixli 2014 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 1 fevral 2023-cü il, “Azərbaycan” qəzeti, 2 fevral 2023-cü il, № 23, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023-cü il, № 2, maddə 222)
11.
10 aprel 2023-cü il tarixli 2095 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 10 aprel 2023-cü il, “Azərbaycan” qəzeti, 11 aprel 2023-cü il, № 74)
FƏRMANA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI
[1]
4 avqust 2003-cü il tarixli 912 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, № 8, maddə 441) ilə Fərmanın adında və 1-ci bəndində "İcra hakimiyyəti" sözləri "Dövlət" sözü ilə əvəz edilmişdir.
[2]
4 avqust 2003-cü il tarixli 912 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, № 8, maddə 441) ilə “Dövlət orqanlarında dövlət qulluqçularına ixtisas dərəcələrinin verilməsi qaydalarının” adında, 1-ci bəndində "İcra hakimiyyəti" sözləri "Dövlət" sözü ilə əvəz edilmişdir.
[3]
24 iyun 2009-cu il tarixli 107 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 26 iyun 2009-cu il, № 137, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 06, maddə 419) ilə “Dövlət orqanlarında dövlət qulluqçularına ixtisas dərəcələrinin verilməsi Qaydaları”nın 3-cü bənd yeni redaksiyada verilmişdir.
Əvvəlki redaksiyada deyilirdi:
3. Dövlət qulluqçusunun ixtisas dərəcəsi onun ixtisas səviyyəsini göstərir, onun tuta bildiyi dövlət qulluğu növlərinin və dövlət vəzifələrinin təsnifat siyahısını müəyyənləşdirir, dövlət qulluqçusuna vəzifə maaşına əlavə haqq almaq və sosial təminatlardan istifadə etmək hüququ verir.
10 aprel 2023-cü il tarixli 2095 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 10 aprel 2023-cü il, “Azərbaycan” qəzeti, 11 aprel 2023-cü il, № 74) ilə “Dövlət orqanlarında dövlət qulluqçularına ixtisas dərəcələrinin verilməsi Qaydaları”nın 3-cü hissəsi ləğv edilmişdir.
[4]
4 avqust 2003-cü il tarixli 912 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, № 8, maddə 441) ilə “Dövlət orqanlarında dövlət qulluqçularına ixtisas dərəcələrinin verilməsi qaydalarının” 4-cü bəndindən "inzibati" sözü çıxarılmış və bəndə üçüncü cümlə əlavə edilmişdir.
24 iyun 2009-cu il tarixli 107 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 26 iyun 2009-cu il, № 137, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 06, maddə 419) ilə “Dövlət orqanlarında dövlət qulluqçularına ixtisas dərəcələrinin verilməsi Qaydaları”nın ilə 4-cü bəndin ikinci cümləsi yeni redaksiyada verilmişdir.
Əvvəlki redaksiyada deyilirdi:
İxtisas dərəcəsi dövlət qulluqçusunun ixtisasına, tutduğu vəzifəyə və qulluq stajına uyğun olaraq, habelə əvvəllər verilmiş dərəcə nəzərə alınmaqla ardıcıl qaydada verilir.
[5]
4 avqust 2003-cü il tarixli 912 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, № 8, maddə 441) ilə “Dövlət orqanlarında dövlət qulluqçularına ixtisas dərəcələrinin verilməsi qaydalarının” 5.2-ci bəndində "İcra hakimiyyəti" sözləri "Dövlət" sözü ilə əvəz edilmişdir.
[6]
2 dekabr 2013-cü il tarixli 39 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 12, maddə 1506) ilə 6-cı hissənin birinci bəndində “birinci təsnifatı istisna olmaqla, ikinci – üçüncü” sözləri "ali təsnifatı istisna olmaqla, birinci – ikinci” sözləri ilə əvəz edilmişdir.
2 dekabr 2013-cü il tarixli 39 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 12, maddə 1506) ilə 6-cı hissənin ikinci bəndində “dördüncü – yeddinci" sözləri "üçüncü – altıncı” sözləri ilə əvəz edilmişdir.
2 dekabr 2013-cü il tarixli 39 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 12, maddə 1506) ilə 6-cı hissənin altıncı bəndinin birinci yarımbəndində “dördüncü – altıncı” sözləri “üçüncü – beşinci" sözləri ilə əvəz edilmişdir.
2 dekabr 2013-cü il tarixli 39 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 12, maddə 1506) ilə 6-cı hissənin altıncı bəndinin ikinci yarımbəndində “yeddinci – doqquzuncu” sözləri “altıncı – yeddinci” sözləri ilə əvəz edilmişdir.
2 dekabr 2013-cü il tarixli 39 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 12, maddə 1506) ilə 6-cı hissənin yeddinci bəndinin birinci yarımbəndində “birinci – üçüncü” sözləri “birinci – ikinci” sözləri ilə əvəz edilmişdir.
2 dekabr 2013-cü il tarixli 39 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 12, maddə 1506) ilə 6-cı hissənin yeddinci bəndinin ikinci yarımbəndində "dördüncü – altıncı" sözləri "üçüncü – dördüncü" sözləri ilə əvəz edilmişdir.
26 dekabr 2020-ci il tarixli 1218 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 30 dekabr 2020-ci il, № 276) ilə 6-cı hissə yeni redaksiyada verilmişdir.
əvvəlki redaksiyada deyilirdi:
6. İnzibati vəzifələrin ali təsnifatı istisna olmaqla, birinci – ikinci təsnifat inzibati vəzifələri tutan dövlət qulluqçusunun həmin təsnifat üzrə ixtisas dərəcəsi alması üçün dövlət qulluğunda azı 10 il qulluq stajı, həmin təsnifatlara daxil olan vəzifələrdə azı 3 il qulluq stajı olmalıdır.
İnzibati vəzifələrin üçüncü – altıncı təsnifat vəzifələri tutan dövlət qulluqçusunun həmin təsnifat üzrə daha yüksək (növbəti) ixtisas dərəcəsi alması üçün müvafiq vəzifə də daxil olmaqla, həmin təsnifata daxil olan vəzifələrdə azı 4 il qulluq stajı olmalıdır.
Bu bəndin birinci və ikinci abzaslarında müəyyən edilmiş hər hansı tələbə cavab verməyən dövlət qulluqçusuna tutduğu vəzifənin inzibati təsnifatı üçün müəyyən edilmiş ən kiçik ixtisas dərəcəsi verilir.
İxtisas dərəcəsi verilərkən dövlət qulluqçusunun peşəkarlığı və idarəçilik təcrübəsi nəzərə alınır.
Bu bəndin ikinci abzasında “müvafiq vəzifə” dedikdə, dövlət qulluqçusunun hazırda dövlət qulluğu keçdiyi dövlət orqanında tutduğu dövlət qulluğu vəzifəsi nəzərdə tutulur.
Müvafiq inzibati vəzifələr üçün müəyyən edilmiş ixtisas dərəcələri çərçivəsində növbəti ixtisas dərəcəsi almaq üçün aşağıdakılar vacibdir:
üçüncü – beşinci təsnifat vəzifələri üçün – ixtisas dərəcəsində qulluq müddəti 3 il təşkil etməlidir;
altıncı – yeddinci təsnifat vəzifələri üçün – ixtisas dərəcəsində qulluq müddəti 2 il təşkil etməlidir.
Müvafiq yardımçı vəzifələr üçün müəyyən edilmiş ixtisas dərəcələri çərçivəsində növbəti ixtisas dərəcəsi almaq üçün aşağıdakılar vacibdir:
birinci – ikinci təsnifat vəzifələri üçün – ixtisas dərəcəsində qulluq müddəti ardıcıl olaraq 2 il təşkil etməlidir;
üçüncü – dördüncü təsnifat vəzifələri üçün – ixtisas dərəcəsində qulluq müddəti ardıcıl olaraq 1 il təşkil etməlidir.
[7]
26 dekabr 2020-ci il tarixli 1218 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 30 dekabr 2020-ci il, № 276) ilə yeni məzmunda 6-1 – 6-4-cü hissələr əlavə edilmişdir.
[8]
4 avqust 2003-cü il tarixli 912 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, № 8, maddə 441) ilə “Dövlət orqanlarında dövlət qulluqçularına ixtisas dərəcələrinin verilməsi qaydalarının” 7-ci bəndində "1-9" rəqəmləri "1-5" rəqəmləri, "10-14" rəqəmləri "6-9" rəqəmləri ilə əvəz edilsin və "qulluğuna götürüldükdə" sözlərindən sonra "yardımçı vəzifə iddiasında olanlar isə müvafiq vəzifəyə təyin edildikdə" sözləri əlavə edilmişdir.
09 avqust 2021-ci il tarixli 1414 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 10 avqust 2021-ci il, № 165, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 8, maddə 906) ilə “Dövlət orqanlarında dövlət qulluqçularına ixtisas dərəcələrinin verilməsi Qaydaları”nın 7-ci hissəsi yeni redaksiyada verilmişdir.
əvvəlki redaksiyada deyilirdi:
7. Dövlət qulluqçusuna ilk dəfə ixtisas dərəcəsi inzibati vəzifələrin ali – dördüncü təsnifatına uyğun olan müvafiq vəzifələrə təyin edildikdə və beşinci – yeddinci təsnifatına uyğun olan vəzifələrə sınaq müddəti bitdikdən sonra daimi dövlət qulluğuna qəbul edildikdə yardımçı vəzifə iddiasında olanlar isə müvafiq vəzifəyə təyin edildikdə verilir.
[9]
4 avqust 2003-cü il tarixli 912 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, № 8, maddə 441) ilə “Dövlət orqanlarında dövlət qulluqçularına ixtisas dərəcələrinin verilməsi qaydalarının” 8-ci bəndində "Qaydaların 4-cü və 5-ci bəndlərində müəyyən edilən qaydada" sözləri "Qaydalara əsasən" sözləri ilə əvəz edilmişdir.
24 iyun 2009-cu il tarixli 107 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 26 iyun 2009-cu il, № 137, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 06, maddə 419) ilə “Dövlət orqanlarında dövlət qulluqçularına ixtisas dərəcələrinin verilməsi Qaydaları”nın 7-ci bənddə “götürüldükdə” sözü “qəbul edildikdə” sözləri ilə əvəz edilmişdir.
2 dekabr 2013-cü il tarixli 39 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 12, maddə 1506) ilə 7-ci hissədə "1 – 5-ci" sözləri “ali – dördüncü” sözləri ilə, “6 – 9-cu” sözləri “beşinci – yeddinci” sözləri ilə əvəz edilmişdir.
26 dekabr 2020-ci il tarixli 1218 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 30 dekabr 2020-ci il, № 276) ilə 8-ci hissə yeni redaksiyada verilmişdir.
əvvəlki redaksiyada deyilirdi:
8. Dövlət qulluqçusuna növbəti ixtisas dərəcəsi bu Qaydalara əsasən ixtisas dərəcəsi tutduğu vəzifəyə uyğun gəldikdə və ixtisas dərəcəsində qulluq müddəti nəzərə alınmaqla verilir.
İxtisas dərəcəsinin vaxtından əvvəl verilməsi dövlət qulluqçusu daha yüksək təsnifat üzrə vəzifəyə təyin edildikdə mümkündür.
[10]
26 dekabr 2020-ci il tarixli 1218 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 30 dekabr 2020-ci il, № 276) ilə yeni məzmunda 8-1 – 8-4-cü hissələr əlavə edilmişdir.
[11]
4 avqust 2003-cü il tarixli 912 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, № 8, maddə 441) ilə “Dövlət orqanlarında dövlət qulluqçularına ixtisas dərəcələrinin verilməsi qaydalarının” 9-cu bəndində "dövlət qulluğu" sözləri "dövlət qulluğunun baş" sözləri ilə əvəz edilmişdir.
24 iyun 2009-cu il tarixli 107 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 26 iyun 2009-cu il, № 137, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 06, maddə 419) ilə “Dövlət orqanlarında dövlət qulluqçularına ixtisas dərəcələrinin verilməsi Qaydaları”nın 9-cu bənd çıxarılmışdır.
[12]
4 avqust 2003-cü il tarixli 912 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, № 8, maddə 441) ilə “Dövlət orqanlarında dövlət qulluqçularına ixtisas dərəcələrinin verilməsi qaydalarının” 10-cu bəndində "İcra hakimiyyəti" sözləri "Dövlət" sözü ilə əvəz edilmişdir.
26 dekabr 2020-ci il tarixli 1218 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 30 dekabr 2020-ci il, № 276) ilə 10-cu hissədən “və bu barədə dövlət qulluqçusunun əmək kitabçasında, şəxsi işində və xidməti vəsiqəsində müvafiq qeydlər edilir” sözləri çıxarılmışdır.
[13]
26 dekabr 2020-ci il tarixli 1218 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 30 dekabr 2020-ci il, № 276) ilə 11-ci hissənin birinci cümlədə “24-cü və 32-ci bəndlərində nəzərdə tutulmuş qaydada” sözləri “32-ci bəndinə uyğun olaraq” sözləri ilə əvəz edilmişdir ikinci cümlədə “dərəcələri” sözü “dərəcələrini” sözü ilə əvəz edilmişdir.
[14]
16 noyabr 2005-ci il tarixli 314 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərman (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 11, maddə 1009) ilə "Dövlət orqanlarında dövlət qulluqçularına ixtisas dərəcələrinin verilməsi Qaydaları"nın 12-ci bəndi yeni redaksiyada verilmişdir.
4 avqust 2003-cü il tarixli 912 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, № 8, maddə 441) ilə “Dövlət orqanlarında dövlət qulluqçularına ixtisas dərəcələrinin verilməsi qaydalarının 12-ci bəndi yeni redaksiyada verilmişdir.
2 dekabr 2013-cü il tarixli 39 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 12, maddə 1506) ilə 12-ci hissə yeni redaksiyada verilmişdir.
Əvvəlki redaksiyada deyilirdi:
12. İxtisas dərəcələrinin verildiyi gündən başlayaraq dövlət qulluqçularına hər ay aşağıdakı məbləğdə (manatla) vəzifə maaşına ixtisas dərəcələrinə görə əlavə haqq ödənilir:
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
[15]
24 iyun 2009-cu il tarixli 107 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 26 iyun 2009-cu il, № 137, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 06, maddə 419) ilə “Dövlət orqanlarında dövlət qulluqçularına ixtisas dərəcələrinin verilməsi Qaydaları”nın 13-cü bəndin birinci cümləsində “işlədiyi” sözü “qulluq keçdiyi” sözləri ilə əvəz edilmişdir.
10 mart 2021-ci il tarixli 1297 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 11 mart 2021-ci il, № 54, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 3, maddə 221) ilə “Dövlət orqanlarında dövlət qulluqçularına ixtisas dərəcələrinin verilməsi Qaydaları”nın 13-cü hissəsinin ikinci cümləsində “əmək haqqı fondunun (vəzifə maaşına əlavələr istisna olunmaqla)” sözləri “vəzifə maaşının” sözləri ilə əvəz edilmişdir.
[16]
26 dekabr 2020-ci il tarixli 1218 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 30 dekabr 2020-ci il, № 276) ilə yeni məzmunda 13-1-ci hissə əlavə edilmişdir.
[17]
4 avqust 2003-cü il tarixli 912 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, № 8, maddə 441) ilə “Dövlət orqanlarında dövlət qulluqçularına ixtisas dərəcələrinin verilməsi qaydalarının” 14-cü bəndi yeni redaksiyada verilmişdir.
Əvvəlki redaksiyada deyilirdi:
14. Başqa hakimiyyət qolunda dövlət qulluğunu keçən dövlət qulluqçuları icra hakimiyyəti orqanlarına dövlət qulluğuna keçdikdə onlara əvvəllər verilmiş müvafiq ixtisas dərəcəsi saxlanılır. Dövlət qulluqçusu digər dövlət orqanına və ya digər inzibati vəzifəyə keçirilərkən ona əvvəllər verilmiş ixtisas dərəcəsi saxlanılır. İstefada olan dövlət qulluqçusuna ona verilmiş ixtisas dərəcəsini saxlayır.
24 iyun 2009-cu il tarixli 107 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 26 iyun 2009-cu il, № 137, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 06, maddə 419) ilə “Dövlət orqanlarında dövlət qulluqçularına ixtisas dərəcələrinin verilməsi Qaydaları”nın 14-cü bənddən “ixtisas dərəcəsindən məhrum edilməsi və” sözləri çıxarılsın, “işdən azad edilməsi” sözləri “dövlət qulluğuna xitam verilməsi” sözləri ilə əvəz edilmişdir.
11 fevral 2015-ci il tarixli 458 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 12 fevral 2015-ci il, № 33, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, № 2, maddə 120) ilə “Dövlət orqanlarında dövlət qulluqçularına ixtisas dərəcələrinin verilməsi Qaydaları”nın 14-cü bəndində “vətəndaşlığından çıxması” sözləri “vətəndaşlığına xitam verilməsi” sözləri ilə əvəz edilmişdir.
26 dekabr 2020-ci il tarixli 1218 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 30 dekabr 2020-ci il, № 276) ilə 14-cü hissə yeni redaksiyada verilmişdir.
əvvəlki redaksiyada deyilirdi:
14. Dövlət qulluqçusunun ixtisas dərəcəsindən məhrum edilməsi və Azərbaycan Respublikası vətəndaşlığına xitam verilməsi ilə əlaqədar dövlət qulluğuna xitam verilməsi halları istisna olmaqla, dövlət qulluğuna xitam verildiyi bütün hallarda dövlət qulluqçusu ona verilmiş ixtisas dərəcəsini saxlayır.
[18]
26 dekabr 2020-ci il tarixli 1218 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 30 dekabr 2020-ci il, № 276) ilə 15-ci hissə yeni redaksiyada verilmişdir.
əvvəlki redaksiyada deyilirdi:
15. Dövlət qulluqçusunun ixtisas dərəcəsinin aşağı salınması və ixtisas dərəcəsindən məhrum edilməsi qanunvericiliklə nəzərdə tutulmuş hallarda həyata keçirilir.
[19]
26 dekabr 2020-ci il tarixli 1218 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 30 dekabr 2020-ci il, № 276) ilə yeni məzmunda 15-1-ci hissə əlavə edilmişdir.
[20]
4 avqust 2003-cü il tarixli 912 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, № 8, maddə 441) ilə “Dövlət orqanlarında dövlət qulluqçularına ixtisas dərəcələrinin verilməsi qaydalarının” 16-cı bəndində "İcra hakimiyyəti" sözləri "Dövlət" sözü ilə əvəz edilmişdir.
26 dekabr 2020-ci il tarixli 1218 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 30 dekabr 2020-ci il, № 276) ilə 16-cı hissəyə “Dövlət qulluqçularına” sözlərindən sonra “bu Qaydaların 5.2-ci bəndində nəzərdə tutulan” sözləri əlavə edilmişdir və həmin hissədən “ilk növbədə” sözləri çıxarılmışdır.
1 fevral 2022-ci il tarixli 2014 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 1 fevral 2023-cü il, “Azərbaycan” qəzeti, 2 fevral 2023-cü il, № 23, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023-cü il, № 2, maddə 222) ilə “Dövlət orqanlarında dövlət qulluqçularına ixtisas dərəcələrinin verilməsi Qaydaları”nın 16-cı hissəsinə “və ya dövlət qulluqçusunun” sözlərindən sonra “, habelə dövlət qulluğuna xitam verilmiş şəxsin” sözləri əlavə edilmişdir.