×
E-QANUN
FREE
OPEN
AKTIN NÖVÜ
İqtisadiyyat Nazirliyi
QƏBUL EDİLDİYİ TARİX
20.07.2013
QEYDİYYAT NÖMRƏSİ
11
ADI
İnzibati reqlamentlərin təsdiq edilməsi haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
QÜVVƏYƏ MİNMƏ TARİXİ
07.08.2013
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
010.120.010
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
15201307200011
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
06.08.2013
Inzibati reqlamentlərin təsdiq edilməsi haqqında
 
AZƏRBAYCAN RESPUBLİKASININ HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİ
 

 

 

Aktın növü

AZƏRBAYCAN RESPUBLİKASI İQTİSADİ İNKİŞAF NAZİRLİYİNİN KOLLEGİYASININ QƏRARI

Qəbul edildiyi tarix

20.07.2013

Qeydiyyat nömrəsi

11

Adı

İnzibati reqlamentlərin təsdiq edilməsi haqqında

Rəsmi dərc edildiyi mənbə

 

Qüvvəyə minmə tarixi

07.08.2013

Azərbaycan Respublikasının Vahid hüquqi təsnifatı üzrə indeks kodu

010.120.010

Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi

15201307200011

Hüquqi aktın Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix

06.08.2013

 

 

“Dövlət orqanlarının və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslərin elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 23 may tarixli 429 nömrəli Fərmanının 2-1-ci hissəsinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 13 fevral tarixli 363 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Mərkəzi icra hakimiyyəti orqanlarının Nümunəvi Əsasnaməsi”nin 17-1.2-ci və 2006-cı il 28 fevral tarixli 504 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi haqqında Əsasnamə”nin 4.7-ci və 5.11-ci bəndlərini rəhbər tutaraq Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin kollegiyası[1]

 

qərara alır:

 

1. “Avropa İttifaqı ölkələrinə yeyinti məhsullarının ixracı ilə məşğul olan istehsal və emal müəssisələrinə təsdiqedici kod nömrəsinin verilməsi üçün müraciətlərin və sənədlərin qəbulu haqqında inzibati reqlament” təsdiq edilsin (əlavə olunur).[2]

2. “İnzibati cərimələrin və maliyyə sanksiyalarının internet vasitəsilə ödənilməsi haqqında inzibati reqlament” təsdiq edilsin (əlavə olunur).

3. Hüquq şöbəsinin müdiri Anar Əliyevə tapşırılsın ki, bu Qərarın Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün 3 gün müddətində Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə göndərilməsi ilə bağlı zəruri tədbirlər görülməsini təmin etsin.

4. Bu Qərar Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinin elektron variantında dərc edildiyi gündən qüvvəyə minir.

5. Kollegiyanın məsul katibi, Ümumi şöbənin müdiri Rövşən Ataşova tapşırılsın ki, bu Qərarın surətinin göndərilmə siyahısına uyğun çatdırılmasını təmin etsin.

6. Bu qərarın icrasına nəzarəti öz üzərimdə saxlayıram.

 

Əsas: Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin kollegiyasının 20.07.2013-cü il tarixli iclasının protokolu.

 

Sədr,

iqtisadi inkişaf naziri                                                                    Şahin Mustafayev

 


 

 

Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin kollegiyasının 2013-cü il 20 iyul tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmişdir

 

Avropa İttifaqı ölkələrinə yeyinti məhsullarının ixracı ilə məşğul olan istehsal və emal müəssisələrinə təsdiqedici kod nömrəsinin verilməsi üçün müraciətlərin və sənədlərin qəbulu haqqında inzibati reqlament

 

1. Ümumi müddəalar

 

1.1. Elektron xidmətin adı: Avropa İttifaqı ölkələrinə yeyinti məhsullarının ixracı ilə məşğul olan istehsal və emal müəssisələrinə təsdiqedici kod nömrəsinin verilməsi üçün müraciətlərin və sənədlərin qəbulu.

1.2. Elektron xidmətin məzmunu: Azərbaycan Respublikasından Avropa İttifaqı ölkələrinə ixrac edilən yeyinti məhsullarının istehsalı və emalı müəssisələrinə təsdiqedici kod nömrəsinin (bundan sonra - təsdiqedici kod nömrəsi) verilməsi ilə bağlı elektron xidmət qaydalarını müəyyən edir.

1.3. Elektron xidmətin göstərilməsinin hüquqi əsası:

1.3.1. “Azərbaycan Respublikasından Avropa İttifaqı ölkələrinə yeyinti məhsullarının ixracının tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 01.04.2005-ci il tarixli, 218 nömrəli Fərmanının 1-ci hissəsi;

1.3.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17.10.2012-ci il tarixli, 235 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektron xidmət növlərinin Siyahısı”nın 6.6-cı bəndi.

1.4. Elektron xidməti göstərən dövlət qurumunun adı: Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi.[3]

1.5. Elektron xidmətin digər icraçıları: yoxdur.

1.6. Elektron xidmətin avtomatlaşdırılma səviyyəsi: qismən avtomatlaşdırılmışdır.

1.7. Elektron xidmətin icra müddəti: 90 (doxsan) gün.

1.8. Elektron xidmətin göstərilməsinin nəticəsi: Avropa İttifaqı ölkələrinə ixrac edilən yeyinti məhsullarının istehsalı və emalı müəssisələrinə təsdiqedici kod nömrəsinin verilməsi.

 

2. Elektron xidmətin göstərilməsinin həyata keçirilməsi

 

2.1. Elektron xidmətin növü: interaktiv.

2.2. Elektron xidmət üzrə ödəniş: ödənişsiz.

2.3. Elektron xidmətin istifadəçiləri: hüquqi və fiziki şəxslər.

2.4. Elektron xidmətin təqdim olunma yeri: http://e-gov.az, http://e-xidmetler.economy.gov.az.

2.5. Elektron xidmət barədə məlumatlandırma: http://e-gov.az, http://e-xidmetler.economy.gov.az, office@economy.gov.az, telefon: 012 493-88-67, faks: 012 492-58-95, telefon məlumat mərkəzi: 195-2, http://www.consumer.gov.az, office@consumer.gov.az, telefon: 012 498-15-01, faks: 012 497-24-08.

2.6. Elektron xidmətin göstərilməsi üçün tələb olunan sənədlər və onların təqdim olunma forması: elektron xidmətin göstərilməsi üçün tələb olunan sənədlər aşağıdakılardır və onların skan edilmiş surəti elektron formada təqdim olunur:

2.6.1. təsdiqedici kod nömrəsinin alınması üçün ərizə (reqlamentə əlavə olunur). Ərizədə şəxsiyyət vəsiqəsinin nömrəsi, verildiyi tarix və onu verən orqan barədə məlumatlar da öz əksini tapır;

2.6.2. istifadəçinin vergi orqanları tərəfindən uçota alınması haqqında müvafiq sənəd;

2.6.3. istifadəçi hüquqi şəxs olduqda dövlət qeydiyyatı haqqında şəhadətnamə.

 

3. Elektron xidmətin göstərilməsi üçün inzibati prosedurlar

 

3.1. Elektron xidmət üçün sorğu:

3.1.1. sorğunun formalaşdırılması: ərizə forması elektron xidmətin təqdim edildiyi internet ünvanlarından (http://e-gov.az və ya http://e-xidmetler.economy.gov.az) yüklənərək doldurulur və müraciət edən şəxs tərəfindən bu reqlamentin 2.6-cı bəndində tələb olunan sənədlərlə birlikdə həmin elektron ünvanlardan birinə göndərilir;

3.1.2. sorğunun qəbulu: sorğu http://e-gov.az və ya http://e-xidmetler.economy.gov.az internet saytlarına daxil olduğu gün qeydiyyata alınır. Sorğunun qəbul edilməsi və sonrakı icrası ilə bağlı müraciət edən şəxsin elektron poçt ünvanına bir iş günü ərzində bildiriş göndərilir.

3.2. Elektron xidmətin göstərilməsi və ya imtina edilməsi:

3.2.1. sorğunun yerinə yetirilməsindən imtina halları: Avropa İttifaqı ölkələrinə ixrac edilən yeyinti məhsullarının istehsalı və emalı müəssisələrində infrastruktur və məhsulların Avropa İttifaqının təhlükəsizlik meyarları (tələbləri) üzrə keçirilən ekspertizaların nəticəsi üzrə mənfi rəy olduqda sorğunun yerinə yetirilməsindən imtina edilir. Təsdiqedici kod nömrəsinin verilməsindən imtina edildikdə bu barədə istifadəçiyə əsaslandırılmış yazılı məlumat verilir;

3.2.2. sorğunun qəbulu: imtina üçün əsaslar olmadıqda təsdiqedici kod nömrəsinin verilməsi barədə 90 (doxsan) gün ərzində qərar qəbul edilir.

3.3. Sorğunun icrası:

3.3.1. ardıcıl hər bir inzibati əməliyyat, o cümlədən məsul şəxs haqqında məlumat: sorğu qəbul edildikdən sonra Azərbaycan Respublikası Prezidentinin 27.09.2003-cü il tarixli, 935 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına dair Təlimat”a uyğun olaraq qeydiyyata alınır və icra edilməsi üçün Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə (bundan sonra - Dövlət Xidməti) göndərilir. Dövlət Xidmətində sorğuya və ona əlavə olunmuş sənədlərə baxılır, onlarda çatışmazlıqlar aşkar edilmədikdə Avropa İttifaqı ölkələrinə ixrac edilən yeyinti məhsullarının istehsalı və emalı müəssisələrində infrastruktur və məhsulların Avropa İttifaqının təhlükəsizlik meyarları (tələbləri) üzrə ekspertizalar keçirilir. Keçirilmiş ekspertizalar nəticəsində tərtib olunan ekspertiza rəylərinin bir nüsxəsi istifadəçiyə verilir, digər nüsxəsi isə Dövlət Xidmətində qalır. Ekspertizaların nəticələrinə əsasən Dövlət Xidməti tərəfindən istifadəçinin sorğusuna dair müvafiq qərar qəbul edilir. Dövlət Xidmətinin rəisi bu elektron xidmətin yerinə yetirilməsi üzrə məsul şəxsdir;

3.3.2. hər bir inzibati əməliyyatın məzmunu, yerinə yetirilmə müddəti və (və ya) maksimal yerinə yetirilmə müddəti: sorğuda və ona əlavə edilən sənədlərdə aradan qaldırılması mümkün olan və imtina üçün əsas olmayan çatışmazlıqlar aşkar edildikdə bu barədə istifadəçiyə 1 gündən gec olmayaraq yazılı məlumat verilir. Onlar aradan qaldırıldıqdan və təkrar sorğu ilə müraciət edildikdən sonra onlara baxılır və 90 (doxsan) gün ərzində müvafiq qərar qəbul edilir;

3.3.3. inzibati əməliyyatda iştirak edən digər dövlət qurumu haqqında məlumat: yoxdur;

3.3.4. hər bir inzibati prosedurun nəticəsi və onun verilməsi qaydası: imtina üçün əsas olmadıqda, təsdiqedici kod nömrəsinin verilməsi barədə qərar qəbul edilir, qəbul edilmiş qərar istifadəçiyə birbaşa təqdim olunması və ya poçt rabitəsi vasitəsilə göndərilməsi yolu ilə verilir.[4]

3.4. Elektron xidmətin yerinə yetirilməsinə nəzarət:

3.4.1. nəzarət forması: elektron kargüzarlıq;

3.4.2. nəzarət qaydası: Azərbaycan Respublikası Prezidentinin 27.09.2003-cü il tarixli, 935 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına dair Təlimat”la müəyyən edilmiş qaydada.[5]

3.5. Elektron xidmətin göstərilməsi üzrə mübahisələr:

3.5.1. istifadəçinin şikayət etmək hüququ haqqında məlumat: istifadəçilər təsdiqedici kod nömrəsinin verilməsi barədə qəbul edilmiş qərarlardan və vəzifəli şəxslərin hərəkətlərindən inzibati qaydada və (və ya) məhkəməyə şikayət edə bilərlər;

3.5.2. şikayətin əsaslandırılması və baxılması üçün lazım olan informasiya: şikayət ərizəsi “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 74-cü maddəsinə uyğun olmalıdır;

3.5.3. şikayətin baxılma müddəti: şikayətə “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 78.1-ci maddəsində müəyyən olunmuş müddətdə baxılır.

 


 

 

əlavə

 

Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə

 

ƏRİZƏ

 

__________________________________________________________________________________

(müraciət edən hüquqi şəxsin tam adı, fiziki şəxsin soyadı, adı, atasının adı)

 

Avropa İttifaqı ölkələrinə yeyinti məhsullarının ixracına icazə verən təsdiqedici kod nömrəsinin verilməsini Sizdən xahiş edirik.

__________________________________________________________________________________

(hüquqi şəxsin hüquqi ünvanı və ya fiziki şəxsin qeydiyyat ünvanı)

__________________________________________________________________________________

 (istehsal və ya emal prosesinin həyata keçirildiyi faktiki ünvan)

__________________________________________________________________________________

 (istehsal olunan məhsulun adı, növü)

__________________________________________________________________________________

 

Hüquqi şəxsin təmsilçisinin ________________________________________________________

                                                      vəzifəsi, soyadı, adı, atasının adı, imzası

 

Fiziki şəxsin ______________________________________________________________________

soyadı, adı, atasının adı, imzası

 

Fiziki şəxsin _____________________________________________________________________

şəxsiyyət vəsiqəsinin N-si, verildiyi tarix və verən orqan

 

Tarix: ______________                                          İmza_________________________________

 

 


 

 

Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin kollegiyasının 2013-cü il 20 iyul tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmişdir

 

İnzibati cərimələrin və maliyyə sanksiyalarının internet vasitəsilə ödənilməsi haqqında inzibati reqlament

 

1. Ümumi müddəalar

 

1.1. Elektron xidmətin adı: İnzibati cərimələrin və maliyyə sanksiyalarının internet vasitəsilə ödənilməsi.

1.2. Elektron xidmətin məzmunu: qrant alınması (verilməsi), antiinhisar, reklam və istehlakçıların hüquqlarının müdafiəsi sahəsində qanunvericiliyin tələblərinin pozulmasına görə Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən tətbiq edilən inzibati cərimələrin və maliyyə sanksiyalarının dövlət büdcəsinə ödənilməsi ilə bağlı elektron xidmətlərin göstərilməsi qaydalarını müəyyən edir.[6]

1.3. Elektron xidmətin göstərilməsinin hüquqi əsası:

1.3.1. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 222-ci (həmin məhsulların istehlakçılara təklif olunması mərhələsində), 428.1-ci, 428.2-ci, 428.3-cü, 428.6-cı, 432.1-ci (kommersiya hüquqi şəxslərinə münasibətdə), 444-cü, 445-ci, 446-cı, 447.0.1-ci, 447.0.2-ci, 447.0.3-cü (standartların və digər normativ sənədlərin tələblərinə cavab verməyən malların satılması, işlərin yerinə yetirilməsi, xidmətlərin göstərilməsi ilə əlaqədar işlərə münasibətdə), 447.0.4-cü (qanunvericiliyə uyğun olaraq sertifikatlaşdırılmalı olan, lakin sertifikatlaşdırılmamış malların satılması, işlərin yerinə yetirilməsi, xidmətlərin göstərilməsi ilə əlaqədar işlərə münasibətdə), 447.0.5-ci (standartların və digər normativ sənədlərin tələblərinin pozulması nəticəsində insanların həyatı, sağlamlığı, əmlakı və ya ətraf mühit üçün təhlükəli məhsulun satılması, işin (xidmətin) görülməsi ilə əlaqədar işlərə münasibətdə), 447.0.9-cu, 453-cü və 544.2-ci maddələri;[7]

1.3.2. “Antiinhisar fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci və 18-ci maddələri;

1.3.3. “Haqsız rəqabət haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci və 12-ci maddələri;

1.3.4. “Təbii inhisarlar haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsi;

1.3.5. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2016-cı il tarixli, 795 nömrəli Fərmanının 5.8-ci, 5.44-cü, 5.48-ci və 5.51-ci bəndləri;[8]

1.3.6. “Antiinhisar fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununda dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 02.12.1997-ci il tarixli, 647 nömrəli Fərmanının 2-ci hissəsi;

1.3.7. “Təbii inhisarlar haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq olunmasını təmin edən əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Prezidentinin 02.03.2001-ci il tarixli, 446 nömrəli Fərmanının 4-cü və 5-ci abzasları;

1.3.8. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17.10.2012-ci il tarixli, 235 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektron xidmət növlərinin Siyahısı”nın 6.7-ci bəndi.

1.4. Elektron xidməti göstərən dövlət qurumunun adı: Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi (bundan sonra - Nazirlik).

1.5. Elektron xidmətin digər icraçıları: yoxdur.

1.6. Elektron xidmətin avtomatlaşdırılma səviyyəsi: tam avtomatlaşdırılmışdır.

1.7. Elektron xidmətin icra müddəti: sorğunun informasiya sistemləri tərəfindən emalı müddətində.

1.8. Elektron xidmətin göstərilməsinin nəticəsi: qrant alınması (verilməsi), antiinhisar, reklam və istehlakçıların hüquqlarının müdafiəsi sahəsində qanunvericiliyin tələblərinin pozulmasına görə tətbiq edilmiş inzibati cərimələrin və maliyyə sanksiyalarının dövlət büdcəsinə ödənilməsi.

 

2. Elektron xidmətin göstərilməsinin həyata keçirilməsi

 

2.1. Elektron xidmətin növü: interaktiv.

2.2. Elektron xidmət üzrə ödəniş: ödənişsiz.

Qeyd: antiinhisar, reklam və istehlakçıların hüquqlarının müdafiəsi sahəsində qanunvericiliyinin tələblərinin pozulmasına görə tətbiq edilmiş inzibati cərimələrin və maliyyə sanksiyalarının dövlət büdcəsinə ödənilməsi üçün hesab:

Dövlət Xəzinədarlığı Agentliyi, VÖEN: 1401555071, Kod: 210005, M/H: AZ85NABZ01360100000000003944, SWIFT.BİK: CTREAZ22

Vəsaiti alan: Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti, VÖEN: 1302126941, Hesab №: AZ60CTRE00000000000002788470, Büdcə səviyyəsinin kodu: 7, Büdcə təsnifatının kodu: 142340.

Qeyd: qrant alınması (verilməsi) sahəsində qanunvericiliyin pozulmasına görə tətbiq edilmiş inzibati cərimələrin dövlət büdcəsinə ödənilməsi üçün hesab:

Dövlət Xəzinədarlığı Agentliyi, VÖEN: 1401555071, Kod: 210005, M/H: AZ66CTRE00000000000002107131, SWIFT.BİK: CTREAZ22

Vəsaiti alan: Bakı şəhər Maliyyə İdarəsi, Hesab №: 2107131, VÖEN: 1700446391 Büdcə səviyyəsinin kodu:1, Büdcə təsnifatının kodu: 143101.

2.3. Elektron xidmətin istifadəçiləri: hüquqi və fiziki şəxslər.

2.4. Elektron xidmətin təqdim olunma yeri: http://e-gov.az və http://e-xidmetler.economy.gov.az.

2.5. Elektron xidmət barədə məlumatlandırma: http://economy.gov.azhttp://economy.gov.az/e-xidmetler, office@economy.gov.az, telefon: 012 493-88-67, faks: 012 492-58-95, Telefon məlumat mərkəzi: 195-2, http://www.consumer.gov.az, office@consumer.gov.az, telefon: 012 498-15-01, faks: 012 497-24-08.

2.6. Elektron xidmətin göstərilməsi üçün tələb olunan sənədlər və onların təqdim olunma forması: sənəd tələb olunmur.

 

3. Elektron xidmətin göstərilməsi üçün inzibati prosedurlar

 

3.1. Elektron xidmət üçün sorğu: elektron xidmət istifadəçilər üçün daim açıqdır və müraciət edilməsi hər hansı qaydada məhdudlaşdırıla bilməz.

3.2. Elektron xidmət üçün sorğu:

3.2.1. sorğunun formalaşdırılması: fiziki və hüquqi şəxslər http://e-gov.az və ya http://e-xidmetler.economy.gov.az ünvanlarına daxil olur və cərimələr bölməsini seçir. Açılan pəncərədəki sahəyə inzibati xəta haqqında və ya maliyyə sanksiyası barədə qərarın nömrəsini, tarixini və öz elektron poçt ünvanını daxil edir, növbəti pəncərəyə keçərək ödəniş kartının nömrəsini, etibarlılıq müddətini və 3 rəqəmli CVC kodunu daxil etməklə ödənişi həyata keçirir.

3.2.2. sorğunun qəbulu: sorğu bu Reqlamentin 2.4-cü yarımbəndində göstərilən internet ünvanlarının hər hansı birinə daxil olduğu gün qeydiyyata alınır və sorğunun qəbul edilməsi ilə bağlı istifadəçinin elektron poçtuna dərhal bildiriş göndərilir.

3.3. Elektron xidmətin göstərilməsi və ya imtina halları:

3.3.1. sorğunun yerinə yetirilməsindən imtina halları: fiziki və hüquqi şəxslər bu Reqlamentin 3.2.1-ci bəndində göstərilən məlumatları http://e-gov.az və ya http://e-xidmetler.economy.gov.az internet ünvanlarında açılan pəncərələrə düzgün daxil etmədikdə sorğunun yerinə yetirilməsindən imtina edilir. Sorğunun yerinə yetirilməsindən imtina istifadəçinin yenidən sorğu verməsinə maneə olmur.

3.3.2. sorğunun qəbulu: fiziki və hüquqi şəxslər bu reqlamentin 3.2.1-ci yarımbəndində göstərilən məlumatları düzgün daxil etdikdə sorğu qəbul olunur.

3.4. Sorğunun icrası:

3.4.1. ardıcıl hər bir inzibati əməliyyat, o cümlədən məsul şəxs haqqında məlumat: fiziki və hüquqi şəxslər bu Reqlamentin 2.4-cü bəndində göstərilən internet ünvanlarının hər hansı birinə daxil olur və açılan pəncərələrdə bu Reqlamentin 3.2.1-ci yarımbəndində göstərilən məlumatları doldurur. İnzibati cərimə və ya maliyyə sanksiyası avtomatik rejimdə ödənilir və onların ödənilməsi barədə istifadəçiyə bildiriş göndərilir. Nazirliyin Elektron idarəetmə şöbəsi tərəfindən dərhal inzibati cərimənin və ya maliyyə sanksiyasının ödənilməsi barədə məlumat aidiyyəti üzrə Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə və ya Nazirliyin Sahibkarlığın inkişafı siyasəti şöbəsinə göndərilir. Nazirliyin Elektron idarəetmə şöbəsinin müdiri bu elektron xidmətin yerinə yetirilməsi üzrə məsul şəxsdir;

3.4.2. Hər bir inzibati əməliyyatın məzmunu, yerinə yetirilmə müddəti və (və ya) maksimal yerinə yetirilmə müddəti: Fiziki və hüquqi şəxslər bu Reqlamentin 3.2.1-ci yarımbəndində göstərilən məlumatları bu Reqlamentin 2.4-cü bəndində göstərilən internet ünvanlarının hər hansı birində açılan pəncərələrdə doldurmaqla inzibati cəriməni və ya maliyyə sanksiyasını internet vasitəsilə ödəyir və bu barədə onlara avtomatik rejimdə bildiriş göndərilir. Nazirliyin Elektron idarəetmə şöbəsi tərəfindən fiziki və ya hüquqi şəxsin inzibati cəriməni və ya maliyyə sanksiyasını ödəməsi barədə məlumat aidiyyəti üzrə Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə və ya Nazirliyin Sahibkarlığın inkişafı siyasəti şöbəsinə göndərilir. Əməliyyatın icra müddəti onun informasiya sistemində emalı müddətindən asılıdır.

3.4.3. İnzibati əməliyyatda iştirak edən digər dövlət qurumu haqqında məlumat: yoxdur;[9]

3.4.4. hər bir inzibati prosedurun nəticəsi və onun verilmə qaydası: inzibati cərimə və ya maliyyə sanksiyası onlayn rejimdə ödənilir və istifadəçi bununla bağlı çıxarışı çap edir.

3.5. Elektron xidmətin yerinə yetirilməsinə nəzarət:

3.5.1. nəzarət forması: mütəmadi monitorinq;

3.5.2. nəzarət qaydası: elektron xidmətin göstərilməsi ilə bağlı baş vermiş nöqsanların araşdırılması.

3.6. Elektron xidmətin göstərilməsi üzrə mübahisələr:

3.6.1. istifadəçinin şikayət etmək hüququ haqqında məlumat: istifadəçilər elektron xidmətin göstərilməsi ilə bağlı onları razı salmayan istənilən məsələ barədə yuxarı səlahiyyətli orqana inzibati qaydada və (və ya) məhkəməyə şikayət edə bilərlər;

3.6.2. şikayətin əsaslandırılması və baxılması üçün lazım olan informasiya: şikayət kağız üzərində və elektron qaydada tərtib oluna bilər. Kağız üzərində şikayət Nazirliyin poçt ünvanına, elektron şikayət isə bu reqlamentin 2.5-ci bəndində göstərilən elektron poçt ünvanlarına göndərilməlidir. Şikayətdə vətəndaşın adı, atasının adı, soyadı, ünvanı, poçt və (və ya) elektron poçt ünvanı, yaxud işlədiyi yer göstərilməlidir;

3.6.3. şikayətin baxılma müddəti: şikayətə “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 78.1-ci maddəsində müəyyən olunmuş müddətdə baxılır.

 

 


 

İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       15 iyul 2014-cü il tarixli 5 nömrəli Azərbaycan Respublikası İqtisadiyyat və Sənaye Nazirliyi Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201407150005, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 25 iyul 2014-cü il)

2.       28 iyun 2016-cı il tarixli 6 nömrəli Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201606280006, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 13 iyul 2016-cı il)

  1. 14 fevral 2017-ci il tarixli 2 nömrəli Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201702140002, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 22 fevral 2017-ci il)
  2. 24 noyabr 2017-ci il tarixli 7 nömrəli Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201711240007, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 05 dekabr 2017-ci il)
  3. 11 oktyabr 2018-ci il tarixli 13 nömrəli Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201810110013, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 22 oktyabr 2018-ci il)

 

QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 24 noyabr 2017-ci il tarixli 7 nömrəli Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201711240007, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 05 dekabr 2017-ci il) ilə preambulasına “Dövlət orqanlarının” sözlərindən sonra “və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslərin” sözləri əlavə edilmişdir.

 

[2] 11 oktyabr 2018-ci il tarixli 13 nömrəli Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201810110013, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 22 oktyabr 2018-ci il) ilə Qərarın 1-ci hissəsi ləğv edilmişdir.

 

[3] 15 iyul 2014-cü il tarixli 5 nömrəli Azərbaycan Respublikası İqtisadiyyat və Sənaye Nazirliyi Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201407150005, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 25 iyul 2014-cü il) ilə “Avropa İttifaqı ölkələrinə yeyinti məhsullarının ixracı ilə məşğul olan istehsal və emal müəssisələrinə təsdiqedici kod nömrəsinin verilməsi üçün müraciətlərin və sənədlərin qəbulu haqqında inzibati reqlament”in 1.4-cü bəndində, 3.3.1-ci yarımbəndində və həmin reqlamentə əlavə olunmuş ərizə formasında “İqtisadi İnkişaf” sözləri “İqtisadiyyat və Sənaye” sözləri ilə əvəz edilmişdir.

 

28 iyun 2016-cı il tarixli 6 nömrəli Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201606280006, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 13 iyul 2016-cı il) ilə “Avropa İttifaqı ölkələrinə yeyinti məhsullarının ixracı ilə məşğul olan istehsal və emal müəssisələrinə təsdiqedici kod nömrəsinin verilməsi üçün müraciətlərin və sənədlərin qəbulu haqqında inzibati reqlament”in 1.4-cü bəndindən, 3.3.1-ci yarımbəndindən və həmin reqlamentə əlavə olunmuş ərizə formasından “və Sənaye” sözləri çıxarılmışdır.

 

[4] 24 noyabr 2017-ci il tarixli 7 nömrəli Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201711240007, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 05 dekabr 2017-ci il) ilə “Avropa İttifaqı ölkələrinə yeyinti məhsullarının ixracı ilə məşğul olan istehsal və emal müəssisələrinə təsdiqedici kod nömrəsinin verilməsi üçün müraciətlərin və sənədlərin qəbulu haqqında inzibati reqlament”in 3.3.3-cü yarımbənddə “dövlət orqanı” sözləri “dövlət qurumu” sözləri ilə əvəz edilmişdir.

[5] 24 noyabr 2017-ci il tarixli 7 nömrəli Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201711240007, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 05 dekabr 2017-ci il) ilə “Avropa İttifaqı ölkələrinə yeyinti məhsullarının ixracı ilə məşğul olan istehsal və emal müəssisələrinə təsdiqedici kod nömrəsinin verilməsi üçün müraciətlərin və sənədlərin qəbulu haqqında inzibati reqlament”in 3.3.1-ci və 3.4.2-ci yarımbəndlərdə “Dövlət hakimiyyəti orqanlarında, idarə, təşkilat və müəssisələrində” sözləri “Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında” sözləri ilə əvəz edilmişdir.

[6] 15 iyul 2014-cü il tarixli 5 nömrəli Azərbaycan Respublikası İqtisadiyyat və Sənaye Nazirliyi Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201407150005, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 25 iyul 2014-cü il) ilə “İnzibati cərimələrin və maliyyə sanksiyalarının internet vasitəsilə ödənilməsi haqqında inzibati reqlament”in 1.2-ci, 1.4-cü, 2.2-ci bəndlərində, 3.4.1-ci və 3.4.2-ci yarımbəndlərindəİqtisadi İnkişaf” sözləri “İqtisadiyyat və Sənaye” sözləri ilə əvəz edilmişdir.

 

28 iyun 2016-cı il tarixli 6 nömrəli Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201606280006, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 13 iyul 2016-cı il) ilə “İnzibati cərimələrin və maliyyə sanksiyalarının internet vasitəsilə ödənilməsi haqqında inzibati reqlament”in 1.2-ci, 1.4-cü, 2.2-ci bəndlərindən və 3.4.1-ci, 3.4.2-ci yarımbəndlərindən “və Sənaye” sözləri çıxarılmışdır.

 

[7] 14 fevral 2017-ci il tarixli 2 nömrəli Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201702140002, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 22 fevral 2017-ci il) ilə 1.3.1-ci yarımbənd yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

1.3.1. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 68-5-ci, 221.3-cü, 221.4-cü, 223-1.1-ci, 224-cü, 225-ci, 226-cı, 227-ci, 228.0.2-ci, 228.0.3-cü, 228.0.4-cü, 228.0.5-ci, 228.0.7-ci, 228.0.13-cü, 231-ci, 231-1-ci və 323.2-ci maddələri;

 

[8] 14 fevral 2017-ci il tarixli 2 nömrəli Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201702140002, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 22 fevral 2017-ci il) ilə 1.3.5-ci yarımbənd yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

1.3.5. “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 29.08.2000-ci il tarixli, 389 nömrəli Fərmanının 2.25-ci, 2.26-cı, 3.28-ci, 3.36-cı, 3.40-cı və 3.70-ci bəndləri;

[9] 24 noyabr 2017-ci il tarixli 7 nömrəli Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201711240007, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 05 dekabr 2017-ci il) ilə “İnzibati cərimələrin və maliyyə sanksiyalarının internet vasitəsilə ödənilməsi haqqında inzibati reqlament”in 3.4.3-cü yarımbəndində “dövlət orqanı” sözləri “dövlət qurumu” sözləri ilə əvəz edilmişdir.

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status