![]() |
AZƏRBAYCAN RESPUBLİKASININ HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİ |
Aktın növü |
AZƏRBAYCAN RESPUBLİKASI İQTİSADİ İNKİŞAF NAZİRLİYİ KOLLEGİYASININ QƏRARI |
Qəbul edildiyi tarix |
17.04.2013 |
Qeydiyyat nömrəsi |
05 |
Adı |
Təsdiqedici sənəd formalarının təsdiq edilməsi haqqında |
Rəsmi dərc edildiyi mənbə |
|
Qüvvəyə minmə tarixi |
27.04.2013 |
Azərbaycan Respublikasının Vahid hüquqi təsnifatı üzrə indeks kodu |
120.010.000 |
Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi |
15201304170005 |
Hüquqi aktın Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix |
26.04.2013 |
“Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2012-ci il 21 dekabr tarixli 509-IVQD nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 29 dekabr tarixli, 802 nömrəli Fərmanının 4-cü hissəsinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 13 fevral tarixli, 363 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Mərkəzi icra hakimiyyəti orqanlarının Nümunəvi Əsasnaməsi”nin 17-1.2-ci və 2006-cı il 28 fevral tarixli, 504 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi haqqında Əsasnamə”nin 4.7-ci və 5.11-ci bəndlərini rəhbər tutaraq Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin kollegiyası
qərara alır:
1. “Sənaye, yaxud texnologiyalar parklarının rezidenti olan hüquqi şəxslər və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxslər tərəfindən texnika, texnoloji avadanlıqlar və qurğuların idxalına dair təsdiqedici sənəd” forması təsdiq edilsin (əlavə olunur).
2. “Sənaye, yaxud texnologiyalar parklarının idarəedici təşkilatı və ya operatoru tərəfindən texnika, texnoloji avadanlıqlar və qurğuların idxalına dair təsdiqedici sənəd” forması təsdiq edilsin (əlavə olunur).
3. Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin kollegiyasının 2013-cü il 23 fevral tarixli, 03 nömrəli Qərarı ləğv edilsin.
4. Hüquq şöbəsinin müdiri Anar Əliyevə tapşırılsın ki, bu Qərarın Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi məqsədi ilə 3 gün müddətində Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə göndərilməsi üçün zəruri tədbirlər görülməsini təmin etsin.
5. Bu Qərar Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinin elektron variantında dərc edildiyi gündən qüvvəyə minir.
6. Kollegiyanın məsul katibi, Ümumi şöbənin müdiri Rövşən Ataşova tapşırılsın ki, bu Qərarın surətinin göndərilmə siyahısına uyğun çatdırılmasını təmin etsin.
7. Bu qərarın icrasına nəzarəti öz üzərimdə saxlayıram.
Əsas: Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin kollegiyasının 17.04.2013-cü il tarixli iclasının 4 nömrəli protokolu.
Sədr,
İqtisadi inkişaf naziri Şahin Mustafayev
Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin kollegiyasının 2013-cü il 17 aprel tarixli, 05 nömrəli qərarı ilə təsdiq edilmişdir.
Forma
_______________________________________________________[1] səlahiyyətli orqanın adı
Sənaye, yaxud texnologiyalar parklarının rezidenti olan hüquqi şəxslər və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxslər tərəfindən texnika, texnoloji avadanlıqlar və qurğuların idxalına dair
TƏSDİQEDİCİ SƏNƏD
№ _____ Bakı şəhəri, ____ ___________ 20_____ il
Bu təsdiqedici sənəd verilir Azərbaycan Respublikası Prezidentinin ______ _______________________________ 20_____ il tarixli, ____ nömrəli Fərmanına / Sərəncamına əsasən yaradılmış ____________________________________________________ ____ _____________ 20_____ il tarixli, (sənaye, yaxud texnologiyalar parklarının adı)
___________ nömrəli qeydiyyat şəhadətnaməsi əsasında rezidenti olan __________________________ (hüquqi şəxsin tam adı və __________________________________________________________________________________________________ hüquqi ünvanı, fərdi sahibkarın soyadı, adı, atasının adı və ünvanı, VÖEN)
və təsdiq edir ki, aşağıdakı siyahıda göstərilmiş texnika, texnoloji avadanlıqlar və qurğular həmin rezident tərəfindən ___________________________________________________________________________________________________ (sənaye, yaxud texnologiyalar parklarında istehsal sahələrinin _______________________________________________________________________________________ məqsədilə tikintisi, elmi tədqiqat və təcrübə-konstruktor işlərinin görülməsi və istehsal məqsədləri göstərilir)
Azərbaycan Respublikasına idxal edilir.
Bu təsdiqedici sənəd müvafiq gömrük orqanına təqdim edilmək üçün verilir.
M.Y. |
Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin kollegiyasının 2013-cü il 17 aprel tarixli, 05 nömrəli qərarı ilə təsdiq edilmişdir.
Forma
_______________________________________________________[2] səlahiyyətli orqanın adı
Sənaye, yaxud texnologiyalar parklarının idarəedici təşkilatı və ya operatoru tərəfindən texnika, texnoloji avadanlıqlar və qurğuların idxalına dair
TƏSDİQEDİCİ SƏNƏD
№ _____ Bakı şəhəri, ____ ___________ 20_____ il
Bu təsdiqedici sənəd verilir Azərbaycan Respublikası Prezidentinin ________ _______________________ 20_____ il tarixli, ____ nömrəli Fərmanına / Sərəncamına əsasən yaradılmış ________________________________________________ idarəedici təşkilatı / operatoru olan (sənaye, yaxud texnologiyalar parklarının adı)
__________________________________________________________________________________________________ (idarəedici təşkilatın / operatorun adı, hüquqi ünvanı və VÖEN-i)
və təsdiq edir ki, aşağıdakı siyahıda göstərilmiş texnika, texnoloji avadanlıqlar və qurğular həmin idarəedici təşkilat / operator tərəfindən _________________________________________________ (sənaye, yaxud texnologiyalar parklarının __________________________________________________________________________________________________ infrastrukturunun, istehsal sahələrinin yaradılması və tikintisi, habelə elmi tədqiqat və təcrübə-konstruktor
_____________________________________________ məqsədilə Azərbaycan Respublikasına idxal edilir. işlərinin görülməsi məqsədləri göstərilir)
Bu təsdiqedici sənəd müvafiq gömrük orqanına təqdim edilmək üçün verilir.
M.Y. |
İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI
1. 15 iyul 2014-cü il tarixli 5 nömrəli Azərbaycan Respublikası İqtisadiyyat və Sənaye Nazirliyi Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201407150005, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 25 iyul 2014-cü il)
- 22 yanvar 2015-ci il tarixli 3 nömrəli Azərbaycan Respublikası İqtisadiyyat və Sənaye Nazirliyi Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201501221003, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 4 fevral 2015-ci il)
QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI
[1] 15 iyul 2014-cü il tarixli 5 nömrəli Azərbaycan Respublikası İqtisadiyyat və Sənaye Nazirliyi Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201407150005, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 25 iyul 2014-cü il) ilə “Sənaye, yaxud texnologiyalar parklarının rezidenti olan hüquqi şəxslər və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxslər tərəfindən texnika, texnoloji avadanlıqlar və qurğuların idxalına dair təsdiqedici sənəd” formasında “İqtisadi İnkişaf” sözləri “İqtisadiyyat və Sənaye” sözləri ilə əvəz edilmişdir.
22 yanvar 2015-ci il tarixli 3 nömrəli Azərbaycan Respublikası İqtisadiyyat və Sənaye Nazirliyi Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201501221003, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 4 fevral 2015-ci il) ilə “Sənaye, yaxud texnologiyalar parklarının rezidenti olan hüquqi şəxslər və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxslər tərəfindən texnika, texnoloji avadanlıqlar və qurğuların idxalına dair təsdiqedici sənəd” formasında “Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi” sözləri “_____________________________ səlahiyyətli orqanın adı” sözləri ilə əvəz edilmişdir.
[2] 15 iyul 2014-cü il tarixli 5 nömrəli Azərbaycan Respublikası İqtisadiyyat və Sənaye Nazirliyi Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201407150005, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 25 iyul 2014-cü il) ilə “Sənaye, yaxud texnologiyalar parklarının idarəedici təşkilatı və ya operatoru tərəfindən texnika, texnoloji avadanlıqlar və qurğuların idxalına dair təsdiqedici sənəd” formasında “İqtisadi İnkişaf” sözləri “İqtisadiyyat və Sənaye” sözləri ilə əvəz edilmişdir.
22 yanvar 2015-ci il tarixli 3 nömrəli Azərbaycan Respublikası İqtisadiyyat və Sənaye Nazirliyi Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201501221003, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 4 fevral 2015-ci il) ilə “Sənaye, yaxud texnologiyalar parklarının idarəedici təşkilatı və ya operatoru tərəfindən texnika, texnoloji avadanlıqlar və qurğuların idxalına dair təsdiqedici sənəd” formasında “Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi” sözləri “_______________________________səlahiyyətli orqanın adı” sözləri ilə əvəz edilmişdir.