×
E-QANUN
FREE
OPEN
AKTIN NÖVÜ
Dövlət Dəniz Administrasiyası
QƏBUL EDİLDİYİ TARİX
27.02.2013
QEYDİYYAT NÖMRƏSİ
Q/01
ADI
"Gəminin səfərə çıxa bilməsi üçün heyətin minimal tərkibi haqqında Əsasnamə"nin və “Azərbaycan Respublikasının nəqliyyat donanması gəmilərində heyət üzvlərinin sertifikatlaşdırılması haqqında Əsasnamə" nin təsdiq edilməsi barədə
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
QÜVVƏYƏ MİNMƏ TARİXİ
13.03.2013
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
010.180.080
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
15201302270001
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
12.03.2013
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

AZƏRBAYCAN RESPUBLİKASI DÖVLƏT DƏNİZ ADMİNİSTRASİYASININ

KOLLEGİYASININ QƏRARI

 

Q/01

 

Bakı şəhəri                                                                                         27 fevral 2013-cü il

 

“Gəminin səfərə çıxa bilməsi üçün heyətin minimal tərkibi haqqında Əsasnamə”nin və “Azərbaycan Respublikasının nəqliyyat donanması gəmilərində heyət üzvlərinin sertifikatlaşdırılması haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə

 

Dövlət Dəniz Administrasiyasının Kollegiyası qərara alır:

1. “Gəminin səfərə çıxa bilməsi üçün heyətin minimal tərkibi haqqında Əsasnamə”nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyasının 26 avqust 2010-cu il tarixli, I/15 nömrəli Əmri qüvvədən düşmüş hesab edilsin.

2. “Azərbaycan Respublikasının nəqliyyat donanması gəmilərində heyət üzvlərinin sertifikatlaşdırılması haqqında Əsasnamə”nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyasının 26 avqust 2010-cu il tarixli, I/16 nömrəli Əmri qüvvədən düşmüş hesab edilsin.

3. “Gəminin səfərə çıxa bilməsi üçün heyətin minimal tərkibi haqqında Əsasnamə” təsdiq edilsin.

4. “Azərbaycan Respublikasının nəqliyyat donanması gəmilərində heyət üzvlərinin sertifikatlaşdırılması haqqında Əsasnamə” təsdiq edilsin.

 

Sədr                                                                                         Qüdrət Qurbanov

 

 


 

 

Azərbaycan Respublikası Dövlət Dəniz Administrasiyasının Kollegiyasının 2013-cü il 27 fevral tarixli Q/01 nömrəli Qərarı ilə təsdiq edilmişdir

 

Gəminin səfərə çıxa bilməsi üçün heyətin minimal tərkibi haqqında

 

ƏSASNAMƏ

 

1. Bu əsasnamə Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 20 aprel tarixli, 395 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyası haqqında Əsasnamə”nin 8.36-cı bəndinə və Beynəlxalq Dəniz Təşkilatının 25 noyabr 1999-cu il tarixli A890(21) Qətnaməsinə uyğun olaraq hazırlanmışdır və Azərbaycan Respublikasının dövlət bayrağı altında üzən gəmilərin (kiçik həcmli gəmilər, hərbi gəmilər, yardımçı hərbi gəmilər və dövlət mülkiyyətində olan və ya dövlət tərəfindən istismar olunan və yalnız qeyri-kommersiya hökumət xidməti üçün istifadə edilən gəmilər, habelə dövlət mülkiyyətində olan qeyri-kommersiya yüklər istisna olmaqla) səfərə çıxması üçün heyət üzvlərinin minimal tərkibinin təsdiq edilməsi qaydalarını müəyyən edir. [1]

2. Gəminin səfərə çıxa bilməsi üçün heyətin minimal tərkibinin müəyyən edilməsinin əsas məqsədi gəmi səfərə çıxarkən gəminin təhlükəsiz istismar olunması, insan həyatının mühafizəsi, dəniz mühitinin qorunması və həmçinin qəza hallarında kifayət edəcək sayda və ixtisasda mütəxəssislərin olmasını təmin etməkdir.

3. Gəminin səfərə çıxması üçün heyət üzvlərinin minimal tərkibi gəmi sahibinin ərizəsi əsasında Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Dövlət Dəniz və Liman Agentliyi (bundan sonra – Agentlik) tərəfindən rəsmiləşdirilərək təsdiq edilir. [2]

4. Agentlik tərəfindən, gəmi sahibinin təqdim etdiyi gəminin səfərə çıxması üçün heyət üzvlərinin minimal tərkibinin müəyyən olunması barədə ərizənin bu Əsasnamədə nəzərdə tutulmuş tələblərə uyğun olması yoxlanıldıqdan və gəminin təhlükəsiz istismar edilməsinin, ümumi təhlükəsizliyinin və dəniz mühitinin qorunmasının təmin edilməsi baxımından məqsədəmüvafiqliyi barədə qərar qəbul edildikdən sonra gəminin səfərə çıxması üçün heyət üzvlərinin minimal tərkibi təsdiq edilir və “Gəminin səfərə çıxması üçün heyət üzvlərinin minimal tərkibi haqqında Şəhadətnamə” (1 saylı əlavə) 15 iş günü müddətində gəmi sahibinə təqdim olunur. [3]

5. Gəminin səfərə çıxması üçün gəmi heyət üzvlərinin minimal tərkibinin müəyyən edilməsi ilə bağlı gəmi sahibi tərəfindən verilən ərizədə aşağıdakılar öz əksini tapmalıdır:

5.1. Gəmi heyətinin minimal tərkibi və heyət üzvlərinin sayı, ixtisas və səlahiyyətləri baxımından gəminin təhlükəsiz istismar olunması, ümumi təhlükəsizliyin təmin edilməsi, dəniz mühitinin qorunması və qəza hallarının aradan qaldırılmasına kifayət etməsi barədə məlumat;

5.2. Kapitanın, kapitanın növbə üzrə köməkçilərinin və gəmi heyətinin digər üzvlərinin öz vəzifələrinin icrası və gəminin təhlükəsizliyi ilə əlaqədar işlərə cəlb edilməsi, iş və istirahət saatları ilə əlaqədar müvafiq qanunvericiliyin tələblərinə riayət olunması barədə məlumat.

6. Gəminin səfərə çıxması üçün heyətin minimal tərkibi müəyyən edilərkən Beynəlxalq Dəniz Təşkilatının, Beynəlxalq Əmək Təşkilatının, Beynəlxalq Səhiyyə Təşkilatının, Beynəlxalq Telekommunikasiya İttifaqının aidiyyəti normativ aktları ilə yanaşı, aşağıda göstərilənlər də nəzərə alınmalıdır:

6.1. “Dənizçilərin hazırlanmasına, onlara diplom verilməsinə və növbə çəkməyə dair Beynəlxalq Konvensiya”nın VIII/2 Qaydasının tələblərinə uyğun olaraq kapitan körpüsündə, maşın şöbəsində, radio şöbəsində növbəçəkmənin təşkilinin və həmçinin gəmiyə ümumi nəzarətin təmin edilməsi;

6.2. gəminin ölçüsü və növü;

6.3. mühərrik və köməkçi mexanizmlərin sayı, ölçüsü və növü;

6.4. gəminin quruluşu və avadanlıqları;

6.5. istifadə olunan texniki xidmət metodu;

6.6. yükün səfərdə təhlükəsiz daşınılmasının təminatı;

6.7. gəminin limana vaxtaşırı gəlməsi, həyata keçirilməli səfərlərin müddəti və xarakteri;

6.8. gəminin üzmə rayonu və istismar şərtləri;

6.9. gəmidə həyata keçirilən təlimlərin əhatə dairəsi;

6.10. tətbiq olunan iş və istirahət saatlarının miqdarı;

6.11. gəminin təsdiq olunmuş Gəmi və liman vasitələrinin mühafizəsinə dair təhlükəsizlik planının müddəaları;

6.12. səfərin təhlükəsiz həyata keçirilməsinin planlaşdırılması;

6.13. gəmi sürücülüyü təhlükəsizliyinin “Dənizçilərin hazırlanmasına, onlara diplom verilməsinə və növbə çəkməyə dair Beynəlxalq Konvensiya”nın tələblərinə uyğun olaraq təmin edilməsi;

6.14. bütün vəziyyətlərdə gəminin manevr edilməsi və idarə olunması;

6.15. gəminin yanalma körpüsünə təhlükəsiz bağlanması və açılması;

6.16. gəmidə daşınılmalı yükün təhlükəsiz yüklənməsinin, saxlanılmasının, bərkidilməsinin, səfər ərzində qorunulmasının və boşaldılmasının planlaşdırılması, nəzarətdə saxlanılması və təmin edilməsi;

6.17. gəmidə bütün şəxslərin təhlükəsizliyinin təmin olunması və xilasetmə, yanğın, eləcə də digər təhlükəsizlik sistemlərinin işlək vəziyyətdə saxlanılması;

6.18. gəmidə bütün sukeçirməyən qapı və s. bu kimi hissələrin istismar edilməsi və onların işlək vəziyyətdə saxlanılması;

6.19. gəmidə həyəcan siqnalı cədvəlinə uyğun olaraq bütün şəxslərin gəmidəki toplantı yerinə yığılması və gəminin tərk edilməsi üzrə əməliyyatların müvafiq qaydada icra edilməsi;

6.20. dəniz mühitinin qorunulmasını təmin etmək üçün vəziyyətdən asılı olaraq əməliyyatların həyata keçirilməsi;

6.21. gəmidə tibbi yardım göstərilməsi;

6.22. gəminin təhlükəsiz istismarı və ümumi təhlükəsizliyi üçün tələb olunan inzibati işlərin yerinə yetirilməsi;

6.23. gəminin mühərrik və köməkçi mexanizmlərinin işə salınması, nəzarətdə saxlanılması və həmin mexanizmlərin istismar göstəricilərinin qiymətləndirilməsi;

6.24. Dənizçilərin hazırlanmasına, onlara diplom verilməsinə və növbə çəkməyə dair Beynəlxalq Konvensiyanın tələblərinə uyğun olaraq təhlükəsiz texniki nəzarətin təmin edilməsi;

6.25. yanacaq və ballast əməliyyatlarının idarə və icra edilməsi;

6.26. gəminin elektrik və elektron avadanlıqlarının istismar edilməsi;

6.27. gəminin elektrik və elektron sistemlərinin işlək vəziyyətdə olmasının təmin olunması;

6.28. gəminin radio avadanlıqlarından istifadə edərək məlumatların ötürülməsi və qəbul olunması;

6.29. Beynəlxalq Telekommunikasiya İttifaqının “Radioəlaqələr haqqında Təlimatı”nın və “Dənizdə insan həyatının mühafizəsinə dair Beynəlxalq Konvensiya”nın tələblərinə uyğun olaraq təhlükəsiz efir nəzarətinin təmin olunması;

6.30. qəza vəziyyətlərində radioəlaqə xidmətlərinin təmin edilməsi;

6.31. gəminin maşın şöbəsinin, avadanlıqlarının və sistemlərinin təmir edilməsi, eləcə də onlara texniki xidmət göstərilməsi;

6.32. gəmi dənizdə olarkən onun texniki təhlükəsizlik funksiyalarının idarə olunması;

6.33. kapitan tərəfindən müntəzəm 3 növbəli iş rejiminin tətbiq edilməməsini mümkün edəcək ixtisaslı kapitan köməkçilərinin olması;

6.34. baş mexanik tərəfindən müntəzəm 3 növbəli iş rejiminin tətbiq olunmamasını mümkün edəcək ixtisaslı mexaniklərin olması;

6.35. gəmidə qüvvədə olan peşə sağlamlığı və əmək gigiyenası standartlarının tətbiq edilməsinin təmin olunması;

6.36. tələbata uyğun olaraq gəmidə bütün şəxslərin müvafiq ərzaq məhsulları və içməli su ilə təmin edilməsi;

6.37. gəmidə dənizçilər üçün ayrılan iş və istirahət saatlarının miqdarı nəzərə alınmaqla, ən yüksək iş yükü situasiyaları və şəraitlərində tələb olunan ixtisaslı və digər personalın sayı;

6.38. kapitanın və gəmi heyətinin gəminin təhlükəsiz istismar edilməsi, ümumi təhlükəsizliyin təmin olunması və dəniz mühitinin qorunması üçün tələb olunan işləri koordinasiya etmək bacarığı.

7. Ərizədə göstərilmiş məlumatlar gəminin səfərə çıxması üçün heyət üzvlərinin minimal tərkibinin müəyyən edilməsinə kifayət etmədikdə Agentliyin tələbi əsasında gəmi sahibi tərəfindən əlavə məlumatlar təqdim edilməlidir.

8. Ərizədə məlumatlar tam göstərilmədikdə və ya həmin məlumatlarda yanlışlıqlar olduqda, ərizə Agentlik tərəfindən 7 iş günü müddətində imtinanın səbəbi göstərilməklə gəmi sahibinə qaytarılır və müvafiq düzəlişlər gəmi sahibi tərəfindən nəzərə alındıqdan sonra yenidən ərizə ilə Agentli müraciət edilir.

9. Ərizəyə təkrar baxılması bu Əsasnamə ilə müəyyən edilmiş qaydada həyata keçirilir.

10. Gəminin təsnifatı, üzmə rayonu, mühərriklərinin tipi və ya növü, gəminin istismar və xidmət şərtləri dəyişildikdə, eləcə də gəminin konstruksiyasında əsaslı dəyişikliklər edildikdə əvvəl verilmiş “Gəminin səfərə çıxması üçün heyət üzvlərinin minimal tərkibi haqqında Şəhadətnamə” etibarsız hesab edilir və gəmi sahibi tərəfindən gəminin səfərə çıxması üçün heyət üzvlərinin minimal tərkibinin müəyyən olunması, habelə yeni Şəhadətnamənin əldə edilməsi məqsədilə bu Əsasnamədə nəzərdə tutulmuş qaydada Agentli müraciət olunmalıdır.

11. Gəmi sahibləri gəminin heyət üzvləri ilə komplektləşdirilməsi zamanı Agentlik tərəfindən müəyyən olunmuş gəminin səfərə çıxması üçün heyət üzvlərinin minimal tərkibi ilə əlaqədar tələblərə riayət etməyə borcludurlar.

 


[4]

Text

Description automatically generated

 

A picture containing diagram

Description automatically generated

 

 


 

 

Azərbaycan Respublikası Dövlət Dəniz Administrasiyasının Kollegiyasının 2013-cü il 27 fevral tarixli Q/01 nömrəli Qərarı ilə təsdiq edilmişdir

 

Azərbaycan Respublikasının nəqliyyat donanması gəmilərində heyət üzvlərinin sertifikatlaşdırılması haqqında

 

ƏSASNAMƏ

 

1. Ümumi müddəalar

 

1.1. “Azərbaycan Respublikasının nəqliyyat donanması gəmilərində heyət üzvlərinin sertifikatlaşdırılması haqqında Əsasnamə” (bundan sonra – “Əsasnamə”) Azərbaycan Respublikasının Ticarət Gəmiçiliyi Məcəlləsinə (bundan sonra - TGM), “Dənizçilərin hazırlanmasına, onlara diplom verilməsinə və növbə çəkməyə dair” Beynəlxalq Konvensiyaya, Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 20 aprel tarixli, 395 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyası haqqında Əsasnamə”nin 8.36-cı bəndinə və digər qanunvericilik aktlarına əsasən hazırlanmışdır və Azərbaycan Respublikasının nəqliyyat donanması gəmilərində heyət üzvlərinin sertifikatlaşdırılmasına dair qaydaları müəyyən edir. [5]

1.2. Azərbaycan Respublikasının nəqliyyat donanması gəmilərində heyət üzvlərinə sertifikatlar (diplomlar), xüsusi hazırlıq şəhadətnamələri və təsdiqnamələr onların gəmidə üzmə stajı, yaşı, sağlamlıq vəziyyəti, peşə və xüsusi hazırlığı müvafiq tələblərə uyğun olduqda və ixtisas komissiyaları tərəfindən biliklərinin yoxlanmasının nəticələrinə əsasən Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Dövlət Dəniz və Liman Agentliyi (bundan sonra – Agentlik) tərəfindən verilir. [6]

1.3. Azərbaycan Respublikası nəqliyyat donanması gəmilərində heyət üzvlərinin hazırlanması sahəsində fəaliyyət göstərən tədris müəssisələri Agentlik tərəfindən verilmiş həmin tədris müəssisələrində ixtisas üzrə tədrisin “Dənizçilərin hazırlanmasına, onlara diplom verilməsinə və növbə çəkməyə dair” Beynəlxalq Konvensiyanın tələblərinə uyğun həyata keçirilməsinə dair şəhadətnaməyə malik olmalıdırlar. Şəhadətnamə 5 il müddətinə verilir və arxa hissəsində tədris müəssisəsinin hər il ara yoxlamalarından keçməsi barədə qeyd aparılır. [7]

1.4. Dənizçilərin hazırlanmasına dair, ixtisas hazırlıqları və xüsusi hazırlıqlar üzrə kurs proqramları Agentlik tərəfindən təsdiq edilir.

1.5. Azərbaycan Respublikasının nəqliyyat donanması gəmilərində komandir heyətinin sertifikatları (diplomları) belə sertifikatların müəyyən edilmiş tələblərə uyğun verilməsi barədə Agentlik tərəfindən verilmiş sertifikatın (diplomun) ayrılmaz hissəsi olan təsdiqnamələr olduqda etibarlı hesab edilir.

1.6. Sertifikatlarına (diplomlarına) uyğun olaraq əmək funksiyasını yerinə yetirərkən gəmi heyəti üzvlərinin hərəkətləri (hərəkətsizliyi) və ya səriştəsizlikləri nəticəsində birbaşa insan həyatına, dənizdə əmlakın saxlanılmasına və ya dəniz mühitinə zərər vurulduqda və ya belə təhlükə yarandıqda, habelə sənəd saxtakarlığı halı aşkar edildikdə Agentlik sertifikatları (diplomlar) geri götürmə, ləğv etmə və ya onların qüvvədə olma müddətini dayandırma hüququna malikdir.

1.7. Azərbaycan Respublikasının nəqliyyat donanması gəmilərinin heyət üzvlərinə sertifikatlar (diplomlar) 5 il müddətinə verilir.

Etibarlılıq müddəti bitmiş sertifikatların (diplomların) yenisi ilə əvəz edilməsi üçün komandir heyəti üzvləri təkmilləşdirmə kurslarını bitirməli, Agentlik tərəfindən bilik və bacarıqları imtahan vasitəsilə yoxlanılmalıdır. Təkmilləşdirmə kurslarını müvəffəqiyyətlə bitirən şəxslərin imtahandan azad olunması məsələsi təqdimat əsasında Agentliyin İdarə Heyətinin sədri tərəfindən həll edilir. [8]

Sıravi heyət üzvlərinin etibarlılıq müddəti bitmiş sertifikatlarının (diplomların) yenisi ilə əvəz edilməsi üçün təkmilləşdirmə kurslarını bitirmələri tələb edilmir və bu heyət üzvlərinə yalnız bilik və bacarıqları imtahan vasitəsilə yoxlanıldıqdan sonra Agentlik tərəfindən yeni sertifikatlar (diplomlar) təqdim edilir.

1.8. Gəmi heyəti üzvləri sertifikatlaşdırılmaya dair tələblərdə göstərilmiş xüsusi hazırlıq kurslarından əlavə işlədiyi gəminin tipindən və təyinatından asılı olaraq əlavə xüsusi hazırlıq kurslarını keçməlidirlər.

1.9. “Dənizçilərin hazırlanmasına, onlara diplom verilməsinə və növbə çəkməyə dair” Beynəlxalq Konvensiyaya əsasən gəmi heyət üzvlərinin bilik və bacarıqları aşağıdakı səviyyələrdə müvafiq funksiyalara uyğun olmalıdır.

 

Səviyyələr:

1. İdarəetmə səviyyəsi

2. İstismar səviyyəsi

3. Köməkçi səviyyəsi

 

Funksiyalar:

1. Gəmi sürücülüyü

2. Yük əməliyyatları və yerləşdirilməsi

3. Gəmi əməliyyatlarının idarə edilməsi və insanlara qayğı

4. Gəminin mexaniki qurğuları

5. Elektrik avadanlıqları, elektron aparatlar və idarəetmə sistemləri

6. Texniki xidmət və təmir

7. Radio-rabitə

 

1.10. Dənizçi kapitan, kapitanın böyük (baş) köməkçisi, böyük mexanik, ikinci mexanik, vəzifələrində işləmək üçün “Dənizçilərin hazırlanmasına, onlara diplom verilməsinə və növbə çəkməyə dair” Beynəlxalq Konvensiyada müəyyən edilmiş hallarda gəmi sürücülüyü, yük əməliyyatları və yerləşdirilməsi, gəmi əməliyyatlarının idarə edilməsi və insanlara qayğı, gəminin mexaniki qurğuları, elektrik avadanlıqları, elektron aparatlar və idarəetmə sistemləri, texniki xidmət və təmir, radio-rabitə istiqamətləri üzrə idarəetmə səviyyəsinə, digər komandir vəzifələrində işləmək üçün istismarçı səviyyəsinə, sıravi heyət üzvü qismində işləmək üçün isə köməkçi səviyyəsinə malik olmalıdır.

1.11. Gəmi kapitanları tərəfindən yalnız müvafiq sertifikatlara (diplomlara) və ya güzəştli icazəyə malik dənizçilər işə buraxılır.

1.12. Müstəsna hallarda insanların sağlamlığına, əmlaka və ya ətraf mühitə təhlükə olmadıqda Agentlik tərəfindən müvafiq vəzifədə işləməsi üçün zəruri sertifikata (diploma) malik olmayan dənizçiyə müəyyən gəmidə həmin vəzifəni tutmasına 6 aydan artıq olmayan müddətə güzəştli icazə verilir.

1.13. Hər hansı bir vəzifəni tutmaq üçün güzəştli icazə yalnız həmin vəzifədən bir pillə aşağı olan vəzifəni tutmaq üçün qanunvericiliklə müəyyən edilmiş qaydada verilmiş sertifikata (diploma) malik olan dənizçiyə verilir.

1.14. Kapitan və ya böyük mexanik vəzifəsinin tutulması üçün güzəştli icazə yalnız fors-major şəraitlərdə və yalnız qısa zaman üçün verilir.

1.15. Güzəştli icazədə göstərilmiş vəzifə ən qısa müddət ərzində həmin vəzifədə işləməyə hüquq verən müvafiq sertifikata (diploma) malik dənizçi tərəfindən tutulmalıdır.

1.16. Azərbaycan Respublikasının nəqliyyat donanması gəmilərinin heyət üzvləri müvafiq sertifikat (diplom) almaq üçün Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq fəaliyyət göstərən və Agentlik tərəfindən bəyənilmiş tibb müəssisələrində sağlamlıq vəziyyətlərinin “Dənizçilərin hazırlanmasına, onlara diplom verilməsinə və növbə çəkməyə dair ” Beynəlxalq Məcəllənin I Fəslinin A-I/9 maddəsinə, Beynəlxalq Əmək Təşkilatının (BƏT) müvafiq konvensiyalarının minimum tələblərinə uyğun olmasının yoxlanılması məqsədilə müayinədən keçməlidirlər.

1.17. Azərbaycan Respublikasının səlahiyyətli orqanları tərəfindən xarici gəmilərdə nəzarət proseduralarının aparılması zamanı digər dövlət tərəfindən verilmiş sertifikatların, təsdiqnamələrin əsasında onların sahibləri tərəfindən öz vəzifələrini yerinə yetirərkən göstərilmiş hərəkət və ya hərəkətsizlik, diqqətsizlik nəticəsində insan həyatına, əmlaka, dəniz mühitinə qarşı birbaşa təhlükənin yaranmasına səbəb olmuşsa və ya sertifikatların, onları təsdiq edən sənədlərin qanunsuz olaraq verilməsinin aşkar edildiyi hallarda Agentlik tərəfindən bayraq dövlətinə məlumat verməklə pozuntu faktı və dərəcəsi araşdırılır, araşdırmanın nəticəsinə uyğun olaraq müvafiq tədbirlərin görülməsi təmin edilir.

 

II. Sertifikatların (diplomların), xüsusi hazırlıq şəhadətnamələrinin və təsdiqnamələrin qeydiyyatının aparılması qaydası.

 

2.1. Azərbaycan Respublikasının nəqliyyat donanması gəmilərinin heyət üzvlərinə verilən sertifikatlar (diplomlar), xüsusi hazırlıq şəhadətnamələri, güzəştli icazələr və təsdiqnamələr Agentlik vəzifələr üzrə ayrı-ayrılıqda kağız və elektron formatda qeydiyyata alınır.

2.2. Azərbaycan Respublikasının nəqliyyat donanması gəmilərinin heyət üzvlərinə verilən sertifikatların (diplomlar), xüsusi hazırlıq şəhadətnamələrinin, güzəştli icazələrin və təsdiqnamələrin qeydiyyatı zamanı aşağıdakılar göstərilməlidir:

– dənizçinin adı, soyadı, atasının adı, cinsi, anadan olduğu tarix, ixtisası, tibbi şəhadətnamənin verildiyi son tarix;

– verilmiş sertifikatlar (diplomlar), xüsusi hazırlıq şəhadətnamələri, güzəştli icazələr və təsdiqnamələrin növü, nömrəsi, verildiyi tarix, etibarlılıq müddəti, itirilməsi, dayandırılması, yarasız vəziyyətdə olması, ləğv edilməsi;

– dənizçinin sertifikatında (diplomunda) göstərilmiş məhdudiyyət, funksiyalar və cavabdehlik səviyyəsi.

2.3. Azərbaycan Respublikasının nəqliyyat donanması gəmilərinin heyət üzvlərinə verilən sertifikatların (diplomlar), xüsusi hazırlıq şəhadətnamələrinin, güzəştli icazələrin və təsdiqnamələrin qeydiyyatı zamanı əldə edilən məlumatların yerləşdirilməsinə, eləcə də qorunub saxlanılmasına Agentliyin buna məsul olan əməkdaşları cavabdehlik daşıyırlar.

 

III. Sertifikatlaşdırılmaya dair tələblər.

 

3.1. Nəqliyyat donanması gəmilərinin heyət üzvlərinə verilən sertifikatlar (diplomlar) aşağıdakılardır:

3.1.1. Komandir heyəti üçün nəzərdə tutulan sertifikatlar (diplomlar):

3.1.1.1. Gəmi sürücüləri üzrə:

– Sahilboyu üzgüçülükdə istismar olunan və qross tonnajı (ümumi tutumu) 500-dən az olan gəmilərdə kapitanın növbə köməkçisi;

– Sahilboyu üzgüçülükdə istismar olunan və qross tonnajı (ümumi tutumu) 500-dən az olan gəmilərdə kapitan;

– Qross tonnajı (ümumi tutumu) 500 və çox olan gəmilərdə kapitanın növbə köməkçisi;

– Qross tonnajı (ümumi tutumu) 500-dən 3000-ə qədər olan gəmilərdə kapitanın böyük (baş) köməkçisi;

– Qross tonnajı (ümumi tutumu) 500-dən 3000-ə qədər olan gəmilərdə kapitan;

– Qross tonnajı (ümumi tutumu) 3000 və çox olan gəmilərdə kapitanın böyük (baş) köməkçisi;

– Qross tonnajı (ümumi tutumu) 3000 və çox olan gəmilərdə kapitan.

 

3.1.1.2. Gəmi mexanikləri üzrə:

– Baş mühərriklərinin ümumi gücü 750 kVt-dan az olan gəmilərdə növbə mexaniki;

– Baş mühərriklərinin ümumi gücü 750 kVt-dan az olan gəmilərdə böyük mexanik;

– Baş mühərriklərinin ümumi gücü 750 kVt və çox olan gəmilərdə növbə mexaniki;

– Baş mühərriklərinin ümumi gücü 750 kVt-dan 3000 kVt-a qədər olan gəmilərdə ikinci mexanik;

– Baş mühərriklərinin ümumi gücü 750 kVt-dan 3000 kVt-a qədər olan gəmilərdə böyük mexanik;

– Baş mühərriklərinin ümumi gücü 3000 kVt və çox olan gəmilərdə ikinci mexanik;

– Baş mühərriklərinin ümumi gücü 3000 kVt və çox olan gəmilərdə böyük mexanik;

3.1.1.3. Gəmi elektrik mexanikləri üzrə:

– Baş mühərriklərinin ümumi gücü 750 kVt və az olan gəmilərdə gəmi elektrik mexaniki;

– Baş mühərriklərinin ümumi gücü 750 kVt və çox olan gəmilərdə gəmi elektrik mexaniki.

3.1.1.4. Gəmi radio mütəxəssisləri üzrə:

– Qlobal dəniz fəlakət və əmniyyətli rabitə sisteminin məhdud rayon operatoru;

– Qlobal dəniz fəlakət və əmniyyətli rabitə sisteminin ümumi rayon operatoru;

– 2-ci dərəcəli gəmi radioelektroniki;

– 1-ci dərəcəli gəmi radioelektroniki;

– Gəmi radio operatoru.

 

3.1.1.5. Gəminin tibb mütəxəssisləri üzrə:

– Gəmi həkimi.

 

3.1.1.6. Gəminin yanğına qarşı avadanlıqları və yanğınla mübarizə üzrə:

– kapitanın yanğın təhlükəsizliyi üzrə köməkçisi.

 

3.1.1.7. Sərnişinlərlə bağlı məsələlər üzrə:

– Kapitanın sərnişin üzrə köməkçisi.

 

3.1.2. Sıravi heyət üzvləri üçün sertifikatlar (diplomlar):

 

– növbə matrosu;

– ixtisaslaşmış matros;

– bosman;

– növbə motorçusu;

– ixtisaslaşmış motorçu;

– gəmi elektriki;

– gəmi aşpazı;

– gəmi kran operatoru;

– gəmi kranmeysteri ;

– donkerman;

– stüard (bufetçi, xidmətçi, sərnişin gəmilərində bort baxıcısı, ofisiant, növbətçi v.s.)

– gəmi çilingəri;

– gəmi qaynaqçısı;

– gəmi tornaçısı.

 

3.1.3. Xüsusi hazırlıq kursları və şəhadətnamələri:

 

1. Neft və kimyəvi maddələr daşıyan tankerlərdə yük əməliyyatlarına dair ilkin hazırlıq və kvalifikasiya;

2. Neft tankerlərinin yük əməliyyatına dair geniş proqram üzrə hazırlıq;

3. Kimyəvi maddə daşıyan tankerlərdə yük əməliyyatlarına dair geniş proqram üzrə hazırlıq;

4. İzdihamın idarə olunması üzrə hazırlıq;

5. Sərnişinlərə bilavasitə xidmət göstərən heyət üzvləri üçün təhlükəsizlik üzrə hazırlıq;

6. Böhran zamanı idarəetmə və insan davranışı üzrə hazırlıq;

7. Ro-Ro sərnişin gəmilərinin heyəti üçün hazırlıq və kvalifikasiya;

8. Gəmi mühafizəsi üzrə məsul şəxs;

9. Gəminin mühafizəsi üzrə müəyyən edilmiş vəzifələrə malik şəxslərin hazırlığı;

10. Gəminin mühafizəsi üzrə ümumi hazırlıq və təlimat;

11. Yanğınla mübarizə geniş proqram üzrə;

12. Təhlükəli və zərərli yüklərin daşınması;

13. Sürətli olmayan xilasedici qayıq və sallar üzrə mütəxəssis;

14. Gəmidə tibbi nəzarət;

15. Gəmidə ilk tibbi yardım;

16. Bütün dənizçilər üçün təhlükəsizlik üzrə tanışlıq, ilkin hazırlıq və təlimat;

17. Əmniyyətli idarəetmə haqqında beynəlxalq məcəllə;

18. Radar, avtomatik radar müşahidə vasitələri, kapitan körpüsü komandası və axtarış-xilasetmə (İdarəetmə səviyyəsində);

19. Radar müşahidəsi və təsviri, avtomatik radar müşahidəsi vasitələrinin istismarı (istismar səviyyəsində);

20. Qlobal dəniz fəlakət və əmniyyətli rabitə sisteminin məhdud rayon operatoru;

21. Qlobal dəniz fəlakət və əmniyyətli rabitə sisteminin ümumi rayon operatoru;

22. Qlobal dəniz fəlakət və əmniyyətli rabitə sisteminin ümumi rayon operatoru;(Qısaldılmış Baza Kurs Proqramı)

23. Gəmi radio operatoru;

24. Gəmi dizel energetik qurğularının istismarına dair trenajor;

25. Gəmi qazanalizatorları və onların istismarı;

26. Sürətli xilasetmə qayıq mütəxəssisi;

27. Gəminin idarə olunması və manevr edilməsi;

28. Kapitan körpüsü komandası və növbə çəkmənin təşkili;

29. İnert qaz sistemi;

30. Xam neftlə yuyulma sistemi;

31. Elektron xəritə displeyinin və informasiya sistemlərinin istismar qaydaları;

32. Həvəskar dənizçi;

33. Gəmi əmniyyətliliyi üzrə məsul şəxs;

34. Gəmi dayanıqlığı;

35. Liman vasitələrinin mühafizəsi üzrə məsul şəxs;

36. Komandir heyəti üçün ixtisasartırma kursları;

37. Komandir heyəti üçün təkmilləşdirmə kursları.

 

3.2. Sahilboyu üzgüçülükdə istismar olunan qross tonnajı (ümumi tutumu) 500-dən az olan gəmilərdə kapitanın növbə köməkçisi sertifikatının (diplomunun) verilməsi üçün tələblər:

 

3.2.1. Yaşı 18-dən az olmamalıdır;

3.2.2. Agentlik tərəfindən təsdiq edilmiş proqram əsasında müvafiq kursları bitirməli və naviqasiya növbəsi çəkən sıravi heyət üzvü qismində 12 aydan az olmayan üzmə stajına malik olmalıdır;

3.2.3. Aşağıda göstərilən xüsusi hazırlıq kurslarını müvəffəqiyyətlə bitirməlidir:

– Radar müşahidəsi və təsviri, avtomatik radar müşahidəsi vasitələrinin istismarı (istismar səviyyəsində);

– Bütün dənizçilər üçün təhlükəsizlik üzrə tanışlıq, ilkin hazırlıq və təlimat;

– Sürətli olmayan xilasedici qayıq və sallar üzrə mütəxəssis;

– Gəmidə ilk tibbi yardım;

– Radioreqlamentə uyğun olaraq müvafiq kurslar.

3.2.4. Sağlamlıq vəziyyəti müvafiq vəzifəni tutmağa imkan verməlidir;

3.2.5. Dənizçinin ixtisas üzrə istismar səviyyəsində bilik və bacarığı ixtisas komissiyası tərəfindən kompüter testi və ya yazılı imtahan vasitəsilə yoxlanılmalıdır.

 

3.3. Sahilboyu üzgüçülükdə istismar olunan qross tonnajı (ümumi tutumu) 500-dən az olan gəmilərdə kapitan sertifikatının (diplomunun) verilməsi üçün tələblər:

 

3.3.1. Yaşı 20-dən az olmamalıdır;

3.3.2. Dəniz nəqliyyatı sahəsində müvafiq ixtisas üzrə təhsilə və ya Agentlik tərəfindən təsdiq edilmiş kursları bitirməsinə dair sənədə malik olmalıdır;

3.3.3. Qross tonnajı (ümumi tutumu) 500-dən az olan gəmilərdə kapitanın növbətçi köməkçisi vəzifəsində 24 aydan az olmayaraq üzmə stajına malik olmalıdır;

3.3.4. Aşağıda göstərilən xüsusi hazırlıq kurslarını müvəffəqiyyətlə bitirməlidir:

– Radar müşahidəsi və təsviri, avtomatik radar müşahidəsi vasitələrinin istismarı (istismar səviyyəsində);

– Bütün dənizçilər üçün təhlükəsizlik üzrə tanışlıq, ilkin hazırlıq və təlimat;

– Sürətli olmayan xilasedici qayıq və sallar üzrə mütəxəssis;

– Gəmidə ilk tibbi yardım;

– Radioreqlamentə uyğun olaraq müvafiq kurslar.

– Yanğınla mübarizə geniş proqram üzrə.

3.3.5. Sağlamlıq vəziyyəti müvafiq vəzifəni tutmağa imkan verməlidir;

3.3.6. Dənizçinin ixtisas üzrə idarəetmə səviyyəsində bilik və bacarığı ixtisas komissiyası tərəfindən kompüter testi və ya yazılı imtahan vasitəsilə yoxlanılmalıdır.

 

3.4. Qross tonnajı (ümumi tutumu) 500 və çox olan gəmilərdə kapitanın növbə köməkçisi sertifikatının (diplomunun) verilməsi üçün tələblər:

 

3.4.1. Yaşı 18-dən az olmamalıdır;

3.4.2. Dəniz nəqliyyatı sahəsində müvafiq ixtisas üzrə təhsilə, gəmilərdə naviqasiya növbəsi çəkən göyərtə heyəti tərkibində 6 aydan az olmamaq şərti ilə ümumilikdə 12 ay üzmə stajına malik olmalıdır;

3.4.3. Sağlamlıq vəziyyəti müvafiq vəzifəni tutmağa imkan verməlidir;

3.4.4. Aşağıda göstərilən xüsusi hazırlıq kurslarını müvəffəqiyyətlə bitirməlidir:

– Radar müşahidəsi və təsviri, avtomatik radar müşahidəsi vasitələrinin istismarı (istismar səviyyəsində);

– Bütün dənizçilər üçün təhlükəsizlik üzrə tanışlıq ilkin hazırlıq və təlimat;

– Sürətli olmayan xilasedici qayıq və sallar üzrə mütəxəssis;

– Gəmidə ilk tibbi yardım;

– Yanğınla mübarizə geniş proqram üzrə;

– Radioreqlamentə uyğun olaraq müvafiq kurslar;

Gəminin mühafizəsi üzrə müəyyən edilmiş vəzifələrə malik şəxslərin hazırlığı.

3.4.5. Dənizçinin ixtisas üzrə istismar səviyyəsində bilik və bacarığı ixtisas komissiyası tərəfindən kompüter testi və ya yazılı imtahan vasitəsilə yoxlanılmalıdır.

 

3.5. Qross tonnajı (ümumi tutumu) 500-dən 3000-ə qədər olan gəmilərdə kapitanın böyük (baş) köməkçisi sertifikatının (diplomunun) verilməsi üçün tələblər:

 

3.5.1. Yaşı 18-dən az olmamalıdır;

3.5.2. Dəniz nəqliyyatı sahəsində müvafiq ixtisas üzrə təhsilə, qross tonnajı (ümumi tutumu) 500 və çox olan gəmilərdə kapitanın növbə köməkçisi vəzifəsində 12 aydan az olmayaraq üzmə stajına malik olmalıdır;

3.5.3. Sağlamlıq vəziyyəti müvafiq vəzifəni tutmağa imkan verməlidir;

3.5.4. Aşağıda göstərilən xüsusi hazırlıq kurslarını müvəffəqiyyətlə bitirməlidir;

– Radar, avtomatik radar müşahidə vasitələri, kapitan körpüsü komandası və axtarış-xilasetmə (İdarəetmə səviyyəsində);

– Bütün dənizçilər üçün təhlükəsizlik üzrə tanışlıq, ilkin hazırlıq və təlimat;

– Sürətli olmayan xilasedici qayıq və sallar üzrə mütəxəssis;

– Gəmidə tibbi nəzarət;

– Gəmidə ilk tibbi yardım;

– Yanğınla mübarizə geniş proqram üzrə;

– Radioreqlamentə uyğun olaraq müvafiq kurslar;

Gəminin mühafizəsi üzrə müəyyən edilmiş vəzifələrə malik şəxslərin hazırlığı.

3.5.5. Dənizçinin ixtisas üzrə idarəetmə səviyyəsində bilik və bacarığı ixtisas komissiyası tərəfindən kompüter testi və ya yazılı imtahan vasitəsilə yoxlanılmalıdır.

 

3.6. Qross tonnajı (ümumi tutumu) 500-dən 3000-ə qədər olan gəmilərdə kapitan sertifikatının (diplomunun) verilməsi üçün tələblər:

 

3.6.1. Dəniz nəqliyyatı sahəsində müvafiq ixtisas üzrə təhsilə, qross tonnajı (ümumi tutumu) 500 və çox olan gəmilərdə kapitanın böyük (baş) köməkçisi vəzifəsində 24 aydan az olmayaraq üzmə stajına malik olmalıdır;

3.6.2. Sağlamlıq vəziyyəti müvafiq vəzifəni tutmağa imkan verməlidir;

3.6.3. Aşağıda göstərilən xüsusi hazırlıq kurslarını müvəffəqiyyətlə bitirməlidir:

– Radar, avtomatik radar müşahidə vasitələri, kapitan körpüsü komandası və axtarış-xilasetmə (İdarəetmə səviyyəsində);

– Bütün dənizçilər üçün təhlükəsizlik üzrə tanışlıq, ilkin hazırlıq və təlimat;

– Sürətli olmayan xilasedici qayıq və sallar üzrə mütəxəssis;

– Gəmidə tibbi nəzarət;

– Gəmidə ilk tibbi yardım;

– Yanğınla mübarizə geniş proqram üzrə;

– Radioreqlamentə uyğun olaraq müvafiq kurslar;

– Gəminin idarə olunması və manevr edilməsi;

– Kapitan körpüsü komandası və növbə çəkmənin təşkili;

Gəminin mühafizəsi üzrə müəyyən edilmiş vəzifələrə malik şəxslərin hazırlığı.

3.6.4. Dənizçinin ixtisas üzrə bilik və bacarığı idarəetmə səviyyəsində ixtisas komissiyası tərəfindən kompüter testi və ya yazılı imtahan vasitəsilə yoxlanılmalıdır.

 

3.7. Qross tonnajı (ümumi tutumu) 3000 və çox olan gəmilərdə kapitanın böyük (baş) köməkçisi sertifikatının (diplomunun) verilməsi üçün tələblər:

 

3.7.1. Dəniz nəqliyyatı sahəsində müvafiq ixtisas üzrə təhsilə, qross tonnajı (ümumi tutumu) 500 və çox olan gəmilərdə kapitanın növbə köməkçisi vəzifəsində 18 aydan az olmayaraq üzmə stajına malik olmalıdır;

3.7.2. Sağlamlıq vəziyyəti müvafiq vəzifəni tutmağa imkan verməlidir;

3.7.3. Aşağıda göstərilən xüsusi hazırlıq kurslarını müvəffəqiyyətlə bitirməlidir:

– Radar, avtomatik radar müşahidə vasitələri, kapitan körpüsü komandası və axtarış-xilasetmə (İdarəetmə səviyyəsində);

– Bütün dənizçilər üçün təhlükəsizlik üzrə tanışlıq, ilkin hazırlıq və təlimat;

– Sürətli olmayan xilasedici qayıq və sallar üzrə mütəxəssis;

– Gəmidə tibbi nəzarət;

– Gəmidə ilk tibbi yardım;

– Yanğınla mübarizə geniş proqram üzrə;

– Radioreqlamentə uyğun olaraq müvafiq kurslar;

– Gəminin idarə olunması və manevr edilməsi;

– Kapitan körpüsü komandası və növbə çəkmənin təşkili;

Gəminin mühafizəsi üzrə müəyyən edilmiş vəzifələrə malik şəxslərin hazırlığı.

3.7.4. Dənizçinin ixtisas üzrə idarəetmə səviyyəsində bilik və bacarığı ixtisas komissiyası tərəfindən kompüter testi və ya yazılı imtahan vasitəsilə yoxlanılmalıdır.

 

3.8. Qross tonnajı (ümumi tutumu) 3000 və çox olan gəmilərdə kapitan sertifikatının (diplomunun) verilməsi üçün tələblər:

 

3.8.1. Dəniz nəqliyyatı sahəsində müvafiq ixtisas üzrə təhsilə, qross tonnajı (ümumi tutumu) 500 və çox olan gəmilərdə kapitanın böyük (baş) köməkçisi vəzifəsində 24 aydan az olmayaraq üzmə stajına malik olmalıdır;

3.8.2. Sağlamlıq vəziyyəti müvafiq vəzifəni tutmağa imkan verməlidir;

3.8.3. Aşağıda göstərilən xüsusi hazırlıq kurslarını müvəffəqiyyətlə bitirməlidir:

– Radar, avtomatik radar müşahidə vasitələri, kapitan körpüsü komandası və axtarış-xilasetmə (İdarəetmə səviyyəsində);

– Bütün dənizçilər üçün təhlükəsizlik üzrə tanışlıq, ilkin hazırlıq və təlimat;

– Sürətli olmayan xilasedici qayıq və sallar üzrə mütəxəssis;

– Gəmidə tibbi nəzarət;

– Gəmidə ilk tibbi yardım;

– Yanğınla mübarizə geniş proqram üzrə;

– Radioreqlamentə uyğun olaraq müvafiq kurslar;

– Gəminin idarə olunması və manevr edilməsi;

– Kapitan körpüsü komandası və növbə çəkmənin təşkili.

3.8.4. Dənizçinin ixtisas üzrə idarəetmə səviyyəsində bilik və bacarığı ixtisas komissiyası tərəfindən kompüter testi və ya yazılı imtahan vasitəsilə yoxlanılmalıdır.

 

3.9. Baş mühərriklərinin ümumi gücü 750 kVt-dan az olan gəmilərdə növbə mexaniki sertifikatının (diplomunun)verilməsi üçün tələblər:

 

3.9.1. Yaşı 18-dən az olmamalıdır;

3.9.2. Agentlik tərəfindən təsdiq edilmiş proqram əsasında müvafiq kursları bitirməli və gəmilərdə maşın şöbəsi heyətinin tərkibində 12 aydan az olmayaraq üzmə stajına malik olmalıdır.

3.9.3. Sağlamlıq vəziyyəti müvafiq vəzifəni tutmağa imkan verməlidir;

3.9.4. Aşağıda göstərilən xüsusi hazırlıq kurslarını müvəffəqiyyətlə bitirməlidir:

– Bütün dənizçilər üçün təhlükəsizlik üzrə tanışlıq, ilkin hazırlıq və təlimat;

– Gəmidə ilk tibbi yardım;

– Yanğınla mübarizə geniş proqram üzrə;

– Sürətli olmayan xilasedici qayıq və sallar üzrə mütəxəssis.

3.9.5. Dənizçinin ixtisas üzrə istismar səviyyəsində bilik və bacarığı ixtisas komissiyası tərəfindən kompüter testi və ya yazılı imtahan vasitəsilə yoxlanılmalıdır.

 

3.10. Baş mühərriklərinin ümumi gücü 750 kVt-dan az olan gəmilərdə böyük mexanik sertifikatının (diplomunun) verilməsi üçün tələblər:

 

3.10.1. Agentlik tərəfindən təsdiq edilmiş proqram əsasında müvafiq kursları bitirməli və baş mühərriklərin ümumi gücü 750 kVt-dan az olan gəmilərdə növbə mexaniki vəzifəsində 24 aydan az olmayaraq üzmə stajına malik olmalıdır;

3.10.2. Sağlamlıq vəziyyəti müvafiq vəzifəni tutmağa imkan verməlidir;

3.10.3. Aşağıda göstərilən xüsusi hazırlıq kurslarını müvəffəqiyyətlə bitirməlidir:

– Bütün dənizçilər üçün təhlükəsizlik üzrə tanışlıq, ilkin hazırlıq və təlimat;

– Gəmidə ilk tibbi yardım;

– Yanğınla mübarizə geniş proqram üzrə;

– Sürətli olmayan xilasedici qayıq və sallar üzrə mütəxəssis.

3.10.4. Dənizçinin ixtisas üzrə idarəetmə səviyyəsində bilik və bacarığı ixtisas komissiyası tərəfindən kompüter testi və ya yazılı imtahan vasitəsilə yoxlanılmalıdır.

 

3.11. Baş mühərriklərinin ümumi gücü 750 kVt və çox olan gəmilərdə növbə mexaniki sertifikatının verilməsi üçün tələblər:

 

3.11.1. yaşı 18-dən az olmamalıdır;

3.11.2. müvafiq ixtisas üzrə təhsili olmalıdır;

3.11.3. Gəmilərdə maşın şöbəsində növbə çəkən heyətin tərkibində 6 aydan az olmayaraq üzmə stajına malik olmalıdır;

3.11.4. Sağlamlıq vəziyyəti müvafiq vəzifəni tutmağa imkan verməlidir;

3.11.5. Aşağıda göstərilən xüsusi hazırlıq kurslarını müvəffəqiyyətlə bitirməlidir:

– Bütün dənizçilər üçün təhlükəsizlik üzrə tanışlıq, ilkin hazırlıq və təlimat;

– Gəmidə ilk tibbi yardım;

– Yanğınla mübarizə geniş proqram üzrə;

– Sürətli olmayan xilasedici qayıq və sallar üzrə mütəxəssis;

Gəminin mühafizəsi üzrə müəyyən edilmiş vəzifələrə malik şəxslərin hazırlığı.

3.11.6. Dənizçinin ixtisas üzrə istismar səviyyəsində bilik və bacarığı ixtisas komissiyası tərəfindən kompüter testi və ya yazılı imtahan vasitəsilə yoxlanılmalıdır.

 

3.12. Baş mühərriklərinin ümumi gücü 750 kVt-dan 3000 kVt-dək olan gəmilərdə ikinci mexaniki sertifikatının (diplomunun) verilməsi üçün tələblər:

 

3.12.1. Müvafiq ixtisas üzrə təhsilə, eləcə də baş mühərriklərin ümumi gücü 750 kVt və çox olan gəmilərdə növbə mexaniki vəzifəsində 12 aydan az olmayaraq üzmə stajına malik olmalıdır;

3.12.2. Sağlamlıq vəziyyəti müvafiq vəzifəni tutmağa imkan verməlidir;

3.12.3. Aşağıda göstərilən xüsusi hazırlıq kurslarını müvəffəqiyyətlə bitirməlidir:

Bütün dənizçilər üçün təhlükəsizlik üzrə tanışlıq, ilkin hazırlıq və təlimat;

Gəmidə ilk tibbi yardım;

Yanğınla mübarizə geniş proqram üzrə;

Sürətli olmayan xilasedici qayıq və sallar üzrə mütəxəssis;

Gəminin mühafizəsi üzrə müəyyən edilmiş vəzifələrə malik şəxslərin hazırlığı.

3.12.4. Dənizçinin ixtisas üzrə idarəetmə səviyyəsində bilik və bacarığı ixtisas komissiyası tərəfindən kompüter testi və ya yazılı imtahan vasitəsilə yoxlanılmalıdır.

 

3.13. Baş mühərriklərinin ümumi gücü 750 kVt-dan 3000 kVt-dək olan gəmilərdə böyük mexanik sertifikatının (diplomunun) verilməsi üçün tələblər:

 

3.13.1. Müvafiq ixtisas üzrə təhsilə, eləcə də baş mühərriklərin ümumi gücü 750 kVt və çox olan gəmilərdə ikinci mexanik vəzifəsində 24 aydan az olmayaraq üzmə stajına malik olmalıdır;

3.13.2. Sağlamlıq vəziyyəti müvafiq vəzifəni tutmağa imkan verməlidir;

3.13.3. Aşağıda göstərilən xüsusi hazırlıq kurslarını müvəffəqiyyətlə bitirməlidir:

Bütün dənizçilər üçün təhlükəsizlik üzrə tanışlıq, ilkin hazırlıq və təlimat;

Gəmidə ilk tibbi yardım;

Yanğınla mübarizə geniş proqram üzrə;

Sürətli olmayan xilasedici qayıq və sallar üzrə mütəxəssis;

Gəminin mühafizəsi üzrə müəyyən edilmiş vəzifələrə malik şəxslərin hazırlığı.

3.13.4. Dənizçinin ixtisas üzrə idarəetmə səviyyəsində bilik və bacarığı ixtisas komissiyası tərəfindən kompüter testi və ya yazılı imtahan vasitəsilə yoxlanılmalıdır.

 

3.14. Baş mühərriklərinin ümumi gücü 3000 kVt və çox olan gəmilərdə ikinci mexanik sertifikatının (diplomunun) verilməsi üçün tələblər:

 

3.14.1. Sağlamlıq vəziyyəti müvafiq vəzifəni tutmağa imkan verməlidir;

3.14.2. Müvafiq ixtisas üzrə təhsilə, eləcə də baş mühərriklərin ümumi gücü 750 kVt və çox olan gəmilərdə növbətçi mexanik vəzifəsində 12 aydan az olmayaraq üzmə stajına malik olmalıdır;

3.14.3. Aşağıda göstərilən xüsusi hazırlıq kurslarını müvəffəqiyyətlə bitirməlidir:

Bütün dənizçilər üçün təhlükəsizlik üzrə tanışlıq, ilkin hazırlıq və təlimat;

Gəmidə ilk tibbi yardım;

Yanğınla mübarizə geniş proqram üzrə;

Sürətli olmayan xilasedici qayıq və sallar üzrə mütəxəssis;

Gəminin mühafizəsi üzrə müəyyən edilmiş vəzifələrə malik şəxslərin hazırlığı.

3.14.4. Dənizçinin ixtisas üzrə idarəetmə səviyyəsində bilik və bacarığı ixtisas komissiyası tərəfindən kompüter testi və ya yazılı imtahan vasitəsilə yoxlanılmalıdır.

 

3.15. Baş mühərriklərinin ümumi gücü 3000 kVt və çox olan gəmilərdə böyük mexanik sertifikatının (diplomunun) verilməsi üçün tələblər:

3.15.1. Müvafiq ixtisas üzrə təhsilə, eləcə də Baş mühərriklərin ümumi gücü 750 kVt və çox olan gəmilərdə ikinci mexanik vəzifəsində 24 aydan az olmayaraq üzmə stajına malik olmalıdır;

3.15.2. Sağlamlıq vəziyyəti müvafiq vəzifəni tutmağa imkan verməlidir;

3.15.3. Aşağıda göstərilən xüsusi hazırlıq kurslarını müvəffəqiyyətlə bitirməlidir:

Bütün dənizçilər üçün təhlükəsizlik üzrə tanışlıq, ilkin hazırlıq və təlimat;

Gəmidə ilk tibbi yardım;

Yanğınla mübarizə geniş proqram üzrə;

Sürətli olmayan xilasedici qayıq və sallar üzrə mütəxəssis;

Gəminin mühafizəsi üzrə müəyyən edilmiş vəzifələrə malik şəxslərin hazırlığı.

3.15.4. Dənizçinin ixtisas üzrə idarəetmə səviyyəsində bilik və bacarığı ixtisas komissiyası tərəfindən kompüter testi və ya yazılı imtahan vasitəsilə yoxlanılmalıdır.

 

3.16. Baş mühərriklərinin ümumi gücü gücü 750 kVt-dan az olan gəmilərdə elektrik-mexaniki sertifikatının (diplomunun) verilməsi üçün tələblər:

 

3.16.1. Yaşı 18-dən az olmamalıdır;

3.16.2. Sağlamlıq vəziyyəti müvafiq vəzifəni tutmağa imkan verməlidir;

3.16.3. Agentlik tərəfindən təsdiq edilmiş proqram əsasında müvafiq kursları bitirməli və gəmilərdə maşın şöbəsi heyətinin tərkibində 12 aydan az olmayaraq üzmə stajına malik olmalıdır.

3.16.4. Aşağıda göstərilən xüsusi hazırlıq kurslarını müvəffəqiyyətlə bitirməlidir:

Bütün dənizçilər üçün təhlükəsizlik üzrə tanışlıq, ilkin hazırlıq və təlimat;

Gəmidə ilk tibbi yardım;

Sürətli olmayan xilasedici qayıq və sallar üzrə mütəxəssis.

3.16.5. Dənizçinin ixtisas üzrə istismar səviyyəsində bilik və bacarığı ixtisas komissiyası tərəfindən kompüter testi və ya yazılı imtahan vasitəsilə yoxlanılmalıdır.

 

3.17. Baş mühərriklərinin ümumi gücü 750 kVt və çox olan gəmilərdə elektrik-mexaniki sertifikatının (diplomunun) verilməsi üçün tələblər:

 

3.17.1. Yaşı 18-dən az olmamalıdır;

3.17.2. Sağlamlıq vəziyyəti müvafiq vəzifəni tutmağa imkan verməlidir;

3.17.3. Müvafiq ixtisas üzrə təhsili olmalıdır;

3.17.4. Gəmilərdə maşın şöbəsi heyətinin tərkibində 6 aydan az olmayaraq üzmə stajına və 6 ay müvafiq təcrübi hazırlığa malik olmalıdır;

3.17.5. Aşağıda göstərilən xüsusi hazırlıq kurslarını müvəffəqiyyətlə bitirməlidir:

Bütün dənizçilər üçün təhlükəsizlik üzrə tanışlıq, ilkin hazırlıq və təlimat;

Gəmidə ilk tibbi yardım;

Yanğınla mübarizə geniş proqram üzrə;

Sürətli olmayan xilasedici qayıq və sallar üzrə mütəxəssis;

Gəminin mühafizəsi üzrə müəyyən edilmiş vəzifələrə malik şəxslərin hazırlığı.

3.17.6. Dənizçinin ixtisas üzrə istismar səviyyəsində bilik və bacarığı ixtisas komissiyası tərəfindən kompüter testi və ya yazılı imtahan vasitəsilə yoxlanılmalıdır.

 

3.18. Qlobal dəniz fəlakət və əmniyyətli rabitə sisteminin məhdud rayon operatoru sertifikatının (diplomunun) verilməsi üçün tələblər:

 

3.18.1. Sağlamlıq vəziyyəti müvafiq vəzifəni tutmağa imkan verməlidir;

3.18.2. Agentlik tərəfindən təsdiq edilmiş proqram əsasında “Qlobal dəniz fəlakət və əmniyyətli rabitə sisteminin məhdud rayon operatoru” kurslarının bitirilməsinə dair sənədə malik olmalıdır;

3.18.3. Aşağıda göstərilən xüsusi hazırlıq kurslarını müvəffəqiyyətlə bitirməlidir:

Bütün dənizçilər üçün təhlükəsizlik üzrə tanışlıq, ilkin hazırlıq və təlimat;

Sürətli olmayan xilasedici qayıq və sallar üzrə mütəxəssis;

Gəmidə ilk tibbi yardım;

3.18.4. Dənizçinin ixtisas üzrə istismar səviyyəsində bilik və bacarığı ixtisas komissiyası tərəfindən kompüter testi və ya yazılı imtahan vasitəsilə yoxlanılmalıdır.

 

3.19. Qlobal dəniz fəlakət və əmniyyətli rabitə sisteminin ümumi rayon operatoru sertifikatının (diplomunun) verilməsi üçün tələblər:

 

3.19.1. Sağlamlıq vəziyyəti müvafiq vəzifəni tutmağa imkan verməlidir;

3.19.2. Agentlik tərəfindən təsdiq edilmiş proqram əsasında “Qlobal dəniz fəlakət və əmniyyətli rabitə sisteminin ümumi rayon operatoru” kurslarının bitirilməsinə dair sənədə malik olmalıdır;

3.19.3. Aşağıda göstərilən xüsusi hazırlıq kurslarını müvəffəqiyyətlə bitirməlidir:

Bütün dənizçilər üçün təhlükəsizlik üzrə tanışlıq, ilkin hazırlıq və təlimat;

Sürətli olmayan xilasedici qayıq və sallar üzrə mütəxəssis;

Gəmidə ilk tibbi yardım;

3.19.4. Dənizçinin ixtisas üzrə istismar səviyyəsində bilik və bacarığı ixtisas komissiyası tərəfindən kompüter testi və ya yazılı imtahan vasitəsilə yoxlanılmalıdır.

 

3.20. İkinci dərəcəli gəmi radioelektroniki sertifikatının (diplomunun) verilməsi üçün tələblər:

 

3.20.1. Sağlamlıq vəziyyəti müvafiq vəzifəni tutmağa imkan verməlidir;

3.20.2. Müvafiq ixtisas üzrə təhsilə malik olmalıdır;

3.20.3. Aşağıda göstərilən xüsusi hazırlıq kurslarını müvəffəqiyyətlə bitirməlidir:

Bütün dənizçilər üçün təhlükəsizlik üzrə tanışlıq, ilkin hazırlıq və təlimat;

Gəmidə ilk tibbi yardım;

Sürətli olmayan xilasedici qayıq və sallar üzrə mütəxəssis;

Gəminin mühafizəsi üzrə müəyyən edilmiş vəzifələrə malik şəxslərin hazırlığı.

3.20.4. Dənizçinin ixtisas üzrə istismar səviyyəsində bilik və bacarığı ixtisas komissiyası tərəfindən kompüter testi və ya yazılı imtahan vasitəsilə yoxlanılmalıdır.

 

3.21. Birinci dərəcəli gəmi radioelektroniki sertifikatının (diplomunun) verilməsi üçün tələblər:

 

3.21.1. Sağlamlıq vəziyyəti müvafiq vəzifəni tutmağa imkan verməlidir;

3.21.2. Müvafiq ixtisas üzrə təhsilə malik olmalıdır;

3.21.3. İkinci dərəcəli gəmi radioelektronik diplomuna və bu ixtisas üzrə gəmi heyəti tərkibində 24 aydan az olmayaraq üzmə stajına malik olmalıdır;

3.21.4. Aşağıda göstərilən xüsusi hazırlıq kurslarını müvəffəqiyyətlə bitirməlidir:

Bütün dənizçilər üçün təhlükəsizlik üzrə tanışlıq, ilkin hazırlıq və təlimat;

Gəmidə ilk tibbi yardım;

Sürətli olmayan xilasedici qayıq və sallar üzrə mütəxəssis;

Gəminin mühafizəsi üzrə müəyyən edilmiş vəzifələrə malik şəxslərin hazırlığı.

3.21.5. Dənizçinin ixtisas üzrə idarəetmə səviyyəsində bilik və bacarığı ixtisas komissiyası tərəfindən kompüter testi və ya yazılı imtahan vasitəsilə yoxlanılmalıdır.

 

3.22. Gəmi radio operatoru sertifikatının (diplomunun) verilməsi üçün tələblər:

3.22.1. Yaşı 18-dən az olmamalıdır;

3.22.2. Sağlamlıq vəziyyəti müvafiq vəzifəni tutmağa imkan verməlidir;

3.22.3. Agentlik tərəfindən təsdiq edilmiş proqram əsasında “Gəmi radio operatoru” kurslarının bitirilməsinə dair sənədə malik olmalıdır;

3.22.4. aşağıda göstərilən xüsusi hazırlıq kurslarını müvəffəqiyyətlə bitirməlidir:

Bütün dənizçilər üçün təhlükəsizlik üzrə tanışlıq, ilkin hazırlıq və təlimat.

3.22.5. Dənizçinin ixtisas üzrə istismar səviyyəsində bilik və bacarığı ixtisas komissiyası tərəfindən kompüter testi və ya yazılı imtahan vasitəsilə yoxlanılmalıdır.

 

3.23. Gəmi həkimi sertifikatının (diplomunun) verilməsi üçün tələblər:

 

3.23.1. Yaşı 20-dən az olmamalıdır;

3.23.2. Sağlamlıq vəziyyəti müvafiq vəzifəni tutmağa imkan verməlidir;

3.23.3. Müvafiq təhsilə malik olmalıdır;

3.23.4. Aşağıda göstərilən xüsusi hazırlıq kurslarını müvəffəqiyyətlə bitirməlidir:

Bütün dənizçilər üçün təhlükəsizlik üzrə tanışlıq, ilkin hazırlıq və təlimat;

Gəmidə ilk tibbi yardım;

Gəmidə tibbi nəzarət;

Sürətli olmayan xilasedici qayıq və sallar üzrə mütəxəssis.

 

3.24. Kapitanın yanğın təhlükəsizliyi üzrə köməkçisi sertifikatının (diplomunun) verilməsi üçün tələblər:

 

3.24.1. Yaşı 20-dən az olmamalıdır;

3.24.2. Sağlamlıq vəziyyəti müvafiq vəzifəni tutmağa imkan verməlidir;

3.24.3. Müvafiq təhsilə və ya Agentlik tərəfindən təsdiq edilmiş proqram əsasında “Yanğın söndürmə üzrə kapitan köməkçiləri” kursunu bitirmiş, habelə qross tonnajı (ümumi tutumu) 500 və çox olan gəmilərdə kapitan, böyük (baş) köməkçi, növbə köməkçisi, böyük mexanik, ikinci mexanik, növbə mexaniki və bosman vəzifələrində ümumilikdə 5 il üzmə stajına malik olmalıdır;

3.24.4. Aşağıda göstərilən xüsusi hazırlıq kurslarını müvəffəqiyyətlə bitirməlidir:

Bütün dənizçilər üçün təhlükəsizlik üzrə tanışlıq, ilkin hazırlıq və təlimat;

Gəmidə ilk tibbi yardım;

Yanğınla mübarizə geniş proqram üzrə;

Sürətli olmayan xilasedici qayıq və sallar üzrə mütəxəssis;

İzdihamın idarə olunması üzrə hazırlıq;

Gəminin mühafizəsi üzrə müəyyən edilmiş vəzifələrə malik şəxslərin hazırlığı.

3.24.5. Dənizçinin ixtisas üzrə bilik və bacarığı ixtisas komissiyası tərəfindən kompüter testi və ya yazılı imtahan vasitəsilə yoxlanılmalıdır.

 

3.25. Kapitanın sərnişin üzrə köməkçisi sertifikatının (diplomunun) verilməsi üçün tələblər:

 

3.25.1. Yaşı 20-dən az olmamalıdır;

3.25.2. Sağlamlıq vəziyyəti müvafiq vəzifəni tutmağa imkan verməlidir;

3.25.3. Müvafiq dənizçilik təhsilinə və qross tonnajı (ümumi tutumu) 500 və çox olan gəmilərdə kapitan, kapitanın böyük (baş) köməkçi, növbə köməkçisi, böyük mexanik, ikinci mexanik, növbə mexaniki vəzifələrində ümumilikdə 5 il üzmə stajına malik olmalıdır;

3.25.4. Aşağıda göstərilən xüsusi hazırlıq kurslarını müvəffəqiyyətlə bitirməlidir:

Bütün dənizçilər üçün təhlükəsizlik üzrə tanışlıq, ilkin hazırlıq və təlimat;

Yanğınla mübarizə geniş proqram üzrə;

Gəmidə tibbi nəzarət;

Gəmidə ilk tibbi yardım;

Ro-Ro sərnişin gəmilərinin heyəti üçün hazırlıq və kvalifikasiya;

Sərnişinlərə bilavasitə xidmət göstərən heyət üzvləri üçün təhlükəsizlik üzrə hazırlıq;

Sürətli olmayan xilasedici qayıq və sallar üzrə mütəxəssis;

İzdihamın idarə olunması üzrə hazırlıq;

Gəminin mühafizəsi üzrə müəyyən edilmiş vəzifələrə malik şəxslərin hazırlığı.

 

3.25.5. Dənizçinin ixtisas üzrə bilik və bacarığı ixtisas komissiyası tərəfindən kompüter testi və ya yazılı imtahan vasitəsilə yoxlanılmalıdır.

 

3.26. Növbə matrosu sertifikatının (diplomunun) verilməsi üçün tələblər:

 

3.26.1. Yaşı 18-dən az olmamalıdır;

3.26.2. Sağlamlıq vəziyyəti müvafiq vəzifəni tutmağa imkan verməlidir;

3.26.3. Müvafiq təhsilə və 2 aydan az olmayaraq göyərtə heyəti tərkibində üzmə stajına və ya Agentlik tərəfindən təsdiq edilmiş proqram əsasında istehsalatda “növbə matrosu” kurslarının bitirilməsinə dair sənədə və 6 aydan az olmayaraq göyərtə heyəti tərkibində üzmə stajına malik olmalıdır;

3.26.4. Aşağıda göstərilən xüsusi hazırlıq kurslarını müvəffəqiyyətlə bitirməlidir:

Bütün dənizçilər üçün təhlükəsizlik üzrə tanışlıq, ilkin hazırlıq və təlimat;

Sürətli olmayan xilasedici qayıq və sallar üzrə mütəxəssis;

Gəminin Mühafizəsi üzrə ümumi hazırlıq və təlimat.

3.26.5. Dənizçinin ixtisas üzrə köməkçi səviyyəsində bilik və bacarığı ixtisas komissiyası tərəfindən kompüter testi və ya yazılı imtahan vasitəsilə yoxlanılmalıdır.

 

3.27. İxtisaslaşmış matros sertifikatının (diplomunun) verilməsi üçün tələblər:

 

3.27.1. Yaşı 18-dən az olmamalıdır;

3.27.2. Sağlamlıq vəziyyəti müvafiq vəzifəni tutmağa imkan verməlidir;

3.27.3. Müvafiq təhsilə və ya Agentlik tərəfindən təsdiq edilmiş proqram əsasında istehsalatda “növbə matrosu” kurslarının bitirilməsinə dair sənədə, eləcə də növbə matrosu vəzifəsində gəmi heyəti tərkibində 12 aydan az olmayaraq iş stajına malik olmalıdır;

3.27.4. Aşağıda göstərilən xüsusi hazırlıq kurslarını müvəffəqiyyətlə bitirməlidir:

Bütün dənizçilər üçün təhlükəsizlik üzrə tanışlıq, ilkin hazırlıq və təlimat;

Sürətli olmayan xilasedici qayıq və sallar üzrə mütəxəssis;

Gəminin mühafizəsi üzrə ümumi hazırlıq və təlimat.

3.27.5. Dənizçinin ixtisas üzrə köməkçi səviyyəsində bilik və bacarığı ixtisas komissiyası tərəfindən kompüter testi və ya yazılı imtahan vasitəsilə yoxlanılmalıdır.

 

3.28. Bosman sertifikatının (diplomunun) verilməsi üçün tələblər:

 

3.28.1. Yaşı 22-dən az olmamalıdır;

3.28.2. Sağlamlıq vəziyyəti müvafiq vəzifəni tutmağa imkan verməlidir;

3.28.3. Müvafiq təhsilə malik olmalı və ya Agentlik tərəfindən təsdiq edilmiş proqram əsasında istehsalatda “gəmi bosmanı” hazırlanması kurslarının bitirilməsinə dair sənədə, eləcə də gəmidə ixtisaslaşmış matros vəzifəsində 36 aydan az olmayaraq iş stajına malik olmalıdır;

3.28.4. Aşağıda göstərilən xüsusi hazırlıq kurslarını müvəffəqiyyətlə bitirməlidir:

– Bütün dənizçilər üçün təhlükəsizlik üzrə tanışlıq, ilkin hazırlıq və təlimat;

– Gəmidə ilk tibbi yardım;

– Yanğınla mübarizə geniş proqram üzrə;

– Sürətli olmayan xilasedici qayıq və sallar üzrə mütəxəssis;

– Gəminin mühafizəsi üzrə müəyyən edilmiş vəzifələrə malik şəxslərin hazırlığı.

3.28.5. Dənizçinin ixtisas üzrə bilik və bacarığı ixtisas komissiyası tərəfindən kompüter testi və ya yazılı imtahan vasitəsilə yoxlanılmalıdır.

 

3.29. Növbə motorçusu sertifikatının (diplomunun) verilməsi üçün tələblər:

 

3.29.1. Yaşı 18-dən az olmamalıdır;

3.29.2. Sağlamlıq vəziyyəti müvafiq vəzifəni tutmağa imkan verməlidir;

3.29.3. Müvafiq təhsilə və 2 aydan az olmayaraq maşın şöbəsinin heyəti tərkibində üzmə stajına və ya Agentlik tərəfindən təsdiq edilmiş proqram əsasında istehsalatda “növbə matorçusu” kurslarının bitirilməsinə dair sənədə və müvafiq olaraq 6 aydan az olmayaraq maşın şöbəsinin heyəti tərkibində üzmə stajına malik olmalıdır.

3.29.4. Aşağıda göstərilən xüsusi hazırlıq kurslarını müvəffəqiyyətlə bitirməlidir:

Bütün dənizçilər üçün təhlükəsizlik üzrə tanışlıq, ilkin hazırlıq və təlimat;

Sürətli olmayan xilasedici qayıq və sallar üzrə mütəxəssis;

Gəminin mühafizəsi üzrə ümumi hazırlıq və təlimat.

3.29.5. Dənizçinin ixtisas üzrə köməkçi səviyyəsində bilik və bacarığı ixtisas komissiyası tərəfindən kompüter testi və ya yazılı imtahan vasitəsilə yoxlanılmalıdır.

 

3.30. İxtisaslaşmış matorçu sertifikatının (diplomunun) verilməsi üçün tələblər:

 

3.30.1. Yaşı 18-dən az olmamalıdır;

3.30.2. Sağlamlıq vəziyyəti müvafiq vəzifəni tutmağa imkan verməlidir;

3.30.3. Müvafiq təhsilə və ya Agentlik tərəfindən təsdiq edilmiş proqram əsasında istehsalatda “növbə matorçusu” kurslarının bitirilməsinə dair sənədə, eləcə də növbə matorçusu vəzifəsində gəminin maşın şöbəsinin heyəti tərkibində 12 aydan az olmayaraq iş stajına malik olmalıdır;

3.30.4. Aşağıda göstərilən xüsusi hazırlıq kurslarını müvəffəqiyyətlə bitirməlidir:

Bütün dənizçilər üçün təhlükəsizlik üzrə tanışlıq, ilkin hazırlıq və təlimat;

Sürətli olmayan xilasedici qayıq və sallar üzrə mütəxəssis;

Gəminin mühafizəsi üzrə ümumi hazırlıq və təlimat.

3.30.5. Dənizçinin ixtisas üzrə köməkçi səviyyəsində bilik və bacarığı ixtisas komissiyası tərəfindən kompüter testi və ya yazılı imtahan vasitəsilə yoxlanılmalıdır.

 

3.31. Gəmi elektriki sertifikatının (diplomunun) verilməsi üçün tələblər:

 

3.31.1. Yaşı 18-dən az olmamalıdır;

3.31.2. Sağlamlıq vəziyyəti müvafiq vəzifəni tutmağa imkan verməlidir;

3.31.3. Müvafiq təhsilə və 3 aydan az olmayaraq üzmə stajına və yaxud Agentlik tərəfindən təsdiq edilmiş proqram əsasında istehsalatda “gəmi elektriki” kurslarının bitirilməsinə dair sənədə və 6 aydan az olmayaraq üzmə stajına malik olmalıdır;

3.31.4. Aşağıda göstərilən xüsusi hazırlıq kurslarını müvəffəqiyyətlə bitirməlidir:

– Bütün dənizçilər üçün təhlükəsizlik üzrə tanışlıq, ilkin hazırlıq və təlimat;

– Sürətli olmayan xilasedici qayıq və sallar üzrə mütəxəssis;

– Gəminin mühafizəsi üzrə ümumi hazırlıq və təlimat.

3.31.5. Dənizçinin ixtisas üzrə köməkçi səviyyəsində bilik və bacarığı ixtisas komissiyası tərəfindən kompüter testi və ya yazılı imtahan vasitəsilə yoxlanılmalıdır.

 

3.32. Gəmi aşpazı sertifikatının (diplomunun) verilməsi üçün tələblər:

 

3.32.1. Yaşı 18-dən az olmamalıdır;

3.32.2. Sağlamlıq vəziyyəti müvafiq vəzifəni tutmağa imkan verməlidir;

3.32.3. Müvafiq təhsilə, gəmidə peşəsi üzrə 2 aydan az olmayaraq üzmə stajına və yaxud Agentlik tərəfindən təsdiq edilmiş proqram əsasında istehsalatda “gəmi aşpazı” kurslarının bitirilməsinə dair sənədə və peşəsi üzrə 6 aydan az olmayaraq üzmə stajına malik olmalıdır;

3.32.4. Aşağıda göstərilən xüsusi hazırlıq kurslarını müvəffəqiyyətlə bitirməlidir:

Bütün dənizçilər üçün təhlükəsizlik üzrə tanışlıq, ilkin hazırlıq və təlimat;

Sürətli olmayan xilasedici qayıq və sallar üzrə mütəxəssis;

Gəminin mühafizəsi üzrə ümumi hazırlıq və təlimat.

3.32.5. Dənizçinin ixtisas üzrə bilik və bacarığı ixtisas komissiyası tərəfindən kompüter testi və ya yazılı imtahan vasitəsilə yoxlanılmalıdır.

 

3.33. Gəmi kran operatoru sertifikatının (diplomunun) verilməsi üçün tələblər:

 

3.33.1. Yaşı 18-dən az olmamalıdır;

3.33.2. Sağlamlıq vəziyyəti müvafiq vəzifəni tutmağa imkan verməlidir;

3.33.3. Müvafiq təhsilə, peşəsi üzrə 2 aydan az olmayaraq üzmə stajına və ya Agentlik tərəfindən təsdiq edilmiş proqram əsasında istehsalatda “gəmi krançısı” kurslarının bitirilməsinə dair sənədə və müvafiq peşə üzrə 6 aydan az olmayaraq üzmə stajına malik olmalıdır;

3.33.4. Aşağıda göstərilən xüsusi hazırlıq kurslarını müvəffəqiyyətlə bitirməlidir:

Bütün dənizçilər üçün təhlükəsizlik üzrə tanışlıq ilkin hazırlıq və təlimat;

Sürətli olmayan xilasedici qayıq və sallar üzrə mütəxəssis;

Gəminin mühafizəsi üzrə ümumi hazırlıq və təlimat.

3.33.5. Dənizçinin ixtisas üzrə bilik və bacarığı ixtisas komissiyası tərəfindən kompüter testi və ya yazılı imtahan vasitəsilə yoxlanılmalıdır.

3.34. Gəmi kranmeysteri sertifikatının (diplomunun) verilməsi üçün tələblər:

 

3.34.1. Yaşı 22-dən az olmamalıdır;

3.34.2. Sağlamlıq vəziyyəti müvafiq vəzifəni tutmağa imkan verməlidir;

3.34.3. Müvafiq təhsilə və ya Agentlik tərəfindən təsdiq edilmiş proqram əsasında istehsalatda “gəmi kranı operatoru” kurslarının bitirilməsinə dair sənədə, eləcə də gəmi kranı operatoru vəzifəsində 24 aydan az olmayaraq iş stajına malik olmalıdır;

3.34.4. Aşağıda göstərilən xüsusi hazırlıq kurslarını müvəffəqiyyətlə bitirməlidir:

Bütün dənizçilər üçün təhlükəsizlik üzrə tanışlıq ilkin hazırlıq və təlimat;

Sürətli olmayan xilasedici qayıq və sallar üzrə mütəxəssis;

Gəminin mühafizəsi üzrə müəyyən edilmiş vəzifələrə malik şəxslərin hazırlığı.

3.34.5. Dənizçinin ixtisas üzrə bilik və bacarığı ixtisas komissiyası tərəfindən kompüter testi və ya yazılı imtahan vasitəsilə yoxlanılmalıdır.

 

3.35. Donkerman sertifikatının (diplomunun) verilməsi üçün tələblər:

 

3.35.1. Yaşı 18-dən az olmamalıdır;

3.35.2. Sağlamlıq vəziyyəti müvafiq vəzifəni tutmağa imkan verməlidir;

3.35.3. Müvafiq təhsilə, neft tankerlərində peşəsi üzrə 3 aydan az olmayaraq yük əməliyyatlarında üzmə stajına və ya Agentlik tərəfindən təsdiq edilmiş proqram əsasında istehsalatda “Donkerman” kurslarının bitirilməsinə dair sənədə və müvafiq yük əməliyyatlarında 6 aydan az olmayaraq üzmə stajına malik olmalıdır;

3.35.4. Aşağıda göstərilən xüsusi hazırlıq kurslarını müvəffəqiyyətlə bitirməlidir:

Bütün dənizçilər üçün təhlükəsizlik üzrə tanışlıq ilkin hazırlıq və təlimat;

Sürətli olmayan xilasedici qayıq və sallar üzrə mütəxəssis;

Gəminin mühafizəsi üzrə ümumi hazırlıq və təlimat.

3.35.5. Dənizçinin ixtisas üzrə bilik və bacarığı ixtisas komissiyası tərəfindən kompüter testi və ya yazılı imtahan vasitəsilə yoxlanılmalıdır.

 

3.36. Stüard (bufetçi, xidmətçi, sərnişin gəmilərində bort baxıcısı, ofisiant, növbətçi v.s.) sertifikatının (diplomunun) verilməsi üçün tələblər:

 

3.36.1. Yaşı 18-dən az olmamalıdır;

3.36.2. Sağlamlıq vəziyyəti müvafiq vəzifəni tutmağa imkan verməlidir;

3.36.3. Müvafiq təhsilə malik olmalıdır;

3.36.4. Aşağıda göstərilən xüsusi hazırlıq kurslarını müvəffəqiyyətlə bitirməlidir:

Bütün dənizçilər üçün təhlükəsizlik üzrə tanışlıq ilkin hazırlıq və təlimat;

Sərnişinlərə bilavasitə xidmət göstərən heyət üzvləri üçün təhlükəsizlik üzrə hazırlıq;

Gəminin mühafizəsi üzrə ümumi hazırlıq və təlimat.

3.36.5. Dənizçinin ixtisas üzrə bilik və bacarığı ixtisas komissiyası tərəfindən kompüter testi və ya yazılı imtahan vasitəsilə yoxlanılmalıdır.

 

3.37. Gəmi tornaçısı sertifikatının (diplomunun) verilməsi üçün tələblər;

 

3.37.1. Yaşı 18-dən az olmamalıdır;

3.37.2. Sağlamlıq vəziyyəti müvafiq vəzifəni tutmağa imkan verməlidir;

3.37.3. Agentlik tərəfindən təsdiq edilmiş gəmi tornaçısının hazırlanması proqramına uyğun olaraq müvafiq təhsilə, müvafiq peşə üzrə 2 aydan az olmayaraq üzmə stajına və ya istehsalatda “gəmi tornaçısı” hazırlanması proqramına uyğun olaraq kursların bitirilməsinə dair müvafiq sənədə və müvafiq peşə üzrə 6 aydan az olmayaraq üzmə stajına malik olmalıdır;

3.37.4. Aşağıda göstərilən hazırlıq kurslarını müvəffəqiyyətlə bitirməlidir:

Bütün dənizçilər üçün təhlükəsizlik üzrə tanışlıq, ilkin hazırlıq və təlimat;

Sürətli olmayan xilasedici qayıq və sallar üzrə mütəxəssis;

Gəminin mühafizəsi üzrə ümumi hazırlıq və təlimat.

3.37.5. Dənizçinin ixtisas üzrə bilik və bacarığı ixtisas komissiyası tərəfindən kompüter testi və ya yazılı imtahan vasitəsilə yoxlanılmalıdır.

 

3.38.        Gəmi çilingəri sertifikatının (diplomunun) verilməsi üçün tələblər:

 

3.38.1. Yaşı 18-dən az olmamalıdır;

3.38.2. Sağlamlıq vəziyyəti müvafiq vəzifəni tutmağa imkan verməlidir;

3.38.3. Agentlik tərəfindən təsdiq edilmiş gəmi çilingərinin hazırlanması proqramına uyğun olaraq müvafiq təhsilə, peşəsi üzrə 2 aydan az olmayaraq müvafiq üzmə stajına və ya istehsalatda “gəmi çilingəri” hazırlanması proqramına uyğun olaraq kursların bitirilməsinə dair müvafiq sənədə və müvafiq peşə üzrə 6 aydan az olmayaraq üzmə stajına malik olmalıdır;

3.38.4. Aşağıda göstərilən hazırlıq kurslarını müvəffəqiyyətlə bitirməlidir:

Bütün dənizçilər üçün təhlükəsizlik üzrə tanışlıq, ilkin hazırlıq və təlimat;

Sürətli olmayan xilasedici qayıq və sallar üzrə mütəxəssis.

Gəminin mühafizəsi üzrə ümumi hazırlıq və təlimat.

3.38.5. Dənizçinin ixtisas üzrə bilik və bacarığı ixtisas komissiyası tərəfindən kompüter testi və ya yazılı imtahan vasitəsilə yoxlanılmalıdır.

 

3.39. Gəmi qaynaqçısı sertifikatının (diplomunun) verilməsi üçün tələblər:

 

3.39.1. Yaşı 18-dən az olmamalıdır;

3.39.2. Sağlamlıq vəziyyəti müvafiq vəzifəni tutmağa imkan verməlidir;

3.39.3. Agentlik tərəfindən təsdiq edilmiş gəmi qaynaqçısının hazırlanması proqramına uyğun olaraq kurs keçməlidir, gəmidə peşəsi üzrə 2 aydan az olmayaraq üzmə stajına və ya istehsalatda “gəmi qaynaqçısı” hazırlanması proqramına uyğun olaraq kursların bitirilməsinə dair müvafiq sənədə və müvafiq peşə üzrə 6 aydan az olmayaraq üzmə stajına malik olmalıdır;

3.39.4. Aşağıda göstərilən hazırlıq kurslarını müvəffəqiyyətlə bitirməlidir:

Bütün dənizçilər üçün təhlükəsizlik üzrə tanışlıq ilkin hazırlıq və təlimat;

Sürətli olmayan xilasedici qayıq və sallar üzrə mütəxəssis;

Gəminin mühafizəsi üzrə ümumi hazırlıq və təlimat.

3.39.5. Dənizçinin ixtisas üzrə bilik və bacarığı ixtisas komissiyası tərəfindən kompüter testi və ya yazılı imtahan vasitəsilə yoxlanılmalıdır.

 

IV. Xüsusi hazırlıq şəhadətnamələrinin verilməsi üçün tələblər:

 

4.1. Xüsusi hazırlıq şəhadətnamələri aşağıda göstərilən şəxslərə verilir:

a) Dənizçilik sahəsində fəaliyyət göstərən orqan, şirkət, təşkilat və müəssisə əməkdaşlarına;

b) Dənizçilərin hazırlanması sahəsində fəaliyyət göstərən tədris, təlim-tədris və təlim-məşq mərkəzlərinin əməkdaşlarına;

c) Nəqliyyat donanması gəmilərinin və özü hərəkət edən və ya etməyən üzən qazma qurğularının heyət üzvlərinə;

4.2. Xüsusi hazırlıq şəhadətnamələrini almaq istəyən namizəd aşağıdakı sənədləri təqdim etməlidir:

Şəxsiyyəti təsdiq edən sənəd və qanunvericiliklə müəyyən edilmiş qaydada təsdiq edilmiş surəti;

Sağlamlıq haqqında arayış;

Agentlik tərəfindən təsdiq edilmiş proqram əsasında müvafiq kursları müvəffəqiyyətlə bitirməsi haqqında sənəd (imtahan protokolu, tədris müəssisəsinin müvafiq əmri və s.);

Diplom və ya ixtisas şəhadətnaməsi və qanunvericiliklə müəyyən edilmiş qaydada təsdiq edilmiş surəti;

2 ədəd 3x4 ölçüdə fotoşəkil.

4.3. Dənizçinin xüsusi hazırlıq şəhadətnamələrini almaq üçün bilik və bacarığı imtahan vasitəsilə yoxlanılmalıdır.

 

V. Dənizçinin ixtisas üzrə müvafiq səviyyədə bilik və bacarığının qiymətləndirilməsi məqsədilə imtahanların keçirilməsi qaydası

 

5.1. Dənizçinin ixtisas üzrə müvafiq səviyyədə bilik və bacarığı Agentlik tərəfindən yaradılmış ixtisas komissiyası tərəfindən keçirilən yazılı və ya test imtahanı vasitəsilə yoxlanılır.

5.2. İxtisas komissiyası tərəfindən imtahanın keçirilməsi namizədin müraciət etdiyi gündən 1 ay müddətində həyata keçirilir.

5.3. İxtisas komissiyası tərəfindən imtahanın keçirilməsi zamanı Agentliyin İdarə Heyətinin sədrinin yazılı müraciətinə əsasən Azərbaycan Respublikasında dəniz nəqliyyatı sahəsində fəaliyyət göstərən təlim-tədris mərkəzlərinin texniki bazasından istifadə edilir. [9]

5.4. Müvafiq sertifikatı (diplomu) əldə etmək məqsədilə müraciət edən şəxs yalnız bu Əsasnamə ilə müəyyən edilmiş tələblərə uyğun gəlməsini təsdiq edən sənədləri Agentli təqdim etdikdən sonra imtahana buraxılır.

5.5. İmtahan sualları müvafiq mütəxəssislər tərəfindən hazırlanaraq ixtisas komissiyasının iclasında təsdiq edilir.

5.6. İmtahana buraxılarkən dənizçinin şəxsiyyəti dəqiqləşdirilməli, imtahanın aparılma qaydası və hüquqları izah edilməlidir.

5.7. Namizəd o zaman imtahanı müvəffəqiyyətlə keçmiş hesab edilir ki, o imtahan nəticəsində əldə etmək istədiyi sertifikat (diplom) üzrə vəzifələrin icrası zamanı dənizdə insan həyatına, gəmiyə, əmlaka, dəniz mühitinə ziyan vurulması hallarını istisna edən bacarığını nümayiş etdirmiş olsun.

5.8. İmtahanın nəticələri imtahan edənlərin və ixtisas komissiyasının sədri tərəfindən imzalanan imtahan protokolları ilə rəsmiləşdirilir.

5.9. İmtahanın nəticəsindən narazı qalan namizəd bununla bağlı Agentliyin İdarə Heyətinin sədri yazılı müraciət edir və 15 (on beş) gün müddətində Agentliyin İdarə Heyətinin sədri tərəfindən yaradılmış Apelyasiya Komissiyası tərəfindən həmin namizədin bilik və bacarığı kompüter testi və ya yazılı imtahan vasitəsilə yoxlanılaraq yekun qərar qəbul edilir.

 

VI. Dənizçinin xüsusi hazırlıq kursları üzrə müvafiq səviyyədə bilik və bacarığının qiymətləndirilməsi məqsədilə imtahanların keçirilməsi qaydası

 

Tədris-təlim, trenajor və digər hazırlıq mərkəzlərində dənizçilərin xüsusi hazırlığı üzrə müvafiq səviyyədə bilik və bacarığı Agentlik yaradılmış komissiya tərəfindən keçirilən yazılı və ya test imtahanı vasitəsilə yoxlanılır. [10]

Azərbaycan Respublikasının dəniz nəqliyyatı sahəsində fəaliyyət göstərən, dənizçilərin xüsusi hazırlığını həyata keçirən mərkəzlər tərəfindən hazırlanmış yekun imtahan prosedurları Agentlik tərəfindən təsdiqlənir.

Dinləyicilərin biliyinin yekun qiymətləndirilməsi Agentliyin “Dənizçilərin hazırlanmasına, onlara diplom verilməsinə və növbə çəkməyə dair Beynəlxalq Konvensiya”nın I/8 qaydasının tələblərinə müvafiq olaraq tətbiq edilən “Dənizçilərin biliyinin qiymətləndirilməsi” haqqında keyfiyyətin qiymətləndirilməsi sisteminə uyğun olaraq həyata keçirilməlidir.

Yekun test və ya yazılı imtahan tədris-təlim proqramı başa çatdıqdan sonra keçirilir.

 

VII. Azərbaycan Respublikası nəqliyyat donanması gəmilərində heyət üzvlərinin hazırlanması sahəsində fəaliyyət göstərən tədris müəssisələrində çalışan müəllim, təlimatçı, metodist və imtahan edənlərə dair tələblər.

 

7.1. Azərbaycan Respublikası nəqliyyat donanması gəmilərinin heyət üzvlərinin hazırlanması sahəsində fəaliyyət göstərən tədris müəssisələrində çalışan müəllim, təlimatçı, metodist və imtahan edənlər “Dənizçilərin hazırlanmasına, onlara diplom verilməsinə və növbə çəkməyə dair” Beynəlxalq Konvensiyanın tələblərinə uyğun olaraq dənizçilərin gəmidə və ya sahildə bilik və bacarıqlarının qiymətləndirilməsi, eləcə də hazırlığın müəyyən növləri və səviyyələri üzrə zəruri ixtisasa malik olmalıdırlar.

7.2. Azərbaycan Respublikası nəqliyyat donanması gəmilərinin heyət üzvlərinin hazırlanması sahəsində fəaliyyət göstərən tədris müəssisələrində çalışan müəllim, təlimatçı, metodist və imtahan edənlər vəzifəyə təyin edilərkən onların namizədliyi Agentlik ilə razılaşdırılmalıdır.

7.3. Müəllimlərə dair tələblər:

– Müvafiq ixtisas üzrə təhsil;

– Müvafiq ixtisas üzrə 3 ildən az olmayaraq üzmə stajı;

– Müvafiq ixtisas üzrə sertifikat (diplom);

– Tədris olunan fənn üzrə təlimatçı şəhadətnaməsi.

7.4. Təlimatçı, metodist və imtahan edənlərə dair tələblər:

– Müvafiq ixtisas üzrə təhsilə malik olmalıdır;

– Sertifikatına (diplomuna) əsasən gəmi sürücülüyü, yük əməliyyatları və yerləşdirilməsi, gəmi əməliyyatlarının idarə edilməsi, gəmi mexaniki qurğularının idarə edilməsi sahəsində idarəetmə səviyyəsinə və həmin sertifikat (diplom) üzrə 5 ildən az olmayaraq üzmə stajına malik olmalı, digər ixtisaslar üzrə isə əməliyyat (istismar) səviyyəsinə və həmin sertifikat (diplom) üzrə 3 ildən az olmayaraq üzmə stajına malik olmalıdır.

– Tədris olunan fənn üzrə təlimatçı şəhadətnaməsinə malik olmalıdırlar.

 

VIII. Hərbi-dənizçilik məktəbini bitirmiş və ehtiyatda olan dənizçilərin sertifikatlaşdırılmasına dair tələblər.

 

8.1. Gəmi sürücüləri üzrə:

8.1.1. Hərbi-dəniz tədris müəssisələrini gəmiçilik və gəmilərin hərəkətinin idarə olunması ixtisası üzrə bitirmiş, bu Əsasnamə ilə müəyyən edilmiş qross tonnajı (ümumi tutumu) 500 və çox olan nəqliyyat donanması gəmilərində kapitanın növbə köməkçisi sertifikatının (diplomunun) verilməsi üçün tələblərə cavab verən, gəmi komandiri və ya “DH-1 (Gəminin şturmanı) komandiri” komandiri vəzifəsində 24 aydan az olmayaraq üzmə stajına malik olan dənizçilərə qross tonnajı (ümumi tutumu) 500 və çox olan nəqliyyat donanması gəmilərində kapitanın növbə köməkçisi sertifikatı (diplomu) verilir. Qeyd edilən staja müdavim praktikası müddətində, habelə sıravi və kiçik komandir heyəti tərkibində üzmə stajı daxildir.

8.1.2. Hərbi-dəniz tədris müəssisələrini gəmiçilik və gəmilərin hərəkətinin idarə olunması ixtisası üzrə bitirmiş, bu Əsasnamə ilə müəyyən edilmiş qross tonnajı (ümumi tutumu) 500-dən 3000-ə qədər olan nəqliyyat donanması gəmilərində kapitanın böyük (baş) köməkçisi sertifikatının (diplomunun) verilməsi üçün tələblərə cavab verən, gəmi komandiri və ya “DH-1 (Gəminin şturmanı) komandiri” komandiri vəzifəsində 24 aydan az olmayaraq üzmə stajına malik olan dənizçilərə qross tonnajı (ümumi tutumu) 500-dən 3000-ə qədər olan nəqliyyat donanması gəmilərində kapitanın böyük köməkçisi sertifikatı (diplomu) verilir. Qeyd edilən staja müdavim praktikası müddətində, habelə sıravi və kiçik komandir heyəti tərkibində üzmə stajı daxil deyildir.

8.1.3. Hərbi-dəniz tədris müəssisələrini gəmiçilik və gəmilərin hərəkətinin idarə olunması ixtisası üzrə bitirmiş, bu Əsasnamə ilə müəyyən edilmiş qross tonnajı (ümumi tutumu) 500-dən 3000-ə qədər olan nəqliyyat donanması gəmilərində kapitan sertifikatının (diplomunun) verilməsi üçün tələblərə cavab verən, qross tonnajı (ümumi tutumu) 500-dən 3000-ə qədər olan nəqliyyat donanması gəmilərində kapitanın böyük (baş) köməkçisi vəzifəsində 24 aydan az olmayaraq üzmə stajına malik olan dənizçilərə qross tonnajı (ümumi tutumu) 500-dən 3000-ə qədər olan nəqliyyat donanması gəmilərində kapitan sertifikatı (diplomu) verilir.

8.1.4. Hərbi-dəniz tədris müəssisələrini gəmiçilik və gəmilərin hərəkətinin idarə olunması ixtisası üzrə bitirmiş, bu Əsasnamə ilə müəyyən edilmiş qross tonnajı (ümumi tutumu) 3000 və çox olan nəqliyyat donanması gəmilərində kapitanın böyük köməkçisi (baş) sertifikatının (diplomunun) verilməsi üçün tələblərə cavab verən, gəmi komandiri və ya “DH-1 (Gəminin şturmanı) komandiri” komandiri vəzifəsində 60 aydan az olmayaraq üzmə stajına malik olan dənizçilərə qross tonnajı (ümumi tutumu) 3000 və çox olan nəqliyyat donanması gəmilərində kapitanın böyük (baş) köməkçisi sertifikatı (diplomu) verilir. Qeyd edilən staja müdavim praktikası müddətində, habelə sıravi və kiçik komandir heyəti tərkibində üzmə stajı daxil deyildir.

8.1.5. Hərbi-dəniz tədris müəssisələrini gəmiçilik və gəmilərin hərəkətinin idarə olunması ixtisası üzrə bitirmiş, bu Əsasnamə ilə müəyyən edilmiş qross tonnajı (ümumi tutumu) 3000 və çox olan nəqliyyat donanması gəmilərində kapitan sertifikatının (diplomunun) verilməsi üçün tələblərə cavab verən, qross tonnajı (ümumi tutumu) 3000 və çox olan nəqliyyat donanması gəmilərində kapitanın böyük (baş) köməkçisi vəzifəsində 12 aydan az olmayaraq üzmə stajına malik olan dənizçilərə qross tonnajı (ümumi tutumu) və çox olan nəqliyyat donanması gəmilərində kapitan sertifikatı (diplomu) verilir.

8.2. Gəmi mexanikləri üzrə:

8.2.1. Hərbi-dəniz tədris müəssisələrini gəmi enerji avadanlıqları ixtisası üzrə bitirmiş, bu Əsasnamə ilə müəyyən edilmiş Baş mühərriklərinin ümumi gücü 750 kVt- və çox olan gəmilərdə növbə mexaniki sertifikatının (diplomunun) verilməsi üçün tələblərə cavab verən, DH-5 (elektromexanika döyüş hissəsinin) komandiri (gəminin mexaniki), divizion komandiri və ya motorçular qrupunun komandiri vəzifəsində 24 aydan az olmayaraq üzmə stajına malik olan dənizçilərə Baş mühərriklərinin ümumi gücü 750 kVt və çox olan gəmilərdə növbə mexaniki sertifikatı (diplomu) verilir. Qeyd edilən staja müdavim praktikası müddətində, habelə sıravi və kiçik komandir maşın heyəti tərkibində üzmə stajı daxildir.

8.2.2. Hərbi-dəniz tədris müəssisələrini gəmi enerji avadanlıqları ixtisası üzrə bitirmiş, bu Əsasnamə ilə müəyyən edilmiş Baş mühərriklərinin ümumi gücü 750 kVt-dan 3000 kVt-dək olan gəmilərdə ikinci mexanik sertifikatının (diplomunun) verilməsi üçün tələblərə cavab verən, DH-5 (elektromexanika döyüş hissəsinin) komandiri (gəminin mexaniki), divizion komandiri və ya motorçular qrupunun komandiri vəzifəsində 36 aydan az olmayaraq iş stajına malik olan dənizçilərə Baş mühərriklərinin ümumi gücü 750 kVt-dan 3000 kVt-dək olan gəmilərdə ikinci mexanik sertifikatı (diplomu) verilir. Qeyd edilən staja müdavim praktikası müddətində, habelə sıravi və kiçik komandir maşın heyəti tərkibində üzmə stajı daxil deyildir.

8.2.3. Hərbi-dəniz tədris müəssisələrini gəmi enerji avadanlıqları ixtisası üzrə bitirmiş, baş mühərriklərinin ümumi gücü 750 kVt-dan 3000 kVt-a qədər olan nəqliyyat donanması gəmilərində ikinci mexanik vəzifəsində 12 aydan az olmayaraq üzmə stajına malik olan dənizçilərə baş mühərriklərinin ümumi gücü 750 kVt-dan 3000 kVt-a qədər olan nəqliyyat donanması gəmilərində böyük mexanik sertifikatı (diplomu) verilir. Qeyd edilən staja müdavim praktikası müddətində, habelə sıravi və kiçik komandir maşın heyəti tərkibində üzmə stajı daxil deyildir.

8.2.4. Hərbi-dəniz tədris müəssisələrini gəmi enerji avadanlıqları ixtisası üzrə bitirmiş, bu Əsasnamə ilə müəyyən edilmiş Baş mühərriklərinin ümumi gücü 3000 kVt və çox olan gəmilərdə ikinci mexanik sertifikatının (diplomunun) verilməsi üçün tələblərə cavab verən, DH-5 (elektromexanika döyüş hissəsinin) komandiri (gəminin mexaniki),divizion komandiri və ya motorçular qrupunun komandiri vəzifəsində 48 aydan az olmayaraq iş stajına malik olan dənizçilərə Baş mühərriklərinin ümumi gücü 3000 kVt və çox olan gəmilərdə ikinci mexanik sertifikatı (diplomu) verilir. Qeyd edilən staja müdavim praktikası müddətində, habelə sıravi və kiçik komandir maşın heyəti tərkibində üzmə stajı daxil deyildir.

8.2.5. Hərbi-dəniz tədris müəssisələrini gəmi enerji avadanlıqları ixtisası üzrə bitirmiş, baş mühərriklərinin ümumi gücü 3000 kVt və çox olan nəqliyyat donanması gəmilərində ikinci mexanik vəzifəsində 12 aydan az olmayaraq üzmə stajına malik olan dənizçilərə baş mühərriklərinin ümumi gücü 3000 kVt və çox olan nəqliyyat donanması gəmilərində böyük mexanik sertifikatı (diplomu) verilir. Qeyd edilən staja müdavim praktikası müddətində, habelə sıravi və kiçik komandir maşın heyəti tərkibində üzmə stajı daxil deyildir.

8.3. Gəmi elektrik mexanikləri üzrə:

8.3.1. Hərbi-dəniz tədris müəssisələrini gəmi enerji avadanlıqları ixtisası üzrə bitirmiş, bu Əsasnamə ilə müəyyən edilmiş Baş mühərriklərinin ümumi gücü 750 kVt və çox olan gəmilərdə elektrik mexaniki sertifikatının (diplomunun) verilməsi üçün tələblərə cavab verən, DH-5 (elektromexanika döyüş hissəsinin) elektriklər divizionunun komandiri və ya elektriklərin qrup komandiri vəzifəsində 24 aydan az olmayaraq üzmə stajına malik olan dənizçilərə Baş mühərriklərinin ümumi gücü 750 kVt və çox olan gəmilərdə elektrik mexaniki sertifikatı (diplomu) verilir. Qeyd edilən staja müdavim praktikası müddətində, habelə sıravi və kiçik komandir maşın heyəti tərkibində üzmə stajı daxildir.

8.4. Gəmi radio-operatorları üzrə:

7.4.1. Hərbi-dəniz tədris müəssisələrini radiotexnika ixtisası üzrə bitirmiş, bu Əsasnamə ilə müəyyən edilmiş ikinci dərəcəli gəmi radio-operatoru sertifikatının (diplomunun) verilməsi üçün tələblərə cavab verən, DH-4 (rabitə döyüş hissəsi) komandiri və ya divizion mütəxəssisi vəzifəsində 24 aydan az olmayaraq üzmə stajına malik olan dənizçilərə ikinci dərəcəli gəmi radio-operatoru sertifikatı (diplomu) verilir. Qeyd edilən staja müdavim praktikası müddətində, habelə sıravi və kiçik komandir maşın heyəti tərkibində üzmə stajı daxildir.

8.4.2. Hərbi-dəniz tədris müəssisələrini radiotexnika ixtisası üzrə bitirmiş, ikinci dərəcəli gəmi radio-operatoru vəzifəsində 12 aydan az olmayaraq üzmə stajına malik olan dənizçilərə birinci dərəcəli gəmi radio operatoru sertifikatı (diplomu) verilir. Qeyd edilən staja müdavim praktikası müddətində, habelə sıravi və kiçik komandir maşın heyəti tərkibində üzmə stajı daxil deyildir.

7.5. Gəmi radioelektronikləri üzrə:

8.5.1. Hərbi-dəniz tədris müəssisələrini radioelekronik ixtisası üzrə bitirmiş, bu Əsasnamə ilə müəyyən edilmiş ikinci dərəcəli gəmi radioelektroniki sertifikatının (diplomunun) verilməsi üçün tələblərə cavab verən, DH-4 (rabitə döyüş hissəsi) komandiri və ya divizion mütəxəssisi vəzifəsində 24 aydan az olmayaraq üzmə stajına malik olan dənizçilərə ikinci dərəcəli gəmi radioelektroniki sertifikatı (diplomu) verilir. Qeyd edilən staja müdavim praktikası müddətində, habelə sıravi və kiçik komandir maşın heyəti tərkibində üzmə stajı daxildir.

8.5.2. Hərbi-dəniz tədris müəssisələrini radiotexnika ixtisası üzrə bitirmiş, ikinci dərəcəli gəmi radioelektroniki vəzifəsində 12 aydan az olmayaraq üzmə stajına malik olan dənizçilərə birinci dərəcəli gəmi radioelektroniki sertifikatı (diplomu) verilir. Qeyd edilən staja müdavim praktikası müddətində, habelə sıravi və kiçik komandir maşın heyəti tərkibində üzmə stajı daxil deyildir.

 

IX. Azərbaycan Respublikasının dövlət bayrağı altında üzən gəmilərdə gəmi heyəti üzvü vəzifəsində işləmək üçün əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin sertifikatlarına (diplomlarına) təsdiqnamələrin verilməsi

 

9.1. Azərbaycan Respublikasının nəqliyyat donanması gəmilərində gəmi heyəti üzvü vəzifəsində işləmək üçün əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin sertifikatlarına (diplomlar) təsdiqnamələrin verilməsi Agentlik tərəfindən müsahibə yolu ilə həyata keçirilir.

9.2. Azərbaycan Respublikasının nəqliyyat donanması gəmilərində gəmi heyəti üzvü vəzifəsində işləmək üçün əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin sertifikatlarına (diplomlar) təsdiqnamələr 15 iş günü müddətində verilir.

9.3. Azərbaycan Respublikasının nəqliyyat donanması gəmilərində gəmi heyəti üzvü vəzifəsində işləmək üçün əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin sertifikatlarına (diplomlarına) təsdiqnamələr 5 (beş) ildən artıq olmayan müddətə verilir.

9.4. Sertifikatlarına (diplomlarına) uyğun olaraq əmək funksiyasını yerinə yetirərkən gəmi heyəti üzvlərinin hərəkətləri (hərəkətsizliyi) və ya səriştəsizlikləri nəticəsində birbaşa insan həyatına, dənizdə əmlakın saxlanılmasına və ya dəniz mühitinə zərər vurulduqda və ya belə təhlükə yarandıqda, habelə sənəd saxtakarlığı halı aşkar edildikdə Agentlik sertifikata (diploma) verilən təsdiqnaməni geri götürmə, ləğv etmə və ya onların qüvvədə olma müddətini dayandırma hüququna malikdir.

9.5. Azərbaycan Respublikasının nəqliyyat donanması gəmilərində gəmi heyəti üzvü vəzifəsində işləmək üçün əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin sertifikatlarına (diplomlar) təsdiqnamələrin verilməsi üçün gəmi sahibi tərəfindən Agentli aşağıdakı sənədlər təqdim edilməlidir:

− əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin işləməsi nəzərdə tutulan gəmilərə dair Dövlət gəmi reyestrindən çıxarış;

− işə cəlb olunması nəzərdə tutulan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin sertifikatları (diplomları) və xüsusi hazırlıq şəhadətnamələri;

− işə cəlb olunması nəzərdə tutulan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin sağlamlıq vəziyyətinin müvafiq vəzifəni tutmağa imkan verməsini təsdiq edən tibbi sertifikat;

− Azərbaycan Respublikasının ərazisində əcnəbinin şəxsiyyətini təsdiq edən sənəd və ya Azərbaycan Respublikasının hüdudlarında istifadə edilməsi üçün vətəndaşlığı olmayan şəxsin şəxsiyyət vəsiqəsi; [11]

− dövlət rüsumunun ödənilməsinə dair sənəd;

− əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasının dövlət bayrağı altında üzən gəmilərdə gəmi heyəti üzvü vəzifəsində işləmələri üçün cəlb olunması zərurətini özündə ehtiva edən əsaslandırılmış müraciət;

− “Dənizçilərin hazırlanmasına, onlara diplom verilməsinə və növbə çəkməyə dair” Beynəlxalq Konvensiyanın tələblərinə müvafiq olaraq dənizçiyə verilən sənədlərin təsdiqlənməsinə dair bu sənədləri verən dövlət tərəfindən müvafiq sənəd.

− Azərbaycan Respublikasının qanunvericiliyinə və Azərbaycan Respublikasının qoşulduğu (tərəfdar çıxdığı) beynəlxalq müqavilələrə uyğun olaraq bağlanılması nəzərdə tutulan əmək müqaviləsinin layihəsi.

9.6. Aşağıdakı hallarda təsdiqnamənin verilməsindən imtina edilir:

− “Azərbaycan Respublikasının Ticarət Gəmiçiliyi Məcəlləsi”nin 46-cı Maddəsinin tələbləri pozulduqda;

− Azərbaycan Respublikasının dövlət bayrağı altında üzən gəmilərdə gəmi heyəti üzvü vəzifəsinə cəlb oluna bilən dəniz nəqliyyatı sahəsində hazırlıqlı, təcrübəli və səriştəli Azərbaycan Respublikasının vətəndaşları olduqda;

− bağlanılması nəzərdə tutulan əmək müqaviləsi Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə və qanunvericiliyə uyğun olmadıqda

− təsdiqnamənin verilməsi üçün tələb olunan sənədlərdən hər hansı biri təqdim edilmədikdə;

Agentliyin sertifikatın (diplomun) verilməsi ilə bağlı sorğusuna dənizçiyə sertifikat (diplom) verən dövlət tərəfindən müsbət cavab verilmədikdə.

 

X. Yekun müddəalar

 

10.1. Azərbaycan Respublikasında nəqliyyat donanması gəmilərinin heyət üzvlərinin “Dənizçilərin hazırlanmasına, onlara diplom verilməsinə və növbə çəkməyə dair” Beynəlxalq Konvensiyanın tələblərinə uyğun olaraq hazırlanmasına nəzarət Agentlik tərəfindən həyata keçirilir.

10.2. Azərbaycan Respublikasının nəqliyyat donanması gəmilərinin heyət üzvlərinə verilən sertifikatların (diplomların), xüsusi hazırlıq şəhadətnamələrinin və təsdiqnamələrin nümunələri əlavələrdə göstərilmişdir.

 


 

[12]

Text

Description automatically generated

 

 

A picture containing text

Description automatically generated

 

 

Text

Description automatically generated

 

 

Text

Description automatically generated

 

 

Text

Description automatically generated

 

 

A picture containing text

Description automatically generated

 

Text

Description automatically generated

 

 

 

 

Text

Description automatically generated

 

 

Diagram

Description automatically generated with medium confidence

 

 

Text

Description automatically generated with medium confidence

 

 

Text

Description automatically generated

 

 

A picture containing diagram

Description automatically generated

 

 

Text

Description automatically generated

 

 

Text

Description automatically generated with low confidence

 

 

A picture containing text

Description automatically generated

 

 

A picture containing text

Description automatically generated

 

 

A picture containing text

Description automatically generated

 

 

A black and white document

Description automatically generated with low confidence

 

 

A picture containing text, receipt

Description automatically generated

 

 

Text

Description automatically generated with low confidence

 

 

A picture containing text

Description automatically generated

 

 

Text

Description automatically generated

 

 

Text

Description automatically generated with medium confidence

 

 

Timeline

Description automatically generated

 

 

Timeline

Description automatically generated with medium confidence

 

 

Timeline

Description automatically generated

 

 

Table

Description automatically generated with low confidence

 

 

A picture containing table

Description automatically generated

 

 

Timeline

Description automatically generated

 

 

Table

Description automatically generated

 

 

Timeline

Description automatically generated

 

 

Table

Description automatically generated

 

 

Timeline

Description automatically generated

 

 

Timeline

Description automatically generated

 

 

Text

Description automatically generated

 

 

Text

Description automatically generated

 

 

Text

Description automatically generated

 

 

Text

Description automatically generated

 

 

Text

Description automatically generated

 

 

Diagram, text, letter

Description automatically generated

 

 

Text

Description automatically generated

 

 

Text

Description automatically generated

 

 

Text

Description automatically generated

 

 

Text

Description automatically generated with low confidence

 

 

Text

Description automatically generated

 

 

Text

Description automatically generated

 

 

Text

Description automatically generated with low confidence

 

 

Text

Description automatically generated

 

 

Text

Description automatically generated

 

 

Text

Description automatically generated

 

 

Text

Description automatically generated with medium confidence

Text

Description automatically generated

 

 

Text

Description automatically generated

 

 

Text

Description automatically generated

 

 

Text

Description automatically generated

 

 

Text

Description automatically generated with low confidence

 

 

Text

Description automatically generated

 

 

Text

Description automatically generated

 

 

Diagram, text

Description automatically generated

 

 

Text

Description automatically generated

 


 

A picture containing text

Description automatically generated

 

Text

Description automatically generated

 

 

A picture containing text

Description automatically generated

 

 

Text

Description automatically generated

 


 

Text

Description automatically generated with low confidence

 

 

A picture containing text

Description automatically generated

 

 

Diagram, text

Description automatically generated

 

 

A picture containing text

Description automatically generated

 

 

Text

Description automatically generated

 

 

Text, letter

Description automatically generated

 

 

Text

Description automatically generated

 

 

Text

Description automatically generated

 

 

Text

Description automatically generated

 

 

Text

Description automatically generated

 

 

Text

Description automatically generated

 

 

 

 

Text

Description automatically generated

 

 

 


 

İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       07 iyun 2013-cü il tarixli Q/05 nömrəli Azərbaycan Respublikası Dövlət Dəniz Administrasiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201306070005, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 18 iyun 2013-cü il)

2.       23 iyul 2019-cu il tarixli 008 nömrəli Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201907230008, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 3 avqust 2019-cu il)

3.       17 mart 2022-ci il tarixli KQ-5/22 nömrəli Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202203170522, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 5 aprel 2022-ci il)

 

QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 23 iyul 2019-cu il tarixli 008 nömrəli Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201907230008, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 3 avqust 2019-cu il) ilə “Gəminin səfərə çıxa bilməsi üçün heyətin minimal tərkibi haqqında Əsasnamə”nin 1-ci hissəsindən “Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 20 aprel tarixli, 395 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyası haqqında Əsasnamə”nin 8.36-cı bəndinə və” sözləri çıxarılmışdır.

 

[2] 23 iyul 2019-cu il tarixli 008 nömrəli Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201907230008, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 3 avqust 2019-cu il) ilə “Gəminin səfərə çıxa bilməsi üçün heyətin minimal tərkibi haqqında Əsasnamə”nin 3-cü hissəsində “Dövlət Dəniz Administrasiyası (bundan sonra - Administrasiya)” sözləri “Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Dəniz Agentliyi (bundan sonra – Agentlik)” sözləri ilə əvəz edilmişdir.

17 mart 2022-ci il tarixli KQ-5/22 nömrəli Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202203170522, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 5 aprel 2022-ci il) ilə “Gəminin səfərə çıxa bilməsi üçün heyətin minimal tərkibi haqqında Əsasnamə”nin 3-cü hissəsində “Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Dəniz” sözləri “Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Dövlət Dəniz və Liman” sözləri ilə əvəz edilmişdir.

 

[3] 23 iyul 2019-cu il tarixli 008 nömrəli Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201907230008, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 3 avqust 2019-cu il) ilə “Gəminin səfərə çıxa bilməsi üçün heyətin minimal tərkibi haqqında Əsasnamə”nin 4-cü, 7-ci, 8-ci (hər iki halda), 10-cu və 11-ci hissələrində ismin müvafiq hallarında “Administrasiya” sözü ismin müvafiq hallarında “Agentlik” sözü ilə əvəz edilmişdir.

 

[4] 23 iyul 2019-cu il tarixli 008 nömrəli Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201907230008, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 3 avqust 2019-cu il) ilə “Gəminin səfərə çıxa bilməsi üçün heyətin minimal tərkibi haqqında Əsasnamə”nin sənəd nümunəsinin mətnində “AZƏRBAYCAN RESPUBLİKASI DÖVLƏT DƏNİZ ADMİNİSTRASİYASI” sözləri “AZƏRBAYCAN RESPUBLİKASININ NƏQLİYYAT, RABİTƏ VƏ YÜKSƏK TEXNOLOGİYALAR NAZİRLİYİ YANINDA DÖVLƏT DƏNİZ AGENTLİYİ” sözləri ilə, “REPUBLIC OF AZERBAIJAN STATE MARITIME ADMINISTRATION” sözləri “REPUBLIC OF AZERBAIJAN STATE MARITIME AGENCY UNDER THE MINISTRY OF TRANSPORT, COMMUNICATIONS AND HIGH TECHNOLOGIES” sözləri ilə, “DÖVLƏT DƏNİZ ADMİNİSTRASİYASI” sözləri “DÖVLƏT DƏNİZ AGENTLİYİ” sözləri ilə, “STATE MARITIME ADMINISTRATION” sözləri “STATE MARITIME AGENCY” sözləri ilə, “Dövlət Dəniz Administrasiyasının rəisi” sözləri “Dövlət Dəniz Agentliyinin direktoru” sözləri ilə, “Head of the State Maritime Administration” sözləri “Director of the State Maritime Agency” sözləri ilə əvəz edilmişdir.

17 mart 2022-ci il tarixli KQ-5/22 nömrəli Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202203170522, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 5 aprel 2022-ci il) ilə “Gəminin səfərə çıxa bilməsi üçün heyətin minimal tərkibi haqqında Əsasnamə”də sənədin nümunəsi yeni formada təsdiq edilmişdir.

 

[5] 23 iyul 2019-cu il tarixli 008 nömrəli Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201907230008, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 3 avqust 2019-cu il) ilə “Azərbaycan Respublikasının nəqliyyat donanması gəmilərində heyət üzvlərinin sertifikatlaşdırılması haqqında Əsasnamə”nin 1.1-ci bəndindən “, Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 20 aprel tarixli, 395 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyası haqqında Əsasnamə”nin 8.36-cı bəndinə” sözləri çıxarılmışdır.

 

[6] 23 iyul 2019-cu il tarixli 008 nömrəli Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201907230008, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 3 avqust 2019-cu il) ilə “Azərbaycan Respublikasının nəqliyyat donanması gəmilərində heyət üzvlərinin sertifikatlaşdırılması haqqında Əsasnamə”nin 1.2-ci bəndində “Dövlət Dəniz Administrasiyası (bundan sonra – “Administrasiya”)” sözləri “Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Dəniz Agentliyi (bundan sonra – Agentlik)” sözləri ilə əvəz edilmişdir.

17 mart 2022-ci il tarixli KQ-5/22 nömrəli Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202203170522, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 5 aprel 2022-ci il) ilə “Azərbaycan Respublikasının nəqliyyat donanması gəmilərində heyət üzvlərinin sertifikatlaşdırılması haqqında Əsasnamə”nin 1.2-ci bəndində “Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Dəniz” sözləri “Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Dövlət Dəniz və Liman” sözləri ilə əvəz edilmişdir.

 

[7] 23 iyul 2019-cu il tarixli 008 nömrəli Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201907230008, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 3 avqust 2019-cu il) ilə “Azərbaycan Respublikasının nəqliyyat donanması gəmilərində heyət üzvlərinin sertifikatlaşdırılması haqqında Əsasnamə”nin 1.3-cü bəndin birinci cümləsində, 1.5-ci, 1.6-cı bəndlərdə, 1.12-ci, 1.16-cı, 1.17-ci, 2.1-ci, 2.3-cü bəndlərdə, 3.2.2-ci, 3.3.2-ci, 3.9.2-ci, 3.10.1-ci, 3.16.3-cü, 3.18.2-ci, 3.19.2-ci, 3.22.3-cü, 3.24.3-cü, 3.26.3-cü, 3.27.3-cü, 3.28.3-cü, 3.29.3-cü, 3.30.3-cü, 3.31.3-cü, 3.32.3-cü, 3.33.3-cü, 3.34.3-cü, 3.35.3-cü, 3.37.3-cü, 3.38.3-cü, 3.39.3-cü yarımbəndlərdə, 4.2-ci bəndin dördüncü abzasında, 5.1-ci, 5.4-cü, 7.2-ci, 9.1-ci, 9.4-cü, 9.5-ci bəndlərdə, 9.6-cı bəndin altıncı abzasında, 10.1-ci bənddə ismin müvafiq hallarında “Administrasiya” sözü ismin müvafiq hallarında “Agentlik” sözü ilə və 1.4-cü bənddə “Dövlət Dəniz Administrasiyası” sözləri “Agentlik” sözü ilə əvəz edilmişdir.

 

[8] 23 iyul 2019-cu il tarixli 008 nömrəli Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201907230008, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 3 avqust 2019-cu il) ilə “Azərbaycan Respublikasının nəqliyyat donanması gəmilərində heyət üzvlərinin sertifikatlaşdırılması haqqında Əsasnamə”nin 1.7-ci bəndin ikinci abzasının birinci cümləsində və üçüncü abzasında “Administrasiya” sözü “Agentlik” sözü ilə, ikinci abzasının ikinci cümləsində “Administrasiyanın rəisi” sözləri “Agentliyin direktoru” sözləri ilə əvəz edilmişdir.

17 mart 2022-ci il tarixli KQ-5/22 nömrəli Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202203170522, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 5 aprel 2022-ci il) ilə “Azərbaycan Respublikasının nəqliyyat donanması gəmilərində heyət üzvlərinin sertifikatlaşdırılması haqqında Əsasnamə”nin 1.7-ci bəndin ikinci abzasının ikinci cümləsində, 5.3-cü və 5.9-cu (hər iki halda) bəndlərdə ismin müvafiq hallarında “direktoru” sözü ismin müvafiq hallarında “İdarə Heyətinin sədri” sözləri ilə əvəz edilmişdir.

 

[9] 23 iyul 2019-cu il tarixli 008 nömrəli Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201907230008, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 3 avqust 2019-cu il) ilə “Azərbaycan Respublikasının nəqliyyat donanması gəmilərində heyət üzvlərinin sertifikatlaşdırılması haqqında Əsasnamə”nin 5.3-cü və 5.9-cu (hər iki halda) bəndlərdə ismin müvafiq hallarında “Administrasiyanın rəisi” sözləri ismin müvafiq hallarında “Agentliyin direktoru” sözləri ilə əvəz edilmişdir.

 

[10] 23 iyul 2019-cu il tarixli 008 nömrəli Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201907230008, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 3 avqust 2019-cu il) ilə “Azərbaycan Respublikasının nəqliyyat donanması gəmilərində heyət üzvlərinin sertifikatlaşdırılması haqqında Əsasnamə”nin VI hissəsinin birinci və ikinci abzaslarında ismin müvafiq hallarında “Administrasiya” sözü ismin müvafiq hallarında “Agentlik” sözü ilə, üçüncü abzasında “Azərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyasının” sözləri “Agentliyin” sözü ilə əvəz edilmişdir.

 

[11] 07 iyun 2013-cü il tarixli Q/05 nömrəli Azərbaycan Respublikası Dövlət Dəniz Administrasiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201306070005, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 18 iyun 2013-cü il) ilə “Azərbaycan Respublikasının nəqliyyat donanması gəmilərində heyət üzvlərinin sertifikatlaşdırılması haqqında Əsasnamə”nin 9.5-ci bəndinin dördüncü yarımbəndində “qeydiyyata alınması haqqında vəsiqə sözləri şəxsiyyətini təsdiq edən sənəd” sözləri ilə əvəz edilmişdir.

 

[12] 23 iyul 2019-cu il tarixli 008 nömrəli Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201907230008, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 3 avqust 2019-cu il) ilə “Azərbaycan Respublikasının nəqliyyat donanması gəmilərində heyət üzvlərinin sertifikatlaşdırılması haqqında Əsasnamə”nin sənəd nümunələrinin mətnində ismin müvafiq hallarında “Azərbaycan Respublikası Dövlət Dəniz Administrasiyası” və “Azərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyası” sözləri ismin müvafiq hallarında “Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Dəniz Agentliyi” sözləri ilə, “Republic of Azerbaijan State Maritime Administration” sözləri “Republic of Azerbaijan State Maritime Agency under the Ministry of Transport, Communications and High Technologies” sözləri ilə, “DÖVLƏT DƏNİZ ADMİNİSTRASİYASININ” sözləri “DÖVLƏT DƏNİZ AGENTLİYİNİN” sözləri ilə, “STATE MARITIME ADMINISTRATION” sözləri “STATE MARITIME AGENCY” sözləri ilə, “State Maritime Administration of the Republic of Azerbaijan” sözləri “State Maritime Agency under the Ministry of Transport, Communications and High Technologies of the Republic of Azerbaijan” sözləri ilə, ismin müvafiq hallarında “Dövlət Dəniz Administrasiyası” sözləri ismin müvafiq hallarında “Dövlət Dəniz Agentliyi” sözləri ilə, “State Maritime Administration” sözləri “State Maritime Agency” sözləri ilə, ismin müvafiq hallarında “Administrasiya” sözü ismin müvafiq hallarında “Agentlik” sözü ilə, “Administration” sözü “Agency” sözü ilə əvəz edilmişdir.

17 mart 2022-ci il tarixli KQ-5/22 nömrəli Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202203170522, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 5 aprel 2022-ci il) ilə “Azərbaycan Respublikasının nəqliyyat donanması gəmilərində heyət üzvlərinin sertifikatlaşdırılması haqqında Əsasnamə”də sənəd nümunələri yeni formada təsdiq edilmişdir.

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status