AKTIN NÖVÜ
Qanunlar
QƏBUL EDİLDİYİ TARİX
21.12.2012
QEYDİYYAT NÖMRƏSİ
507-IVQ
ADI
“Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin daxili işlər nazirliklərinin (polisin) insan alveri ilə mübarizədə əməkdaşlığı haqqında” Sazişə qoşulmaq barədə
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Respublika Qəzeti (Dərc olunma tarixi: 08-02-2013, Nəşr nömrəsi: 29), Azərbaycan Qəzeti (Dərc olunma tarixi: 10-02-2013, Nəşr nömrəsi: 31), Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 28-02-2013, Nəşr nömrəsi: 02, Maddə nömrəsi: 79)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
08.02.2013
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
450.010.020
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
12201212210507
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
11.02.2013
“Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin daxili işlər nazirliklərinin (polisin) insan alveri ilə mübarizədə əməkdaşlığı haqqında” Sazişə qoşulmaq barədə

“Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin daxili işlər nazirliklərinin (polisin) insan alveri ilə mübarizədə əməkdaşlığı haqqında” Sazişə qoşulmaq barədə

 

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndini rəhbər tutaraq qərara alır:

Azərbaycan Respublikası 2010-cu il sentyabrın 17-də Sankt-Peterburq şəhərində imzalanmış “Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin daxili işlər nazirliklərinin (polisin) insan alveri ilə mübarizədə əməkdaşlığı haqqında” Sazişə Azərbaycan Respublikasının ona dair qeyd-şərti ilə qoşulsun.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 21 dekabr 2012-ci il

507-IVQ

 

 


 

Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin daxili işlər nazirliklərinin (polisin) insan alveri ilə mübarizədə əməkdaşlığı haqqında

 

SAZİŞ

 

Bundan sonra Tərəflər adlandırılacaq Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin daxili işlər nazirlikləri (polisi),

kriminal fəaliyyətin ən gəlirli növlərindən biri olmuş, yüksək latentlik səviyyəsi olan insan, onun orqan və toxumalarının alverinin, xüsusən mütəşəkkil formada inkişafının miqyas və tendensiyalarından dərin narahatlıqlarım ifadə edərək,

insan, xüsusən qadın və uşaq alverinin qarşısını almaq, buna görə cəzanın labüdlüyünü təmin etmək təşəbbüsündən çıxış edərək, eləcə də onunla mübarizədə praqmatik, səmərəli qarşılıqlı təsir mexanizmlərinin yaradılması məqsədilə,

Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin insan, onun orqan və toxumalarının alveri ilə mübarizədə əməkdaşlığı haqqında 2005-ci il 25 noyabr tarixli Sazişin müddəalarını nəzərə alaraq,

beynəlxalq hüququn hamılıqla qəbul olunmuş prinsip və normalarına əsaslanaraq,

aşağıdakılar barədə razılığa gəldilər:

 

Maddə 1

 

1. Tərəflər bu Sazişin müddəalarına müvafiq olaraq öz dövlətlərinin qanunvericiliyi və beynəlxalq öhdəliklərinə riayət etməklə səlahiyyətləri çərçivəsində fəaliyyət göstərərək, insan alveri ilə bağlı cinayətlərin qarşısının alınması, aşkar olunması və açılması məsələlərində əməkdaşlıq etməyi öhdələrinə götürürlər.

Bu Sazişin məqsədləri üçün "insan alveri" termini istismar məqsədləri ilə insanların güc təhdidi və ya onun tətbiqi və ya digər məcbur etmə formaları, oğurlanma, dolandırıcılıq, aldatma, səlahiyyətlərdən sui-istifadə və ya vəziyyətin zəifliyi yolu ilə, yaxud da bir şəxsə nəzarət edən digər şəxsin razılığını almaq üçün ödəniş və ya mənfəət şəklində rüşvət yolu ilə yığılması, daşınması, ötürülməsi, gizlədilməsi və ya əldə edilməsini ifadə edir. İstismara, ən azı digər şəxslərin fahişəlik istismarı və ya seksual istismarının digər formaları, icbari əmək və xidmətlər, köləlik və köləliyə bənzər rəsmlər, asılı vəziyyət və ya satış məqsədləri ilə insan orqan və toxumalarının çıxarılması daxildir.

2. Bu Saziş cinayət işləri üzrə şəxslərin təslim edilməsi və hüquqi yardımın göstərilməsi məsələlərinə toxunmur.

 

Maddə 2

 

Bu Saziş çərçivəsində əməkdaşlıq Tərəflərin təyin etdiyi, bu Sazişin yerinə yetirilməsinin təşkilinə görə məsuliyyət daşıyan və bu Sazişə olan Əlavədə qeyd edilmiş mərkəzi bölmələr vasitəsilə həyata keçirilir.

 

Maddə 3

 

Tərəflər əməkdaşlığı aşağıdakı əsas formalarda həyata keçirirlər:

1) qarşılıqlı maraq kəsb edən əməliyyat - axtarış, sorğu, statistik, kriminalistika və digər, xüsusilə də aşağıdakılar barəsində məlumat mübadiləsi:

-    Tərəflərin bir və ya bir neçə dövlətlərinin ərazisində hazırlanan və ya törədilmiş cinayətlər;

-    insan alveri ilə bilavasitə əlaqəsi olan və ya əlaqəsi olmasında şübhə doğuran konkret fakt və hadisələr, fiziki və hüquqi şəxslər;

-    insan alverinin həyata keçirilməsinin, o cümlədən bu əməllərin törədilməsi nəticəsində əldə olunmuş gəlirin leqallaşdırılmasının forma və metodları;

2)     əməliyyat - axtarış tədbirlərinin keçirilməsi haqqında sorğuların icra olunması;

3)     insan alveri ilə bağlı cinayətlərin qarşısının alınması, aşkar edilməsi və açılması üzrə uyğunlaşdırılmış tədbirlərin planlaşdırılması və keçirilməsi;

4) insan alveri məqsədilə İnternet şəbəkəsindən istifadə edilməsinin uyğunlaşdırılmış yolla qarşısının alınması və birgə tədbirlərinin işlənib hazırlanması və həyata keçirilməsi;

5)     insan alveri ilə əlaqəsi olmasında şübhəli bilinən şəxslərin, eləcə də barələrində insan alveri qurbanları olduqlarına ehtimal üçün əsas olan itkin düşmüş şəxslərin axtarışı;

6)     iş təcrübəsi mübadiləsi, o cümlədən insan alveri ilə mübarizə məsələləri üzrə işçi görüşləri, məsləhətləşmə, müşavirə, konfrans və seminarların keçirilməsi yolu ilə;

7)     razılaşma əsasında kadrların hazırlanması və ixtisaslarının artırılmasında yardım, o cümlədən insan alveri ilə mübarizə üzrə xüsusi şöbələrdə əməkdaşların təcrübə dövrünün təşkil olunması yolu ilə;

8)     insan alveri ilə mübarizə məsələləri üzrə normativ - hüquqi aktlar, elmi nəşrlər və metodiki-tədris tövsiyələrinin mübadiləsi;

9) insan alveri ilə mübarizədə qarşılıqlı maraq kəsb edən birgə elmi tədqiqatlarının aparılması.

Bu Saziş digər qarşılıqlı qəbul oluna bilən əməkdaşlıq formalarının müəyyən olunması və inkişafına maneçilik törətmir.

 

Maddə 4

 

1. Bu Saziş çərçivəsində əməkdaşlıq maraqlı Tərəfin yardım göstərmə haqqında sorğuları əsasında və ya bu cür yardımın digər Tərəf üçün maraq kəsb edəcəyini ehtimal edən Tərəfin təşəbbüsü ilə həyata keçirilir.

2. Yardım göstərmə haqqında sorğu yazılı formada göndərilir. Təxirəsalınmaz hallarda sorğular şifahi şəkildə ifadə edilə bilər, lakin 3 gündən gec olmamaq şərti ilə onlar yazılı şəkildə, o cümlədən mətnin ötürülməsinin texniki vasitələrindən istifadə edilməsi ilə təsdiq olunmalıdır.

Sorğunun həqiqiliyinə və ya məzmununa dair şübhə yarandığı təqdirdə əlavə təsdiq sorğu edilə bilər.

3. Yardım göstərmə haqqında sorğunun tərkibində aşağıdakılar olmalıdır:

sorğu edən və sorğu edilən Tərəflərin mərkəzi bölmələrinin adları;

işin mahiyyətinin izahı;

sorğunun məqsədi və əsaslandırılması;

sorğu edilən yardımın məğzinin təsviri;

lazım gəldikdə, sorğunun icra olunması zamanı xüsusi qaydanın təsviri və bu zərurətin əsaslandırılması;

sorğunun icra olunması üçün gözlənilən müddətlər;

sorğunun lazımi qaydada icra olunması üçün faydalı ola biləcək istənilən digər məlumat.

4. Yardım göstərmə haqqında sorğu, onu göndərən mərkəzi bölmənin rəhbəri və ya onun müavini tərəfindən imzalanır və bu bölmənin möhürü ilə təsdiq olunur.

 

Maddə 5

 

1. Sorğu edilən Tərəf sorğunun yerinə yetirilməsinin onun dövlətinin suverenliyinə, təhlükəsizliyinə, ictimai asayişinə və ya digər mühüm maraqlarına ziyan vura biləcəyini və ya onun dövlətinin qanunvericiliyi və ya beynəlxalq öhdəliklərinə zidd olduğunu, eləcə də vətəndaşlarının hüquq və qanuni maraqlarının pozulmasına səbəb ola biləcəyini ehtimal etdiyi təqdirdə bu Saziş çərçivəsində yardım göstərilmədən tam və ya qismən imtina olunur.

2. Mümkün olduqda, yardımın göstərilməsinə rədd etmə qərarının verilməsinə qədər sorğu edilən Tərəf sorğu edən Tərəflə bu maddənin 1-ci bəndinə əsasən, sorğu edən Tərəfin zəruri hesab etdiyi şərtlərə riayət etməklə yardımın göstərilməsi mümkün olub - olmadığı haqqında məsələnin müzakirəsi üçün məsləhətləşmələr aparır. Sorğu edən Tərəf, ona göstərilən yardım əsasında şərtlərə riayət edir.

3. Sorğu edilən Tərəf imtinanın səbəbləri qeyd edilməklə, sorğunun icrasının tam və ya qismən imtina olunması barədə yazılı şəkildə xəbərdar edilir.

 

Maddə 6

 

1. Sorğu edilən Tərəf sorğunun tez, keyfiyyətli və daha dolğun icra olunmasını təmin etmək üçün bütün zəruri tədbirləri görür.

Sorğu edən Tərəf sorğunun icra olunmasına mane olan və ya onun icra olunmasını mühüm dərəcədə gecikdirən səbəblər haqqında dərhal xəbərdar edilir.

2. Sorğu edilən Tərəf onun fikrincə, sorğunun lazımi icra edilməsi üçün zəruri olan əlavə məlumatlan sorğu etmək hüququna malikdir.

3. Sorğunun icra olunması zaman sorğu edilən Tərəfin dövlətinin qanunvericiliyi tətbiq olunur, lakin bu sorğu onu alan Tərəfin dövlətinin qanunvericiliyinin və ya beynəlxalq öhdəliklərinin əsas prinsiplərinə zidd olmadığı təqdirdə sorğu edən Tərəfin xahişi ilə onun dövlətinin qanunvericiliyi tətbiq oluna bilər.

4. Sorğu edilən Tərəf sorğunun dərhal icra olunmasının onun ərazisində həyata keçirilən cinayət təqibi və ya digər əmələ mane ola biləcəyini ehtimal etdiyi təqdirdə o, sorğu edən Tərəflə məsləhətləşmədən sonra sorğunun icra olunmasını təxirə sala bilər və ya onun icra olunmasını zəruri qismində müəyyən edilmiş şərtlərin riayət olunması ilə əlaqələndirə bilər. Sorğu edən Tərəf təqdim olunmuş şərtlərdə ona yardımın göstərilməsinə razı olduğu təqdirdə o, bu şərtlərə riayət etməlidir.

5. Sorğu edən Tərəfin xahişi ilə sorğu edilən Tərəf sorğunun daxil olma faktının, bu sorğunun və ona əlavə edilən sənədlərin məzmununun, eləcə də yardımın göstərilmə faktının konfidensiallığını təmin etmək üçün zəruri tədbirləri görür.

Sorğunun icra olunması zamanı konfidensiallığın qorunması mümkün olmadığı təqdirdə sorğu edilən Tərəf bu barədə sorğu edən Tərəfi xəbərdar edir və o da sorğunun bu şərtlərlə icra olunub-olunmaması haqqında qərar qəbul edir.

6. Sorğu edilən Tərəf mümkün olan ən qısa müddətdə sorğu edən Tərəfi sorğunun icra olunma nəticələri haqqında xəbərdar edir.

 

Maddə 7

 

1. Hər bir Tərəf digər Tərəfdən alınmış, barələrində konfidensiallığın riayət olunma tələbləri müəyyən olunan və ya ötürən Tərəfin onların açıqlanmasını arzuedilməz hesab etdiyi sənədlərin və məlumatın qorunması üzrə tədbirləri təmin edir. Bu cür məlumatın və sənədlərin qapalılıq dərəcəsini ötürən Tərəf müəyyən edir.

2. Bu Sazişə əsasən alınmış sorğunun icra olunmasının nəticələri onları təqdim edən Tərəfin razılığı olmadan, sorğu olunduqları və təqdim olunduqları məqsədlərdən başqa məqsədlər üçün istifadə oluna bilməz.

3. Bu Sazişə əsasən bir Tərəfin əldə etdiyi məlumatların üçüncü tərəfə ötürməsi üçün həmin məlumatları təqdim edən Tərəfin əvvəlcədən yazılı razılığı tələb olunur.

4. Sorğu edən Tərəfin dövlətinin qanunvericiliyi ilə bu cür hərəkətlər nəzərdə tutulduğu təqdirdə bu maddənin müddəaları sorğunun icra olunması nəticəsində əldə edilmiş məlumatın və sənədlərin istifadə olunması və ya yayılmasını istisna etmir. Sorğu edən Tərəf bu cür məlumatın və sənədlərin mümkün ola biləcək və nəzərdə tutulan istifadəsi və ya yayılması haqqında qabaqcadan sorğu edilən Tərəfi xəbərdar edir.

 

Maddə 8

 

Tərəflər hər bir konkret halda digər qayda razılaşdırılmadığı təqdirdə bu Sazişin müddəalarının yerinə yetirilməsi zamanı yaranan xərcləri müstəqil sürətdə ödəyirlər.

 

Maddə 9

 

Tərəflər bu Sazişə əsasən əməkdaşlığın həyata keçirilməsi zamanı rus dilindən istifadə edirlər. Digər dillərdən istifadə edildiyi təqdirdə Tərəflər şifahi və yazılı şəkildə rus dilinə tərcüməni təmin edirlər.

 

Maddə 10

 

Tərəflərin nümayəndələri zəruri hallarda, bu Sazişə əsasən əməkdaşlığın səmərəliliyinin artırılması məsələləri üzrə işçi görüşləri və məsləhətləşmələr keçirirlər.

 

Maddə 11

 

Tərəflər arasında bu Sazişin müddəalarının təfsiri və ya tətbiqi ilə bağlı yaranan fikir ayrılıqları məsləhətləşmələr və danışıqlar yolu ilə həll olunur.

 

Maddə 12

 

Bu Sazişin müddəaları hər bir Tərəfin dövlətinin iştirakçısı olduğu digər beynəlxalq müqavilələrdən irəli gələn hüquq və öhdəliklərinə toxunmur.

 

Maddə 13

 

Bu Saziş, onu imzalamış Tərəflərin onun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirilməsi haqqında üçüncü yazılı bildirişin saxlanılması üçün depozitariyə təhvil verildiyi tarixdən qüvvəyə minir.

Dövlətdaxili prosedurları daha gec yerinə yetirən Tərəflər üçün Saziş müvafiq bildirişin depozitariyə təhvil verildiyi tarixdən qüvvəyə minir.

 

Maddə 14

 

Tərəflər qarşılıqlı razılığa əsasən bu Sazişə ayn-ayrı protokollarla rəsmiləşdirilən əlavə və dəyişikliklər edə bilərlər.

 

Maddə 15

 

1. Bu Saziş qüvvəyə mindikdən sonra onu imzalamayan Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin, eləcə də Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olmayan dövlətlərin daxili işlər nazirliklərinin bu cür qoşulma haqqında sənədin depozitariyə verilməsi ilə qoşulması üçün açıqdır.

2. Bu Saziş ona qoşulan Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətin daxili işlər nazirliyi üçün qoşulma haqqında sənədin depozitariyə daxil olduğu gündən 30 gün sonra qüvvəyə minir.

3. Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olmayan dövlətin daxili işlər nazirliyinin bu Sazişə qoşulması haqqında depozitari tərəfindən bildirişin alındığı təqdirdə depozitari bu barədə Tərəfləri dərhal xəbərdar edir. Qoşulan Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olmayan dövlətin daxili işlər nazirliyi tərəfindən qoşulma haqqında sənədin depozitariyə daxil olunduğu gündən üç ay sonra heç bir Tərəf bu müddət ərzində bu cür qoşulmaya öz etirazlarını bildirmədiyi təqdirdə bu Saziş həmin Tərəf üçün qüvvəyə minmiş hesab edilir.

 

Maddə 16

 

Bu Saziş qeyri - müəyyən müddətə bağlanılır. Hər bir Tərəf çıxmadan ən azı altı ay əvvəl depozitariyə yazılı bildiriş göndərməklə bu Sazişdən çıxa bilər.

 

Maddə 17

 

1. Bu Sazişin depozitarisi Müstəqil Dövlətlər Birliyinin İcraiyyə komitəsidir.

2. Depozitari bu Sazişə qoşulma və ya onun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirilməsi, Sazişin qüvvəyə minmə tarixi haqqında, eləcə də bu Sazişə aid olan digər bildiriş və sənədlərin alınması haqqında Tərəfləri dərhal xəbərdar edir.

Sankt-Peterburq şəhərində 2010-cu il sentyabrın 17-də tarixində bir nüsxədə rus dilində imzalanmışdır. Əsl nüsxə, bu Sazişin təsdiq olunmuş surətlərini onu imzalayan Tərəflərə göndərəcək Müstəqil Dövlətlər Birliyinin İcraiyyə komitəsində saxlanılır.

 

 

Azərbaycan Respublikasının

Daxili İşlər Nazirliyi adından

Rusiya Federasiyasının

Daxili İşlər Nazirliyi adından

(imza)

Ermənistan Respublikasının

Polisi adından

(imza)

Tacikistan Respublikasının

Daxili İşlər Nazirliyi adından

(imza)

Belarus Respublikasının

Daxili İşlər Nazirliyi adından

(imza)

Türkmənistanın

Daxili İşlər Nazirliyi adından

Qazaxıstan Respublikasının

Daxili İşlər Nazirliyi adından

(imza)

Özbəkistan Respublikasının

Daxili İşlər Nazirliyi adından

(imza)

Qırğız Respublikasının

Daxili İşlər Nazirliyi adından

(imza)

Ukrayna

Daxili İşlər Nazirliyi adından

(imza)

Moldova Respublikasının

Daxili İşlər Nazirliyi adından

(imza)

 

 

 

 


 

Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin daxili işlər nazirliklərinin (polisin) insan alveri ilə mübarizədə əməkdaşlığı haqqında 2010-cu il 17 sentyabr tarixli Sazişə

ƏLAVƏ

 

Sazişin həyata keçirilməsinin təşkilinə görə cavabdeh olan daxili işlər nazirliklərinin (polisin) mərkəzi bölmələrinin

 

SİYAHISI

 

Azərbaycan Respublikasının

Daxili İşlər Nazirliyində

 

Ermənistan Respublikasının

Polisində

Baş mütəşəkkil cinayətkarlıqla

mübarizə idarəsi

Belarus Respublikasının

Daxili İşlər Nazirliyi adından

Kriminal milisin narkotiklərə nəzarət

və insan alverinə qarşı mübarizə

idarəsi

Qazaxıstan Respublikasının

Daxili İşlər Nazirliyində

Kriminal polis komitəsi

Qırğız Respublikasının

Daxili İşlər Nazirliyində

Baş cinayət axtarış idarəsi

Moldova Respublikasının

Daxili İşlər Nazirliyində

İnsan alverinə qarşı mübarizə

üzrə Mərkəz

Rusiya Federasiyasının

Daxili İşlər Nazirliyində

Cinayət axtarış departamenti

Tacikistan Respublikasının

Daxili İşlər Nazirliyində

Mütəşəkkil cinayətkarlıqla

mübarizə idarəsi

Türkmənistan

Daxili İşlər Nazirliyində

 

Özbəkistan Respublikasının

Daxili İşlər Nazirliyində

Baş cinayət axtarış və terrorçuluqla

mübarizə idarəsi

Ukrayna

Daxili İşlər Nazirliyində

Kibercinayətkarlıq və insan alveri

ilə mübarizə departamenti

 

 


 

MDB-nin iştirakçısı olan dövlətlərin daxili işlər nazirliklərinin (polisin) insan alveri ilə mübarizədə əməkdaşlığı haqqında 2010-cu il 17 sentyabr tarixli Sazişə dair

 

AZƏRBAYCAN RESPUBLİKASININ QEYD-ŞƏRTİ

 

Əlaqələndirilmiş və razılaşdırılmış tədbirlər haqqında müddəalar istisna olmaqla.

Azərbaycan Respublikasının bütün işğal olunmuş əraziləri Ermənistan Respublikası tərəfindən azad olunanadək və işğalın nəticələri tam aradan qaldırılanadək Sazişdə təsbit olunmuş heç bir hüquq, öhdəlik və müddəalar Azərbaycan Respublikası tərəfindən Ermənistan Respublikasına münasibətdə tətbiq edilməyəcəkdir.

 

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status