×
E-QANUN
FREE
OPEN
AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANLARI
QƏBUL EDİLDİYİ TARİX
03.11.2001
QEYDİYYAT NÖMRƏSİ
594
ADI
Azərbaycan Respublikasının Ticarət Gəmiçiliyi Məcəlləsinin icrasının təmin edilməsi barədə
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 30-11-2001, Nəşr nömrəsi: 11, Maddə nömrəsi: 702)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
03.11.2001
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
180.000.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
01.07.2011
Azərbaycan Respublikasının Ticarət Gəmiçiliyi Məcəlləsinin icrasının təmin edilməsi barədə

Azərbaycan Respublikasının Ticarət Gəmiçiliyi Məcəlləsinin icrasının təmin edilməsi barədə [1]

 

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

 

Azərbaycan Respublikasının Ticarət Gəmiçiliyi Məcəlləsinin icrasını təmin etmək məqsədi ilə qərara alıram:

1. Müəyyən edilsin ki, Azərbaycan Respublikasının Ticarət Gəmiçiliyi Məcəlləsinin 4.1-ci, 4.2-ci, 5.1-ci, 5.2-ci, 8.2-ci, 12.1-ci, 13.2-ci, 15.3-cü, 18.2-ci, 22.6-cı (birinci halda), 25.1-ci, 29.2-ci, 30.3.1-ci, 44.4-cü, maddələrində, 61.2-ci maddəsinin birinci cümləsində, 62.1-ci, 63.1-ci, 63.2-ci, 63.3-cü, 64.1-ci, 67.3-cü, 68-ci, 89-cu (hər iki halda), 182.2-ci (birinci halda), və 265.4-cü maddələrində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanı»nın səlahiyyətlərini Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi həyata keçirir. [2]

həmin Məcəllənin 20-ci, 27.2-ci və 275.3-cü maddələrində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi həyata keçirir; [3]

həmin Məcəllənin 2.5-ci maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” Qapalı Səhmdar Cəmiyyətinə münasibətdə Azərbaycan Respublikasının Nazirlər Kabineti, digər limanlara münasibətdə Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi həyata keçirir. [4]

2. Bu Fərman imzalandığı gündən qüvvəyə minir.


Azərbaycan Respublikasının Prezidenti

HEYDƏR ƏLİYEV

 

Bakı şəhəri, 3 noyabr 2001-ci il
№ 594

 


İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       10 iyun 2003-cü il tarixli 880 nömrəli Fərman (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, № 6, maddə 286)

2.       29 noyabr 2006-cı il tarixli 483 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 11, maddə 945)

3.       6 avqust 2008-ci il tarixli 812 nömrəli Azərbaycan Respublikasının Fərmanı (“Azərbaycan” qəzeti, 9 avqust 2008-ci il № 175, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 8, maddə 719)

4.       27 noyabr 2008-ci il tarixli 26 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 28 noyabr 2008-ci il, № 267, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 11, maddə 980)

5.       06 iyul 2012-ci il tarixli 669 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Respublika” qəzeti 10 iyul 2012-ci il, № 150, “Azərbaycan” qəzeti 15 iyul 2012-ci il, № 155, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, № 07, maddə 678)

6.       19 dekabr 2012-ci il tarixli 766 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Respublika” qəzeti 20 dekabr 2012-ci il, № 284, “Azərbaycan” qəzeti 26 dekabr 2012-ci il, № 289, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, № 12, maddə 1240)

7.       20 may 2016-cı il tarixli 917 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 5, maddə 878)

8.       19 sentyabr 2018-ci il tarixli 277 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №9 , maddə 1840)

9.       9 avqust 2021-ci il tarixli 1417 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 10 avqust 2021-ci il, № 165, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 8, maddə 909)

 

FƏRMANA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 9 avqust 2021-ci il tarixli 1417 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 10 avqust 2021-ci il, № 165, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 8, maddə 909) ilə ləğv edilmişdir.

 

[2] 10 iyun 2003-cü il tarixli 880 nömrəli Fərman (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, № 6, maddə 286) ilə 1-ci bənddən "formalaşdırılanadək müvəqqəti olaraq Azərbaycan Dövlət Xəzər Gəmiçiliyi" sözləri çıxarılmışdır.

 

29 noyabr 2006-cı il tarixli 483 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 11, maddə 945) ilə 1-ci bəndindən “20-ci,” və “27.2-ci,” sözləri çıxarılsın, “Nəqliyyat Nazirliyi” sözləri “Nazirlər Kabineti yanında Dövlət Dəniz Administrasiyası” sözləri ilə əvəz edilmişdir.

27 noyabr 2008-ci il tarixli 26 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 28 noyabr 2008-ci il, № 267, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 11, maddə 980)ilə 1-ci bəndinin birinci abzasından "Nazirlər Kabineti yanında" sözləri çıxarılmışdır.

06 iyul 2012-ci il tarixli 669 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Respublika” qəzeti 10 iyul 2012-ci il, № 150, “Azərbaycan” qəzeti 15 iyul 2012-ci il, № 155, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, № 07, maddə 678) ilə 1-ci hissənin birinci bəndində “13.2-ci,” sözlərindən sonra “15.3-cü,” sözləri, “44.4-cüsözlərindən sonra “maddələrində, 61.2-ci maddəsinin birinci cümləsində,” sözləri, “61.3-cü,” sözlərindən sonra “62.1-ci, 63.1-ci, 63.2-ci, 63.3-cü, 64.1-ci,” sözləri əlavə edilmişdir.

19 dekabr 2012-ci il tarixli 766 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Respublika” qəzeti 20 dekabr 2012-ci il, № 284, “Azərbaycan” qəzeti 26 dekabr 2012-ci il, № 289, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, № 12, maddə 1240) ilə 1-ci hissəsinin birinci bəndindən “61.3-cü,” sözləri çıxarılmışdır.

20 may 2016-cı il tarixli 917 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 5, maddə 878) ilə 1-ci hissəsinin “18.2-ci,” sözlərindən sonra “22.6-cı (birinci halda),” sözləri əlavə edilsin, “89.1-ci, 89.2-ci” sözləri “89-cu (hər iki halda), 182.2-ci (birinci halda)” sözləri ilə əvəz edilmişdir.

19 sentyabr 2018-ci il tarixli 277 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №9 , maddə 1840) ilə 1-ci hissəsinin birinci və üçüncü abzaslarında “Dövlət Dəniz Administrasiyası” sözləri “Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi” sözləri ilə əvəz edilmişdir.

 

[3] 6 avqust 2008-ci il tarixli 812 nömrəli Azərbaycan Respublikasının Fərmanı (“Azərbaycan” qəzeti, 9 avqust 2008-ci il № 175, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 8, maddə 719) ilə 1-ci bəndinə yeni məzmunda ikinci abzas əlavə edilmişdir.

 

06 iyul 2012-ci il tarixli 669 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Respublika” qəzeti 10 iyul 2012-ci il, № 150, “Azərbaycan” qəzeti 15 iyul 2012-ci il, № 155, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, № 07, maddə 678) ilə 1-ci hissənin ikinci bəndində “” sözü vergül işarəsi ilə əvəz edilmişdir və “27.2-cisözlərindən sonra “və 275.3-cü” sözləri əlavə edilmişdir.

 

[4] 20 may 2016-cı il tarixli 917 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 5, maddə 878) ilə ikinci abzasın sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilmişdir və yeni məzmunda üçüncü abzas əlavə edilmişdir.

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status