AKTIN NÖVÜ
Qanunlar
QƏBUL EDİLDİYİ TARİX
26.10.2001
QEYDİYYAT NÖMRƏSİ
211-IIQ
ADI
Təbii qazın Azərbaycan Respublikası və Gürcüstan ərazilərində və bu ərazilərin hüdudlarından kənarda Cənubi Qafqaz Boru Kəməri sistemi vasitəsi ilə tranzit, nəql edilməsi və satışına dair Azərbaycan Respublikası və Gürcüstan arasında Sazişin və həmin Sazişə əlavə edilmiş sənədlərin təsdiq edilməsi barədə
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 30-11-2001, Nəşr nömrəsi: 11, Maddə nömrəsi: 701)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
430.000.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
01.07.2011
Təbii qazın Azərbaycan Respublikası və Gürcüstan ərazilərində və bu ərazilərin hüdudlarından kənarda Cənubi Qafqaz Boru Kəməri sistemi vasitəsi ilə tranzit, nəql edilməsi və satışına dair Azərbaycan Respublikası və Gürcüstan arasında Sazişin və həmin Saz

Təbii qazın Azərbaycan Respublikası və Gürcüstan ərazilərində və bu ərazilərin hüdudlarından kənarda Cənubi Qafqaz Boru Kəməri sistemi vasitəsi ilə tranzit, nəql edilməsi və satışına dair Azərbaycan Respublikası və Gürcüstan arasında Sazişin və həmin Sazişə əlavə edilmiş sənədlərin təsdiq edilməsi barədə

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Azərbaycan Respublikasında neft hasilatının kəskin surətdə artırılması ilə bərabər qaz hasilatının artırılması üçün də zəmin yaradılmışdır. Belə ki, kəşf olunmuş zəngin Şahdəniz qaz-kondensat yatağının qəti dəyərləndirilməsi sübut etmişdir ki, qaz ehtiyatlarının potensialı 1 trilyon kubmetrdən artıqdır. Dünya miqyaslı yataq hesab olunan Şahdəniz yatağı nəinki Azərbaycanın, həm də bütün regionun energetika kompleksinin inkişafı üçün böyük əhəmiyyətə malikdir. Burada aşkar olunmuş ehtiyatlar Azərbaycanı iri qaz ixracatçısına çevirir.

Şahdəniz yatağının kəşfi Şərq-Qərb enerji dəhlizinin inkişafı və fəaliyyətinin həyata keçirilməsində yeni mərhələ açmış, bu sahədə beynəlxalq əməkdaşlığa geniş imkanlar yaratmış və mühüm sazişlərin bağlanmasına təkan vermişdir.

2001-ci il 29 sentyabr tarixində Bakı şəhərində Azərbaycan Respublikasının Prezidenti və Gürcüstanın Prezidenti iki ölkə arasında "Təbii qazın Azərbaycan Respublikası və Gürcüstan ərazilərində və bu ərazilərin hüdudlarından kənarda Cənubi Qafqaz Boru Kəməri sistemi vasitəsi ilə tranzit, nəql edilməsi və satışına dair Azərbaycan Respublikası və Gürcüstan arasında Saziş"i imzalamışlar.

Yuxarıda göstərilənlərin Azərbaycan dövləti üçün xüsusi əhəmiyyət kəsb etdiyini nəzərə alaraq, Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

1. Azərbaycan Respublikasının Prezidenti və Gürcüstanın Prezidenti tərəfindən 2001-ci il 29 sentyabr tarixində Bakı şəhərində imzalanmış "Təbii qazın Azərbaycan Respublikası və Gürcüstan ərazilərində və bu ərazilərin hüdudlarından kənarda Cənubi Qafqaz Boru Kəməri sistemi vasitəsi ilə tranzit, nəql edilməsi və satışına dair Azərbaycan Respublikası və Gürcüstan arasında Saziş" təsdiq edilsin.

2. Bu Qanunun 1-ci bəndində göstərilən Sazişə əlavə edilən aşağıdakı sənədlər təsdiq edilsin:

Azərbaycan Respublikası Hökuməti və Cənubi Qafqaz Boru Kəməri iştirakçıları arasında tranzit ərazisinə malik ölkənin hökuməti ilə Saziş;

Gürcüstan Hökuməti və Cənubi Qafqaz Boru Kəməri iştirakçıları arasında tranzit ərazisinə malik ölkənin hökuməti ilə Saziş.

3. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.


Azərbaycan Respublikasının Prezidenti HEYDƏR ƏLİYEV

Bakı şəhəri, 26 oktyabr 2001-ci il
№ 211-IIQ

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status