×
E-QANUN
FREE
OPEN
AKTIN NÖVÜ
Qanunlar
QƏBUL EDİLDİYİ TARİX
12.10.2001
QEYDİYYAT NÖMRƏSİ
206-IIQD
ADI
"Narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların qanunsuz dövriyyəsi ilə mübarizə haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 30-11-2001, Nəşr nömrəsi: 11, Maddə nömrəsi: 698)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
220.000.000
420.000.000
180.000.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
01.07.2011
"Narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların qanunsuz dövriyyəsi ilə mübarizə haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edi

"Narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların qanunsuz dövriyyəsi ilə mübarizə haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

I. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, № 8, maddə 584; Azərbaycan Respublikasının 2000-ci il 26 dekabr tarixli 49-IIQD saylı Qanunu; Azərbaycan Respublikasının 2001-ci il 2 iyul tarixli Qanunu, "Azərbaycan" qəzeti, 2001-ci il, 20 iyul) aşağıdakı dəyişikliklər və əlavələr edilsin:

1. Məcəlləyə aşağıdakı məzmunda 68-1, 68-2, 68-3 və 123-1-ci maddələr əlavə edilsin:

"Maddə 68-1. Narkotik vasitələrin, psixotrop maddələrin və onların analoqlarının istehlaki, narkotik vasitələrin, psixotrop maddələrin və onların analoqlarının, prekursorların satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanması, əldə edilməsi, saxlanılması, daşınması və ya göndərilməsi

Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların analoqlarının istehlakına, narkotik vasitələrin, psixotrop maddələrin və onların analoqlarının satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə, habelə narkotik vasitələrin və ya psixotrop maddələrin qanunsuz hazırlanmasında və ya emalında istifadə etmək məqsədi ilə prekursorların satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə -

şərti maliyyə vahidinin on beş mislindən iyirmi beş mislinədək miqdarda cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə - on beş günədək müddətə inzibati həbs tətbiq edilir."

Qeyd: Satış məqsədi olmadan hazırladığı, əldə etdiyi, saxladığı, daşıdığı və ya göndərdiyi şəxsi istehlak miqdarında narkotik vasitələri, psixotrop maddələri, onların analoqlarını və ya prekursorları könüllü surətdə təhvil verən şəxs bu qeyddə nəzərdə tutulan hərəkətlərə görə inzibati məsuliyyətdən azad edilir.

Maddə 68-2. Narkotik vasitələrin, psixotrop maddələrin və onların analoqlarının qanunsuz istehlakına yol verilməsi

Narkotik vasitələrin, psixotrop maddələrin və onların analoqlarının qanunsuz istehlakına yol verilməsinə görə -

şərti maliyyə vahidinin on beş mislindən iyirmi beş mislinədək miqdarda cərimə edilir.

 

Maddə 68-3. Narkotik vasitələrin, psixotrop maddələrin və onların analoqlarının istehlakı və ya daşınması hallarının, habelə belə istehlak nəticəsində yaranmış sərxoşluq vəziyyətinin müəyyən edilməsi məqsədi ilə keçirilən tibbi müayinədən boyun qaçırmaq

 

Narkotik vasitələrin, psixotrop maddələrin və onların analoqlarının istehlaki və ya daşınması hallarının, habelə belə istehlak nəticəsində yaranmış sərxoşluq vəziyyətinin müəyyən edilməsi məqsədi ilə keçirilən tibbi müayinədən boyun qaçırmağa görə -

şərti maliyyə vahidinin on mislindən on beş mislinədək miqdarda cərimə edilir.

Maddə 123-1. Satış məqsədi olmadan narkotik xassəli bitkilərin şəxsi istehlak miqdarında kultivasiyası

Satış məqsədi olmadan narkotik xassəli bitkilərin şəxsi istehlak miqdarında əkilməsi, becərilməsi və ya yetişdirilməsinə görə -

minimum əmək haqqı məbləğinin on mislindən on beş mislinədək miqdarda cərimə edilir.

2. 360.1 -ci maddədə "60-63" rəqəmlərindən sonra "68-1, 68-2, 68-3" rəqəmləri əlavə edilsin, "111" rəqəmindən sonra "123-1" rəqəmi əlavə edilsin.

II. "Əczaçılıq fəaliyyəti haqqında" Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1996-cı il, № 3, maddə 228; Azərbaycan Respublikasının 1999-cu il, 2 aprel tarixli, 647-IQD saylı Qanunu) aşağıdakı dəyişikliklər edilsin:

1. 9-cu maddədə "narkotik" sözündən sonra "vasitələr, psixotrop maddələr və onların analoqları" sözləri əlavə edilsin;

2. 24-cü maddənin ikinci hissəsindən "narkotik" sözü çıxarılsın. [1]

III. "Yol hərəkəti haqqında" Azərbaycan Respublikasının Qanununun ((Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998-ci il, № 9, maddə 564; Azərbaycan Respublikasının 2001-ci il, 23 mart tarixli, 102-IIQD saylı Qanunu) 20-ci maddəsinin I hissəsində, 37-ci maddəsinin I hissəsinin 13-cü bəndində, 83-cü maddəsinin III hissəsində və 85-ci maddəsinin 8-ci bəndində "narkotik vasitələr" sözlərindən sonra, 79-cu maddəsinin 4-cü bəndində və 80-ci maddəsinin V hissəsinin 1-ci bəndində isə "narkotik vasitələrdən" sözlərindən sonra "psixotrop maddələrdən və onların analoqlarından" sözləri əlavə edilsin.

IV. Bu qanun dərc olunduğu gündən qüvvəyə minir.


Azərbaycan Respublikasının Prezidenti HEYDƏR ƏLİYEV

Bakı şəhəri, 12 oktyabr 2001-ci il
№ 206-IIQD


İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

22 dekabr 2006-ci il tarixli 208-IIIQ nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 2, maddə 70)

 

QANUNA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 22 dekabr 2006-ci il tarixli 208-IIIQ nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 2, maddə 70) ilə II hissə ləğv edilmişdir.

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status