Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyinin yaradılması haqqında
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI
Dövlət idarəetmə strukturunu təkmilləşdirmək məqsədi ilə və Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinə rəhbər tutaraq qərara alıram:
1. Azərbaycan Respublikasının Dövlət Əmlakı Nazirliyi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, Azərbaycan Respublikasının Ticarət Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Antiinhisar Siyasəti və Sahibkarlığa Kömək Komitəsi və Azərbaycan Respublikasının Xarici İnvestisiyalar Agentliyi ləğv edilsin və onların bazasında Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi yaradılsın.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bir ay müddətində:
Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyinin Əsasnaməsinin layihəsini hazırlayıb təsdiq olunmaq üçün Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.
3. Bu Fərman imzalandığı gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının Prezidenti HEYDƏR ƏLİYEV
Bakı şəhəri, 30 aprel 2001-ci il
№ 475