Azərbaycanda memarlığın inkişafında xidmətləri olan şəxslərə “Əməkdar memar” fəxri adının verilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycanda memarlığının inkişafındakı xidmətlərinə görə aşağıdakı şəxslərə “Əməkdar memar” fəxri adı verilsin:
Abdullayeva Nərgiz Cavad qızı
Ağayev Famil Adil oğlu
Bəylərov İlqar Xıdır oğlu
İmaməliyev Nəriman Məcid oğlu
İsmayılova Gülarə Firuddin qızı
Əhmədova Fatma Əliağa qızı
Salam-zadə Sənan Əmir oğlu
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 1 oktyabr 2012-ci il
№ 2464