AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANLARI
QƏBUL EDİLDİYİ TARİX
23.10.2003
QEYDİYYAT NÖMRƏSİ
971
ADI
“Dövlət mülkiyyətində olan torpaq sahələrinin hüquqi şəxslərin nizamnamə (pay) fonduna verilməsi və istifadəsi Qaydaları”nın təsdiq edilməsi haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31-10-2003, Nəşr nömrəsi: 10, Maddə nömrəsi: 576)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
23.10.2003
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
020.000.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
01.07.2011
"Dövlət mülkiyyətində olan torpaq sahələrinin hüquqi şəxslərin nizamnamə (pay) fonduna verilməsi və istifadəsi Qaydaları"nın təsdiq edilməsi haqqında

“Dövlət mülkiyyətində olan torpaq sahələrinin hüquqi şəxslərin nizamnamə (pay) fonduna verilməsi və istifadəsi Qaydaları”nın təsdiq edilməsi haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

 

“Torpaq bazarı haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə uyğun olaraq qərara alıram:

1. “Dövlət mülkiyyətində olan torpaq sahələrinin hüquqi şəxslərin nizamnamə (pay) fonduna verilməsi və istifadəsi Qaydaları” təsdiq edilsin (əlavə olunur).

2. Bu Fərman imzalandığı gündən qüvvəyə minir.

 

Heydər ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 23 oktyabr 2003-cü il

     № 971

 


 

 

 

Azərbaycan Respublikası Prezidentinin

2003-cü il 23 oktyabr tarixli, 971 nömrəli Fərmanı ilə

TƏSDİQ EDİLMİŞDİR

 

Dövlət mülkiyyətində olan torpaq sahələrinin hüquqi şəxslərin nizamnamə (pay) fonduna verilməsi və istifadəsi

 

QAYDALARI

 

Bu Qaydalar “Torpaq bazarı haqqında” Azərbaycan Respublikası Qanununun və bu Qanunun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 8 iyul tarixli 150 nömrəli Fərmanının icrası ilə əlaqədar, eləcə də “Azərbaycan Respublikasının Torpaq Məcəlləsi”nə, “Torpaq islahatı haqqında” Qanununa və digər mövcud qanunvericilik aktlarına uyğun olaraq hazırlanmış və dövlət mülkiyyətində olan torpaq sahələrinin hüquqi şəxslərin nizamnamə (pay) fonduna verilməsini və istifadəsini tənzimləyir.

Torpaq istifadəçiləri daimi istifadəsindəki dövlət mülkiyyətində olan torpaq sahələrini hüquqi şəxslərin nizamnamə fonduna pay şəklində qoya bilərlər. Bu halda aşağıdakı prinsiplərə riayət edilir:

dövlət fondu torpaqlarının istifadəçisi torpaq sahələrinin hüquqi şəxslərin nizamnamə (pay) fonduna verməkdə sərbəstdirlər;

dövlət fondu torpaqlarının hüquqi şəxslərin nizamnamə (pay) fonduna verilməsi məqsədli və müddətlidir, habelə müqavilə formasında təsdiq olunur;

dövlət mülkiyyətində olan torpaq sahəsi hüquqi şəxslərin nizamnamə (pay) fonduna yalnız istisfadə hüququ əsasında verilir;

hüquqi şəxslərin nizamnamə (pay) fonduna verilmiş torpaqların təyinatı üzrə istifadəsinə dövlət nəzarətini Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti həyata keçirir; [1]

hüquqi şəxslərin nizamnamə (pay) fonduna verilən torpaq sahəsinin və ya bu sahə üzərindəki hüquqların dəyəri iştirakçılar arasında bağlanılmış müqavilə ilə bazar məzənnəsinə uyğun müəyyən olunur;

dövlət mülkiyyətində olan torpaqlar hüquqi şəxslərin nizamnamə (pay) fonduna təyinatı dəyişilməmək şərti ilə verilir və müqavilədə razılaşdırılmış şərtlər əsasında istifadə edilir;

hüquqi şəxslərin nizamnamə (pay) fonduna verilmiş torpaqlar təyinatı üzrə istifadə edilmədikdə Azərbaycan Respublikasının Torpaq Məcəlləsi ilə müəyyən edilmiş qaydada geri alınır;

hüquqi şəxslərin nizamnamə (pay) fonduna verilmiş torpaq sahələrinin vergisi müvafiq qanunvericiliyə uyğun olaraq tutulur;

hüquqi şəxslərin nizamnamə (pay) fonduna verilmiş torpaq sahəsinin qiyməti nizamnamə fondunda iştirakçının payını müəyyən edir. Bu halda dövlət fondu torpaqlarının normativ qiymətindən meyar kimi istifadə edilir.

 

 


İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

  1. 15 fevral 2016-cı il tarixli 787 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 21 fevral 2016-cı il, № 40; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 02, II kitab, maddə 251)
  2. 3 avqust 2022-ci il tarixli 1792 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı, 3 avqust 2022-ci il, “Xalq” qəzeti 4 avqust 2022-ci il, № 163)

 

FƏRMANA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 15 fevral 2016-cı il tarixli 787 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 21 fevral 2016-cı il, № 40; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 02, II kitab, maddə 251) ilə “Dövlət mülkiyyətində olan torpaq sahələrinin hüquqi şəxslərin nizamnamə (pay) fonduna verilməsi və istifadəsi Qaydaları”nın 2-ci hissəsinin beşinci abzasında “Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi və onun rayon (şəhər) şöbələri” sözləri “Əmlak Məsələləri Dövlət Komitəsi” sözləri ilə əvəz edilmişdir.

3 avqust 2022-ci il tarixli 1792 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı, 3 avqust 2022-ci il, “Xalq” qəzeti 4 avqust 2022-ci il, № 163) ilə “Dövlət mülkiyyətində olan torpaq sahələrinin hüquqi şəxslərin nizamnamə (pay) fonduna verilməsi və istifadəsi Qaydaları”nın ikinci hissəsinin beşinci abzasında “Əmlak Məsələləri Dövlət Komitəsi” sözləri “İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti” sözləri ilə əvəz edilmişdir.

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status