"Su təchizatı və tullantı suları haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi ilə bağlı əlavə tədbirlər barədə
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI
"Su təchizatı və tullantı suları haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsini təmin etmək məqsədi ilə qərara alıram:
1. Müəyyən edilsin ki, həmin qanunun 32-ci maddəsinin 2-ci bəndində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir. [1]
2. Bu Fərman dərc olunduğu gündən qüvvəyə minir.
Heydər ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 23 oktyabr 2003-cü il
№ 952
FƏRMANA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI
1.
20 iyun 2008-ci il tarixli 780 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, №6, maddə 498)
İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI
[1]
20 iyun 2008-ci il tarixli 780 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, №6, maddə 498) ilə 1-ci bəndində "Dövlət Tikinti və Arxitektura Komitəsi" sözləri "Nazirlər Kabineti" sözləri ilə əvəz edilmişdir.