AZƏRBAYCAN RESPUBLİKASI
İQTİSADİYYAT NAZİRLİYİNİN KOLLEGİYASI
QƏRAR
№ 02
Bakı şəhəri 25 aprel 2012-ci il
“Malın mənşə ölkəsini təsdiq edən sertifikatın verilməsi Qaydaları”nın təsdiq edilməsi barədə
Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin kollegiyası Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 5 mart tarixli, 717 nömrəli Fərmanının 3-cü hissəsinin, 2011-ci il 13 aprel tarixli, 407 nömrəli Fərmanının 1.2-ci bəndinin və 2016-cı il 28 aprel tarixli, 888 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti haqqında Əsasnamə”nin 3.0.42-ci yarımbəndinin icrası, habelə malın mənşə ölkəsini təsdiq edən sertifikatın verilməsi ilə bağlı müddətlərin, tələb olunan sənədlərin və prosedurların sayının optimallaşdırılması məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 13 fevral tarixli, 363 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Mərkəzi icra hakimiyyəti orqanlarının Nümunəvi Əsasnaməsi”nin 17-1.1-ci və 2006-cı il 28 fevral tarixli, 504 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi haqqında Əsasnamə”nin 4.7-ci və 5.11-ci bəndlərini rəhbər tutaraq
[1]
QƏRARA ALIR:
1.
Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin rəisi Zahid İsayevin “Malın mənşə ölkəsini təsdiq edən sertifikatın verilməsi Qaydaları”nın təsdiq edilməsi ilə bağlı çıxışı nəzərə alınsın.
2.
“Malın mənşə ölkəsini təsdiq edən sertifikatın verilməsi Qaydaları” təsdiq edilsin (əlavə olunur).
3.
Hüquq şöbəsinin müdiri Anar Əliyevə tapşırılsın ki, bu Qərarın 2-ci hissəsi ilə təsdiq edilmiş “Malın mənşə ölkəsini təsdiq edən sertifikatın verilməsi Qaydaları”nın Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi məqsədi ilə 3 gün müddətində Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə göndərilməsini və digər zəruri tədbirlərin görülməsini təmin etsin.
4.
Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə tapşırılsın ki, malın mənşə ölkəsini təsdiq edən sertifikatın verilməsinin və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyindəki hüquqi şəxs olan qurum vasitəsilə malın mənşə ölkəsinin müəyyən edilməsi üzrə ekspertizaların aparılmasının bu Qərarın 2-ci hissəsi ilə təsdiq edilmiş “Malın mənşə ölkəsini təsdiq edən sertifikatın verilməsi Qaydaları”na uyğun həyata keçirilməsini təmin etsin.
[2]
5.
Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin “Azərbaycan Respublikasının gömrük ərazisindən mal çıxarılarkən zəruri olduqda və bu müvafiq müqavilələrdə (sazişlərdə), normativ hüquqi aktlarda və ya Azərbaycan Respublikasının beynəlxalq müqavilələrində (sazişlərində) nəzərdə tutulduqda malın mənşəyi haqqında sertifikat verilməsi Qaydaları”nın təsdiq edilməsi barədə” 2001-ci il 24 dekabr tarixli, 56 nömrəli (27 dekabr 2001-ci il tarixli, 2734 qeydiyyat nömrəli) əmri ləğv edilsin.
6.
Bu Qərar Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinin elektron variantında dərc edildiyi gündən qüvvəyə minir.
7.
Kollegiyanın məsul katibi, Ümumi şöbənin müdiri Rövşən Ataşova tapşırılsın ki, bu Qərarın surətinin göndərilmə siyahısına uyğun çatdırılmasını təmin etsin.
8.
Bu qərarın icrasına nəzarəti öz üzərimdə saxlayıram.
Əsas: İqtisadi İnkişaf Nazirliyinin kollegiyasının 25.04.12. tarixli iclasının protokolu.
Sədr,
iqtisadi inkişaf naziri
|
Şahin Mustafayev
|
|
Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi Kollegiyasının 2012-ci il 25 aprel tarixli, 02 nömrəli Qərarı ilə təsdiq edilmişdir.
|
Malın mənşə ölkəsini təsdiq edən sertifikatın verilməsi Qaydaları
1. Ümumi müddəalar
1.1. Bu Qaydalar “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanununun 30-cu maddəsinin 5-ci hissəsinə, “Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 28 dekabr tarixli 504 nömrəli fərmanından irəli gələn məsələlər barədə” Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 5 mart tarixli, 717 nömrəli Fərmanının 3-cü və hissəsinə və 2016-cı il 28 aprel tarixli, 888 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti haqqında Əsasnamə”nin 3.0.42-ci yarımbəndinə bəndlərinə əsasən hazırlanmışdır və malın mənşə ölkəsinin müəyyən edilməsi üzrə ekspertizaların aparılması və nəticələri əsasında malın mənşə ölkəsini təsdiq edən sertifikatın (bundan sonra - mənşə sertifikatı) verilməsi qaydalarını müəyyən edir.
[3]
1.2. Mənşə sertifikatı Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti (bundan sonra - Dövlət Xidməti) tərəfindən hüquqi və fiziki şəxslərin (bundan sonra - sifarişçi) müraciəti əsasında verilir. Sifarişçinin mənşə sertifikatının verilməsinə dair ərizəsinə Dövlət Xidməti tərəfindən ərizənin təqdim olunduğu tarixdən etibarən 1 (bir) gündən gec olmayaraq baxılır və müvafiq qərar qəbul olunur.
[4]
1.3. Malın mənşə ölkəsinin müəyyən edilməsi üzrə ekspertizalar Dövlət Xidmətinin tabeliyindəki “İstehlak Mallarının Ekspertizası Mərkəzi” MMC (bundan sonra - Cəmiyyət) tərəfindən aparılır.
[5]
1.4. Mənşə sertifikatının verilməsinə görə dövlət rüsumu ödənilir. Malın mənşə ölkəsinin müəyyən edilməsi üzrə ekspertiza xidmətləri sifarişçilərlə Cəmiyyət arasında bağlanan müqavilələr əsasında ödənişli yolla həyata keçirilir və bu xidmətin tarifləri Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası tərəfindən müəyyən olunur.
2. Mənşə sertifikatının verilməsi qaydası
2.1. Mənşə sertifikatının verilməsi ilə bağlı inzibati icraat “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və bu Qaydalara əsasən həyata keçirilir.
2.2. Sifarişçi mənşə sertifikatı almaq üçün ərizəni Dövlət Xidmətinə şəxsən və ya nümayəndə vasitəsilə təqdim edir və ya poçt rabitəsi vasitəsilə, yaxud elektron üsulla göndərir.
2.3. Ərizə yazılı formada tərtib olunur və aşağıdakı məlumatları əks etdirir:
2.3.1. ərizənin ünvanlandığı orqanın adı;
2.3.2. ərizəçi fiziki şəxs olduqda onun soyadı, adı, atasının adı və ünvanı, şəxsiyyətini təsdiq edən sənəd haqqında məlumatlar;
2.3.3. ərizə hüquqi şəxsin adından verildikdə onun adı və hüquqi ünvanı;
2.3.4. sifarişçinin alıcı ilə bağladığı müqavilənin rekvizitləri, alıcının adı, malın miqdarı və adı, malın daşınacağı nəqliyyatın növü və malın mənşə ölkəsi haqqında məlumatın əks olunduğu tələbin qısa məzmunu;
2.3.5. ərizənin tərtib edildiyi tarix və ərizəçinin və ya nümayəndəsinin imzası;
2.3.6. hüquqi şəxsin rəhbərinin və ya nümayəndəsinin imzası və hüquqi şəxsin möhürü;
2.3.7. ərizəyə əlavə edilmiş sənədlərin siyahısı.
2.4. Ərizəyə aşağıdakı sənədlər əlavə edilir:
2.4.1. sifarişçi hüquqi şəxs olduqda dövlət qeydiyyatı haqqında şəhadətnamənin və hüquqi şəxslərin dövlət reyestrindən çıxarışın surəti;
2.4.2. sifarişçi hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs olduqda fiziki şəxsin vergi uçotu haqqında şəhadətnamənin surəti;
2.4.3. sifarişçi ilə alıcı arasında bağlanmış müqavilənin surəti (olduğu halda);
2.4.4. qaimə-fakturanın (invoysun) surəti;
2.4.5. ixrac olunan məhsulun ilkin xammalının, yarımfabrikatın yaxud məhsulların hazırlanmasında iştirak edən digər materialların alınmasını təsdiq edən müqavilə və ya başqa təsdiqedici sənədlərin surəti;
2.4.6. ixrac olunan məhsulun ilkin xammalı, yarımfabrikatı, yaxud məhsulların hazırlanmasında iştirak edən digər materialları xarici ölkə mənşəli olduğu təqdirdə, emal nəticəsində malın xarici iqtisadi fəaliyyətin əmtəə nomenklaturası (XİF ƏN) üzrə mövqeyində ilk dörd rəqəmdən ən azı birinin səviyyəsində dəyişmənin olması və ya advalor pay qaydası tətbiq olunduğu hallarda istifadə olunmuş materialların dəyərinin göndərilən malın qiymətinin faizlə müəyyən edilmiş həddə çatması ilə əlaqədar sənəd (kalkulyasiya).
2.5. Sifarişçidən bu Qaydaların 2.4-cü bəndində nəzərdə tutulmayan sənədlər tələb oluna bilməz. Sifarişçi təqdim etdiyi sənədlərin və onlarda göstərilən məlumatların düzgünlüyünə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət daşıması barədə xəbərdar olunur.
2.6. Dövlət Xidməti tərəfindən ərizə və ona əlavə edilmiş sənədlər təqdim olunduğu gün qəbul edilir, xüsusi kitabda qeydiyyata alınır və ərizənin qeydiyyat tarixi və nömrəsi haqqında ərizəçiyə və ya nümayəndəsinə arayış verilir və ya göndərilir.
2.7. Təqdim edilmiş sənədlərdə hər hansı çatışmazlıqlar və uyğunsuzluqlar aşkar edilmədikdə, onlar Dövlət Xidməti tərəfindən malın mənşə ölkəsinin müəyyən edilməsi üzrə ekspertizanın keçirilməsi üçün 1 (bir) gündən gec olmayaraq Cəmiyyətə təqdim olunur. Cəmiyyət tərəfindən sənədlər qəbul edilir, xüsusi kitabda qeydiyyata alınır və malın mənşə ölkəsinin müəyyən edilməsi üzrə ekspertizanın keçirilməsi məqsədi ilə göstərilən xidmətlərə görə Cəmiyyət ilə sifarişçi arasında müqavilə bağlanılır.
2.8. Təqdim edilmiş sənədlərdə Dövlət Xidməti tərəfindən çatışmazlıqlar və uyğunsuzluqlar aşkar edildikdə bu barədə sifarişçiyə ərizənin təqdim olunduğu tarixdən etibarən 1 (bir) gündən gec olmayaraq məlumat verilir. Məlumatda sənədlərdəki çatışmazlıqlar və uyğunsuzluqlar konkret göstərilir, çatışmazlıqlar və uyğunsuzluqların aradan qaldırılması üçün 15 (on beş) gündən gec olmayan müddət təyin edilir və formal tələblərə əməl olunmamasının hüquqi nəticələri sifarişçiyə izah edilir.
2.9. Təqdim edilmiş sənədlərdə və məlumatlarda Dövlət Xidməti tərəfindən çatışmazlıqlar və uyğunsuzluqlar aşkar edildiyi hallarda, bu Qaydaların 1.2-ci bəndində göstərilən müddətin axımı dayandırılır və sifarişçi tərəfindən əlavə sənədlərin və ya məlumatların Dövlət Xidmətinə təqdim olunduğu andan müddətin axımı bərpa olunur. Əlavə sənədlərin və məlumatların təqdim edilməsi üçün Dövlət Xidməti tərəfindən təyin olunmuş müddət ərzində əlavə sənədlər və məlumatlar təqdim edilməzsə, ərizə müəyyən olunmuş qaydada baxılmamış saxlanılır.
2.10. Sifarişçi “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 35-ci maddəsində göstərilən əsaslarla və qaydada Dövlət Xidmətinə təkrar ərizə ilə müraciət etmək hüququna malikdir.
2.11. Təqdim olunmuş sənədlər əsasında Cəmiyyətin eksperti tərəfindən malın mənşə ölkəsinin təyin edilməsi qaydasına uyğun olaraq malın mənşə ölkəsi müəyyən edilir. Ekspertizanın keçirilməsi zamanı, həmçinin ixrac edilən mal partiyasının mövcudluğu, malın texnoloji prosesinin mərhələlər üzrə istehsal olunub-olunmadığı, istehsal üçün zəruri olan avadanlıqların və şəraitin olub-olmadığı araşdırılır.
[6]
2.12. Ekspert tərəfindən ekspertizanın nəticələri əsasında 1 nömrəli Əlavədə nümunəsi verilmiş formada üç nüsxədə ekspertiza aktı tərtib edilir və aktda ekspertizanın nəticələri göstərilir. Aktın bir nüsxəsi Cəmiyyətdə qalır, bir nüsxəsi sifarişçiyə verilir, digər nüsxəsi isə Dövlət Xidmətinə təqdim olunur.
2.13. Ekspertiza aktı yüklənməyə hazır olan mal partiyası üçün tərtib edilir. Ekspertiza aktı dəqiq tərtib edilməli və üzərində hər hansı düzəlişlərə və qaralamalara yol verilməməlidir.
2.14. Ekspertizanın nəticələrinə əsasən Dövlət Xidməti tərəfindən sifarişçinin ərizəsinə dair müvafiq qərar qəbul edilir.
2.15. Mənşə sertifikatının verilməsi barədə qərar qəbul olunduqda Dövlət Xidməti tərəfindən mənşə sertifikatı tərtib olunur, səlahiyyətli şəxsin imzası və Dövlət Xidmətinin möhürü ilə təsdiq edilir. Sifarişçiyə mənşə sertifikatının təqdim olunması sifarişçi tərəfindən mənşə sertifikatının verilməsinə görə dövlət rüsumunun ödənilməsi haqqında qəbzin surəti Dövlət Xidmətinə təqdim olunduqdan sonra “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 62-ci maddəsinə uyğun olaraq həyata keçirilir.
2.16. Cəmiyyət tərəfindən ekspertizanın keçirilməsi, onun nəticələri əsasında ekspertiza aktının tərtib olunması, ekspertiza aktının Dövlət Xidmətinə təqdim olunması Dövlət Xidməti tərəfindən malın mənşə ölkəsinin müəyyən edilməsi üzrə ekspertizanın keçirilməsi üçün sifarişçinin ərizəsi və ona əlavə edilmiş sənədlərin Cəmiyyətə təqdim edildiyi gündən 1 (bir) gündən gec olmayaraq həyata keçirilir.
[7]
2.17. Sifarişçinin təqdim etdiyi sənədlərdə qeyri dürüst və ya təhrif olunmuş məlumatlar olduqda Dövlət Xidməti tərəfindən mənşə sertifikatının verilməsindən imtina olunur.
2.18. Mənşə sertifikatının verilməsindən imtina edildikdə Dövlət Xidməti tərəfindən mənşə sertifikatının verilməsindən imtinanın səbəbləri göstərilməklə ərizənin təqdim olunduğu tarixdən etibarən 1 (bir) gündən gec olmayaraq əsaslandırılmış qərar qəbul olunur və bu barədə sifarişçiyə məlumat verilir.
2.19. Mənşə sertifikatı hər hansı səbəbdən itdikdə və ya yararsız vəziyyətə düşdükdə bu barədə sifarişçinin yazılı müraciəti əsasında ərizə təqdim edildiyi tarixdən etibarən 1 (bir) gündən gec olmayaraq ona həmin mənşə sertifikatının dublikatı verilir.
2.20. Mənşə sertifikatının etibarsız sayılmasının, ləğv olunmasının əsasları və qaydası “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 65-ci, 67-69-cu maddələri ilə müəyyən olunur.
3. Bu Qaydaların pozulmasına görə məsuliyyət
3.1. Sifarişçi mənşə sertifikatının verilməsindən imtinadan və ya müəyyən edilmiş müddət ərzində verilməməsindən, yaxud Dövlət Xidmətinin vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 66-cı maddəsinə və 7-ci fəslinə uyğun olaraq şikayət verə bilər.
3.2. Dövlət Xidmətinin, habelə onun vəzifəli şəxslərinin məsuliyyəti “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 9-cu fəslinə uyğun olaraq müəyyən edilir.
______________________
“Malın mənşə ölkəsini təsdiq edən
sertifikatın verilməsi Qaydaları”na
1 nömrəli ƏLAVƏ
[8]
AZƏRBAYCAN RESPUBLİKASI
İQTİSADİYYAT ANTİİNHİSAR VƏ İSTEHLAK BAZARINA NƏZARƏT DÖVLƏT XİDMƏTİ
İSTEHLAK MALLARININ
EKSPERTİZASI MƏRKƏZİ
Malın mənşə ölkəsinin müəyyən edilməsi barədə
EKSPERTİZA AKTI №
1. Tərtib edildiyi tarix: _____________________________________________________________
2. Tərtib edildiyi yer: ______________________________________________________________
3. Ekspertin S.A.A.: _______________________________________________________________
4. Ekspertizanın keçirilməsinə əsas:__________________________________________________
5. Ekspertiza yük göndərənin səlahiyyətli nümayəndəsinin iştirakı ilə keçirilmişdir:
__________________________________________________________________________________
(yük göndərənin səlahiyyətli nümayəndəsinin vəzifəsi, S.A.A.)
6. Yük göndərən/ixracatçı ölkə: _____________________________________________________
_________________________________________________________________________________
7. İstehsalçı ölkə: __________________________________________________________________
8. Yük alan/idxalatçı ölkə: __________________________________________________________
__________________________________________________________________________________
__________________________________________________________________________________
__________________________________________________________________________________
9. Müqavilə: ______________________________________________________________________
10. Yükün adı: ____________________________________________________________________
11. Yükün miqdarı: _______________________________________________________________
12. Qablaşdırmanın növü və yerlərin sayı:____________________________________________
__________________________________________________________________________________
13. Nəqliyyat vasitəsinin növü: _____________________________________________________
14. Təqdim edilmiş sənədlər:_______________________________________________________
_________________________________________________________________________________
__________________________________________________________________________________
__________________________________________________________________________________
__________________________________________________________________________________
15. Ekspertiza keçirilərək müəyyən edilmişdir: _______________________________________
__________________________________________________________________________________
__________________________________________________________________________________
__________________________________________________________________________________
__________________________________________________________________________________
__________________________________________________________________________________
__________________________________________________________________________________
__________________________________________________________________________________
__________________________________________________________________________________
__________________________________________________________________________________
__________________________________________________________________________________
__________________________________________________________________________________
__________________________________________________________________________________
Ekspertizanın Ekspertizanın
başlama tarixi: _______________________ başa çatma tarixi: ___________________________
(gün, ay, il) (gün, ay, il)
Ekspert:___________________ Yük göndərənin səlahiyyətli nümayəndəsi: ________________
(imza) (imza)
16. Ekspertin rəyi: Yuxarıda qeyd olunanlar əsasında müəyyən edildi ki, bu aktın 11-ci bəndində göstərilən
miqdarda _______________________________________________________________________
(yükün adı)
_______________________________________________________________________mənşəyi
həqiqətən _________________________________________________________________ aiddir.
(ölkənin adı)
Ekspert:__________________________________
(imza)
Ekspertiza aktı _______________________________________________ qeydiyyata alınmışdır.
(aktın qeydiyyata alındığı təşkilatın və ya onun regional bölməsinin adı)
Rəhbərin (vəzifəli şəxsin) vəzifəsi və
S.A.A.:______________________________________
İmza: ____________________________________
M.Y.
Akt Mərkəzin möhürü olmadan etibarsızdır
|
İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI
1.
30 iyul 2012-ci il tarixli 04 nömrəli Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201207300004, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 15 avqust 2012-ci il)
2.
15 iyul 2014-cü il tarixli 3 nömrəli Azərbaycan Respublikası İqtisadiyyat və Sənaye Nazirliyi Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201407150003, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 25 iyul 2014-cü il)
3.
01 mart 2016-cı il tarixli 3 nömrəli Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201603010003, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 1 mart 2016-cı il)
4.
28 iyun 2016-cı il tarixli 6 nömrəli Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201606280006, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 13 iyul 2016-cı il)
5.
09 avqust 2016-cı il tarixli 10 nömrəli Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201608090010, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 19 avqust 2016-cı il)
6.
6 dekabr 2021-ci il tarixli 17 nömrəli Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202112060017, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 20 dekabr 2021-ci il)
QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI
[1]
09 avqust 2016-cı il tarixli 10 nömrəli Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201608090010, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 19 avqust 2016-cı il) ilə Qərarın preambulasında “və 2010-cu il 25 dekabr tarixli, 203 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti haqqında Əsasnamə”nin 9.33-cü bəndlərinin” sözləri “bəndinin və 2016-cı il 28 aprel tarixli, 888 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti haqqında Əsasnamə”nin 3.0.42-ci yarımbəndinin” sözləri ilə əvəz edilmişdir.
[2]
15 iyul 2014-cü il tarixli 3 nömrəli Azərbaycan Respublikası İqtisadiyyat və Sənaye Nazirliyi Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201407150003, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 25 iyul 2014-cü il) ilə 02 nömrəli Qərarın 4-cü hissəsində “İqtisadi İnkişaf” sözləri “İqtisadiyyat və Sənaye” sözləri ilə əvəz edilmişdir.
09 avqust 2016-cı il tarixli 10 nömrəli Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201608090010, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 19 avqust 2016-cı il) ilə Qərarın 4-cü bəndində “tabeliyindəki” sözündən əvvəl “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin” sözləri əlavə edilmişdir.
6 dekabr 2021-ci il tarixli 17 nömrəli Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202112060017, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 20 dekabr 2021-ci il) ilə 4-cü hissədə “İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin rəisi Zahid İsayevə” sözləri “İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə” sözləri ilə, “Nazirliyinin” sözü “Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin” sözləri ilə, “qurumlar” sözü “qurum” sözü ilə əvəz edilmişdir.
[3]
15 iyul 2014-cü il tarixli 3 nömrəli Azərbaycan Respublikası İqtisadiyyat və Sənaye Nazirliyi Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201407150003, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 25 iyul 2014-cü il) ilə 1.1-ci bənddən “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanununun 30-cu maddəsinin 5-ci hissəsinə,” sözləri çıxarılmışdır, 1.1-ci (ikinci halda), 1.2-ci bəndlərdə və həmin Qaydalara 1 nömrəli əlavədə “İqtisadi İnkişaf” sözləri “İqtisadiyyat və Sənaye” sözləri ilə əvəz edilmişdir.
09 avqust 2016-cı il tarixli 10 nömrəli Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201608090010, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 19 avqust 2016-cı il) ilə “Malın mənşə ölkəsini təsdiq edən sertifikatın verilməsi Qaydaları”nın 1.1-ci bənddə “və 2010-cu il 25 dekabr tarixli, 203 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti haqqında Əsasnamə”nin 9.33-cü” sözləri “hissəsinə və 2016-cı il 28 aprel tarixli, 888 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti haqqında Əsasnamə”nin 3.0.42-ci yarımbəndinə” sözləri ilə əvəz edilmişdir.
[4]
01 mart 2016-cı il tarixli 3 nömrəli Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201603010003, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 1 mart 2016-cı il) ilə “Malın mənşə ölkəsini təsdiq edən sertifikatın verilməsi Qaydaları”nın 1.2-ci, 2.18-ci bəndlərdə “3 (üç)” sözü “1 (bir)” sözü ilə əvəz edilmişdir.
28 iyun 2016-cı il tarixli 6 nömrəli Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201606280006, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 13 iyul 2016-cı il) ilə “Malın mənşə ölkəsini təsdiq edən sertifikatın verilməsi Qaydaları”nın 1.2-ci bəndindən və həmin Qaydalara 1 nömrəli əlavənin adından “və Sənaye” sözləri çıxarılmışdır.
6 dekabr 2021-ci il tarixli 17 nömrəli Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202112060017, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 20 dekabr 2021-ci il) ilə “Malın mənşə ölkəsini təsdiq edən sertifikatın verilməsi Qaydaları”nın 1.2-ci bənddə “Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi” sözləri “Antiinhisar və İstehlak Bazarına Nəzarət” sözləri ilə əvəz edilmişdir.
[5]
09 avqust 2016-cı il tarixli 10 nömrəli Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201608090010, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 19 avqust 2016-cı il) ilə “Malın mənşə ölkəsini təsdiq edən sertifikatın verilməsi Qaydaları”nın 1.3-cü bəndində “Dövlət Xidmətinin” sözləri “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin” sözləri ilə əvəz edilmişdir.
6 dekabr 2021-ci il tarixli 17 nömrəli Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202112060017, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 20 dekabr 2021-ci il) ilə “Malın mənşə ölkəsini təsdiq edən sertifikatın verilməsi Qaydaları”nın 1.3-cü bəndində “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin” sözləri “Dövlət Xidmətinin” sözləri ilə əvəz edilmişdir.
[6]
30 iyul 2012-ci il tarixli 04 nömrəli Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201207300004, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 15 avqust 2012-ci il) ilə “Malın mənşə ölkəsini təsdiq edən sertifikatın verilməsi Qaydaları”nın 2.11-ci bəndinin 2-ci cümləsində “zəruri olan” sözləri çıxarılmışdır.
[7]
01 mart 2016-cı il tarixli 3 nömrəli Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201603010003, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 1 mart 2016-cı il) ilə “Malın mənşə ölkəsini təsdiq edən sertifikatın verilməsi Qaydaları”nın 2.16-cı bənddə “2 (iki)” sözü “1 (bir)” sözü ilə əvəz edilmişdir.
[8]
6 dekabr 2021-ci il tarixli 17 nömrəli Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202112060017, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 20 dekabr 2021-ci il) ilə “Malın mənşə ölkəsini təsdiq edən sertifikatın verilməsi Qaydaları”nın 1 nömrəli əlavəsində “NAZİRLİYİ” sözündən sonra “ANTİİNHİSAR VƏ İSTEHLAK BAZARINA NƏZARƏT DÖVLƏT XİDMƏTİ” sözləri əlavə edilmişdir.