Kadastr qiymət rayonları və ora daxil olan inzibati rayonlar üzrə kənd təsərrüfatı torpaqlarının təyinatı, coğrafi yerləşməsi və keyfiyyəti nəzərə alınmaqla şərti balların müəyyənləşdirilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI
"Azərbaycan Respublikası Vergi Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında" Azərbaycan Respublikası Qanununun və bu Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Vergi Məcəlləsinin tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 30 avqust tarixli, 393 nömrəli Fərmanının icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. Kadastr qiymət rayonları və ora daxil olan inzibati rayonlar üzrə kənd təsərrüfatı torpaqlarının bu qərara əlavə edilmiş "Kadastr qiymət rayonları və ora daxil olan inzibati rayonlar üzrə kənd təsərrüfatı torpaqlarının təyinatı, coğrafi yerləşməsi və keyfiyyəti nəzərə alınmaqla müəyyənləşdirilmiş şərti balları" cədvəli təsdiq edilsin.
2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin aşağıdakı qərarları qüvvədən düşmüş hesab edilsin:
"Torpaq vergisinin dərəcələri haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1997-ci il 14 may tarixli, 13 nömrəli qərarı;
"Bakı, Gəncə, Sumqayıt, Naxçıvan, Şəki, Yevlax, Lənkəran, Xankəndi, Mingəçevir, Əli Bayramlı, Naftalan şəhərləri, rayon mərkəzləri, rayon tabeliyində olan şəhərlər və qəsəbələr üzrə torpaq vergisinin dərəcələri haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 8 iyun tarixli, 126 nömrəli qərarı;
"Bakı, Gəncə, Sumqayıt, Naxçıvan, Şəki, Yevlax, Lənkəran, Xankəndi, Mingəçevir, Əli Bayramlı, Naftalan şəhərləri, rayon mərkəzləri, rayon tabeliyində olan şəhərlər və qəsəbələr üzrə torpaq vergisinin dərəcələri haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 8 iyun tarixli, 126 nömrəli qərarına dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 26 fevral tarixli 20 nömrəli qərarı.
3. Bu qərar 2001-ci il yanvarın 1-dən qüvvəyə minir.
Azərbaycan Respublikasının Baş naziri A.Rasİzadə
Bakı şəhəri, 29 dekabr 2000-ci il
№ 230
Azərbaycan Respublikası Nazirlər Kabinetinin
2000-ci il 29 dekabr tarixli 230 nömrəli qərarı ilə
təsdİq edİlmİşdİr
Kadastr qiymət rayonları və ora daxil olan inzibati rayonlar üzrə kənd təsərrüfatı torpaqlarının təyinat, coğrafi yerləşməsi və keyfiyyəti nəzərə alınmaqla müəyyənləşdirilmiş şərti balları
Sıra |
Kadastr qiymət rayonları və ora daxil olan inzibati rayonlar
|
Keyfiyyət qrupları
|
Bonitet şkalası
|
Torpaq vergisinin hesablanması üçün əkin, dinc və çoxillik əkmələrin altındakı torpaqların |
1
|
2
|
3
|
4
|
5
|
1.
|
Abşeron-Qobustan |
I |
100-81 |
85 -
|
2
|
Şabran-Xaçmaz
[1]
|
I |
100-81 |
121 |
3
|
Qanıx-Türyançay |
I |
100-81 |
180 |
4
|
Şəki-Zaqatala |
I |
100-81 |
200 -
|
5
|
Qusar-Qonaqkənd |
I |
100-81 |
40 |
5а
|
Xınalıq-Xaltan |
I |
100-81 |
38 |
6
|
Dağ-Şirvan |
I |
100-81 |
66 |
6а
|
Qobustan-Xilmilli
[2]
|
I |
100-81 |
58 |
7
|
Gəncə-Qazax |
I |
100-81 |
60 |
8
|
Mil-Qarabağ |
I |
100-81 |
127 |
9
|
Arazboyu |
I |
100-81 |
56 |
10
|
Daşkəsən-Gədəbəy |
I |
100-81 |
42 |
11
|
Laçın-Qubadlı |
I |
100-81 |
29 |
12
|
Dağ-Qarabağ |
I |
100-81 |
42 |
13
|
Muğan-Salyan |
I |
100-81 |
98 |
14
|
Aran-Şirvan |
I |
100-81 |
84 -
|
15
|
Lənkəran-Astara |
I |
100-81 |
125 |
16
|
Cəlilabad |
I |
100-81 |
73 |
16а
|
Üçtəpə-Təzəkənd |
I |
100-81 |
60 |
17
|
Lerik-Yardımlı |
I |
100-81 |
35 |
18
|
Şərur-Ordubad |
I |
100-81 |
53 |
19
|
Şahbuz-Paraqaçay |
I |
100-81 |
24 |
Qeyd: Biçənəklər, örüşlər və otlaqlar (yay və qış otlaqları da daxil olmaqla) üçün torpaqların 1 hektarlarının şərti balları müvafiq kadastr qiymət rayonunun əkin, dinc və çoxillik əkmələrin altındakı torpaqların I keyfiyyət qrupu üçün müəyyənləşdirilmiş şərti ballarının 1/10 miqdarında qəbul edilir.
İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI
1.
5 iyun 2008-ci il tarixli 130 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, №6, maddə 582)
2.
9 iyun 2008-ci il tarixli 132 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, №6, maddə 584)
3.
10 iyun 2008-ci il tarixli 134 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, №6, maddə 586)
4.
25 iyun 2010-cu il tarixli 122 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 6, maddə 566)
QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI
[1]
25 iyun 2010-cu il tarixli 122 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 6, maddə 566) ilə təsdiq edilmiş “Kadastr qiymət rayonları və ora daxil olan inzibati rayonlar üzrə kənd təsərrüfatı torpaqlarının təyinatı, coğrafi yerləşməsi və keyfiyyəti nəzərə alınmaqla müəyyənləşdirilmiş şərti balları” cədvəlinin 2-ci və 5-ci bəndlərinin “Kadastr qiymət rayonları və ora daxil olan inzibati rayonlar” sütununda “Dəvəçi” sözü “Şabran” sözü ilə əvəz edilmişdir.
[2]
5 iyun 2008-ci il tarixli 130 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, №6, maddə 582) ilə Kadastr qiymət rayonları və ora daxil olan inzibati rayonlar üzrə kənd təsərrüfatı torpaqlarının təyinatı, coğrafi yerləşməsi və keyfiyyəti nəzərə alınmaqla müəyyənləşdirilmiş şərti balları»nın 6a bəndinin «Kadastr qiymət rayonları və ora daxil olan inzibati rayonlar» sütununda «Mərəzə-Xilmilli» sözləri «Qobustan-Xilmilli» sözləri ilə əvəz edilmişdir.
[3]
9 iyun 2008-ci il tarixli 132 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, №6, maddə 584) ilə «Kadastr qiymət rayonları və ora daxil olan inzibati rayonlar üzrə kənd təsərrüfatı torpaqlarının təyinatı, coğrafi yerləşməsi və keyfiyyəti nəzərə alınmaqla müəyyənləşdirilmiş şərti balları»nın 7-ci bəndinin «Kadastr qiymət rayonları və ora daxil olan inzibati rayonlar» sütununda «Xanlar» sözü «Göygöl» sözü ilə əvəz edilmişdir.
[4]
9 iyun 2008-ci il tarixli 132 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, №6, maddə 584) ilə «Kadastr qiymət rayonları və ora daxil olan inzibati rayonlar üzrə kənd təsərrüfatı torpaqlarının təyinatı, coğrafi yerləşməsi və keyfiyyəti nəzərə alınmaqla müəyyənləşdirilmiş şərti balları»nın 10-cu bəndinin «Kadastr qiymət rayonları və ora daxil olan inzibati rayonlar» sütununda «Xanlar» sözü «Göygöl» sözü ilə əvəz edilmişdir.
[5]
10 iyun 2008-ci il tarixli 134 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, №6, maddə 586) ilə «Kadastr qiymət rayonları və ora daxil olan inzibati rayonlar üzrə kənd təsərrüfatı torpaqlarının təyinatı, coğrafi yerləşməsi və keyfiyyəti nəzərə alınmaqla müəyyənləşdirilmiş şərti balları» cədvəlinin «Kadastr qiymət rayonları və ora daxil olan inzibati rayonlar» sütununun 13-cü bəndində «Əli Bayramlı» sözləri «Şirvan» sözü ilə əvəz edilmişdir.