AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMLARI
QƏBUL EDİLDİYİ TARİX
29.12.2011
QEYDİYYAT NÖMRƏSİ
1958
ADI
2012-2020-ci illər üçün Azərbaycan Respublikasında alternativ və bərpa olunan enerji mənbələrindən istifadəyə dair Dövlət Strategiyasının hazırlanması haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Qəzeti (Dərc olunma tarixi: 30-12-2011, Nəşr nömrəsi: 290), Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31-12-2011, Nəşr nömrəsi: 12, Maddə nömrəsi: 1237)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
170.140.010
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
32201112291958
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
30.12.2011
2012-2020-ci illər üçün Azərbaycan Respublikasında alternativ və bərpa olunan enerji mənbələrindən istifadəyə dair Dövlət Strategiyasının hazırlanması haqqında

2012-2020-ci illər üçün Azərbaycan Respublikasında alternativ və bərpa olunan enerji mənbələrindən istifadəyə dair Dövlət Strategiyasının hazırlanması haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI

 

Müasir dövrdə enerji resurslarına tələbatın daim artması, enerji istehsalı zamanı yaranan ekoloji problemlər və texnogen fəlakətlər, dünyada alternativ və bərpa olunan enerji mənbələrindən istifadənin sürətlə genişlənməsi regional və qlobal enerji təhlükəsizliyinin təmin olunmasında respublikamızın rolunu əhəmiyyətli dərəcədə artırır.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, 2012-2020-ci illər üçün Azərbaycan Respublikasında alternativ və bərpa olunan enerji mənbələrindən istifadəyə dair Dövlət Strategiyasının hazırlanmasını təmin etmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikasının Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi müvafiq mərkəzi və yerli icra hakimiyyəti orqanları ilə birlikdə, bu sahədə geniş təcrübəyə malik yerli və beynəlxalq şirkətləri cəlb etməklə, ölkədəki mövcud alternativ və bərpa olunan enerji potensialından istifadəyə dair 2012-2020-ci illəri əhatə edən Dövlət Strategiyasının layihəsini 6 ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin. [1]

2. Bu Sərəncamın 1-ci hissəsinə əsasən Dövlət Strategiyasının layihəsi hazırlanarkən aşağıdakılar nəzərə alınsın:

2.1. ölkədə alternativ və bərpa olunan enerji mənbələri hesabına elektrik və istilik enerjisi istehsalı üzrə 2012-2020-ci illər üçün əsas istiqamətlərin müəyyənləşdirilməsi;

2.2. alternativ və bərpa olunan enerji mənbələrindən istifadə sahəsində normativ hüquqi baza yaradılması;

2.3. alternativ və bərpa olunan enerji mənbələrindən istifadəyə dair stimullaşdırıcı tədbirlər görülməsi;

2.4. daxili və beynəlxalq elmi-texniki potensiala əsaslanmaqla, iqtisadiyyatın bütün sahələrində alternativ və bərpa olunan enerji mənbələrindən istifadənin təmin edilməsi.

3. 2012-2020-ci illər üçün Azərbaycan Respublikasında alternativ və bərpa olunan enerji mənbələrindən istifadəyə dair Dövlət Strategiyasının hazırlanmasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikası Sənaye və Energetika Nazirliyinin Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinə Azərbaycan Respublikasının 2011-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 1,0 (bir) milyon manat ayrılsın.

4. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 3-cü hissəsində nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etsin.

5. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.

 

İlham ƏLİYEV,

 Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 29 dekabr 2011-ci il

    № 1958

 

 

İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       20 dekabr 2012-ci il tarixli 2620 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (“Respublika” qəzeti, 23 dekabr 2012-ci il, № 287; “Azərbaycan” qəzeti, 26 dekabr 2012-ci il, № 289; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, № 12, maddə 1313)

2.       25 noyabr 2013-cü il tarixli 128 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (“Respublika” qəzeti, 26 noyabr 2013-cü il, № 269; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 11, maddə 1453)

 

SƏRƏNCAMA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 20 dekabr 2012-ci il tarixli 2620 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (“Respublika” qəzeti, 23 dekabr 2012-ci il, № 287; “Azərbaycan” qəzeti, 26 dekabr 2012-ci il, № 289; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, № 12, maddə 1313) ilə 1-ci hissəsində “Azərbaycan Respublikası Sənaye və Energetika Nazirliyinin Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi” sözləri “Azərbaycan Respublikasının Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Şirkəti” sözləri ilə əvəz edilmişdir.

25 noyabr 2013-cü il tarixli 128 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (“Respublika” qəzeti, 26 noyabr 2013-cü il, № 269; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 11, maddə 1453) ilə 1-ci hissədə “Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Şirkəti” sözləri “Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi” sözləri ilə əvəz edilmişdir.

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status