280.000.000
"Dövlət və yerli əhəmiyyətli hidrotexniki qurğuların siyahısının, mühafizə rejimi və təhlükəsizliyi üzrə Təsnifatı"nın, "Hidrotexniki qurğuların dövlət reyestrinin tərtib olunması və aparılması Qaydaları"nın və "Mühafizə zonalarının ölçüləri, sərhədləri və istifadəsi Qaydaları"nın təsdiq edilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI
"Hidrotexniki qurğuların təhlükəsizliyi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 21 fevral tarixli 858 nömrəli Fərmanının icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. "Dövlət və yerli əhəmiyyətli hidrotexniki qurğuların siyahısı, mühafizə rejimi və təhlükəsizliyi üzrə Təsnifatı", "Hidrotexniki qurğuların dövlət reyestrinin tərtib olunması və aparılması Qaydaları" və "Mühafizə zonalarının ölçüləri, sərhədləri və istifadəsi Qaydaları" təsdiq edilsin (əlavə olunur).
2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.
Azərbaycan Respublikası Baş nazirinin birinci müavini A.Rasİzadə
Bakı şəhəri, 21 avqust 2003-cü il
№ 109
|
Azərbaycan Respublikası Nazirlər Kabinetinin
2003-cü il 21 avqust tarixli 109 nömrəli qərarı ilə
TƏSDİQ EDİLMİŞDİR
|
Dövlət və yerli əhəmiyyətli hidrotexniki qurğuların siyahısı, mühafizə rejimi və təhlükəsizliyi üzrə
TƏSNİFATI
I. Ümumİ müddəalar
1.1. Dövlət və yerli əhəmiyyətli hidrotexniki qurğuların siyahısı, mühafizə rejimi və təhlükəsizliyi üzrə Təsnifatı "Hidrotexniki qurğuların təhlükəsizliyi haqqında" Azərbaycan Respublikasının Qanununa və "Hidrotexniki qurğuların təhlükəsizliyi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 21 fevral tarixli 858 nömrəli Fərmanına əsasən hazırlanmışdır.
1.2. Təyinatından, təhlükəsizlik dərəcəsindən, mühafizə rejimindən və istifadə xüsusiyyətlərindən asılı olaraq Azərbaycan Respublikasının ərazisində hidrotexniki qurğular təsnifatlaşdırılır, dövlət və yerli əhəmiyyətli qurğulara bölünür.
II. Hİdrotexnİkİ qurğuların dövlət və yerlİ əhəmİyyətlİ olması üzrə sİyahısı
Hidrotexniki qurğuların dövlət və yerli əhəmiyyətli olması üzrə siyahısı "Hidrotexniki qurğuların təhlükəsizliyi haqqında" Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən, qurğuların hər hansı səbəbdən sıradan çıxması və qəzası nəticəsində baş verə biləcək iqtisadi, ictimai və ekoloji itki və təsirlərin miqdarı və miqyası ilə müəyyən edilir.
III. Dövlət və yerlİ əhəmİyyətlİ hİdrotexnİkİ qurğular
3.1. Bu sənədin II bəndində qeyd edilən meyarlar əsas götürülərək dövlət və yerli əhəmiyyətli hidrotexniki qurğulara aşağıdakılar aid edilir:
3.1.1. Dövlət əhəmiyyətli qurğular:
3.1.1.1. iri su anbarları və bəndlər;
3.1.1.2. hidroqovşaqlar və sahilqoruyucular;
3.1.1.3. iri su tullayıcılar;
3.1.1.4. suburaxıcılar, suqəbuledicilər, sudurulducular, suötürücülər;
3.1.1.5. səviyyə əlaqələndiriciləri, su nasosxanaları;
3.1.1.6. magistral kanallar və kollektorlar;
3.1.1.7. iri su anbarlarının və çay sahillərinin mühafizə qurğuları;
3.1.1.8. yeraltı və yerüstü su ehtiyatlarından istifadə etmək və suyun zərərli təsirlərinin qarşısını almaq üçün xüsusi mühəndis qurğuları;
3.1.1.9. meliorasiya və su təsərrüfatı qurğularının istismarını və qorunmasını təmin edən əsas və köməkçi avadanlıqlar və kommunikasiyalar;
3.1.1.10. Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin xarici dövlətlər, firmalar və konsorsiumlarla birgə tikdiyi və istismar etdiyi bütün meliorasiya və su təsərrüfatı qurğuları, onların istismarı və qorunmasını təmin edən avadanlıqlar; [1]
3.1.1.11. dəniz hidrotexniki neft-qaz mədən qurğuları;
3.1.1.12. dəniz neft-qaz yataqlarının maddi-texniki təchizatı və hasil olunan məhsulların saxlanılmasını və daşınmasını təmin edən köməkçi bazalar, terminallar, nasos-kompressor stansiyaları, boru kəmərləri və kommunikasiyaları;
3.1.1.13. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin xarici dövlətlər, firmalar və konsorsiumlarla birgə tikdiyi, abadlaşdırdığı və istismar etdiyi bütün dəniz hidrotexniki neft-qaz mədən qurğuları, onların bazaları, terminalları, nasos-kompressor stansiyaları, boru kəmərləri və kommunikasiyaları;
3.1.1.14. Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində yerləşən dəniz qurğuları (estakadalar, estakadayanı meydançalar, stasionar dəniz platformaları, su mühiti ilə qarşılıqlı təsirdə olan, dəniz üzgüçülüyünün təhlükəsizliyinin təmin edilməsi və gəmilərin dayanması üçün nəzərdə tutulmuş mühəndis-texniki qurğular, gəmiburaxan şlüzlər), onların saxlanılmasını və qorunmasını təmin edən əsas və köməkçi avadanlıqlar; [2]
3.1.1.15. su elektrik stansiyaları, tunellər və təzyiqli boru kəmərləri;
3.1.1.16. tərkibində su elektrik stansiyaları olan hidroqovşaqlar;
3.1.1.17. hidroenergetika obyektləri və qurğularının istismarını və qorunmasını təmin edən əsas və köməkçi avadanlıqlar və kommunikasiyalar;
3.1.1.18. iri balıqqoruyucu və balıqburaxan qurğular;
3.1.1.19. balıqqoruyucu və balıqburaxan qurğuların istismarı və qorunmasını təmin edən əsas avadanlıqlar və onların kommunikasiyaları;
3.1.1.20. iri tənzimləyici su təchizatı və kanalizasiya qurğuları;
3.1.1.21. iri su təchizatı və kanalizasiya nasosxanaları;
3.1.1.22. nizamlayıcı su anbarları;
3.1.1.23. içməli su kəmərləri və onların üzərindəki qurğular;
3.1.1.24. su təchizatı və kanalizasiya qurğularının saxlanılmasını təmin edən avadanlıqlar və kommunikasiyalar.
3.1.2. Dövlətlərarası müştərək istismar edilən və kaskad tipli su elektrik stansiyaları, iri su anbarları, su nasosxanaları, bəndlər, tunellər, magistral kanallar, kollektorlar, su anbarlarının və çay sahillərinin mühafizə qurğuları, habelə Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində yerləşən dəniz qurğuları xüsusi mühafizə olunan dövlət əhəmiyyətli hidrotexniki qurğulara aid edilir.
3.1.3. Yerli əhəmiyyətli qurğular:
3.1.3.1. keçmiş kolxoz və sovxozların balansında olmuş və su təsərrüfatı təşkilatlarının balansına verilmiş meliorasiya və su təsərrüfat qurğu və avadanlıqları;
3.1.3.2. bələdiyyələrin, ayrı-ayrı hüquqi və fiziki şəxslərin mülkiyyətində və istifadəsində olan meliorasiya və irriqasiya qurğu və avadanlıqları, yer səthindən birinci sulu horizonta qazılmış tək quyular, kəhrizlər, kaptaj edilmiş bulaqlar;
3.1.3.3. dəniz neft-qaz yataqlarının abadlaşdırılmasına və istismarına cəlb edilmiş yardımçı dövlət, bələdiyyə və özəl müəssisələrə məxsus olan sahil qurğu və avadanlıqları;
3.1.3.4. bələdiyyələrə, yardımçı təsərrüfatlara və özəl müəssisələrə məxsus olan balıqqoruyucu və balıqburaxan qurğu və avadanlıqlar;
3.1.3.5. bələdiyyələrə, yardımçı təsərrüfatlara və özəl müəssisələrə məxsus olan tənzimləyici su təchizatı və kanalizasiya qurğuları, su təchizatı və kanalizasiya nasosxanaları, nizamlayıcı su anbarları, içməli su kəmərləri və onların üzərindəki qurğular.
IV. Dövlət və yerlİ əhəmİyyətlİ hİdrotexnİkİ qurğuların sİyahısının tərtİb edİlməsİ qaydası
Dövlət və yerli əhəmiyyətli hidrotexniki qurğuların siyahısı onların istismar üçün sərəncamına verildiyi müəssisə və təşkilatların uçot siyahısı üzrə müəyyən edilir.
V. Hİdrotexnİkİ qurğuların təhlükəsİzlİk üzrə təsnİfatı
5.1. Hidrotexniki qurğuların təhlükəsizliyi üzrə təsnifatı onların istismar üçün sərəncamına verildiyi müəssisə və təşkilatlar tərəfindən təhlükəni yaradan mənbə və amillər üzrə aparılır və aşağıdakılardan ibarətdir:
5.1.1. konstruktiv təhlükəsizlik;
5.1.2. texnoloji təhlükəsizlik;
5.1.3. təbii fəlakətlərdən təhlükəsizlik;
5.1.4. daxili və xarici təxribatlardan təhlükəsizlik.
VI. Hİdrotexnİkİ qurğuların mühafİzə rejİmİ üzrə təsnİfatı
6.1. Hidrotexniki qurğuların mühafizə rejimi onların istismar üçün verildiyi müəssisə və təşkilatlar tərəfindən bu qurğuların təsnifatına uyğun olaraq müəyyən edilir və aşağıdakılardan ibarətdir:
6.1.1. xüsusi mühafizə rejimi;
6.1.2. qurğuların konstruktiv möhkəmliyinin hər hansı səbəbdən itirilməsi nəticəsində yaranan təhlükədən mühafizə rejimi;
6.1.3 qurğularda texnoloji proseslərin hər hansı səbəbdən pozulması nəticəsində yaranan təhlükədən mühafizə rejimi;
6.1.4. qurğuların təbii fəlakətlərin təsirindən yaranan təhlükədən mühafizə rejimi;
6.1.5. qurğuların təxribatlardan mühafizə rejimi.
|
Azərbaycan Respublikası Nazirlər Kabinetinin
2003-cü il 21 avqust tarixli 109 nömrəli qərarı ilə
TƏSDİQ EDİLMİŞDİR
|
Hidrotexniki qurğuların dövlət reyestrinin tərtib olunması və aparılması
QAYDALARI [3]
1. Bu Qaydalar "Hidrotexniki qurğuların təhlükəsizliyi haqqında" Azərbaycan Respublikası Qanununa və "Hidrotexniki qurğuların təhlükəsizliyi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 21 fevral tarixli 858 nömrəli Fərmanına əsasən hazırlanmışdır və hidrotexniki qurğuların dövlət reyestrinin tərtib olunması və aparılması qaydalarını müəyyən edir.
2. Hidrotexniki qurğuların dövlət reyestri - qurğunun təyinatını, texniki vəziyyətinin kəmiyyət və keyfiyyət göstəricilərini, istismar şəraitini, onun hidrotexniki qurğunun təhlükəsizlik meyarlarına uyğunluğunu, texniki xassələrini, təhlükəsizlik dərəcəsini və təhlükəsizliyi üzrə təsnifatını özündə əks etdirən məlumatlar toplusudur.
3. Hidrotexniki qurğuların dövlət reyestri - Azərbaycan Respublikasının hidrotexniki qurğuları üzrə məlumatların qeydiyyatı, saxlanması, təqdim olunması və uçotunun vahid sistemidir.
4. Dövlət reyestri bu məlumatların sistemləşdirilmiş qeydiyyatını, səmərəli istifadəsini və mühafizəsini təşkil etmək və qurğunun səmərəli istismarı üçün lazım olan maddi-texniki təminatı yaratmaq, eləcə də mühəndis mühafizəsini təşkil edə biləcək kadrların və onların müvafiq texniki imkanlarının formalaşdırılması ilə bütövlükdə qurğunun təhlükəsizliyinə ilkin normativ təminat yaratmaq məqsədilə aparılır.
5. Dövlət reyestrinin obyektləri Azərbaycan Respublikasının "Hidrotexniki qurğuların təhlükəsizliyi haqqında" Qanununa uyğun olaraq təhlükəsizlik bəyannaməsi tərtib olunmalı hidrotexniki qurğulardır.
6. Hidrotexniki qurğuların təhlükəsizlik bəyannaməsinin təsdiq edilməsi onların dövlət reyestrinə daxil edilməsi üçün əsasdır.
7. Dövlət reyestrinin məlumat bazasına və dərc olunan reyestr məlumatlarına dəyişikliklər və əlavələr qurğunun təhlükəsizlik bəyannaməsinə edilən dəyişikliklər və əlavələr əsasında həyata keçirilir.
8. Bu Qaydalara riayət etmək mülkiyyət və təşkilatı-hüquqi formasından asılı olmayaraq Azərbaycan Respublikasının ərazisində hidrotexniki qurğuların mülkiyyətçisi olan və ya bu mülkiyyətçilərin razılığı və tapşırığı ilə onların istismarı ilə məşğul olan bütün hüquqi şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan bütün fiziki şəxslər (bundan sonra - şəxslər) üçün məcburidir.
9. Hidrotexniki qurğuların dövlət reyestrinə daxil edilməsi və dövlət reyestrinin aparılması Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti tərəfindən həyata keçirilir. [4]
10. İstismara qəbul edilən yeni hidrotexniki qurğular onların istismara verildiyi gündən ən geci 1 ay müddətində dövlət reyestrinə daxil edilir.
11. Hidrotexniki qurğuların dövlət reyestrinin aparılması Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin saxlanılması üçün ayrılan vəsait daxilində maliyyələşdirilir. [5]
12. Hidrotexniki qurğunun təhlükəsizliyinə dövlət nəzarətini həyata keçirən Azərbaycan Respublikasının Energetika Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, habelə Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, dövlət reyestrinin formalaşması və aparılmasında iştirak edir, öz səlahiyyətləri daxilində reyestrin sahə bölmələrini formalaşdırır və müvafiq məlumatları qeydiyyatdan keçirdikdən sonra 15 gün müddətində Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə təqdim edirlər.
[6]
13. Hidrotexniki qurğunun dövlət reyestrinə daxil edilməsi üçün onların mülkiyyətçiləri (istifadəçiləri) Azərbaycan Respublikasının Energetika Nazirliyi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi və ə müvafiq ərizə ilə bu Qaydaların 2-ci bəndində göstərilən və qurğunu səciyyələndirən məlumatları, təsdiq olunmuş texniki təhlükəsizlik bəyannaməsini təqdim edirlər. [7]
14. Dövlət orqanları təqdim edilən sənədlərə, onları xüsusi kitabda qeydə almaqla 15 gün müddətində baxmalıdır. Təqdim edilmiş sənədlərdə təhrif olunmuş, düzgün olmayan məlumatlar və çatışmazlıqlar aşkar edilmədikdə, yuxarıda göstərilən müddət ərzində hidrotexniki qurğu dövlət reyestrinə daxil edilir.
15. Təqdim olunmuş sənədlərdə təhrif olunmuş, düzgün olmayan məlumatlar və çatışmazlıqlar aşkar edildikdə, bu barədə sənədləri təqdim etmiş şəxslərə yazılı məlumat verilir, göstərilən nöqsanlar aradan qaldırıldıqdan və sənədlər təkrarən təqdim edildikdən sonra onlara 5 gün müddətində baxılır və dövlət reyestrinə daxil edilir.
16. Hidrotexniki qurğunun vəziyyətini əks etdirən kəmiyyət və keyfiyyət göstəriciləri barədə məlumatlar dövlət reyestrinin müvafiq bölmələrini formalaşdıran və aparan dövlət orqanlarına aşağıdakı ardıcıllıqla verilməlidir:
16.1. dövlət nəzarətini həyata keçirən orqanın iştirakı ilə qurğunun vaxtaşırı müayinəsi barədə aktlar - 5 ildə bir dəfə;
16.2. hidrotexniki qurğunun təhlükəsizlik bəyannaməsi - təsdiq olunduqdan sonra;
16.3. qəza və nasazlıq barədə məlumatlar - baş verdikdə;
16.4. layihənin dəyişdirilməsi, yaxud qəza halları ilə əlaqədar aparılan yenidənqurma və təmir işləri barədə məlumatlar - iş aparıldıqda;
16.5. layihə məlumatları - layihə təsdiq olunduqdan sonra;
16.6. hidrotexniki qurğunun istismara qəbul edilməsi aktı - təsdiq olunduqdan sonra;
16.7. hidrotexniki qurğunun texniki vəziyyəti barədə məlumatlar - hər il nəzarət orqanının illik hesabatı əsasında.
17. Fəaliyyətdə olan və istismara qəbul edilən hidrotexniki qurğu müəyyən olunmuş müddət ərzində dövlət reyestrinə daxil edilməyibsə, "Hidrotexniki qurğuların təhlükəsizliyi haqqında" Azərbaycan Respublikası Qanununa əsasən qurğunun təhlükəsizliyinə dövlət nəzarətini həyata keçirən orqanlar tərəfindən qurğunu istismar edən şəxslərə qurğunun dövlət reyestrinə daxil edilməsinin son müddəti göstərilməklə bildiriş göndərilir, bildirişdə göstərilən müddət ərzində qurğunu dövlət reyestrində qeydiyyatdan keçirməyən şəxslər barədə müvafiq tədbir görülür.
18. Dövlət reyestrinə daxil edilmiş hidrotexniki qurğular haqqında sistemləşdirilmiş məlumatların yığılması və saxlanılması, hidrotexniki qurğuların dövlət reyestrinin vahid məlumat bazasının avtomatlaşdırılmış kompüter proqramlarına daxil ediləcək göstəriciləri, dövlət reyestrinin aparılması üçün normativ - hüquqi sənədlərin hazırlanması, reyestrin aparılması ilə bağlı metodiki və texniki araşdırmalar Azərbaycan Respublikasının Energetika Nazirliyi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti, Fövqəladə Hallar Nazirliyi birlikdə təsdiq etdiyi vahid metodika əsasında həyata keçirilir. [8]
19. Hidrotexniki qurğular haqqında məlumatlar aşağıdakı bölmələr üzrə sistemləşdirilir:
19.1. hidrotexniki qurğunun əlamətləri, qurğunu Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən təhlükə potensiallı qurğu kateqoriyasına aid edən əlamətlər;
19.2. istismar edilən hidrotexniki qurğular və obyekt haqqında ümumi məlumat;
19.3. hidrotexniki qurğuların əsas göstəriciləri.
20. Azərbaycan Respublikasının Energetika Nazirliyi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti, Fövqəladə Hallar Nazirliyi və öz səlahiyyətləri daxilində aşağıdakıları təmin edirlər: [9]
20.1. hidrotexniki qurğular haqqında sistemləşdirilmiş məlumatın yığılması və saxlanılmasını;
20.2. dövlət orqanlarına öz səlahiyyətlərinin yerinə yetirilməsi üçün dövlət reyestrinə daxil edilmiş hidrotexniki qurğular haqqında məlumatların lazım olan həcmlərdə təqdim olunmasını;
20.3. hidrotexniki qurğuların dövlət reyestrinin aparılmasında avtomatlaşdırılmış sistemin tətbiq edilməsini.
21. Hidrotexniki qurğuların dövlət reyestrindən çıxarılması bu qurğuları reyestrə daxil etmiş orqanın qərarına əsasən qurğular ləğv edildikdə, istismardan çıxarıldıqda (balansdan silindikdə), yaxud onda edilmiş texniki-texnoloji dəyişikliklərlə əlaqədar təhlükəsizlik əlamətləri qalmadıqda həyata keçirilir.
|
Azərbaycan Respublikası Nazirlər Kabinetinin
2003-cü il 21 avqust tarixli 109 nömrəli qərarı ilə
TƏSDİQ EDİLMİŞDİR
|
Mühafizə zonalarının ölçüləri, sərhədləri və istifadəsi Qaydaları [10]
1. Bu Qaydalar "Hidrotexniki qurğuların təhlükəsizliyi haqqında" Azərbaycan Respublikasının Qanununa və "Hidrotexniki qurğuların təhlükəsizliyi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 21 fevral tarixli 858 nömrəli Fərmanına əsasən hazırlanmışdır.
2. Hidrotexniki qurğuların mühafizə zonaları onlara bitişik, üzərində təbii ehtiyatların istifadəsi, mühafizəsi və digər təsərrüfat fəaliyyətinin həyata keçirilməsi üzrə xüsusi rejim müəyyən edilən ərazilərdir.
3. Bu ərazilərdə xüsusi rejimə əməl edilməsi, hidrotexniki qurğuların texniki və istismar vəziyyətinin yaxşılaşdırılması, sahilyanı ərazilərin abadlaşdırılması və mühafizə tədbirləri kompleksinin həyata keçirilməsi, hidrotexniki qurğuların təhlükəsizliyinin təmin edilməsinə müvafiq təminat yaradır.
4. Su anbarlarında, magistral və təsərrüfatlararası kanallarda və kollektorlarda mühafizə zonalarının hüdudlarında sahil mühafizə zolaqları müəyyən edilir və onların ərazilərində əlavə məhdudiyyətlər tətbiq edilir. Bu zolaqların ölçüləri, sərhədləri və istifadəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 24 mart tarixli 56 nömrəli qərarı ilə təsdiq edilmiş "Su mühafizə zonalarının, onların sahil mühafizə zolaqlarının ölçülərinin, sərhədlərinin və istifadəsinin müəyyən edilməsi Qaydaları"na əsasən həyata keçirilir.
5. Hidrotexniki qurğuların mühafizə zonalarının ölçüləri, sərhədləri və istifadəsi onların təhlükəsizliyi üzrə təsnifatından asılı olaraq aidiyyəti üzrə Azərbaycan Respublikasının Energetika Nazirliyi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti, Fövqəladə Hallar Nazirliyi, Dövlət Tikinti və Arxitektura Komitəsi tərəfindən müəyyən edilir və Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilir. [11]
6. Hidrotexniki qurğuların təhlükəsizliyi üzrə təsnifatından asılı olaraq onların ətrafında mühafizə zonalarının ölçüləri aşağıdakı kimi qəbul edilir:
6.1. Dövlət əhəmiyyətli meliorasiya və su təsərrüfatı qurğularında:
6.1.1. su anbarlarında (bəndlər, tərkibində su elektrik stansiyaları olan hidroqovşaqlar və digər qurğular daxil olmaqla):
6.1.1.1. akvatoriyasının sahəsi 2 kv. km-dək olduqda - suyun normal yığılma səviyyəsindən
6.1.1.2. akvatoriyasının sahəsi 2 kv. km-dən artıq olduqda - suyun normal yığılma səviyyəsindən
6.1.2. Kanallar, kollektorlar, magistral sunəqledici kəmərlər və tunellər boyu onların suburaxma qabiliyyətindən asılı olaraq:
6.1.2.1. 10 kub. m/san qədər olduqda -
6.1.2.2. 10-30 kub. m/san olduqda -
6.1.2.3. 30-50 kub. m/san olduqda -
6.1.2.4. 50 kub. m/san-dən artıq olduqda -
6.1.3. Hidroqovşaqların, su nasosxanalarının, sutullayıcı, suburaxıcı, suqəbuledici, sudurulducu, suötürücü, səviyyəəlaqələndirici, balıqburaxan, balıqqoruyucu və digər qurğularda:
6.1.3.1. qurğulara bitişik və ya onların yerləşdiyi sahildə - təbii və süni su axarlarının su mühafizə zonalarının ölçülərinə bərabər:
6.1.3.2. qarşı sahil istiqamətində:
a) su axarlarının eni 100 m-dən az olduqda məcra və mövcud sahil mühafizə zolağı da daxil olmaqla;
b) eni 100 m-dən çox olduqda su axarının xüsusiyyətindən asılı olaraq minimum eni
6.1.3.3. kanallar və kollektorlar üzərində yerləşən qurğularda onların mühafizə zonalarının ölçüləri kanalın və kollektorun mühafizə zonasının ölçüsünə bərabər qəbul edilir;
6.1.3.4. məcrada yerləşən qurğuların (sutullayıcı, suburaxıcı, suqəbuledici, sudüşürən, suötürücü, səviyyəəlaqələndirici, balıqburaxan, balıqqoruyucu və s.) aşağı və yuxarı byeflərdə mühafizə zonalarının ölçüsü su axarlarının xüsusiyyətlərindən və qurğunun təhlükəsizlik təsnifatından asılı olaraq 1,0-1,5 və 1,5-
6.1.4. Su quyularında (subartezian, kaptaj və s. yeraltı suqəbuledici qurğular) mühafizə zonalarının ölçüsü quyudan (qrup halında yerləşən quyularda isə kənardakı quyudan) götürülməklə hər tərəfə mühafizə olunan yeraltı sularda 30 m-ə qədər, kifayət qədər mühafizə olunmayan yeraltı sularda isə 50 m-ə qədər.
6.1.5. Sahilqoruyucu, sahilbərkidici və məcranizamlayıcı qurğuların mühafizə zonalarının ölçüləri su axarlarının sahil mühafizə zolaqlarının ölçülərinə bərabər, Kür və Araz çaylarının boyunca salınmış bəndlərin mühafizə zonalarının minimum eni isə onların xarici kənarından 20-
6.2. Yerli əhəmiyyətli meliorasiya və su təsərrüfatı obyektlərində mühafizə zonasının ölçüsü aşağıdakı kimi qəbul edilir:
6.2.1. su anbarlarında 100 m-ə qədər;
6.2.2. kanallarda və digər xətti qurğularda hər iki sahildən götürülməklə
7. Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində yerləşən dəniz qurğularının (estakadalar, estakadayanı meydançalar, stasionar dəniz platformaları, su mühiti ilə qarşılıqlı təsirdə olan, dəniz üzgüçülüyünün təhlükəsizliyinin təmin edilməsi və gəmilərin dayanması üçün nəzərdə tutulmuş mühəndis-texniki qurğular, gəmiburaxan şlüzlər) mühafizə zonalarının ölçüləri, sərhədləri və istifadə rejimi Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Fövqəladə Hallar Nazirliyi ilə razılaşdırılmaqla Energetika Nazirliyi və Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən müəyyən edilir və Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilir. [12]
8. Sututarların balıqçılıq təsərrüfatı üçün xüsusi əhəmiyyət kəsb edən hissələrində sahil mühafizə zolaqlarının eni sahilyanı torpaqların mailliyi və digər xüsusiyyətlərindən asılı olmayaraq 100 metrdən az olmamaq şərti ilə müəyyən edilir.
9. Şəhərlərin və digər yaşayış məntəqələrinin ərazilərində hidrotexniki qurğuların mühafizə zonalarının ölçüləri və sərhədləri ərazi planlaşdırılması sənədlərinə əsasən müəyyən edilir. [13]
10. Hidrotexniki qurğuların mühafizə zonalarının sərhədləri onların mühafizə zonalarının layihələrində dəqiqləşdirilir.
11. Hidrotexniki qurğuların mühafizə zonalarının layihələndirilməsi üzrə sifarişçi funksiyaları, bu layihələrin müəyyən olunmuş qaydada təsdiq edilməsi, habelə mühafizə zonalarının sərhədlərinin yerlərdə müvafiq mühafizə nişanları qoyulmaqla müəyyənləşdirilməsi meliorasiya və su təsərrüfatı, habelə suyun zərərli təsirinin qarşısını almaq üçün istifadə olunan xüsusi mühəndis-texniki qurğular üzrə balansında olan obyektlərə münasibətdə Fövqəladə Hallar Nazirliyi və Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti, su quyuları, balıqburaxan və balıqqoruyucu qurğular üzrə Ekologiya və Təbii Sərvətlər Nazirliyi, magistral sunəqledici kəmərlər üzrə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində yerləşən qurğular, elektrik stansiyaları üzrə Energetika Nazirliyi, nəqliyyat obyektləri üzrə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən həyata keçirilir. [14]
12. Hidrotexniki qurğuların mühafizə zonalarının layihələndirilməsi Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi ilə razılaşdırılmaqla, bu Qaydaların 11-ci bəndində qeyd edilən nazirlik, komitə və cəmiyyət tərəfindən onların təsdiq etdikləri normativ-metodik sənədlərə əsasən həyata keçirilir.
13. Hidrotexniki qurğuların mühafizə zonalarının layihələri tərtib və təsdiq edilənədək, bu Qaydaların 11-ci bəndində göstərilən nazirlik, komitə və cəmiyyət hidrotexniki qurğuların mühafizə zonalarının minimal ölçülərini müəyyən edir, onlar ərazi planlaşdırılması sənədlərində, torpaq istifadəsi planlarında və digər plan-kartoqrafik materiallarında nəzərdə tutulur. [15]
14. Müxtəlif dərəcəli qurğular kompleksində mühafizə zonalarının ölçüləri ən yüksək dərəcəli qurğuya istinadən təyin edilir. Eyni zamanda kompleksə daxil olan qurğuların fərdi qaydada mühafizə zonaları müəyyən edilə bilər.
15. Hidrotexniki qurğuların mühafizə zonalarının ölçüləri və sərhədlərinin müəyyən edilməsi və onların hüdudlarında istifadə rejimi barədə müvafiq təşkilatlar tərəfindən əhali, torpaq mülkiyyətçiləri və istifadəçiləri müəyyən olunmuş qaydada məlumatlandırılırlar.
16. Hidrotexniki qurğuların mühafizə zonalarında aşağıdakılar qadağan edilir:
16.1. neft və kimya məhsulları anbarlarının, mexaniki emalatxanaların, avtomobillərə və digər texnikalara texniki xidmət məntəqələrinin, heyvandarlıq fermalarının, qəbirstanlıqların və zibilxanaların tikilməsi və yerləşdirilməsi;
16.2. qurğulara və ətraf mühitə fiziki, kimyəvi və bioloji təsir göstərə bilən obyektlərin yerləşdirilməsi və fəaliyyəti;
16.3. hidrotexniki qurğuların istifadəsi və mühafizəsinə nəzarət orqanı ilə razılaşdırılmış layihə sənədləri olmadan faydalı qazıntıların aparılması, boru, kabel və digər kommunikasiyaların çəkilməsi, ictimai-iaşə və digər xidmət müəssisələrinin yerləşdirilməsi, tikinti, partlayış (dəniz qurğularında yerləşən quyularda quyudaxili partlayış işləri istisna olmaqla), torpaq qazma, buruq qazma və digər işlərin aparılması, çay məcralarında qum-çınqıl karxanalarının yaradılması;
16.4. torpaqların istifadəsi, meşələrin qırılması, ağac və kolların çıxarılması;
16.5. mövsümi stasionar çadır şəhərciklərinin salınması, xüsusi tikinti üçün torpaq sahələrinin ayrılması;
16.6. nəqliyyat vasitələrinin, o cümlədən avtomobil və traktorların (xüsusi təyinatlı avtomobillər istisna olmaqla) hərəkəti;
16.7. Azərbaycan Respublikasının qanunvericilik aktlarında nəzərdə tutulan hallar istisna olmaqla digər fəaliyyət növləri.
17. Hidrotexniki qurğuların mühafizə zonalarının və mühafizə nişanlarının lazımi səviyyədə saxlanılması hidrotexniki qurğunun mülkiyyətçisi, yaxud istifadəçisi tərəfindən həyata keçirilir. Torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri onların torpaq sahələrində yerləşən mühafizə zonaları və sahil mühafizə zolaqları üçün müəyyən edilmiş istifadə rejiminə riayət etməlidirlər.
18. Mülkiyyətdə, istifadədə və icarədə olan torpaq sahələrində hidrotexniki qurğuların mühafizə zonalarının müəyyən edilməsi həmin torpaqlar üzərində mülkiyyət, istifadə və icarə hüquqlarına xitam verilməsinə səbəb olmur.
19. Hidrotexniki qurğuların mühafizə zonaları ərazisində istifadə rejiminin pozulmasında günahkar şəxslər mövcud qanunvericiliyə uyğun məsuliyyət daşıyırlar.
20. Bu Qaydalar içməli su mənbələrinin sanitar mühafizə zonalarına və dövlət energetika və su nəqliyyatı sistemi müəssisələrinin tərkibində fəaliyyət göstərən hidrotexniki qurğuların, o cümlədən Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində yerləşən dəniz qurğularının təhlükəsizliyinin təmin olunması üçün tələb olunan xüsusi təhlükəsizlik zonasına şamil edilmir.
İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI
1.
8 aprel 2006-cı il tarixli 100 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 4, maddə 370)
2.
29 iyun 2005-ci il tarixli 122 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 6, maddə 558)
3.
22 iyul 2006-cı il tarixli 180 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 7, maddə 647)
4.
13 sentyabr 2006-cı il tarixli 207 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 9, maddə 822)
5.
6 may 2008-ci il tarixli 109 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 5, maddə 432)
6.
10 may 2012-ci il tarixli 102 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 13 may 2012-ci il, № 104, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, № 05, maddə 476)
7.
12 iyun 2013-cü il tarixli 122 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 21 iyun 2013-cü il, № 133; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 06, maddə 736)
8.
24 yanvar 2014-cü il tarixli 20 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 31 yanvar 2014-cü il, № 20, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 1, maddə 69)
9.
23 oktyabr 2014-cü il tarixli 346 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 26 oktyabr 2014-cü il, № 233, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 10, maddə 1316)
10.
13 fevral 2015-ci il tarixli 35 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 19 fevral 2015-ci il, № 39, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, № 2, maddə 224)
11.
21 yanvar 2019-cu il tarixli 11 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 23 yanvar 2019-cu il, № 17, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 01, maddə 155)
12.
4 aprel 2022-ci il tarixli 139 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 9 aprel 2022-ci il, № 72, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 4, maddə 389)
QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI
[1]
29 iyun 2005-ci il tarixli 122 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 6, maddə 558) ilə "Dövlət və yerli əhəmiyyətli hidrotexniki qurğuların siyahısı, mühafizə rejimi və təhlükəsizliyi üzrə Təsnifatı"nın 3.1.1.10-cu bəndində "Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Meliorasiya və Su Təsərrüfatı Komitəsinin" sözləri "Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Meliorasiya və Su Təsərrüfatı Agentliyinin" sözləri ilə əvəz edilmişdir.
8 aprel 2006-cı il tarixli 100 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 4, maddə 370) ilə "Dövlət və yerli əhəmiyyətli hidrotexniki qurğuların siyahısı, mühafizə rejimi və təhlükəsizliyi üzrə Təsnifatı"nın 3.1.1.10-cu bəndində "Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Meliorasiya və Su Təsərrüfatı Agentliyinin" sözləri "Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin" sözləri ilə əvəz edilmişdir.
[2]
23 oktyabr 2014-cü il tarixli 346 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 26 oktyabr 2014-cü il, № 233, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 10, maddə 1316) ilə "Dövlət və yerli əhəmiyyətli hidrotexniki qurğuların siyahısı, mühafizə rejimi və təhlükəsizliyi üzrə Təsnifatı"nın 3.1.1.14-cü yarımbəndində "limanlar" sözü "su mühiti ilə qarşılıqlı təsirdə olan, dəniz üzgüçülüyünün təhlükəsizliyinin təmin edilməsi və gəmilərin dayanması üçün nəzərdə tutulmuş mühəndis-texniki qurğular" sözləri ilə əvəz edilmişdir.
[3]
13 sentyabr 2006-cı il tarixli 207 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 9, maddə 822) ilə “Hidrotexniki qurğuların dövlət reyestrinin tərtib olunması və aparılması Qaydaları”nın 12-ci, 13-cü, 18-ci və 20-ci bəndlərində “Dövlət Sənayedə İşlərin Təhlükəsiz Görülməsinə Nəzarət və Dağ-Mədən Nəzarəti Komitəsi” sözləri “Fövqəladə Hallar Nazirliyi” sözləri ilə əvəz edilmişdir və ismin müvafiq hallarında “Dövlət Tikinti və Arxitektura Komitəsi” sözləri çıxarılmışdır.
[4]
29 iyun 2005-ci il tarixli 122 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 6, maddə 558) ilə "Hidrotexniki qurğuların dövlət reyestrinin tərtib olunması və aparılması Qaydaları"nın 9-cu, 11-ci, 12-ci, 18-ci və 20-ci bəndlərində ismin müvafiq hallarında verilmiş "Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Meliorasiya və Su Təsərrüfatı Komitəsi" sözləri ismin müvafiq hallarında "Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Meliorasiya və Su Təsərrüfatı Agentliyi" sözləri ilə əvəz edilmişdir.
[5]
8 aprel 2006-cı il tarixli 100 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 4, maddə 370) ilə "Hidrotexniki qurğuların dövlət reyestrinin tərtib olunması və aparılması Qaydaları"nın 9-cu, 11-ci, 12-ci, 18-ci və 20-ci bəndlərində ismin müvafiq hallarında "Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Meliorasiya və Su Təsərrüfatı Agentliyi" sözləri ismin müvafiq hallarında "Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti" sözləri ilə əvəz edilmişdir.
[6]
22 iyul 2006-cı il tarixli 180 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 7, maddə 647) ilə “Hidrotexniki qurğuların dövlət reyestrinin tərtib olunması və aparılması Qaydaları”nın 12-ci bəndində “Yanacaq və Energetika Nazirliyi” sözləri “Sənaye və Energetika Nazirliyi” sözləri ilə əvəz edilmişdir.
24 yanvar 2014-cü il tarixli 20 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 31 yanvar 2014-cü il, № 20, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 1, maddə 69) ilə “Hidrotexniki qurğuların dövlət reyestrinin tərtib olunması və aparılması Qaydaları”nın 12-ci, 13-cü, 18-ci və 20-ci hissələrində “Sənaye və Energetika” sözləri “Energetika” sözü ilə əvəz edilmişdir.
13 fevral 2015-ci il tarixli 35 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 19 fevral 2015-ci il, № 39, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, № 2, maddə 224) ilə “Hidrotexniki qurğuların dövlət reyestrinin tərtib olunması və aparılması Qaydaları”nın 12-ci hissəsindən “Hidrotexniki qurğunun təhlükəsizliyinə dövlət nəzarətini həyata keçirən” sözləri çıxarılmışdır.
[7]
22 iyul 2006-cı il tarixli 180 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 7, maddə 647) ilə “Hidrotexniki qurğuların dövlət reyestrinin tərtib olunması və aparılması Qaydaları”nın 13-ci bəndində “Yanacaq və Energetika Nazirliyi” sözləri “Sənaye və Energetika Nazirliyi” sözləri ilə əvəz edilmişdir.
[8]
22 iyul 2006-cı il tarixli 180 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 7, maddə 647) ilə “Hidrotexniki qurğuların dövlət reyestrinin tərtib olunması və aparılması Qaydaları”nın 18-ci bəndində “Yanacaq və Energetika Nazirliyi” sözləri “Sənaye və Energetika Nazirliyi” sözləri ilə əvəz edilmişdir.
[9]
22 iyul 2006-cı il tarixli 180 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 7, maddə 647) ilə “Hidrotexniki qurğuların dövlət reyestrinin tərtib olunması və aparılması Qaydaları”nın 20-ci bəndində “Yanacaq və Energetika Nazirliyi” sözləri “Sənaye və Energetika Nazirliyi” sözləri ilə əvəz edilmişdir.
21 yanvar 2019-cu il tarixli 11 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 23 yanvar 2019-cu il, № 17, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 01, maddə 155) ilə “Hidrotexniki qurğuların dövlət reyestrinin tərtib olunması və aparılması Qaydaları”nın 12-ci, 13-cü, 18-ci və 20-ci hissələrində “Nəqliyyat” sözü “Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar” sözləri ilə əvəz edilmişdir.
4 aprel 2022-ci il tarixli 139 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 9 aprel 2022-ci il, № 72, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 4, maddə 389) ilə “Hidrotexniki qurğuların dövlət reyestrinin tərtib olunması və aparılması Qaydaları”nın 12-ci, 13-cü, 18-ci və 20-ci hissələrində “Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar” sözləri “Rəqəmsal İnkişaf və Nəqliyyat” sözləri ilə əvəz edilmişdir.
[10]
13 sentyabr 2006-cı il tarixli 207 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 9, maddə 822) ilə “Mühafizə zonalarının ölçüləri, sərhədləri və istifadəsi Qaydaları”nın 5-ci, 7-ci və 12-ci bəndlərində “Dövlət Sənayedə İşlərin Təhlükəsiz Görülməsinə Nəzarət və Dağ-Mədən Nəzarəti Komitəsi, Dövlət Tikinti və Arxitektura Komitəsi” sözləri “Fövqəladə Hallar Nazirliyi” sözləri ilə əvəz edilmişdir.
[11]
29 iyun 2005-ci il tarixli 122 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 6, maddə 558) ilə "Mühafizə zonalarının ölçüləri, sərhədləri və istifadəsi Qaydaları"nın 5-ci və 11-ci bəndlərində "Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Meliorasiya və Su Təsərrüfatı Komitəsi" sözləri "Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Meliorasiya və Su Təsərrüfatı Agentliyi" sözləri ilə, 12-ci və 13-cü bəndlərində "nazirlik və komitələr" sözləri "nazirlik, komitə və agentlik" sözləri ilə əvəz edilmişdir.
8 aprel 2006-cı il tarixli 100 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 4, maddə 370) ilə "Mühafizə zonalarının ölçüləri, sərhədləri və istifadəsi Qaydaları"nın 5-ci və 11-ci bəndlərində "Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Meliorasiya və Su Təsərrüfatı Agentliyi" sözləri "Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti" sözləri ilə, 12-ci və 13-cü bəndlərində "Agentlik" sözü "Cəmiyyət" sözü ilə əvəz edilmişdir.
22 iyul 2006-cı il tarixli 180 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 7, maddə 647) ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 21 avqust tarixli 109 nömrəli qərarı ilə təsdiq edilmiş “Mühafizə zonalarının ölçüləri, sərhədləri və istifadəsi Qaydaları”nın 5-ci bəndində “Yanacaq və Energetika Nazirliyi” sözləri “Sənaye və Energetika Nazirliyi” sözləri ilə əvəz edilmişdir.
21 yanvar 2019-cu il tarixli 11 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 23 yanvar 2019-cu il, № 17, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 01, maddə 155) ilə “Mühafizə zonalarının ölçüləri, sərhədləri və istifadəsi Qaydaları”nın 5-ci, 7-ci və 11-ci hissələrində “Nəqliyyat” sözü “Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar” sözləri ilə əvəz edilmişdir.
4 aprel 2022-ci il tarixli 139 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 9 aprel 2022-ci il, № 72, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 4, maddə 389) ilə “Mühafizə zonalarının ölçüləri, sərhədləri və istifadəsi Qaydaları”nın 5-ci, 7-ci və 11-ci hissələrində “Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar” sözləri “Rəqəmsal İnkişaf və Nəqliyyat” sözləri ilə əvəz edilmişdir.
[12]
22 iyul 2006-cı il tarixli 180 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 7, maddə 647) ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 21 avqust tarixli 109 nömrəli qərarı ilə təsdiq edilmiş “Mühafizə zonalarının ölçüləri, sərhədləri və istifadəsi Qaydaları”nın 7-ci bəndində “Yanacaq və Energetika Nazirliyi” sözləri “Sənaye və Energetika Nazirliyi” sözləri ilə əvəz edilmişdir.
23 oktyabr 2014-cü il tarixli 346 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 26 oktyabr 2014-cü il, № 233, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 10, maddə 1316) ilə ""Mühafizə zonalarının ölçüləri, sərhədləri və istifadəsi Qaydaları"nın 7-ci hissəsində "limanlar" sözü "su mühiti ilə qarşılıqlı təsirdə olan, dəniz üzgüçülüyünün təhlükəsizliyinin təmin edilməsi və gəmilərin dayanması üçün nəzərdə tutulmuş mühəndis-texniki qurğular" sözləri ilə əvəz edilmişdir.
[13]
12 iyun 2013-cü il tarixli 122 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 21 iyun 2013-cü il, № 133; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 06, maddə 736) ilə "Mühafizə zonalarının ölçüləri, sərhədləri və istifadəsi Qaydaları"nın 9-cu hissədə "planlaşdırma və tikinti şəraitindən asılı olaraq təsdiq olunmuş baş planlara" sözləri "ərazi planlaşdırılması sənədlərinə" sözləri ilə əvəz edilmişdir.
[14]
22 iyul 2006-cı il tarixli 180 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 7, maddə 647) ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 21 avqust tarixli 109 nömrəli qərarı ilə təsdiq edilmiş “Mühafizə zonalarının ölçüləri, sərhədləri və istifadəsi Qaydaları”nın 11-ci bəndində “Yanacaq və Energetika Nazirliyi” sözləri “Sənaye və Energetika Nazirliyi” sözləri ilə əvəz edilmişdir.
6 may 2008-ci il tarixli 109 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 5, maddə 432) ilə edilmiş «Mühafizə zonalarının ölçüləri, sərhədləri və istifadəsi Qaydaları»nın 11-ci bəndində «Dövlət Tikinti və Arxitektura Komitəsi» sözləri «Dövlət Şəhərsalma və Arxitektura Komitəsi» sözləri ilə əvəz edilmişdir.
10 may 2012-ci il tarixli 102 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 13 may 2012-ci il, № 104, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, № 05, maddə 476) ilə təsdiq edilmiş “Mühafizə zonalarının ölçüləri, sərhədləri və istifadəsi Qaydaları”nın 11-ci hissəsində “mühəndis-texniki qurğular üzrə” sözlərindən sonra “balansında olan obyektlərə münasibətdə Fövqəladə Hallar Nazirliyi və” sözləri əlavə edilmişdir.
24 yanvar 2014-cü il tarixli 20 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 31 yanvar 2014-cü il, № 20, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 1, maddə 69) ilə “Mühafizə zonalarının ölçüləri, sərhədləri və istifadəsi Qaydaları”nın 5-ci, 7-ci və 11-ci hissələrində “Sənaye və Energetika” sözləri “Energetika” sözü ilə əvəz edilmişdir.
[15]
12 iyun 2013-cü il tarixli 122 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 21 iyun 2013-cü il, № 133; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 06, maddə 736) ilə "Mühafizə zonalarının ölçüləri, sərhədləri və istifadəsi Qaydaları"nın 13-cü hissədə "şəhərlərin və digər yaşayış məntəqələrinin baş tikinti planlarında" sözləri "ərazi planlaşdırılması sənədlərində" sözləri ilə əvəz edilmişdir.