AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARLARI
QƏBUL EDİLDİYİ TARİX
31.10.2011
QEYDİYYAT NÖMRƏSİ
177
ADI
“Ali təhsilin magistratura səviyyəsi üzrə bəzi ixtisasların (ixtisaslaşmaların) Təsnifatı”nın təsdiq edilməsi haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31-10-2011, Nəşr nömrəsi: 10, Maddə nömrəsi: 976)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
31.10.2011
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
190.010.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
14201110310177
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
31.10.2011
“Ali təhsilin bakalavriat və magistratura səviyyələri üzrə bəzi ixtisasların (ixtisaslaşmaların) Təsnifatı”nın təsdiq edilməsi haqqında

“Ali təhsilin magistratura səviyyəsi üzrə bəzi ixtisasların (ixtisaslaşmaların) Təsnifatı”nın təsdiq edilməsi haqqında [1]

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

“Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 5 sentyabr tarixli 156 nömrəli Fərmanının 2.2-ci bəndinə əsasən, “Azərbaycan Respublikası müdafiə sənayesi kompleksi üçün yüksəkixtisaslı kadrların hazırlanması haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 7 iyun tarixli 91 nömrəli qərarının icrasının təmin edilməsi məqsədi ilə və Azərbaycan Respublikası Təhsil Nazirliyinin, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin, Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin, Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin təkliflərini nəzərə alaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. “Ali təhsilin magistratura səviyyəsi üzrə bəzi ixtisasların (ixtisaslaşmaların) Təsnifatı” təsdiq edilsin (əlavə olunur).

2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

 

Azərbaycan Respublikasının Baş naziri   Artur Rasi-zadə

 

Bakı şəhəri, 31 oktyabr 2011-ci il

                   № 177

 

 


 

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2011-ci il 31 oktyabr tarixli 177 nömrəli qərarı ilə

TƏSDİQ EDİLMİŞDİR

 

Ali təhsilin magistratura səviyyəsi üzrə bəzi ixtisasların (ixtisaslaşmaların)

 

TƏSNİFATI [2]

 

Bakalavriat səviyyəsi üzrə [3]

 

İxtisasın şifri

İxtisasların adı

XTB050101

Silah və silah sistemlərinin istehsal texnologiyası

XTB050102

Optotexnika

XTB050103

Pirotexniki vasitələrin texnologiyası

XTB050104

Çoxkanallı radiorele və troposfer rabitəsinin yerüstü aparatlarının hazırlanması, istismarı və təmiri

XTB050105

Kompozisiya materiallarından müdafiə təyinatlı məmulatların layihələndirilməsi və istehsalı

XTB050106

İnformasiya təhlükəsizliyi

XTB050107

Xüsusi təyinatlı texnika və sistemlər [4]

XTB050108

İnformasiya-təhlil fəaliyyəti [5]

XTB050109

Sərhəd təhlükəsizliyi və idarəetmə [6]

XTB050110

İctimai təhlükəsizlik və idarəetmə [7]

 

Magistratura səviyyəsi üzrə

 

İxtisasların şifri

İxtisaslar və ixtisaslaşmaların adı

XTM060001

Silah və silah sistemlərinin istehsal texnologiyası

- Atıcı, artilleriya və raket silahlarının istehsal texnologiyası

- Döyüş sursatları və məhvedici vasitələrin istehsal texnologiyası

- Hərbi texnikanın layihələndirilməsi, istehsalı və sınağı

XTM060002

Optotexnika

- Lazer texnikası və texnologiyası

- Optik materiallar, optik-elektron cihazlar və sistemlər

XTM060003

Pirotexniki vasitələrin texnologiyası

- Barıtların və bərk raket yanacaqlarının kimya texnologiyası

- Partlayıcı məmulatların texnologiyası

XTM060004

Çoxkanallı radiorele və troposfer rabitənin yerüstü aparatlarının hazırlanması, istismarı və təmiri

- İfrat yüksək tezliklər texnikası

- Hərbi rabitə vasitələri

- Radioelektron mübarizə və kəşfiyyat vasitələri

XTM060005

Kompozisiya materiallarından müdafiə təyinatlı məmulatların layihələndirilməsi və istehsalı

- Metal əsaslı kompozisiya materiallarından hərbi təyinatlı məmulatların istehsalı

- Qeyri-metal əsaslı kompozisiya materiallarından hərbi təyinatlı məmulatların istehsalı

XTM060006

İnformasiya təhlükəsizliyi

- Məlumatların mühafizəsinin təşkili

- Məhdud girişli informasiyanın qorunması

XTM060007*

Hərbi və dövlət müdafiəsini idarəetmə

- Şəxsi heyətin idarə edilməsi

- Hərbi idarəetmə (əməliyyat-faktiki səviyyə)

- Dövlət müdafiəsini idarəetmə (strateji səviyyə)

XTM060008

Xüsusi təyinatlı texnika və sistemlər [8]

XTM060009

İnformasiya-təhlil fəaliyyəti [9]

XTM060010

Sərhəd təhlükəsizliyi və idarəetmə [10]

- Sərhəd təhlükəsizliyi və idarəetmə (sahələr üzrə) [11]

 

* Bu ixtisaslara aldıqları ixtisasdan asılı olmayaraq, Azərbaycan Ordusunda və qanunvericilikdə nəzərdə tutulmuş başqa silahlı birləşmələrdə xidmət edən ali təhsilli zabitlər Hərbi Elmi Tədqiqat İnstitutunun və Hərbi İdarəetmə İnstitutunun qəbul şərtlərinə uyğun olaraq magistraturaya qəbul oluna bilərlər. [12]

 

 

 


İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       11 aprel 2014-cü il tarixli 102 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 04, maddə 446)

2.       5 mart 2015-ci il tarixli 57 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, № 3, maddə 325)

  1. 10 aprel 2017-ci il tarixli 133 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 12 aprel 2017-ci il, № 75, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, №4, maddə 620)
  2. 25 iyul 2017-ci il tarixli 303 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 7, maddə 1500)
  3. 26 noyabr 2018-ci il tarixli 503 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 27 noyabr 2018-ci il, № 267, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 11, maddə 2452)
  4. 11 fevral 2019-cu il tarixli 45 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 12 fevral 2019-cu il, № 34, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 2, maddə 343)
  5. 30 iyul 2019-cu il tarixli 333 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 1 avqust 2019-cu il, № 1666, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 7, maddə 1355)
  6. 30 yanvar 2020-ci il tarixli 25 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 1 fevral 2020-ci il, № 21, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 1, maddə 81)
  7. 30 iyun 2022-ci il tarixli 252 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 6, maddə 690)

 

QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 11 fevral 2019-cu il tarixli 45 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 12 fevral 2019-cu il, № 34, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 2, maddə 343) ilə qərarın adında və 1-ci hissəsində “bakalavriat və magistratura səviyyələri” sözləri “magistratura səviyyəsi” sözləri ilə əvəz edilmişdir.

 

[2] 11 fevral 2019-cu il tarixli 45 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 12 fevral 2019-cu il, № 34, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 2, maddə 343) ilə “Ali təhsilin bakalavriat və magistratura səviyyələri üzrə bəzi ixtisasların (ixtisaslaşmaların) Təsnifatı”n adında “bakalavriat və magistratura səviyyələri” sözləri “magistratura səviyyəsi” sözləri ilə əvəz edilmişdir.

 

[3] 11 fevral 2019-cu il tarixli 45 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 12 fevral 2019-cu il, № 34, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 2, maddə 343) ilə “Ali təhsilin bakalavriat və magistratura səviyyələri üzrə bəzi ixtisasların (ixtisaslaşmaların) Təsnifatı”n “Bakalavriat səviyyəsi üzrə” bölməsi ləğv edilmişdir.

 

[4] 11 aprel 2014-cü il tarixli 102 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 4, maddə 446) ilə "Bakalavriat səviyyəsi üzrə" bölməsində "XTB050106 İnformasiya təhlükəsizliyi" sətrindən sonra "XTB050107 Xüsusi təyinatlı texnika və sistemlər" sətri əlavə edilmişdir.

 

[5] 5 mart 2015-ci il tarixli 57 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, № 3, maddə 325) ilə “Ali təhsilin bakalavriat və magistratura səviyyələri üzrə bəzi ixtisasların (ixtisaslaşmaların) Təsnifatı”nın “Bakalavriat səviyyəsi üzrə” bölməsinə “XTB050107 Xüsusi təyinatlı texnika və sistemlər” sətrindən sonra “XTB050108 İnformasiya-təhlil fəaliyyəti” sətri əlavə edilmişdir.

 

[6] 25 iyul 2017-ci il tarixli 303 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 7, maddə 1500) ilə “Ali təhsilin bakalavriat və magistratura səviyyələri üzrə bəzi ixtisasların (ixtisaslaşmaların) Təsnifatı”nın “Bakalavriat səviyyəsi üzrə” bölməsinə “XTB050108 İnformasiya-təhlil fəaliyyəti” sətrindən sonra “XTB050109 Sərhəd təhlükəsizliyi və idarəetmə” sətri əlavə edilmişdir.

 

[7] 26 noyabr 2018-ci il tarixli 503 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 27 noyabr 2018-ci il, № 267, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 11, maddə 2452) ilə “Ali təhsilin bakalavriat və magistratura səviyyələri üzrə bəzi ixtisasların (ixtisaslaşmaların) Təsnifatı”nın “Bakalavriat səviyyəsi üzrə” bölməsinə “XTB050109 Sərhəd təhlükəsizliyi və idarəetmə” sətrindən sonra “XTB050110 İctimai təhlükəsizlik və idarəetmə” sətri əlavə edilmişdir.

 

[8] 11 aprel 2014-cü il tarixli 102 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 4, maddə 446) ilə "Magistratura səviyyəsi üzrə" bölməsində "XTM060007* Dövlət müdafiəsini idarəetmə (strateji səviyyə)" sətrindən sonra "XTM060008 Xüsusi təyinatlı texnika və sistemlər" sətri əlavə edilmişdir.

 

[9] 5 mart 2015-ci il tarixli 57 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, № 3, maddə 325) ilə “Ali təhsilin bakalavriat və magistratura səviyyələri üzrə bəzi ixtisasların (ixtisaslaşmaların) Təsnifatı”nın “Magistratura səviyyəsi üzrə” bölməsinə “XTM060008 Xüsusi təyinatlı texnika və sistemlər” sətrindən sonra “XTM060009 İnformasiya-təhlil fəaliyyəti” sətri əlavə edilmişdir.

 

[10] 30 iyul 2019-cu il tarixli 333 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 1 avqust 2019-cu il, № 166, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 7, maddə 1355) ilə “Ali təhsilin bakalavriat və magistratura səviyyələri üzrə bəzi ixtisasların (ixtisaslaşmaların) Təsnifatı”nın “Magistratura səviyyəsi üzrə” bölməsinə “XTM060009 İnformasiya-təhlil fəaliyyəti” sətrindən sonra “XTM060010 Sərhəd təhlükəsizliyi və idarəetmə” sətri əlavə edilmişdir.

 

[11] 30 yanvar 2020-ci il tarixli 25 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 1 fevral 2020-ci il, № 21, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 1, maddə 81) ilə “Ali təhsilin magistratura səviyyəsi üzrə bəzi ixtisasların (ixtisaslaşmaların) Təsnifatı”nın “XTM060010 Sərhəd təhlükəsizliyi və idarəetmə” ixtisasına “- Sərhəd təhlükəsizliyi və idarəetmə (sahələr üzrə)” sətri əlavə edilmişdir.

 

[12] 10 aprel 2017-ci il tarixli 133 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 12 aprel 2017-ci il, № 75, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, №4, maddə 620) ilə “Ali təhsilin bakalavriat və magistratura səviyyələri üzrə bəzi ixtisasların (ixtisaslaşmaların) Təsnifatı”nın sonunda göstərilmiş qeyd hissəsində “Azərbaycan Respublikasının Silahlı Qüvvələrində” sözləri “Azərbaycan Ordusunda” sözləri ilə və “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin” sözləri “Azərbaycan Ordusunun” sözləri ilə əvəz edilmişdir.

30 iyun 2022-ci il tarixli 252 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 6, maddə 690) ilə “Ali təhsilin magistratura səviyyəsi üzrə bəzi ixtisasların (ixtisaslaşmaların) Təsnifatı”nın sonunda göstərilmiş qeyd hissəsində “Azərbaycan Ordusunun Hərbi Akademiyasının” sözləri “Hərbi Elmi Tədqiqat İnstitutunun və Hərbi İdarəetmə İnstitutunun” sözləri ilə əvəz edilmişdir.

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status