×
E-QANUN
FREE
OPEN
AKTIN NÖVÜ
Qanunlar
QƏBUL EDİLDİYİ TARİX
30.09.2011
QEYDİYYAT NÖMRƏSİ
190-IVQ
ADI
“Azərbaycan Respublikası və İspaniya Krallığı arasında diplomatik pasportlara malik vətəndaşlar üçün qısamüddətli viza rejiminin ləğv edilməsi haqqında” Sazişin təsdiq edilməsi barədə
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Qəzeti (Dərc olunma tarixi: 29-10-2011, Nəşr nömrəsi: 240), Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31-10-2011, Nəşr nömrəsi: 10, Maddə nömrəsi: 872)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
450.010.020
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
12201109300190
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
27.10.2011
"Azərbaycan Respublikası və İspaniya Krallığı arasında diplomatik pasportlara malik vətəndaşlar üçün qısamüddətli viza rejiminin ləğv edilməsi haqqında" Sazişin təsdiq edilməsi barədə

"Azərbaycan Respublikası və İspaniya Krallığı arasında diplomatik pasportlara malik vətəndaşlar üçün qısamüddətli viza rejiminin ləğv edilməsi haqqında" Sazişin təsdiq edilməsi barədə

 

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndini rəhbər tutaraq qərara alır:

"Azərbaycan Respublikası və İspaniya Krallığı arasında diplomatik pasportlara malik vətəndaşlar üçün qısamüddətli viza rejiminin ləğv edilməsi haqqında" 2011-ci il iyunun 16-da Madrid şəhərində imzalanmış Saziş təsdiq edilsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 30 sentyabr 2011-ci il

             № 190-IVQ

 


Azərbaycan Respublikası və İspaniya krallığı arasında diplomatik pasportlara malik vətəndaşlar üçün qısamüddətli viza rejiminin ləğv edilməsi haqqında

Saziş

 

Bundan sonra "Razılığa gələn Tərəflər" adlandırılacaq Azərbaycan Respublikası və İspaniya Krallığı

iki dövlət arasında dostluq münasibətlərinin inkişafının təşviq edilməsini arzulayaraq,

diplomatik pasporta malik olan öz vətəndaşlarının Azərbaycan Respublikasına və İspaniya Krallığına səyahətini asanlaşdırmaq niyyəti ilə

aşağıdakılar barədə razılığa gəldilər:

 

Maddə 1

 

İşgüzar və ya şəxsi məqsədlər üçün səyahət edən etibarlı diplomatik pasportlara malik olan Azərbaycan Respublikasının vətəndaşları İspaniya ərazisinə ilk daxilolma tarixindən etibarən hesablanacaq hər 6 (altı) ay ərzində bir fasiləsiz və ya bir neçə səfər zamanı ümumilikdə maksimum 90 (doxsan) gündən artıq olmayan müddətə vizasız daxil ola bilərlər. Bu halda onlar akkreditasiya ilə əlaqədar fəaliyyətin həyata keçirilməsi istisna olmaqla, qaldıqları müddətdə gəlirli əmək fəaliyyəti ilə məşğul olmayacaqlar.

Yuxarıda göstərilən şəxslər İspaniya Krallığına daxil olduqları zaman 90 (doxsan) günlük müddət, 1990-cı il 19 iyun tarixli Şengen Sazişini həyata keçirən Konvensiyanın II fəslində təsbit edilmiş, şəxslərin səyahəti ilə bağlı daxili sərhəd yoxlamalarının və məhdudiyyətlərinin ləğv edilməsini nəzərdə tutan müddəaların tam şəkildə tətbiq edildiyi bir və ya bir neçə dövlətin ərazisindən tranzit keçdikdən sonra, həmin dövlətlər tərəfindən müəyyən edilmiş, azad səyahət zonasını məhdudlaşdıran xarici sərhədi keçdiyi tarixdən başlanır.

 

Maddə 2

 

İşgüzar və ya şəxsi məqsədlər üçün səyahət edən etibarlı diplomatik pasportlara malik olan İspaniya Krallığının vətəndaşları Azərbaycan Respublikasının ərazisinə ilk daxilolma tarixindən etibarən hesablanacaq hər 6 (altı) ay ərzində bir fasiləsiz və ya bir neçə səfər zamanı ümumilikdə maksimum 90 (doxsan) gündən artıq olmayan müddətə vizasız daxil ola bilərlər. Bu halda onlar akkreditasiya ilə əlaqədar fəaliyyətin həyata keçirilməsi istisna olmaqla, qaldıqları müddətdə gəlirli əmək fəaliyyəti ilə məşğul olmayacaqlar.

 

Maddə 3

 

Hər iki Razılığa gələn Tərəfin dövlətlərinin diplomatik pasportlara malik olan vətəndaşları digər Razılığa gələn Tərəfin ərazisinə daxilolma və tərk etmə məqsədləri üçün yaradılmış hər hansı sərhəd məntəqəsindən daxil olmalı və oranı tərk etməli, habelə qüvvədə olan müvafiq qanun və qaydalara uyğun olaraq tələb olunan formallıqları yerinə yetirməlidirlər.

 

Maddə 4

 

Bu Saziş Razılığa gələn Tərəflərin dövlətlərinin diplomatik pasporta malik olan vətəndaşlarını digər Razılığa gələn Tərəfin onun ərazisinə daxil olduqda və orada qaldıqda, həmin dövlətin qanun və qaydalarına tabe olmaq öhdəliyindən azad etmir.

 

Maddə 5

 

Razılığa gələn Tərəflər bu Sazişin qüvvəyə minməsindən sonra 30 (otuz) gün ərzində diplomatik kanallar vasitəsilə bu Sazişdə nəzərdə tutulmuş diplomatik pasportların nümunələrini mübadilə edəcəklər. Yeni diplomatik pasportlar çap edildikdə, Razılığa gələn Tərəflər həmin pasportların qüvvəyə minməsindən ən azı 30 (otuz) gün əvvəl onların nümunələrini mübadilə edəcəklər.

Razılığa gələn Tərəflər, diplomatik pasportlar itirildiyi, oğurlandığı və ya ləğv olunduğu hallar barədə xəbərdar edildikdən 60 (altmış) gün ərzində bir-birini məlumatlandıracaqlar.

 

Maddə 6

 

Razılığa gələn Tərəflər pasportun saxtalaşdırılmasının qarşısının alınması üçün səy göstərəcək və elektron səyahət sənədləri üçün Beynəlxalq Mülki Aviasiya Təşkilatı tərəfindən tövsiyə edilən minimum təhlükəsizlik standartlarına cavab verməsini təmin edəcəklər.

 

Maddə 7

 

Razılığa gələn Tərəflərdən biri bu Sazişin tətbiq edilməsini müvəqqəti olaraq tam və ya qismən ictimai asayiş, milli təhlükəsizlik və ya əhalinin sağlamlığı məqsədi ilə dayandıra bilər. Hər bir Razılığa gələn Tərəf dərhal, lakin 24 (iyirmi dörd) saatdan gec olmayaraq, digər Razılığa gələn Tərəfi diplomatik kanallar vasitəsilə belə tədbirlərin tətbiq edilməsi və dayandırılması barədə məlumatlandıracaqdır.

 

Maddə 8

 

Bir Razılığa gələn Tərəf digər Razılığa gələn Tərəfin dövlətinin diplomatik pasporta malik olan hər hansı vətəndaşım "persona non grata" hesab etdikdə, həmin vətəndaşın daxil olmasına və ya qalmasına icazə verməkdən imtina etmək hüququnu özündə saxlayır.

 

Maddə 9

 

Bu Sazişin tətbiqi və təfsiri zamanı yarana biləcək fikir ayrılıqları və mübahisələr Razılığa gələn Tərəflər arasında danışıqlar və məsləhətləşmələr yolu ilə həll ediləcəkdir.

 

Maddə 10

 

Razılığa gələn Tərəflərin qarşılıqlı razılığı ilə bu Sazişə əlavələr və dəyişikliklər edilə bilər. Belə əlavələr və dəyişikliklər bu Sazişin ayrılmaz tərkib hissəsi olaraq ayrıca protokollar formasında rəsmiləşdiriləcək və bu Sazişin 11-ci maddəsinin müddəalarına uyğun olaraq qüvvəyə minəcəkdir.

 

Maddə 11

 

Bu Saziş qeyri-müəyyən müddətə bağlanılır və onun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirilməsi barədə Razılığa gələn Tərəflərin sonuncu yazılı bildirişinin alındığı tarixdən 30 (otuz) gün sonra qüvvəyə minir.

Razılığa gələn Tərəflərdən biri istənilən vaxt digər Razılığa gələn Tərəfə bu Sazişi ləğv etmək niyyəti barədə yazılı şəkildə diplomatik kanallar vasitəsilə bildiriş verə bilər. Ləğvetmə belə bildirişin alındığı tarixdən 30 (otuz) gün sonra qüvvəyə minir.

Bu Saziş Madrid şəhərində 2011-ci il "16" iyun tarixində, iki əsl nüsxədə, Azərbaycan, ispan və ingilis dillərində imzalanmışdır, bütün mətnlər bərabər autentikdir.

 

Azərbaycan Respublikası

İspaniya Krallığı

Adından

Adından

Elmar Məmmədyarov

Trinidad Ximenez Qarsia-Herrera

Xarici İşlər Naziri

Xarici İşlər və Əməkdaşlıq Naziri

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status