AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARLARI
QƏBUL EDİLDİYİ TARİX
07.10.2011
QEYDİYYAT NÖMRƏSİ
161
ADI
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 4 iyun tarixli 86 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək miqrasiyası kvotasının müəyyən edilməsi Qaydası”nda dəyişikliklər edilməsi haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31-10-2011, Nəşr nömrəsi: 10, Maddə nömrəsi: 967)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
07.10.2011
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
070.010.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
14201110070161
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
11.10.2011
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 4 iyun tarixli 86 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək miqrasiyası kvotasının müəyyən edilməsi Qaydası”nda dəyişikliklər edilməsi haqqında

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 4 iyun tarixli 86 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək miqrasiyası kvotasının müəyyən edilməsi Qaydası”nda dəyişikliklər edilməsi haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

“Əmək miqrasiyası haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 15 yanvar tarixli 250 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011‑ci il 25 iyun tarixli 452 nömrəli Fərmanının 2.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 4 iyun tarixli 86 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, № 6, maddə 488) ilə təsdiq edilmiş “Əmək miqrasiyası kvotasının müəyyən edilməsi Qaydası”nda aşağıdakı dəyişikliklər edilsin:

1.1. 2.2-ci bənddə “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yerli məşğulluq xidməti orqanlarına” sözləri “Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə” sözləri ilə əvəz edilsin;

1.2 2.3-cü bəndin “ç”, “d”, “e” və “ə” yarımbəndləri ləğv edilsin;

1.3. 2.6-cı bəndin “ç” yarımbəndinin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və həmin bəndə aşağıdakı məzmunda “d”, “e”, “ə” və “f” yarımbəndləri əlavə edilsin:

 “d) Azərbaycan Respublikasının ərazisində haqqı ödənilən əmək fəaliyyətini həyata keçirmək üçün fərdi icazə almış əcnəbilərin mənşə ölkələri və ixtisasları (və ya peşələri) daxil olmaqla, iqtisadi fəaliyyət sahələri üzrə sayı haqqında məlumatlar və il ərzində müddətlərinin uzadılması gözlənilən müvafiq fərdi icazələrin sayı üzrə proqnozları;

e) cari və ötən il üçün təsdiq edilmiş kvotadan istifadə olunması vəziyyətinə dair məlumatı;

ə) cari və ötən il ərzində əcnəbi işçi qüvvəsinin cəlb olunması qaydalarının işəgötürənlər tərəfindən pozulması halları haqqında məlumatı;

f) işəgötürənlərin əcnəbi işçi qüvvəsinə tələbatına dair ümumiləşdirilmiş proqnoz‑məlumatı.”.

2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

 

Azərbaycan Respublikasının Baş naziri   Artur Rasi-zadə

 

Bakı şəhəri, 7 oktyabr 2011-ci il

                     № 161

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status