AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARLARI
QƏBUL EDİLDİYİ TARİX
10.06.2003
QEYDİYYAT NÖMRƏSİ
80
ADI
Elektrik enerjisindən istifadəyə görə bir sıra birinci dərəcəli istehlakçıların, məskunlaşmamış qaçqın və məcburi köçkünlərin istehlak etdikləri elektrik enerjisi dəyərinin ödənilməsinin tənzimlənməsi barədə
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 30-06-2003, Nəşr nömrəsi: 06, Maddə nömrəsi: 348)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
10.06.2003
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
170.000.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
01.07.2011
Elektrik enerjisindən istifadəyə görə bir sıra birinci dərəcəli istehlakçıların, məskunlaşmamış qaçqın və məcburi köçkünlərin istehlak etdikləri elektrik enerjisi dəyərinin ödənilməsinin tənzimlənməsi barədə

Elektrik enerjisindən istifadəyə görə bir sıra birinci dərəcəli istehlakçıların, məskunlaşmamış qaçqın və məcburi köçkünlərin istehlak etdikləri elektrik enerjisi dəyərinin ödənilməsinin tənzimlənməsi barədə

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 7 noyabr tarixli 597 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Bakıelektrikşəbəkə" Səhmdar Cəmiyyətini idarə etmək hüququna dair müqaviləni əsas tutaraq və Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin Maliyyə Nazirliyi, Vergilər Nazirliyi, Ədliyyə Nazirliyi, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi və "Azərenerji" SC ilə razılaşdırılmış təkliflərini nəzərə alaraq, Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. "Barmek Azərbaycan Elektrik Şəbəkəsi MMC-yə 2002-ci ildə birinci dərəcəli istehlakçılar (elektrik enerjisi təchizatının kəsilməsinə icazə verilməyən), məskunlaşmamış qaçqın və məcburi köçkünlər tərəfindən elektrik enerjisi haqqının ödənilməyən hissəsini göstərilən müqavilənin 9.3.3-cü bəndinə uyğun olaraq kompensasiya etmək üçün:

1.1. Elektrik enerjisindən istifadəyə görə bir sıra birinci dərəcəli istehlakçılar ("Abşeron" RSSC, Bakı Metropoliteni, "Bakı Kanalizasiya" İB), məskunlaşmamış qaçqın və məcburi köçkünlər tərəfindən 2002-ci ildə istehlak edilmiş elektrik enerjisinin dəyərinin "Barmek Azərbaycan Elektrik Şəbəkəsi" MMC-yə ödənilməmiş hissəsinin müvafiq üzləşmə aktları ilə təsdiqlənmiş məbləği 66 904 178,6 min manat səviyyəsində olduğu nəzərə alınsın.

1.2. "Barmek Azərbaycan Elektrik Şəbəkəsi" MMC tərəfindən 2002-ci il ərzində alınan elektrik enerjisinə görə "Azərenerji" Səhmdar Cəmiyyətinə ödəniş faizi bu qərarın 1.1-ci bəndi nəzərə alınmaqla, 60,1% səviyyəsində hesab edilsin.

1.3. "Barmek Azərbaycan Elektrik Şəbəkəsi" MMC tərəfindən 2002-ci il ərzində alınan elektrik enerjisinin ödənilməmiş və müqavilənin tərkib hissəsi olan sazişin 5.2-ci bəndinə uyğun olaraq 2006-cı il yanvarın 1-dən ödənilməsi nəzərdə tutulmuş hissəsinin 216 658 598,8 min manat məbləğində olduğu nəzərə alınsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və Vergilər Nazirliyi müvafiq nazirlik və təşkilatlarla birlikdə bu qərarın 1.1-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Müqavilənin 9.3.3.-cü bəndinə uyğun olaraq "Barmek Azərbaycan Elektrik Şəbəkəsi" MMC tərəfindən 2002-ci ildə istehlak edilmiş elektrik enerjisinə görə "Azərenerji" SC-yə ödənilməyən 66 904 178,6 min manat məbləğində vəsaiti 2003-cü il 1 iyul vəziyyətinə "Azərenerji" SC-nin Dövlət Neft Şirkətindən aldığı yanacağa görə yaranmış borcun ödənilməsi üçün dövlət büdcəsindən enerji sektoruna edilən dolayı subsidiya hesabına əvəzləşdirilməsi zamanı nəzərə alsınlar.

3. Məskunlaşmamış qaçqın və məcburi köçkünlərin elektrik enerjisi ilə təminatının yaxşılaşdırılması məqsədi ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 22 yanvar tarixli 15 nömrəli qərarı ilə təsdiq edilmiş "Məskunlaşmamış qaçqın və məcburi köçkünlərə güzəştlərin müavinətlə əvəz olunması ilə əlaqədar onların ödənilməsi Qaydası"nın 6-cı bəndində "50" rəqəmi 2003-cü il yanvarın 1-dən "150" rəqəmi ilə əvəz edilmiş hesab olunsun. [1]

4. "Azərbaycan Respublikasında elektrik enerjisindən istifadəyə görə büdcə təşkilatlarının normaları və birinci dərəcəli istehlakçıların (elektrik enerjisi təchizatının dayandırılmasına icazə verilməyən təşkilatların) siyahısı haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 25 dekabr tarixli 199 nömrəli qərarının 4-cü bəndinə aşağıdakı yeni abzas əlavə edilsin:

"Müvafiq nazirlik, idarə və təşkilatlar hər növbəti ilin yanvar ayı ərzində tabeliklərində olan birinci dərəcəsi istehlakçıların siyahısını müvafiq enerji təchizatçıları ilə birlikdə dəqiqləşdirsinlər".

5. Qeyd edilsin ki, nazirlik, idarə və təşkilatların rəhbərləri istifadə etdikləri elektrik enerjisinin dəyərinin tam həcmdə ödənilməsində şəxsən məsuliyyət daşıyırlar.

Birinci dərəcəli istehlakçılar hər ay ötən ayda istifadə etdikləri elektrik enerjisi dəyərinin tam ödənilməsini və bu barədə məlumatların Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyinə, Əmlak Məsələləri Dövlət Komitəsinə, Maliyyə Nazirliyinə, Energetika Nazirliyinə təqdim olunmasını təmin etsinlər. [2]

6. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

 

Azərbaycan Respublikasının Baş naziri A. RASİZADƏ

 

Bakı şəhəri, 10 iyun 2003-cü il
№ 80


 

 

İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       22 iyul 2006-cı il tarixli 180 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 7, maddə 647)

2.       31 yanvar 2006-cı il tarixli 30 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 1, maddə 59)

3.       30 sentyabr 2009-cu il tarixli 157 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 10, maddə 846)

4.       24 yanvar 2014-cü il tarixli 20 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 31 yanvar 2014-cü il, № 20, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 1, maddə 69)

5.       14 fevral 2014-cü il tarixli 46 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 20 fevral 2014-cü il, № 37, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, №02, maddə 201)

6.       13 may 2016-cı il tarixli 195 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 20 may 2016-cı il, № 108, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 5, maddə 955)

7.       24 yanvar 2017-ci il tarixli 11 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 25 yanvar 2017-ci il, № 16, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 1, maddə 125)

 

QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 24 yanvar 2017-ci il tarixli 11 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 25 yanvar 2017-ci il, № 16, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 1, maddə 125) ilə 3-cü hissə ləğv edilmişdir.

 

[2] 22 iyul 2006-cı il tarixli 180 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 7, maddə 647) ilə “Elektrik enerjisindən istifadəyə görə bir sıra birinci dərəcəli istehlakçıların, məskunlaşmamış qaçqın və məcburi köçkünlərin istehlak etdikləri elektrik enerjisi dəyərinin ödənilməsinin tənzimlənməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 10 iyun tarixli 80 nömrəli qərarının 5-ci bəndinin ikinci abzasında “Yanacaq və Energetika Nazirliyinə” sözləri “Sənaye və Energetika Nazirliyinə” sözləri ilə əvəz edilmişdir.

 

31 yanvar 2006-cı il tarixli 30 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 1, maddə 59) ilə qərarının 5-ci bəndinin ikinci abzasında “İqtisadi İnkişaf Nazirliyinə” sözlərindən sonra “Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinə,” sözləri əlavə edilmişdir.

 

30 sentyabr 2009-cu il tarixli 157 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 10, maddə 846) ilə 5-ci bəndinin ikinci abzasında "Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinə" sözləri "Əmlak Məsələləri Dövlət Komitəsinə" sözləri ilə əvəz edilmişdir.

 

14 fevral 2014-cü il tarixli 46 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 20 fevral 2014-cü il, № 37, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, №02, maddə 201) ilə 5-ci hissəsinin ikinci abzasında “İqtisadi İnkişaf” sözləri “İqtisadiyyat və Sənaye” sözləri ilə əvəz edilmişdir.

 

24 yanvar 2014-cü il tarixli 20 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 31 yanvar 2014-cü il, № 20, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 1, maddə 69) ilə 5-ci hissəsinin ikinci abzasında “Sənaye və Energetika” sözləri “Energetika” sözü ilə əvəz edilmişdir.

 

13 may 2016-cı il tarixli 195 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 20 may 2016-cı il, № 108, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 5, maddə 955) ilə 5-ci hissəsinin ikinci abzasından “və Sənaye” sözləri çıxarılmışdır.

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status