2011-ci il martın 21-də Abu-Dabi şəhərində imzalanmış “Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və Birləşmiş Ərəb Əmirliklərinin İnsan alveri ilə Mübarizə üzrə Milli Komitəsi arasında insan alveri ilə mübarizə üzrə əməkdaşlığa dair Anlaşma Memorandumu”nun təsdiq edilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. 2011-ci il martın 21-də Abu-Dabi şəhərində imzalanmış “Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və Birləşmiş Ərəb Əmirliklərinin İnsan alveri ilə Mübarizə üzrə Milli Komitəsi arasında insan alveri ilə mübarizə üzrə əməkdaşlığa dair Anlaşma Memorandumu” təsdiq edilsin.
2. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi bu Fərmanın 1-ci hissəsində göstərilən Memorandumun həyata keçirilməsini təmin etsin.
3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi bu Fərmanın 1-ci hissəsində göstərilən Memorandumun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirilməsi barədə Birləşmiş Ərəb Əmirlikləri tərəfini xəbərdar etsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 7 iyun 2011-ci il
№ 445
Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi
və
Birləşmiş Ərəb Əmirliklərinin İnsan alveri ilə Mübarizə üzrə Milli Komitəsi arasında
insan alveri ilə mübarizə üzrə əməkdaşlığa dair
Anlaşma Memorandumu
Bundan sonra “Tərəflər” adlandırılan,
Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi
və Birləşmiş Ərəb Əmirliklərinin İnsan Alveri ilə mübarizə üzrə Milli Komitəsi,
insan alverinin beynəlxalq və milli təhlükəsizlik və iqtisadi sabitlik üçün qlobal səviyyədə təhlükə yaratdığını dərk edərək,
insan alveri ilə bağlı cinayətlərlə mübarizə və bu cinayətləri törədənlərə qarşı cəza tədbirlərin həyata keçirilməsinin zəruriliyinə inanaraq,
insan alveri qurbanlarının müdafiəsinin təmin edilməsi və onların öz evlərinə qayıtmasına yardım olunmasının vacibliyini anlayaraq,
bu Anlaşma Memorandumunun insan alverinə nəzarət və qarşısının alınması üzrə əməkdaşlığa yardım edə biləcəyinə olan Tərəflərin əminliyindən çıxış edərək;
10 dekabr 2007-ci il tarixli Azərbaycan Respublikası Hökuməti və Birləşmiş Ərəb Əmirlikləri Hökuməti arasında təhlükəsizlik sahəsində əməkdaşlıq haqqında Sazişin müddəalarına əsaslanaraq,
aşağıdakılar barədə razılığa gəldilər:
Maddə 1
Tərəflər səlahiyyətləri çərçivəsində insan alverinə qarşı birgə mübarizə aparmaq, insan alveri qurbanlarmı müdafiə etmək və onlara lazımi qayğı göstərmək məqsədilə tədbirlər və prosedurlar həyata keçirəcəklər.
Maddə 2
Tərəflər öz dövlətlərinin milli təhlükəsizlik məsələlərini nəzərə almaqla, insan alveri qurbanlarının öz ölkələrinə geri qaytarılmasına səy göstərəcəklər.
Maddə 3
Tərəflər digər Tərəfə qaytarılmış insan alveri qurbanlarının reabilitasiya yollarmı və vasitələrini nəzərdən keçirəcəklər.
Maddə 4
Tərəflər ictimaiyyət arasında insan alveri məsələləri ilə bağlı maarifləndirmə işlərinin artırılması və bu sahədə ixtisaslaşmış elmi-tədqiqat və araşdırmaların dəstəklənməsi məqsədilə təcrübə mübadiləsini həyata keçirəcəklər.
Maddə 5
Tərəflər insan alveri ilə mübarizə ilə bağlı milli qanunvericilikləri barədə müvafiq məlumat mübadiləsini həyata keçirəcəklər.
Digər dildə olan məlumat mübadilə olunarsa, ona ingilis dilində olan tərcümə əlavə ediləcəkdir.
Maddə 6
Tərəflər bu Anlaşma Memorandumunun müddəalarının həyata keçirilməsi məqsədilə əlaqələndirici şəxsin və ya onu əvəz edən şəxslərin əlaqə məlumatlarmı mübadilə edəcəklər.
Maddə 7
Tərəflər treninq, birgə təhsil proqramlarının təşkili, insan alveri ilə mübarizə üzrə ekspertlərin mübadiləsi sahələrində hər iki Tərəfin təhsil, tədqiqat və treninq müəssisələrinin vasitəsilə əməkdaşlıq edəcəklər.
Maddə 8
Digər prosedurlar və razılaşmalar əsasında razılaşdırılmış hallar istisna olmaqla, bu Anlaşma Memorandumunun müddəalarının icrası ilə bağlı yaranan xərcləri hər Tərəf özü ödəyəcəkdir.
Maddə 9
Bu Anlaşma Memorandumun müddəalarının icrası və təfsiri zamanı ingilis dili tətbiq olunacaqdır.
Maddə 10
Bu Anlaşma Memorandumunun müddəalarının təfsiri və tətbiqi zamanı yarana biləcək hər hansı fikir ayrılığı qarşılıqlı anlaşma əsasında diplomatik kanallar vasitəsilə həll ediləcəkdir.
Maddə 11
Bu Anlaşma Memorandumu Tərəflərdən birinin və ya hər ikisinin iştirakçısı olduğu beynəlxalq konvensiya və sazişlərdən irəli gələn hüquq və öhdəliklərinə təsir göstərmir.
Tərəflərin qarşılıqlı razılığı ilə bu Anlaşma Memorandumuna dəyişikliklər və əlavələr edilə bilər.
Maddə 12
Bu Anlaşma Memorandumu imzalandığı tarixdən qüvvəyə minir və Tərəflərdən birinin onu ləğv etmək niyyəti barədə digər Tərəfə yazılı bildiriş təqdim etməsinə qədər qüvvədə qalır. Ləğvetmə sonuncu belə yazılı bildirişin diplomatik kanallar vasitəsilə alındığı tarixdən 90 gün sonra qüvvəyə minəcəkdir.
Abu-Dabi şəhərində “
Azərbaycan Respublikasının
|
Birləşmiş Ərəb Əmirliklərinin
|
Daxili İşlər Nazirliyi
|
İnsan Alveri ilə Mübarizə üzrə
|
adından
|
Milli Komitəsi
|
|
adından
|