390.000.000
“İnsan alverinə şərait yaradan sosial problemlərin aradan qaldırılması üzrə Proqram”ın təsdiq edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI
Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 6 fevral tarixli 133 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İnsan alverinə qarşı mübarizə üzrə Milli Fəaliyyət Planı (2009-2013-cü illər)”nın “İnsan alverinə qarşı mübarizə üzrə Milli Fəaliyyət Planının həyata keçirilməsi ilə bağlı Tədbirlər Planı (2009-2013-cü illər)”nın 3-cü bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. “İnsan alverinə şərait yaradan sosial problemlərin aradan qaldırılması üzrə Proqram” təsdiq edilsin (əlavə olunur).
2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının Baş naziri ARTUR RASİZADƏ
Bakı şəhəri, 20 may 2011-ci il
№ 81
|
Azərbaycan Respublikası Nazirlər Kabinetinin
2011-ci il 20 may tarixli 81 nömrəli qərarı ilə
TƏSDİQ EDİLMİŞDİR
|
İnsan alverinə şərait yaradan sosial problemlərin aradan qaldırılması üzrə
PROQRAM
1. Giriş
Azərbaycan Respublikasında uğurla həyata keçirilən sosial-iqtisadi islahatlar ölkədə iqtisadiyyatın dinamik inkişafına və əhalinin həyat səviyyəsinin əhəmiyyətli dərəcədə yaxşılaşdırılmasına şərait yaratmış, daxili potensialdan səmərəli istifadə edilməsi, əhalinin məşğulluq səviyyəsinin yüksəldilməsi əsas məqsəd kimi qarşıya qoyulmuşdur.
Ölkədə həyata keçirilən sosial-iqtisadi islahatlar, iqtisadiyyatın dinamik inkişafı insan alveri probleminin həllinə də müsbət təsir göstərmişdir. Bu sahədə hazırda beynəlxalq, regional və milli səviyyədə mübarizə aparılması istiqamətində mühüm tədbirlər həyata keçirilməkdədir.
Azərbaycan Respublikası insan alverinə qarşı mübarizə sahəsində əksər beynəlxalq müqavilələrə, o cümlədən BMT-nin “Transmilli Mütəşəkkil cinayətkarlığa qarşı” Konvensiyasına, onu tamamlayan “İnsan alverinin, xüsusən qadın və uşaq alverinin qarşısının alınması, aradan qaldırılması və cəzalandırılması haqqında” Protokola, “Uşaq hüquqları haqqında” BMT Konvensiyasının “Uşaq alverinə, uşaq fahişəliyinə və uşaq pornoqrafiyasına dair Fakultativ Protokolu”na, BMT-nin “İnsan alverinə və fahişəliyin üçüncü şəxslər tərəfindən istismarına qarşı mübarizə haqqında” Konvensiyasına qoşulmuşdur.
Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 6 may tarixli 208 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında İnsan alverinə qarşı mübarizə üzrə Milli Fəaliyyət Planı”nın əsasında respublikada insan alverinə qarşı mübarizənin bütün aspektlərini özündə birləşdirən və fəaliyyətini səmərəli surətdə əlaqələndirən qanunvericilik bazası yaradılmış, o cümlədən “İnsan alverinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu qəbul edilmiş, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə müvafiq əlavələr və dəyişikliklər olunmuş, həmçinin Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 6 fevral tarixli 133 nömrəli Sərəncamı ilə “Azərbaycan Respublikasının İnsan alverinə qarşı mübarizə üzrə Milli Fəaliyyət Planı (2009-2013-cü illər)” təsdiq edilmişdir.
“İnsan alverinə şərait yaradan sosial problemlərin aradan qaldırılması üzrə Proqram” (bundan sonra - Proqram) Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 6 fevral tarixli 133 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İnsan alverinə qarşı mübarizə üzrə Milli Fəaliyyət Planı (2009-2013-cü illər)”nın “İnsan alverinə qarşı mübarizə üzrə Milli Fəaliyyət Planının həyata keçirilməsi ilə bağlı Tədbirlər Planı (2009-2013-cü illər)”nın 3-cü bəndinin icrasını təmin etmək məqsədi ilə hazırlanmışdır və insan alverinə şərait yaradan sosial problemlərin aradan qaldırılması istiqamətində müvafiq tədbirlərin həyata keçirilməsi mexanizmini müəyyən edir.
2. Proqramın məqsəd və vəzifələri
Proqramın məqsədi insan alverinə şərait yaradan sosial problemlərin aradan qaldırılması, insan alveri qurbanlarının və potensial qurbanların həyat səviyyəsinin yaxşılaşdırılması üçün zəruri şəraitin yaradılması, vəzifələri isə insan alverinə məruz qala bilən həssas əhali qruplarının, o cümlədən valideyn himayəsindən məhrum olmuş, baxımsız qalan uşaq və yeniyetmələrin, eləcə də yaş həddinə görə internat evlərini və digər alternativ qayğı müəssisələrini tərk etmək məcburiyyətində qalan vətəndaşların sosial müdafiəsini təmin etməkdən ibarətdir.
3. Proqramın maliyyələşdirilməsi
Proqramın reallaşması üçün tələb olunan xərclərin maliyyələşdirilməsi dövlət büdcəsində aidiyyəti icraçı orqanlar üçün nəzərdə tutulmuş vəsait dairəsində həyata keçirilir.
4. Proqramın həyata keçirilməsi üzrə Tədbirlər Planı
Sıra
№-si
|
Tədbirlərin adı
|
İcraçı orqanlar
|
İcra müddəti
(illər üzrə)
|
1
|
2
|
3
|
4
|
4.1. Təşkilati tədbirlər
|
|||
4.1.1.
|
Qanunsuz miqrasiyanın qarşısının alınması məqsədi ilə birgə yoxlama tədbirlərinin həyata keçirilməsi
|
Dövlət Miqrasiya Xidməti, Daxili İşlər Nazirliyi, Dövlət Sərhəd Xidməti,
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi
|
mütəmadi
|
4.1.2.
[1]
|
Qanunvericilikdə nəzərdə tutulan qaydada Azərbaycan Respublikasının ərazisində yaşamağa əsasları olan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin ölkə ərazisində yaşamalarının leqallaşdırılması istiqamətində tədbirlərin gücləndirilməsi
|
Dövlət Miqrasiya Xidməti,
Daxili İşlər Nazirliyi
|
2015-2018
|
4.1.3.
|
Məcburi əməyin qarşısının alınması, onun qurbanlarının və potensial qurbanlarının müəyyən edilməsi məqsədi ilə birgə monitorinqlərin keçirilməsi və müvafiq qərarların qəbul edilməsi
|
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Daxili İşlər Nazirliyi,
Dövlət Miqrasiya Xidməti
|
mütəmadi
|
4.1.4.
|
Uşaqların mənəviyyatına, sağlamlığına və inkişafına zərər vuran informasiyalardan mühafizənin gücləndirilməsi üçün qanunvericiliyin təkmilləşdirilməsi məqsədi ilə təkliflərin hazırlanması
|
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Ədliyyə Nazirliyi, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi
|
2016
|
4.1.5.
|
Övladlığa götürmə prosedurunun təkmilləşdirilməsi ilə bağlı təkliflərin hazırlanması
|
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Təhsil Nazirliyi,
Səhiyyə Nazirliyi, Ədliyyə Nazirliyi
|
2016-2017
|
4.1.6.
[2]
|
İnsan alverinə şərait yaradan sosial problemlərin müəyyən edilməsi və aradan qaldırılması istiqamətində qabaqcıl beynəlxalq təcrübənin öyrənilməsi
|
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Xarici İşlər Nazirliyi
|
mütəmadi
|
4.1.7.
[3]
|
İnsan alverinə məruz qalmaq ehtimalı olan əməkçi miqrantların sosial müdafiə tədbirləri ilə əhatə olunma imkanlarının asanlaşdırılması və genişləndirilməsi
|
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Dövlət Miqrasiya Xidməti
|
mütəmadi
|
4.1.8.
|
Qanunsuz miqrantlar arasında insan alveri qurbanlarının aşkarlanması prosesinin təkmilləşdirilməsi məqsədi ilə miqrasiya, sərhəd, gömrük orqanları tərəfindən əməkdaşları üçün insan alverinə qarşı mübarizəyə və qurbanların hüquqlarına dair təlimlərin keçirilməsi
|
Dövlət Miqrasiya Xidməti, Dövlət Sərhəd Xidməti, Dövlət Gömrük Komitəsi
|
mütəmadi
|
4.2. Sosial, tibbi və digər tədbirlər
|
|||
4.2.1.
|
İnsan alverinə məruz qala bilən həssas əhali qruplarının müəyyən edilməsi üçün müvafiq araşdırmaların aparılması
|
Daxili İşlər Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi,
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi
|
mütəmadi
|
4.2.2
[4]
.
|
İnsan alverinə şərait yaradan sosial problemlərin təhlil edilməsi və aradan qaldırılmasına dair təkliflərin hazırlanması
|
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi
|
2015-2018
|
4.2.3.
|
Yaş həddinə görə internat evlərini və digər alternativ qayğı müəssisələrini tərk etmək məcburiyyətində qalan valideyn himayəsindən məhrum olmuş və yaşayış yeri olmayan gənclərin sosial-məişət problemlərinin həlli istiqamətində beynəlxalq təcrübənin öyrənilməsi və təkliflərin hazırlanması
|
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Xarici İşlər Nazirliyi
|
2015-2018
|
4.2.4.
[5]
|
Yetkinlik yaşına çatmayanların baxımsızlığının qarşısının alınması məqsədi ilə müvafiq tədbirlərin görülməsi (bioloji və himayədar ailələrə verilməsi, günərzi qayğı mərkəzlərinə və ya digər alternativ xidmətlərə cəlb edilməsi)
|
Təhsil Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi,
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Daxili İşlər Nazirliyi
|
mütəmadi
|
4.2.5.
|
Zərərli mühitlə əhatə olunan (inyeksion narkotik istifadəçiləri, nizamsız cinsi əlaqə tətbiq edən şəxslər, cinsi azlıqlar və s.) və insan alveri risk qrupuna daxil olan baxımsız qalmış uşaqlara və yeniyetmələrə hüquqi, psixoloji və tibbi yardımın, həmçinin sosial xidmətlərin göstərilməsi, onların təhsilə cəlb edilməsi
|
Daxili İşlər Nazirliyi, Səhiyyə Nazirliyi, Təhsil Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, yerli icra hakimiyyəti orqanları
|
mütəmadi
|
4.2.6.
[6]
|
İnsan alverinin qurbanı olmuş şəxslərlə işləyən sosial, psixoloji və tibb işçiləri üçün qabaqcıl beynəlxalq təcrübəyə əsasən təlimlərin təşkil edilməsi
|
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Səhiyyə Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi
|
mütəmadi
|
4.3. Məşğulluğun təmin edilməsi sahəsində tədbirlər
|
|||
4.3.1.
[7]
|
Tətil günlərində gəlir əldə etmək istəyən, eləcə də işsiz gənclərin haqqı ödənilən ictimai və mövsümi işlər barədə məlumatlandırılması və bu işlərin təşkil edilməsi
[8]
|
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Təhsil Nazirliyi
|
2015-2018
|
4.3.2.
|
Sosial cəhətdən həssas əhali qrupuna aid olan şəxslərin əmək bazarında rəqabət qabiliyyətlərinin artırılması məqsədi ilə onların peşə hazırlığı və yenidən ixtisaslaşdırılmasına yönəldilmiş tədbirlərin həyata keçirilməsi
|
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi
|
mütəmadi
|
4.3.3.
|
Valideyn himayəsindən məhrum olmuş və yaş həddinə görə internat evlərini və digər alternativ qayğı müəssisələrini tərk etmək məcburiyyətində qalan şəxslərin sosial müdafiəsini və məşğulluğunu təmin etmək məqsədi ilə onların peşə təhsili müəssisələrində ödənişsiz təhsil alması və işlə təmin olunması istiqamətində müvafiq tədbirlərin görülməsi
[9]
|
Təhsil Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, yerli icra hakimiyyəti orqanları
|
mütəmadi
|
4.4. Maarifləndirmə və profilaktiki tədbirlər
|
|||
4.4.1.
|
Təhsil (o cümlədən uşaq evlərində və internat məktəblərində) və cəzaçəkmə müəssisələrində insan alverinə qarşı təbliğat və təşviqatın aparılması
|
Təhsil Nazirliyi, Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi
|
mütəmadi
|
4.4.2.
|
Respublikanın şəhər və rayonlarında əhali, o cümlədən gənclər arasında insan alverinin qarşısını almaq məqsədi ilə maarifləndirmə işlərinin aparılması
|
Daxili İşlər Nazirliyi, Gənclər və İdman Nazirliyi, Təhsil Nazirliyi, yerli icra hakimiyyəti orqanları
|
mütəmadi
|
4.4.3.
|
İnsan alverinə şərait yaradan sosial səbəblərdən biri kimi, erkən nikah hallarının azaldılması məqsədi ilə maarifləndirmənin gücləndirilməsi
|
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Təhsil Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi
|
mütəmadi
|
4.4.4.
|
Uşaqların, eləcə də digər yaş qrupuna mənsub vətəndaşların internetdən təhlükəsiz istifadə etmə qaydaları ilə bağlı maarifləndirilməsi
|
Təhsil Nazirliyi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Gənclər və İdman Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Daxili İşlər Nazirliyi
[10]
|
mütəmadi
|
|
|
|
|
4.4.6.
|
Əmək bazarına dair məlumatların rəsmi internet ünvanında yerləşdirilməsi
|
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi
|
mütəmadi
|
İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI
1.
13 iyun 2014-cü il tarixli 194 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 22 iyun 2014-cü il, № 131, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, №6, maddə 747)
2.
14 oktyabr 2015-ci il tarixli 330 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 22 oktyabr 2015-ci il, № 230, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, № 10, maddə 1243)
3.
6 oktyabr 2016-cı il tarixli 389 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 9 oktyabr 2016-cı il, № 222, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 10, maddə 1707)
4.
19 dekabr 2018-ci il tarixli 543 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 22 dekabr 2018-ci il, № 289, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №12, II kitab, maddə 2739)
5.
21 yanvar 2019-cu il tarixli 18 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 25 yanvar 2019-cu il, № 19, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 01, maddə 162)
6.
14 mart 2019-cu il tarixli 99 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 17 mart 2019-cu il, № 62, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 3, maddə 533)
7.
4 aprel 2022-ci il tarixli 137 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 9 aprel 2022-ci il, № 72, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 4, maddə 387)
QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI
[1]
14 oktyabr 2015-ci il tarixli 330 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 22 oktyabr 2015-ci il, № 230, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, № 10, maddə 1243) ilə “İnsan alverinə şərait yaradan sosial problemlərin aradan qaldırılması üzrə Proqram”ın “4. Proqramın həyata keçirilməsi üzrə Tədbirlər Planı” bölməsinin 4.1.2-ci yarımbənddə “2011-
[2]
14 oktyabr 2015-ci il tarixli 330 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 22 oktyabr 2015-ci il, № 230, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, № 10, maddə 1243) ilə “İnsan alverinə şərait yaradan sosial problemlərin aradan qaldırılması üzrə Proqram”ın “4. Proqramın həyata keçirilməsi üzrə Tədbirlər Planı” bölməsinin 4.1.6-cı yarımbəndə “problemlərin” sözündən sonra “müəyyən edilməsi və” sözləri əlavə edilmişdir.
[3]
14 oktyabr 2015-ci il tarixli 330 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 22 oktyabr 2015-ci il, № 230, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, № 10, maddə 1243) ilə “İnsan alverinə şərait yaradan sosial problemlərin aradan qaldırılması üzrə Proqram”ın “4. Proqramın həyata keçirilməsi üzrə Tədbirlər Planı” bölməsinə 4.1-ci bəndə yeni məzmunda 4.1.7-ci və 4.1.8-ci yarımbəndlər əlavə edilmişdir.
[4]
14 oktyabr 2015-ci il tarixli 330 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 22 oktyabr 2015-ci il, № 230, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, № 10, maddə 1243) ilə “İnsan alverinə şərait yaradan sosial problemlərin aradan qaldırılması üzrə Proqram”ın “4. Proqramın həyata keçirilməsi üzrə Tədbirlər Planı” bölməsinin 4.2.2-ci yarımbənd yeni redaksiyada verilmişdir.
əvvəlki redaksiyada deyilirdi:
|
|
|
|
[5]
14 oktyabr 2015-ci il tarixli 330 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 22 oktyabr 2015-ci il, № 230, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, № 10, maddə 1243) ilə “İnsan alverinə şərait yaradan sosial problemlərin aradan qaldırılması üzrə Proqram”ın “4. Proqramın həyata keçirilməsi üzrə Tədbirlər Planı” bölməsinin 4.2.4-cü yarımbəndə “verilməsi” sözündən sonra “, günərzi qayğı mərkəzlərinə” sözləri əlavə edilmişdir.
[6]
14 oktyabr 2015-ci il tarixli 330 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 22 oktyabr 2015-ci il, № 230, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, № 10, maddə 1243) ilə “İnsan alverinə şərait yaradan sosial problemlərin aradan qaldırılması üzrə Proqram”ın “4. Proqramın həyata keçirilməsi üzrə Tədbirlər Planı” bölməsinin 4.2.6-cı yarımbəndə “üçün” sözündən sonra “qabaqcıl beynəlxalq təcrübəyə əsasən” sözləri əlavə edilmişdir.
[7]
14 oktyabr 2015-ci il tarixli 330 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 22 oktyabr 2015-ci il, № 230, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, № 10, maddə 1243) ilə “İnsan alverinə şərait yaradan sosial problemlərin aradan qaldırılması üzrə Proqram”ın “4. Proqramın həyata keçirilməsi üzrə Tədbirlər Planı” bölməsinin 4.3.1-ci yarımbəndə “istəyən” sözündən sonra “, eləcə də ilk dəfə işaxtaran” sözləri əlavə edilsin və həmin yarımbənddə “2011-
[8]
14 mart 2019-cu il tarixli 99 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 17 mart 2019-cu il, № 62, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 3, maddə 533) ilə “İnsan alverinə şərait yaradan sosial problemlərin aradan qaldırılması üzrə Proqram”ın 4.3.1-ci yarımbəndinin “Tədbirlərin adı” sütununda “ilk dəfə işaxtaran” sözləri “işsiz” sözü ilə əvəz edilmişdir.
[9]
19 dekabr 2018-ci il tarixli 543 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 22 dekabr 2018-ci il, № 289, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №12, II kitab, maddə 2739) ilə “İnsan alverinə şərait yaradan sosial problemlərin aradan qaldırılması üzrə Proqram”ın “4. Proqramın həyata keçirilməsi üzrə Tədbirlər Planı” bölməsinin 4.3.3-cü yarımbəndində “ilk peşə-ixtisas” sözləri “peşə” sözü ilə əvəz edilmişdir.
[10]
13 iyun 2014-cü il tarixli 194 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 22 iyun 2014-cü il, № 131, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, №6, maddə 747) ilə “İnsan alverinə şərait yaradan sosial problemlərin aradan qaldırılması üzrə Proqram”ın “4. Proqramın həyata keçirilməsi üzrə Tədbirlər Planı” hissəsinin 4.4.4-cü yarımbəndinin “İcraçı orqanlar” sütununda “İnformasiya Texnologiyaları” sözləri “Yüksək Texnologiyalar” sözləri ilə əvəz edilmişdir.
21 yanvar 2019-cu il tarixli 18 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 25 yanvar 2019-cu il, № 19, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 01, maddə 162) ilə “İnsan alverinə şərait yaradan sosial problemlərin aradan qaldırılması üzrə Proqram”ın “4. Proqramın həyata keçirilməsi üzrə Tədbirlər Planı” bölməsinin 4.4.4-cü yarımbəndinin “İcraçı orqanlar” sütununda “Rabitə və Yüksək Texnologiyalar” sözləri “Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar” sözləri ilə əvəz edilmişdir.
4 aprel 2022-ci il tarixli 137 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 9 aprel 2022-ci il, № 72, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 4, maddə 387) ilə “İnsan alverinə şərait yaradan sosial problemlərin aradan qaldırılması üzrə Proqram”ın “4. Proqramın həyata keçirilməsi üzrə Tədbirlər Planı” bölməsinin 4.4.4-cü yarımbəndinin “İcraçı orqanlar” sütununda “Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar” sözləri “Rəqəmsal İnkişaf və Nəqliyyat” sözləri ilə əvəz edilmişdir.
[11]
14 oktyabr 2015-ci il tarixli 330 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 22 oktyabr 2015-ci il, № 230, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, № 10, maddə 1243) ilə “İnsan alverinə şərait yaradan sosial problemlərin aradan qaldırılması üzrə Proqram”ın “4. Proqramın həyata keçirilməsi üzrə Tədbirlər Planı” bölməsinin 4.4.5-ci yarımbənd yeni redaksiyada verilmişdir.
əvvəlki redaksiyada deyilirdi:
|
|
|
|
[12]
6 oktyabr 2016-cı il tarixli 389 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 9 oktyabr 2016-cı il, № 222, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 10, maddə 1707) ilə “İnsan alverinə şərait yaradan sosial problemlərin aradan qaldırılması üzrə Proqram”ın 4.4.5-ci yarımbəndi ləğv edilmişdir.