“18 iyun 1997-ci il tarixli Azərbaycan Respublikası Hökuməti və Özbəkistan Respublikası Hökuməti arasında “Azərbaycan Respublikası və Özbəkistan Respublikası vətəndaşlarının vizasız gediş-gəlişi haqqında Saziş”ə dəyişikliklər və əlavələr edilməsi haqqında” Protokolun təsdiq edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:
“18 iyun 1997-ci il tarixli Azərbaycan Respublikası Hökuməti və Özbəkistan Respublikası Hökuməti arasında “Azərbaycan Respublikası və Özbəkistan Respublikası vətəndaşlarının vizasız gediş-gəlişi haqqında Saziş”ə dəyişikliklər və əlavələr edilməsi haqqında” 2010-cu il sentyabrın 27-də Daşkənd şəhərində imzalanmış Protokol təsdiq edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 11 fevral 2011-ci il
№ 61-IVQ
18 iyun 1997-ci il tarixli Azərbaycan Respublikası Hökuməti və
Özbəkistan Respublikası Hökuməti arasında Azərbaycan Respublikası və
Özbəkistan Respublikası vətəndaşlarının vizasız gediş-gəlişi haqqında
Sazişə dəyişikliklər və əlavələr edilməsi haqqında
Protokol
Bundan sonra “Tərəflər” adlandırılacaq, Azərbaycan Respublikası Hökuməti və Özbəkistan Respublikası Hökuməti,
18 iyun 1997-ci il tarixli Azərbaycan Respublikası Hökuməti və Özbəkistan Respublikası Hökuməti arasında Azərbaycan Respublikası və Özbəkistan Respublikası vətəndaşlarının vizasız gediş-gəlişi haqqında Sazişin (bundan sonra Saziş) 7-ci maddəsinə uyğun olaraq,
aşağıdakılar barədə razılığa gəldilər:
- Özbəkistan Respublikasının ərazisinə girmə, çıxma və hərəkət etmə üçün Azərbaycan Respublikası vətəndaşlarının sənədlərinin siyahısı (Protokola Əlavə 1) və Azərbaycan Respublikasının ərazisinə girmə, çıxma və hərəkət etmə üçün Özbəkistan Respublikası vətəndaşlarının sənədlərinin siyahısı (Protokola Əlavə 2) təsdiq edilsin.
- Özbəkistan Respublikasının ərazisinə girmə, çıxma və hərəkət etmə üçün Azərbaycan Respublikası vətəndaşlarının sənədlərinin siyahısı (Sazişə Əlavə 1) və Azərbaycan Respublikasının ərazisinə girmə, çıxma və hərəkət etmə üçün Özbəkistan Respublikası vətəndaşlarının sənədlərinin siyahısı (Sazişə Əlavə 2) qüvvədən düşmüş hesab edilsin.
- Hazırki Protokol Sazişin ayrılmaz tərkib hissəsidir və Sazişin 8-ci maddəsinin müddəalarına uyğun olaraq qüvvəyə minir.
Daşkənd şəhərində 27 sentyabr 2010-cu il tarixində iki əsl nüsxədə hər biri Azərbaycan, özbək və rus dillərində imzalanmışdır, bütün mətnlər eyni qüvvəyə malikdir. Hazırkı Protokolun müddəalarının təfsiri məqsədilə, rus dilindəki mətndən istifadə edilir.
Azərbaycan Respublikası
|
|
Özbəkistan Respublikası
|
Hökuməti adından
|
|
Hökuməti adından
|
(imza)
|
|
(imza)
|
Azərbaycan Respublikası Hökuməti və Özbəkistan Respublikası Hökuməti arasında Azərbaycan Respublikası və Özbəkistan Respublikası vətəndaşlarının vizasız gediş-gəlişi haqqında 18 iyun 1997-ci il tarixli Sazişə
ƏLAVƏ 1
Özbəkistan Respublikasının ərazisinə girmə, çıxma və hərəkət etmə üçün Azərbaycan Respublikasının vətəndaşlarının sənədlərinin siyahısı
- Azərbaycan Respublikasının ümumvətəndaş pasportu.
- Azərbaycan Respublikasının xidməti pasportu.
- Azərbaycan Respublikasının diplomatik pasportu .
- Azərbaycan Respublikası dənizçinin şəxsiyyət sənədi (gəminin şəxsi heyətinin siyahısı və ya ondan çıxarış olduqda).
- Hava gəmisinin ekipaj üzvünün vəsiqəsi (uçuş tapşırığında müvafiq qeydlə).
- Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsi (yalnız Azərbaycan Respublikasına qayıdış üçün).
Azərbaycan Respublikası Hökuməti və Özbəkistan Respublikası Hökuməti arasında Azərbaycan Respublikası və Özbəkistan Respublikası vətəndaşlarının vizasız gediş-gəlişi haqqında 18 iyun 1997-ci il tarixli Sazişə
ƏLAVƏ 2
Azərbaycan Respublikasının ərazisinə girmə, çıxma və hərəkət etmə üçün Özbəkistan Respublikasının vətəndaşlarının sənədlərinin siyahısı
- Özbəkistan Respublikasının vətəndaşının pasportu.
- Özbəkistan Respublikasının diplomatik pasportu.
- Özbəkistan Respublikasının vətəndaşının köhnə nümunəli pasportu (1 yanvar 2016-cı ilə qədər).
- 16 yaşına çatmamış Özbəkistan Respublikası vətəndaşının vəsiqəsi (yetkinlik yaşına çatmamış vətəndaşların gediş-gəliş Sənədi (1 yanvar 2016-cı ilə qədər).
- Doğum haqqında şəhadətnamə (pasportlarına onlar haqqında məlumat və şəkli daxil edilən valideynləri və ya qanuni təmsilçiləri tərəfindən müşayiət olunan, 16 yaşına çatmamış uşaqlar üçün (1 yanvar 2016-cı ilə qədər).
- Hava gəmisinin ekipaj üzvünün vəsiqəsi (uçuş tapşırığında müvafiq qeydlə).
- Özbəkistan Respublikasına qayıdış şəhadətnaməsi (yalnız Özbəkistan