AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMLARI
QƏBUL EDİLDİYİ TARİX
28.04.2003
QEYDİYYAT NÖMRƏSİ
1206
ADI
"Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə İtaliya Respublikasının Əmək və Sosial Siyasət Nazirliyi arasında əməkdaşlıq barədə Niyyət Protokolu"nun təsdiq edilməsi haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 30-04-2003, Nəşr nömrəsi: 04, Maddə nömrəsi: 196)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
080.000.000
430.000.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
01.07.2011
"Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə İtaliya Respublikasının Əmək və Sosial Siyasət Nazirliyi arasında əməkdaşlıq barədə Niyyət Protokolu"nun təsdiq edilməsi haqqında

"Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə İtaliya Respublikasının Əmək və Sosial Siyasət Nazirliyi arasında əməkdaşlıq barədə Niyyət Protokolu"nun təsdiq edilməsi haqqında

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI

1. 2002-ci il dekabrın 9-da Bakı şəhərində imzalanmış "Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə İtaliya Respublikasının Əmək və Sosial Siyasət Nazirliyi arasında əməkdaşlıq barədə Niyyət Protokolu" təsdiq edilsin.

2. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə tapşırılsın ki, bu Sərəncamın 1-ci bəndində göstərilən Niyyət Protokolunun həyata keçirilməsini təmin etsin.

Heydər ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 28 aprel 2003-cü il
№ 1206

 

 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə İtaliya Respublikasının Əmək və Sosial Siyasət Nazirliyi arasında əməkdaşlıq barədə

 

NİYYӘT Protokolu

 

Bundan sonra Tərəflər adlandırılacaq, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İtaliya Respublikasının Əmək və Sosial Siyasət Nazirliyi, iki dövlət arasında əməkdaşlığın inkişafına böyük əhəmiyyət verərək və nazirliklər səviyyəsində əlverişli ikitərəfli əlaqələr qurmaq arzusu ilə aşağıdakılar barədə razılığa gəlmişlər:

 

Maddə 1

 

 Tərəflər, sosial-əmək münasibətləri sahəsində əldə edilmiş təcrübəyə aid informasiya mübadiləsini həyata keçirmək üçün zəruri səylər göstərəcəklər.

 

Maddə 2

 

 İtaliya Tərəfi Azərbaycanın milli qanunvericiliyini Yenidən baxılmış Avropa Sosial Xartiyasının tələblərinə uyğun təkmilləşdirmək məqsədilə sosial-əmək münasibətləri sahəsində Avropa normalarının öyrənilməsinə kömək göstərəcəkdir.

 

Maddə 3

 

 Tərəflər, miqrasiya məsələlərinin idarə olunması sahəsində ikitərəfli əməkdaşlığın inkişafı üçün zəruri səylər göstərəcəklər.

 

Maddə 4

 

 İtaliya tərəfinin əhalinin özünüməşğulluğu sahəsində əldə etdiyi təcrübəyə əsaslanaraq, Tərəflər Azərbaycan Respublikasında sahibkarlıq fəaliyyətinin inkişafı üçün birgə layihələrin hazırlanması məqsədilə əməkdaşlıq edəcəklər.

 

Maddə 5

 

 Tərəflər, müasir konsepsiyalara və beynəlxalq təcrübəyə əsaslanan, hər iki dövlətdə pensiya və sosial yardım sistemlərində islahatların aparılması ilə bağlı əməkdaşlığı həyata keçirəcəklər.

 

Maddə 6

 

 Tərəflər əlillərin tibbi və peşə reabilitasiyası sahəsində Milli təcrübələrin mübadiləsi üçün əməkdaşlıq edəcəklər.

 

Maddə 7

 

 Tərəflər, həmçinin razılığa gəlmişlər ki, görüşlər, məsləhətləşmələr və danışıqlar prosesində sosial-əmək problemlərinin həlli sahəsində qarşılıqlı əməkdaşlığın digər formalarına da baxılacaqdır.

 

Maddə 8

 

 Bu Niyyət Protokolu imzalandığı andan qüvvəyə minir. Əgər Tərəflərdən biri bu Niyyət Protokolunun qüvvəsini dayandırmaq niyyətindədirsə, o üç ay qabaqcadan digər Tərəfə bu barədə yazılı xəbərdarlıq etməlidir.

 

Maddə 9

 

 Bu Niyyət Protokolunun həyata keçirilməsi gedişində yarana bilən mübahisəli məsələlər Tərəflərin qarşılıqlı razılığına əsasən həll olunacaqdır.

 Bu Niyyət Protokolu Bakı şəhərində 9 dekabr 2002-ci il tarixində iki nüsxədə hər biri Azərbaycan və italyan dillərində imzalanmışdır və hər iki mətn eyni qüvvəyə malikdir.

 

Azərbaycan Respublikasının

Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri

Ə. NAĞIYEV

İtaliya Respublikasının

Əmək və Sosial Siyasət Naziri

R. MARONİ

 

 

 

 

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status