AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARLARI
QƏBUL EDİLDİYİ TARİX
02.02.2011
QEYDİYYAT NÖMRƏSİ
19
ADI
“Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətində qulluq keçən xüsusi rütbəsi olan işçilərin xüsusi geyim forması və fərqlənmə nişanları ilə təmin edilməsi normaları”nın təsdiq edilməsi barədə
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 28-02-2011, Nəşr nömrəsi: 02, Maddə nömrəsi: 149)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
02.02.2011
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
010.000.000
330.000.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
01.07.2011
“Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətində qulluq keçən xüsusi rütbəsi olan işçilərin xüsusi geyim forması və fərqlənmə nişanları ilə təmin edilməsi normaları”nın təsdiq edilməsi barədə

“Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətində qulluq keçən xüsusi rütbəsi olan işçilərin xüsusi geyim forması və fərqlənmə nişanları ilə təmin edilməsi normaları”nın təsdiq edilməsi barədə

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

“Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətində qulluq keçən xüsusi rütbəsi olan işçilərin xüsusi geyim forması və fərqlənmə nişanları haqqında Əsasnamə”nin və "Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətində qulluq keçən xüsusi rütbəsi olan işçilərin xüsusi geyim formasının və fərqlənmə nişanlarının təsvirləri"nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 13 dekabr tarixli 362 nömrəli Fərmanının 3-cü bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. “Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətində qulluq keçən xüsusi rütbəsi olan işçilərin xüsusi geyim forması və fərqlənmə nişanları ilə təmin edilməsi normaları” təsdiq edilsin (əlavə olunur).

2. Müəyyən edilsin ki, Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətində qulluq keçən xüsusi rütbəsi olan işçilərin geyim forması və fərqlənmə nişanları ilə təminatı Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin saxlanılması üçün dövlət büdcəsində nəzərdə tutulmuş vəsaitlər hesabına həyata keçirilir.

3. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

 

Azərbaycan Respublikasının Baş naziri   A.RASİZADƏ

 

Bakı şəhəri, 2 fevral 2011-ci il

№ 19

 

 


 

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2011-ci il 2 fevral tarixli 19 nömrəli qərarı ilə

TƏSDİQ EDİLMİŞDİR

 

 

Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətində qulluq keçən xüsusi rütbəsi olan işçilərin xüsusi geyim forması və fərqlənmə nişanları ilə təmin edilməsi normaları [1]

 

Sıra №-si

Geyimin adı

Bir nəfərə düşən əşyanın miqdarı

(norması)

İstifadə müddəti

1

2

3

4

I. Ali, böyük, orta və kiçik xüsusi rütbəsi olan işçilər üçün geyim forması

1.

Tünd boz rəngli furajka (qadınlar üçün şlyapa)

1 ədəd

1,5 il

2.

Tünd boz rəngli isti gödəkcə

1 ədəd

4 il

3.

Tünd boz rəngli plaş

1 ədəd

5 il

4.

Tünd boz rəngli kitel

1 dəst

2 il

5.

Tünd boz rəngli şalvar (qadınlarda - yubka və şalvar)

1 ədəd

2 il

6.

Qara rəngli şalvar qayışı (qadınlarda - yubka və şalvar qayışı)

1 ədəd

3 il

7.

Tünd boz rəngli yun köynək

1 ədəd

2 il

8.

Ağ rəngli uzunqol köynək

2 ədəd

2 il

9.

Ağ rəngli qısaqol köynək

2 ədəd

2 il

10.

Tünd boz rəngli qalstuk

1 ədəd

1 il

11.

Açıq boz rəngli şərf

1 ədəd

2 il

12.

Qara rəngli corablar (qadınlarda - dəri rəngli neylon, yaxud qara rəngli yarımyun corablar)

2 cüt

1 il

13.

Qara rəngli tufli

1 ədəd

1 il

14.

Qara rəngli yarımçəkmə

1 ədəd

2 il

II. Böyük, orta və kiçik xüsusi rütbəsi olan işçilər üçün əlavə geyim forması və ləvazimat

1.

Tünd boz rəngli kepka

2 ədəd

1,5 il

2.

Tünd boz rəngli şalvar

2 ədəd

2 il

3.

Tünd boz rəngli uzunqol köynək

2 ədəd

2 il

4.

Tünd boz rəngli qısaqol köynək

2 ədəd

2 il

5.

Qara rəngli xüsusi kəmər

1 ədəd

3 il

 

Qeyd. Fərqlənmə nişanları ali, böyük, orta və kiçik xüsusi rütbəsi olan işçilərə hər geyim forması üçün 1,5 il müddətinə verilir.

 

 

 


 

İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       28 fevral 2013-cü il tarixli 33 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 2 mart 2013-cü il, № 48; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 02, maddə 202)

 

QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 28 fevral 2013-cü il tarixli 33 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 2 mart 2013-cü il, № 48; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 02, maddə 202) ilə “Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətində qulluq keçən xüsusi rütbəsi olan işçilərin xüsusi geyim forması və fərqlənmə nişanları ilə təmin edilməsi normaları”nda  mətn üzrə “və orta” sözləri “, orta və kiçik” sözləri ilə əvəz edilmişdir.

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status