×
E-QANUN
FREE
OPEN
AKTIN NÖVÜ
Qanunlar
QƏBUL EDİLDİYİ TARİX
21.12.2010
QEYDİYYAT NÖMRƏSİ
28-IVQ
ADI
“Azərbaycan Respublikası Hökuməti və Rusiya Federasiyası Hökuməti arasında Samur transsərhəd çayının su ehtiyatlarının səmərəli istifadəsi və mühafizəsi sahəsində əməkdaşlıq haqqında” Sazişin təsdiq edilməsi barədə
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Qəzeti (Dərc olunma tarixi: 23-01-2011, Nəşr nömrəsi: 16), Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31-01-2011, Nəşr nömrəsi: 01, Maddə nömrəsi: 6)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
430.000.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
01.07.2011
“Azərbaycan Respublikası Hökuməti və Rusiya Federasiyası Hökuməti arasında Samur transsərhəd çayının su ehtiyatlarının səmərəli istifadəsi və mühafizəsi sahəsində əməkdaşlıq haqqında” Sazişin təsdiq edilməsi barədə

“Azərbaycan Respublikası Hökuməti və Rusiya Federasiyası Hökuməti arasında Samur transsərhəd çayının su ehtiyatlarının səmərəli istifadəsi və mühafizəsi sahəsində əməkdaşlıq haqqında” Sazişin təsdiq edilməsi barədə

 

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

 

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

“Azərbaycan Respublikası Hökuməti və Rusiya Federasiyası Hökuməti arasında Samur transsərhəd çayının su ehtiyatlarının səmərəli istifadəsi və mühafizəsi sahəsində əməkdaşlıq haqqında” 2010-cu il sentyabrın 3-də Bakı şəhərində imzalanmış Saziş təsdiq edilsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 21 dekabr 2010-cu il

          № 28-IVQ

 

 

 

Azərbaycan Respublikası Hökuməti və Rusiya Federasiyası Hökuməti arasında Samur transsərhəd çayının su ehtiyatlarının səmərəli istifadəsi və mühafizəsi sahəsində əməkdaşlıq haqqında

SAZİŞ

 

Bundan sonra “Tərəflər” adlandırılacaq, Azərbaycan Respublikası Hökuməti və Rusiya Federasiyası Hökuməti,

Samur transsərhəd çayının su ehtiyatlarından istifadə ilə bağlı təsərrüfat və digər fəaliyyətin tənzimlənməsi, yalnız hər iki Tərəfin dövlətlərinin maraqları nəzərə alınmaqla həyata keçə biləcəyini dərk edərək,

Tərəflərin dövlətlərinin sosial-iqtisadi inkişafı, ətraf mühitinin mühafizəsi və sərhədyanı regionlarının biomüxtəlifliyinin saxlanılması üçün Samur transsərhəd çayının su ehtiyatlarının və onlarla hidravlik bağlılığı olan yeraltı suların böyük əhəmiyyətini nəzərə alaraq,

Samur transsərhəd çayının su ehtiyatlarının bölüşdürülməsinin, transsərhəd su obyektlərindən ədalətli və dərrakəli istifadəsi prinsiplərinə cavab verməli olduğunu anlayaraq,

17 mart 1992-ci il tarixli sərhəddən keçən su axınlarının və beynəlxalq göllərin mühafizəsi və istifadəsinə dair Konvensiyanı rəhbər tutaraq,

21 may ]997-ci il tarixli beynəlxalq su axınlarının qeyri-gəmiçilik məqsədləri üçün istifadə hüququ haqqında Konvensiyanın müddəalarını nəzərə alaraq,

3 iyul 1997-ci il tarixli Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında dostluq, əməkdaşlıq və qarşılıqlı təhlükəsizlik haqqında Müqaviləyə əsaslanaraq,

aşağıdakılar barədə razılığa gəldilər:

 

Maddə 1

Sazişdə istifadə olunan anlayışlar:

 

Hazırkı Sazişdə istifadə olunan anlayışlar aşağıdakılardır:

“Samur transsərhəd çayının su ehtiyatları” - Samur transsərhəd çayının sərhəd sahəsindəki yerüstü suları;

“Gündəlik axını” - gün ərzində Samur transsərhəd çayının sərhəd sahəsinin başlanğıcına daxil olan su həcmi;

“Samur hidroqovşağındakı gündəlik axım” - Samur hidroqovşağının yuxarı byefinə gün ərzində daxil olan su həcmi;

“Ekoloji suburaxına” - Samur hidroqovşağının aşağı byefinə daxil olan, Samur hidroqovşağından aşağıda Samur çayının hidroloji rejiminin saxlanılması və Samur çayının deltasında təbii ekosistemin əlverişli vəziyyətinin təmin edilməsi üçün zəruri olan su ehtiyatlarının həcmi;

“Samur transsərhəd çayının sərhəd sahəsi” - Azərbaycan-Rusiya dövlət sərhədinin Samur transsərhəd çayından keçən sahəsi;

“Fövqəladə vəziyyət” - insanların ölümü ilə nəticələnən və ya ölümünə səbəb ola biləcək, insanların sağlamlığına və ya ətraf mühitə zərər vuran, xeyli maddi itkilərə və insanların həyat fəaliyyətinin pozulmasına gətirib çıxaran qəza, təhlükəli təbiət hadisələri, faciələr, təbii və digər fəlakətlər nəticəsində yaranan vəziyyət.

 

Maddə 2

Sazişin məqsədləri

 

Hazırkı Sazişin məqsədləri bu Sazişin 3-cü maddəsində müəyyən olunan su bölgüsü prinsiplərinə əsasən Tərəflərin dövlətlərinin Samur transsərhəd çayının su ehtiyatları ilə təmin olunması, həmçinin Samur çayının deltasında təbii ekosistemin saxlanılmasıdır.

 

Maddə 3

 

Su ehtiyatlarının bölüşdürülməsinin prinsipləri

 

1. Həcmi 30,5 faizə bərabər müəyyən edilən (bundan sonra - suyun bölünməsi) ekoloji suburaxına çıxmaqla, Samur transsərhəd çayının sərhəd sahəsinin başlanğıcına daxil olan su ehtiyatlan Tərəflərin dövlətləri arasında bərabər payla bölünməlidir.

2. Suyun bölünməsi gündəlik həyata keçirilir. Suyun bölüşdürülməsinin və ekoloji suburaxmanın həcminin planlaşdırılması su təsərrüfatındakı yaranan vəziyyət və Tərəflərin tələbatı nəzərə alınmaqla ongünlüklər üzrə həyata keçirilir.

3. Ekoloji suburaxına hesabına Tərəflərin su tələbatının Samur transsərhəd çayının su ehtiyatları ilə təmin edilməsi yol verilməzdir.

4. Samur hidroqovşağında suyun bölünməsi Samur hidroqovşağının tərkibinə daxil olmayan Samur transsərhəd çayının sərhədyanı sahəsində Tərəflərin dövlətlərinin sugötürən qurğuları ilə götürülə biləcək su həcmi nəzərə alınmaqla həyata keçirilir.

5. Tərəflər hazırkı maddənin 1-ci bəndinə uyğun olaraq onlar üçün müəyyən edilmiş su ehtiyatları payından, istədikləri qaydada istifadə etmək üçün müstəsna hüquqa malikdirlər və texniki və iqtisadi imkanlara, texnoloji və yaxud digər məhdudiyyətlərə baxmayaraq su götürmə hüququnu özlərində saxlayırlar.

6. Əgər Tərəflərdən biri bu maddənin 1-ci bəndinə uyğun olaraq müəyyən edilmiş payı çərçivəsində su ehtiyatından tam istifadə etmədikdə, digər Tərəf onunla razılaşdırmaqla tələb olunmayan su həcmini əlavə olaraq götürə bilər.

7. Hazırkı maddənin 6-cı bəndinə uyğun olaraq tələb olunmayan həcmdə Tərəflərdən birinin əlavə su götürməsi, həmçinin bu maddənin 1-ci bəndində müəyyən edilmiş paydan artıq yerinə yetirilən ekoloji suburaxına, sonrakı müddətlərdəki su bölgüsündə və ekoloji su buraxmalarda nəzərə alınmır.

8. Hazırkı Sazişin 6-cı maddəsinin 8-ci bəndinə uyğun olaraq, Samur transsərhəd çayında, digər Tərəfdə əhəmiyyətli transsərhəd təsirlər yarada bilən və sudan istifadə şərtlərinə təsir edə biləcək su təsərrüfatı tədbirlərinin həyata keçirilməsi planlaşdırıldıqda Tərəflər bir-birinə məlumat verirlər.

9. Tərəflər Samur transsərhəd çayının yerüstü suları ilə hidravlik əlaqəsi olan yeraltı sulardan istifadə edərkən, Samur çayının deltasında qrunt sularının səviyyəsinin aşağı düşməsini istisna edən yeraltı sulardan istifadə rejimini təmin etməlidirlər.

 

Maddə 4

Səlahiyyətli qurumlar

 

Hazırkı Sazişin həyata keçirilməsi üzrə səlahiyyətli    qurumlar aşağıdakılardır:

Azərbaycan tərəfindən - Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti;

Rusiya tərəfindən - Rusiya Federasiyası Təbii Sərvətlər və Ekologiya Nazirliyi, Su Ehtiyatları Federal Agentliyi.

 

Maddə 5

Azərbaycan-Rusiya Birgə komissiyası

 

1. Hazırkı Sazişin həyata keçirilməsi məqsədilə, Tərəflər Samur transsərhəd çayının su ehtiyatlarının bölünməsi üzrə Azərbaycan-Rusiya Birgə komissiyası yaradırlar (bundan sonra - Birgə komissiya).

Birgə komissiya hər bir Tərəfin təyin etdiyi iki həmsədrin rəhbərliyi altında fəaliyyət göstərir.

2. Tərəflərin səlahiyyətli qurumlan hazırkı Sazişin qüvvəyə mindiyi gündən üç  ay  ərzində  Birgə komissiyanın həmsədrlərinin təyin olunması və onun Tərəflərin bərabər nümayəndəlik prinsipindən çıxış edərək formalaşdırılan milli tərkibi barədə diplomatik kanallar vasitəsilə bir-birini məlumatlandırırlar.

3. Birgə komissiya suyun operativ bölüşdürülməsi üzrə işçi qrupu və digər işçi orqanları formalaşdırır, onların fəaliyyətini paritet əsasda təmin edir.

Birgə komissiyanın işinə Tərəflərin dövlətlərinin digər dövlət qurumlarının nümayəndələri və ekspertlər cəlb edilə bilər.

4. Birgə komissiyanın, onun işçi orqanlarının, ekspertlərin iclasları mütəmadi olaraq növbə ilə Tərəflərin dövlətlərinin ərazisində keçirilir.

Birgə komissiya iclaslarını yarım ildə bir dəfədən az olmayaraq keçirir. Birgə komissiyanın birinci iclası Tərəflərin həmsədrlərinin təyinatı barədə qarşılıqlı bildirişdən sonra üç aydan gec olmayaraq keçirilir.

5. İclasların təşkili və keçirilməsi xərclərini qəbul edən Tərəf ödəyir. Birgə komissiyanın, işçi orqanlarının iclaslarındakı iştirakçıların xərclərini isə göndərən Tərəf ödəyir.

6. Birgə komissiyanın və onun işçi orqanlarının rəsmi dili rus dilidir.

7. Birgə komissiyanın iş qaydası, Birgə komissiyanın birinci iclasında qəbul edilmiş Əsasnamə ilə müəyyən edilir.

8. Birgə komissiyanın işçi orqanlarının iş qaydası Birgə komissiyanın təsdiq etdiyi müvafiq reqlamentlərlə müəyyən edilir.

 

Maddə 6

Birgə komissiyanın səlahiyyətləri

 

Birgə komissiya səlahiyyətlidir:

1) hazırkı Sazişin 3-cü maddəsində müəyyən edilmiş prinsiplərə uyğun olaraq Samur transsərhəd çayının su ehtiyatlarının bölüşdürülməsini təşkil etmək;

2) su bölgüsü və ekoloji suburaxma həcmlərinin ongünlük qrafiklərini tərtib və təsdiq etmək;

3) Tərəflərin istifadə etmədiyi su ehtiyatlarının, həmçinin fövqəladə vəziyyət yarandıqda Tərəflərin paylarının istifadəsi barədə qərarlara baxmaq və onları qəbul etmək;

4) Samur hidroqovşağının birgə idarə olunması və istismarı qaydalarım tərtib və təsdiq etmək;

5) Samur transsərhəd çayının su ehtiyatlarının düzgün uçotunu, Samur çayının sərhəd sahəsindən və Samur hidroqovşağından onların götürülməsini təşkil və təmin etmək;

6) Samur transsərhəd çayının sərhəd sahəsində suyun keyfiyyəti üzrə monitorinq proqramlarının işlənib hazırlanmasını və yerinə yetirilməsini təşkil etmək;

7) hazırkı Sazişi yerinə yetirmək məqsədilə birgə informasiya sistemlərindən istifadə etməklə, Samur transsərhəd çayının su ehtiyatlarının vəziyyəti barədə cari və operativ hidroloji, su təsərrüfatı və digər məlumatların mübadiləsini təşkil etmək;

8) digər Tərəfin sudan istifadə şərtlərinə təsir edən və əhəmiyyətli transsərhəd təsirə səbəb ola bilən su təsərrüfatı tədbirlərinin həyata keçirilməsinin planlaşdırılması barədə Tərəflərin bir-birini məlumatlandırılması qaydalarmı müəyyən etmək;

9) təbii və texnogen xarakterli fövqəladə vəziyyətlərin xəbərdarlıq edilməsi, onların təsirinin yüngülləşdirilməsi və ləğvi ilə əlaqədar birgə fəaliyyət qaydalarım müəyyən etmək;

10) Samur transsərhəd çayının su ehtiyatlarının bölüşdürülməsi, həmçinin Samur hidroqovşağının birgə idarə edilməsi və istismarı ilə bağlı mübahisəli məsələləri tənzimləmək.

 

Maddə 7

Samur hidroqovşağının birgə idarə edilməsi və istismarı

 

1. Tərəflər, tərkibinə aşağıdakı qurğular daxil olmaqla Samur hidroqovşağının birgə idarə edilməsi və istismarını həyata keçirirlər:

su bölüşdürücü;

su aşıran bənd, avtokeçid ilə birlikdə;

Samur-Dərbənd kanalının başlanğıcında tunel;

sudurulducu;

yuyucu şlyuz;

sağ və sol sahil su istiqamətləndirici dambalar, su istiqamətləndirici şporlar.

2. Tərəflərin Samur hidroqovşağının birgə idarə edilməsi və istismarı üzrə əsas məqsədləri aşağıdakılardır:

su bölgüsü və ekoloji su buraxmanın həcm qrafiklərinə riayət etmək; Samur hidroqovşağının tərkibinə daxil olan qurğuların istismar etibarlığım və təhlükəsizliyini təmin etmək,

3. Tərəflər Samur hidroqovşağının birgə idarə və istismarı üçün məsuliyyət daşıyan təşkilatları təyin edirlər.

4. Samur hidroqovşağının və onun tərkibinə daxil olan qurğuların birgə idarə və istismarı zamanı Tərəflərin səlahiyyətli təşkilatları texnoloji avadanlıqların və hidroqovşağın qurğularının, su bölgüsü və ekoloji suburaxma həcmlərinin qrafikləri ilə müəyyən olunmuş iş rejimlərinə daimi birgə nəzarəti təmin edirlər.

 

Maddə 8

Monitorinq

 

1. Tərəflər, Samur transsərhəd çayının hidroloji müşahidələrini, su ehtiyatlarının və onların istifadəsinin uçotunu təmin edirlər.

2. Hazırkı Sazişin həyata keçirilməsi məqsədilə, Tərəflər bu Sazişin qüvvəyə mindiyi gündən 1 il müddətində Samur transsərhəd çayının sərhəd sahəsinin başlanğıcında birgə hidroloji müşahidə məntəqəsi yaradır və onun işini təşkil edirlər.

3. Samur transsərhəd çayının su ehtiyatlarının kəmiyyət və keyfiyyətinin qiymətləndirilməsi Tərəflərin razılaşdırdığı proqram və metodikalar ilə Tərəflərin razılığa gəldiyi müşahidə məntəqələrində həyata keçirilir.

4. Tərəflər hazırkı Sazişin yerinə yetirilməsi üçün hidroloji, su təsərrüfatı, o cümlədən istifadə olunan yeraltı suların həcmlərini daxil etməklə götürülən suyun həcmləri barədə və digər məlumatları mübadilə edirlər və su təsərrüfatı sahəsində su obyektlərinin kompleks istifadəsi və mühafizəsi, hidrotexniki qurğuların istismarı, suların çirklənməsi və tükənməsinin qarşısının alınmasında əməkdaşlığın inkişafına yardım edirlər.

 

Maddə 9

Azərbaycan — Rusiya dövlət sərhədindən keçid,

bu Sazişdə toxunulan obyektlərə daxil olma

 

1. Samur hidroqovşağının tərkibinə daxil olan qurğularda istismar işlərini yerinə yetirmək, cari və əsaslı təmirləri təmin etmək, monitorinq aparmaq, təbii və texnogen xarakterli fövqəladə vəziyyətlərin xəbərdarlıq üzrə tədbirləri və onların təsirinin ləğvi üçün, Tərəflər işçi heyətin, maşınların, mexanizmlərin və materialların Azərbaycan-Rusiya dövlət sərhədindən sadələşdirilmiş qaydada keçməsi, yerdəyişməsi və buraxılması məqsədilə şərait yaradırlar.

2. Hazırkı Sazişi yerinə yetirmək məqsədi ilə Tərəflər Birgə komissiyanın nümayəndələrini, onların işçi orqanlarını, həmçinin Tərəflərin səlahiyyətli təşkilatlarmı, hazırkı Sazişin əhatə dairəsinə aid olan Tərəflərin dövlətlərinin obyektlərinə, Samur hidroqovşağının tərkibinə daxil olan texnoloji avadanlıq və qurğulara, Tərəflərin Samur hidroqovşağının tərkibinə daxil olmayan Samur transsərhəd çayının sərhəd sahəsində su götürmələrinə, Tərəflərin müşahidə məntəqələri şəbəkəsinə çıxışmı təmin edirlər.

 

Maddə 10

Fövqəladə vəziyyətlər

 

1. Tərəflər, təbii və texnogen xarakterli fövqəladə vəziyyətlərin xəbərdarlıq edilməsi üzrə birgə fəaliyyəti təmin edirlər.

2. Samur transsərhəd çayının su ehtiyatlarının çirklənməsi və digər səbəblər nəticəsində sudan istifadənin şərtlərinin pozulmasına gətirib çıxaran hallar baş verdikdə, hər bir Tərəf təxirə salınmadan o biri Tərəfi məlumatlandılır və öz dövlətinin ərazisində bu səbəblərin aradan qaldırılması və onların təsirinin yüngülləşdirilməsi üçün tədbirlər görür.

3. Samur hidroqovşağının tərkibinə daxil olan qurğularda fövqəladə vəziyyətlər baş verərsə, Tərəflər gecikdirilmədən bir-birinə xəbər verir, müvafiq məlumatları mübadilə edir, həmçinin onların ləğvi və yaxud yüngülləşdirilməsi və nəticəsinin aradan qaldırılması üçün birgə tədbirlər görürlər.

 

Maddə 11

Mübahisələrin tənzimlənməsi

 

Hazırkı Sazişin təfsiri və ya tətbiqinə aid olan mübahisələr Tərəflər arasında məsləhətləşmələr yolu ilə həll edilir.

 

Maddə 12

Digər beynəlxalq müqavilələrə münasibət

 

Hazırkı Saziş Tərəflərin dövlətlərinin iştirakçısı olduğu digər beynəlxalq müqavilələrdən irəli gələn hüquq və öhdəliklərinə toxunmur.

 

Maddə 13

Sazişə dəyişikliklər və əlavələr

 

Hazırkı Sazişə Tərəflərin razılığı əsasında ayrıca protokollar ilə rəsmiləşdirilən dəyişikliklər və əlavələr edilə bilər. Belə protokollar qüvvəyə mindikdən sonra Sazişin ayrılmaz tərkib hissəsi olur.

 

Maddə 14

Qüvvəyə minmə və fəaliyyət müddəti

 

Bu Saziş onun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirilməsi barədə Tərəflərin sonuncu yazılı bildirişinin alındığı tarixdən qüvvəyə minir.

Hazırkı Saziş 5 il müddətinə bağlanılır.

Tərəflərdən biri müvafiq müddətin bitməsinə ən azı 12 ay qalmış onu ləğv etmək niyyəti barədə yazılı şəkildə digər Tərəfə məlumat verməzsə, Saziş avtomatik olaraq növbəti beş illik müddətlərə uzadılacaqdır.

Hazırkı Sazişin fəaliyyətinin dayandırılması, onun fəaliyyəti dövründə başlanmış tədbirlərin yerinə yetirilməsinə mane olmur.

Bu Saziş Bakı şəhərində “ 03” sentyabr 2010-cu il tarixində, iki nüsxədə, hər biri Azərbaycan və rus dillərində olmaqla imzalanmışdır, hər iki mətn eyni qüvvəyə malikdir.

 

 

Azərbaycan Respublikası

Hökuməti adından

 

Rusiya Federasiyası Hökuməti adından

(imza)

 

(imza)

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status