“Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyi və Rusiya
Federasiyasının Narkotiklərin Dövriyyəsinə Nəzarət üzrə Federal Xidməti arasında
narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz
dövriyyəsi ilə mübarizədə əməkdaşlıq haqqında Saziş”i imzalamaq səlahiyyətinin
verilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI
1. “Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyi və Rusiya Federasiyasının Narkotiklərin Dövriyyəsinə Nəzarət üzrə Federal Xidməti arasında narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi ilə mübarizədə əməkdaşlıq haqqında Saziş”i imzalamaq səlahiyyəti Azərbaycan Respublikasının milli təhlükəsizlik naziri Eldar Əhməd oğlu Mahmudova verilsin.
2. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə tapşırılsın ki, bu Sərəncamın 1-ci bəndində göstərilən Sazişi imzalamaq səlahiyyətinin Azərbaycan Respublikasının milli təhlükəsizlik naziri Eldar Əhməd oğlu Mahmudova verilməsi barədə Rusiya Federasiyası tərəfinə müvafiq bildiriş göndərsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 12 yanvar 2011-ci il
№ 1278