AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMLARI
QƏBUL EDİLDİYİ TARİX
27.12.2010
QEYDİYYAT NÖMRƏSİ
1251
ADI
Azərbaycan Respublikası Təhsil Nazirliyinin strukturunun təsdiq edilməsi haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Qəzeti (Dərc olunma tarixi: 28-12-2010, Nəşr nömrəsi: 286), Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31-12-2010, Nəşr nömrəsi: 12, Maddə nömrəsi: 1090)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
190.000.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
01.07.2011
Azərbaycan Respublikası Təhsil Nazirliyinin strukturunun təsdiq edilməsi haqqında

Azərbaycan Respublikası Təhsil Nazirliyinin strukturunun təsdiq edilməsi haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI

 

“Bir sıra mərkəzi icra hakimiyyəti orqanlarının strukturlarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 14 iyul tarixli 1015 nömrəli Sərəncamının icrasını təmin etmək məqsədi ilə qərara alıram:

1. “Azərbaycan Respublikası Təhsil Nazirliyinin strukturu” təsdiq edilsin (əlavə olunur). [1]

2. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, iki ay müddətində:

2.1. Azərbaycan Respublikası Təhsil Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısını təsdiq etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

2.2. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 27 dekabr 2010-cu il

                № 1251

 


 

 

Azərbaycan Respublikası Prezidentinin 2010-cu il

27 dekabr tarixli 1251 nömrəli Sərəncamı ilə

TƏSDİQ EDİLMİŞDİR

 

 

Azərbaycan Respublikası Təhsil Nazirliyinin

STRUKTURU

 

 

1. Azərbaycan Respublikası Təhsil Nazirliyinin aparatı (şöbələr və sektorlar).

2. Bakı şəhəri üzrə təhsil idarəsi.

3. Azərbaycan Respublikası Təhsil Nazirliyinin yerli bölmələri (rayon və şəhər şöbələri).

 


 

İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

  1. 20 dekabr 2021-ci il tarixli 3059 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (Xalq” qəzeti, 21 dekabr 2021-ci il, № 277, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 12, maddə 1472)

 

SƏRƏNCAMA  EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 20 dekabr 2021-ci il tarixli 3059 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (Xalq” qəzeti, 21 dekabr 2021-ci il, № 277, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 12, maddə 1472) ilə 1-ci hissə ləğv edilmişdir.

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status