AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARLARI
QƏBUL EDİLDİYİ TARİX
11.11.2010
QEYDİYYAT NÖMRƏSİ
209
ADI
“Azərbaycan Respublikasında qaçqın statusu almış şəxslərə verilən Qaçqın vəsiqəsinin və Yol sənədinin blanklarının ciddi hesabat sənədi kimi uçotu Qaydaları”nın təsdiq edilməsi haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 30-11-2010, Nəşr nömrəsi: 11, Maddə nömrəsi: 1038)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
11.11.2010
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
010.000.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
01.07.2011
“Azərbaycan Respublikasında qaçqın statusu almış şəxslərə verilən Qaçqın vəsiqəsinin və Yol sənədinin blanklarının ciddi hesabat sənədi kimi uçotu Qaydaları”nın təsdiq edilməsi haqqında

“Azərbaycan Respublikasında qaçqın statusu almış şəxslərə verilən Qaçqın vəsiqəsinin və Yol sənədinin blanklarının ciddi hesabat sənədi kimi uçotu Qaydaları”nın təsdiq edilməsi haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

 “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2010-cu il 2 aprel tarixli 984-IIIQD nömrəli Qanununun icrasının təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 9 avqust tarixli 313 nömrəli Fərmanının 4.1-ci və 4.2-ci bəndlərinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. “Azərbaycan Respublikasında qaçqın statusu almış şəxslərə verilən Qaçqın vəsiqəsinin və Yol sənədinin blanklarının ciddi hesabat sənədi kimi uçotu Qaydaları” təsdiq edilsin (əlavə olunur).

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə tapşırılsın ki, Azərbaycan Respublikasında qaçqın statusu almış şəxslərə verilən Qaçqın vəsiqəsinin və Yol sənədinin blanklarının qanunvericiliklə müəyyən edilmiş qaydada hazırlanmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

3. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

 

 

 

Azərbaycan Respublikasının Baş naziri  A.RASİZADƏ

 

 Bakı şəhəri, 11 noyabr 2010-cu il

                 № 209

 

 

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2010-cu il 11 noyabr tarixli 209 nömrəli qərarı ilə

TƏSDİQ EDİLMİŞDİR

 

 

 

Azərbaycan Respublikasında qaçqın statusu almış şəxslərə verilən Qaçqın vəsiqəsinin və Yol sənədinin blanklarının ciddi hesabat sənədi kimi uçotu

 

Q A Y D A L A R I

 

1. Ümumi müddəa

 

 

 

Bu Qaydalar “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2010-cu il 2 aprel tarixli 984-IIIQD nömrəli Qanununun icrasının təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 9 avqust tarixli 313 nömrəli Fərmanının 4.2-ci bəndinin icrası məqsədi ilə hazırlanmışdır və Azərbaycan Respublikasında qaçqın statusu almış şəxslərə verilən Qaçqın vəsiqəsinin və Yol sənədinin (bundan sonra - Qaçqın vəsiqəsi və Yol sənədi) blanklarının ciddi hesabat sənədi kimi uçotu qaydalarını müəyyən edir.

 

2. Qaçqın vəsiqəsinin və Yol sənədinin blanklarının sifarişi, saxlanılması və alınması qaydası

 

2.1. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin təqdim etdiyi tələbata uyğun olaraq, Qaçqın vəsiqəsinin və Yol sənədinin blanklarının qanunvericiliyə uyğun olaraq sifariş edilməsi Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən həyata keçirilir. Qaçqın vəsiqəsinin və Yol sənədinin blanklarının hazırlanması ilə əlaqədar xərclər dövlət büdcəsində Azərbaycan Respublikasının Maliyyə Nazirliyi üzrə müvafiq məqsədlər üçün nəzərdə tutulmuş vəsait hesabına maliyyələşdirilir.

2.2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi çap olunmuş Qaçqın vəsiqəsinin və Yol sənədinin blanklarının Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin müraciətinə əsasən ona verilməsini təmin edir.

 

3. Qaçqın vəsiqəsinin və Yol sənədinin blanklarının uçotunun aparılması

 

3.1. Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti hər rübdən sonrakı ayın 20-dək Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən təsdiq edilmiş formada rüb ərzində verilmiş Qaçqın vəsiqəsinin və Yol sənədinin blankları barədə hesabatı həmin Nazirliyə təqdim edir.

3.2. Qaçqın vəsiqəsinin və Yol sənədinin blanklarının ciddi hesabat sənədləri kimi qanunvericilikdə nəzərdə tutulmuş qaydada Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin anbarında saxlanılmaqla uçotu aparılır. Dövlət Miqrasiya Xidməti rəhbərinin icazəsi ilə Qaçqın vəsiqəsinin və Yol sənədinin blankları anbardan təhtəlhesab şəxslərə (icraçılara) qaimə-faktura əsasında verilir. Maddi-məsul şəxslər Dövlət Miqrasiya Xidmətinin rəhbərliyi tərəfindən müəyyən edilir.

3.3. Qaçqın vəsiqəsinin və Yol sənədinin blanklarının ilkin uçotu qeydiyyat kitabında aparılır. Qaçqın vəsiqəsinin və Yol sənədinin blanklarının qeydiyyat kitabının səhifələri ardıcıl nömrələnməli, qaytanlanmalı və sonuncu səhifə Dövlət Miqrasiya Xidmətinin rəhbəri və baş mühasibi tərəfindən imzalanaraq möhürlənməlidir. Qeydiyyat kitabı elektron üsulla (kompüterlə) aparıldıqda, məlumatlar hesabat dövrünün sonunda (ay, rüb və ya il üzrə) yuxarıda göstərilən qaydada işlənilir.

3.4. Qaçqın vəsiqəsinin və Yol sənədinin blanklarının cırılmasına, ləkələnməsinə və onların üzərində düzəlişlər aparılmasına yol verilmir.

3.5. Zədələnmiş və ya korlanmış Qaçqın vəsiqəsinin və Yol sənədinin blanklarının Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti tərəfindən növbəti yoxlama (təftiş) keçirilənə qədər üzərində “korlanıb” sözü yazılmaqla, mühasibatda saxlanılması təmin edilir.

3.6. Zədələnmiş və ya korlanmış Qaçqın vəsiqəsinin və Yol sənədinin blanklarının məhv edilməsi qanunvericilikdə nəzərdə tutulmuş qaydada həyata keçirilir.

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status