×
E-QANUN
FREE
OPEN
AKTIN NÖVÜ
Qanunlar
QƏBUL EDİLDİYİ TARİX
30.09.2010
QEYDİYYAT NÖMRƏSİ
1063-IIIQ
ADI
"Azərbaycan Respublikası hökuməti və Misir Ərəb Respublikası hökuməti arasında diplomatik, xidməti və xüsusi pasportlara malik şəxslər üçün vizaların ləğv edilməsi haqqında" Sazişin təsdiq edilməsi barədə
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Qəzeti (Dərc olunma tarixi: 13-11-2010, Nəşr nömrəsi: 251), Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 30-11-2010, Nəşr nömrəsi: 11, Maddə nömrəsi: 923)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
010.000.000
430.000.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
01.07.2011
Fərdi Məlumatların İnformasiya Sistemlərinin Dövlət Reyestrinin Aparılması Qaydalarının Təsdiq Edilməsi Haqqında

"Azərbaycan Respublikası hökuməti və Misir Ərəb Respublikası hökuməti arasında diplomatik, xidməti və xüsusi pasportlara malik şəxslər üçün vizaların ləğv edilməsi haqqında" Sazişin təsdiq edilməsi barədə

 

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

 

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

"Azərbaycan Respublikası hökuməti və Misir Ərəb Respublikası hökuməti arasında diplomatik, xidməti və xüsusi pasportlara malik şəxslər üçün vizaların ləğv edilməsi haqqında" 2010-cu il mayın 24-də Bakı şəhərində imzalanmış saziş təsdiq edilsin.

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 30 sentyabr 2010-cu il

              № 1063-IIIQ

 

 

 

 

            Azərbaycan Respublikası Hökuməti və Misir Ərəb Respublikası Hökuməti arasında diplomatik, xidməti və xüsusi pasportlara malik şəxslər üçün vizaların ləğv edilməsi haqqında

 

SAZİŞ

 

Bundan sonra "Tərəflər" adlandırılacaq Azərbaycan Respublikası Hökuməti və Misir Ərəb Respublikası Hökuməti,

dövlətləri arasında dostluq münasibətlərinin və əməkdaşlığın daha da inkişaf etdirilməsini arzulayaraq,

iki dövlətin diplomatik, xidməti və xüsusi pasportlara malik olan şəxsləri üçün səyahət prosedurlarının sadələşdirilməsinə səy göstərərək,

aşağıdakılar barədə razılığa gəldilər:

 

Maddə 1

 

Bir Tərəfin dövlətinin etibarlı diplomatik, xidməti və xüsusi pasportlara malik olan vətəndaşları digər Tərəfin dövlətinin ərazisinə daxil olmaq, tranzit keçmək və orada 30 (otuz) gündən artıq olmayan müddətə qalmaq üçün viza tələbindən azad ediləcəkdir.

 

Maddə 2

 

Bir Tərəfin dövlətinin etibarlı diplomatik, xidməti və xüsusi pasportlarına malik, digər Tərəfin dövlətinin ərazisində yerləşən diplomatik və ya konsulluq nümayəndəliklərinin və beynəlxalq təşkilatların heyətinin üzvləri olan vətəndaşlarına, həmçinin onlarla birlikdə yaşayan etibarlı diplomatik, xidməti və xüsusi pasportlara malik ailə üzvlərinə, digər Tərəfin dövlətinin ərazisinə vizasız daxil olmaq və rəsmi təyinatı müddəti ərzində orada qalmaq üçün icazə veriləcəkdir.

 

Maddə 3

 

1-ci maddədə qeyd edilən bir Tərəfin dövlətinin etibarlı diplomatik, xidməti və xüsusi pasportlarına malik olan vətəndaşları digər Tərəfin dövlətinin ərazisində otuz (30) gündən artıq uzun müddətə qalmaq niyyətində olduqları halda, onlardan digər Tərəfin dövlətinin milli qanunvericiliyinə uyğun olaraq viza əldə etmək tələb olunacaqdır.

 

Maddə 4

 

Hər iki Tərəfin dövlətinin diplomatik, xidməti və xüsusi pasportlara malik olan vətəndaşları digər Tərəfin dövlətinin ərazisinə beynəlxalq sərnişin daşınması üçün rəsmi təyin edilmiş istənilən sərhəd keçid məntəqəsindən daxil olacaq və həmin ərazini tərk edəcəklər.

 

Maddə 5

 

Bu Saziş hər iki Tərəfin dövlətinin diplomatik, xidməti və xüsusi pasportlara malik olan vətəndaşlarını digər Tərəfin dövlətinin ərazisində qanunlara və qaydalara hörmət etmək öhdəliyindən azad etmir.

 

Maddə 6

 

Bu Saziş hər bir Tərəfin səlahiyyətli qurumlarının digər Tərəfin dövlətinin diplomatik, xidməti və xüsusi pasporta malik olan hər hansı vətəndaşını, qərarlarının səbəbini bildirmədən "persona non grata" hesab etdikdə, həmin vətəndaşın daxil olmasına və ya qalmasına icazə verməkdən imtina etmək hüququnu məhdudlaşdırmayacaqdır.

 

Maddə 7

 

1. Hər bir Tərəf milli təhlükəsizlik, ictimai asayiş və ya əhalinin sağlamlığının qorunması məqsədilə bu Sazişin qüvvəsini tam və ya qismən dayandırmaq hüququnu özündə saxlayır.

2. Belə dayandırma digər Tərəfin diplomatik kanallarla bildiriş aldıqdan iyirmi dörd (24) saat sonra qüvvəyə minir. Hər bir Tərəf bu dayandırma aradan qaldırıldıqda da eyni qaydada hərəkət edəcəkdir.

 

Maddə 8

 

Hər iki Tərəf bu Sazişin qüvvəyə minməsindən ən azı 30 (otuz) gün əvvəl diplomatik kanallar vasitəsilə diplomatik, xidməti və xüsusi pasportların üç nümunəsini mübadilə edəcəkdir. Yeni pasportlar təqdim olunduqda və ya istifadə olunan pasportlara düzəlişlər edildikdə, bu dəyişikliklərin təqdim edilməsindən əvvəl, 30 (otuz) gündən gec olmayaraq hər bir Tərəf digər Tərəfi diplomatik kanallarla yeni və ya düzəlişlər edilmiş pasport nümunələri ilə təmin edəcəkdir.

 

Maddə 9

 

Bu Sazişin təfsiri və tətbiqi zamanı yarana biləcək hər hansı mübahisələr Tərəflər arasında diplomatik kanallar vasitəsi ilə həll ediləcəkdir.

 

Maddə l0

 

Bu Sazişə Tərəflərin qarşılıqlı razılığı ilə istənilən əlavə və dəyişikliklər edilə bilər. Belə əlavə və dəyişikliklər bu Sazişin ayrılmaz hissəsi olaraq ayrı-ayrı protokollar formasında rəsmiləşdiriləcək və bu Sazişin 11-ci maddəsinin müddəalarına uyğun olaraq qüvvəyə minəcəkdir.

 

Maddə 11

Bu Saziş onun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirilməsi barədə Tərəflərin sonuncu yazılı bildirişinin diplomatik kanallar vasitəsilə alındığı tarixdən qüvvəyə minir.

Bu Saziş beş il müddətinə bağlanılır və Tərəflərdən birinin bu Sazişin müddətinin bitməsinə ən azı altı (6) ay qalmış onu ləğv etmək niyyətini yazılı şəkildə bildirmədiyi təqdirdə, onun qüvvəsi avtomatik olaraq eyni müddətlərə uzadılacaqdır.

Bu Saziş Bakı şəhərində "24" may 2010-cu il tarixində iki əsl nüsxədə, hər biri Azərbaycan, ərəb və ingilis dillərində imzalanmışdır, bütün mətnlər bərabər autentikdir. Bu Sazişin təfsirində fikir ayrılığı yarandığı təqdirdə, ingilis dilindəki mətndən istifadə ediləcəkdir.

 

 

 

Azərbaycan Respublikası

Misir Ərəb Respublikası

Hökuməti adından

Hökuməti adından

(imza)

(imza)

 

 

 

 

           

 

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status