AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARLARI
QƏBUL EDİLDİYİ TARİX
17.04.2000
QEYDİYYAT NÖMRƏSİ
71
ADI
Narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların dövriyyəsinə, habelə narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların qanunsuz dövriyyəsində iştirak edən, o cümlədən narkomanlıq xəstəliyinə düçar olan şəxslərə dair ümummilli məlumat bankının təşkili, həmin məlumat bankına məlumatların göndərilməsi və oradan məlumatların alınması Qaydasının təsdiq edilməsi haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 30-04-2000, Nəşr nömrəsi: 04, Maddə nömrəsi: 317)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
17.04.2000
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
220.000.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
01.07.2011
Narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların dövriyyəsinə, habelə narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların qanunsuz dövriyyəsində iştirak edən, o cümlədən narkomanlıq xəstəliyinə düçar olan şəxslərə dair ümummilli məlu

Narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların dövriyyəsinə, habelə narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların qanunsuz dövriyyəsində iştirak edən, o cümlədən narkomanlıq xəstəliyinə düçar olan şəxslərə dair ümummilli məlumat bankının təşkili, həmin məlumat bankına məlumatların göndərilməsi və oradan məlumatların alınması Qaydasının təsdiq edilməsi haqqında

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

"Narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların qanunsuz dövriyyəsi ilə mübarizə haqqında" Azərbaycan Respublikası Qanunun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 4 avqust tarixli, 174 nömrəli Fərmanının icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyində narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların dövriyyəsinə, habelə narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların qanunsuz dövriyyəsində iştirak edən, o cümlədən narkomanlıq xəstəliyinə düçar olan şəxslərə dair kompüterləşdirilmiş ümummilli məlumat bankı təşkil edilsin.

2. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə tapşırılsın ki, ümummilli məlumat bankının təşkili üçün tələb olunan əməkdaşların sayını bu nazirliyin təsdiq edilmiş ştat sayı hesabına müəyyən etsin və onların maliyyələşdirilməsini 2000-ci il üçün təsdiq edilmiş dövlət büdcəsində nazirliyə ayrılmış vəsait dairəsində həyata keçirsin.

3. "Narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların dövriyyəsinə, habelə narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların qanunsuz dövriyyəsində iştirak edən, o cümlədən narkomanlıq xəstəliyinə düçar olan şəxslərə dair ümummilli məlumat bankına məlumatların göndərilməsi və oradan məlumatların alınması Qaydası" təsdiq edilsin (əlavə olunur). [1]

4. Bu qərar imzalandığı gündən qüvvəyə minir.


Azərbaycan Respublikasının Baş naziri A. Rasİzadə

Bakı şəhəri, 17 aprel 2000-ci il
                   № 71

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2000-ci il 17 aprel tarixli, 71 nömrəli qərarı ilə
təsdİq edİlmİşdİr

Narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların dövriyyəsinə, habelə narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların qanunsuz dövriyyəsində iştirak edən, o cümlədən narkomanlıq xəstəliyinə düçar olan şəxslərə dair ümummilli məlumat bankının təşkili, həmin məlumat bankına məlumatların göndərilməsi və oradan məlumatların alınması

QAYDASI

 

1. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyində təşkil edilmiş ümummilli məlumat bankına narkotik vasitələrin psixotrop maddələrin və prekursorların dövriyyəsinə, habelə narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların qanunsuz dövriyyəsində iştirak edən, o cümlədən narkomanlıq xəstəliyinə düçar olan şəxslərə dair məlumatlar daxil edilir.

2. Ümummilli məlumat bankı aşağıdakı üç bölmədən ibarət olur:

narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların dövriyyəsinə və belə dövriyyədə iştirak edən şəxslərə dair məlumat bölməsi;

narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların qanunsuz dövriyyəsinə və belə dövriyyədə iştirak edən şəxslərə dair məlumat bölməsi;

narkomanlıq xəstəliyinə düçar olan və narkotik vasitələrdən və psixotrop maddələrdən sui-istifadə edən şəxslərə dair məlumat bölməsi.

3. Ümummilli məlumat bankına məlumatlar aşağıdakı qaydada göndərilir:

3.1. Səhiyyə Nazirliyinin müvafiq idarə və şöbələri:

tibbi məqsədlə istifadə etmək üçün respublikaya daxil olan narkotik

vasitələrin, psixotrop maddələrin və prekursorların siyahısı və miqdarı barədə məlumatı;

narkotik vasitələri, psixotrop maddələri və prekursorları istifadə edən ixtisaslaşdırılmış dövlət və qeyri-dövlət tibb müəssisələrindən aldıqları məlumatları;

Məhkəmə-narkoloji ekspert komissiyalarının keçirdikləri ekspertizalar əsasında əldə edilən məlumatları;

narkoloji tibb müəssisələrində ümumi əsaslarla müalicə olunan şəxslər haqqında məlumatları;

narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların dövriyyəsi ilə bağlı hər bir fəaliyyət növü ilə məşğul olmaq üçün qeyri-dövlət təşkilatlarına verilmiş xüsusi razılıq barədə bildirişi (bildirişdə təşkilatın tam adı, fəaliyyət növü, xüsusi razılığın müddəti, istifadə olunan narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların azərbaycanca və latınca adı, saxlanma yeri, müddəti göstərilməlidir) ümummilli məlumat bankına göndərir.

3.2. Narkoloji tibb müəssisələri könüllü olaraq anonim müalicə kursu keçmək üçün müraciət etmiş narkoman şəxslər haqqında məlumatı ümummilli məlumat bankına göndərirlər. Bu məlumat ümummilli məlumat bankında kodlaşdırılmış qapalı bölmədə saxlanılır.

3.3. Daxili İşlər Nazirliyi, Respublika Prokurorluğu, Milli Təhlükəsizlik Nazirliyi, Ədliyyə Nazirliyi, Dövlət Gömrük Komitəsi öz işlərində respublika ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların dövriyyəsi, habelə narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların qanunsuz dövriyyəsində iştirak edən şəxslər haqqında məlumatı ümummilli məlumat bankına göndərirlər .

3.4. Ədliyyə Nazirliyi azadlıqdan məhrum etmə yerlərində narkomaniyaya qarşı müalicə keçən şəxslər, habelə barəsində məcburi tədbirlərin dayandırılması, təxirə salınması qərarı olan şəxslər haqqında məlumatları ümummilli məlumat bankına təqdim edir.

3.5. Səlahiyyətli dövlət orqanları narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların dövriyyəsinə, habelə qanunsuz dövriyyəsinə aid məlumatları ümummilli məlumat bankına təqdim etməyə borcludurlar.

4. Məlumatlar dəqiqləşdirildikdən sonra 10 gün müddətində ümummilli məlumat bankına göndərilir.

5. Səhiyyə Nazirliyinin, Daxili İşlər Nazirliyinin, Milli Təhlükəsizlik Nazirliyinin, Ədliyyə Nazirliyinin, Ticarət Nazirliyinin, Respublika Prokurorluğunun, Dövlət Gömrük Komitəsinin, Digər aidiyyəti olan dövlət strukturlarının nəzdində fəaliyyət göstərən idarələr, komissiyalar, istintaq orqanları ümummilli məlumat bankının informasiya mərkəzlərindən onlara aid məlumatları almaq üçün təsdiq edilmiş xüsusi sorğu tərtib edib ümummilli məlumat bankına müraciət edirlər.

Ümummilli məlumat bankı sorğunu öyrənir, onun qanunauyğun, aidiyyətli olduğunu müəyyən edir və qanunvericilikdə nəzərdə tutulmuş vaxt ərzində sorğu barədə məlumat verir.

Narkoloji tibb müəssisələrində könüllü olaraq anonim müalicə kursu keçmiş narkoman şəxslər haqqında məlumatlar ümummilli məlumat bankından yalnız həmin şəxs inzibati, yaxud cinayət məsuliyyətinə cəlb edildikdə hüquq-mühafizə orqanına verilə bilər.

6. Səhiyyə Nazirliyində, Daxili İşlər Nazirliyində, Milli Təhlükəsizlik Nazirliyində, Ədliyyə Nazirliyində, Ticarət Nazirliyində, Respublika Prokurorluğunda, Dövlət Gömrük Komitəsində və digər aidiyyəti olan dövlət orqanlarında ümummilli məlumat bankına informasiya göndərilməsinin vaxtlı-vaxtında yerinə yetirilməsinə nəzarət etmək və oradan məlumat alınmasını təşkil etmək üçün cavabdeh şəxs təyin olunur.

 


İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       4 fevral 2002-ci il tarixli 21 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, № 2, maddə 100)

2.       6 oktyabr 2005-ci il tarixli 181 nömrəli Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 10, maddə 975)

 

QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 6 oktyabr 2005-ci il tarixli 181 nömrəli Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 10, maddə 975) ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların dövriyyəsinə, habelə narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların qanunsuz dövriyyəsində iştirak edən, o cümlədən narkomanlıq xəstəliyinə düçar olan şəxslərə dair ümummilli məlumat bankının təşkili, həmin məlumat bankına məlumatların göndərilməsi və oradan məlumatların alınması Qaydasının təsdiq edilməsi haqqında" 2000-ci il  17 aprel tarixli 71 nömrəli qərarının 3-cü bəndi qüvvədən düşmüş hesab edilmişdir.

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status