Neft məhsullarının aksiz dərəcələrinə dəyişiklik edilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI
Dünya bazarında neft və neft məhsullarının qiymətinin artması ilə əlaqədar enerjidaşıyıcıların topdansatış qiymətinin daxili bazarda tənzimlənməsini təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İqtisadiyyat Nazirliyi, Maliyyə Nazirliyi, Dövlət Antiinhisar Siyasəti və Sahibkarlığa Kömək Komitəsi ilə razılaşdırılmış təklifləri qəbul edilərək neft məhsullarının aksiz dərəcələri əlavədə göstərilən səviyyədə təsdiq edilsin.
Həmin aksiz dərəcələri idxal olunan neft məhsullarına da tətbiq edilsin. İdxal olunan neft məhsullarına aksizin məbləğinin hesablanması respublika daxilində istehsal olunan neft məhsullarına aksizin məbləğinin hesablanması qaydasında həyata keçirilsin.
2. "Neft məhsullarının aksiz dərəcələrinə dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 10 iyul tarixli, 152 nömrəli qərarının 1-ci bəndi və 1998-ci il 05 sentyabr tarixli, 180 nömrəli qərarı qüvvədən düşmüş hesab edilsin.
3. Bu qərar 2000-ci il mart ayının 1-dən qüvvəyə minir.
Azərbaycan Respublikasının Baş naziri A. Rasİzadə
Bakı şəhəri, 17 aprel 2000-ci il
№ 70
Azərbaycan Respublikası Nazirlər Kabinetinin
2000-ci il 17 aprel tarixli, 70 nömrəli qərarı ilə
təsdİq edİlmİşdİr.
Neft məhsullarının aksiz dərəcələri
|
Aksiz (faizlə)
|
Təyyarə benzini B—91/115
|
50,62
|
Avtomobil benzini Ai-95; 98
|
52,02
|
Avtomobil benzini Ai-92; 93
|
50,22
|
Avtomobil benzini Ai-72;76
|
52,1
|
Reaktiv mühərrik yanacağı
|
5,75
|
Ağ neft
|
1,7
|
İlkin emal benzini (daxili bazarda satış üçün)
|
42,25
|
Orta və az dövrlü dizel mühərrikləri üçün yanacaq— DT-OKPO2 5221 0101
|
11,75
|